Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   34

QAFQAZ 
MÜSƏLMANLARI İDARƏSİ  
 
BAKI İSLAM UNİVERSİTETİ 
 
 
 
İBRAHİM ZÖHRAB OĞLU QULİYEV 
 
FƏLSƏFƏ ÜZRƏ FƏLSƏFƏ DOKTORU 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
HƏDİSŞÜNASLIĞIN ƏSASLARI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
(Redakt
ə edilmiş II nəşri) 
 
BAKI-2016 
[1] 
 

Ön sözün mü
əllifi: 
Hacı Sabir Həsənli 
ilahiyyat üzr
ə fəlsəfə doktoru 
Qafqaz Müs
əlmanları İdarəsinin sədr müavini, 
Bakı İslam Universitetinin rektoru 
 
Elmi redaktor: 
Möhsün Zellabdin oğlu Nağısoylu 
AMEA-
nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, 
AMEA-
nın M. Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli Əlyazmaların Tədqiqi 
Şöbəsinin müdürü 
 
Redaktor: 
N
əsib Cümşüd oğlu Göyüşov 
filologiya elml
əri doktoru,  
AMEA-
nın  M.  Füzuli  adına  Əlyazmalar  İnstitutunun  Mətnlərin nəşrə  hazırlanması 
şöbəsinin müdiri 
 
Elmi m
əsləhətçilər:  
Hasan Hüseyn Cirit 
ilahiyyat elml
əri doktoru, professor, 
M
ərmərə Universiteti İlahiyyat Fakültəsi Təməl İslam Bilimləri şöbəsinin professoru 
 
Fuad İzzət oğlu Nurullayev 
f
əlsəfə üzrə fəlsəfə doktoru 
Qafqaz Müs
əlmanları İdarəsi sədrinin müavini, 
Bakı İslam Universitetinin dekanı 
 
R
əyçilər: 
Vüqar H
əsən oğlu Səmədov 
ilahiyyat üzr
ə fəlsəfə doktoru, 
Bakı İslam Universitetinin hədis müəllimi 
 
Namiq Abuz
ərov 
ilahiyyat üzr
ə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin hədis müəllimi 
 
İlahiyyat korrektoru: 
Şahlar Şahbaz oğlu Şərifov 
ilahiyyat üzr
ə fəlsəfə doktoru, 
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər Azərbaycan 
tarixi şöbəsinin böyük elmi işçisi 
[2] 
 

KİTAB AZƏRBAYCAN RESPUBLİKASININ DİNİ QURUMLARLA İŞ 
ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 05 İYUN 2013-CÜ İL DK-229/Q SAYLI 
MƏKTUBU ƏSASINDA ÇAP OLUNMUŞDUR. 
 
 
 
 
Annotasiya: 
Peyğəmbər (s) və  onun  Əhli-beytinin (ə) söz, hərəkət və  qərarlarından  ibarət 
olan h
ədis  İslam  tarixi  boyunca  Peyğəmbərin (s) gətirdiyi vəhyin izah edilməsi ilə 
yanaşı,  insanlara məsuliyyətlərini də  bildirən  əsas qaynaqlardan biri olaraq qəbul 
edilmişdir.  Təəssüflər olsun ki, İslam  ümməti  üçün  deyilmiş  bu  müqəddəs sözlər 
zaman-zaman öz m
ənfəətləri üçün istifadə etmək istəyən müxtəlif qruplar tərəfindən 
t
əhrif və  təbdilə  məruz  qalmışdır.  Onlar  uydurduqları  bir  sıra  söz  və  sənədlərin 
başlarına  bir  sənəd  əlavə  edərək  Peyğəmbər (s) və  onun  Əhli-beytinə  (ə) isnad 
etm
əyə çalışmışlar. 
M
əsumlara (ə) isnad edilən  bu  uydurmaların  içərisində  təhlil edilə  biləcək 
r
əvayətlər olduğu kimi, incə tədqiq və araşdırmalarla belə çətin sübut edilə biləcək 
olanlar  da  vardır.  Buna  görə  də  bu xəbərlərin səhihi ilə  uydurmasını  bir-birindən 
ayırd etmək fəaliyyəti hələ davam etməkdədir. 
İnsanlara məsuliyyətlərini bildirən, bu səbəbdən səhih olanla uydurma olanların 
bir-birind
ən  seçilib  ayrılması  həyati bir əhəmiyyət kəsb edən hədislərin səhhətini 
sübut etm
ək üçün istifadə edilən qanunları bilmək hər bir ilahiyyatçı üçün zərurətdir. 
Buna gör
ə  də  bu kitabda hədislərin  on  beş  əsrlik tarixi inkişafı  ilə  yanaşı  onların 
doğrusu ilə yalanını bir-birindən ayıran qaydalar da araşdırılmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
[3] 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I HİSSƏ 
 
 
 
 
 
HƏDİS TARİXİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
[4] 
 

ÖN SÖZ 
M
əlum olduğu kimi, hədisi-şəriflər İslam dininin Qurani-kərimdən sonra ikinci 
əsas  qaynağıdır.  Buna görə  də  hədislərə  istinad edilən zaman son dərəcə  diqqətli 
olmalı,  səhih  olanını  zəif  olanından  seçməli və  Qurani-kərimlə  uyğun  gəlməyəni 
k
ənara qoyulmalıdır. Bunun üçün isə mütləq şəkildə mütəxəssislərə müraciət etmək 
v
ə  sahə  üzrə  yazılmış  mənbələrə  istinad  etmək  lazımdır.  Belə  olduğu  halda 
ümumb
əşəri mənəvi dəyərlərə  malik  olan  dinimizin  doğru-düzgün  şəkildə  tədris 
edilim
əsi və  öyrənilməsi müasir Azərbaycan  ilahiyyatçılarının  qarşısında  duran  ən 
mühüm v
əzifələrdən biridir. Bu baxımdan  müasir Azərbaycan ilahiyyatşünaslığının 
formalaşmasına  dair  elmi,  tədris-metodiki  ədəbiyyata olan ciddi ehtiyac daha da 
artmaqdadır. İlahiyyat elmlərinin tərkib və  əsas hissəsi olan hədisşünaslığın inkişaf 
etdirilm
əsi isə bu ehtiyacların başında gəlməkdədir. 
Bildiyimiz kimi,  ilahiyyat fakült
ələrində tədris olunan hər bir fənnin öyrətdiyi, 
araşdırdığı konkret bilik sahələri vardır. Belə fənlərdən biri də hədisşünaslıq fənnidir. 
Ölk
əmizin bəzi ali məktəblərində, o cümlədən ilahiyyat fakültələrində tədris olunan 
bu f
ənnin də bilavasitə özünəməxsus predmeti vardır. Haqqında danışdığımız fənnin 
Qurani-k
ərimin təfsiri, fiqh, İslam  tarixi,  əqaid  və  ərəb dilçiliyi ilə  birbaşa  əlaqəsi 
danılmazdır. Hətta cəsarətlə demək olar ki, adı çəkilən elmlərin hamısı məhz hədisi-
şəriflərlə bağlıdır. Başqa sözlə desək, hədisşünaslıq adı çəkilən elmlərin mühüm və 
ayrılmaz tərkib hissəsidir.  
Bakı  İslam  Universitetinin  müəllimi  İbrahim  Zöhrab  oğlu  Quliyevin 
“H
ədisşünaslığın  əsasları” mövzusuna dair  hazırladığı  kitab  təqdirəlayiqdir.  İ.  Z. 
Quliyev h
ədis elminin tarixinə və metodologiyasının öyrənilməsinə gərgin əmək sərf 
etmiş və ən mötəbər mənbələr əsasında qarşısına qoyduğu məqsədə nail ola bilmişdir. 

əllif  on ildən  artıqdır  ki,  hədis tarixi və  üsulu  fənnindən dərs deyir. Bütün 
bunların  nəticəsində  İ.  Z.  Quliyev  ilk  dəfə  olaraq respublikamızda  Azərbaycan 
dilind
ə iri həcmli “Hədisşünaslığın əsasları” kitabını yazmağa müvəffəq olmuşdur. 
M
ən bütövlükdə  bu  tədqiqat  işini  yüksək qiymətləndirir və  onu  geniş  oxucu 
kütl
əsi üçün tövsiyə edirəm. 
 
Hacı Sabir Həsənli 
Ba
kı İslam Universitetinin rektoru 
 
 
 
 
 
 
 
 
 
 
 
[5] 
 

GİRİŞ 
 
H
ədisşünaslıq  İslam  elmləri içərisində  ən  şərəfli,  ən  faydalı  və  ən  geniş  elm 
hesab  edilmişdir.  Çünki  istər hədisi-şərifləri, istərsə  də  onun tarixini və 
metodologiyasını  öyrənənlər  İslam  mədəniyyətilə  daha da dərindən  tanış  olmuş, 
əqidəvi və şəri (dini-hüquqi) məsələləri bu elmin vasitəsilə doğru-düzgün şəkildə əldə 
etmişlər. Həmçinin, bu elmin ən ümdə faydalarından biri də Qurani-kərimə daha da 
d
ərindən  vaqif  olmağa  nail  olmaqdır.  Əvvəldə  qeyd etdiyimiz kimi,  Qurani-kərim 
insanlara çatdırılacaqlarını ümumi şəkildə bəyan etmişdir.  
Peyğəmbər (s) və onun Əhli-beyti (ə) Allahın nazil etdiyi müqəddəs kitaba tabe 
olaraq orada keç
ən dərin mətləbləri, mütəşabeh (çətin anlaşılan) mənaları çox sadə, 
lakin elmi şəkildə müsəlmanlara aydınlaşdırmışlar. Qurani-kərim belə bəyan edir: 
“Biz h
ər bir peyğəmbəri yalnız onların öz qövmlərinin dilində  göndərdik 
ki, (Allah
ın hökmlərini) 
onlar üçün açıqlayıb  izah etsin”.
1
 
Müst
əqil elm hüququnu qazanmış hədisşünaslığın da özünəməxsus predmetləri 
vardır.  Hədisşünaslıq  hədis tarixi və  hədis üsulu deyə  iki qismə  bölünür. Hədis 
elml
ərinin  bir qolu olan hədis tarixi, hədis üsulundan  mövzusuna görə  fərqlənir. 
H
ədis tarixi və  hədis üsulu bir elmin muxtəlif sahələridir. Hədis tarixi –  bu elmin 
tarixini, bu elm sah
əsində əsərlər meydana gətirən şəxslərin tərcümeyi-hallarını, hədis 
üsulu is
ə nəql olunan hədisin doğru olub-olmadığını, həmçinin, bu və ya digər hədisi 
n
əql edən  ravinin  əhvalını  öyrənən elmdir. Deməli,  bu elmlərin hər birinin öz 
predmeti vardır. 
H
ədisşünaslığın  təfsir, fiqh, İslam  tarixi elmləri ilə  sıx  bağlılığı  vardır.  Çünki 
yuxarıda  adı  keçən bəzi  İslami elmlər təməl prinsiplərinin çoxunu həzrət 
P
eyğəmbərdən  (s) gələn hədislərə  söykəmişdir.  Deməli,  biz hədisşünaslığı 
öyr
ənməklə  müsəlmanların əqidələrinə, müxtəlif təfəkkür üsullarına dərindən bələd 
oluruq. Buna gör
ə də hədis elmlərini bilmədən müsəlmanların əqidələrini, müxtəlif 
İslam məzhəb və təriqətlərini tanımaq bir o qədər də asan olmayacaqdır. 
İrad  və  təkliflərinizi  quliyev.ibrahim.78@mail.ru  ünvanına  göndərməyiniz 
xahiş olunur. 
 
 
 
 
 
 
 
 
 
 
1
İbrahim-4 
[6] 
 
                                                 

I FƏSİL 
 
HƏDİSİN DİNDƏKİ YERİ, MƏNASI VƏ QAYNAĞINA GÖRƏ HƏDİSİN 
NÖVLƏRİ  
 
1.1.H
ədisin dindəki yeri və əhəmiyyəti 
Allah taala 
insanları  doğru  və  düzgün yola yönəltmək,  onların  bütün  fərdi və 
ictimai probleml
ərini həll etmək üçün Qurani-kərimi göndərdi.  Peyğəmbər (s)  də 
Allah t
ərəfindən göndərilən bu müqəddəs  kitabı  təkcə  insanlara  çatdırmaqla 
kifay
ətlənməyib eyni zamanda orada yer alan ayələri insanlara açıqlayıb izah edirdi. 
Bütün  müs
əlmanlar  Qurani-kərimin  kamil  bir  ilahi  kitab  olması  və  orada heç bir 
d
əyişikliyin olmaması haqqında müttəfiq fikirdədirlər. Lakin burada yer alan ayələr 
h
ər  hansi  bir  anlayışı  ümumi  şəkildə  bəyan edir, orada yer alan hökmlərin bütün 
t
əfərrüatlarını izah etmir. Deməli, belə olan halda müsəlmanların qarşısında Qurani-
k
ərimin ayələrini doğru-düzgün şəkildə başa düşmək və burada göndərilən hökmlərə 
nec
ə əməl etmək problemi dayanırdı. Belə olan halda müsəlmanların vəzifəsi nədir 
sualı ortaliğa çıxır. 
Qurani-k
ərim  biz  müsəlmanlara belə  problemlərlə  qarşılaşan  zaman 
Peyğəmbərin (s) hədislərinə əməl etməyi əmr edir. Buna görə də müsəlman alimləri 
s
əhih hədislərin bütün müsəlmanlara höccət (dəlil)  olduğu  qənaətinə  gəlmiş, 
möminl
ərin  Peyğəmbərə  (s)  boyun  əyib onun hökmünə  tabe  olmağı  vacib 
buyurmuşlar. 
Allah  Qurani-k
ərimdə Peyğəmbərə (s) boyun əyəməyin vacib olduğu haqqında 
kifay
ət qədər ayələr göndərmişdir. Həmin ayələrdən  bəzilərini  aşağıdakı  kimi 
sıralamaq olar: 

 
De ki: “Əgər siz Allahi sevirsinizsə, mənim ardimca gəlin ki, Allah da sizi 
sevsin v
ə günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir!”
2
 

 
Söyl
ə  ki, “Allaha və  onun  Peyğəmbərinə  itaət  edin!  Əgər üz 
dönd
ərirsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!”
3
  

 
...Biz s
əni  insanlara  peyğəmbər göndərdik.  Allahın  buna  şahid  olması 
kifay
ət edər.  Peyğəmbərə  itaət edən  şəxs,  şübhəsiz ki, Allaha itaət  etmiş  olur. 
Kim  üz dönd
ərsə,  [qoy döndərsin]  biz ki, səni  onların  üzərində  gözətçi  olmağa 
gönd
ərməmişik
4


 
Ey iman g
ətirənlər!  Allaha,  Peyğəmbərə  və  özünüzdən olan  ixtiyar 
sahibl
ərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət 
günün
ə inanırsınızsa, onu Allaha və peyğəmbərə həvalə edin! Bu daha xeyirli və 
n
əticə etibarilə daha yaxşıdır
5

2
 Ali-
İmran-31 
3
 Ali-
İmran-32 
4
 Nisa-79-80 
5
 Nisa-59 
[7] 
 
                                                 


 
H
əqiqətən Allahın  Rəsulu Allaha, qiyamət gününə  ümid bəsləyənlər və 
Allahı çox zikr edənlər üçün gözəl nümunədir
6
.  

 
Allaha v
ə  onun  Peyğəmbərinə  itaət edin. Bir-birinizlə  çəkişməyin,  yoxsa 
qorxub z
əifləyər və gücdən düşərsiniz. Səbr edin çünki Allah səbr edənlərlədir
7
.  

 
Allaha v
ə  onun  Peyğəbərinə  itaət edin, [onlara  qarşı  çıxmaqdan]  çəkinin.  
Əgər [itaətdən] boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq 
bir  t
əbliğidir
8


 
Peyğəmbəri  çağırmağı  öz  aranızda  bir-birinizi  çağırmağınızla  eyni 
tutmayin!..
9
  

 
 Ey iman g
ətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək [imana, haqqa]  dəvət 
etdiyi zaman Allahın və onun Peyğəmbərinin dəvətini qəbul edin...
10
 

 
Bunlar Alla
hın  sərhədləridir  [hökmləridir].  Hər kəs  Allaha və 
Peyğəmbərinə itaət edərsə, Allah onu  ağacları altından çaylar axan Cənnətlərə 
əbədi olaraq daxil edər ki, bu da [möminlər üçün] böyük uğur və qurtuluşdur! 
H
ər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah 
da onu C
əhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir
11

Yuxarıda  göstərilən ayələr bir daha müsəlman  ümmətinin  Peyğəmbərə  (s) və 
onun  M
əsum  Əhli-beytinə  (ə)  tabe  olmağı,  onların  ardınca  getməyin  zəruriliyini 
sübut edir. Bütün bu ay
ələrdən başqa biz Peygəmbərin (s) hədislərində də o Həzrətə 
tabe olub, onun sünn
əsini  (hədislərini)  yaşatmağın  vacib  olduğunu  görməkədəyik. 
Peyğəmbər (s) buyurur: 

 
 
“Kim mənim sünnəmdən üz çevirərsə, məndən deyildir.”
12
  

 
 “
Dinin əldən çıxması sünnənin tərk edilməsiylə başlayar.”
13
  

 
 “
Hər kəs mənə itaət edərsə, Cənnətə girəcəkdir. Hər kim də mənə asi olarsa, o 
da 
Cənnətə girə bilməz.”
14
 

 
 “
Ümmətimdən hər kəs dini işlərində ehtiyac duyduğu qırx hədis əzbərləyərsə, 
q
iyamət günü Allah onu alim və fəqih kimi dirildər.”
15
 

 
 “
Həqiqətən bizim hədislərimiz qəlbləri cilalayır.”
16
 
 
Həmçinin,  biz,  Əhli-beytdən  (ə)  gələn  hədislərdə  də  hədis  və  sünnənin 
öyrənilməsinin  və  qorunub  saxlanılmasının  zəruri  bir  əməl  olduğunu görməkdəyik. 
Bu haqda İmam Sadiq (ə) buyurur: 

 
 “
Hər  kəs,  halal  və  ya  haram  haqqında  bizim  hədislərimizdən  qırx  hədis 
əzbərləyərsə,  qiyamət  günü  Allah onu alim  və  fəqih  kimi  dirildər  və  ona  əzab 
verməz.”
17
 
6
 
Əhzab-21 
7
 
Ənfal-46 
8
 Maid
ə-92 
9
 Nur-63   
10
 
Ənfal-24 
11
 Nisa-13-14 
12
 S
əhihi-Buxari, nigah-1; Səhihi-Müslüm, nigah-5  
13
 Sün
əni-Darimi, müqəddimə-16 
14
 S
əhihi-Buxari, kitabül-etisam fəsli 
15
 
Şeyx Səduq, əl-Xisal, səh. 113 
16
 Küleyni, Üsuli-kafi, c. II, s
əh. 190 
[8] 
 
                                                 


 
 “
Həqiqətən bizim hədislərimiz qəlbləri dirildir.”
18
 
Dem
əli, bu və ya digər hədislərdən  də məlum olur ki, Peyğəmbər (s) və onun 
Əhli-beytinin  (ə)  hədislərini  əzbərləmək  və  onları  qoruyub  saxlamaq  dinimiz  üçün 
böyük 
əhəmiyyət kəsb edir. Çünki hədislərdə Qurani-kərimi izah edən və hətta orada 
olamayan, lakin icra edilm
əsi  müsəlmanlara vacib olan bəzi  hökmlərin  yerinə 
yetirilm
əsini göstərən ayinlər  vardır.  Şübhəsiz ki, hədis və  ya  sünnənin qorunub 
saxlanması  və  təbliğ  edilməsi dinin zəruri məsələlərindən  olmasaydı,  nə  Allah 
Qurani-k
ərimdə Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) tabe olmağı vacib buyurar, 
n
ə də Məsumlardan (ə) bu qədər hədislər nəql olunardı. Deməli, yuxarıda göstərilən 
ay
ə və hədislər bizə Allahın hökmü ilə Peyğəmbərin (s) hökmünün eyni olduğunu, 
Peyğəmbərə  (s) itaət etməyin Allaha itaət etmək  olduğunu,  Peyğəmbərdən  (s) üz 
çevirm
əyin insanın kafirliyə dəlalət etdiyinə, bir sözlə Peyğəmbərin (s) sünnəsi ona 
nazil olan Qurani-k
ərimin açıqlanması olduğunu aydın edir.  
H
ədislərin Qurani-kərimlə bərabər olması və onu izləməsi, həmçinin, şəriətin bir 
qisminin  Qurani-k
ərimin  gətirdiklərindən, digər bir qisminin  isə  Peyğəmbərin  (s) 
qoymuş olduğu sünnədən ibarət olduğu inkaredilməz bir həqiqətdir.  
Əbəs deyildir ki, hədislər  Qurani-kərimi  izah etdiyi  üçün  İslam  alimləri ona 
“v
əhyi-qeyri-mətluvv”  (oxunmayan vəhy), Qurana isə  “vəhyi-mətluvv”  (oxunan 
v
əhy) demişlər.
19
 
Qurani-k
ərim bizə Peyğəmbərin (s) sözlərinin vəhy altinda olduğunu, bütün xəta 
v
ə  nöqsandan  uzaq  olduğunu  bəyan etməkdədir.  Əgər Peygəmbərin  (s)  haqqında 
nazil olan ay
ələrə  bir daha baxsaq, o Həzrətin “Al
əmlərə  rəhmət”, “Hidayət 
r
əhbəri”, “Son  Peyğəmbər”, “Böyük bir əxlaq sahibi”  adları  altında  qeyd 
edildiyinin şahidi olacağıq. 
M
əlumdur ki, Məhəmməd peyğəmbər (s) özündən  əvvəl göndərilən 
p
eyğəmbərlərdən (ə) fərqli məziyyətlərə malikdir. Bu məziyyət və üstünlüklərdən biri 
d
ə  o Həzrətin  qoyduğu  sünnənin qiyamətə  qədər  yaşayacağıdır.  Deməli,  İslam 
ümm
əti inanc və hökmlərdə hədislərə tabe olmalıdırlar, əks təqdirdə İslam dini məhv 
olub aradan ged
ər, insanlar isə  dünya və  axirətdə  zəlil və  rüsvayedici  əzaba düçar 
olarlar. 
İslam alimlərinin bəziləri, o cümlədən Əvzai “Sünnənin Kitaba (Qurani-kərimə) 
olduğundan  çox,  Kitabın  sünnəyə  ehtiyacı  vardır”  demişdir.
20
 Sözün 
əsl mənasında 
b
əzi  İsam alimlərinin belə  söz deməsi  əbəs deyildir. Çünki hədis və  ya  sünnə  hər 
m
övzuda şəriətin əsas vasitəsidir. Həmçinin məlumdur ki, Qurani-kərimdə keçən bəzi 
ay
ələr mütəşabeh  (idrakdan  kənar)  ayələrdir. Bu barədə  Qurani-kərim  belə  bəyan 
edir: 
“S
ənə  Quranı  nazil edən odur. Onun bir hissəsi  Quranın  əslini,  əsasını 
t
əşkil  edən möhkəm  [mənası  aydın,  hökmü  bəlli],  digər qismi isə  mütəşabeh 
[m
ənası bir-birinə oxşar, məğzi bəlli olmayan]  ay
ələrdir... halbuki onların həqiqi 
17
 
əl-Xisal, səh. 116 
18
 
Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 213 
19
 N
əvəvi, Riyazüs-salehin, c. I, səh. 15-16 
20
 Cameu b
əyanil-elm, c. II, səh. 101 
[9] 
 
                                                                                                                                                                  

izahını  Allahdan  başqa  heç  kəs bilməz.”
21
 Dig
ər qisim ayələr isə  şəri hökmləri 
formul şəkildə bəyan edir. Məsələn, Qurani-kərim belə bəyan edir: 
“...Gücü çatan h
ər bir kəsin həccə  gedib o evi ziyarət etməsi  insanların 
Allah qarşısında borcudur.”
22
 
Qurani-k
ərim ayələrinin açiqlayıcı olması, hər şeyi bəyan etməsi inkaredilməz 
bir h
əqiqətdir. Amma onu daim oxuyan və  dinləyən  insanların  anlayış  səviyyələri 
f
ərqli olduğu üçün onu təkbaşına oxuyub dürüst  şəkildə başa düşmək qeyri-mümkün 
bir işdir. Belə olan halda onu insanlara başa salan bir qüvvəyə ehtiyac vardır ki, bu da 
heç şübhəsiz ki, Peyğəmbər (s) və onun Əhli-beytidir (ə). Əlbəttə ki, Peyğəmbərin (s) 
v
ə  digər  Məsumların  (ə)  Qurani-kərimi  açıqlayıb  izah  etməsi Qurana əksiklik və 
qüsur g
ətirməz,  əksinə  bu izahlar sayəsində  bəndələrin o uca Allaha necə  ibadət 
ed
əcəkləri öyrənilmiş  olacaqdır.  Buna  görə  də  alimlər: “Sünnəsiz  müsəlmanlıq 
mümkün deyildir” demişlər.
23
 
Yuxarıda qeyd etdiyimiz ayələrin birində İslam şəriətinin ən vacib əməllərindən 
biri olan, böyük ictimai-siyasi mahiyy
ət kəsb edən həcc ziyarəti  haqqında 
müs
əlmanlara xüsusi göstəriş  vardır.  Göründüyü kimi,  burada həccin necə  ziyarət 
edilc
əyi,  ziyarət zamani zəvvarların  hansı  əməlləri icra edəcəyi haqqında  heç  bir 
m
əlumat  verilmir. Halbuki bu böyük dini ayinin içərisində  elə  əməllər  vardır  ki, 
insanın onların birini belə yerinə yetirməməsi onun ziyarətinin batil olmasına səbəb 
olar. B
əs bu icrası vacib olan əməlləri hansı yolla əldə etməliyik sualına Məsumların 
(
ə) hədisləriylə deyə cavab verəcəyik. 
Burada bir daha işarə edirik ki, bütün müsəlmanlar hədisin (sünnənin) Qurani-
k
ərimdən sonra ikinci dəlil olduğu barədə icma etmişlər. Görkəmli müsəlman alimi 
M
əhəmməd  bin İdris  əş-Şafei (öl.820)  yazırdı: “Sünnələrin Qurani-kərimdə  mütləq 
bir 
əsli vardır.”
24
 
Yuxarıda  göstərilən bütün ayə  və  hədislərdən belə  nəticəyə  gəlmək olur ki, 
sünn
ənin (hədisin) Qurani-kərim qarşısında üç vəzifəsi vardır: 

Kataloq: userfiles
userfiles -> Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat
userfiles -> Рабочая учебная программа дисциплины «эндодонтия» для специальности 060201. 65 «Стоматология» Всего зет 6 Всего часов 216, из них
userfiles -> Рабочая учебная программа дисциплины «пародонтология» для специальности 060201. 65 «Стоматология» Всего зет 4
userfiles -> Kafedra: “Biznesin təşkili və idarə olunması” Fənn: “Antiböhranlı idarəetmə” Müəllim: Nəbiyev Aydın Xalıq oğlu
userfiles -> Şəhərsalmanın əsasları” fənnindən testlər
userfiles -> MÖvcud liSTİnq təLƏBLƏRİ
userfiles -> HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ 1936 5 mart

Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə