Orxan Pamuk
Bəyaz Qala
Roman
Türkcədən çevirən: Fərid Hüseyn
www.kitabxana.net
Redaktor: Xeybər GÖYALLI
Korrektor: Səbinə Rzayeva4
“Bəyaz Qala”nın Orxan Pamuku
Kitaba xoş gəlmisiniz. Buyurun, keçin kitaba. Ya da dayanın, zəhmət olmasa, sizə bir neçə mətləbi
aydınlaşdırım, sonra keçərsiz.
Məncə, oxucular üçün nə Orxan Pamuk haqqında geniş danışmağa ehtiyac var, nə də bu əsər
haqqında. Amma Orxan Pamuk haqqında çox şey yazmaq olar.
Orxan Pamuk – Türkiyənin ilk Nobel mükafatçısı.
Orxan Pamuk – Dünyanın yüz intellektual adamından biri.
Orxan Pamuk – Türkiyənin xarici ölkələrdə ən çox oxunan yazıçısı
Orxan Pamuk – Əsl üslubçu.
Orxan Pamuk – Posmodernist yazıçı.
Orxan Pamuk – Esseist.
Orxan Pamuk – Kinossenarist.
Orxan Pamuk – Mühəndis.
Orxan Pamuk – Röyanın atası.
Orxan Pamuk – Və sair və ilaxır.
Orxan Pamukun “Bəyaz Qala” romanı 1985-ci ildə çap olunandan sonra onun şöhrəti
ölkəsinin sərhədlərini aşır, dünyanı fəth edir, adı sözün yaxşı mənasında dillərə düşür.
Posmodernist roman sayılan bu əsərdə posmodernizimə xas olan bəzi əsas cəhətlər var. Həmin
cəhətlər əsərin janr etibarı ilə tam posmodernist bir əsər olduğunu isbat edir. Üç əsas
posmodernist cəhəti vurğulamaq istərdim:
1. Əsərin posmodernist oyuna çevrilməsi. Yəni, əsəri nəql edən oxucunu mətn labirintinə
salır və öz oyununa oyuncu edir. Mətn həm oxucunu daha dərin düşünməyə vadar edir,
həm də oxucunun diqqətini bir az da “oyaq saxlayır”.
2. Posmodernistlərə görə, bütün mövzular işlənib, yazılası daha heç bir yeni mətn yoxdur.
Ümumi konteksti faş edən hipermətn var. Bu əsərdə də köhnə dovrə, yazılmış əsərlərə
qayıdış var. Bu sanki keçmişə ox işarəsidir, köhnəyə yeni dəyər qatılmasıdır.
3. O.Pamuk bəzi əsərlərdən müəyyən təsirlərin olduğunu vurğulayır və özü də həmin
əsərlərdən qaynaqlanıb öz mədəniyyətinin romanını yazdığını iddia edir.
Posmodernizmdə belədir ki, müəllif əgər bu təsirləri, oxşarlıqları əsərdə, yaxud
müsahibələrində, yaxud da məqalə şəklində oxuculara ünvanlayırsa, yalnız belə olan
halda, əsər plagiat əsər sayılmır. O.Pamuk əsərin sonunda bu tipli bəzi məqamları
“Bəyaz Qala” haqqında” yazısı ilə gün işığına çıxarır.
Əsərdə Şərq-Qərb probleminə müxtəlif baxışlar var:
“Bəyaz Qala” romanında bizim öyrəşdiyimiz ənənəvi Şərq-Qərb problemi bəzi məqamlarda
oyuna çevrilir. Və yazar onu iddia etməyə çalışır ki, BÖYÜK İNSAN üçün bu toqquşmalar
yoxdur. Şərq-Qərb dəyəri yoxdur, sadəcə dəyər var və BÖYÜK İNSAN yalnız öz dünyasını
düşünüb addım atır.
ŞƏRQ-QƏRB problemi iki insan arasında öz həllini tapır. (bəlkə də, tapmır). Yəni,
qloballaşma rejimini belə fərdlər idarə edir. Bütün kütləvi problematikalar da fərdlərin
münasibətindən doğur və səngiyir. Ona görə O.Pamuk küll halında, mədəniyyətlərin
qarşılaşmasından bir qədər sovuşaraq, iki insan arasında çıxış yolu axtarır.
Roman iki oxşar insandan bəhs edir. İki ayrı-ayrı “mədəni qütb”ün adamları bir-birinin adət-
ənələrinə, vərdişlərinə bir qədər xor baxırlar. Qərbli Şəqrdə qalsa belə, yenə də, şərqli ola bilmir.
Şərq və Qərb mədəniyyəti bir-birinin içində ərimədiyindən bu belə olur.
Əsərdə kölə və ağa münasibəti var. Bu iki ayrı-ayrı mədəniyyətin münasibəti kimi təzahür
olunur. Amma münasibət fərqli və yad münasibətdir. Kölə ağasız zəifdir. Ağa da köləsiz. Silah
hazırlayan Xoca (ağa) öz təbəsinin enerjisinə, biliyinə ehtiyac duyur və onsuz iş görə (silah
hazırlaya) bilmir. Yəni, Şərq Qərbdən, Qərb də Şərqdən yararlanır və onların bir-birindən
aralanması da çox çətin olar.
O. Pamuk Şərqlə Qərbin arasında ortaq movqedə dayanmağa çalışır. Bəzənsə hansısa tərəfə
bir addım atır. Məncə bu addım daha çox Qərbə meyillənir. Məsələn, əsərin baş qəhrəmanı 5
Xocanı (şərqlini) ağa kimi təqdim edir, qərbli əsiri isə kölə kimi, amma ağa kölənin elminə
ehtiyac duyur, ona möhtac olur. O.Pamukun cəbhələrarası münasibəti, toxunulmamazlığı
qorumaq istəyi, bəziləri üçün xoşagəlməz olsa da, əksər əsərlərində biz bu düşüncələrlə
rastlaşırıq.
“Bəyaz Qala” romanı yazıçıya beynəlхalq arenada şöhrət gətirib, əsərin çapından az müddət
sonra "Nyu-York Times" qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orхan
Pamukdur". Bu mənada, “Bəyaz Qala” O.Pamukun olduğu kimi, dünya çapında da O.Pamuk da
“Bəyaz Qala”nındır, çünki bu əsər onun şöhrətinin əlindən tutub dünyanı gəzdirib və gəzdirir.
Dünyanın 13-dən çox dilinə çevrilən bu əsərin Azərbaycanlı oxucular üçün də maraqlı olacağına
inanıram.
Bağışlayın, vaxtınızı aldım, buyurun, buyurun keçin içəri–kitaba.
Fərid Hüseyn
Farid-002@box.az6
Yaxşı insan, yaxşı qardaş
Nilgün Darvinoğlu
(1961-1980) üçün
“Əlaqəmiz olan bir adamı, bizə görə məchul və öz məchulluğ
dərəcəsində cazibəli olan hansısa həyatın ünsürlərinə qarşıdığını zənn etmək
və həyata ancaq onun sevgisiylə daxil olacağımızı düşünmək, bir eşq başlanğıcından
özgə nəyi ifadə edir ki?”
Marsel Prustdan tərcümə edən:Y.K. Qaraosmanoğlu
Giriş
Bu əlyazmanı 1982-ci ildə, içində hər yay bir həftə eşələnməyə vərdiş etdiyim Gəbzə İcra
Hakimiyyətinin nəzdnindəki o ucuq-sökük “arxiv”də fərmanlar, ev sənədləri, məhkəmə hökmləri
və rəsmi kağızlarla ağzına qədər dolu olan tozlu bir sandığın dibindən tapdım. Yuxuları
xatırladan mavi üzlüklü zərif cildlə cildlənən əlyazma, oxunaqlı bir xətlə yazılmışdı və solğun
dövlət sənədlərin arasında par-par parıldadığı üçün elə həmin anda da diqqətimi çəkdi. Məncə,
hansısa naməlum bir əl, kitabın birinci səhifəsinə, sanki məni daha da maraqlandırmaq üçün
başlıq yazmışdı: “Yorğançının ögey övladı”. Başqa başlıq yox idi. Kənarlarına və səhifə
boşluqlarına hansısa bir uşağın çoxlu düyməli paltarlar geyinən balaca başlı adamlar çəkdiyi
həmin kitabı tez bir zamanda böyük həvəslə oxudum. Çox xoşuma gəldi, amma üzünü hansısa
dəftərə köçürmək üçün, əlyazmasını gənc icra nümayəndəsinin belə “arxiv” adlandıra bilmədiyi
o xaraba yerdən, mənə nəzarət etməyən xadimənin inamını fövtə verərək, qaşla göz arasında
çantama tıxayıb oğurladım.
Əvvəllər kitabı təkrar-təkrar oxumaqdan başqa, nə edəcəyimi bilmirdim. Tarixə olan
şübhəm hələ də davam elədiyi üçün, əlyazmanın elmi, kultroloji, antropoloji, yaxud da “tarixi”
dəyərindən çox, danışılan əhvalatın özü ilə, əsası ilə maraqlandım. Bu da məni mətn yazarının
kimliyinə aparırdı. Dostlarımla birgə universitetdən ayrılmaq məcburiyyətində qaldığım üçün ata
sənətim olan ensiklopediya araşdırmaçılığı ilə məşğul olmağa başlamışdım: tarix bölümündə
təyinatlı olduğum ”məşhurlar” ensiklopediyasında kitabın yazarı haqda da araşdırma aparmaq
elə bu vaxt ağlıma gəldi.
Beləliklə, ensiklopediyadan və içkidən kənar vaxtlarımı bu işə sərf etdim. Həmin dövrün
əsas qaynaqlarına nəzər salanda əsərdə danışıldığı kimi, hadisələrin çox da reallığa uyğun
olmadığını gördüm. Köpürlünün beş illik baş vəzir olduğu vaxtda İstanbulda böyük bir yanğın
olmuşdu, amma qeyd edilməli bir xəstəlik, hələ kitabdakı kimi geniş bir vəba epidemiyasının
olması haqda isə heç bir sübut yox idi. Dövrün bəzi vəzirlərinin adı səhv yazılmış, bəzilərinin də
adı bir-biri ilə səhv salınmış, bəzilərisə dəyişdirilmişdi. Münəccimlərin adları isə saray
qeydlərində göstərilənlərlə uyğun gəlmirdi, amma bu məqamın kitabda xüsusi bir yeri olduğunu
düşündüyümə görə üstündə durdum. Digər tərəfdən də kitabdakı hadisələri ümumən tarixi
“məlumatlarımız” təsdiqləyirdi. Bu “doğruluğu” bəzən kiçik detallarda da, gördüm. – Naimanın
da uyğun olaraq dediyi kimi, baş münəccim Hüseyn Əfəndinin qətli, IV Mehmetin Mirahor
Köşkündəki dovşan ovu reallığa uyğun idi. Oxumağı və xəyal qurmağı xoşlayan yazarın əsəri
üçün bu cür qaynaqların, başqa bir yığın kitabı oxuyub, onlardan nəsə öyrənə biləcəyimin
mümükünlüyünü də fikirləşdim. Bəlkə də, tanıdığını idea etdiyi Övliya Çələbinin ancaq
kitablarını oxumuşdu. Başqa örnəklərdə də təsdiqini tapdığı kimi, bunun əksinin də
mümükünlüyünü düşünür, çalışırdım ki, əsərin yazarının izini tapmaqdan ümidimi kəsməyim,
amma İstanbul kitabxanalarında apardığım tədqiqatlar ümidlərimin çoxunu suya saldı. 1652-
1680-cı illər arasında IV Məhmədə təqdim olunan risalələrin, kitabların heç birini nə Topqapı
Saray Kitabxanasında, nə də ordan başqa yerlərdə it-bat olduğunu fikirləşdiyim kitabları başqa 7
kitabxanalardan tapa bildim. Bir dəlillə rastlaşdım. Əsərdə adı çəkilən “solaxay xəttat”ın bu
kitabxanalarda başqa əsərləri də vardı. Bir müddət həmin əsərləri araşdırdım, amma daha
bezmişdim, artıq məktub yağışına qərq etdiyim İtalyan universitetlərindən ümid qisası alan
cavablar gəlirdi: Gəbzə, Cənnəthisar və Üsküdar qəbiristanlıqlarından yazarın kitabın mətninin
mahiyyətindən doğan, amma üstündə ad kimi yazılmayan, adına əsalanaraq etdiyim tədqiqatlar
da uğursuzluğa düçar olmuşdu. Artıq mətnin izinə düşməyi dayandırdım, ensiklopediya
məlumatını isə əsərə əsaslanaraq yazdım. Qorxduğum kimi də oldu, bu maddəni cap etmədilər,
amma ona görə yox ki, sübut əsassızlığından belə oldu, ona görə ki, əsəri danışan lazımı qədər
məşhur deyildi.
Əsərə olan marağım, bəlkə də, buna görə daha da artdı. Hətta bir ara istefa etməyi də
fikirləşdim, amma işimi və dostlarımı çox istəyirdim. Beləliklə, bir müddət qarşıma çıxan hər
kəsə əsərimi sanki onu tapmış kimi yox, yazmış kimi ürəklə danışdım. Əsəri maraqlı etmək üçün
simvolik dəyərindən, bugünümüzü bu əsərlə qavradığımdan və.s nəsnələrdən söhbət etdim. Bu
sözlərimlə daha çox, siyasət, şiddət, Şərq-Qərb, demokratiya kimi mövzulara meyil göstərən
gənclər maraqlandılar, amma onlar da içki dostlarım kimi, tez bir zamanda əsərimi unutdular. Bir
professor dostum, israr etdiyimə görə, vərəqlədiyi əlyazmanı mənə geri qaytararkən, dedi ki,
İstanbulun ucqar məhəllələrindəki taxta evlərdə içində bu cür əsərlərin qaynaşdığı əlyazmalardan
on minlərlə var. Əgər ev sakinləri onları Quran zənn edib hündür bir skafın üstünə qaldırmırlarsa
da, hər halda sobalarını yandırmaq üçün səhifə-səhifə cırırlar.
Beləliklə, təkrar-təkrar oxuduğum əsəri, əlindən siqaret düşməyən eynəkli bir qızın da
ürək-dirək verməsi ilə çap etdirməyə qərar verdim. Kitabı bu günümüzün türkcəsinə çevirərkən
heç bir üslub qayğısı güdmədiyimi oxuyanlar görəcəklər. Masanın üstünə qoyduğum əsərin
əlyazmasından bir-iki cümlə oxuyandan sonra, kağızlarım olan başqa bir otaqdakı masanın
arxasına keçir, beynimdə qalan mənanı və məğzi günümüzün kəlmələri ilə nəql etməyə
çalışırdım. Kitabın adını mən yox, nəşr etməyə razı olan nəşriyyat qoydu. Başdakı ithafı
görənlər, bəlkə də, bunun xüsusi bir mənasının olub-olmamağını soruşacaqlar. Hər şeyi bir-biri
ilə əlaqəli görmək, zənnimcə, bu günümüzün xəstəliyidir. Bu xəstəliyə mən də mübtəla
olduğuma görə əsəri nəşr etdirirəm.
Faruk Darvınoğlu8
1
Venesiyadan Neapola gedirdik, türk gəmiləri yolumuzu kəsdi. Bizim cəmi-cümlətani üç
gəmimiz vardı, onlarınsa dumanın içindən çıxan gəmilərinin ardı-arası kəsilmirdi ki, kəsilmirdi.
Gəmimizdə qəfil qorxu və təlaş baş qaldırdı, əksəriyyəti türk və məğribli olan kürəkçilərimiz
sevincdən qışqırırdılar, əsəbləşdik. Gəmimiz burnunu digər iki gəmi kimi, sahilə, qərbə çevirdi,
amma digər gəmilər kimi bizim gəmi sürətini artırmadı. Əgər əsir düşsə cəzalandırlacağından
qorxan kapitanımız kürəkçəkən kölələri tez-tez qırmanclamaq üçün, əmir vemirdi ki, vermirdi.
Sonralar bütün həyatımın kapitanın bu qorxaqlığı ucbatından dəyişdiyini çox düşündüm.
İndiysə düşündüm ki, kapitanımız az da olsa, qorxaqlığa qapılmasaydı, bax, həyatım əsil
onda dəyişərdi. Əvvəlcədən müəyyənləşdirilmiş bir həyatın olmadığını, bütün hadisələrin əslində
adi bir təsadüf olduğunu çox adam bilir. Amma yenə də bu həqiqəti bilənlər belə, həyatlarının
hansısa dövründə, geri çevrilib ona baxdıqda, təsadüf olaraq yaşadıqları şeylərin zərurət
olduğunu müəyyənləşdirirlər. Mənim də elə bir dövrüm oldu. – İndi dumanın içində xəyalat kimi
görünən türk gəmilərinin rənglərini xəyal edib, köhnə bir masanın üstündə kitabımı yazmağa
çalışarkən elə bir zaman kəsiyinin hansısa əsərə başlayıb onu bitirmək üçün ən uyğun zaman
olduğunu düşünürəm.
Digər iki gəminin türk gəmiləri arasından sıyrılıb dumanın içində itdiyini görəndə
ümidləndim, bizim də məcburiyyətimizlə kapitan əsirləri sıxışdırmağa cəsarət edə bildi, amma
artıq gecikmişdik, üstəlik azadlıq arzusuyla həyəcanlanan kölələrə qırmanclar da söz keçirə
bilmirdi. Dumanın əsəbiləşdirici divarını rəngbərəng aralayan ondan çox türk gəmisi üstümüzə
gəldi. Kapitanımız, bu dəfə düşməni deyil, məncə, öz qorxaqlığını və üzüqaralığını əzmək üçün
döyüşməyə qərar verdi, əsirləri amansızcasına qırmacladarkən topların hazırlanmasını əmr verdi,
amma gec alovlanan döyüş arzusu az vaxda əriyib yox oldu. Şiddətli bort atəşinə tutulmuşduq,
tezcə təslim olmasaq gəmimiz batacaqdı, qərar gəldik ki, ağ bayraq qaldıraq.
Durğun dənizin ortasında Türk gəmilərini gözləyərkən kamerama düşdüm, bütün həyatımı
dəyişdirəcək düşmənləri yox, qonaqlığa gələn bəzi dostlarını gözləyənlər sayaq əşyalarımı
səliqəyə saldım, kiçik sandığımı açıb fikirli-fkirli kitablarıma baxdım. Florensiyadan xeyli pul
verib aldığım bir kitabın səhifələrini çevirərkən gözlərim yaşardı, çöldən gələn qışqırıqları,
təlaşlı ayaq səslərini, guppultuları eşidirdim, bilirdim ki, bir azdan əlimdəki kitabdan
uzaqlaşdırılacağam, amma bunu yox, kitabın səhifələrində yazılanları düşünmək istəyirdim.
Sanki kitabdakı düşüncələr, cümlələr, məntiqlər içində itirmək istəmədiyim keçmişim vardı,
gözümə rast gələn sətirləri dua edərkən etdiyim kimi mızıldanaraq oxuyarkən bütün kitabı
beynimə qazımaq istəyirdim ki, onlar gələndə kitabları və məni ora-bura dartışdıracaqdılar, mən
də gələcəkdə bu olanları belə yox, öz keçmişimin rənglərini sevərək əzbərlənmiş bir kitabın əziz
kəlmələrini xatırlayan biri kimi xatırlayım.
O vaxtlar anasının, nişanlısının və dostlarının başqa bir adla çağırdıqları başqa bir insan
idim. Bir vaxtlar mən olan, ya da indi belə düşündüyüm O şəxsi bəzən hələ də yuxumda görürəm
və tərləmiş halda yuxudan oyanıram. Solğun rəngləri, sonralar uzun illər uydurduğumuz o
mövcud olmayan ölkələrin, heç yaşamamış heyvanların, dəhşətli silahların xəyali rənglərini
xatırladan bu insan iyirmi üç yaşında idi, Florensiyada, Venesiyada “elm və sənət” oxumuşdu,
inanırdı ki, astronomiyadan, riyaziyyatdan, fizikadan və rəssamlıqdan başı çıxır, təbii ki,
özündən razının biriydi, özündən əvvəl edilən şeylərin çoxunu qəbul edirdi, amma hamısına da
dodaq büzürdü, daha yaxşılarını bacaracağından əmin idi, bənzərsiz biriydi, hamıdan ağıllı və
yaradıcı olduğunu bilirdi. Kəsəsi, adi bir gənc idi. Sevgilisi ilə arzuları, planları, dünya və elm
haqda danışan, nişanlısının ona heyran olmasını təbii qarşılayan bu gəncin tez-tez etdiyi kimi,
özümə uydurma bir keçmiş uydurmalı olduğum zamanlarda, bu adamın mən olduğuna inanmaq
mənə ağır gəlir. Amma bir gün bu yazdıqlarımı səbirlə sonuna qədər oxuyan bir neçə şəxs, o
gəncin mən olmadığımı anlayacaqlar deyə özümə təsəlli verirdim. Bəlkə də, o səbirli oxucular,
mənim indi düşündüyüm kimi, sevimli kitabları oxuyarkən həyatında boşluq yaranan o gəncin
əhvalatına qaldığı yerdən nə vaxtsa bir gün davam etdiyini düşünəcəklər.9
Düşmənlər gəmimizə ayaq basanda kitablarımı sandığıma qoyub çölə çıxdım. Gəmidə
adam əlindən tərpənmək olmurdu. Hamını çölə toplayıb nəyi vardısa, hamısını soyurdular.
Birdən o qarmaqarışıqlıqda fikrimdən dənizə tullanmaq keçdi, amma düşündüm ki, düşmənlər
tutub o dəqiqədə öldürərlər, onsuz da sahilə nə qədər yaxın olduğumuzu da bilirdim. Əvvəlcə
mənə sataşmadılar. Zəncirləri açılan müsəlman qullar sevincdən qışqırırdılar, bəziləri də indidən
qırmancvuranlardan qisasını almaq istəyirdilər. Bir qədər sonra məni kameramda tapdılar, içəri
girdilər və əşyalarımı yağmaladılar. Qızıl tapmaq niyyəti ilə sandıqları eşələdilər, kitablarımın
bəzilərini, bütün əşyalarımı götürəndən sonra başqa bir adam, yerdə qalan bir-iki kitabı fikirlifikirli eşələyərkən məni tutub kapitanların birinin yanına apardı.
Sonradan Genuya əsilli olduğunu öyrəndiyim rəis mənimlə yaxşı davrandı, soruşdu ki,
əlimdən nə gəlir. Avar çəkməyə verilməməkdən ötrü tezcə astronomiyanı bilməyimdən, gecələr
istiqaməti təyin edə bildiyim haqda danışdım, amma maraqlanmadılar. Bundan özgə məndə
qalsın deyə qoyduqları anatomiya cildinə güvənərək cərrah olduğumu dedim. Hirsləndilər, az
qala məni avar çəkməyə verəcəkdilər ki, kitablarımı görən rəis soruşdu: Sidikdən və nəbzdən heç
başın çıxır? Bildiyimi deyən kimi həm avar çəkməkdən canım qurtardı, həm də bir-iki kitabımı
xilas etdim.
Amma bu xüsusiyyətim də mənə baha başa gəldi. Avar çəkən digər xristianlar o andan
mənə nifrət etdilər. Əllərindən gəlsə, məni gecələr birgə qaldığımız anbarda öldürərdilər, amma
türklərlə tez əlaqə yaratdığım üçün məndən qorxurdular. Qorxaq kapitanımız təzəcə ölmüşdü,
ətraflarını, burnunu, qulağını kəsib, ibrət olsun deyə qayığa qoyub dənizə buraxmışdılar.
Anatomiya bilgimdən yox, ağlımdan istifadə edib müalicə etdiyim bir neçə türkün yarası öz-
özünə qaysaqlayanda hamı həkimliyimə inandı. Türklərə həkim olmadığımı deyən bəzi qısqanc
düşmənlərim belə, gecələr qaldığımız anbarda mənə yaralarını göstərirdilər.
İstanbula göstərişli bir mərasimlə daxil olduq. Uşaq Padşah bizə baxırmış. Bütün dirəklərin
başına bayraqlarını asdılar, altına da bizim bayraqları, Məryəm Ananın təsvirlərini, xaçları
tərsinə asıb oxçularına oxlatdırırdılar. Bu vaxt toplar yeri-göyü inildətməyə başladı. Sonralar
adamların çoxunun sahildən hüzn, bezginlik və sevinclə izlədikləri mərasim çox çəkdi, günəşin
hərarətindən ürəyi gedənlər də oldu. Axşam tərəfi Dəmirpaşada möhkəmləndik. Bizim Padşahı
meydana çıxartmaq üçün zəncirlədilər, əsgərlərimizi gülünc göstərmək üçün zirehlərini tərs
geyindirdilər. Kapitanların və zabitlərin boyunlarına dəmir çəmbərlər taxdılar, gəmilərimizdən
aldıqları boruları, barabanlarımızı acıq verə-verə və keflə çalaraq əylənə-əylənə bizi saraya
apardılar. Yollara düzülmüş əhali sevinc və maraqla bizi gözləyirdi. Padşah, biz onu görməsək
də, payına düşən əsirləri seçib ayırtdı. Bizi də Qalataya aparıb Sadiq Paşanın zindanına saldılar.
Zindan bərbad bir yerdi, kiçik cansıxıcı hücrələrində yüzlərlə əsir çirk içində çürüyürdü.
Təzə sənətimi yoxlamaq üçün çoxlu insan tapdım orda, bəzilərini də sağaltdım, kürəyi, ayaqları
ağrıyan gözətçilər üçün reseptlər yazdım. Beləliklə, məni yenə başqalarından ayırdılar, günəş
işığı düşən yaxşı bir hücrə verdilər. Başqalarının halını görüb öz vəziyyətimə şükür eləməyə
çalışırdım ki, bir səhər məni onlarla birlikdə oyatdılar, dedilər ki, işləməyə gedəcəyik. Həkim
olduğumu, tibbdən, elmdən baş çıxardığımı deyəndə güldülər mənə: Paşanın bağçasının
divarları hörülüb yüksəldilirmiş, adam lazım idi. Səhərlər günəş çıxmamış zəncirlənərək şəhər
ətrafına aparılırdıq. Bütün gün daş toplayandan sonra axşamlar yenə zəncirlərlə bir-birimizə
bağlı zindanımıza qayıdanda düşündüm ki, İstanbul gözəldir, insan burda kölə yox alicənab bir
adam olmalıdı.
Yenə də adi bir kölə deyildim. Ancaq artıq zindanda çürüyən kölələrə yox, həkim
olduğumu eşidən başqalarına da baxırdım. Həkimlik haqqı olaraq aldığım məvacibin böyük bir
hissəsini məni gizlicə çölə çıxaran qul nəzarətçilərinə və növbətçilərə vermək
məcburiyyətindəydim. Onlardan gizlədə bildiyim pulla türk dili dərsləri öyrənirdim. Müəllimim
isə Paşanın xırda-para işlərinə baxan yaşlı və xeyirxah bir adam idi. Türk dilini sürətlə
öyrənməyimi gördükcə sevinir, mənim tez bir zamanda müsəlman olacağımı da deyirdi. Dərs
pulunu hər dəfə sıxıla-sıxıla alırdı. Mənə yemək-içmək gətirməsi üçün də ona pul verirdim,
çünki özümə yaxşı baxmağa qərarlı idim.10
Dumanlı bir axşam eşikağası hücrəmə gəldi, bildirdi ki, Paşa məni görmək istəyir.
Təəccübləndim, həyəcanlandım, tez qalxıb hazırlaşdım. Düşündüm ki, bəlkə, yurdumdakı
bacarıqlı qohumlarımdan biri, bəlkə, atam, bəlkə, gələcəkdə olacaq qayınatam məni əsirlikdən
xilas etmək üçün pul göndərib. Dumanın içində dolanbac küçələrdə yeriyərkən birdən evimizdən
kiminsə gələcəyini, yaxud da zənn edirdim ki, onları yuxudan oyananda olduğu kimi qarşımda
görəcəyəm. Bəzən də düşünürdüm ki, bir yolunu tapıb vasitəçilik etmək üçün kimisə
yollayıblar, həmin dumanın içində məni gəmi ilə ölkəmə göndərəcəkdilər, amma Paşanın
mülkünə girəndə başa düşüdüm ki, elə də asanca xilas ola bilməyəcəyəm. İnsanlar barmaqlarının
ucunda yeriyirdilər.
Əvvəlcə məni dəhlizə apardılar, orda gözləyəndən sonra otağa apardılar. Balaca bir
divanda kiçik, xoşsima bir adam üstünə adyal çəkib uzanmışdı. Yanında yekəpər biri də vardı.
Uzanan Paşa imiş, məni yanına çağırdı. Söhbətləşdik: Bir neçə sual verdi: dedim ki,
astronomiya, riyaziyyat bir az da mühəndislik oxumuşam, amma tibbdən də məlumatlıyam, xeyli
adamı sağaltmışam. Elə hey nəsə soruşurdu, yenə də danışacaqdım ki, türk dilini bu qədər tez
öyrəndiyimə görə ağılı bir adam olduğumu vurğulayaraq əlavə etdi: Bir dərdi vardı, digər
həkimlərin heç biri əlac qıla bilməmişdilər, mənim haqqımda da eşitdiyi üçün sınamaq istəmişdi.
Paşa elə dərdini danışmağa başladı ki, bunu düşmənləri böhtanlarıyla Allahı aldatdıqları
üçün yer üzündə bircə Paşanın mübtəla olduğu xüsusi bir xəstəlik olduğunu düşünmək
məcburiyyətində qaldım. Əslindəsə, hamıya məlum olan nəfəs daralması idi. Əməlli-başlı sorğusual etdim, öskürəyinə qulaq asdım, sonra mətbəxinə girib orda tapdıqlarımla nanəli yaşıl həblər
və bir də öskürək dərmanı hazırladım. Paşa zəhərlənməkdən qorxduğu üçün özüm dərmandan bir
dənə atdım. Heç kəs görməmiş, evindən diqqətlə çıxıb zindana qayıtmağımı əmr etdi. Eşikağası
sonra izah elədi: Paşa istəyirmiş ki, digər həkimlər səni qısqanmasın. Səhəri gün də getdim,
öskürəyinə qulaq asıb həmin dərmanları verdim. Ovcuna qoyduğum rəngli həbləri uşaq kimi
xoşlayırdı. Hücrəmə qayıdan kimi sağalmağı üçün dua edirdim. Sonrakı gün uğurlu gəldi, qəribə
bir hava vardı, düşünürdüm ki, insan istəməsə də, bu havada sağalar, amma heç kəs məni
axtarmadı.
Bir ay sonra yenə bir gecəyarsı çağırtdıranda, Paşa ayaq üstəydi, gəzinirdi. Rahat-rahat
nəfəs alaraq kimisə danladığını eşidəndə sevindim. Məni görən kimi sevindi, dedi ki, xəstəliyini
sağaltmışam, sən yaxşı həkimsən. Ondan nə istədiyimi soruşdu? Bilirdim ki, məni azad edib
yollamaz, hücrəmdən, zəncirlərimdən şikayətləndim, tibblə, astronomiya ilə məşğul olub onlara
kömək edə biləcəyimi dedim, danışdım ki, ağır işlərdə məni hədər yerə yorurlar. Danışdıqlarımın
nə qədərini dinləyib, nə qədərini dinləmədiyini deyə bilmərəm. Kisə içində verdiyi pulların
böyük bir hissəsini nəzarətçilər əlimdən aldılar.
Bir həftə sonra gecə gələn eşikağası, qaçmayacağıma and içdirdikdən sonra zəncirlərimi
açdı. Yenə işə aparılırdım, amma əsirlərə nəzarət edənlər artıq məni boş buraxırdılar. Üç gün
sonra eşikağası mənə geyinmək üçün yeni şeylər gətirəndə Paşanın mənə havadarlıq etdiyini
başa düşdüm.
Gecələr yenə evlərdən məni çağırırdılar. Revmatizmləri tutan quldurlara, mədələri yanan
gənc əskərlərə dərmanlar verir, qaşıntısı olanlardan, rəngi ağaranlardan, baş ağrısı tutanlardan
qan alırdım. Bir dəfə kəkələyən bir uşağın içirdiyim dərmanlardan bir həftə sonra dili açılıb
danışmağa başlayanda mənə bir şeir oxudu.
Qış belə keçdi. Baharın əvvəlində məni aylardır axtartdırmayan Paşanın döyüş üçün
donanmayla Ağdənizə getdiyini öyrəndim. İsti yay günləri ərzində ümidsizliyimə və hirsimə
şahid olan bir-iki nəfər halımdan şikayətçi olmağımın əsassız olduğunu, həkimlikdən yaxşı pul
qazandığımı başa saldılar. Çox illər əvvəl müsəlmanlığa keçib evlənən bir kölə mənə məsləhət
gördü ki, qaçım. İşlərinə yarayan köləni mənə etdikləri kimi başını qatır, ölkəsinə qayıtmağa da
heç vaxt izin vermirlərmiş. Onun etdiyi kimi müsəlman olsam, özümü azad edə bilərəmmiş,
vəssalam. Bəlkə də bunları ağzımı aramaq üçün danışdığını düşündüyümə görə dedim ki,
qaçmağa heç niyyətim yoxdu. Niyyətim deyil, cəsarətim yox idi. Qaçanların hamısını çox da
uzağa getməmiş tuturdular. Sonra döyülən bu bəxtsizlərin yaralarına gecələr məlhəmi mən
sürtərdim. 11
Payıza yaxın, Paşa donanmasıyla səfərdən qayıtdı, top atəşi ilə Padşahı salamladılar, keçən
il etdiyi kimi şəhər əhlini sevindirməyə çalışdı, amma məlum idi ki, bu səfər mövsümünü heç də
yaxşı keçirməmişdilər. Zindana da az əsir gətirə bilmişdilər. Sonradan öyrəndik: venesiyalılar
altı gəmi yandırıblar. Deyirdim ki, bir yolunu tapıb əsirlərlə danışım, bəlkə ölkəmdən xəbər
tutaram. Çoxu ispaniyalı imiş. Səssiz, cahil, ürkək adamlardı, yardımdan və yeməyə nəsə
dilənməkdən özgə bir halətləri yox idi. Ancaq bir nəfəri marağıma səbəb oldu. Qolu qopmuşdu,
amma ümüdliydi, eyni sərgüzəştlərin ata-babalarının da birinin başına gəldiyini, sonra qurtulub
qopmayan qoluyla bir cəngavər romanı da yazdığını, özünün də eyni şeyi etmək üçün
qurtulacağına inandığını deyirdi. Sonralar yaşamaq üçün hekayələr uydurduğum vaxtlarda,
əhvalatlar uydurmaq üçün yaşamağı xəyal edən bu adamı xatırladım. Çox keçmədi ki, zindanda
yolxucu bir xəstəlik başladı, nəzrətçilərə rüşvət verərək özümü qoruduğum bu uğursuz
epidemiya kölələrin yarısından çoxunu öldürəndən sonra çəkilib getdi.
Sağ qalanları yenə işə aparmağa başladılar. Mən getmirdim. Axşamlar danışırdılar: Ta
Xaliçin ucqarlarına gedirlərmiş, orada dülgərlərin, dərzilərin, boyaçıların ixtiyarına verilərək,
müqəvvadan gəmilər, qalalalar, divarlar hazırlamaq üçün işlədilirlərmiş. Sonra öyrəndik: Paşa
oğluna baş vəzirin qızını alacaq, və gözəl bir toy edəcəkmiş.
Bir səhər məni Paşanın mülkünə çağırdılar. Nəfəs darlığının yenə başladığını düşünərək
getdim. Paşa məşğul imiş, gözləmək üçün məni bir otağa apardılar, oturdum. Bir az sonra otağın
digər qapısı açıldı, içəri məndən beş-altı yaş böyük olan bir nəfər girdi, üzünə baxanda
təəccübləndim, qorxdum.12
2
Otağa girən adam inanılmayacaq qədər mənə bənzəyirdi. Sanki mən də ordaydım. İlk anda
belə düşündüm. Sanki mənə kələk gəlmək istəyən biri, mənim girdiyim qapının düz qarşısındakı
qapıdan məni bir də içəri salır və belə deyirdi: bax, sən əslində belə olmalıydın, içəri belə
girməliydin, əlini, qolunu belə yellətməli, otaqda oturan digər özünə-oxşarına belə baxmalıydın.
Göz-gözə gələn kimi salamlaşdıq. Amma o çox da təccüblənənə oxşamırdı. O vaxt mənə elə də
çox oxşamadığını yəqinləşdirdim, onun saqqalı vardı, həm də özüm özümün nəyə bənzədiyimi
sanki unutmuşam. O qarşımda oturanda yadıma düşdü ki, bir ildir aynaya baxmıram.
Az sonra mənim girdiyim qapı açıldı və onu içəri çağırdılar. Gözləyərkən bunun ustalıqla
edilən zarafat deyil, mənim sıxıntılı düşüncəmin məhsulu olduğunu zənn etim. Çünki o günlərdə
davamiyyətli olaraq xəyal görürdüm. Guya evə qayıdıram, hamı məni yaxşı qarşılayır, əsirlikdən
də tez buraxırlarmış, guya gəmidə öz kameramda yatıram və bütün bunlar yuxudu deyə təsəlli
nağılları uydurudum. Bunun da həmin nağıllardan biri olduğunu, amma reallaşdığını, ya da hər
şeyin bir anda öz qaydasına düşəcəyinin işarəsi olduğunu düşünürdüm, elə bu vaxt, qapı açıldı və
məni çağırdılar.
Paşa mənə oxşayan adamdan bir az aralıda ayaq üstə dayanmışdı. Ətəyini öpdürdü,
xətrimi soruşanda hücrədə çəkdiyim sıxıntılardan, ölkəyə qayıtmaq istəməyimdən danışırdım ki,
heç mənə qulaq da asmadı. Astronomiyadan, elmdən, mühəndislikdən başım çıxdığı haqda
danışmağımı Paşa xatırlayırmış, yaxşı bəs o göy üzünə atılan həmin fişənglərdən, barıtdan da
nəsə bilirdimmmi? Tez bildiyimi dedim, amma qəfil o biri adamla göz-gözə gələndə
şübhələndim ki, mənə tələ qurub.
Paşa edəcəyi toyun bənzərsiz olacağını deyirdi, həm də atəşfəşanlıq hazırlatdıracaqmış,
amma görülən iş bundan əvvəlkilərə oxşamamalıydı, bundan əvvəl Sultan anadan olanda,
sonradan ölən bir maltalının atəşbazlarla hazırladığı nümayişdə, Paşanın sadəcə “XOCA” dediyi
bənzərim də çalışıbmış, bir az bu işi bilirmiş, amma Paşa düşünüb ki, mən də ona kömək edə
bilərəm. Bir-birimizi tamamlamalıydıq. Yaxşı bir iş nümayiş etdirsək, Paşa bizi sevindirəcəkmiş.
Məqamıdır deyə arzumun ölkəmə getməkdən ibarət olduğunu dedim, Paşasa gələndən bəri heç
qadınlarla yatıb-yatmamağımı soruşdu məndən, cavabımı öyrənəndə isə o işi etməyəcəyəmsə,
azadlığın da boş şey olduğunu vurğuladı. Nəzarətçilərin işlətdiyi kəlmələrlə danışırdı, yəqin ki,
axmaq-axmaq baxırammış, çünki mənə baxıb qəhqəhə çəkdi. “Sonra “XOCA” dediyi bənzərimə
tərəf çevrildi: məsuliyyət oxşarımın üstünə düşürdü. Otaqdan çıxdıq.
Səhər bənzərimin evinə gedəndə düşünürdüm ki, ona öyrədə biləcəyim heç bir şeyim
yoxdur. Amma onun da məlumatı mənimkindən artıq deyilmiş. Dübarə, məlumatlarımız birbirinə uyğun gəlirdi. Bütün problem yaxşı bir maddə qarışığı əldə etmək idi. Bunu üçün lazım
olan nəsnə tərəzi və maddə ölçənlərlə ölçüb diqqətlə hazırladığımız qarışıqları gecələri qabın
dibində alovlandırıb və gördüklərimizdən nəticə çıxarmaqdı. Hazırladığımız fişəngləri, bizi seyr
edən uşaqların heyran olduğu adamlarımız yandırdarkən, biz lap sonraları gün işığında o
inanılmaz silah üçün işləyərkən etdiyimiz kimi, qaranlıqdakı ağacların altında durub maraq və
həyəcanla gözləyirdik. Sonra da bəzən ay işığında, bəzən qaranlıqda, kiçik bir dəftərə
gördüklərimi yazmağa çalışırdım. Gecə biz ayrılmamışdan əvvəl, Xocanın Xaliçə tərəf baxan
evinə qayıdır və nəticələr haqqında uzun-uzadı danışırdıq.
Evi kiçik, sıxıntılı və cansıxıcı idi. Hardan axdığını heç vaxt bilməyəcəyim iylənmiş suyun
palçığa çevrildiyi dolanbaclı, qarğaşalı bir küçədə girlənirdi. İçəridə demək olar ki, əşya yox idi,
amma evə hər dəfə girəndə darıxır, qəribə bir sıxıntıya qərq olurdum. Bəlkə, bu duyğunu mənə,
babasından qalan adını xoşlamadığı üçün, özünə “Xoca” deməyimi istəyən adam bəxş edirdi?
Məni gözətləyirdi, sanki məndən nəsə öyrənmək istəyirdi, amma o vaxt həmin şeyin nə olduğunu
bilmirdi. Divar diblərinə sərdiyi döşəkçələrdə oturmağa vərdiş etmədiyim üçün, sınaqlarımız
haqda mübahisə edərkən, mən ayaq üstə dayanar, bəzən də otaqda hirsli-hirsli var-gəl edərdim.
Məncə, Xocanın bundan xoşu gəlirdi, o oturardı, beləliklə, solğun lampanın işığında da olsa,
mənə doyunca baxardı.13
Mənə baxdığını biləndə aramızdakı oxşarlığı hiss etməməsi məni narahat edirdi. Bir-iki
dəfə də oxşarlığımızı bilib, amma hiss etmirmiş kimi, bir tövrlə davrandığını başa düşdüm. Sanki
mənimlə oyun oynayırdı, elə bil ki, məni kiçik bir sınaqdan keçirir, mənim başa düşmədiyim
bəzi şeyləri yəqinləşdirirdi. Çünki əvvəliki günlərdə mənə həmişə məhz, belə baxardı. Elə bil ki,
nəyisə öyrənir, öyrəndikcə də daha da maraqlanırmış kimi. Mənə darıxdırıcı gələn, evini
cansıxıcı edən məhz bu davranış idi! Baxmayaraq ki, təvazökarlığı məni cəsarətləndirirdi, amma
rahat olmağa qoymurdu. Bir dəfə sınaqlarımız haqqında danışanda, bir başqa dəfə də məndən
hələ də niyə müsəlman olmadığımı soruşanda, məni gizli-aşkar bir mübahisəyə sövq etmək
istədiyini başa düşəndə özümü güclə saxladım. Bu sarıdan çəkindiyimi hiss etdi, mənə yuxarıdan
aşağı baxdığını başa düşdüm, bu da məni hirsləndirdi. O günlərdə razılaşdığımız bircə şey, bəlkə
də, bu idi: İkimiz də bir-birimizə yuxarıdan aşağı baxırdıq. Bu atəşfəşanlıq nümayişini qəzasızbəlasız uğurla reallaşdırsaq, bəlkə, ölkəmə qayıtmağıma izin verərlər deyə fikirləşir və özümü
saxlayırdım.
Bir gecə olduqca yüksəkliyə qalxan fişəngin bəxş etdiyi zəfər həyəcanıyla Xoca dedi: nə
vaxtsa ta aya qədər getməyə qüdrəti olan bir fişəng hazırlaya bilər: problem sadəcə olaraq barıt
qarışığını tapmaq və barıta davam gətirə biləcək metal lövhəni hazırlamaqdır. Ayın çox uzaqda
olduğunu deyirdim ki, sözümü kəsdi, o da ayın çox uzaqda olduğunu bilirmiş, amma dünyaya ən
yaxın ulduz elə Ay deyildimi? Onun sözünə haqq qazandıranda düşündüyüm qədər də
rahatlaşmadı, daha da narahat oldu, amma başqa söz demədi.
İki gün sonra gecəyarısı təkrar Ayın ən yaxın ulduz olduğuna niyə bu qədər əmin
olduğumu məndən soruşdu: Bəlkə də, özümü göz aldanışına inandırırdım. Onda ona aldığım
astronomiya təhsilimdən birinci dəfə söz açdım. Ptlomey kosmoqrafiyasının əsas qaydalarını
qısaca izah etdim. Maraqla qulaq asdığını görürdüm, amma marağını aşkar bildirəcək hansısa
işarəni bəlli etməkdən çəkinirdi. Bir müddət sonra, mən susanda Ptlomey haqqında özünün də
məlumatlı olduğunu, amma bununla belə Aydan daha yaxında bir ulduz ola biləcəyi haqqındakı
şübhəsinə sadiq qalacağını dedi. Səhərə yaxın o, ulduzlardan elə danışırdı ki, sanki indidən ona
ulduzların movcudluğu tam məlum idi.
Səhəri gün əlimə səliqəsiz xəttlə yazılmış bir kitab verdi. Hələ kifayət qədər
püxtələşməmiş türkcəmə baxmayaraq götürdüm. Almagestin (Ptolomeyin kitabıdır.F.H) məncə,
deyəsən, özündən yox, sürətindən çıxardılmış ikinci nüsxəsiydi, məni isə təkcə planetlərin ərəbcə
olan məlumatları maraqlandırırdı, o vaxt onları da özümə yaxın buraxacaq halda deyildim. Xoca
bir tərəfə, baxdığım bu kitabın məni həyəcanlandırmadığını hiss edəndə daha da hirsləndim.
Yəqin, doğru olardı altı altun verdiyi bu cildə təvazökarlığın daşını atıb, səhifələrini çevirib
baxmaq. Sakit bir şagird kimi səbirlə təkrarən açdığım kitabın səhifələrini çevirərkən primitiv
bir sxemlə qarşılaşdım. Dünyaya görə planetlər, bəsit çizgilərlə çəkilmiş kürələrə
yerləşdirilmişdi. Baxmayaraq ki, kürələrin yeri doğru idi, amma aralarındakı nizam fərqi və
rəssamın heç bir nəzərə çarpası hansısa fikri yox idi. Sonra Ayla yer arasında balaca bir planet
nəzərimi özünə cəlb etdi, bir az diqqət kəsiləndə bunun əlyazmaya sonradan əlavə edildiyi
mürəkkəbin təzəliyindən də bilinirdi. Əlyazmanı axıra qədər vərəqlədikdən sonra Xocaya
verdim. Mənə o kiçik ulduzu tapacağını dedi. Heç də zarafat edənə oxşamırdı, heç nə demədim.
Mənim qədər onun da əsəbləri ilə oynayan sakitlik çökdü. Başqa heç bir fişəngi, sözü
astronomiya həddinə qədər çatdırmayana kimi, bu mövzu bir daha açılmadı. Özümüzün kiçik
uğurumuz və sirrini əldə edə bilmədiyimiz bir təsadüf olaraq qaldı.
Amma işığın və alovun gücü və parlaqlığı haqqında çox yaxşı nəticələr əldə edir,
uğurumuzun sirrini də bilirdik. Xoca bir-bir gəzdiyi İstanbul dükanlarının birində, satıcının da
adını bilmədiyi toz tapmışdı, mükəmməl parlaqlıq verən bu sarımtıl tozun kükürdlə gözdaşı
qarışığı olduğunu müəyyənləşdirdik. Sonralar parlaqlığın rəngini daha da artırsın deyə ağlımıza
gələn hər maddəni qarışdırdıq, amma bir-birinə oxşayan qəhvəyi rənglə, açıq yaşıl rəngdən özgə
bir şey əldə edə bilmədik. Xocanın dediyinə görə, etdiyimizin bura qədər olan hissəsi belə,
indiyə qədər İstanbulda düzəldilənlərin ən yaxşısı imiş.
Toyun ikinci gecəsi göstərdiyimiz nümayiş də əlayımış, hamı belə dedi, hətta başımızın
dalından iş tutub işimizi əlimizdən almaq istəyənlər də. Xaliçin qarşıdakı sahilindən, Paşdşahın 14
bizə baxmağa gəlməsini deyəndə çox həyəcanlandım, nəsə alınmayacaq və illərcə ölkəmə gedə
bilməyəcəyəm deyə qorxurdum, “başlayın” deyəndə də qorxdum. Əvvəlcə qonaqları salamlamaq
və nümayişə başlamaq üçün dimdik qalxan rəngsiz fişəngləri odladıq, sonra da Xocayla
“dəyirman” adlandırdığımız cəmbərli fişəngi atdıq, göy bir anda qırmızı, sarı və yaşıl oldu,
qorxunc gurultu bizim gözlədiyimizdən də gözəl idi, fişənglər atıldıqca çevrə daha da sürətlə
fırlandı, və birdən ətrafı gün kimi işıqlandıraraq dayandı. Bir an özümü elə hiss etdim ki, sanki
Venesiyadayam, səkkiz yaşındayam, belə bir nümayişi birinci dəfə seyr edirəm və indiki kimi də
xoşbəxt deyiləm, çünki təzə qırmızı paltarımı mənə yox, bir gün əvvəl əyin-başı davada cırılan
böyük qardaşıma geyindiriblər, fişənglər də o gecə geyinə bilmədiyim və bir daha geyməməyə
and içdiyim çoxlu düyməsi olan paltarımı qırmızısı ilə birgə parıldayırdı, düymələr də böyük
qardaşıma dar olan paltarla eyni rəngdəydi.
Sonra “çeşmə” adlandırdığımız fişəngi yandırdıq, beş adam boyu hündürlüyündə bir
çatının ağzından alov püskürməyə başladı: yəqin ki, qarşıdakı sahildə dayananlar alov novlarını
daha yaxşı görürdülər, sonra “çeşmə”nin ağzından fişənglər fışqırmağa başlayanda, yəqin ki,
bizim qədər onlar da həyəcanlanmışdılar, amma istəmirdik ki, həyəcanları azalsın. Əvvəlcə
oyuncaq qüllələr və hasarların daxilindən fişənglər alovlanaraq keçəndə yanıb tutuşdular, bunlar
da simvolik olaraq keçmiş zamandakı zəfərləri təmsil edirdilər. Mənim əsir düşdüyüm ilin
gəmilərini keçirərkən, digər gəmilər yelkənimizi fişəng yağışına qərq etdi, beləliklə, mən əsir
düşdüyüm günü bir daha yaşadım. Müqəvva gəmilər yanıb batarkən iki sahildən də “Allah,
Allah“ deyə qışqırırdılar. Sonra yaşav-yavaş əjdahalarımızı keçirdik, burun pərlərindən,
ağızlarından, qulaqlarından alovlar püskürürdü. Bir-biri ilə vuruşdurduq onları, planlaşdırdığımız
kimi, əvvəlcə başlamadılar, sahildən atdığımız fişənglə aranı daha da qızışdırdıq, sonra hava bir
az qaralanda, qayıqların içindəki adamlarımız çarxları işə saldılar və əjdahalar yavaş-yavaş göyə
qalxmağa başladılar, heyrətlə və qorxuyla bağırışırdılar, əjdahalar gurultuyla yenə bir-birinə
dəyəndə qayıqlardakı bütün fişənglər alovlandı, bu varlıqların bədəninə yerləşdirdiyimiz fitillər
də, yəqin elə bu vaxt yandırılmışdı ki, hər yan istədiyimiz kimi cəhənnəmə çevrildi. Uğurumuzu
yanımızdakı bir uşağın qışqıra-qışqıra ağladığını eşidəndə başa düşdüm, atası oğlanı unudub,
ağzı açıq halda dəhşətlərə bürünən göyə baxırdı. Artıq düşünürəm ki, məni ölkəmə buraxarlar.
Elə bu vaxt bu cəhənnəmin içinə mənim “Şeytan” adlandırdığım məxluq, altında heç kəsin
görmədiyi kiçik qara qayığı ilə hərəkətə başladı və o ona qədər fişəng bağlamışdıq ki,
adamlarımızla birgə bütün qayıq havaya qalxacaq deyə qorxurduq, amma işlər öz axarında getdi,
döyüşən əjdahalar alovlarını tükəndirərək gözdən itəndə “Şeytan” qəfil alovlanan fişəngləri ilə
birgə göyə qalxdı, sonra bütün gövdəsiylə birgə havada partlayaraq alov topaları saçdı. Bir anda
bütün İstanbulu teror və qorxuya aludə etdiyimizi düşünərək, sanki hansı şəhərdə olduğumun o
vaxt heç bir əhəmiyyəti yoxuydu. Şeytanınsa orda, hamısının üstündə bütün gecə alov saçaraq
qalmasını istəyirdim. Bir az sağa-sola vurnuxandan sonra, heç kəsə sataşmadan, iki sahildəki
adamları coşğunluqla qışqırdaraq Xaliçə getdi. Suya batarkən belə hələ də üstü alovlanırdı.
Səhəri gün nağıllarda olduğu sayaq Paşa, Xocaya bir kisə altun göndərib. Nümayişdən çox
razı qaldığını, amma şeytanın zəfərini yadırğadığını deyib. Bundan sonra nümayişə on gecə də
davam etdik. Gündüzlər alov maketləri hazırlanır, yeni oyunlar qurulur və zindandan
gətirtdiyimiz dustaqlara fişəng doldurtdururduq. On torba barıtla birgə sifətini də yandıran kölə
kor oldu.
Toy çal-çağırı qurtaranda Xoca harasa yox oldu. Bütün günün məni gözətləyən bu adamın
qısqanc gözlərindən xilas olduğum üçün rahatlaşdım, amma demirəm ki, fikrimdə onunla
keçirdiyim maraqlı günləri düşünmürdüm. Ölkəmə qayıdanda, mənə bu qədər oxşamasına
baxmayaraq bu bənzərsizlikdən heç söz açamayan bu adam haqqında hamıya danışacaqdım.
Hücrəmdə oturur və vaxt keçirmək üçün xəstələrə baxırdım. Paşanın məni çağırdığını eşidəndə
həyəcanla, bir qədər də, sevinclə qaçaraq getdim. Əvvəlcə tez-tələsik məni təriflədi, atəşfəşanlıq
hamını məmnun eləyib, çoxlu əyləniblər, mən də çox bacarıqlıyammış və.s. Sonra birdən bu
sözləri dedi: müsəlman olsam, məni azad edəcəkmiş. Təəccübləndim, axmaqlaşdım, ölkəmə
qayıtmaq istədiyimi dedim, həmin axmaqlıqla kəkələyə-kəkələyə anamdan, nişanlımdan söz
salmaq kimi şəxsiyyəti alçaldan işə beləcə əl atdım. Paşa məni heç eşitmirmiş kimi təkrar eyni 15
şeyi dedi. Bir qədər susdum. Ağlıma hansısa səbəbdən tənbəl və dəcəl uşaqlıq dostlarım,
atalarına əl qaldıran və nifrətlə qarşılanan uşaqlar gəlirdi. Dinimi dəyişməyəcəyimi deyəndə
Paşa mənə hirsləndi. Hücrəmə qayıtdım.
Üç gün sonra Paşa yenə çağırdı. Bu dəfə kefliydi. Dinimi dəyişdirməyimin qaçmağıma
xeyri olub-olmamadığını bilmədiyim üçün tam qərara gəlməmişdim. Paşa fikrimi soruşdu, burda
gözəl bir qızla məni şəxsən özü evləndirərmiş. Cəsarətimə inanaraq dinimi dəyişdirməyəcəyimi
deyəndə Paşa bir qədər təəccübləndi, sonra axmaq olduğumu dedi. Ona görə dinimi dəyişdirsəm
belə, onsuz da ətrafımda elə bir adam yox idi ki, üzünə baxa bilməyim. Sonra bir qədər İslam
dini haqqında danışdı. Susanda isə məni hücrəmə göndərtdi.
Üçüncü dəfə gedəndə Paşanın hüzuruna aparmadılar. Eşikağası fikirmi soruşdu. Bəlkə,
qərarımı dəyişdirərdim, özü də bunu hansısa eşikağası soruşdu deyə yox, öz xoşuma dedim.
Dedim ki, indiki halda dinimi dəyişməyə hazırlıqlı deyiləm. Eşikağası qolumdan tutub məni
aşağı apardı, başqa bir adama təhvil verdi. Bu şəxs uzunboylu, yuxularımda da tez-tez gördüyüm
bir adam idi, qoluma girdi, yatalağa kömək edən sayaq mərhəmətlə məni bağçanın küncünə
apararkən, yanımızda yuxulara girməyəcək qədər gerçək olan biri gəldi, yekə biriydi. İkisi bir
divar dibinndə durub əllərimi bağladılar, əlində çox da böyük olmayan balta vardı. Müsəlman
olmasam, Paşa tez bir zamanda başımı bədənimdən ayıracaqmış. Ölümlə-olumun arasındaydım.
Düşünmürdüm ki, bu qədər tez olar. Mənə yazıq kimi baxırlar. Heç nə demədim. Deyirdim
ki, heç olmasa bir də soruşmasınlar, bir qədər sonra soruşdular. Beləliklə, dinim mənim gözümdə
ondan ötrü asanlıqla can verilə bilən bir nəsnəyə çevrildi, özümü üstün tutur, bir tərəfdən də sual
verdikcə dinimdən dönməyimi çətinləşdirən o iki nəfər kimi özümə yazığım gəlirdi. Başqa bir
şey fikirləşmək üçün özümü məcbur edəndə, gözümün qarşısında, evimizin arxasındakı bağçaya
baxan bir pəncərədən gördüklərim canlandı: masanın üstündə sədəf nişanlı sininin içində
şaftalılar və albalılar vardı, masanın arxasında həsirdən hörülmüş divan vardı, üstündə
pəncərənin yaşıl rəngi ilə eyni rəngli quş tükü ilə doldurulmuş yastıq qoyulmuşdu, lap arxada
kənarına sərçə qonan quyu ilə birgə zeytun və albalı ağaclarını görürdüm. Onların arasındakı qoz
ağacının hündür bir budağında uzun iplərlə bağlanmış yelləncək xəfif küləkdə yavaş-yavaş
tərpənirdi. Bir də soruşanda, dedim ki, dinimdən dönməyəcəyəm. Orda kötük var idi, dizimi
büküb başımı kötüyə dayadılar. Əvvəlcə gözlərimi qapadım, amma sonra açdım. Biri baltanı
götürdü. O biri dedi ki, bəlkə də, peşman olmuşam, məni ayağa qaldırdılar. Bir qədər də
düşünməliyəmmiş.
Mən fikirləşəndə kötüyün düz yanında torpağı qazmağa başladılar. Fikirləşdim ki, məni
orada basdıracaqlar, içimdə ölümdən başqa, bir də ölməmiş basdırılmaq qorxusu baş qaldırdı.
Fikirləşirdim ki, onlar məzarı qazana qədər qərarımı verərəm, kiçik bir çuxur qazıb yanıma
gəldilər. O vaxt burda ölməyin çox axmaq bir şey olduğunu fikirləşdim. Müsəlman olmaq
istədim, amma buna vaxt yox idi. Zindana, artıq vərdiş elədiyim hücrəmə qayıtsam, təkcə indi
yox, bütün gecəni oturub fikirləşər, səhərə qədər dinimi dəyişməyə qərar verə bilərdim.
O an tutub aparıb dizimi bükdülər. Başımı kötüyə dayamamışdan əvvəl ağacların arasından
sanki uçaraq keçən kimisə görüb təəccübləndim. Mən saqqalarım uzanmış halda, həmin yerdə
ayaqlarım torpağa dəymədən gəzirəmmiş. Ağacların arasından keçib gedən öz əksimi çağırmaq
istədim, səsim çıxmadı, başım kötüyə qoyulmuşdu. O vaxt reallaşacaq şeyin yuxudan fərqli
olmayacağını düşünərək başımı qoydum, gözlədim, boynum və kürəyim üşüyürdü, düşünmək
istəmirdim, amma üşüyə-üşüyə düşünürdüm. Sonra məni qaldırıb dedilər: Paşa çox hirslənəcək.
Orda əllərimi açarkən məni danladılar. Allahın, Məhəmmədin düşməniyəmmiş. Yuxarı, evə
apardılar.
Paşa ətəyini öpdürəndən sonra könlümü aldı, dinimdən həyatım bahasına belə dönmədiyim
üçün mənə hörmətinin artdığını dedi: amma bir qədər sonra özündən çıxdı. Boş yerə höcət
edirəmmiş, islam daha yaxşı din imiş - bu kimi sözlər dedi: danışa-danışa daha da hirsləndi, məni
cəzalandırmağa qərarlı imiş. Sonra danışdı ki, kiməsə söz verib, bu sözün başıma gəlməsi
mümkün olan bəzi hadisələrdən məni xilas etdiyini başa düşürdüm, nəhayətdə söz verdiyi və
danışdığı adamın Xoca olduğunu başa düşdüm. Onda Paşa məni Xocaya hədiyyə elədiyini dedi.
Əvvəlcə çox da başa düşməyərək baxırdım. Paşa izah etdi: Artıq Xocanın quluyammış, ona16
kağız da verib, məni azad etmək və saxlamaq onun əlindəymiş, bundan sonra mənə nə istəsə, edə
bilərmiş. Paşa otaqdan çıxıb getdi.
Xoca da imarətdəymiş, məni aşağıda gözləyirmiş. Onda başa düşdüm ki, bağçada ağacların
arasında gördüyüm adam o imiş. Yeriyə-yeriyə evinə getdik. Dedi ki, ta əvvəldən mənim
dinimdən dönməyəcəyimi bilirmiş. Artıq evin bir otağını da mənim üçün hazırladıb. Soruşdu ki,
acam, yoxsa tox? Hələ də canımda ölüm qorxusu vardı, nəsə yeməyə halım yox idi. Buna
baxmayaraq qabağıma qoyduğu çörəklə qatıqdan bir-iki tikə yeyə bildim. Loxmaları
çeynəyərkən Xoca da ləzzətlə mənə baxırdı. Bazardan təzə aldığı atını bəsləyərkən atına
gələcəkdə gördürəcəyi işləri düşünərək ləzzət alan kəndli kimi baxırdı mənə. Xocanın, Paşaya
təqdim edəcəyi saatın və kosmoqrafiya qanununun dəqiqliyinə diqqət kəsilərək məni unutduğu
zamana qədər bu baxışını tez-tez xatırladım.
Sonra, dedi ki, mənə hər şeyi öyrədəcək, Paşadan buna görə məni istəyib, mən ancaq
ondan sonra azad oluna bilərəmmiş. Bu dediyi “hər şey”in nə olduğunu bilməyim üçün gərək
aylar keçəydi. “Hər şey” məktəblər də, mədrəsələr də öyrəndiklərimmiş, orada, mənim ölkəmdə
öyrədilən bütün astronomiya, mühəndislik, elm və s. Sonra hücrəmda qalmış və səhəri gün
gətirtdiyi kitablarda yazılanlar da, bütün eşitdiklərim və gördüklərim də, çaylar, göllər, buludlar
və dənizlər haqqındakı düşüncələrim də, zəlzələnin və göy gurultusunun səbəbləri də “hər şey”
idi. Gecənin yarısına yaxın ulduzlar və planetlərlə maraqlandığını əlavə elədi. Açıq pəncərədən
içəriyə işıq düşürdü, mənə dedi ki, Ay ilə dünya arasındakı o ulduzların varlığı, ya da yoxluğu
ilə bağlı, heç olmasa, dəqiq bir cavab tapmalıyıq. Mən, ölümlə əlbəyaxa olduğum bir günün
qorxulu gözləriylə, aramızdakı əsəbiləşdirici oxşarlığı yenə də, heç istəməyərək müşahidə
edərkən, Xoca artıq “öyrənmək” kəlməsindən istifadə etmirdi: birgə araşdıracaqdıq, birgə
tapacaqdıq, birgə də davam edəcəkdik.
Beləliklə, qapının arasından onlara qulaq asan, böyükləri evdə olmayanda da dərslərini
inamla oxuyan iki yaxşı şagird, iki mehriban qardaş kimi çalışmağa başladıq. Əvvəllər mən
özümü daha çox tənbəl qardaşı ona çatsın deyə əvvəlki biliklərinə nəzər salmağa razı olan
xoşniyyətli böyük qardaş kimi hiss edirdim. Xocasa böyük qardaşının bildiklərinin çox da
əhəmiyyətli bir şey olmadığını isbat etməyə çalışan idraklı digər qardaş kimi davranırdı.
Aramızdakı bilgi fərqi, ona görə ancaq, hücrəmdən gətirib şkafın bir gözünə düzdüyü və mənim
xatırladığım cildlərin sayı qədərdi. Qeyri-adi təəccübü və zəkasıyla, sonralar daha da
mənimsədiyi italyancanı öyrənib, altı ay ərzində bütün kitabları oxuyub, bütün xatırladıqlarımı
da mənə xatırladanda ondan heç bir üstünlüyüm qalmamışdı. Amma əslində, çoxunun
dəyərsizliyini özünün də qəbul etdiyi kitablarını aşan, öyrənilmiş şeylərdən daha təbii və daha
dərindən gələn bir bilgisi də varmış kimi davranırdı. İşə başlayandan altı ay sonra, artıq birgə
öyrənən, birlikdə irəliləyən bir cütlük deyildik. O düşünür, mən də ancaq, onun işi grə bilməsi
üçün bəzi incə məqamları ona xatırladır, ya da bildiklərinə bir də nəzər salmasına kömək
edirdim.
Əksəriyyətini unutduğum bu “fikirlər” daha çox gecə vaxtlarına təsadüf edir, axşam
yediyimiz adi yeməkdən, məhəllədə bütün lampalar sönəndən və hər tərəf sükuta bürünəndən
sonra olurdu. Səhərlər iki məhəllə aralıda yerləşən məscidin uşaq məktəbinə dərs deməyə gedir,
həftədə iki dəfə də mənim heç addımımı da atmadığım, uzaq bir məhəllə məscidinin
muvaqqitxanasına (muvaqqitxanə- bura namaz vaxtının təyin edilməsi ücun xüsusi bir məkandır,
həmçinin orta əsirlərdə riyaziyyat və astronomiya ilə məşğul olanlar üçün xüsusi bir yerdir.
Fərid Hüseyn) baş çəkirdi. Yerdə qalan vaxtını ya bu “gecə düşüncələri”ni beynində yaratmaqla,
ya da o fikirləri götür-qoy etməklə keçirirdik. O vaxtlar tez bir zamanda ölkəmə qayıdacağıma
inanırdım, Xocayla təfərrüatlarına çox da diqqətlə qulaq asmadığım “düşüncə”ləri haqqında
mübahisə etmək bu gedişatı olsa-olsa bir qədər dəyişdirəcəyini düşündüyüm üçün onun
sözlərinin əleyhinə söz deməzdim.
Beləliklə, birinci ili xəyali ulduzun varlığının, ya da yoxluğunun isbatını araşdırmaq üçün
dərindən öyrəndiyimiz astronomiya ilə məşğul olaraq keçirdik. Xeyli pul tökərək Flamanddan
(Belçikada tayfadır və xüsusi bir ləhcələri var ki, dünyada çox məşhurdurlar. F.H) lupalar
gətizdirib hazırlatdığı teleskoplarla, rəsədxana alətləri ilə və cədvəllərlə işləyərkən Xoca xəyali 17
ulduz problemini unudub, daha dərin bir problemə girişdiyini, Ptolomey sistemini mübahisə
mövzusuna çevirəcəyini dedi, amma mübahisə etmirdik, o danışır, mən də qulaq asırdım:
Ulduzlar asılmış şəffaf kürələrin nizamsızlığından danışırdı, bəlkə də, onları orda saxlayan başqa
bir şey vardı, görünməyən hansısa güc, cazibə qüvvəsi, bəlkə də, Günəş kimi bir şey. Dünyanın
da başqa bir şeyin ətrafında fırlandığını iddia elədi, bəlkə də, bütün ulduzlar, bizim varlığından
xəbərdar olmadığımız başqa bir kürənin ətrafına fırlanırdı. Daha sonra Ptolomeydən daha geniş,
daha əhatəli düşünəcəyini bildirdi, çox ətraflı, kosmoqrafiya üçün tədqiq olunmamış bir yığın
ulduza diqqətlə baxdı, bəlkə də mərkəz Venera idi, amma bu fikirlərdən də tez bezdi. Sonralar
indiki problemin, bu yeni düşüncələri ortaya atmaq üçün deyil, ulduzları və hərəkətlərini
burdakılara bildirmək üçün olduğunu, bu işə birinci Paşadan başlayacağını deyirdi ki, Sadiq
Paşanın Ərzuruma sürgün olunduğunu eşitdik. Deyilənlərə görə uğursuz bir qruplaşmaya
qoşulmuşdu. Paşanın sürgündən qayıdacağını gözlədiyimiz illərdə Boğazdakı axıntının
səbəbindən yazmalı olduğu risalə üçün aylarla Boğazın arxa tərəfinə, iliklərimizə işləyən
küləkdə dənizin axınını seyr edərək və vadilərdə əlimizdəki qablarla Boğaza tökülən suyun
temperaturunu və axıntısını ölçməyə çalışaraq gəzindik.
Paşanın xahişi ilə onun işini görmək üçün gedib üç ay qaldığımız Gəbzədə məscidlər
arasındakı namaz vaxtlarındakı uyğunsuzluq, Xocanın ağlına tamam başqa bir fikir saldı: namaz
vaxtlarını göstərən qüsursuz bir saat hazırlayacaqdı. Masa adlanan əşya haqqında ona həmin vaxt
başa saldım, ölçülərini verərək dülgərə hazırlatdırdığım əşyanı müsəlla daşına oxşadırdı, deyirdi
ki, uğursuz bir şeydi, amma sonra oturacaqlara da, stola da vərdiş elədi, belə daha yaxşı
düşündüyünü və yazdığını da dedi. Namaz vaxtları üçün, günəşin fırlanma periyoduna uyğun
elliptik dişlər hazırlamaq üçün İstanbula qayıdanda, masamız da eşşəyin üstündə arxamızca
gəlirdi.
İkimiz birgə masada əyləşib işlədiyimiz o aylarda, Xoca dünyanın kürə formasında
olmasına görə, gündüzlə gecə arasında böyük zaman fərqi olan soyuq ölkələrdə, namaz və oruc
vaxtlarının necə müəyyənləşdiriləcəyini anlamağa çalışırdı. Başqa bir sual da, Məkkədən başqa
hansı tərəfə dönsə də, insanın qibləyə baxa bilməsi üçün başqa bir yerin mövcud olubolmamasıydı. Daxilən yuxarıdan-aşağı baxdığı bu problemlərlə maraqlanmadığımı gördükcə,
Xoca mənə ciddi adam kimi baxmırdı, amma o vaxtlar düşünürdüm ki, mənim üstünlüyümü və
fərqliliyimi başa düşür, bəlkə də, o da mənim bunu anladığımı fikirləşdiyinə görə əsəbiləşirdi.
Uzun-uzadı elmdən danışdığı kimi, zəkadan da danışırdı, Paşanı, İstanbula qayıtdığı vaxt planları
ilə daha da təkmilləşdirdiyi və bir modelə, başadüşülən bir vəziyyətə salacağı yeni kosmoqrafiya
sistemi ilə, yeni saatla öz təsiri altına salacaqdı, bununla da tərəqqi meyillərini, öz ürəyindəki
marağı hamıya yoluxduraraq özündən uzaqlaşdıracaqdı. Bunu ikimiz də bilirdik.18
3
O günlərdə saatın hər həftə yox, ən azından hər ay qurulub zəng çalmağını nizamlayan
daha böyük dişli mexanizmanı necə düzəldə bilərəm deyə düşünürdü, belə bir dişli dəsti
hazırlayandan sonra, ildə bir dəfə namaz vaxtı qurulan saatı hazırlamağı da fikirləşirdi, bütün
problem də bu böyük saatın qurulma vaxtlarının arasındakı zaman məsafəsinin artdıqca artan və
ağırlaşan dişlərini hərəkətə gətirə biləcək qüvvəni necə tapmaqda idi, elə tapacağını düşünürdü
ki, saraydakı dostlarından Paşanın Ərzurumdan qayıtdığını öyrəndi.
Səhəri gün Paşanı təbrik etməyə getdi. Qonaqların qələbəliyi içində, Paşa, Xocayla, onun
kəşfləri ilə maraqlanmış, hətta məni də soruşmuşdu. O gecə saatı söküb-söküb yenidən qurduq.
Dünya modelinin orasına-burasına nələrisə əlavə etdik, əlimizdəki fırçalarla ulduzlara boya
sürtdük. Xoca ona qulaq asanları təsirləndirmək üçün və poetik bir dillə qələmə alıb əzbərlədiyi
mətndən parçaları mənə oxudu. Səhərə yaxın ulduzların fırlanma məntiqinə bağlı olan bu mətni
həyəcanını azaltmaq üçün təzədən tərsinə oxudu. Sonra çağırtdırdığı arabaya alətlərimizi
yükləyib Paşanın evinə getdi. Aylardır evi dolduran saatın və modelin tək atlı arabanın yük
yerində az yer tutmağına təəccüblə baxdım. Axşam çox gec qayıtdı.
Alətləri həyətinə qoyandan və Paşa bu qəribə şeyləri zarafatla, həm də çox da bəyənmədən
və zəhmli bir qocanın soyuqluğuyla baxandan sonra, Xoca əzbərlədiyi mətnləri ona oxuyub.
Paşa da məni xatırlayıb, illər sonra paşdşahın da deyəcəyi bu sözləri deyib: “O öyrətdi sənə
bunları?” İlkin reaksiyası ancaq bu olub. Xoca isə Paşanı daha da təəccübləndirən bir reaksiya
verib: “KİM?”. Amma sonra tezcə söhbətin məndən getdiyini başa düşüb. Paşaya mənim
oxumuş bir nadan olduğumu deyib. Bunları mənə danışanda mənimlə maraqlanmırdı, fikri hələ
də Paşanın imarətində olan hadisələrdə idi. Sonra israrla hamısının öz kəşfi olduğunu deyib,
amma Paşa ona inanmayıb, sanki bir günahkar axtarırmış və o günahkarın da çox istədiyi Xoca
olmağına ürəyi heç cür razı olmurmuş.
Beləliklə, ulduzlar haqqında danışmaq əvəzinə məndən danışıblar. Xocanın bu mövzuda
danışmaqdan çox da xoşu gəlmədiyini anlayırdım. Beləliklə, sakitlik olub, Paşanın da diqqəti
ətrafındakı digər qonaqlara gedib. Axşam yeməyində Paşa ulduzlardan və kəşflərindən danışmaq
üçün yenə söz salarkən Paşa mənim üzümü xatırlamağa çalışdığını, ancaq gözünün qabağına
Xocanın üzünün gəldiyini deyib. Süfrə arxasında başqaları da əyləşibmiş, insanların qoşa
yaradıldığı haqda cəfəngiyyat başlamış, bu mövzuda şişirdilən örnəklər xatırlanmış, anaların birbiri ilə səhv saldığı əkiz qardaşlardan, bir-birini görən kimi qorxan, amma sehrlənmiş sayaq birbirlərindən heç vaxt ayrılmayan, günahsızları əvəzləyən quldurlardan danışıblar. Yemək qurtarıb
qonaqlar evə gedərkən Paşa, Xocadan xahiş edib ki, qalsın.
Xoca təzədən danışmağa başlayanda əvvəl-əvvəl Paşa çox əylənirmiş, hətta çox da başa
düşülməyən bir sıra qarışıq məlumatlarla kefi yenidən pozulduğu üçün məmnun deyilmiş, amma
sonra Xocanın əzbərdən oxuduğu mətni üçüncü dəfə dinləyəndən və modelimizdəki dünyanın
və ulduzların bir neçə dəfə gözünün qarşısında fır-fır fırlandığını görəndən sonra, sanki nəyisə
başa düşüb, ən azından, məlum-naməlum bir maraq hiss edib və Xocanın danışdıqlarına qulaq
asmağa başlayıb. O vaxt Xoca ulduzların hər kəsin zənn elədiyi kimi elə yox, belə fırlandığını
həyəcanla təkrarlayıb. Ən axırda Paşa deyib: “Yaxşı, başa düşdüm, elə də ola bilərlər, niyə də elə
fırlanmasınlar ki?”. Onda Xoca susub.
Fikirləşdim ki, yəqin, uzun müddət sakitlik olub. Pəncərədən çölə, Xaliçin qaranlığına
baxan Xoca dilləndi. “Niyə dayandı, niyə başqa şey demədi?”. Bu sualın cavabını mən də belə
bilirdim: bəlkə, gələcəkdə gediləcək o yer haqda Xocanın bir fikri vardır deyə, düzü,
şübhələnirdim, amma o da bir şey demədi. Sanki hamının ona oxşamağından narahatlıq duyurdu.
Paşa daha sonra saatla maraqlanıb, içini açdırıb dişlərinin, mexanizmin, ağırlığının hansı işə
yaradığını soruşub. Sonra qaranlıq və qorxulu bir ilan yuvasını qurdalayan kimi, qorxa-qorxa
barmağını tıqqıldayan alətin içinə soxub və çəkib. Bu vaxt Xoca saat qüllələri haqqında və
hamının eyni vaxtda qılacağı namazın gücündən danışırmış ki, birdən Paşa şiddət göstərərək
deyib: “Ondan xilas ol. İstəyirsən zəhərlə, istəyirsənsə də azad ol. Rahatlaşarsan”. Yəqin onda 19
qəfil qorxu və ümidlə Xocaya baxmışam. Onların məni işin məqsədini bilənə qədər azad
etməyəcəklərini də dedi.
Fərqinə varmalı olduğum şeyin necə bir şey olduğunu soruşmadım. Bəlkə də, Xocanın da
bunu bilmədiyini öyrənməkdən, intuisiyamın gücüylə qorxurdum. Sonra başqa şeylərdən
danışıblar, Paşa qaşqabağını töküb qarşısındakı detallara istehza ilə baxırmış, Paşanın yenə də
maraqlanacağını ümidlə gözləyən Xoca, artıq çox da istənilmədiyini bilə-bilə axşamdan sonra
Paşanın mülkündə qalıb. Sonra alətlərini arabaya yüklətdirib. Arabanın qaranlıq və səssiz
döngədəki bir evdə olduğunu və yatağında yatamayan bir adam haqqında düşündüm: Təkərlərin
gurultulu səsi arasında iri saatın tıqqıltısını eşidir və maraqlanırdı.
Xoca gün işıqlanana qədər otaqda qaldı. Sönən şamın təzəsini yandıracaqdım, qoymadı.
İstəyirdi ki, nəsə deyim, fikrini bildiyim üçün dilləndim: “Paşa başa düşəcək”. Bunu qaranlıqda
olanda dedim, bəlkə, inanmadığımı o da bilirdi, amma bir qədər sonra cavab verdi: Bütün
müəmma Paşanın inandığı o zamanın sirrini faş etməkdədi.
İlk fürsətdə bu sirri çözmək üçün Paşanın yanına getdi. Bu dəfə Paşa onu sevinclə
qarşılayıb. Olanları, yaxud da niyyətlərini başa düşdüyünü deyib. Xocanın könlünü alandan
sonra silah hazırlamaq üçün məsləhət verib ona. “Düşmənlərimizə dünyanı zindan edəcək bir
silah”. Belə deyib, amma bu silahın necə bir silah olacağını deməyib. Elmə olan marağını bu
sahəyə yönləndirərsə, bax bu vaxt Paşa, Xocanı dəstəkləyərmiş. Evdə açıb saydıq, on yeddi
dənəydi, qəribə rəqəm idi. Padşahı, Xocanın dinləməyə vadar edəcəyini bu kisəni verəndən sonra
deyib. Deyib ki, uşaq belə şeylərə maraq göstərir. Nə mən, nə də asanca ümidlənən Xoca bu
sözdən həvəsləndik, amma bir həftə sonra xəbər gətirdilər. Paşa bizi, məni də, bəli, iftardan sonra
kürsüyə çıxaracaqmış.
Hazırlıq kimi Xoca, Paşaya oxuduğu mətni doqquz yaşındakı bir uşağın anlayacağı şəkildə
dəyişdirərək əzbərlədi. Amma fikri nəyə görəsə Paşdşahda yox, Paşada və onun hansı səbəbdən
sakitləşməyində idi. Bir gün bunun sirrini kəşf edəcəkmiş. Paşanın hazırlatmaq istədiyi silah
necə bir şey ola bilərdi? Mənim deməyə, demək olar ki, sözüm qalmamışdı, özü tək işləyirdi.
Xoca gecənin yarsına qədər otağına qapanarkən, mən artıq ölkəmə nə vaxt qayıdacağımı belə
düşünmədən, axmaq bir uşaq kimi, pəncərəmin qabağında boş-boş oturub xəyal qururdum:
Masanın arxasında oturub çalışan, Xoca yox mənəm, istədiyim vaxt istədiyim yerə gedə bilərəm.
Axşamüstü məmulatlarımızı arabaya yükləyib saraya getdik. Artıq İstanbul küçələrini
xoşlayırdım, görünməyən adam olduğumu, onların, bağçadakı iri çinar, şabalıd və palıd
ağaclarını arasından xəyal kimi keçdiyimi düşündüm. Avadanlıqları, başqa adamların da köməyi
ilə göstərdikləri yerdə- ikinci həyətdə qurduq.
Padşah boyu başına görə qısa, qırmızı yanaqlı sevimli bir uşaq idi. Avadanlıqları öz
oyuncaqları kimi əlləşdirirdi. Onunla həmdəm və dost olmaq istədiyimi o vaxtmı, yoxsa çox
sonra, on beş il sonra təkrar qarşılaşdığımız zamanmı düşündüyümü indi dəqiq bilmirəm, amma
ona haqsızlıq etməməli olduğumu o an hiss etdim. O vaxt həyəcanlanır, Padşahın ətrafındakı
adaçlar da maraqla onu gözləyirdi. Nəhayət, başlaya bildi, hekayəsinə təptəzə şeylər əlavə
edibmiş: Ulduzlardan idrakı olan canlı varlıqlar kimi danışdı, geometrik və ariometrik sistemə
uyğun olan və bu uyğunluğu bildiklərinə görə də nizamla fırlanan cazibəli, sirli varlıqlara
bənzətdi onları. Arada bir başını qaldıraraq göyə heyranlıqla baxan uşağın təsirləndiyini
gördükcə coşurdu. Budur, üstündə asılı qalaraq ulduzların fırlandığı şəffaf kürələri burda
göstərmişdi, baxın, Venera burdaydı və beləcə fırlanırdı, burada duran nəhəng şey də Ay idi və
deməli, o da, yerini başqa cür dəyişirdi. Xoca ulduzları fırlatdıqca modelə bağlı zəng xoş səsi ilə
çalınır, kiçik Padşah qorxaraq bir addım geriləyir, sonra cəsarətini toplayıb zınqıldayan
avadanlığa sehrli bir qutuya yaxınlaşan sayaq yaxınlaşıb anlamağa çalışırdı.
İndi xatirələrimi ümumiləşdirib özümə bir keçmiş uydurmağa çalışarkən, bunun
uşaqlığımda dinlədiyim nağıllara, o nağıllara şəkil çəkən rəssamlara uyğun bir xoşbəxtlik tablosu
olduğunu düşünürdüm. Bircə torta bənzəyən qırmızı damlı evlərlə, tərsinə çevriləndə qar
yağdıran o şüşə kürələr əksik idi. Sonra mən-uşaq soruşmağa, Xoca da cavab verməyə başladı.
Bu ulduzlar havada necə elə dayanırdılar? Şəffaf kürələr asılıydılar. O kürələr, görəsən,
nədən hazırlanmışdı? Onları şəffaflaşdıran şəfaf bir maddədən hazırlanmışdı. Bir-birlərinə 20
toxunmurdular? Xeyr, maketdəki kimi qatqat idilər. O qədər ulduz vardı, bəs nəyə görə o qədər
kürə yox idi? Çünki onlar çox uzaqdaydılar. Nə qədər çox? Çox, lap çox! Digər ulduzların da
fırlandıqca çalınan zəngləri var idimi? Xeyr, onu zəngli ulduzların bir tam periyodu məlum olsun
deyə biz qoymuşduq. Göy gurultusunun bununla əlaqəsi vardımı? Yox idi! Nəylə əlaqəsi vardı?
Yağışla! Göydən məlum olduğuna görə yağmayacaqdı. Göy, Padşahın xəstə aslanı üçün nə
deyirdi? Yaxşılaşacağını və ona səbirli olmağını və s. və ilaxır.
Xəstə aslan haqqında fikirlərini bildirəndə, Xoca ulduzlar haqqında danışarkən etdiyi kimi,
yenə də göyə baxmışdı. Evə qayıdandan sonra bu təfərüfatdan ürək dolusu danışmadı. Əsas olan
uşağın elmlə boş sözü bir-birindən ayırması yox, nəyisə bilməsi imiş, yenə həmin kəlməni
işlədirdi, üstəlik özünü elə aparırdı ki, guya fərqinə varılacaq nəsnənin nə olduğunu mən
bilirəmmiş. Mən isə artıq düşünürdüm ki, müsəlman olsam da, olmasam da eyni şeydi. Saraydan
çıxarkən verdikləri kisədən düz beş qızıl çıxmışdı. Xoca dedi ki, ulduzlarda baş verənlərin
arxasında hansısa məntiqin dayandığını bilir. Ah Padşah, sonra, lap sonra tanıdım onu. Eyni
Ayın, bizim evin pəncərəsindən görünməsi məni təəccübləndirdi, uşaq olmaq istəyirdim. Xoca
özünün saxlaya bilməyib eyni mövzuya qayıtdı: aslan problemi önəmli deyilmiş, sadəcə uşaq
heyvanları çox istəyirmiş, vəssalam.
Səhəri gün otağına qapanıb işləməyə başladı. Bir neçə gün sonra saatı və ulduzları arabaya
yüklətdi, pəncərənin arxasındakı o nigaran baxışlarım altında bu dəfə məktəbə getdilər. Axşam
evə qayıdanda kədərliydi, amma o qədər kədərli deyildi ki, danışmasın: “Elə bildim ki, uşaqlar
da Sultan kimi anlayacaqlar, amma səhv etmişəm.” dedi. Sadəcə qorxublar, Xoca danışandan
sonra, uşaqlardan danışdıqlarını soruşanda bir uşaq göy üzünün digər tərəfində cəhənnəm
olduğunu deyib və ağlamağa başlayıb.
Ondan sonrakı həftəni Padşahın anlayışına olan inancını azaltmaqla keçirdi, ikinci həyətdə
keçirdiyimiz dəqiqələri mənə bir-bir xatırladır, sübutlarını təsdiqlədirdi: Bəli, uşaq intellektliydi,
indidən düşünməyi bilirdi, bəli, ətrafındakıların təzyiqindən xilas ola biləcək qədər şəxsiyyətli
idi, bəli eləydi! Sonralar, Sultan bizim üçün yuxular görməmişdən əvvəl biz onun üçün beləcə
yuxular görməyə başladıq. Xoca, eyni zamanda saat üçün də çalışırdı, zənn edirdim ki, silah
üçün də nəsə düşünür, çünki çağırılanda Paşaya elə deyib. Amma bilirdim ki, Paşadan ümidini
kəsib. Onunçün Paşa demişdi: “Bu da başqaları kimi oldu. Bilmədiyini bilmək istəmir artıq”. Bir
həftə sonra Paşa yenə onu çağırtdırdı.
Sultan, Xocanı sevinclə qarşılayıb. “Deyib ki, aslanım sağalıb, dediyin oldu”. Sonra
ətrafındakı adamlarla birlikdə həyətə çıxıblar. Padşah hovuzdakı balıqları göstərib, onları necə
tapdığını Padşahdan soruşub. Bunu mənə danışarkən Xoca dedi: “Qırmızıydılar! Başqa bir söz
demək ağlıma gəlmədi”. O vaxt balıqların hərəkətlərində nizam olduğunu sezib, sanki öz
aralarında danışıb bu qüsursuzluğu qorumağa çalışırlarmış. Xoca deyib ki, balıqlar ağıllıdır.
Padşaha dayanmadan anasının öyüdlərini xatırladan hərəmağalarının birinin yanındakı
adamlardan biri –qırmız saçlı cücə bu sözə güləndə Sultan onu acılayıb. Arabalara minərkən də
cəza olsun deyə həmin adamı- qırmızı saçlı cücəni özüylə aparmayıb.
Arabalarla aslanxanaya, at meydanlarına gediblər. Qədim bir kilsənin sütünlarına,
Padşahın Xocaya bir-bir göstərdiyi aslanlar, leopardlar, qaplanlar zəncirləri ilə bağlıymış.
Xocanın sağalacağını bildiyi aslanın qarşısında dayanıblar, uşaq onunla danışıb, aslanı Xocaya
tanıdıb. Sonra bir küncdə yatan başqa bir aslanın yanına gediblər, digərləri kimi pis iy verməyən
bu heyvanın qarnında balası varmış. Padşah gözləri parıldaya-parıldaya soruşub: “Bu aslan neçə
dənə doğar, neçəsi erkək neçəsi dişi olar?”.
Hirslənən Xoca sonradan mənə, “səhv elədim” sözünün ona dedirdən bir şey edib,
astronomiyadan başı çıxdığını, amma münəccim olmadığını Padşaha deyib. Amma uşaq da belə
deyib: “Amma münəccimlərin rəhbəri Hüseyn Əfəndidən yaxşı bilirsən”. Xoca cavab verməyib,
ətrafdakılar eşidər, Hüseyn Əfəndiyə çatdırarlar deyə qorxurmuş. Kefi qaçan Padşah əlavə edib:
“Yoxsa Xoca heç bir şey bilmir, ulduzlara boş yerə baxır?”.
Bunun haqqında Xoca, lap sonralar deməyi planlaşdırdığı şeyləri tez bir zamanda demək
məcburiyyətində qalıb. Ulduzlardan çox şey öyrəndiyini, bu öyrəndiklərindən çox yararlı
nəticələr çıxardığını deyib. Gözlərini açaraq dinləyən Padşahın susqunluğunu xeyrə yozaraq 21
ulduzları seyr edəcək bir rəsədxana tikilməsinə ehtiyac olduğunu deyib. Eynən rəhmətlik atası I
Əhmədin babası III Muradın doxsan il öncə buyurub rəhmətlik Takiyüddi Əfəndiyə
hazırlatdırdığı və sonradan baxımsızlıqdan dağılan o rəsədxana kimi bir şey, xeyr, ondan daha
yaxşı bir şey: bir elm mərkəzi ki, içində ancaq ulduzları yox, bütün aləmi, çayları və dənizləri,
buludları və dağları, çiçəkləri və ağacları və təbii ki, heyvanları da öyrənən alimlər bir yerə
toplansınlar və istədikləri nəticələri danışa-danışa reallaşdırsınlar ki, zəkamız formalaşsın.
Xocadan mənim də ilk dəfə yəqinləşdirdiyim bir qənaəti də, Padşah şirin bir nağıl dinləyən
sayaq dinləyib. Arabalarla saraya qayıdarkən bir də soruşub: “Səncə, aslan necə doğacaq?”.
Xoca daha əvvəl də bu barədə düşündüyü üçün bu dəfə deyib: “Doğulan balalar bir-birinə
oxşayacaq”. Mənə evdə bu sözün heç bir təhlükəsi olmadığını dedi. Deyirdi ki, o səfeh uşağı
“ovcumun içinə alacağam. Baş münəccim Hüseyn Əfəndidən daha bacarıqlıyam”. Padşahdan
danışarkən bu kəlməni işlətməsi məni təəccübləndirmişdi. Daha dəqiq desək, qınamışdım onu. O
vaxt daxili sıxılaraq ev işləriylə əlləşirdim.
Sonra o kəlməni bütün kilidlərə düşən açar kimi işlətməyə başladı. Axmaq olduları üçün
başlarının üstündə gəzən ulduzlara baxıb düşünmürdülər, axmaq olduqları üçün öyrənəcəkləri
şeyin əvvəlcədən nəyə lazım olduğunu soruşurdular, axmaq olduqları üçün bir-birlərinə
bənzəyirdilər və s. Bir neçə il öncə ölkəmdə bu cür açıqlamaları etməkdən mən də çox razı
qalmağıma baxmayaraq, Xocaya heç nə deməzdim. O vaxtlar da o mənimlə yox, axmaqları ilə
daha çox əlaqəli idi. Mənim axmaqlığım başqa cür imiş. Gördüyüm bir yuxunu o vaxtkı
boşboğazlığımla ona danışmışdım: Mənim yerimə keçib ölkəmə gedir, nişanlımla evlənir, toyda
da heç kəs bilmirdi ki, o mən deyiləm, mən də bir türk paltarı ilə seyr elədiyim əyləncənin şirin
yerində anam və nişanlımla qarşılaşır və o məni yuxudan oyandıran göz yaşlarıma baxmayaraq
ikisi də kim olduğumu bilmədən mənə arxasını çevirib uzaqlaşırlar.
O ərəfələrdə iki dəfə Paşanın malikanəsinə getdi. Paşa, deyəsən, onun rizasından xaric
Padşahla yaxınlıq etməsindən xoşu gəlmirdi, onu sorğu-suala tutub: məni soruşduğunu,
haqqımda məlumat topladığını çox sonra, Paşa İstanbuldan sürgün olunandan sonra mənə dedi:
yoxsa günlərimi zəhərlənmək qorxusu ilə keçirəcəkdim. Yenə də Paşanın Xocadan çox mənə
maraq duyduğunu bilirdim: Xocayla aramızdakı oxşarlıqdan, məndən daha çox Paşanın narahat
olmağı məni qürurlandırıdı. O ərəfələrdə sanki bu oxşarlıq, Xocanın heç vaxt öyrənmək
istəməyəcəyi və mövcudluğu mənə qəribə bir cəsarət verən sir idi: Bəzi vaxtlar, sırf bu oxşarlığa
görə Xoca yaşadığı müddətdə təhlükədən uzaq olduğumu düşünürdüm. Bəlkə də, buna görə
Paşanın da bu axmaqlardan biri olduğunu deyəndə Xocayala razılaşmırdım, onda da Xoca
hirslənərdi. Məndən həm əl çəkə bilmədiyini, həm də utandığını bilmək, məni vərdiş eləmədiyim
bir arsızlığa sürütləyərdi. Dəqiqə-başı Paşanın ikimiz üçün dediklərini soruşar, Xocanı səbəbi
özünə də məlum olmayan bir hirsə aludə edərdim. O vaxt inadla təkrarlayaraq deyərdi: Paşanın
da ayağının altını qazacaqlar, yaxın vaxtda yeniçərlər nəsə edəcəklər, sarayın içində müxtəlif
planlar qurulduğunu hiss edirmiş. Buna görə Paşanın dediyi kimi, silah üçün çalışacaqsa, bunu
gəldi-gedər vəzir üçün deyil, Padşaha təqdim etmək üçün hazırlamalıymış.
Düşündüm ki, bir ara ancaq bu naməlum silah planı ilə əlləşir, çalışırdı, amma davam
eləmirdi. Davam eləsəydi, mənə ürəyini açacağından, məni alçaltmalı olsa da, nə fikirləşdiyimi
öyrənmək üçün planlarını mənə danışacağından əmin idim. Bir axşam iki-üç həftədə etdiyimiz
kimi, Ağsaraydakı o evə gedib, musiqi dinləyəndən sonra qadınlarla yatıb evə qayıdırdıq. Xoca
mənə dedi ki, səhərə qədər işləyəcək, sonra məndən qadınları soruşdu, heç etmədiyimiz bir şey
idi qadınlardan danışmaq, sonra birdən dedi ki, “fikirləşirəm”, amma nəyi fikirləşdiyini deməmiş
evə gələn kimi otağına keçdi. Mən də artıq səhifələrini belə çevirməyə üşəndiyim kitabların
yanında qaldım və onu davam etdirmədiyinə inanmadığım hər hansı bir planını, yaxud da
düşüncəsini, qapandığı otaqda hələ tam vərdiş etmədiyi masanın arxasında oturub qarşısındakı
boş kağızlara baxdığını, masanın ətrafında saatlarla utanc və hirslə boş-boş oturduğunu
düşündüm.
Gecəyarısından çox sonra otağından çıxdı, kiçik bir problemlə üzləşdiyi üçün kömək
istəyən şagirdin təvazökar utancaqlığıyla məni içəri, masasının yanına çağırdı. Heç çəkinmədən
dedi: “Mənə kömək et. İşləri birgə düşünək, təkcə davam edə bilmirəm”. Bir an bunun qadınlarla 22
əlaqəli bir şey olduğunu düşünüb susdum. Mənasız-mənasız baxdığımı görəndə, ciddi-ciddi dedi:
“Axmaqlar haqqında düşünürəm. Niyə o qədər axmaqlar var?. Sonra mənim cavabımı bilirmiş
kimi əlavə etdi: “Yaxşı, axmaq deyillər, amma beyinlərində nəsə çatmır”. “Onların” kimliyini
soruşmadım. “O məlumatları beyinlərində saxlayacaq bir yer yoxdumu?”- dedi, sanki bir söz
axtarırdı, ətrafına baxdı. “Beyinlərinin içində bir qutu, bu şkafın gözləri kimi, qarışıq əşyaları
içinə yerləşdirməsi mümükün olan bir künc olmalıdır, amma sanki elə bir şey yoxdu. Başa
düşürsən?”, nəsə başa düşdüyümə özümü inandırmaq istəyirdim, amma çox da başa düşə
bilmirdim. Uzun müddət ikimiz də susduq. Ən axırda dedi: “Onsuz da guya insanın niyə elə,
yaxud da belə olduğunu kim bilir ki? Ah, kaş ki, həqiqi bir həkim olaydın və mənə öyrədəydin,
dedi, sonra əlavə etdi: “Bədənlərimizi və beynimizin içini”. Sanki bir qədər utandı. Məni
qorxutmaq istəmədiyi üçün bu haqda sağlam bir tövrlə açıqladı: Təslim olmayacaqmış, sonuna
qədər gedəcəkmiş, həm nəhayətdə nə olacaq deyə maraqlandığı üçün, həm də edə biləcəyi başqa
bir şey olmadığı üçün. Başa düşə bilmirdim, amma bütün bunları məndən öyrəndiyini düşünmək
mənə xoş gəlirdi.
Sonralar özümüzü elə aparırdıq ki, guya hansı məna kəsb etdiyini bilmirik və bu sözü teztez təkrarlayırdıq. Amma ilişdiyi bu höcətlikdə daha çox sual verən xəyalpərvər bir tələbənin
ədası hiss olunurdu, hər dəfə sonuna qədər gedəcəyini deyəndə, mən, başına gələn hadisələrin
səbəblərini soruşan çarəsiz bir aşiqin hüznlü və əsəbi gileylənməsinə şahid olduğumu zənn
edirdim. O ərəfələrdə bu sözü tez-tez deyirdi, yeniçərlərin üsyan hazırladıqlarını öyrəndiyi vaxt
deyirdi, uşaq məktəbindəki şagirlərin ulduzlardan daha çox mələklərlə maraqlandığını
danışarkən deyirdi, çoxlu pul verərək aldığı əlyazmanı daha yarısını oxumamış əsəbi şəkildə
kənara tullayandan sonra və artıq sırf alışqanlığa görə muvaqqitxanədə görüşüb danışdıqları
dostlarından ayrılandan sonra deyirdi və yaxşı qızdırılmamış hamamda soyuqladıqdan sonra və
ətrafına və güllü yorğanını üstünə sərdiyi kitabları ilə yatağına uzanandan sonra və məscidin
əlüzyuyanında dəstəmaz alanların axmaqcasına danışdıqlarına qulaq asandan sonra deyirdi və
Venesiyalılara məğlub olduğunu öyrənəndən sonra və yaşının keçmək üzrə olduğunu deyərək
onu evləndirmək üçün onunla görüşməyə gələn məhəllə əhlini səbirlə dinləyəndən sonra yenə
deyirdi: Sonuna qədər mübarizəsini davam etdirəcəkmiş.
İndi düşünürəm: bu yazdıqlarımı axıra qədər oxuyan kim, baş verənləri, ya da xəyal edərək
nəql etdiyim hər şeyi səbirlə izləyən hansı oxucu deyə bilər ki, Xoca niyə bu sözünün üstündə
durmadı?23
4
Yayın axrına yaxın günlərdə baş münəccim Hüseyn Əfəndinin cəsədini İstiniyyə sahilində
tapıldığını eşitdik. Paşa qətl üçün fitva əmrini ən axırda alıb, o da gizləndiyi yerdə rahat
durmayıb, Sadiq Paşanın yaxın günlərdə öləcəyi ehtimalı var deyə hər yana kağızlar yolladığına
görə yerini biliblər. Anadoluya keçmək istəyərkən cəlladlar qayığına çatıb boğublar. Malınınmülkünün müsadirə edildiyini öyrənəndə Xoca baş münəccimin kağızlarını, kitablarını,
dəftərlərini ələ keçirmək üçün fəaliyyətə keçdi: bunun üçün yığdığı nə qədər pulu varsa, hamısını
rüşvətə xərclədi. Bir axşam evə yekə bir sandıq içində gətirdiyi minlərlə kitabı bir həftə içində
əxz elədikdən sonra bundan lap yaxşısını düzəldə biləcəyini dedi.
Dediyini eləyərkən mən də ona kömək etdim. Padşaha təqdim etməyə qərar verdiyi
“Həya-ül-Heyvan və Əcaib-ül-Məxluqat” adlı iki risalə üçün Empolidəki evimizin geniş
bağçalarında, çayırlarında gördüyüm gözəl atlar, qeyri-adi eşşəklər, dovşanlar, kərtənkələlər
haqqında ona danışdım.
Xoca intuisiyamın nə qədər geniş olduğunu deyəndən sonra, su zanbaqları olan
hovuzumuzdakı bığlı firəng qurbağalarını, Siciliya ləhcəsi ilə danışan mavi tutuquşuları və
cütləşməmişdən əvvəl otururub bir-birinin tüklərini təmizləyən sincabları ona xatırladaraq
danışdım. Sultanın çox maraqlandığı, amma sarayın birinci həyətinin təmizliyinə görə lazımınca
məlumat sahibi olmadığı mövzulardan biri olan qarışqaların həyatı uzun müddət diqqətlə
araşdırdığımız sahələrdən biri oldu.
Xoca qarışqaların nizamlı, məntiqli həyatını qələmə alarkən uşaq Padşahı öyrədəcəyimizi
də düşünürdü. Bu məqsəd üçün bizə məlum olan qara qarışqaların məlumatı tam əks
etdirmədiyini görəndə, Amerikadakı qırmızı qarışqaların həyat sistemindən danışdı. Bu da ona
Amerika adlandırılan, ilanlı ölkədə yaşayan və yaşadıqları həyatı dəyişdirməyən qul
vətəndaşların başlarına gələnlər haqqında həm kin-küdurətli, həm də çoxhissəli bir kitab yazmaq
fikrində olduğunu bildirdi: Mənə bu haqda əhatəli danışarkən deyirdi ki, ova getməyi xoşalayan
bir uşaq kralın elmlə maraqlanmadığı üçün, nəticədə ispaniyalı kafirlər tərəfindən necə peşman
edildiyini yazacaq, zənnimcə, kitabı axıra qədrə yazmağa cəsarəti çatmadı. Qanadlı mamontları,
altıayaqlı öküzləri, ikibaşlı ilanları daha başa düşülən tərzdə çəkmək üçün çağırtdırdığımız
miniatür ustasının çəkdikləri ikimizi də razı salmadı. “Orjinalı əvvələr beləydi, indiysə hər şey
üçölçülü, orjinal kölgəli, - bir bax- eninə olanda da kölgəsini arxasındakı oxşarı kürəyində
daşıyan kimi səbirlə dözərək daşıyır.” – Xoca dedi.
Sultanın soruşdurmadığına görə, risalələri Padşaha, Paşanın vasitəsi ilə verməyi
qətiləşdirmişdi, amma sonra buna görə çox peşman oldu. Paşa ulduz elminin boş şey olduğunu,
baş münəccim Hüseyn Əfəndinin boyundan böyük işlərə girişdiyini, siyasi oyunlar oynadığını,
Xocanın da indi onun boş qalan yerində gözü olmağından şübhələndiyini, elm adlanan şeyə
inandığını, amma bunun ulduzlara yox, silahlarla əlaqəli olduğunu, baş münəccimliyin uğursuz
bir iş olduğunu, bunun o vəzifəyə gələnlərin hamısının nəhayətdə öldürülmələrindən, ya da lap
pisi, nə vaxtsa sirri faş edib yox olmaqlarından başa düşdüyünü, çox istədiyi və elminə güvəndiyi
Xocanın da bu səbəbdən, bu vəzifəyə yiyələnməyi heç də istəmədiyi, onsuz da təzə baş
münəccimin bu işin lazımınca öhdəsindən gələ biləcək qədər axmaq və saf olan Sıdqı Əfəndi
olacağını, Xocanın əvvəlki baş münəcimin kitablarını əldə etməyini eşitdiyini, bu işlə
maraqlanmamasını təvəqqe etdiyini ona deyib. Xoca da ona, elmdən başqa bir şeylə
maraqlanmadığını deyərək, Padşaha çatdırmasını istədiyi risalələri verib. Axşam elmdən özgə
şeylə maraqlanmayacağını, amma bu elmi reallaşdırmaq üçün lazım olan hər şeyi də edəcəyini
deyib, ilk işi olaraq da Paşaya lənət oxudu.
Sonrakı ay, idrakımızın yaratdığı rəngli heyvanlara uşağın necə bir reaksiya göstərməsiylə
maraqlanarkən, Xoca hələ də saraydan niyə çağırılmadığını düşünürdü. Nəhayət, ova çağırdılar,
o Padşahın yanına, məni ancaq uzaqdan baxmaq üçün, Kağızxana dərəsinin sahilindəki Miraxor
köşkünə getdik, adam çox idi. Bostançıların başçısı hər şeyi hazırlayıb: dovşanları və tülküləri
qovurandan sonra arxasınca tazıları bişirdilər, biz də baxdıq: Dovşanın biri digərlərindən ayrılıb 24
özünü suya atanda hamı ona baxdı: üzə-üzə qarşıdakı sahilə keçmək istəyəndə bostançılar ora da
it göndərmək istədilər, amma uzaqdakıları da eşidirdik. Padşah dovşanın azad olmağına izin
vermədi. Amma yad bir it digər sahildəymiş, dovşan yenə özünü suya atdı, amma it ona çatdı,
bostançılar tez yüyürüşüb dovşanı onun ağzından aldılar. Padşahın hüzuruna gətirdilər. Uşaq tez
heyvanı yoxlatdırdı, bədənində ciddi bir yara olmadığını görəndə sevindi, o sonra dağın başına
gedib dovşanın aşağı atılmasını əmr verib. Sonra aralarında Xocanı və qırmızı saçlı zənəni
gördüyüm qələbəlik də Padşahın ətrafına toplaşdılar.
Axşam Xoca danışdı. Padşah soruşub ki, bu hadisə necə yozulmalıdı? Hamıdan sonra,
növbə özünə gələndə, Xoca, Sultana deyib ki, heç gözlənilməyən yerdən düşmənlər peyda
olacaq, amma təhlükədən sağ-salamat çıxacaqsan. Düşmənlərin ölüm təhlükəsindən danışan,
hətta Padşahla dovşanı bir tutan bu yozumu pisləməyə səy göstəriblərsə də, Sultan aralarında
təzə baş münəccim Sıdqı Əfəndinin də olduğu insanları susdurub, Xocanın sözlərinin qulağına
sırğa olacağını deyib. Sonra biz-biz tükü olan qaranquşun can hovlu özünü müdafiə etməsinə və
arsız tazıların kiçik hissələrə ayırdıqları bir tülkünün acınacaqlı ölümünü seyr edərkən Sultan
aslanın biri dişi, biri də erkək, bir-birinə uyğun iki bala doğduğunu, heyvanlar haqda olan
kitabları çox xoşladığını deyib və Xocadan Nil ətrafındakı çayırlarda rast gəlinən mavi öküzləri
və çəhrayi pişikləri soruşub.
Sarayda hansısa hadisələrin baş verməsi xəbərini bu hadisədən çox sonra eşitdik: Kösəm
Sultan yeniçərlərin ağaları ilə razılaşıb, Sultanı və anasını öldürüb yerinə Şahzadə Süleymanı
keçirmək üçün plan qurublar, amma sonra planlarını pozmayıblar. Kösəm Sultanın ağzından,
burnundan qan gələnə qədər boğub öldürüblər, Xoca baş verənləri muvaqqitxanaya gələn səfeh
dostlarının dedi-qodularından eşidirdi, bir də məktəbə gedirdi ordan da öyrənirdi, başqa heç yerə
çıxmırdı.
Payızda bir ara yenə də kosmoqrafiya ilə məşğul olmağa qərar verdi, amma ümidsizliyə
qapıldı: Rəsədxana lazım idi, üstəlik axmaqların ulduzlara qara qəpik vermədiyi kimi, ulduzlar
da axmaqlara dirsək göstərirdi. Qış gəldi, qapalı günlər başladı və bir gün öyrəndi ki, Paşa
təhlükədədir. Onu da boğduracaqlarmış, amma Validə Sultan razı olmayıb, malını-mülkünü
əlindən alıb Ərzincana sürgün eləyiblər. Bir daha ölümündən özgə heç bir xəbərini eşitmədik.
Xoca dedi ki, artıq heç kəsdən qorxmur, heç kəsə də beş köpüklük minnət borcu yoxdu, bunları
deyərkən məndən nə qədər şey öyrənib-öyrənməməyini bilmirəm. Artıq uşaqdan da, anasından
da çəkinirmiş, az qalırıdı ki, desin: “Ya dövlət başa, ya quzğun leşə”, amma evimizdə qalır,
kitablar arasında sakitcə oturur, Amerikadakı qırmızı qarışqalardan danışaraq təzə bir
qarışqanamənin xəyallarını qururduq.
Ondan əvvəlkilər və ondan sonrakı bir çox qış kimi o qışı da evdə keçirdik, heç bir şey
olmadı. Soyuq gecələrdə, sazağın qapısından, bacasından girdiyi evin aşağı mərtəbəsində oturub
danışırdıq. Artıq mənə yuxarıdan-aşağı baxmırdı, ya da mənə xor baxmağa həya edirdi. Bu
yaxınlığı nə saraydan, nə də saraya yaxın bir çevrədən heç kəsin onunla əlaqə saxlamaması ilə
əlaqələndiridim. Bəzən də düşünürdüm ki, aramızdakı oxşarlığı mənim qədər o da düşünür, artıq
mənə baxarkən özünü gördüyünü düşünürdüm, mənə baxanda özünü görər deyə maraqlanırdım:
Nəyi düşünürdü? Heyvanlar haqqında yenə də uzun bir risalə yazıb qurtarmışdıq, amma Paşanın
sürgün olunduğuna görə və Xoca saraya girib-çıxan uzaq tanışlarının heç birinin minnətini
götürməyə hazır olmadığı üçün, risalə masanın üstündə qalırdı. Aradabir boş keçirdiyim günlərin
sıxıntısı ilə səhifələri açar, çəkdiyim bənövşəyi çəyirtikələrə, uçan balıqlara baxar, Padşahın bu
sətirləri oxuyanda nə fikirləşəcəyini düşünərdim.
Xocanı bir də baharın əvvəlində çağırdılar. Uşaq onu görəndə çox sevinib: Xocanın
dediyinə görə, hər hərəkətindən, hər sözündən Xocanı xeyli vaxtı düşündüyünü, amma
ətrafındakı səfehlərin təzyiqi ilə axtarmadığını başa düşürmüş. Padşah tez ata nənəsinin
planından söz salıb, Xocanın bu təhlükəni əvvəlcədən gördüyünü deyib, amma Xoca, Sultanın bu
təhlükədən sağ-salamat qurtaracağını da əvvəlcədən bilib. O gecə sarayda canına qəsd edənlərin
qışqırıqlarını eşidərkən uşaq qətiyyən qorxmayıb, çünki yadına dovşanı dişləyən xain it düşüb.
Padşah tərifli sözlərdən sonra, Xocaya uyğun bir yerdən dirilik verilməsini buyurub. İş 25
sənədləşdirilib təsdiqlənməmiş, Xoca getmək məcburiyyətində qalıb, deyiblər ki, dirilik bəraəti
üçün yayın axrını gözləsin.
Gözləyərkən, diriliyin gəlirinə güvənərək Xoca bağçada çox da böyük olmayan bir
rəsədxana qurmağı planlaşdırdı, qazılacaq quyunun ölçülərini, yerləşdirəcəyi mexanizmin
maliyyəsini hesabladı, amma bu dəfə tez bezdi: O ərəfədə şkafda Takiyüddün əldə etdiyi
astronomik nəticələr toplanmış kitabın pis əlyazmasından çıxardılmış nüsxəsini tapmışdı. İki
ayını tapdığı kitabı isbat etməyə xərclədi, amma nəhayətdə, hansı səhvin öz ucuz
avadanlıqlarından, hansının Takiyüddən, hansının da əlyazması pis olan katibin diqqətsizliyindən
qaynaqlandığını bilmədiyi üçün hirsləndi. Əsəblərini daha da gərginləşdirən şey altmışlıq üsulla
hesablanmış triqonometrik qrafika cədvəllərinin arasına kitabın əvvəlki sahiblərindən birinin
yerləşdirdiyi, vəznli, qafiyəli misralar idi. Kitab sahibi əbcəd hesabı və başqa üsullarladan
istifadə edərək dünyanın gələcəyi haqqında təvazökarlıqla proqnozlar vermişdi. Ən axırda, dörd
qızdan sonra bir oğlan uşağı olacaq, günahsızı günahkardan ayıran biri peyda olacaq, qonşusu
Bahəddin Əfəndi öləcəkmiş. Xoca bu qənaətləri oxuyarkən əvvəl əyləndisə də, sonra ümidsizliyə
qapıldı. Başımızın içindən, qəribə və qorxuducu bir qaranlıqdan danışılırdı: Sanki qapağını açıb
içinə baxa biləcəyimiz sandıqlardan, otağın içindəki şkaflardan danışılıdığını da vurğulayırdı.
Padşah söz verdiyi dirilik nə yayın axırında verildi, nə də qışa yaxın. Növbəti bahar isə
Xocaya yeni bir qərar hazırlandığını deyiblər, ona qədər gözləməliymiş. Bu ərəfədə, az da olsa
saraya çağırılır, çartlayan bir aynanın, Yassı ada düzənliklərinə düşən yaşıl ildırımın, durduğu
yerdə dağım-dağım olan gilas suyu ilə dolu sürahinin yozumunu və son yazdığım risalədəki
heyvanlar haqqında Padşahın soruşduğu sualları cavablandırırdı. Evə qayıdanda uşağın həddibulüğ çağına yetişdiyini dedi, insanın ən asan təsirə düşən çağı bu çağ idi. Padşahı ələ alacaqmış.
Bu məqsədlə təzə bir kitab yazmağa başladı. Məndən asteklərin süqutunu, Kortezin
xatirələrini eşitmişdi, ağlında elmə diqqət ayırmadığı üçün haqqında bədii bir şey yazılan zavallı
bir uşağın əhvalatı əvvələr də vardı. O vaxtlar yaxşı insanlar yuxulayarkən toplarıyla,
avadanlıqlarıyla , qorxuducu mifləriylə və silahlarıyla onları məğlub edib öz qayda-qanunlarına
boyun əydirən namusuzlardan danışırdı, amma çəkilib yazdığı şeyləri o vaxtlar məndən
gizlədirdi. Hiss edirdim, gözləyirdi ki, əvvəlcə mən maraqlanım, amma o günlərdə məni qeyriadi bədbəxtliyə itələyən yurd həsrəti, ona qarşı olan kinimi artırmışdı, marağımı gizlədirdim.
Özümü elə göstərməyə başladım ki, guya ucuz olduğu üçün alıb oxuduğu cildləri çırıq kitabları
və mənim danışdıqlarımı əsas götürərək yaradıcı zəkasının yaratdığı nəticələri bilmək istəmirəm.
Öz iş otağı kimi düzəltdiyi yuxardakı kiçik otağa çıxırdı, düzəltdirdiyi masamızda
əyləşirdi, hətta düşünürdü də, amma yaza bilmirdi, bunu özü də hiss edirdi, həm də bilirdim ki,
yaza bilmir, düşündüklərini, mənim bəyəndiyimi öyrənməmiş yazmağa cəsrətinin çatmadığını da
bilirdim. Onu özünə inanmaqdan tam çəkindirən, yuxarıdan-aşağı baxdığı mənim bəsit
düşüncələrimin əskikliyi də deyildi. O əslində mənim kimilərin -“onların”, mənə bütün o
bilikləri öyrədən, beynimin içinə o düşüncəni, o elm gözlərini yerləşdirən başqalarının
məlumatlarını öyrənmək istəyirdi. Onlar, görəsən, bu vəziyyətdə nə düşünürlər? Məndən
soruşmaq istədiyi, amma soruşa bilmədiyi şey bu idi! Qürurunu tapdalayıb, bu sualı məndən
soruşmağını necə də çox gözlədim. Amma soruşmadı. Qurtardığını, yaxud qurtarmadığını
bilmədiyim bu kitabı, bir müddət sonra yarımçıq qoyub yenə o “axmaqlar”ın fikrinə düşdü.
Öyrənmək istədiyi əsl elm yolu onların niyə elə axmaq olduqlarını öyrənməkdən keçirdi,
beyinlərinin içinin niyə elə olduğunu bilib ona əsasən düşünməliydi! Düşünürdüm ki, saraydan
gözlədiyi nəticənin işarələrini almadığı üçün, eyni şeyləri ümidsizliklə təkrarlayır. Zaman boş-
boş axır, Padşahın həddi-büluğ çağı ona çox da sərf etmirdi.
Amma Köpürlü Mehmed Paşa baş vəzir olandan əvvəlki yaz, nəhayət, Xoca diriliyə
qovuşdu, həm də öz istədiyi yeri seçərək:Gəbzə yaxınlığındakı iki dəyirmanla, qəsəbəylə
arasında bir saat yol olan iki kəndin gəlirini birləşdirmişdilər. İşimizlə bağlı Gəbzəyə getdik,
təsadüf nəticəsində boş olan köhnə bir ev tutduq, amma Xoca burada keçirdiyimiz ayları,
gətirtdiyim masaya nifrətlə baxtdığı günləri unutmuşdu. Sanki evlə birlikdə xatirələri də
köhnəlmiş, çirkinləşmişdi, orda onsuz da keçmişdə qalan heç bir şeylə maraqlanmayacaq
səbirsizlik mövcud idi. Bir neçə dəfə kəndlərlə bağlı məlumatları dəqiqləşdirdi:Bundan əvvəlki 26
illərin gəlirini öyrəndi, dedi-qodusundan muvaqqitxanadaki dostlarından eşitdiyi Tərxunçu
Əhməd Paşanın təsiri ilə diriliyin hesabını çox bəsit və anlaşıqlı şəkildə göstərən bir dəftər
tutmaq üsulu tapdığını açıqladı.
Amma azadlığına və yararlılığına özünün də inanmadığı bu kəşfi ilə kifayətlənmədi:
Köhnə evin arxa həyətində oturaraq göyə baxa-baxa boş-boş keçirdiyi gecələr içindəki
astronomiya sevgisini təkrar alovlandırmışdı. Düşüncələrini bir addım daha irəli aparacağını
zənn edərək, bir ara onu mən də cəsarətləndirdim, amma niyyəti nəyisə müşahidə etmək, ya da
fikir irəli sürmək deyilmiş: Kənddə və Gəbzədə tanıdığı ən ağıllı gəncləri, uşaqları, ən ali elmi
onlara öyrədəcəyini hiss edərək evə çağırdı, məni yollayıb İstanbuldan gətirtdiyi modeli, zəngləri
təmir edib, yoxlayıb həyərin arxa hissəsində onlardan ötrü qurdu və bir axşam, haradan
yarandığını bilmədiyim ümid və güclə illər əvvəl Paşaya, daha sonra Padşaha danışdığı o göyüzü
haqqında qanunu heç də mürəkkəbləşdirməyərək təkrarladı. Gecənin yarısı bircə sual da
verməyərək evlərinə qayıdan adamlardan və astronomiyadan ümidini sonuncu dəfə kəsməsi
üçün, növbəti səhər qapımızın qarşısında, içindən hələ ilıq qan sızan bir qoyun ürəyi tapmağımız
bəs elədi.
Amma bu məğlubiyyəti çox da böyütmədi: Əlbəttə, dünyanın və ulduzların necə
fırlandığını başa düşən deyildilər, hələlik heç onların başa düşməyi də vacib deyildi, başa
düşməli olan artıq həddi-büluğ çağını qurtarmaq üzrəydi, bəlkə də, o da biz olmayanda bizi
axtarmışdı, görəcəyimiz işdən sonra əldə edəcəyimiz üç-beş manat üçün biz hədər yerə fürsəti
fövtə verirdik. İşlərimizi yoluna qoyub, ağıllı gənclərin ən ağıllı görünənini də eşikağası təyin
edəndən sonra, İstanbula qayıtdıq.
Ondan sonrakı üç il ən pis illərimiz oldu. Hər gün bir gün əvvəlkinin, hər ay ötən ayın, hər
mövsüm yaşadığımız başqa bir mövsümün bezdirici, əsəbiləşdirici təkrarıydı: Eyni şeyləri kədər
və ümidsizliklə təkrar görür və ad verə bilmədiyimiz məğlubiyyəti sanki hədər yerə gözləyirdik.
Yenə arada bir saraydan çağırtdırıb, heç yozulmamış yozumlar etməsini istəyirdilər, yenə hər
çərşənbə günortadan sonra həmişə toplaşdıqları yerdə elm dostları ilə görüşüb danışır, əvvəlki
kimi ardıcıl olmasa da, yenə səhərlər tələbələri görür və döyür, yenə arada bir onu evləndirməyə
gələnlərə, bu dəfə az da olsa qərarsızlıq içində qalsa da, müqavimət göstərir, yenə qadınlarla
yatmaq üçün, ta xoşlamadığı o musiqiyə qulaq asmaq məcburiyyətində qalır, yenə axmaqlara
qarşı olan nifrətindən bəzən sanki boğulur, yenə otağına qapanır, sərdiyi yatağına uzanıb
yanındakı əlyazmalarını, bayağı kitabları ordan-burdan hirslə vərəqlədikdən sonra, saatlarca
tavana baxaraq gözləyirdi.
Xoşbəxtliyini daha da artıran şey, muvaqqitxanya getməyə davam edən dostlarından
təfərrüfatını öyrəndiyi Köpürlü Məhməd Paşanın zəfərləri idi. Donanmanın venesiyalıları
məğlub etməyi, Bozcaadanın və Limninin geri alındığını, ya da üsyançı Abaza Həsən Paşanın
əzildiyini mənə deyərkən, bunların ən axırıncı və ötəri uğurlar olduğunu əlavə edirdi: yaxın
vaxtda axmaqlığın və bacarıqsızlığın palçığına batacaq şikəstin son tərpənişləri idi bunlar: sanki
bir-birini təkrarlayaraq bizi daha da çox yoran günləri dəyişdircək pis bir hadisə gözləyirdi. Həm
də elm deyə bayraq etdiyi varlığın da, yanında ümidi qalmadığı üçün tam mənada dura bilmirdi.
Yeni bir düşüncənin həyəcanına bir həftədən çox dayana bilmir, tez bir zaman da axmaqlarını
xatırlayaraq hər şeyi unudurdu. İndiyə qədər düşündükləri onun üçün bəs etmirdimi? Onun üçün
bu qədər beyin yormağa dəyərdimi? Bu qədər hirslənməyə dəyərdimi? Hələ o vaxtlar özünün
onlardan ayırmağı lap təzə öyrəndiyi üçün, bu elmin mahiyyətinə çatmaq üçün lazım olan gücü
və istəyi öz içində cəmləyə bilmirdi. Amma özünün onlardan fərqli olduğuna artıq inanırdı.
Daha çox nəzərəçarpan ilk həyəcan daxili sıxıntıdan əmələ gəldi. Artıq başını heç bir
mövzuda uzun-uzadı yormadığı üçün, o günlərdə vaxtını, eynən öz-özüylə oynamayan eqoist və
axmaq uşaqlar kimi evin içində bir otağa girib digərindən çıxaraq, bir mərtəbədən digərinə çıxıbdüşərək, pəncərələrdən boş-boş baxaraq keçirirdi. Taxta evi taq-taraq taqqıldadan bu
qurtarmayan əsəbiləşdirci gəzintiləri vaxtı mənim yanıma gələndə, məndən başqatılası bir
əyləncə, düşüncə və ümidləndirici söz gözlədiyini bilirdim. Amma bezginliyimə baxmayaraq
ona qarşı olan qəzəb və niftətim heç də azalmadığı üçün, gözlədiyi sözü ona demirdim. Məndən
cavab almaq üçün qürurunu qırıb, alçalaraq bir neçə cümlə dediyi vaxtlar belə istədiyi sözü ona 27
deməzdim, saraydan aldığı xeyrəyozulası bir xəbəri, ya da prinsiplə araxasınca gedərsə, burnu
ovulacaq bir nəticəylə üzləşəcəyi yeni fikirini eşidəndə, ya özümü eşitməməzliyə vururdum, ya
da dediyi şeyin ən bayağı tərəfini üzə çıxararaq həyəcanını azaldırdım. Daxili boşluqda,
ümidsizlik içində qıvrılmağını seyr eləmək mənə xoş gəlirdi.
Amma sonralar başını qatacaq yeni düşüncənin də bu boşluqda olduğunu gördü, bəlkə, bu
hal öz-özü ilə qaldığı üçün beləydi, bəlkə də, heç bir şeyin üstündə tam dəqiqliyi ilə dayanmayan
fikri öz səbirsizliyinin sərhəddini keçə bilmədiyi üçün. O vaxt ona cavab verdim, çünki onu
cəsarətləndirmək istəyirdim, ağlına gələn şey mənim də marağıma səbəb oldu, düşündüm ki,
bəlkə, mənim də marağımın fərqinə varar. Bir gün axşamüstü evi tıqqıldadaraq gəzəndə ayaq
səsləri ilə birgə Xoca otağıma girib, gündəlik və adi bir şeydən danışırmış kimi “niyə sən
mənsən?” deyəndə, onu cəsarətləndirmək istəyərək cavab verdim.
Niyə mənim Xoca olduğumu bilmədiyimi deyəndən sonra, bu problemin orada, onların
arasında, çox soruşulduğunu, hər gün daha çox öyrənilmək istənildiyini əlavə etdim. Bunu
deyərkən fikrimdə bu sözümü saxlayacaq heç bir örnək, heç bir fikir yox idi, heç bir şey də
yoxdu, sadəcə olaraq sualı o istəyən kimi cavablandırmaq istəmişdim, bəlkə də, bəsit bir
instinktlə, oyundan xoşlanacağını hiss etdiyim üçün bu beləydi. Təəccübləndi. Mənə maraqla
baxırdı, istəyirdi ki, davam eləyim, mən susanda səbri çatmadı, istədi ki, təkrar deyim: demək,
onlar bu sualı soruşurdular? Gülümsəyərək onun sözünün təsdiq elədiyimi görəndə hirsləndi,
bunları onlar soruşurlar deyə soruşmurmuş, onların soruşduğundan xəbərsiz olaraq özü soruşub,
onların nə iş gördükləri onun heç vecinə də deyilmiş. Sonra qəribə bir ədayla dedi: “Sanki,
qulaqlarımın içində bir səs, davamiyyətli olaraq mənə mahnı oxuyur.” Qulağının dibində oxuyan
bu müğənni ona atasını xatırladıb, ölümündən əvvəl onun da elə bir müğənnisi var imiş, amma
onun mahnıları fərqliymiş. “Mənim müğənnim həmişə eyni nəqarəti oxuyur”, - bir qədər utanan
kimi oldu və dedi: “Mən mənəm, mən mənəm. Ah!”
Az qala qəhqəhə çəkəcəkdim, özümü saxladım. Bu əgər xoş bir zarafatdısa, o da
gülməliydi, amma gülünclükdən kənar olduğunu bilirdi. Mənim boynuma düşən həm bu
gülünclüyün, həm də nəqarətin ifadə etdiyi mənanı başa düşdüyümü hiss etdirmək idi, çünki bu
dəfə istəyirdim ki, yenə davam eləsin. Nəqarətin ciddi bir şey olduğunu dedim, təbii ki,
qulağımın dibində o mahnını oxuyan ondan özgə adam deyildi. Yəqin bu sözlərimlə, onu ələ-
saldığımı hiss edib hirsləndi: O da bunu bilirmiş, onu maraqlandıran həmin səsin bu sözləri
oxuyub hansı səbəbdən dayanması imiş. Təbii ki, narahat olduğuma görə demədim, amma açığı
mən də elə düşünürdüm.
Eqoist uşaqlarda olan darıxmaq hissi, məhz, bu cür nəzərəçarpan, ya da cəfəng
nəticələrinin olduğunu ancaq özümdə yox, qardaşlarımda da olduğunu bilirdim. Dedim ki, bu
nəqarətin səbəbini yox, mənasını düşünməlisən. O vaxt ağlıma gəldi ki, bəlkə də, bu daxili
boşluqda dəli ola bilər, mən də ümidsizliyin və qorxaqlığın sıxıntısından ona nəzarət edərək
xilas olardım. Bəlkə bu dəfə bunu edərsə, həqiqətən də, ona heyran olardım, bu ikimizin də
həyatında real bir şey olardı. Nəhayət, axırda dedi: “Yəni neyləyim?”. Niyə mən olduğumu
düşündüyünü soruşdum, amma bunu məsləhət verirəmmiş kimi demədim, mən də ona bu haqda
kömək edə bilməyəcəyim üçün, iş ancaq onun özünə qalırdı. Zarafatla dedi:“Yəni neyləyim,
aynaya baxım?”. Amma rahat görünmürdü. Düşünsün deyə susdum. Təkrar dedi: “Aynaya
baxım?”. Birdən hirsləndim, düşündüm ki, Xoca öz başına heç bir nəticə əldə edə bilməyəcək.
İstəyirdim ki, bunu o da bilsin, istədim ki, mənsiz heç bir şey edə bilməyəcəyini üzünə deyim,
amma cəsarətim yox idi, yumşaq bir tövrlə dedim ki, aynaya baxsın. Xeyr cəsarətim yox, halım
yox imiş, hirsləndi, qapını cırpıb gedəndə qışqırdı. Mənə dedi ki, sən axmaqsan.
Üç gün sonra söhbəti təkrar açanda, sözü yenə “olanlara” gətirmək istədiyini görəndə
oyunu davam etdirmək istədim, çünki necə olursa olsun, işin arxasınca getməyi o məqam da
ümidvericiydi. Onların – mənim ölkəmdəkilərin aynaya baxdıqlarını, həm də, burdakılardan
daha çox aynaya baxdıqlarını dedim. Ancaq kralların, kraliçaların, nəsil-nəcabətlilərin yox, adi
insanların evləri də xüsusi qaydada da çərçivələnib, divarlara diqqətlə asılmış aynalarla dolu idi,
amma təkcə bu səbəbdən yox, ancaq özlərini düşündükləri üçün bu işdə uğur qazanmışdılar.
Məni təəccübləndirən maraq və saflıqla soruşdu: “Hansı işdə?”. Fikirləşdim ki, dediklərimin hər 28
kəlməsinə inanır, amma sonra gülümsədi: “Deməli, səhərdən axşama qədər aynalara baxırlar”.
Ölkəmdə qoyub gəldiklərimi birinci dəfəydi ki, ələ salırdı. Hirslə ona toxunacaq bir söz tapmaq
istədim, düşünməyərək, inanmadan tezcə dedim: “Nə olduğunu insan ancaq özü düşünə bilər”,
amma Xocada bu işi görə biləcək cəsarət yox idi. Sifətinin istədiyim kimi kədərlə sarsıldığını
görəndə ləzzət aldım.
Amma bu ləzzət mənə baha başa gəldi. Məni zəhərləyib öldürməklə qorxutduğu üçün,
onun göstərə bilməyəcəyimi iddia etdiyim cəsarəti, bir neçə gün sonra göstərməyimi məndən
istədiyi üçün belə oldu. Əvvəl işi zarafata bağlamaq istədim, aynalara baxmaq kimi, insanın kim
olduğunu özünü düşünə bilməyi də zarafat idi, o sözləri onu hirsləndirmək üçün zarafatla
demişdim, amma elə görkəmindən də görünürdü ki, bu sözlərə inanan deyil. Cəsarətimi isbat
etməsəm, məni yeməyimi azaltmaqla, ən vacibi, otağa salıb qapını kilidləməklə təhdid elədi.
Düşünüb kim olduğumu kağıza yazmalıydım, bu işin necə edildiyini, nə qədər cəsur olduğumu
onda görəcəkmiş.29
5
Əvvəlcə qardaşlarım, anam və nənəmlə birgə, Empolidəki bağ evimizdə keçirdiyimiz o
gözəl günləri ehtiva edən bir neçə səhifə yazdım. Mənim niyə mən olduğumu izah etmək üçün
bu şeylər haqqında yazmağı qarşıma açıq şəkildə məqsəd qoyduğumu bilirdim, bəlkə də, bu hal
itirdiyim o gözəl günlərə qarşı olan həsrətimdən qaynaqlanırdı, üstəlik, hirslə dediyim o sözdən,
qəzəbdən sonra Xoca məni o qədər bu işə məcbur eləmişdi ki, eynən indi etdiyim kimi,
təfərrüatlarını bəyəndirməyə çalışaraq, oxucunu inandıracağım şeyləri düşünərək yazmaq
məcburiyyətindəydim. Amma Xoca əvvəlcə yazdıqlarımı bəyənmədi, bunlar hamının fikirləşib
yaza biləcəyi şeylərimiş, aynaya baxıb düşünərkən edilənlərin bunlar olduğuna inanmırmış,
mənim Xocada əskikliyini gördüyüm cəsarət hissi də belə ola bilməzmiş. Atam və
qardaşlarımızla getdiyim ov vaxtı qarşıma çıxan Alp ayısı ilə göz-gözə gəlib uzun-uzadı birbirimizə necə baxdığımızı və öz atları tərəfindən gözümüzün qarşısında tapdandıqdan sonra
yatağında ölən əziz arabaçımızdan ötrü hiss etdiklərimi oxuyanda da eyni reaksiyanı verdi:
Bunları hamı yaza bilərmiş.
Bunun haqqında orda hamının etdiyinin bundan fərqli bir şey olmadığını dedim, ilk sözüm
əsəblə deyilmişdi, şişirtməni, bundan artığını Xoca məndən gözləməməliydi. Amma mənə qulaq
asmırdı, otağa qapadılmaqdan qorxduğum üçün xəyallarımı yazmağa davam elədim. Beləliklə,
iki ay içində, bu cür kiçik, amma xatırlanması xoş bir şey olan bir yığın xatirəni kef və əzabla
təkrarən xəyalımda canlandırdım və nəzər saldım, əsir düşənə qədər yaşadığım yaxı-pis nə
vardısa, hamısını gözümün qarşısına gətirərək bir də yaşadım: Nəticədə başa düşdüm ki, bu işdən
zövq alıram. Artıq yazmaq üçün Xocanın məni məcbur etməyinə ehtiyac yox idi, yazdığımın
onun istədiyi kimi olmadığını hər dəfə deyəndə, daha əvvəllər yazmağı qərarlaşdırdığım bir
başqa xatirəyə, bir başqa əhvalata keçirdim.
Xeyli müddət sonra Xocanın da yazdıqlarımı oxumaqdan ləzzət aldığını görəndə onu bu
işə cəlb etmək üçün müvafiq bir vaxt tapmağı gözlədim. Onu da hazırlamaq üçün, uşaqlığımdakı
bəzi təcrübələrimdən danışdım: Sonu olmayan yuxusuz bir gecənin qorxusunu, eyni vaxtda eyni
şeyləri düşünmə vərdişini əldə etdiyim cavanlıq dostlarımdamdan birinə qarşı hiss etdiyim
yaxınlığımı, sonra onun ölümünü mənim ölümümlə səhv salıb onunla birgə basdırılmaq
haqqındakı qorxumu danışdım: Bunlardan xoşu gələcəyini bilirdim. Bir müddətdən sonra cəsarət
tapıb yuxularımdan birini danışdım: Ətraflarım bədəndən ayrılaraq qaranlıqda üzü görünməyən
bir bənzərimlə razılaşır və ikisi mənə qarşı əlbir olurdular. Xoca da o günlərdə o gülünc nəqarəti
təkrarən və daha tez-tez eşitdiyini deyirdi. Yuxudan istədiyim kimi təsirləndiyimi görəndə, bu
cür yazının onun da sınaqdan keçirməli olduğunu israrla dedim. Həm bu bitib-qurtarmayan
gözləmək məcburiyyətindən qurtular, həm də axmaqları ilə onu ayıran həqiqi sərhəd cizgisini
görərdi. Arada-bir saraydan çağırırdılar, amma ümidverici bir irəliləyiş yox idi, əvvəlcə bir qədər
nazlandı, amma mən onu üstələyəndə maraqla və utana-utana sınayacağını dedi. Gülünc
görünməkdən qorxduğu üçün zarafat da etdi: “Birlikdə yazdığımız kimi, birlikdə də aynaya
baxacağıq?”.
Birlikdə yazmaq deyəndə, mənim onunla eyni masa arxasında oturmaq fikrim yox idi. O
yazmağa başlayanda tənbəl kölənin öz azadlığına təkrarən qayıdacağını zənn eləyirdim,
yanılmışam. Dedi ki, masanın üzbəüz tərəflərində oturub qarşılıqlı yazmalıyıq: Bu təhlükəli
mövzular qarşısında tənbəlləşmək istəyən ağıllarmız ancaq bu şəkildə yola gedərmiş, məsuliyyət
hissini ancaq çalışaraq bir-birimizə ötürə bilərdik. Amma bilirdim: bunlar hamısı bəhanəydi.
Tək qalmaqdan, düşünəndə tək olduğunu hiss etməkdən qorxurdu. Boş kağızla üz-üzə gələndə
mənim eşitdiyim kimi mızıldamağa başlamağından da bunu başa düşdüm, istəyirdi ki, yazmaq
istədiklərini elə ordaca təsdiqləməyim. Bir neçə cümlə qaraladıqdan sonra uşaqcasına bir
təvazökarlığı xatırladan qürur əskikliyi və maraqla yazdıqlarını mənə göstərməyə başladı.
Görəsən, bunlar yazmağa dəyərdimi? Təbii ki, onu dəstəkləyirdim.
Beləliklə, iki ay ərzində həyatı haqqında on bir il ərzində öyrənə bilmədiyim qədər
məlumat öyrəndim. Sonralar Padşahla getdiyim Ədirnədə yaşayırlarmış. Atası çox tez ölmüşdü, 30
simasını elə-belə xatırlayırdı. Anası çalışqan bir qadın idi. Sonra bir də evlənmişdi. İlk ərindən
bir qız, bir oğlan uşağı vardı, digər ərindən dörd oğlu olmuşdu. Bu adam yorğançıymış.
Oxumağa ən çox maraq göstərən uşaq, təbii ki, bu özüymüş. Qardaşlarının içində ən ağıllısının,
ən bacarıqlısının, ən çalışqanının və ən güclüsünün də Xoca olduğunu öyrəndim. Ən dürüstləri
də o imiş. Bacılarından başqa, digər uşaqları nifrətlə xatırlayırdı, amma bütün bunları yazmağa
dəyib-dəyməyəcəyini çox da bilmirdi. Bəlkə, sonralar bu üslubu və taleyi özümünkü hesab
edəcəyimə görə onu cəsarətləndirirdim. İnsan seçdiyi həyatı sonradan mənimsəyə biləcəyi qədər
sevməlidi, elə sevirdim də. Təbii ki, qardaşlarının hamısının axmaq olduğunu düşünürdü, onu
ancaq pul istəmək üçün axtarırdılar, amma o bütün enerjisini oxumağa sərf edirdi. Səlimiyyə
Mədrəsəsinə qəbul olunubmuş, mədrəsəni bitirmək üzrə olanda üstünə böhtan atıblar. Bu
problemə bir də qayıtmadı, qəzəblə yazdıqlarının hamısını cırdı. O gecə çöldə çox pis yağış
yağırdı. Sonralar bir neçəsini yaşadığım o qorxunc gecələrdən ilkiydi. Məni çoxlu təhqir etdi,
yazdıqlarının yalan olduğunu deyəndən sonra, hamsını təzədən yazmağa girişdi, mənim də
qarşısında oturub yazmağımı istədiyi üçün, iki günümü yuxusuz keçirdim. Mənim yazdıqlarıma
artıq gözucu da baxmırdı, masanın digər tərəfində oturur, xəyal gücünü çox da zəhmətə
salmayaraq, eyni şeyləri təkrar-təkrar yazaraq göz ucu da olsa ona baxırdım.
Bir neçə gün sonra Şərqdən gətirilən o bahalı və təmiz kağızların üstünə, hər səhər “Niyə
Sən Mənsən” deyə yazmağa başladı. Amma bu başlığın altında digərlərinin niyə o qədər axmaq
və alçaldılmış olduğundan savayı, heç nə yazmırdı. Yenə də anasının ölümündən sonra ona
haqsızlıq edildiyini, əlinə düşən pulla İstanbula gəldiyini, bir ara təkkəyə dadandığını, amma
ordakıların hamsını alçaq və saxtakar olduğunu görəndən sonra ayrıldığını öyrəndim. Bu təkkə
macərasını bir də danışmağını istədim: onda onlardan xilas olmağının Xocanın həqiqi bir uğuru
olduğunu düşünmüşdüm: Özünü kənarlaşdıra bilmişdi. Bunu ona deyəndə hirsləndi, murdar
təəssüratlarını bir gün ona qarşı istifadə etmək üçün maraqlandığımı bildiyini dedi, onsuz da
indiyə qədər öyrəndiklərim çox idi, bir də əlavə olaraq o cür – kobud səslənən erotik sözlərdən
birini burda işlətdi, təfərrüatları öyrənmək istəməyim onu şübhələndirirmişdi, sonra uzun-uzadı
bacısı Səmradan danışdı. Onu yaxşılığını və ərinin pisliyini, onu illərdir görmədiyinə görə
çəkdiyi dərdindən söz açdı, amma mən bu haqda maraqlananda şübhələndi, başqa şey danışdı:
Əlində qalan axırıncı pulu kitablara verəndən sonra uzun müddət oxumaqdan özgə bir şey
etmədiyini, sonra orda-burda katiblik işləri tapdığını, amma insanların nə qədər də namussuz
olduqlarını danışırdı ki, az müddət əvvəl Ərzincandan ölüm xəbərini aldığımız Sadiq Paşanı
xatırladı. Onu o vaxt tanıyıb, elmlə maraqlandığına görə tez bir zamanda gözünə girib, məktəbdə
müəllimlik işini də ona o tapıb, amma əslində axmağın biriymiş, bir ay davam edən bu yazı
işinin axırında, bir gecə peşman olub bütün yazdıqlarını cırdı.
Buna görə də onun yazdıqlarını və öz keçmişimi, indi zəkama söykənərək yenidən
düşünəndə xoşladığım təfərrüfatlara qapılmaqdan heç də qorxmurdum. Sonuncu dəfə
həyəcanlanaraq, “Yaxından tanıdığım axmaqlar” adlı bir başlıqda hissələrə böldükləri yazılar
haqqında nəsə yazdı, amma hirsləndi: Bütün bu yazılar onu heç bir yerə çatdırmamışdı, təzə bir
şey öyrətməmişdi, niyə mən olduğunu indi də bilmirdi. Dediyinə görə, mən onu aldatmış,
xatırlamaq istəmədiklərini boş yerə düşündürmüşdüm. Məni cəzalandıracaqdı.
Onunla keçirdiyimiz ilk günləri xatırladan bu cəza sözü, o günlərdə onun fikrində hansı
səbəbdən qaldığını bilmirəm. Bəzən, düşünürdüm ki, sözə qulaq asan sakit bir qorxaq olduğum
üçün onu daha da cəsarətləndirirəm. Yenə də cəzadan söz salanda bu dəfə müqavimət
göstərməyə qərar verdim. Xoca bunları xatırlatmaqdan əməllicə bezəndə bir müddət evin içində
var-gəl elədi. Sonra təkrar mənim yanıma gəldi və əsl düşündüklərini yazmağın vacibliyini
vurğuladı: Aynaya baxanda insan öz görünüşünü necə seyr edirsə, öz düşüncəsinin də daxilinə
baxaraq özünü seyr edə bilər.
Bənzətmənin ifadə etdiyi parlaq məna məni də həyəcanlandırdı. Tez, masanın araxasında
üzbəüz oturduq. O anda ağlıma şəxsiyyətimə xas olan həmin xüsusiyyətim gəldiyinə görə,
utancaqlığım haqqında olan uşaqlıq xatirəmi yazmağa başladım. Yenə başqalarının pisliyindən
giley-güzar edən Xocanın yazdıqlarını oxuyanda, ağlıma o an vacib olduğuna inandığım bir fikir
gəldi və dedim: Xoca da öz pisliklərini yazmalıydı. O vaxt mənim yazdıqlarımı oxuduğuna görə31
mənə qorxaq olmadığını dedi. İnkar etdim, bəli, qorxaq deyildi, amma hər insan kimi, əlbəttə,
onun da mənfi xüsusiyyətləri vardı, onları aşkarlayarsa, həqiqi mənini tapacaqdı. Mən elə
etmişdim, o da mənim kimi olmaq istəyirdi, bunu bildiyimi deyəndə gördüm ki, hirsləndi, amma
özünün saxladı, səviyyəsini saxlamağa çalışaraq dedi: Pis olan özgələri idi, əlbəttə, hamı pis
deyildi, hər şey digər adamların çoxunun yarımçıq və bədxah olduqları üçün belə səhv idi. Buna
əlavə olaraq pis, həm də çox pis xüsusiyyətləri olduğunu, bunun özünün də bilməyinə ehtiyac
olduğunu deyərək ona qarşı çıxdım. Kobudcasına əlavə etdim ki, Xoca məndən də pis adamdı.
Beləliklə, o gülünc, qorxunc və əzazil günlər başladı! Məni stula bağlayıb masamın
arxasında oturdandan sonra qarşıma keçir, mənə əmr edirdi ki, istədiyi şeyi yazım, amma artıq
bunu nə olduğunu özü də bilmirdi. Fikrində həmin bənzətmədən özgə bir şey yox idi:eynən
aynada xarici görkəminə baxdığın kimi, insan düşünərək beyninin içini də nəzərdən keçirə
bilərmiş. Mən də bunu edə bilirəmmiş, amma sirrini guya ondan gizlədirəmmiş. Xoca qarşımda
oturub bu sirri yazmağımı gözləyərkən, mən qarşımdakı kağızların öz pisliklərimin şişirdilmiş
əhvalatları ilə doldururdum: Uşaq vaxtı olan kiçik oğurluqlarımı, qısqanclıqdan dediyim
yalanları, özümü qardaşımdan daha çox istətmək üçün bicliklə həyata keçirdiyim fırıldaqları,
gəncliyimin cinsi günahlarını şişirdə-şişirdə və ləzzətlə yazırdım. Xoca onları maraqla və məni
təəccübləndirən qəribə bir həzz və qorxuyla oxuyandan sonra mənə daha da hirslənir, artıq
həddini bilmədiyi işgənələri daha da artırırdı. Bəlkə də, sahib çıxacağını hiss etdiyi keçmişin
pisliklərinə tab gətirə bilmədiyi üçün üsyan eləyirdi. Əməlli-başlı vurmağa başlamışdı. Bir
günahımı oxuyandan sonra “namussuz” deyərkən zarafatla qarışıq qəzəblə kürəyimə yumruq
vururdu, özünü saxlaya bilməyib bəzən şillə də vururdu. Saraydan lap az çağrıldığına, məndən
və özündən başqa baş qatacaq heç nə tapmayacağına artıq özünün inandırdığına görə, bunları
sadəcə məşğulət üçün edirdi. Amma pisliklərimi oxuduqca və uşaqcasına olan cəzalarını
artırdıqca qəribə bir güvən hissinə aludə olurdum: ilk dəfə onu ələ aldığımı düşünməyə
başlamışdım.
Bir dəfə əməllicə əzab verəndən sonra gördüm ki, mənə yazığı gəlir. Bu duyğu insanın
özüylə, demək olar ki, bərabər görmədiyi bir adama qarşı olan bəyənməməzliyi idi, belə
olmasını, artıq mənə nifrətsiz baxa bilməməyindən başa düşürdüm. Dedi ki, artıq heç nə
yazmayaq. Sonra isə fikrinə düzəliş verdi: “istəmirəm ki, yazasan”, çünki həftələrdir mən mənfi
xüsusiyyətlərimi yazanda o ancaq baxırdı. Getdikcə daha da dərin məyusluğa qərq olan evdən
çıxıb gəzintiyə, bəlkə də, Gəbzəyə getməli olduğumuzu dedi. Astronomiya ilə bağlı
tədqiqatlarına təkrar başlayacaqdı, qarışqaların həyatı haqqında daha ciddi bir risalə yazmağı
düşünürdü. Mənə olan hörmətini tamamilə itirmək üzrə olduğunu görərək, qorxdum və marağını
daha da cəlb etmək üçün özümü ən ağır şəkildə aşağılayan bir əhvalat uydurdum. Sevgi və
ləzzətlə yazdıqlarıma Xoca heç hirlənmədi də, təkcə, bu qədər pis bir insan olmağa necə
dözdüyümə təəcccüb eləyir, bilirdim. Bəlkə də, o vaxt bir dəfəlik özü olaraq qalmağa razıydı.
Əlbəttə, bu işdə bir oyun olduğunu çox yaxşı bilirdi. O gün onunla adam yerinə qoyulmayan
saray təlxəyi kimi danışdım, getdikcə artan marağını dürtmələməyə çalışdım: Mənim elə adam
olduğuma inanmaq üçün Gəbzəyə getməmiş, son dəfə, özü də öz pisliklərinə aid nəsə yazsa,
guya nə itirərdi ki! Üstəlik yazdıqlarının doğru olduğuna, ya da yazdıqlarına kiminsə inanmağına
ehtiyac yox idi. Bunu edərsə, mənim və mənə oxşayan adamların necə adam olduğunu
anlayacaqdı: bu məlumat nə vaxtsa karıma gələ bilərdi! Nəhayətdə, marağına və mənim
boşboğazlığıma qarşı dirənməyib, səhəri gün sınayacağını dedi. Təbii, bunun mənim axmaq
oyunlarıma aldandığı üçün deyil, özü elə istədiyi üçün elədiyini deməyi də unutmadı.
Səhəri gün köləliyimin ən yaxşı günü oldu. Artıq məni stula da bağlamırdı, amma bütün
günümü yavaş-yavaş başqa bir insana çevrildiyini ləzzətlə gözləmək üçün qarşısında oturaraq
keçirirdim. Gördüyü işə əvvəlcə o qədər inanırdı ki, gülünc məna kəsb edən “Mən niyə mənəm”
ifadəsini səhifəni üstünə yazmağa belə üşəndi. Sonra əyəyləncəli bir yalan axtaran balaca
zarafatcıl uşağı inamına ehyam vurdu: hələ də öz sağlam dünyasının olduğunu ötəri baxmaqla
görürdüm. Amma həmin boş inam hissi çox davam etmədi. Mənə ünvanlalan bir göstərişlə
qeyzləndiyi o qondarma günahkarlıq hissi də çox davam eləmədi. Az vaxt ərzində ciddi zənn
edilən zarafat təşvişə, oyun həqiqətə çevrildi: yalandan da olsa özümü günahkar kimi göstərmək 32
Xocanı qeyri-adi dərəcdə qorxudurdu. Yazdığını mənə göstərməmiş tez qaraladı. Amma neyləsə
də, maraq hissi ürəyinə girmişdi, məndən də utanırdı, davam elədi. Əslindəsə, ağlına gələn ilk
şeyi edib masadan qalxsaydı, bəlkə də, rahatlığını pozmaqdan da xilas olardı.
Sonrakı saatlarda yavaş-yavaş gördüm ki, daxilən çökür. Özünü günahlandıran nəsə yazır,
sonra yazdıqların mənə göstərməmiş cırır, hər dəfə özünə olan inamını və hörmətini daha da
itirmiş şəkildə, amma yazmağa itirdiklərini tapmaq ümidi ilə təkrar başlayırdı. Mən o
pisliklərinin etiraflarını, qaranlıq çökdüyü zaman oxumaq üçün istədiyim o yazıların bir
kəlməsini də görə bilməmişdim, hamısı cırılıb atılmış, Xocanın da gücü tükənmişdi. Bunun
çirkin və bir axmaq oyunu olduğunu, məni təhqir edərək qışqıra-qışqıra deyəndə, özünə olan
inamı o qədər zəif idi ki, hətta ona həyasızcasına cavab verdim: o qədər kədərlənməməyini, pis
olmağa vərdiş edəcəyini dedim. Bəlkə də, evdən mənim baxışlarıma dözə bilmədiyi üçün çıxıb
getdi, gecə çox gec qayıtdı, üstünə hopmuş qoxudan başa düşdüm, ehtimal etdiyim kimi: o evə, o
bayağı qadınlarla yatmağa gedib.
Səhəri gün günortadan sonra onu işə başlamağa fitvalamaq üçün Xocaya belə kiçik
oyunlara qarşı zəiflik göstərməyəcək qədər güclü olduğunu dedim. Bu işi vaxt keçirmək üçün
deyil, bir şey öyrənmək üçün edirdik, işin məqsədi axmaq dediyim adamların niyə belə
olduqlarını bilmək idi. Bir-birimizi tam tanımaq kifayət qədər maraqlı bir şey deyildimi? İnsanın
ən kiçik təəssüratına qədər tanıdığı bir adamın təsirinə, qorxulu bir yuxunu xoşladığı kimi aludə
ola biləcəyini bildirdim.
Saray əhlinin təlxəkliklə ciddi saydığı bu sözlərimə görə yox, daxili aləminin inamı ilə
yenə də masa arxasına keçdi. Axşam masadan qalxanda, özünə əvvəlki günkindən də az
güvənirdi. Gecə yenə qadın yanına getdiyini görəndə ona yazığım gəldi.
Beləliklə, hər səhər, özünü o gün yazacağı pisliklərdən daha yüksək tuta biləcəyini zənn
edərək, bir gün əvvəl itidiklərini qazanmaq ümidi ilə masa arxasına keçir və axşam əlindən
yarımçıq qalanların bir hissəsini masada qoyaraq qalxırdı. Artıq özünə xor baxdığı üçün mənə
xor baxmırdı, onunla keçən ilk günlərimdə yanılaraq zənn etdiyim bərabərlik hissini, nəhayət,
əldə etdiyimi düşünürdüm, bundan çox məmnun idim. Mənimçün narahat olduğuna görə
masanın digər tərəfində oturmağıma ehtiyac olmadığını da demişdi, bu da yaxşı bir hal idi,
amma illərdir cəmlənən qəzəbim məndə qarşısıalınmaz nifrət hissi tərbiyə etmişdi. İntiqamımı
almaq, hücuma keçmək istəyirdim, onun kimi mən də tərəzinin gözünü əymişdim: Xocanı özünə
qarşı bir qədər də şübhəyə sala bilsəm, məndən qoruyaraq gizlədiyi etiraflarınının bir hissəsini
diqqətlə oxuyub onu alçaltsam, mənə elə gəlirdi ki, artıq həm kölə, həm də evin ən pis insanı
mən yox, o olacaqdı. Onsuz da bunun işarələri də artıq mövcud idi. Aradabir onu ələ saldığımı
bilmək üçün bunu tam mənada yəqinləşdirmək istədiyini bilmirdim, özünə güvənməyən bütün o
zəif insanlar kimi məndən dəstək gözləyirdi, artıq xırda məişət mövzularında mənim fikrimi daha
çox öyrənirdi: hər şey qədərindəydimi, başqasına verdiyi cavab yaxşıydımı, xəttini bəyənirdimmi
və yaxud nə düşünürdüm? Ümidsizliyə qapılıb oyunu yarımçıq qoymasın deyə bəzən özümü
alçaldırdım ki, rahatlaşsın. “Ay səni” deyən nəzərlə baxır, amma artıq yumruq vura bilmirdi,
bilirdim ki, özünün də yumruğa layiq olduğunu fikirləşir.
Özünü bu qədər alçaltmasına rəvac verən o etirafların nədən ibarət olduğunu bilmək
istəyirdim. O günlərdə, öz-özümə də olsa onu alçaltmağa vərdiş elədiyim üçün etirafların bir növ
bəsit, adi şeylərdən ibarət olduğunu düşünürdüm. İndi keçmişini inandırıcı etmək üçün bircə
sətrini də oxuya bilmədiyim bu etiraflardan bir-ikisini təfərrüfatı ilə xəyalımda canlandırmaq
istəyəndə, taleyimin və xəyalımda canlandırdığım həyatımın gedişatını pozmayan və Xocaya
yaraşan pisliyi heç cür tapa bilmirəm. Amma mənim vəziyyətimdə olan bir adamın özünə
təzədən inanacağına ümid eləmirəm. Yəqin, Xocaya fərqində olmadan bir şey icad etdirdiyimi,
özünün və oxşarlarının çox da dəqiq və aydın olmasa da, zəif nöqtələrini aşkarladığımı
demişdim. Yəqin, təkcə onun deyil, digərlərinin də külünü havaya sovuracağım günlərin çox da
uzaq olmadığını düşünmüşdüm; pis insan olduqlarını faş edəcək, onları çökdürəcəkdim:
Zənnimcə, əsərimi oxuyanlar Xocanın məndən öyrəndiyi qədər mənim də ondan öyrənməli
olduğumu artıq başa düşürlər! Bəlkə də, indi insan yaşlaşanda bu uyğunluğu əsərlərdə də
axtardığı üçün belə düşünürəm. İllərdir toplanan kinimin həyəcanı ilə coşmuşam. Xocaya özünü33
əməlli-başlı təhqir etdirdikdən sonra da buraxılış kağızımı həyasızca istəyəcəkdim. Cıqqırını da
çıxarmadan məni azad edəcəyini düşünür, ölkəmə qayıdanda sərgüzəştlərimin və türklər
haqqında yazacağım kitabların detallarını düşünürdüm. Ölçü hissini necə də asan itirirdim? Bir
səhər mənə gətirdiyi xəbər hər şeyi dəyişdirdi.
Şəhərdə vəba yayılıb! Bu sözləri İstanbuldan yox, başqa, uzaq bir şəhərdən söz salan bir
adam kimi dediyi üçün əvvəlcə inanmadım, xəbəri necə eşitdiyini soruşdum, detalları öyrənmək
istədim. Bir də görüblər ki, qəfil ölənlər artır, xəstəlik yayıldığını başa düşüblər. Düşündüm ki,
bəlkə də vəba deyil, xəstəliyin əlamətlərini soruşdum, Xoca güldü mənə: Narahat
olmamalılammış, düçar olsam, heç şübhələnmədən xəstəliyə tutulduğumu başa düşəcəyəmmiş,
bunu başa düşmək üçün insan üç gününü xəstəliyin qızdırması ilə keçirirmiş. Bəzilərinin
qulaqlarının, qoltuqlarının altında, qarnında şişlər olur, çıxıntılar çıxırmış, sonra qızdırma
başlayırmış, bəzən yaralar açılırmış, bəzən də ciyərlərindən qan gəlirmiş, vərəmə tutulanlar kimi
öskürərək ölənlər də varmış. Hər məhəllədən üç-beş nəfərin öldüyünü əlavə etdi. Həyəcanla
bizim məhəlləni soruşdum. Uşaqlar bağçadakı almaları yeyir, toyuqlar da divardan uçub keçir
deyə bütün məhəlləylə dalaşan divar ustası, bir həftə içində qızdırma içində qışqıra-qışqıra ölüb.
Caamat onun vəbadan öldüyünü təzə-təzə başa düşüb.
Yenə də inanmaq istəmirdim: çöldə hər şey o qədər rahat, pəncərənin qarşısından keçən
insanlar o qədər sakit idi ki, sanki vəbanın varlığına inanmaq üçün təlaşımı mənimlə bölüşəcək
bir adam tapmağa ehtiyacım vardı. Səhəri gün Xoca məktəbə gedəndə küçəyə çıxdım. On bir il
ərzində burda tanıdığım İtalyan təşkilatşısını axtardım. Biri təzə adı Mustafa Rəis olan şəxs
limana gedib, digəri Osman Əfəndi isə qapısını yumruqlayan sayaq döyməyimə baxmayaraq,
əvvəlcə məni içəri buraxmadı, nökərinə evdə olmadığını dedirtdirdi, amma gedəndə dözməyib
arxadan çağırdı. Dedi ki, necə olur ki, hələ xəstəlik davam edir deyə canfəşanlıq edirsən, məgər
daşınan tabutları görmürəm? Sonra mənə dedi ki, qorxursan, özü də dediyinə görə xristian olmaq
üçün müqavimət göstərdiyim üçün qorxurammış. Məni danladı, “burda xoşbəxt olmaq
istəyirsənsə, mütləq müsəlman olmalısan”, amma öz evinin nəmli qaranlığına qapanmadan əvvəl
nə əl-ələ görüşdü, nə də toxundu. Namaz vaxtıydı, məscidin əlüzyuyanının qarşısındakı insan
izdihamını görən kimi qorxuya qapılaraq sürətlə evə qayıtdım. Fəlakət olan vaxt insana təsir
edən o axmaqlıq və çaşqınılıq hissi məni çulğamışdı. Sanki keçmişimi də unutmuşdum,
yaddaşımı itirmişdim, donub qalmışdım. Məhəllədə tabutunu yükləmiş insan toplusunu görəndə
əsəblərim əməlli-başlı pozuldu.
Xoca məktəbdən qayıdıb halımı görən kimi sevindiyini sezdim. Məni qorxaq bir adam
saydığı üçün özünə olan inamının artdığını görür və hirslənirdim. Qorxusuzluğumun boş qürur
hissindən xilas olmasını istədim: Həyəcanımı sakitləşdirməyə çalışaraq bütün tibbi və ədəbi
bilgimi faş etdim; Hippokratdan, Bokaccodan ağlıma gələn vəbayla bağlı bilgiləri danışdım,
xəstəliyin keçici olduğuna hamının inandığını dedim, amma sözlərim mənə daha da xor
baxmağından özgə bir işə yaramadı, vəbadan qorxmurmuş, çünki xəstəlik Allahın məsləhətiydi,
insanın alnına ölüm yazılıbsa, belə də olmalıdır, buna görə də mənim qorxaqcasına cəfəngcəfəng danışdığım kimi, evə qapanıb çöllə əlaqəni kəsmək, ya da İstanbuldan qaçmağa səy
göstərmək faydasız idi. Əgər alnımıza harda ölüm yazılıbsa orda da gəlib bizi tapacaqmış. Niyə
qorxmurdum? Günlərdir ki, kağızlara yazdığım o pisliklərimə görəmi? Bunu deyərkən
gülümsədi, gözləri ümidlə parıldayırdı.
Bu dediklərimə inanıb-inanmamağını bir-birimizi itirənə qədər başa düşə bilmədim.
Diribaş olmamağından da bir qədər qorxmuş, amma sonra masa arxasında danışdıqlarımız, o
qorxulu oyunlar ağlıma gələndə şübhələnmişdim. Dəqiqəbaşı qarşılıqlı şəkildə yazdığımız
pisliklərdən danışır və mənim bütün əsəblərimi pozan özündənrazılıqla həmişə eyni fikri irəli
sürürdü: Ölümdən bu qədər qorxduğuma görə mən cəsarətli yazıçı kimi heç də pisliklərimin
fövqündə dayanmış bir adam deyildim. Günahlarımı faş edərkən göstərdiyim cəsarət bəsit bir
arsızlıqdan irəli gəlirdi. Əslindəsə, Xocanın bu günlərdə keçirdiyi qərarsızlıq hissi ən kiçik
pisliklərin fövqündə təmiz və diqqətlə durmasında idi. Artıq indi rahatlaşıbmış, vəba xəstəliyinə
qarşı duyduğu dərin qorxusuzluq, onu günahsız olduğuna tam ürək rahatlığı ilə inandırmışdı.34
Axmaqcasına inandığım bu açıqlamadan diksinərək onunla mübarizə aparmağa qərar
verdim. Qorxusuzluğun ürək rahatlığından deyil, ölümün yaxınlığını bilməməyindən irəli
gəldiyini açıq-aşkar dedim. Başa saldım ki, ölümdən yayına bilərik, vəbaya yoluxanlara
toxunmamağı, ölülərin əhəngli quyulara basdırılmasını, insanların bir-biri ilə əlaqələrini heç
olmasa azaltmağı, Xocanın da insanların çox olduğu yerə - məktəbə getməməsini dedim.
Bu axırıncı dediyim şey fikrimə vəbadan da qorxulu şeylər salmışdı! Səhəri gün günorta
uşaqların hamısına bir-bir toxunduğunu deyərək əllərini mənə tərəf uzatdı. Qorxduğumu,
toxunmaq istəmədiyimi görəndə ləzzətlə yaxınlaşıb məni qucaqladı, qışqırmaq keçirdi
könlümdən, amma yuxudakı kimi qışqıra bilmirdim. Xocasa, mənə çox sonralar aydın olan
həmişəki zarafatla deyirdi ki, sənə qorxusuzluğu öyrədəcəyəm.35
6
Vəba sürətlə yayılırdı, amma Xocanın qorxusuzluq adlandırdığı hissi heç cür öyrənə
bilmirdim. Bununla yanaşı, ilk günlərdəki qədər özümü qorumurdum. Yatalaq bir qadın kimi
otağa girib günlərlə pəncərədən çölə baxmaq artıq səbir kasamı daşdırmışdı. Arada-bir evdən
çıxıb sərxoş kimi küçəyə çıxır, bazar-güzarda al-ver edən qadınlara, dükanlarında iş görən tacirə,
yaxınlarını basdırandan sonra çayxanlarda toplaşan adamlara baxıb vəbaya öyrəşməyə
çalışırdım. Az qalmışdı ki, tam vərdiş edim, amma Xoca mənə təzyiq göstərirdi.
Bütün gün ərzində insanlara toxundurduğu əllərini gecələr mənə tərəf uzadırdı. Heç
tərpənmədən gözlədim. Yuxudan durub əqrəbin üstünüzdə gəzindiyini görüb diliniz-ağzınız
quruyur ha, bax elə oldu! Barmaqları mənimkilərə oxşamadı, onları soyuq halda hər ikimizin
üstündə gəzdirəndə Xoca soruşardı: “Qorxursan?”. Tərpənməzdim. “Qorxursan? Nədən
qorxursan?”. Bəzən əlini itələyib vuruşmaq istəyirdim onunla, amma bunun hirsini daha da
artıracağını bilirdim. “Qoy nədən qorxduğunu deyim. Günahkar olduğun üçün qorxursan.
Boğazına qədər günaha batdığın üçün qorxursan. Mənim sənə inandığımdan daha çox, sənin
mənə inandığına görə qorxursan”.
Masada qarşı-qarşıya oturub nəsə yazmağa ehtiyac olduğunu da o dedi. Niyə ikimizin də
mən olduğumuzu, əslində indi yazmalıyıqmış. Amma nəticədə, yenə digərlərinin niyə elə
olduğundan özgə heç nə yazmadı. Yazdıqlarını birinci dəfə mənə qürurla göstərirdi. Hansı
səbəbdənsə, gözləyirdi ki, oxuduqlarımdan utanım, bu şeyləri düşünəndə niyyətimi gizlədə
bilmədim və Xocaya dedim ki, məni öz axmaqları ilə eyni tərəziyə qoyur və məndən əvvəl özü
öləcək.
Onda yəqinləşdirdim ki, ən təsirli silahımın bu sözdür. Bununla bağlı ona xatırlatdım ki, on
il çalışmalıdır, kosmoqrafiya qanunları üçün sərf etdiyi illərdən, gözlərini zəiflətmək bahasına
da olsa, saatlarla göy üzünə baxmağından, başını kitabdan qaldırmadığı günlərdən danışdım, bu
dəfə mən ona təzyiq göstərdim, vəbadan uzaq yaşamaq mümkün ola-ola, hədər yerə ölməyin
axmaqlıq olduğunu dedim. Sözlərim şübhələri ilə birgə cəzalarımı da artırırdı. O vaxt
yazdıqlarımı oxuyanda mənə qarşı olan itirilmiş hörmətini təkrarən iradəsindən aslı olmayaraq
sanki yenidən tapdığını hiss etdim.
Bəxtsizliyimi unutmaq üçün, o günlərdə ancaq gecələr yox, günorta yatanda da tez-tez
gördüyüm xoşbəxt yuxuları səhifələrə doldurmuşdum. Əməllə hərəkətin üst-üstə düşən həmin
xəyalları yuxudan oyanandan sonra hər şeyi unutmaq üçün, poetik bir dillə xüsusi bir diqqətlə
qələmə alıram: Evimizin yaxınlığındakı meşənin ağacları arasında illərdir öyrənmək istədiyimiz
sirləri bilən insanlar vardı, meşənin qaranlıq olan içinə girməyə cəsarət etdiyiniz vaxt onlarla
dost olacaqsınız, kölgələrimiz günəş batanda yox olmur, biz təmiz və sərin yataqlarımızda
rahatlıqla yatarkən, öyrənilməsi və səhv ediləsi minlərlə şeyi bir-bir əldən keçirir və heç də
yorulmadan, bir-bir bunların nə olduğunu bilirdik, yuxularda çəkdiyi şəkillərdəki insanlar,
həyatdakı kimi üç növdə olan insanlar kimi olmurdular, onlar öz əhatələrindən ayrılıb aramıza
daxil olurdular, onda anam, atam və mən arxa həyətimizdə işləri bizim əvəzimizə görən polad
avadanlıqları qururduq...
Xoca bu yuxuların özünü ölümsüz bilginin naməlumluğuna çəkəcək şeytani pusqular
olduğunu bilirdi, amma yenə də hər dəfə soruşanda özünə olan inamının bir hissəsini itirdiyini
bilə-bilə məndən soruşurdu: bu yuxular hansı mənanı ehtiva edirdi, mən onları həqiqətən də
görürdümmü? Beləliklə, illər sonra Padşah üçün birgə görəcəyimiz bir işi, mən birinci dəfə
onunçün etdim, yuxularımızdan ikimizin gələcəyi üçün nəticələr çıxardım: Xəstəlik bir dəfə
yoluxdusa, eynən vəbada olduğu kimiydi, insanın elmdən qaça bilməməyi aydın bir şey idi,
xəstəliyin Xocaya da keçdiyini ona demək çox da çətin bir şey deyildi, amma insan yenə də
Xocanın yuxusunu bilmək istəyirdi. Açıq-aşkar ələ salaraq dinləyirdi məni, amma sualı
soruşacaq qədər qürurunu tapdalayacağı üçün çox da mənə təzyiq göstərmirdi, həm də
danışarkən görürdüm ki, dediklərim onu da maraqlandırırdı. Xocanın vəbayla birgə aludə olduğu
rahatlığın səngidiyini gördükcə, öz ölüm qorxum azalmırdı, amma heç olmasa, qorxunun 36
tənhalığından qurtulduğumu düşünürdüm. Təbii ki, bunu gecə əziyyətləri ilə ödəyirdim, amma
hədər yerə müqavimət göstərmədiyimi bir dəfə onsuz da başa düşmüşdüm: əllərini mənə
yaxınlaşdırdıqca Xocaya, məndən əvvəl özünün öləcəyini, qorxmayanların məlumatsızlığını,
yarımçıq qoyduğu yazılarını, o gün ona oxuduğum xoşbəxt yuxularımı xatırladırdım.
Amma bu dedikləri ilə yox, səbr kasasını başqa bir şeylə əlaqədar daşdırdı. Bir gün
məktəbdəki şagirdlərinin birinin atası evimizə gəldi. Heç kəslə işi olmayan bir adama oxşayırdı,
bizim məhəllədə qalırmış. Mən də onun kimi utancaqlıqla evin bir kənarına çəkilib qulaq
asırdım, ordan-burdan uzun-uzadı danışdılar. Sonra qonağımız dilinin altındakı sözləri çıxardı:
Əri keçən yay nəsə axtararkən damdan yıxılıb və o dul qalıb. İndi bir neçə yerdən istəyəni
varmış, amma qonağımızın ağlına Xoca gəlib, çünki məhəllə əhlinin danışdıqlardından bilirmiş
ki, evlənmək istəyənlər onun yanına gəlirlər. Xoca gözləmədiyim qədər qaba reaksiya göstərdi:
Evlənmək istəmədiyini, amma istəsə də, dul qadın almayacağını dedi. Bu sözün üstündən
qonağımız Məhəmmədin (Məhəmməd Peyğəmbər. F.H) Xədicəni dulluğuna baxmadan, həm də
birinci arvadı kimi aldığını xatırlatdı. Xoca da o dul qadına qulaq asdığını, onun Həzrəti
Xədicənin dırnağı belə ola bilməyəcəyini dedi. Bundan başqa, qəribə burnu olan qonşumuz
Xocaya Həzrətin özünün də çox da matah olmadığını sezdirmək istədi: O inanmırmış, amma
məhəllə əhli, Xocanın əməllicə ağlını itirdiyini danışırlarmış, ulduzlara baxmağını, lupalarla baş
qatıb saatlar hazırlamağını heç kəs xeyrə yozmurmuş. Qonağımız alacağı malı pisləyən tacir
kimi hirslənərək əlavə etdi: Məhəllə əhli Xocanın yemək yeyərkən çömbəlib bardaş quraraq
deyil, kafirlər kimi stolda oturaraq yeməyini, kitablara cibdolusu pul verəndən sonra onları yerə
atıb peyğəmbərin adı olan səhifələri tapdaladığını, göy üzünü saatlarla seyr edərək içindəki
şeytanı sakitləşdirə bilmədiyi üçün gündüzün günorta çağı yatağında uzanıb evinin kirli tavanına
baxmağını, qadınlardan yox, ancaq oğlanlardan xoşlandığını, mənim guya onun ekiz qardaşı
olduğumu, Ramazanda orucunu yediyini və vəbanın da ona görə bu məmləkətə bəla kimi
yollanıldığını danışırlarmış.
Qonağı qovandan sonra Xoca əsəb gərginliyi keçirdi. Digərləri ilə eyni hissləri
bölüşməkdən, ya da özünü elə göstərməkdən narahat olduğunu yəqinləşdirdim. Ona sonuncu
zərbəni vurmaq üçün vəbadan qorxmayanların bu səfeh kimi axmaq olduqlarını dedim. Narahat
oldu, amma bildirdi ki, o da vəbadan qorxmur. Nəyəsə görə bunu ürəkdən gələn bir söz olduğuna
qərar verdim. Çox əsəbiləşdi, bilmirdi ki, əlini-qolunu hara qoysun, son vaxtlar unutduğu
“axmaqlar” haqda olan nəqarəti dayanmadan təkrarlayırdı. Qaranlıq çökəndən sonra xahiş etdi
ki, lampanı yandırıb ortaya qoyduğu masada, oturaq. Nəsə yazmalıydıq.
Eynən uzandıqca uzanan qış gecələrini keçirmək üçün fala baxan iki bekar oğlan kimi,
masanın qarşı tərəfində üz-üzə oturub, qarşımdakı boş kağızlara müxtəlif şeylər yazıb-pozurduq.
Səhər yuxu adlandırdığı yazılarını oxuyanda onun özümdən də gülünc vəziyyətə düşdüyünü
gördüm. Mənim yuxularıma əsaslanan bir yuxu da o yazmışdı, amma həmin yuxunu görmədiyi
açıq-aşkar bilinirdi: Guya biz qardaşıqmış. Mənim ona böyük qardaş olmağımı özünə
yaraşdırmamışdı, mən də sakit-sakit onun elmi sözlərinə qulaq asırammış. Səhəri gün səhər
yeməyi yeyəndə məndən məhəllə əhlinin, bizim ekiz qardaşlar olduğumuz haqdakı söz-söhbəti
haqda nə fikirləşdiyimi soruşdu. Bu sual xoşuma gəldi, amma çox da qürurumu yüksəltmədi, heç
nə demədim. İki gün sonra yazdığı həmin yuxunu bu dəfə həqiqətən gördüyünü deyəndə gecə
vaxtı məni oyandırdı. Bəlkə də doğruydu, amma hansı səbəbdənsə, çox da fikir vermədim.
Növbəti gecə dedi ki, vəbadan ölməkdən qorxur.
Evə qapanmaqdan darıxıdığım üçün axşamçağı küçələri gəzməyə çıxmışdım: bağçada
uşaqlar ağaclara çıxmışdılar, rəngli ayaqqabılarını da aşağıda qoymuşdular, çeşmə başında daim
su dolduran boşboğaz qadınlar artıq mən keçəndə də susmurdular, bazar al-ver edənlərlə
doluydu, itələşib boğuşanlarla onları ayıranlara ləzzətlə baxanlar da tapılırdı. Özümü inandırdım
ki, epidemiya zəifləyib, amma Bəyazid Məscidinin həyətindən dalbadal çıxan tabutları görəndə
əsəbiləşirdim, tez-tələsik evə qayıtdım. Otağıma girəndə Xoca çağırdı: “Gəl, buna bir bax!”.
Paltarının düymələrini açıb göbəyinin altındakı balaca şişi, qırmızı ləkəni göstərdi. “Hər tərəfi
böcək bürüyüb”. Yaxınlaşıb diqqətlə baxdım, kiçik qırmızı bir ləkə vardı, bir də balaca şiş, yekə
bir böcəyin dişlədiyi yer kimiydi, amma, görəsən, mənə bunu niyə göstərirdi? Üzümü daha da37
yaxınlaşdırmaqdan ehtiyat elədim. “Xoca dedi: böcək dişləyib, elə deyil?”, barmağının ucu ilə
şişə toxundu. “Yoxsa birə dişləyib?”. Susdum, deyə bilmədim ki, heç vaxt belə birə dişləyi
görməmişəm.
Bir bəhanə tapıb günəş batana qədər baxçada qaldım. Artıq hiss edirdim ki, evdə
qalmamalıyam, amma fikrimdə getməyə bir yer yox idi. O ləkə, həqiqətən də, böcək dişləyinə
oxşayırdı, Vəba çıxıntısı qədər böyük və iri deyildi, amma bir qədər sonra ağlıma başqa bir şey
gəldi, bəlkə də, bağçada sürətlə yaşıllaşan otlar arasında gəzindiyim üçün qızarmış yerin iki gün
içində şişərək çiçək kimi açıb partlayacağını, Xocanın ağrılardan öləcəyini düşünürdüm.
Fikirləşirdim ki, bəlkə də hələ tam çıxa bilməyən çibandır, amma elə deyildi, böcək dişləyinə
oxşayırdı, düşünürdüm ki, bəlkə, hansı böcək olduğu tezcə ağlıma gələr, gecələr gəzən, iri və
isti ölkələrdə olan bir böcək olmalıydı, amma xatırladığım heyvanın adı dilimin ucuna gəlmirdi.
Axşam yeməyinə oturanda Xoca çalışdı ki, şən görünsün, zarafatlar etdi, mənə sataşdı,
amma bu hal çox davam etmədi. Sakitcə yediyimiz yeməkdən sonra ayağa qalxanda küləksiz və
sakit qaranlıq çökəndən çox sonra Xoca dedi: “Darıxıram, qəribsədim. Əyləşək, nəsə yazaq”.
Bildirdi ki, başını ancaq belə qata bilər.
Amma yaza bilmədi. Mən tam rahatlıqla yazanda, o boş-boş oturub gözünün ucuyla mənə
baxırdı. “Nə yazırsan?”. Mühəndislik məktəbinin birinci ilini qurtarıb tətilin əvvəlində təkatlı bir
arabayla evimə qayıdarkən necə səbirsizləndiyimi yazmışdım, oxudum ona. Amma məktəbi və
yoldaşlarımı da çox istəyirdim, tətildə özümlə götürdüyüm kitabları suyun başında oturub təktənha oxuyarkən, onları necə də fikirləşib darıxıxdığımı oxudu. Bir qədər sakitlikdən sonra Xoca
birdən-birə sirr danışan adamlarsayaq pıçıltıyla soruşdu: “Orda həmişə elə xoşbəxt yaşayırlar?”
Sualı soruşan kimi peşman olacağını zənn elədim, amma hələ də uşaq kimi maraqla mənə
baxırdı. Mən də pıçıldadım: “Mən xoşbəxt idim”. Üzündə az-maz qısqanclıq hiss olundu, amma
qorxuducu deyildi. Çəkinə-çəkinə danışdı: Ədirnədə on iki yaşı olanda, bir müddət anası və
bacısı ilə ana babası mədəsindən xəstə olduğu üçün Bəyazid Məscidinin həkimxanasına
gedərlərmiş. Səhər anası və yeriyə bilməyən digər qardaşını qonşuya qoyur və Xocayla bacısını
və tezdən hazırladığı pudinq qabını götürür birgə yola çıxırlarmış, qovaq ağaclarının kölgə
saldığı qısa, amma çox maraqlı bir yolla gedərlərmiş. Babası onlara nağıl danışarmış. Xoca o
nağılları xoşlayarmış, amma xəstəxananı daha çox xoşladığı üçün yanlarından qaçıb ətraf ərazini
seyr eləyərmiş bir dəfə dəlilər üçün çalınan musiqiyə qulaq asıb, fənərdən işıqlanan böyük bir
qübbənin altından su səsi gələrmiş, axar suyun səsi, sonra içində qəribə və rəngli şüşələrlə
qabların par-par parıldadığı başqa otaqlarda gəzərmiş, bir dəfə yolu azıb və başlayıb ağlamağa,
Abdullah əfəndinin otağını tapana qədər bütün xəstəxananı ona otaq-otaq gəziblər, anası da
bəzən ağlayarmış, bəzən də qızıyla birgə atasının nağılına qulaq asarmış. Sonra babanın verdiyi
boş qabı alıb qayıdarlarmış, amma evə gəlməmişdən əvvəl, anası onlara halva alar və deyərmiş
ki, gəlin heç kəs görməmiş yeyək. Suyun sahilindəki qovaqların arasında yerləri varmış, üçü də
ayaqları suya tərəf oturub hamıdan gizli yeyərlərmiş.
Xoca susanda bizi qəribə bir məhrəmlik hissi ilə narahat edərək bir-birimizə yaxınlaşdıran
sükut çökdü. Xoca uzun müddət narahat oldu. Sonra yaxındakı bir evin qaba qapısı narahatlıqla
və gurultuyla bağlanandan sonra dedi: Elmə olan marağını birinci dəfə o vaxt hiss edib, xəstələr
və onlara şəfa verən o rəngli şüşələrə, qablara və tərəzilərə olan marağına görə həvəslənib.
Amma babası öləndən sonra bir də ora getməyiblər. Xoca da həmişə böyüyüb təkcə gedəcəyini
arzulayırmış, amma Tunca daşıb, xəstələr yataqlarından aparılıb, xəstəxananın otaqlarını
dolduran kirli və bulanıq su uzun müddət çəkilməyib, çəkiləndən sonra da o gözəl xəstəxana illər
uzunu təmizlənilməsi mümkün olmayan pis qoxulu iyrənc palçığın içində qalıb.
Xoca yenə də susanda artıq biz bir-birimizin yaxınlığında deyildik. Masadan qalxmışdı,
gözümün ucuyla baxaraq otağın içində gəzinən kölgəsini görürdüm, sonra masanın ortasında
olan çırağı götürdü, arxama keçdi, nə kölgəsini görə bilirdim, nə də Xocanı, çevrilib baxmaq
istəyirdim, amma baxa bilmirdim, sanki ondan nəsə pis bir hərəkət gözləyərək narahat olurdum.
Bir qədər sonra çıxarılan paltarın xışıltısını eşidərək qorxuyla çevrildim. Beldən yuxarısı çılpaq
idi, aynanın qarşısına keçib, üstünə lampanın işığı düşən kölgəsinə və qarnına diqqələ baxırdı. 38
Dilləndi: “Aman Allah bu nə çibandı?”. Susdum. “Gəl, bir buna bax”. Yerimdən tərpəmmirdim,
qışqırdı. “Gəl demirəm sənə!”. Cəzalandıracağı bir tələbə kimi qorxuyla yaxınlaşdım.
Çılpaq bədəninə heç vaxt bu qədər yaxınlaşmamışdım, bu yaxınlıqdan xoşum gəlmirdi.
Əvvəlcə, ona buna görə yaxınlaşmadığıma inanmaq istədim, amma bilirdim ki, çibandan
qorxuram. O da başa düşdü, əslində, başa düşməsin deyə, başımı yaxınlaşdırdım, həkim kimi
gözlərimi o şişə, qızarmış yerə zilləyib nəsə mızıldanırdım. Nəhayət, Xoca dilləndi: “Qorxursan,
hə?”. Qorxmadığımı isbat eləmək üçün başımı daha da yaxınlaşdırdım. “Vəba çıxıntısıdır deyə
qorxursan.”. Həmin sözü qulaqardına vurdum, deyəcəkdim ki, böcək dişləyib, daha əvvəl məni
bir dəfə hardasa dişləyən qəribə bir böcək vardı, amma o məxluqun adı ağlıma hələ də gəlmirdi.
Xoca dedi: “Toxun da! Toxunmamış necə bilərsən ki, toxun mənə!”.
Toxunmadığım üçün sevindi. Şişin üstündə hərlətdiyi barmaqlarını üzümə yaxınlaşdırdı.
Diksinərək çəkildiyimi görəndə isə qəhqəhə çəkdi, adi bir böcək dişləyindən qorxduğum üçün
məni ələ saldı, amma bu sevinc çox davam etmədi. Dedi ki, “ölümdən qorxuram”. Sanki başqa
şeylərdən danışırdı, üzündə utancaqlıq ifadəsindən daha çox qəzəb vardı, necə ki, bu ifadə
haqsızlığa məruz qalan adamların üzündə olur. “Səndə bu çibandan yoxdur, dəqiq bilirsən, soyun
paltarını”. Təzyiq göstərəndə çiməkdən zəhləsi gedən uşaq kimi köynəyimi çıxardım. Otaq isti
idi, pəncərə də bağlıydı, amma hardansa sərin mey gəlirdi, bilmirəm, bəlkə də, məni ürpəndirən
aynananın soyuğu idi. Görünüşümdən utandığma görə bir addım irəlilədim, kənara çəkildim. Bu
dəfə aynada mənim bədənimə başını yaxınlaşdıran Xocanın üzünü yandan görürdüm, hamının
dediyi kimi mənim başıma bənzəyən yekə başı bədənimə tərəf əyilmişdi. Ruhumu zəhərləmək
üçün – qəfil belə düşündüm – edirdim, əslindəsə tam əksinə belə hərəkət edirdim, mən ona
öyrədirəm deyə illərdir ki, qürurlanırdım. Ağlıma gəlməyi belə gülünc idi, amma qəfil lampanın
işığında arsızlaşan o saqqallı başın qanımı əmmək üzrə olduğunu düşündüm! Deməli, uşaqkən
dinlədiyim o qorxulu nağılları xoşlayırammış. Bunları düşünərkən, hiss etdim ki, barmaqları
qarnıma toxunur, qaçmaq istəyirdim, başına bir şey vurmaq keçdi ürəyimdən. Dedi: “Səndə
yoxdu”. Arxama keçib, qoltuqlarımın altına, boynuma, qulaqlarımın arxasına da baxmışdı.
“Burda da yoxdu”.
Əlini çiynimə qoyaraq yanıma keçdi. Sanki dərdini böldüyü uşaqlıq dostuydum.
barmaqları ilə çiynimi iki tərəfdən sıxdı və çəkdi məni: “Gəl, birlikdə aynaya baxaq”. Lampanın
çiy işığının altında baxdıq, nə qədər də çox oxşadığımızı bir də gördüm. Sadiq Paşanın qapısında
gözləyərkən onu birinci dəfə görəndə də bu hissi keçirmişdim, xatırladım. O vaxt onun kimi
olmaq istədiyim bir adamı görmüşdüm, indiysə onun da onun mənim kimi bir adam olmağa
ehtiyacı olduğunu düşünürəm. İkimiz də eyni adamıqmış! İndi bu hal mənə çox aydın bir həqiqət
kimi görünürdü. Basaratım bağlanmış və sanki tutulub qalmışdım. Qurtulmaq üçün tərpəndim,
sanki mənim əsl mən (özüm) olduğumu tam bilmək üçün belə etdim: Tez-tələsik əlimi saçımın
içində gəzdirdim, amma o da həmin hərəkəti edirdi, həm də daha ustalıqla və aynanın
daxilindəki simmetriyanı qoruyaraq. Baxışlarımı da təqlid eləyirdi, başımın duruşunu, aynada
görmək istəməməyimi, qorxunun marağı ilə gözümü ondan çəkə bilməyərək etdiyim hərəkəti
belə təkrarlayırdı. Sonra dostunun hərəkətini və sözlərini yamsılayaraq onu hirsləndirən uşaq
kimi sevindi. Qışqırdı! Bildirdi ki, birgə öləcəyik. Düşündüm ki, necə də cəfəng bir şeydi. Amma
qorxdum da. Bu onunla keçirdiyim gecələrin ən qorxuncuydu.
Sonra bildirdi ki, ta əvvəldən bəri vəbadan qorxurmuş, hər şeyi məni sınamaq üçün
edirmiş, Sadiq Paşanın cəlladları məni öldürmək üçün aparanda da vəziyyət beləymiş, başqaları
bizi bir-birimizə bənzədəndə də. Sonra dedi ki, ruhumu ələ keçirib, eynən bir qədər əvvəl
hərəkətlərimi təqlid edərkən etdiyi kimi, artıq nə düşünürdümsə, o bilirdi, nəyi bilirəmsə, onu da
düşünürmüş! Sonra elə o vaxt nə fikirləşdiyimi soruşdu, fikrimdə ondan özgə bir şey yox idi,
dedim ki, heç nə düşünmürəm, amma mənə qulaq asmırdı, çünki öyrənmək üçün yox, ancaq
qorxutmaq üçün danışırdı, öz qorxusuyla oynamaq üçün, o qorxudan mənə də pay düşsün deyə
danışırdı. Tənhalığını hiss etdikcə pislik etmək istədiyini sezirdim, əlimi üzümüzə
toxundurarkən, o qəribə oxşarlığın tilsimiylə məni dəhşətə salmaq istəyərkən və məndən daha
çox özü həyəcanlanıb coşarkən pislik etmək istədiyini düşünürdüm. Fikirləşirdim ki, pisliyi qəfil
etməyə könülü razı olmadığı üçün, çiynimi sıxaraq məni aynanın qarşısında saxlayır, amma onu 39
tamamilə axmaq və çarəsiz biri kimi qəbul edirdim. Haqlıydı, dediklərini və etdiklərini mən də
demək və etmək istəyirdim, məndən əvvəl hərəkətə keçib vəbanın və aynanın daxilindəki
qorxuyla oynaya bildiyi üçün onu qısqanırdım.
Amma o qədər qorxmağıma görə, özümlə əlaqəli daha əvvəl düşünmədiyim şeyləri
bildiyim üçün fikir eləsəm də, bu oyun hissindən heç cür qurtula bilmədim. Çiynimi sıxan
barmaqları kobud idi, amma aynanın qabağından çəkilmirdim. Xoca dilləndi: ”Mən də sənin
kimi olmuşam. Artıq bilirəm ki, necə qorxursan. Mən sənə çevrildim”. Dediyini başa düşdüm,
amma bu gün yarısının doğru olduğundan şübhə eləmədiyin bu hal cəfəng və uşaqcasına bir şey
kimi göründü mənə. İddia edirdi ki, dünyanı da mənim kimi görür. Yenə də “onlar, onlar”
deyirdi, indi “onlar” necə düşünür, necə eşidir və necə anlayırlar. Baxışını aynadan kənarda
tutaraq lampanın işıqlandırdığı yarı qaranlıq masaya, bardaqlara, kürsülərə, nəsnələrə zilləyərək
bir az danışdı. Sonra dedi ki, daha əvvəl görmədiyi üçün demədiyi şeyləri, indi deyə bilir, amma
mən düşünürdüm ki, səhv eləyir: Kəlimələr də həminki kəlmələrdi, nəsnələr də. Təzə olan
yeganə şey qorxusuydu. O da yox, qorxunu yaşamaq tərzi, amma bu tərzin necə bir şey olduğunu
indi açıq şəkildə yazmayacağam, aynanın qarşısında fikirləşdiyi bir şey, yeni bir oyun olduğunu
düşünürdüm. Sanki öz istəyindən başqa bir şeyin, bu oyunu da bir yana qoyaq, tez-tez fikri o
qırmızı çibanda qalırdı və soruşurdu ki, bu böcək dişləyinin yeridir, yoxsa vəbadır.
Bir ara hər şeyə mənim qaldığım yerdən davam etmək istədiyini dedi. Hələ də
yarıçılpaqdıq və aynanın qarşısından çəkilməmişdik. O mənim yerimə keçmişdi, mən də onun,
bunun üçün paltarlarımızı dəyişdirməyimiz və o saqqalını kəsəndən sonra mənim taxmağım
kifayət imiş. Bu fikir, aynadakı oxşarlığımızı daha da ürküdücü etdi, əsəblərim əməllicə gərildi,
qulaq asdım: O vaxt, mən onu azad etməliyəmmiş: Mənim yerimə keçən o, mən yaşadığım
ölkəyə qayıdanda görəcəyi işləri ləzzətlə danışdı. Uşaqlığım və gəncliyim haqda ona
danışdıqlarımın hamısını, ən kiçik detallarına qədər yadında saxladığını, o detallardan, özünə
görə qəribə və həqiqətdən uzaq bir xəyal aləmi qurduğunu görərək təəccübləndim. Sanki həyatım
öz ixtiyarımdan çıxaraq onun əlində başqa yönlərə sürütlənir, mənim də başıma gələnləri yuxu
kimi görüb uzaqdan baxmaqdan başqa, əlimdən heç nə gəlmirdi. Amma mənim əvəzimə ölkəmə
edəcəyi səyahətin və orda yaşayacağı həyatın gülünc bir qəribəliyi və saflığı vardı ki, məni ona
tamamilə inanmağa qoymurdu. Bir yandan da xəyali dəqiqliyindəki tutarlığa da təəccüblənirdim.
İstəyirdim deyəm ki, belə də ola bilər, belə də yaşaya bilərəm. O vaxt Xocanın həyatı ilə əlaqəli
daha dərin bir şeyi birinci dəfə başa düşdüm, amma ovqatım eləydi ki, bunun nədən ibarət
olduğunu deyə bilməzdim. Ancaq illərdir ki, düşündüyüm əvvəlki həyatımda etdiklərimi
təəccüblə dinləyərək, vəbanın qorxusunu unutdum.
Amma bu hal çox davam eləmədi. Xoca istəyirdi ki, bu dəfə onun yerinə keçəndə nə
edəcəyimi deyim. Bənzəmədiyimizə və çibanın böcək dişləyi olduğuna inanaraq, o qəribə
vəziyyətdə ayaq üstə qalmaq əsəblərimi o qədər pozmuşdu ki, ağlıma heç nə gəlmədi. Təzyiq
göstərəndə isə bir vaxtlar, ölkəmə qayıdanda xatirələrimi yazmaq istədiyimi dedim: O vaxt,
bəlkə də, nə vaxtsa, fikrimdən keçənlərdən yaxşı bir hekayə yazacağımı deyəndə qəfil aşağıladı
məni. Onun məni tanıdığı qədər mən onu tanımırammış! Məni itələyib aynanın qarşısına özü
keçdi. Yerimə keçən kimi mənim başıma gələnləri deyəcəkmiş! Əvvəlcə çibanın vəba çıxıntısı
olduğunu dedi: öləcəyəmmiş. Sonra ölümdən əvvəl necə də ağrılar içində qıvrılacağımdan
danışdı, indiyə qədər fərqinə varmadığım üçün hazırlıqsız olduğum qorxu, ölümdən də betərimiş.
Xəstəliyin ağrıları ilə necə boğuşacağımı deyərkən Xoca artıq aynanın qarşısından çəkilmişdi,
bir qədər sonra baxanda isə yerə sərilmiş dağınıq yatağına uzanıb, çəkəcəyim ağrı və əzablar
haqqında danışırdı.
Hansı səbəbdənsə artıq şişin ancaq bir böcək dişləməsi olduğunu düşünürdüm, amma yenə
də qorxurdum. Əli qarnının üstündəydi, düşündüm ki, sanki əli danışdığı o ağrının da
üstündəydi. Düz həmin vaxtda çağırdı, qorxa-qorxa yanına getdim və həmin an da peşman
oldum, əlini yenə mənə sürtürdü.
Bütün gecə belə davam elədi. Xəstəliyi və qorxunu mənə də keçirməyə çalışarkən mənim
o, onun da mən olduğumu dəqiqəbaşı təkrarlayırdı. Fikirləşirdim ki, özündən kənara keçib özünə
nəzər salmaqdan ləzzət apardığına görə beləydi, yuxudan oyanmaq istəyən bir adam kimi öz-40
özümə təkrarlayırdım: oyun oynayır, çünki bu sözü özü də deyirdi, amma digər tərəfdən də
yavaş-yavaş təkrarlayırdı: isti bir otaqda adam boğan sözlərin qorxusuyla karıxan adam kimi
yox, bədənində şikəstlik olan adam kimi təkrarlayırdı.
Günəş çıxarkən ulduzlardan və ölümdən, uydurma qənaətlərindən, Padşahın
axmaqlığından, ən vacibi nankorluğundan, öz əziz axmaqlarından, “bizlərdən” və “onlardan”,
başqa bir adam olmaq istəməyindən danışırdı! Artıq qulaq asmırdım, həyətə çıxdım. Hansı
səbəbdənsə ağlıma, ölümsüzlük haqqında qədim bir kitabda oxuduğum düşüncələr gəlmişdi.
Cökə ağaclarının içində çikkiləşərək uçuşan sərçələrdən başqa, çöldə heç bir hərəkət yox idi.
Təəccübləndirici bir sükunət hökm sürürdü, İstanbuldakı digər otaqları və vəbaya yoluxmuş
xəstələri düşündüm. Xocanın xəstəliyi vəbadırsa, ölənə qədər belə davam edəcək, yox əgər
deyilsə, o qırmızı şiş itənə qədər olacaq deyə düşündüm. Artıq hiss edirdim ki, bu evdə çox da
qala bilməyəcəyəm. Evə girərkən hara qaça biləcəyim və harda gizlənəcəyimi bilmirdim.
Xocadan və vəbadan uzaq olan bir yeri xəyalımdan keçirirdim. Bir neçə dəst paltarımı bir
torbaya basarkən, bircə bu yerin ələ keçməmiş qaça biləcəyim qədər yaxın olmalı olduğunu
bilirdim.41
7
O vaxtlar Xocadan az-az oğurlayaraq bir az pul toplamışdım, ordan-burdan qazandığım
pullar da vardı. Evdən çıxmamışdan əvvəl onları gizlədiyim yerdən, artıq heç oxumadığım
kitablar olan yerdə qoyulmuş sandıqdakı çorabımdan götürdüm. Marağa qapıldığım üçün sonra
Xocanın otağına getdim, lampa yanırdı, tərin içindəydi və yuxu aparmışdı onu. Heç vaxt tam
inanmadığım o sehrli oxşarlıq yenə də vardı, mən bütün gecə qorxudan aynanın kiçikləşdiyinə
təəccübləndim. Heç bir şeyə toxunmadan tələm-tələsik evdən çıxdım, prospektin boş küçələrində
yeriyərkən xəfif külək əsdi, istədim ki, əllərimi yuyum, bilmirdim ki, hara gedim, amma
halımdan razı idim. Səhərin sükutunda küçələrdə yerimək, dənizə tərəf yoxuşlardan enmək,
çeşmələrdə əllərimi yumaq, Xaliçi seyr eləmək xoşuma gəlirdi.
Heybəliada haqqında ilk dəfə oradan İstanbula gəlmiş gənc bir rahibdən eşitmişdim.
Qalatada qarşılaşanda mənə həvəslə adaların gözəlliyindən danışmışdı. Yəqin ki, fikrimdə
qalıbmış, məhəllədən çıxarkən ora gedəcəyimi bilmirdim. Danışdığım qayıqçılar və balıqçılar
məni adaya aparmaq üçün ağılasığmaz dərcədə pul istədilər, narahat oldum, düşündüm ki, qaçaq
olduğumu başa düşdülər, Xocanın arxamca yollayacağı adamlara da yerimi deyəcəklər!
Sonradan bunun vəbadan qorxduqları üçün alçaltdıqları xristianlara verdikləri göz dağı olduğunu
yəqinləşdirdim. Çox da diqqəti cəlb etməmək üçün danışdığım ikinci qayıqçı ilə razılşdım.
Güclü-qüvvətli bir adam deyildi, avarlardan yapışmaqdansa söhbət edir, vəbanın hansı
günahların cəzası olduğu haqda danışırdı. Vəbadan qaçmaq üçün adaya sığınmağın da kara
gəlməyəcəyini dedi. Danışarkən onun da, mənim qədər qorxduğunu başa düşdüm. Yol altı saat
davam elədi.
Sonralar düşündüm ki, adada xoşbəxt günlər keçirirəmmiş. Az miqdarda pul verərək,
kimsəsiz bir Rum balıqçısının evində qalırdım, çalışırdım ki, çox da ortalıqda görünməyim,
narahat deyildim. Bəzən düşünürdüm ki, Xoca ölüb, bəzən də arxamdan göndərəcəyi adamları
düşünürdüm. Mənim kimi vəbadan qaçan çox xristian vardı, amma onlara görünmək istəmirdim.
Səhərlər balıqçıyla birgə dənizə çıxır, axşamüstü qayıdırdım. Bir ara nizəylə vuraraq
xərçəng və balıq ovuna meyil saldım. Hava balığa çıxmayacaq qədər pisdirsə, adanın ətrafında
gəzinirdim, monastra girib asmaların altında bəzən şirin-şirin yatırdım. Bir də əncir ağacına
söykənmiş çardaq vardı, hava açıq olan günlərdə ordan Ayasofya görünürdü, ağacın altında
oturub İstanbula baxaraq saatlarla xəyala dalırdım, bir dəfə yuxumda adaya gələrkən qayıqla
bərabər gedən delfinlərlə birgə Xocanı görmüşdüm, onlara dost idi, məni soruşurdu, deməli,
izimə düşmüşdü, növbəti dəfə anamla bir yerdə idilər, mənə irad tuturdular, soruşurdular ki, niyə
gənc qalmışam. Üzümə düşən gündən tərləyərək oyanandan sonra bu yuxulara təkrar qayıtmaq
istəyir, qayıda bilməyəndə isə özümü məcbur edərək düşünürdüm: Bəzən düşünürdüm ki, Xoca
ölüb, tək gəldiyim boş evin içindəki ölünü, cəsədi qaldırmağa gələnləri, kimsəsiz cənazənin
səssizliyini, sonra isə kahinliyimi düşünürdüm, sevinlə uydurduğu o əyləncəli şeyləri, nifrət və
qəzəblə uydurduqlarını da, Padşahı da, padşahın heyvanlarını da düşünürdüm, nizəmi
kürəklərindən soxub qarınlarından çıxardığım xərçəng və balıqlar belə gündüz qurduğum
xəyallara bədənlərini yavaş-yavaş oynadaraq həmrəy olardılar.
Yavaş-yavaş özümü inandırmağa çalışırdım ki, ölkəmə qaça bilərəm. Bunun üçün adanın
qapısı-bacası açıq evlərindən pul oğurlamağım kifayət idi, amma daha əvvəl Xocanı
unutmalıydım, bu əsas şərt idi. Çünki qəfil başıma gələnlərin tilsiminə, xatirələrin
cazibədarlığına qapılırdım: Az qalsın ki, eynilə mənə bənzəyən bir insanı ölümlə üz-üzə
qoyduğum üçün özümü günahlandıracaqdım. İndiki kimi onu arzulayaraq darıxırdım, mən,
həqiqətən, xatirələrimdə olan insana nə qədər bənzəyirdim, yoxsa özümü aldadırdım, sonra bu on
bir ildə bir dəfə də olsun üzünə doya-doya baxmadığmı yəqinləşdirdim, əslindəsə, həmin şeyi
çox etmişdim. İstəyirdim ki, İstanbula gedib cəsədinin üzünə sonuncu dəfə bir də baxım. Azad
ola bilmək üçün aramızdakı oxşarlığın səhv xatırlanan bir an, unutmalı olduğum lazımsız bir
yanılma olacağına özümü inandırmışdım, qərar verdim ki, buna vərdiş eləməliyəm.42
Yaxşı ki, vərdiş eləməmişəm. Çünki bir gün bir də gördüm ki, Xoca qarşımda dayanıb!
Balıqçının həyətinin arxasında uzanıb, qapalı gözlərimi günəşə çevirib, xəyal qururdum,
kölgəsini hiss elədim, qarşımda dayanıb gülümsəyirdi. Oyunu udmuş bir adam kimi yox, sanki
məni çox istəyən bir adam kimi görünürdü. Məni qorxuya salacaq qədər qeyri-adi bir razılıq
vardı görkəmində. Bəlkə də, gizli şəkildə mən də bunu gözəyirəmmiş: Çünki tezcə tənbəl
kölənin, boyun əyən kənizin günahkarlıq hissinə büründüm. Getmək üçün hazırlaşarkən
Xocadan nifrət eləmək əvəzinə, özümə xor baxırdım. Balıqçıya olan borcumu da o ödədi. Yanına
iki adam götürüb, qoşa qayıqlarla gəliblər, tez qayıtdıq. Hava qaralmamış evdəydik, evin
qoxusundan ötrü darıxmışammış. Ayna da divardan götürülmüşdü.
Səhəri gün Xoca məni yanına çağırıb dedi: Günahım çox ağır imiş, ancaq qaçdığım üçün
yox, bir böcək dişləyini vəba çıxıntısı zənn edib onu ölüm ayağında qoyub getdiyimə görə də
günahkardım, məni cəzalandırmaq üçün ürəyi axırmış, amma indi vaxtı deyilmiş. Danışdı ki,
Padşah bir həftə əvvəl, nəhayət, Xocanı çağırıb bu vəbanın nə vaxt bitəcəyini, daha neçə can
alacağını, öz canının təhlükədə olub-olmamağını soruşub. Çox həyəcanlanan Xoca hazırlıqsız
olduğu üçün ümumiləşdirilmiş cavablar verib, ulduzlarla işləməli olduğunu deyərək vaxt istəyib.
Suyu süzülə-süzülə evə qayıdıb, padşahın marağını necə azaltmaq lazım olduğunu
müəyyənləşdirə bilmirmiş. Beləliklə, qərar alıb ki, məni gətirsin.
Adada olduğumu çoxdan bilirmiş, mən qaçandan sonra soyuqlayıb, üç gün sonra arxamca
düşüb, balıqçıların orda izimi tapdığını bilib, bir az pul görən kimi boşboğaz qayıqçı məni
Heybəlidə gördüyünü deyib, Xoca adalardan özgə yerə qaça bilməyəcəyimə görə arxamca
gəlməyib. Padşahla qurduğu bu sonuncu əlaqənin həyatının ən vacib fürsəti olduğunu deyəndə
haqlı olduğunu bildirdim. Açıq-aşkar mənim bilgimə ehtiyacı olduğunu dedi.
Tez işləməyə başladıq. Xocada məqsədini tam aydınlaşdırmış bir insanın qərarlılığı hiss
olunurdu, bundan əvvəl heç vaxt görmədiyim bu sərtlik xoşuma gəlirdi. Səhəri gün yenə
çağırılacağını bildiyimiz üçün qərara aldıq ki, vaxt qazanaq. Üstündə işləmək üçün tez
razılaşdığımız ekperiment xarakterli işə çox da elm sərf etməməli, fəqət, çəkdiyimiz zəhmət tez
bir zamanda özünü doğrultmalı idi. Xoşladığım o iti dərrakə Xocanı, “kahinlik bir şeytanlıqdır,
amma axmaqlıqları əhatələmək üçün çox yaxşı istifadə oluna bilər” ifadəsini doğrultmağa imkan
verirdi. Görünür, Xoca danışdıqlarıma qulaq asarkən vəbanın ancaq sağlamlığa fikir verməklə
qarşısının alınması mümkün olan fəlakət olduğunu təsdiqləyirdi. O da mənim kimi, fəlakətin
Allahla bağlı olduğunu inkar eləmirdi, amma bu fikir birbaşa deyildi, buna görə də biz ölümlülər
də əl-qolumuzu çırmalayıb fəlakətə qarşı nəsə edə bilərdik və bu Allahın qüruruna heç də
toxunmazdı. Həzrəti Ömər də, Əbü Übeydiyi ordunu vəbadan qorumaq üçün Suriyadan
Mədinəyə çağırmamışdımı? Xoca Padşahı qorumaq üçün ondan tələb edəcəkdi ki, heç olmasa
başqaları ilə əlaqəsini bir qədər azaltsın. Demək olmaz ki, fikrimizdən bu tədbirləri görmək,
Padşahı məcbur etmək üçun onun ürəyinə ölüm qorxusu salmaq keçmədi, amma bu təhlükəliydi:
Sultan poetik bir ölüm təsviri ilə qorxudulacaq qədər də tək buraxılmırdı, Xocanın
boşboğazlığından təsirlənsə də, ətrafındakı adamlara qorxusunu danışsa da, ətrafında qorxusuna
güc gələ biləcək insanlar vardı, sonra bu üzsüz axmaqlar, hər an Xocanı dinsiz kimi günahlandıra
bilərdilər. Buna görə də mənim ədəbi məlumatıma əsaslanaraq bir əhvalat uydurduq.
Xocanın gözünü ən çox qorxudan şey vəbanın nə vaxt bitəcəyini müəyyənləşdirmək idi.
Başa düşdüm ki, gündəlik olan ölüm rəqəmləri ilə işləməliyik, bunu Xocaya deyən də çox da
təsirlənmədi, bu haqda rəqəmlər əldə edə bilmək üçün Padşahdan kömək istəyəcəkdi, amma bu
da başqa bir əhvalatla ört-basdır olunacaqdı. Statistikaya o qədər inanmıram, amma başqa çıxış
yolumuz da yoxdur.
O səhəri gün saraya getdi, mən də şəhərin və vəbanın içinə əvvəlki kimi vəbadan yenə də
qorxurdum, amma fəallığın və həyatın şiddəti, dünyanı az da olsa ələ keçirmək istəyi ağlımı
əlimdən almışdı. Küləkli və sərin bir yay günüydü, ölənlərin və ölülərin marağıyla gəzinərkən
düşündüm: uzun illərdir ki, həyatı bu qədər sevə bilməmişəm. Məscidlərin tualetlərinə girir,
kağıza tabutların sayını yazır, sonra məhəllədə gəzinərək gördüklərimlə ölülərin sayı arasında
əlaqə qurmağa çalışırdım. Bütün evləri, insanları, insan izdihamını, şadlığı, sevinci və kədəri
mənalandırmaq asan deyildi. Üstəgəl, qəribə bir mənəvi aclıqla gözüm təsvirlərdə qalırdı-43
başqalarının həyatına, bir evin içində öz sirlərini və gözəl günlərini bölüşən insanların
xoşbəxtliyinə, çarəsizliyinə, qayğısızlığına baxırdım.
Günortaya az qalırdı, insan izdihamının və ölülərin təsirli sehriylə qarşıdakı sahilə, Qalataya
keçdim, limanın ətrafındakı işçilər oturan çayxanaların yaxınlığında gəzindim, çəkinə-çəkinə
tütün çəkdim, sırf dərk etmək istəyi ilə aşxanada yemək yedim, bazarlara getdim, dükanlara
girdim. Hər şeyi bir-bir beynimə yazmaq istəyirdim ki, bir nəticə çıxarda bilim. Axşamın
qaranlıq düşəndən sonra yorğun-arğın evə qayıtdım, saraydan qayıdan Xocaya qulaq asdım.
İşlər qaydasında gedib. Uydurduğumuz əhvalat Padşahın beyninə batıb. Vəbanın eynən
şeytan kimi, insan cildinə girib onu aldatmaq istəyəcəyi Padşahın ağlına batıb, qərar verib ki, hər
yad adamı saraya qoymayın, giriş-çıxışlar isə ciddi nəzarətə alınıb, vəbanın nə vaxt və necə
qurtaracağı sualı soruşulanda Xoca elə dil töküb ki, Padşah şəhərin içində sərxoş kimi gəzinən
Əzraylı gözünün önündə canlandıra biləcəyini qorxuyla deyib, gözü tutan adamları əli ilə tutub
itələyirmiş. Xoca tez təlaşla düzəliş verib: O, əzrayıl yox, insana ölümü təlqin edən şeytan imiş.
Həm də sərxoş yox, çox hiyləgərimiş. Xoca ona planlaşdırdığımız kimi, şeytanla mübarizə
aparmalı olduğunu da deyib. Vəbanın şəhərdən nə vaxt əl çəkəcəyini anlamaq üçün haralarda
gəzindiyini görməliydilər. Ətrafındakılardan vabayla mübarizə aparmağın Allaha qarşı çıxmaq
olduğunu deyənlər olubsa da, Padşah çox da fikir verməyib, sonra bir də heyvanları soruşub:
şahinlərinə, qızıl quşlarına, aslanlarına, meymunlarına şeytan ilişə bilərdimi? Xoca tez şeytanın
insanlara insan cildində, heyvanlara da siçan cildində göründüyünü deyib. Sultan vəba
yoluxmamış uzaq bir şəhərdən beş yüz pişik gətirilməsini, Xocaya da istədiyi qədər adam
verilməsini buyurub.
Əmrimizdə olan on iki adamı tez bir zamanda İstanbulun dörd bir tərəfinə göndərdik,
məhəllə-məhəllə gəzib, gördüklərini və ölülərin sayını bizə bildirdilər. Masamızın üstünə mənim
başqa kitablardan əxz edərək cızdığım qaba bir İstanbul xəritəsini sərmişdik. Gecələr vəbanın
harda gəzindiyini əritənin üstünə qorxu və ləzzətlə işarələyər, Sultana deməli olduğumuz fikirləri
planlaşdırardıq.
Əvvəlcə çox da nikbin deyildik. Vəba şəhərdə hiyləgər şeytan kimi yox, məqsədsiz bir avara
kimi dolaşırdı. Bir gündə Ağsarayda qırx can alır, sonra oradan uzaqlaşıb sonrakı gün Fatihə baş
çəkirdi və bir də görürdün ki, qarşıdakı sahildə, Topxanada, Cahangirdə yayıldığı məlum olurdu,
səhəri gün bir də baxırdıq ki, oralarada da çox az yayılıb, Zeyrəkdədir, Xaliçdən görünən bizim
məhəlləmizə girib iyirmi nəfəri öldürüb. Ölülərin sayından da heç nə başa düşə bilmirdik, bir
gün beş yüz adam ölürdü, səhəri günü isə yüz. Vəbanın qurbanını harda öldürdüyünü yox, ilkin
vəziyyətdə harda ələ keçirdiyini öyrənməli olduğumuzu başa düşəndə çox vaxt keçmişdi, Padşah
yenə də Xocanı çağırırdı. Götür-qoy elədik, qərara aldıq ki, Xoca Padşaha vəbanın insanların çox
baş çəkdiyi satış məntəqələri olan yerlərdə, insanların bir-birini aldatdığı bazarlarda, yaxın
əyləşib söz-söhbət elədikləri çayxanalarda gəzindiyini desin. Getdi və axşam da qayıtdı.
Padşaha deyib. Padşahsa sual verib: “Nə edək?”. Xoca deyib ki, bazar-güzar, şəhər içindəki
gediş-gəliş dəyənək zoru ilə məhdudlaşdırılsın. Sultanın ətrafındakı o çoxbilmişlər təbii ki, tez
bu fikirə qarşı çıxıblar: Şəhər maddi ehtiyacını necə ödəyəcəkmiş, ticarət dayansa, həyat da
dayanacaqmış, vəbanın insan cildində gəzindiyini eşidənlərin qorxudan zəhri yarılıb, qiyamətin
çatdığına inanıblar, sonra kimsə içində vəba şeytanının gəzindiyi məhəllədə özünü həbs
etməyəcəyini iddia edərək, üsyan edib. ”Haqlıydılar”,- Xoca dedi. Bu vaxt bir axmaq da xalqı bu
qədər sıxan bir adamı hardan tapacaqlarını soruşanda Padşah hirslənib, onun gücündən şübhəyə
düşənləri cəzalandıracağını deyərək hamını qorxudub. Bu qəzəblə də Xocanın dediklərinin
edilməsini buyurub, amma ətrafındakı adamlarla da məsləhətləşməyi unutmayıb. Baş münəccim
Sıdqı Əfəndi diş bülövlədiyinə görə xatırladıb ki, hələ vəbanın İstanbuldan nə vaxt sovuşacağını
deyə bilməz. Sultanın onun fikrini təsdiqləməyindən qorxan Xoca gələn dəfə gələndə təqvimi
gətirəcəyini deyib.
Masanın üstündəki xəritəni işarələr və rəqəmlərlə doldurmuşduq, amma, vəbanın hansı ağıla
uyaraq şəhərdə gəzindiyini heç cür başa düşə bilmirdik. Həmçinin Padşahın qadağası da reallaşdı
və üç gündən artıq davam elədi. Bazarın girişlərini, əsas prospektləri, gəmi limanlarını blokadaya
alan yeniçərlər gəlib keçəni sıxışdıraraq “Kimsən? Hara gedirsən? Niyə gedirsən?”, deyə sorğu-44
sual edirdilər. Ürkək, təəccüblü yol adamları, boş-boş gəzinən insanları daban əlli altı evlərinə
yollayıblar ki, vəba onlara dəyməsin. Bazarda, un dəyirmanında gündəlik yaşam tempinin
yavaşıdığını öyrənəndə son bir aydır topladığımız ölüm rəqəmlərini kağıza yazıb, divardan asıb
düşünürdük. Xocaya görə, vəbanın hansısa məntiqə əsasən hərəkət edəcəyini hədər yerə
gözləyirdik, başımızı salamat saxlamaq üçün nəsə uydurub Padşahın başını qatmalıydıq.
İcazə kağızı üsulu da bu ərəfədə yarandı. Yeniçər öz ağası ticarət dayanmasın və şəhər əhli
ərzaqla təmin olunsun deyə lazım bildiyi adamlara icazə kağızı paylayırlarmış. Bundan çox pul
qazandığını və xəracdan asılı olmaq istəməyən kiçik tacirin də üsyan eləməyə hazırlaşdığını
öyrənəndə, mən birinci dəfə ölüm rəqəmlərində də məntiq olduğunu başa düşməyə başlamışdım.
Baş vəzir Köpürlünün tacirlə əlbir olub hazırlayacağı planları nəql edən Xocaya olacaqları
dedim, vəbanın yavaş-yavaş kənar məhəllələrdən, kasıb səmtlərdən çəkilməyinə onu
inandırmağa çalışdım.
Danışdıqları çox da ağlıma batmadı, amma təqvimi hazırlamağı mənə həvalə elədi. Padşahın
başını qatmaq üçün heç bir mənası olmayan və oxuyandan sonra heç kəsin heç bir nəticə əldə
edə bilmədiyi bir hekayə yazdığını dedi. Başqa vaxtsa məndən soruşdu: İnsan oxuma və dinləmə
zövqündən özgə, heç bir nəticəsi və mənası olmayan bir hekayə uydura bilərmi? Dedim ki,
“Musiqi kimi?”. Xoca təəccübləndi. Sonra düşündük ki, yaxşı hekayənin əvvəli nağıl kimi
primitiv, ortası qorxulu yuxu kimi, sonu da ayrılıqla qurtaran eşq əhvalatı kimi olmalıdır. Saraya
getməmişdən bir gecə əvvəl oturub şən-şən boşboğazlıq edir, təlaşla çalışırdıq. Yan otaqda
Xocanın hələ sonunu yaza bilmədiyi hekayəsinin əvvəlini ağlamaya köçürən dostumuz, solaxay
xəttat vardı. Səhərə yaxın mən əlimdəki məhdud rəqəmlərlə günlərdir uyğunlaşdırmağa
çalışdığım proqnozlardan vəbanın sonuncu qurbanlarını bazarlarda öldürüb iyirmi gün sonra
şəhərə gedəcəyini müəyyənləşdirmişdim. Xoca da bu nəticənin əsaslandırıldığı mənbəni
soruşmadı, ancaq xilas gününün çox uzaqda olduğunu dedi, buyurdu ki, təqvimi iki həftəyə
əsasən təzədən düzəldim və müddəti də başqa rəqəmlərlə birgə açıqlayım. O qədər də nikbin
deyildim, amma dediyini elədim. Xoca tez orda təqvimin bəzi tarixlərinə misralar düzüb, işini
qurtarmaq üzrə olan xəttata verdi, məndən də xahis elədi ki, misraların bəzilərinə rəsmlər çəkim.
Günortaya yaxın əbrulu, mavi bir qapaqla tələm-tələsik cildlətdirdiyi risaləni özüylə götürüb
gedərkən qəmli idi, darıxırdı və qorxurdu. Mənə dedi ki, təqvimdən daha çox, başdan-başa
hekayəsinə doldurduğu qutan quşlarına, qanadlı buğalara, qırmızı qarışqalara və danışan
meymunlara güvənir.
Axşam qayıdanda həyəcanlıydı, bu həyəcan qənaətlərinin doğruluğunu Padşaha tamamilə
qəbul etdirdiyi o üç həftə ərzində davam elədi. Əvvəllər, deyirdi ki, “Hər şey ola bilər”, birinci
gün heç də ümidli deyildi, hətta gözəl səsli cavan bir oğlana oxutdurulan hekayələrini
dinləyərkən Padşahın ətrafında toplaşan adamlardan bəziləri gülüblər, məlumdur ki, bunu
Xocanı alçaltmaq, Sultanın gözündən salmaq üçün ediblər, amma Padşah, onları susdurub və
acılayıb, soruşub ki, vəbanın iki həftə sonra qurtaracağını hansı irəliləyişlərə əsasən bilir. Xoca
da hər şeyin açıqlamasının heç kəsin başa düşmədiyi əsərdə olduğunu deyib. Sonra özünü
Padşaha xoş göstərməkdən ötru Trabzondan gəmilərlə gətirilən və ancaq həyətlərin içini yox,
otaqları da ağzınacan dolduran rəngbərəng pişikləri əzizləyib.
O ikinci gün gələndə dedi ki, saray adamları iki yerə ayrılıb: baş münəccim Sıdqı Əfəndinin
də tərkibində olduğu qrup şəhərdəki bütün məhdudiyyətlərin aradan qaldırlmasını istəyərkən,
Xocayla birgə digərləri də deyirmiş: “Şəhəri yaxşı qoruyaq ki, şəhərdə gəzən vəba şeytanı da
rahat nəfəs ala bilməsin”. Mən günbəgün ölüm sayının azalmasına nəzər salıb ümidlənirdim,
amma Xoca hələ də həyəcanlıydı, danışırdılar ki, birinci qrup Köpürlüylə razılaşıb üsyan etmək
istəyir, məqsədləri vəbanın qarşısını almaq yox, düşməndən qorunmaqdı.
Birinci həftənin sonunda ölüm statistikasında gözəçarpan azalma müşahidə olunurdu, amma
xəstəliyin bir həftə sonra bitməyəcəyi də mənim hesablamalarıma görə aşkar olunmuşdu.
Hazırladığım təqvimi dəyişdirdiyinə görə Xocaya hirslənmişdim, amma artıq ümidlənmişdi,
danışırdı ki, daha baş vəzir haqqında danışılanların davamı gəlmir. Buna görə onlar söz-söhbət
yayıblar ki, Köpürlü onlarla əlbir olub. Bütün bu həlləm-qəlləm işlərdən əmməllicə bezən
Padşah öz rahatlığını pişiklərdə axtarırmış. 45
İkinci həftə qurtaranda şəhər vəbadan çox, görülən tədbirlərdən bezmişdi, hər gün daha az
insan ölürdü, amma bunu yalnız bizim kimi işlərin gedişatını bilənlər bilirdi. Danışırdılar ki,
aclıq hökm sürür, İstanbul tərkedilmiş qorxuc bir şəhər kimiydi, məhəllədən kənara çıxmadığıma
görə bunları mənə Xoca danışırdı: Bütün o qapalı pəncərələrin və həyət qapılarının arxasında
vəbayla boğuşan insanların çarəsizliyini, vəbadan və ölümdən özgə nəsə gözlədiyini hiss
edirlərmiş. Gözlədikləri bu vəziyyət sarayda da hiss olunurmuş, yerə fincan düşəndə, kimsə
bərkdən öskürəndə, qəfil pıçıltıyala danışan və “Sultan görək bu gün nə qərar verəcək” deyərək
gözləyən o çoxbilmiş saray əhlinin bağrı yarılırmış, amma nəsə olsun, nə olursa olsun deyən
çarəsizlər kimi tez həyəcanlanırlarmış. Xoca da bu həyəcana mübtəla olurdu: Sultan vəbanın
yavaş-yavaş ciddiləşdiyini, qənaətlərinin doğru çıxdığını başa salmağa çalışıb, amma onu çox da
təsirləndirə bilməyib, nəhayət, yenə məcburiyyət qarşısında qalaraq heyvanlardan söz salıb.
İki gün keçəndən və məscidlərdə aparılan hesablamalardan sonra ona məlum olub ki,
xəstəlik əməllicə ciddiləşib, amma həmin cümə Xocanın sevinci bununla əlaqədar deyildi.
Ümidsizliyə qapılan bir neçə kiçik tacirlər, yolları tutan yeniçərlərlə vuruşublar, görülən
tədbirlərdən narahat olan başqa bir qisim yeniçərləri, məhhələ məscidlərində vəz edən iki axmaq
axundu, yağmalamaq həvəsi ilə bəzi avaraları, işsiz-gücsüzləri yanlarına çəkiblər, vəbanın
Allahın işi olduğunu, ona qarışmağın mümkünsüzlüyünü təlqin edirlərmiş, amma hadisələr
böyüməmiş tez qarşısı alınıb. Şeyxülislamdan fitva alan kimi, bəlkə də hadisələri olduğundan da
daha böyük göstərmək üçün iyirmi nəfər öldürülüb. Xoca həyatından çox razı idi.
Səhəri gün qələbə qazandığımızı elan elədik. Artıq sarayda görülən tədbirlərin aradan
qaldırılmasından heç kəs söz sala bilmirmiş, yeniçərlərin başçısı çağırılanda üsyançıların
saraydakı həmrəylərindən də bəhs edib, Sultan hirslənib, düşmənlik edərək Xocaya çətin günlər
yaşadan o dəstə də çil toyuq balası kimi dağılışıb. Deyilənlərə görə, bir vaxtlar onların tərəfdarı
olan Köpürlü üsyançılara qarşı sərt tədbir görəcəkmiş. Xoca ləzzət ala-ala dedi ki, Sultan bu işdə
onun təsiri altındadır. Üsyanı yatıranlar da Sultanı razılaşdırmaq üçün vəbanın azaldığını
deyirlərmiş. Üstəlik, bu söz, həqiqətən də, doğruydu. Padşah Xocaya indiyə qədər heç vaxt
demədiyi tərifli sözləri deyib: Afrikadan gətirtdiyi meymunlarını göstərmək üçün onu
hazırlatdırdığı qəfəsə aparıb. Axmaqlıqları və ədəbsizlikləri Xocanı da çimçindirən meymunları
seyr edərkən, Padşah soruşub ki, o meymunlar da tutuquşular kimi danışa bilərmi? Sonra
ətrafındakı adamlara tərəf çevrilərək deyib ki, artıq Xocanı yanında daha çox görmək istəyir,
hazırladığı təqvim də düz çıxıb.
Bir ay sonra, cümə günlərinin birində Xoca artıq baş münəccim idi, hətta onda artıq bir
vəzifəsi də vardı, Sultan vəba qurtardı deyə, bütün şəhərin iştirak etdiyi Ayasofyadakı cümə
namazına qatılmışdı, Allaha və Padşaha dua eləyən insanlar arasında mən də var idim. Padşah atı
ilə qarşımızdan keçərkən ətrafımdakılar var gücləri ilə qışqırırdılar, sonra özlərini unutdular,
itələşmə başlandı, insanlar dalğalandı, yeniçərlər bizi arxaya itələdi, əlində ağacla üstümə
yıxılanların arasında sıxıldım, insanları dirsəkləyərək özümü qabağa verdim, məndən dörd-beş
addım aralıda şad-xürrəm yeriyən Xocayla göz-gözə gəldik. Gözlərini məndən çəkdi, sanki məni
tanımamışdı. O qorxunc səs-küy içərisindən məni qəfil mənasız bir coşqunluq bürüdü, o an
inandım ki, Xoca məni görmür, var gücümlə qışqıraraq onu çağırdım, istəyirdim ki, burda
olmağımdan xəbərdar olsun, məni görsə, insan izdihamının arasından sanki məni çəkib
çıxardacaqdı, mən də zəfəri və qələbəni qoruyanların o xürrəm yüyürüşlərinə qoşulacaqdım.
Amma bunu zəfərdən öz payımı əldə etmək, yaxud da etdiklərimin qarşılığını almaq üçün
istəmirdim, içimdə tamam başqa bir hiss vardı: mən orda olmalıydım, çünki mən Xocanın
özüydüm! Eynən, tez-tez gördüyüm qorxulu yuxularda olduğu kimi, kənardan baxıb seyr
elədiyim öz varlığımdan ayrı düşmüşdüm: özümə kənardan nəzarət edə bildiyimə görə, deməli,
mən bir başqa adam idim, ad-sanına büründüyüm bu özgə adamın kimliyini öyrənmək də
istəmirdim, qarşımdan məni tanımayaraq yanımdan keçən özümə qorxuyla baxarkən, tez bir
zamanda ona qoşulmaq istəyirdim. Amma heyvana bənzəyən bir əsgər var gücüylə məni geriyə,
insan izdihamının içinə itələdi.46
8
Vəba qurtarandan sonrakı həftələrdə Xoca ancaq baş münəccimlik vəzifəsinə gətirilməklə
kifayətlənmədi, Sultanla illərdir ümidlə gözlədiyimizdən də yaxın əlaqə qurdu: Baş vəzir o kiçik
və uğursuz üsyandan sonra artıq Padşahın ətrafına topladığı o əbləhlərdən qurtulmalı olduğunu
anasına hiss elətdirmişdi, çünki tacirlərlər də, yeniçərlər də, Sultanı boş sözləri ilə pis yola çəkən
çoxbilmişlərin bəlalarının yaradıcısı kimi görürmüş. Beləliklə, qurulan planlarda əli olduğu
deyilən əvvəlki baş münəccim Sıdqı Əfəndinin qrupu, sürgünlə və müəyyən şeylərlə əlaqədar
saraydan qovulanda olan-qalan işlər də Xocanın boynuna düşdü.
Artıq hər gün Padşahın vaxtını keçirdiyi saraylardan birinə gedir, ona vaxtlı-vaxtında zaman
ayıran Padşahla danışırdı. Evə qayıdanda həyəcanla və zəfər hissi ilə olanları mənə danışırdı:Hər
səhər birinci Padşahın gördüyü yuxunu yozurdu. Öhdəsinə götürdüyü işlərini içində, bəlkə də, ən
çox bu işi xoşlayırdı, Padşah yuxu görmədiyini hüznlə etiraf etdiyi bir gündə isə məsləhət görüb
ki, başqa bir adamın yuxusunu yozsun Sultan da maraqla bu fikri mənimsəyəndə, bostançılar tez
yaxşı yuxu görən bir adamı axtarıb tapıb hüzuruna gətiriblər, beləliklə, hər səhər bir yuxunun
yozumu əl çəkilməsi mümkün olmayan vərdişə çevrilmişdi. Başqa vaxtlar isə həyətlərdə, iri
çinar və ərqəvan ağaclarının kölgəsi düşən bağçalarda yeriyərkən, Boğazda qayıqlarla gəzintiyə
çıxarkən, təbii ki, Sultanın sevimli heyvanlarından, bizim xəyali heyvanlarımızdan da söz
salardı. Amma mənə böyük maraqla danışdığı başqa mövzuları da Padşaha açırdı: Boğazdakı
axıntıların səbəbi nədir? Qarışqaların həyatında öyrənməyə dəyərli olan nə var? Maqnit Allahdan
başqa, nədən güc alırdı? Ulduzların elə, yaxud belə fırlanmasının əsas xüsusiyyəti nədən
ibarətdi? Müsəlman olmayanların həyatında kafirlikdən başqa öyrənməyə nəsə tapa bilərəmmi?
Onları qabağımıza qatıb qovalaya bilən hansısa silahı hazırlamaq mümkündürmü? Keçəl bunları
Sultanın maraqla qulaq asdığını deyəndən sonra həyəcanla masanın arxasına keçib, silah şəkilləri
çəkmək üçün düzəldilmiş bahalı və iri kağızlara, uzun lüləli toplar, aftomatik atəş mexanizmləri,
görünüşü vahiməli heyvanları xatırladan silah növlərini qaralayar, məni də masanın yanına
çağırıb, silahı çox yaxın vaxtda reallaşdırılacağını bildirər, danışdığı bu xəyallara şahidlik
etməyimi istəyərdi.
Əslindəsə mən, bu danışdıqlarını Xocayla bölüşmək istəyirdim. Bəlkə də, buna görə fikrim
hələ də bizə o qorxulu və qardaşlıq duyğusu ilə keçirdiyimiz günləri yaşadan vəbadaydı. Vəba
şeytanından xilas olublar deyə Ayasofyada hamılıqla şükr edərək namaz qılıblar, amma xəstəlik
hələ şəhərdə tamamilə əl çəkməmişdi. Xoca səhərlər Sultanın sarayına tələsərkən, mən şəhərdə
maraqla gəzinər, gödək minarəli məhəllə məscidlərdən, kirəmitləri yosun bağlamış məscidlərdən
hələ də aparılan cənazələrin sayını hesablayar, səbəbini indiyə qədər başa düşmədiyim qeyriiradi bir hisslə, istəyirdim ki, xəstəlik şəhərdən və bizdən əl çəkməsin.
Xoca mənə Padşahı necə təsir altına saldığından, zəfərindən danışarkən mən ona xəstəliyin
daha şəhəri tərk etmədiyini, tədbirlər görüldüyünə görə də təkrarən baş qaldıra biləcəyini
danışırdım. Məni hikkəylə susdurub dedi ki, guya mən onun uğurunu qısqanıram. Ona haqq
qazandırırdım, baş münəccim olmağı, Padşahın hər səhər ona yuxularını danışmağı, bütün o
axmaq əyyanları Padşahın yanında olmayanda sözlərini şaha deyə bilməyi – bunlar on beş ildir
ki, bizim gözlədiyimiz şeylər, uğurlar idi, mənim məsləhət gördüyüm, çox da doğru çıxmayan,
amma doğru tək qarşılanan təqvimi, göründüyü kimi, mənim hazırladığımı unutmuşdu, mənə
çətin gələn şey məni təlaş içində adadan necə tələm-tələsik gətirməsi yox, mənim ora necə
getməyimi xatırlaması idi.
Bəlkə də, haqlıydı, bəlkə də, hiss etdiyim bu hissə qısqanclıq demək olar, amma bu onun
fərqinə varmadığı saf bir duyğu idi. Bunu başa düşsün deyə vəba başlamamışdan əvvəlki
günlərdə masanın iki tərəfinə tənha gecələrin sıxıntısını unutmaq istəyən iki subay oğlan kimi
necə oturduğumuzu xatırladanda, bəzən onun, bəzən də mənim necə qorxulara qapıldığımızı,
amma bu qorxulardan xeyli şey öyrəndiyimizi, hətta adada tək olanda o gecələr üçün darıxdığımı
xatırladanda da, bütün bu dediklərimi, özünün heç cür qoşula bilmədiyi bir oyunda mənim aşkar 47
olunan saxtakarlığım ibrət götürərək olanların şahidi kimi gülümsəyərək dinləyər, amma mənə o
əziz günlərimizlə əlaqəli heç bir ümid və söz verməzdi.
Artıq məhəllə-məhəllə gəzdikcə görürdüm: tədbirlər görülsə də, sanki Xocanınn uğur
adlandırdığı nəsnəyə kölgə salmaq istəmədiyinə görə, vəba yavaş-yavaş şəhərdən çəkilirdi.
Bəzən mənə qəribə gəlirdi ki, ölümün zülmət qorxusu aramızdan çəkilib gedirsə, niyə özümü
tənha hiss edirəm. Bəzən istəyirdim ki, padşahın yuxularında, ya da Xocanı ona nəql elədiyi
gələcəkdə olacaqlardan yox, yenə də bunlardan danışaq. Divarından götürdüyümüz vahiməli
aynanın qarşısına, düz yaxınlığımda ölüm qorxusu olsa belə onunla birgə keçməyə çoxdan hazır
idim! Amma Xoca artıq xeyli zamandır ki, məni alçaldırdı, yaxud da özünü elə göstərirdi, ən
pisi isə bəzən bunu etməyə ehtiyat edirdi.
Onu yenə o əvvəlki xoşbəxt dünyamıza çəkmək üçün bəzən deyirdim ki, artıq yenə də birgə
masanın arxasına keçməliyik. Bu işdə ona örnək olmaq üçün bir-iki dəfə yenə kağızları
doldurmağa cəhd etdim, vəbanın qorxusuna, qorxunun əmələ gətirdiyi o pislik eləmək istəyinə,
yarımçıq qalmış pisliklərimlə əlaqəli şişirdilmiş söz-söhbətlər yazılmış səhifələri ona oxuyanda
mənə qulaq asmadı. Bəlkə də, öz uğurundan çox, mənim çarəsizliyimdən aldığı bir güclə
həyasızcasına dedi: Bütün o yazılanların axmaqlıqdan başqa bir şey olmadığının da həmin
vaxtlar fərqinə varıb, vaxtında o oyunlar nə vaxt qurtaracaq deyə bir problemi yox idi, bir az da
məni sınamaq üçün: vəbaya yoluxub qaçdığım gün, onsuz da bilib ki, mən necə adamam.
Günahkarammış! İnsanları iki yerə ayırırlar: onun kimi haqq adamları və mənim kimi
günahkarlar.
Uğurlarını yozmağa çalışdığım bu sözlərinə cavab vermədim. Baxmayaraq ki, idrakım
əvvəlki kimi parlaq idi, gündəlik xırda hadisələrə hirsləndiyimi görəndə başa düşürdüm ki, lazım
olanda qəzblənməyə də hazıram, amma Xocaya qarşı hirslənməyə əsas verən o sözlərinə
göstərəcəyim reaksiyayla onu haraya sürütləyəcəyimi, harada sıxışdıracağımı sanki bilmirdim.
Ondan qaçıb Heybəliadada keçirdiyim günlərdə bilirdim ki, məqsədim tam aydın deyil.
Venesiyaya qayıtsam nə baş verərdi? Bu on beş ildə anamın ölməyini, nişanlımın da evlənib
başının ailə və uşaqlarına qarışmağını beynimə tam yeritmişdim, ürəyimdən onları fikirləşmək
keçmirdi, yuxularıma da get-gedə az-az girirdilər, həm də özümü o əvvəlki illərdə olduğu kimi,
Venesiyada də onların yanındakı kimi deyil, yuxularımda da onları İstanbulda, öz aramızda
görürdüm. Venesiyaya qayıtsam, bilirdim ki, yarımçıq qoyduğum həyata qaldığım yerdən davam
etməyəcəyəm, əgər mümkün olsa, başqa bir həyata təzədən başlaya bilərdim. Bir vaxtlar türklər
və köləlik haqqında yazmağı planlaşdırdığım kitabdan özgə, o həyatın maraqlı anları artıq məni
həyəcanlandırmırdı.
Bəzən düşünürdüm ki, Xoca məndəki bu zəifliyi və məqsədsizliyi sezdiyi və zəif cəhətlərimi
anladığı üçün məni alçaldırdı, bəzən də bu cəhətləri yəqinləşdirməsinə şübhə eləyirdim. Hər gün
Padşaha danışdığı hekayələrdən, təfərrüatlarını beynində canlandırdığından və Sultanı mütləq
təsir altına salacağı o inanılmaz silahın xəyallarından və uğurundan elə halbahal idi ki, bəlkə, heç
mənim nələri düşündüyümün fərqinə belə varmırdı. Bir də görürdüm ki, özü-özünə aludə olan
Xocanın bu xoşbəxtliyini qibtəylə izləyirəm. Onu çox istəyirdim, şişirtdiyi uğurundan aldığı o
əldəqayırma coşğunluğu, bitib-tükənməyən planlarını, Padşahı ələ alacağını deyərkən ovcunun
içinə baxmağını çox xoşlayırdım. Belə fikirləşdiyimi özünə etiraf edə bilməzdim, amma
hərəkətlərini, gündəlik davranışlarını izləyərkən, bəzən elə hiss edirdim ki, sanki özümə göz
qoyuram. İnsan bəzən bir uşağın, bir gəncin davranışlarında öz uşağlığını və gəncliyini görəndə
necə ki sevgi və maraqla onu izləyir ha, qorxum və marağım da məhz beləydi, tez-tez
düşünürdüm ki, peysərimdən tutub “mən sənə çevrildim” deyir, amma o günləri ona xatırladanda
Xoca məni susdurur, ya o gün Sultana inanılmaz silaha inandırmaq üçün nələr ediyini danışır, ya
da səhər yuxusunu yozanda Padşahın ağlının necə oğurladığını nağıl eləyərdi.
Pəh-pəhlə danışdığı bu uğurları parlaqlığına mən də istəyirdim ki, inana bilim. Bəzən
xəyallarımın sərhədsizliyinə qapılıb özümü xoşbəxtcəsinə onun yerinə qoyub inanırdım da. O
vaxt onu və özümü, bizi daha çox istəyərdim, xoş bir nağıl dinləyən ağzıayrıq kimi ağzıaçıq
halda danışdıqlarından sehrlənərkən, zənn eləyərdim ki, gələcəkdəki həmin gözəl günlər
haqqında ikimizin də planıymış kimi danışır.48
Sultanın yuxularını yozarkən ona qoşuldum. Xoca iyirmi bir yaşındakı Padşahı, iqtidarı daha
çox sahiblənməyə yönləndirmək üçün qərar vermişdi. Beləliklə, Padşahın yuxularında tez-tez
gördüyü dördnala qaçan atların, sahibsiz olduqları üçün sevincsiz, vəhşi dişlərilə düşmənlərinin
hülqumlarına hücum edən qurdların da, öz işlərini özləri gördüyü üçün xoşbəxt olduqları vaxtlar,
ağlayan yaşlı qadınlarla gözəl kor qızların və qaranlıqda yağış yağarkən sürətlə yarpaqlarını
tökən ağacların onu köməyə çağırdıqlarını, müqəddəs hörümçəklərlə, ecazkar şahinlərin
tənhalığın fəzilətinə işarə elədiyini danışdı. İqtidara yiyə çıxandan sonra istəyirdik ki, Sultan
bizim savadımızla maraqlansın, bundan ötrü qorxularından da istifadə edirdik. Ova marağı
olanlarının çoxu kimi, uzun və yorucu öv səfərlərində gecələr, Padşah ovlananın özü olduğunu
düşünəndə, taxtını itirmək qorxusu ilə yuxusunda öz taxtında, öz uşaqlıq vaxtını görəndə, Xoca
ona danışırdı ki, taxtında həmişə cavan qalacaq və amma həmişə hazırlıqlı olan düşmənlərimizin
planlarından ancaq onlar kimi güclü silah hazırlayaraq qurtula bilər. Babası Sultan Muradın qol
gücünü isbat eləmək üçün bir dəfə qılıncla vuraraq iki yerə böldüyü eşşəyin iki hissəsinin
qaçaraq bir-birindən uzaqlaşmağını, ata nənəsi sayılan Kösəm Sultan adlanan ifritənin onu və
anasını boğmaq üçün dirilib lüm-lüt üstünə gəlməyini, At Meydanındakı çinar ağaclarının
yerində bitən əncir ağaclarından əncir yerinə qanlı cəsədlər sallandığını, üzü onun üzünə oxşayan
pis adamların onu əllərindəki çuvala soxub boğmaq üçün qovaladığını, ya da Üsküdardan dənizə
girən tısbağa ordusunun kürəklərindəki çanağın küləkdən heç cür sönməyən alovlarla saraya
tərəf yeridiklərini Padşah xəyal edəndə, biz onun dövlət işlərindən əl çəkməyini, ovdan və
heyvanlardan başqa, fikrində heç nə olmadığlnı deyənlərin nə qədər haqsız olduğunu düşünür,
mənim səbir və ləzzətlə dəftərə yazaraq təsnifatlaşdırdığım bu yuxuları, hazırlanmalı olan
dəhşətli bir silahın reallaşacağını yozmağa çalışırdıq.
Xocanın fikrincə, yavaş-yavaş onu təsir altına salırdıq, artıq bu işin öhdəsindən gələcəyimizə
inanırdım. Bir rəsədxanada elm mərkəzi qurmaq üçün, təzə bir silah hazırlamaq üçün ondan söz
alıb, coşqunluqla xəyal qurduğu gecələrdən sonra bu mövzuları Sultanla bir dəfə də olsun ciddiciddi danışa bilməmişdi. Vəbadan bir il sonra, Köpürlü öləndə Xoca ümidlənmək üçün yenə bir
bəhanə tapdı: Köpürlünün gücündən və şəxsiyyətindən qorxduğuna görə Sultan beynindəkiləri
reallaşdırmaqdan çəkinirdi, indi baş vəzir öldüyünə və yerinə də atası qədər güclü olmayan oğlu
keçdiyinə görə Padşahdan cəsur qərarlar gözləməyin əsl vaxtıydı.
Ondan sonrakı üç ili bu cəsur qərarları gözləməklə keçirdik. Artıq məni təəccübləndirən şey
xəyalları ilə ovları arasında çaş-baş qalan Sultanın süstlüyü yox, Xocanın hələ ümidini ona
bağlaya bilməsiydi. Bütün bu illər ərzində ümidlərini itirib mənə oxşayacağı günü gözləyirdim”.
Artıq uğur adlandırdığı nəsnədən əvvəlki kimi söz sala bilmir, vəbadan sonrakı aylarda duyduğu
coşğunluğu baxmayaraq ki, duya bilmirdi, amma Sultanı böyük plan adlandırdığı nəsnəylə onu
aldada biləcəyi günün xəyalını hələ də sağlam saxlaya bilirdi. Həmişə bir bəhanə tapırdı:
İstanbulu küllü-küf eləyən o böyük yanğından bir müddət sonra Sultanın böyük planlarla pul
xərcləməyi qardaşını taxta çıxartmaq istəyən düşmənlərinə fürsət yaradırdı, Padşah indi heç bir
şey edə bilmirdi, çünki ordu Macarıstana səfərə çıxmışdı, növbəti ildə də almanlara qarşı hücuma
keçdiklərinə görə gözləyirdik, sonra qurtarması üçün böyük pullar xərclənən və Turxan Sultan və
Padşahla birlikdə Xocanın da tez-tez getdiyi Xaliç sahilindəki o Yeni Validə Məscidinin tikilişi
vardı hələ, sonra da mənim gedə bilmədiyim bitib-tükənməyən ov səfərləri vardı. Mən Xocanın
ovdan qayıtmağını evdə gözləyərkən nəsihətinə qulaq asmağa çalışır, “böyük plan”, yaxud “elm”
adlandırdığı o şey üçün parlaq iddealar axtara-axtara və tənbəl-tənbəl mürgüləyərək səhifələri
çevirərdim.
İcra edilsə də verəcəyi nəticəyə çox da inanmadığım bu planların xəyalları belə məni artıq
sevindirmirdi. Tanışlığımızın ilk illlərində astronomiya, coğrafiya, ya da Şərq elmləri
mövzularında düşündüyümüz şeylərin real bir tərəfi olmadığını Xoca da mənim kimi bilirdi:
Saatlar, alətlər, modellər küncdə unudulub çoxdan paslanmışdı. Hər şeyi onun elm adlandırdığı
bu naməlum işi reallaşdıracağımız günə saxlamışdı, əlimizdə bizi faciədən qurtaracaq böyük bir
plandan daha çox, planın xəyalı vardı. Məni heç alçada bilməyən bu rəngsiz xəyala inana bilmək
və Xocayla birgə ola bilmək üçün bəzən çevirdiyim səhifələrə, ya da ağlıma qəfil gələn
düşüncələrə onun gözüylə baxmağa, özümü onun yerinə qoymağa çalışırdım. Ovdan qayıdanda, 49
məni üstündə baş sındırmaq üçün qoyub getdiyi hər hansı bir mövzuda, təzə bir həqiqəti
aşkarlamışdım, hər şeyi də mənə arxa çevirərək dəyişdirə bilər deyə inamla edərdim; “Dənizin
qabarıb çəkilməyinin səbəbi ona tökülən çayların istiliyi ilə əlaqəlidir” deyəndə, yaxud “Vəba
havadakı toz dənəciklərinə hopur, hava dəyişəndə isə yox olur”, yaxud da “Böyük bir silah
hazırlayıb uzun lüləsi və təkərləri ilə hamını qabağımıza qatıb qovalaya bilmək mümkündür, ya
da, “dünya günəşin ətrafında fırlanır, Günəş də Ayın ətrafında”, deyəndə əynindəki tozlu ov
paltarını dəyişən Xoca həmişə məni xoş-xoş güldürən həminki cavabı verirdi: “Bizim axmaqlar
bu həqiqətdən xəbərsizdirlər!”
Sonra şiddətlə məni də arxasınca sürütləyən qəzəb böhranına qapılır, Padşahın çaşqın
donuzun arxasınca saatlarla at sürməyinin, ya da tazılarına tutdurduğu dovşan üçün göz yaşı
tökməyinin cəfəngiyat olmağından danışar, ov ərzində sözlərinin Sultanın bir qulağından girib
digərindən çıxmağını istəməyə-istəməyə etiraf edər və nifrətlə təkrarlayardı: bu axmaqlar
həqiqətlərin fərqinə nə vaxt varacaqlar? Bu qədər axmağın bir-birini tapması təsadüf idi, yoxsa
zərurət. Niyə bu qədər axmaqdılar?
Beləliklə yavaş-yavaş, “elm” adlandırdığı nəsnəyə, bu dəfə onların beyinlərinin içini başa
düşmək üçün, təzədən başlamalı olduğunu hiss edirdi. Bir stolun arxasında oturub, bir-birimizə
nifrət edərək, bir-birimizə oxşadığımız o gözəl günləri ağlıma saldığı üçün mən də bu “elm”ə
girişməyə həvəsləndim, amma ilk sınaqlardan sonra başa düşdük ki, artıq işlər əvvəlki kimi
deyildi.
Bir dəfə, onu hara, nəyə görə sıxışdırılacağımı bilmədiyimə görə heç cür üstünə gedə
bilmirdim. Ən vacibi hiss edirdim ki, ağrıları və məğlubiyyəti sanki mənim ağrılarım və
məğlubiyyətlərim idi. Bir dəfə inanamasam da burdakıların axmaqlığını şişirdilmiş örnəklərlə
xatırladandan, onlar qədər özünün də məğlubiyyətə məhkum olduğunu hiss etdirəndən sonra ona
göz qoydum: Baxmayaraq ki, hiddətlə mənim əleyhimə hərəkət edir, məğlubiyyətin məcburi
olmadığını, onlardan əvvəl başlayıb bu işlərlə məşğul olsaq, sözgəlişi deyirdi ki, bu silah planını
həyata keçirdə bilsək, üstümüzə doğru axıb bizi arxaya aparan çayın axınını yenə də geriyə
çevirə bilərdik, planlarından yox, ümidsiz olanda etdiyi kimi, “planlarımızdan” danışaraq məni
sevindiridi, amma yaxınlaşan və qaçılmaz məğlubiyyətin dəhşəti onu bürümüşdü: Onu kimsəsiz
bir uşağa bənzədirdim, mənə köləliyin əvvəlki illərini xatırladan qəzəbini və hüznünü çox
xoşlayırdım, mən də onun kimi olmaq istəyirdim. Otağın içində var-gəl edərkən, qaranlıqda,
yağışın altındakı palçıqlı küçəyə, yaxud da Xaliç sahilindəki bir-iki evin hələ də yanan solğun və
titrəyən işıqlarına baxırdı, sanki orada ümid bağlanılması mümkün olan yeni bir işartının izlərini
axtarırdı, düşünürdüm ki, otağın içində qıvrılaraq gəzinən Xoca yox, mənim gəncliyimdi. Bir
vaxtlar mən olan bu adam, məni tək qoyub getmişdi, küncdə mürgələyən mən isə sanki
həyəcanımı təkrarən özmdə tapa bilmək üçün ona diqqətlə baxırdım.
Qurtarmaq bilməyən və özünü təkrarlayan bu həyəcan hissindən artıq bezmişdim. Baş
münəccim olandan sonra Gəbzədəki torpaqları böyümüş, gəlirimiz də artmışdı. Padşahla
boşboğazlıq edib vaxt keçirməyindən özgə, bir işlə məşğul olmağına da ehtiyac yox idi. Arada
bir Gəbzəyə gedib sınıq-salxaq dəyirmanları və hamıdan əvvəl bizi yekə çoban itlərinin
qarşıladığı kəndləri gəzərək gəlirlərini yoxlayır, qeydlərə nəzər salaraq eşikağasının bizi nə qədər
aldatdığını anlamağa çalışır, bəzən gülüşərək, əksər vaxt da sıxıntıyla ah çəkərək Padşah üçün
əyləncəli risalələr yazır, başqa heç bir iş də görmürdük. Mən israr eləməsəydim, bəlkə, gözəl
vaxt keçirib, axırda, gözəl qoxulu qadınlarla yatdığımız o yerləri də qaydasına saldırmayacaqdı.
Əsəblərini daha da pozan şey Almaniya səfəri idi, Girit Qalasıydı, orduların və paşaların
İstanbulu yiyəsiz qoymağından və anasının da ona sözünü keçirə bilməməyindən cəsarətlənən
Padşahın, saraydan qovulan bütün çənəbaz çoxbilmişləri, təqlidçiləri, alçaqları ətrafına
toplamasıydı. Nifrət ettdiyi və zəhləsi gedən bu saxtakarlardan özünü ayırmaq və üstünlüyünü
onlara da qəbul elətdirməkdən ötrü Xoca onların arasına girməməkdə qərarlı idi, amma Padşahın
israrı ilə bir-iki dəfə danışıb mübahisə etdikləri şeyləri dinləmək məcburiyyətində qaldı.
Heyvanların ruhu ola bilərdmi, hansının ruhu var, hansı cənnətə, hansı cəhənnəmə gedir,
balıqqulağı erkəkdir, yoxsa dişi, hər səhər çıxan günəş təzə günəşdirmi, yoxsa axşam batan
günəş arxadakı yoldan fırlanıb sabah digər tərəfdən başını çıxarır, bu tipli mövzuların danışıldığı 50
bu yığıncaqlardan gələcəkdən ümidini üzərək çıxar, nəsə eləməsək, yaxın vaxtlarda Padşahın da
əldən gedəcəyini deyərdi.
Bizim planlarımızdan, bizim gələcəyimizdən danışdığı üçün sevinclə ona qoşulurdum. Bir
dəfə Sultanın fikrinin nədən ibarət olduğunu anlamaq üçün mənim illlərdir tutduğum dəftərləri,
gördüyüm yuxuları, xatirələrimizi açıb tökdük. Sanki şkafın siyirmələrindən çıxan xırdaxuruşları yığışdırırdıq. Padşahın ağlının istiqamətini tutmağa çalışırdıq, nəticə çox da ümidverici
deyildi: Xoca hələ də bizi xilas etməli olan o dəhşətli silahlardan, ya da fikrimizdə tez bir
zamanda həll etməli olduğumuz sirlərdən baxmayaraq ki, danışa bilirdi, amma artıq elə
davranırdı ki, guya daha yaxınlaşmaqda olan qorxunc bir iflasın da fəriqində deyil. Bu haqda
aylarca çənə yorduq.
Süqutdan, imperatorluğun əlindəki ölkələri bir-bir itirməsini başa düşürdükmi?
Xəritələrimizi masanın üstünə sərər, əvvəlcə hansı ölkənin, sonra hansı çaylarla hansı dağların
əldən gedəcəyini təyin edərdik. Yoxsa süqut, insanların və inancların fərqinə varmadan
dəyişməsi demək idi? Bütün istanbulluların bir səhər isti yataqlarından başqa bir insan kimi
qalxdıqlarını gözümüzün qabağına gətirdik, paltarlarını bilmirdilər ki, necə geyinsinlər,
minarələrin nə üçün istifadə edildiyini xatırlaya bilmirdilər. Bəlkə, bu süqut, digərlərinin
üstünlüyünü görərək onlara oxşamaq demək idi: Belə olanda mənə Venesiyadakı həyatımdan bir
fraqment danışdırar, sonra, burdakı tanışlarından bəzilərinin başında şapkalar, əyinlərində
şalvarlarla mənim xatirələrimi təkrarən yaşadıqlarını xəyalımızda canlandırardıq.
Qurarkən vaxtın necə keçdiyini bilmədiyimiz bu xəyalları sonuncu xilas yolu kimi Paşaya
bildirməyə qərar verdik. Deyirdi ki, xəyalların ən incə detalları ilə canlandırılan bütün o süqut
səhnələri, bəlkə, onu təlaşa salar. Beləliklə, səssiz və qaranlıq gecələr ərzində aylarla hüzn və
ümidsiz sevinclə planlaşdırdığımız o məğlubiyyət və süqut xəyallarından yaranan, bütün o
boynubükük kasıbları, palçıqlı yolları, yarımçıq qalmış tikililəri, qaranlıq və qəribə küçələri, hər
şey əvvəlki kimi olsun deyə başa düşmədikləri duaları oxuyanları, dərdli analarla yazıq ataları,
başqa ölkədə hazırlanan və yazılanları bizə başa salmağa ömürləri çatmayan bədbəxtləri,
işləməyən alətləri, o gözəl günlərə mərsiyə oxuyan gözüyaşlıları, bir dəri bir sümük olan küçə
itlərini, torpaqsız kəndliləri, şəhərdə boş-boş gəzən işsizləri, oxuyub yaza bilməyən şalvarlı
müsəlmanları və sonu məğlubiyyətlə bitən bütün müharibələri kitaba doldurduq. Kitabın başqa
bir hissəsinə mənim solğun xatirələrimi: anam, bacım və qardaşımla Venesiyada olanda və
məktəb illərində başıma gələn xoşbəxt və ibrətamiz hadisələrdən bir-ikisini yazdıq. Bizi
məğlubiyyətə düçar edəcək adamlar bu cür yaşayırdılar, biz də onlardan əvvəl başlayaraq bu cür
etməliydik. Solaxay xəttatımızın ağlamaya yazdığı nəticə hissəsində isə Xocanın çox xoşuna
gələn şkaf bənzətməsiylə beyinlərimizin sirli müəmmasının qarışıq sıralarına giriş sayıla bilən
qafiyəli bir şeir vardı. Qürurlu və səssiz adlandıra biləcəyim bu şeirin incə tərzi, Xocayla birgə
yazdığımız kitab və risalələrin ən yaxşısını hüzünlə tamamlayırdı.
Xoca kitabı Sultana verəndən bir ay sonra ondan bu dəhşətli silahın hazırlanmasına
başlamaq üçün əmr aldı. Təəccüb içindəydik, uğurumuzun nə qədərini bu kitaba borclu
olduğumuza heç cür qərar verə bilmirdik.51
9
“Düşmənlərimizi darma-dağın edəcək silahı hazırla, bir baxaq” deyərkən, bəlkə də, Sultan
Xocanı sınayırdı, bəlkə də, hansısa yuxunu görüb Xocadan gizlətmişdi, bəlkə, təzyiq göstərən
anasına və paşalara, ətrafına yığdığı o çoxbilmişlərin əllərindən bir iş gəldiyini göstərmək
istəyirdi, bəlkə də, vəbadan sonra başqa Xocanın bir möcüzə də yaradacağını düşünürdü, bəlkə,
də kitabımıza doldurduğumuz o süqut xəyallarından, həqiqətən də, təsirlənmişdi, bəlkə də,
süqutdan çox, bir neçə dəfə ordunun uğursuzluğundan sonra qorxduğu kimi, onun yerinə
qardaşlarını hakimiyyətə gətirmək istəyənlərin onu taxtdan salacağını düşünərək narahat
olmuşdu. Bütün bunları Padşahın silahı təkmilləşdirək deyə gəlirlərini bizə həvalə etdiyi
kəndlərindən, zeytunluqlarından əldə edəcəyimiz çoxlu pulları təəccüblənə-təccüblənə
hesablayarkən düşünürdük.
Nəhayət, dedi ki, təəccüblənməli olduğumuz şey elə çaşbaş olmağınızdır: illərdir Sultana
danışdığı o əhvalatlar, yazdığımız risalələr və kitablar doğru deyildimi ki, onlara inananda belə
şübhələnirdik. Hələ bundan başqa: Padşah beynimizin içindəki o müəmmalarda nələrin olduğu
ilə maraqlanmağa başlamışdı. Xoca həyəcanla məndən soruşurdu: bu, illərdir gözlədiyimiz uğur
deyilmi?
Bu idi, üstəlik bu dəfə uğurumuzu bölüşərək işə başlamışdıq, işin nəticəsini onun qədər
gözləmədiyim üçün mən də xoşbəxt idim. Silahı təkmilləşdirdiyi sonrakı altı il, ən təhlükəli
illərimiz oldu. Barıtla işlədiyimiz üçün, qısqanc düşmənlərimizin bizmlə həsədi olduğuna görə,
hər kəs səbirsizliklə uğurumuzu, yaxud da məğlubiyyətimizi gözlədiyi üçün, biz də həmin şeyləri
qorxuyla gözlədiyimizə görə təhlükədəydik.
Əvvəlcə masanın araxasında işləyərək vaxtımızı hədər yerə keçirdiyimiz bir qış keçdi.
Həyəcanlıydıq, həvəsliydik, amma silahın fikrindən və onun düşmənlərmizi qabağına qatıb necə
qovalayacağını düşünərkən müəmma olan o naməlum və təsvirsiz detallardan başqa əlimiz də
heç bir şey yox idi. Sonra barıtla işləməyə və açıq havaya çıxmağa qərar verdik. Eynən birgə
atəşfəşanlıq hazırladığımız həftələrdəki kimi, biz hündür ağacların altındakı sərin kölgəliklərə
çəkilərkən, işçilərimiz bizim reseptlərini hazırladığımız qarışıqları uzaqda partladırdılar.
Müxtəlif gurultu səsləri ilə çıxan rəngbərəng dumanları izləməyə, İstanbulun dörd bir tərəfindən
maraqlananlar gəlirdi. Daha sonra hazırladığımız topların, uzun lülələrin hədəflərimizin və
çadırlarımızın yerləşdiyi çayırın ətrafı maraqlanan adamlarla dolu olurdu. Yayın axırında bir gün
qəfildən Sultan gəldi.
Onun üçün də atəşfəşanlıq həyata keçirdik, yeri-göyü inildətdik, yaxşı sıxışdırılmış barıt
qarşıqları üçün hazırlatdırdığımız gilizləri, güllələri, təzə topları və hələ hazırlanmamış lülələrin
qəlib planlarını, öz-özünə alovlanan mexanizmlərin eskizlərini bir-bir göstərdik. Onlardan çox
mənimlə maraqlandı. Əvvəlcə Xoca məni Padşahdan çox uzaqda saxlamaq istəmişdi, amma
nümayiş başlayanda, mənim də onun kimi əmrlər verdiyimi, adamlarımızın Xoca qədər də
məndən söz soruşduğunu görəndə mənimlə maraqlanıb.
On beş il sonra, ikinci dəfə hüzuruna gedəndə, Padşahın məni əvvəlcədən tanıdığını, amma
indi mənə kimliyini tam müəyyənləşdirə bilmədiyi və gözübağlı daddığı meyvənin hansı meyvə
olduğunu müəyyənləşdirməyə çalışan biri kimi baxdı. Ətəyini öpdüm. İyirmi ildir burda
olduğumu, amma hələ müsəlman olmadığımı biləndə qəzəbləndi. Fikri başqa bir şeydə idi:
“Deməli, iyirmi il?” dedi. “Qəribədi!”. Sonra məndən bu sualı soruşdu: “Bunları ona sən
öyrədirsən?”. Amma bunu mənim cavabımı öyrənmək üçün soruşmamışdı, barıt və qırma
qoxuyan dağınıq çadırımızdan çıxıb gözəl ağ atına tərəf yeriyirdi, birdən dayandı, həmin vaxt
yan-yana dayanan bizə, ikimizə tərəf çevrildi və Allahın insan nəslinin qürurunu qırmaq,
mənasızlığını bir-birinə bildirmək üçün yaratdığı o əvəssiz gözəlliklərdən birini, qüsursuz bir
ləçəri, ya da sanki eynən bənzəyən ekiz qardaşları görmüş kimi gülümsədi.
Gecə onu düşündüm, amma o Xocanın istədiyi kimi deyil. Xoca hələ də ondan nifrətlə
danışırdı, mənsə ona nifrət edə bilməyəcəyimi, ona yuxarıdan-aşağı baxa bilməyəcəyimi
demişdim: rahat, gülərüz, ağlına gələn hər şeyi deyən o ərköyün uşaqdan xoşum gəlmişdi. Mən 52
də onun kimi olmaq istəyirdim, ya da onunla dost olmaq istəyirdim. Xocanın əsəb böhranı
keçirəndən sonra, yatağımda yatmağa hazırlaşanda düşünürdüm: sanki Padşah aldadılmalı adam
deyildi, ona hər şeyi demək istəyirdim. Amma həmin hər şey nə idi?
Marağım qarşılıqsız deyildi. Bir gün Xoca, Padşahın səhər özüylə birlikdə məni də
gözlədiyini ürəksiz deyəndə mən də onunla getdim. Dəniz və yosun qoxan o gözəl payız
günlərindən biriydi. Bütün günümüzü, tökülən qırmızı yarpaqlarla əhatələnmiş böyük bir
qoruqda, cökə və çinar ağaclarının altındakı su zanbağı olan hovuzun ətrafında keçirdik. Sultan
istədi ki, hovuzu ağzınacan ləbələb dolduran qurbağalardan danışaq. Xoca ona üz vermədi,
xəyaldan və gözəlliklərdən uzaq bir-iki basmaqəlib söz danışdı. Məni çox təəccübləndirən bu
ərköyünlüyə Sultan baş qoşmadı. Daha çox mənimlə maraqlandı.
Beləliklə, qurbağaların sıçrama marağını, qan dövranını, bədənlərindən qopsa da, uzun
müddət döyünən ürəkləri, yedikləri milçək və böcəklər haqqında uzun-uzadı danışdı. Bir
yumurtanın hovuzdakı yetkin qurbağalara bənzəmək üçün keçirdiyi böyümə prosesini göstərmək
üçün kağız-qələm istədim. Yaqutla bəzənmiş gümüş bir mürəkkəbqabının içində gətirilən gümüş
qələm dəsti ilə şəkilləri çəkərkən Padaşah çox maraqlanırdı. Yadımda qalan qurbağalı nağılları
əylənə-əylənə dinlədi, növbə qurbağa öpən şahzadəyə gələndə öyüyərək üzünü turşutdu, amma
Sultan, Xocanın danışdığı kimi axmaq bir cavana heç oxşamırdı, daha çox həyata elm və sənətlə
addımlamaq istəyən, ağllı-başlı yetkin kimi, görünürdü. Xocanın qaş-qabağını tökərək keçirdiyi
həmin gözəl saatların sonunda Padşah əlindəki qurbağa şəkillərini baxaraq mənə belə dedi:
“Hekayələri sənin uydurmağından onsuz da şübhələnirdim. Deməli, şəkilləri də sən
çəkirsənmiş”. Sonra məndən bığlı qurbağaları soruşdu.
Padşahla əlaqəm, bax, belə başladı. Artıq hər dəfə Xocayla birgə mən də saraya gedirdim.
Əvvəllər Xoca çox da danışmırdı, daha çox Padşahla mən danışırdım. Sultanla yuxulardan,
həyəcanlarından, qorxularından və keçmişdən və gələcəyindən danışarkən, qarşımdakı bu
zarafatcıl, idarklı adamın, illərdir Xocanın mənə danışdığı Padşaha nə qədər bənzədiyini
düşünürdüm.
Ustalıqla soruşduğu suallardan, hiyləgərliyindən də, Padşahın ona təqdim olan kitablara
əsalanaraq, Xocanın nə qədər Xoca, nə qədər mən, mənim nə qədər mən, nə qədər Xoca
olduğumuzu bilmək istədiyini anladım. O vaxt Xoca, axmaqlıq kimi qəbul etdiyi bu maraqla
maraqlanmayaraq toplarla və hazırlatdırmağa çalışdığı uzun lülələrlə məşğul idi.
Toplarla işləməyə başlalamışdan altı ay sonra, bu işlərə burnumuzu soxmağımızın top
atıcısını əsəbiləşdirdiyini, adamın ya özünün vəzifədən uzaqlaşdırılmağını, ya da yenilik
edəcəyəm deyə topçuluq sənətini rüsvay edən biz dəlilərin İstanbuldan qovulmasını istədiyini
öyrənəndə Xoca narahat oldu, üzləşməyə hazır görünən top atıcısı ilə razılaşmaq üçün çıxış yolu
axtarmadı. Bir ay sonra, Padşah bizə silahı təkmilləşdirmək üçün toplardan başqa vasitələr
tapmağımızı buyuranda Xoca çox da pis olmadı. İkimiz də artıq bilirdik ki, tökdürdüyümüz yeni
toplar, lülələr illərdir istifadə olunan köhnələrindən üstün deyil.
Beləliklə, Xocaya görə, artıq hər şeyi təzədən qurub yaradacağımız yeni dövürə qədəm
qoymuşduq, amma əsəbinə və arzularına artıq vərdiş elədiyim üçün, mənə təzə görünən şey
ancaq Padşahı tanımaq idi. Padşah da bizi tanıdığına görə xoşbəxt idi. Daşları qarışdıraraq
davaşan iki nəfəri “bu sənin, bu da sənin” deyərək bir-birindən ayıran diqqətli bir ata kimi, o da
sözlərimiz və davranışlarımıza göz qoyaraq, bizi bir-birimizdən ayırırdı. Bəzən uşaqcasına,
bəzən də idrakla hər şeyə göz qoymağı məni təəccübləndirirdi: Şəxsiyyətimin məndən ayrılıb
Xocanın şəxsiyyətinə, Xocanın şəxsiyyətinin də mənimkiylə biz fərqinə varmadan birləşdiyinə,
Padşahın da bu xəyali varlığı öz yerinə qoyaraq bizi bizdən daha yaxşı tanıdığına az qalırdım ki,
inanım.
Yuxularımı yozanda, ya da o ərəfələrdə ancaq xəyalları ilə əlləşdiyimiz yeni silahdan da
danışarkən, Padşah qəfil durub ikimizdən birimizə tərəf çevrilərək, dedi: “Xeyr, bu sənin deyil,
onun düşüncəsidi”. Bəzən də hərəkətlərimizi bir-birindən ayırırdı: “İndi onun kimi baxırsan,
özün kimi bax!”. Mənə təəccüblə gülümsəyərək əlavə edərdi: “Bax, belə, afərin. Siz heç ikiniz
birgə aynaya baxmısınız?”. Aynaya baxarkən hansımızın, əsl özü olmağımıza nə qədər dözə
bildiyimizi soruşardı. Bir dəfə də illərdir ona yazıb verdiyimiz o risalələri, heyvanlarla bağlı 53
kitabları, təqvimləri gətirtdi, səhifə-səhifə çevirib oxuyarkən hansı hissəsinin hansımız yazdığını,
harasını hansımızın özünü digərinin yerinə qoyaraq düşündüyün dedi. Amma Xocanı
əsəbiləşdirən, məni də tilsimə salaraq təəccübləndirən şey, biz yanında olanda hüzuruna
çağırtdırdığı o təqlidçi idi.
Bu adamın nə üzü, nə də bədəni bizə oxşayırdı, qısaboy və kök idi, pal-paltarı da fərqli idi,
amma danışmağa başlayanda qorxdum: Sanki o yox, Xoca danışırdı. Onun kimi, sirri faş edirmiş
tək, Padşahın qulağına sarı əyilir, onunsayaq diqqətli və düşüncəli tövrüylə incə məqamlardan
danışarkən səsini qalınlaşdırırdı, belə edərkən eynən onun kimi dediklərinin həyəcanına qapılıb
əlini qolunu qarşısındakını inandırmaq üçün, əsəbi-əsəbi yelləyərkən lap yaxında dururdu, amma
Xocanın vurğuları ilə danışarkən ulduzlarla, dəhşətli silahlarla əlaqəli dərdini danışmır, ancaq
saray mətbəxində öyrəndiyi yeməklərin və onları bişirmək üçün lazım olan şey-şüyün və
ədviyyatın adlarını sayırdı. Padşah gülümsəyərkən təqlidçi Xocanın üzünü qara edən işinə,
İstanbulla Hələb arasındakı mənzilləri bir-bir sayaraq davam elədi. Sonra Padşah təqlidçidən
xahiş elədi ki, onu da yamsılasın. Təəccüblü-təəccüblü ağzıaçıq mənə baxan o adam mən idim:
Özümü itirmişdim. Padşah yarısının Xoca, yarısının da mən olan biri kimi bizi təqlid etməsini
istəyəndə tilsimləndim. Adamın hərəkətlərini izləyərkən, eynən Padşah kimi mənim də içimdən
“bu mənəm, bu da Xoca” demək keçirdi, amma təqlidçi barmağı ilə bizi işarə edə-edə bu işi özü
görürdü. Padşaha təşəkkür edib təqlidçini yola salandan sonra, bizə buyurdu ki, bu, haqda bir də
düşünək.
Bu söz hansı mənanı kəsb edirdi? Axşam Xocaya Padşahın mənə illərdir danışdığı insandan
daha çox idraklı olduğunu deyirdim, onu çəkmək istədiyi istiqamətə Sultan artıq öz istəyiylə
gedirdi, Xoca yenə də qəzəb böhranına qərq olmuşdu. Bu dəfə ona haqq qazandırırdım,
təqlidçinin hünəri dözüləsi bir şey deyildi. Xoca dedi ki, bundan sonra çətinə düşmədikcə saraya
ayaq basmayacaq. İllərdir gözlədiyi fürsəti, nəhayət, əlinə keçirtmişkən o axmaqların arasına
soxulub əzişdirilməyə artıq heç niyyəti yox imiş. Onun dediyinə görə, Padşahın maraqlarını
bildiyim, o həlləm-qəlləmliklərdən baş çıxardığım üçün saraya onun yerinə mən getməliydim
Xocanın xəstələndiyini deyəndə Sultan mənə inanmadı. Sultan dedi: “Silahı hazırlamaq
üçün işləsin”. Beləliklə, Xocanın silahı hazırlayıb işə sala bildiyi o dörd ildə saraya mən getdim,
o da əvvəllər mənim elədiyim kimi, evdə öz xəyalları ilə qaldı.
Həyatın nəyisə gözləməli yox, dadıçıxarılası bir şey olduğunu bu dörd ildə öyrəndim.
Padşahın Xoca kimi, mənə də dəyər verdiyini görənlər, demək olar ki, hər gün keçirilən o
mərasimlərə, əyləncələrə məni də çağırırdılar. Bir gün vəzirin qızı evlənir, bir başqa gün
Padşahın uşağı doğulur, sonra oğulları sünnət olunur, səhəri gün macaralardan alınan bir qala
üçün mərasim keçirilir, sonra şahzadə məktəbə getməyə başladı deyə mərasimlər olur, həmçinin
ramazan və bayram şənlikləri də başlayırdı. Əksər günlərdə davam edən bu şənliklərdə yağlı ət
və plov tıxışdırmaqdan, şəkərdən və fıstıqdan hazırlanmış aslanlardan, dəvəquşularından, su
pərilərindən yeməkdən tez bir zamanda kökəldim. Günlərimin çoxu, ürəkləri gedənədək güləşən
yağlı güləşçilərə, məscidin minarələrinin arasında asdıqları ipə çıxıb kürəklərinə qoyduqları
çubuqla oynayan, dişləri ilə at nalını qıran, orasına-burasına bıcaqlar, şişlər batıran
kəndirbazlara, cübbələrindən ilanlar, göyərçinlər, meymunlar çıxardan, əlimizdəki fincanları,
cibimizdəki pulları qaşla göz arasında yox edən hoqqabazlara, söyüşlərindən ləzzət aldığım
Qaragözlə Hacivətə baxmaqla keçirdi. Gecələr fişəng atışmaları yoxdursa, hamının çıxıb getdiyi
o saraylardan, evlərdən birinə, çoxunu da o günlərdə tanıdığım təzə dostlarımla birgə gedər,
saatlarla arağın özünə belə sağlıq deyib, araq içərək musiqi dinləyəndən sonra, yuxulu ceyranları
yamsılayan gözəl rəqqasələrlə, su üstündə yeriyə-yeriyə oynayan yaraşıqlı rəqqaslarla, yanğılı
səsləri ilə ürəklə şən mahnılar oxuyan müğənnilərlə qədəh toqquşduraraq əylənirdim.
Məni də o elçilər qalan evlərdə görmək istəyirdilər, buna görə o evlərə də tez-tez gedir,
sevimli qızlarla oğlanların oynadıqları baletə baxandan, ya da Venesiyadan gətirilmiş musiqi
qrupunun ən axırıncı və dəbdə olan musiqilərinə qulaq asandan sonra, yavaş-yavaş artan adsanımın ləzzətini çıxardırdım. Səfirliklərdə yığışan avropalılar, başıma gələn o dəhşətli
sərgüzəştləri məndən soruşardılar, nə qədər zülm çəkdiyimi, necə müqavimət göstərdiyimi, hələ
də necə dözdüyümü bilmək istəyirdilər. Bütün həyatımı dörd divar arasında mürgüləyərək və 54
mənasız kitablar oxumaqla keçirdiyimi gizlədər, tanımaq istədikləri bu qəribə diyar haqqında,
eynən Sultana etdiyim kimi, vərdiş edərək uydurduğum dəhşətli əhvalatları danışardım. Ancaq
evlənməmişdən əvvəl atalarını görməyə gələn gənc qızlar, yaxud mənimlə əlləşən səfir
arvadların yox, bütün o ayağısürüşkən elçilər, katiblər uydurduğum qanlı din və vəhşət
əhvalatlarını, hərəm və eşq intiriqalarını heyranlıqla dinləyirdilər. Çox təzyiq göstərsələr, elə
ordaca tez-bazar uydurduğum bir-iki dövlət sirrini qulaqlarına pıçıldayar, Sultanın heç kəsin
bilməyəcəyi qəribə vərdişlərinin olduğunu deyərək onu bəzəyirdim. Daha çox məlumat almaq
istəyəndə özümü qaldırıb dağın başına qoymaqdan xoşum gəlirdi, elə görünürdüm ki, guya hər
şeyi deməyəcəyəm, Xocayla bizi oxşatmağa səy göstərən bu axmaqları daha da maraqlandıraraq
susurdum. Amma bilirdim ki, onlar elm tələb edən böyük və təsirli bir planla, çoxlu pullar tələb
edən naməlum bir silah hazırlamaq istədiyimi öz aralarında danışırlar.
Gördüyüm gözəl bədənlərinin xəyalları ilə, içdiyim içkilərin təsiri ilə başılovlu, bu evlərdən,
saraylardan axşam evə qayıdanda görürdüm ki, Xoca iyirmi ildir işlədiyimi masanın arxasında
oturub işləyir. Onda indiyədək heç vaxt görmədiyim qədər sürətlə işləyirdi, masanın üstü başa
düşə bilmədiyim qəribə şəkillərlə, rəsmlərlə, əsəbi və tələsik əlyazmalarla doldurduğu kağızlarla
doluydu. Məndən istəyirdi ki, gün ərzində etdiklərimi, gördüklərimi ona danışım, amma o bir
qədər sonra ona arsız və axmaqcasına təsir bağışlayan əyləncələrdən çimçinərək sözümü kəsər
və “bizlərdən və onlardan” söz salaraq mənə planlarını danışardı.
Bir də yenə deyirdi ki? hər şey, beynimizin içiylə əlaqəldir, bütün planlarını bununla
əsaslandırmışdı, beyin adlandırdığımız xırda-xuruşlarla dolu qabın simmetriyasından, yaxud da
qarmaqarışıqlığından həyəcanla danışırdı, amma buna əsasən bütün ümidlərini, ümidimizi
bağladığı o silahı hansı formada haz;rılayacağını anlaya bilmirdim. Zənn edirdim ki, bunu nə
başqa bir adam, nə də bəzi vaxtlar düşündüyüm kimi hətta özü belə başa düşə bilməyəcək.
Kimsə mənə pıçıldayırdı ki, bir gün kimisə beynimizin içini açaraq bütün bu düşündüklərimizi
təsdiqləyəcək. Vəba olan günlərdə ayanaya birlikdə baxarkən, hiss elədiyi böyük bir həqiqətdən
danışdı, indi hamısı beynində aydınlaşmışdı, bax silah da bu həqiqətin təsdiqi idi! Sonra bu
həyəcanlı sözlərdən çox da məna dərk etməyən mənə, əsəbi barmaqlarının ucuyla kağızların
üstündəki qəribə və naməlum bir ölçünü göstərərdi.
Hər göstərəndə bir az daha təkmilləşdiyin gördüyüm bu forma, sanki mənə nəsə xatırladırdı.
Rəsmin ancaq “Şeytani” adını verə biləcəyim o qara ləkəsinə baxarkən, qəfil gördüyüm şeyi
nəyə oxşatdığımı elə bilirdim ki, deyəcəyəm, amma dilim-ağzım quruyaraq, ya da bir oyun
oynadığını düşünərək susardım. Əsas mətləblərim kağızların arasına dağılan, hər dəfə bir az da
təkmilləşərək dəqiqləşən bu formanı ən axırda, illərlə toplanan bütün o pulları və insan əməyi
sərf edərək reallaşdığı o dörd il ərzində, həmişə belə gördüm. Bəzən gündəlik həyatda, bəzən
yuxularımızda, bir-iki dəfə də bir-birimizə xatirələrimizi danışdığımız vaxtlarda gördüyümüz,
ya da haqqında danışdığımız bir şeyə bənzədirdik, amma ağlımdan keçənləri izah edəcək bir
addım ata bilməz, düşüncələrimin naməlumluğuna boyun əyərək, silahın sirrini mənə özünün
açacağını boş-boşuna gözləyərdim. Dörd il sonra o kiçik ləkə bütün İstanbulun haqqında
danışdığı böyük bir məscid boyda olan o qəribə varlığa, o qorxunc görünüşə, Xocaya görə həqiqi
bir silaha çevrildiyi vaxt belə, hər kəs onu bir şeyə oxşadanda, mən Xocanın silahı gələcəkdəki
zəfəri haqqında əvvələr danışdığı təfərrüatların arasında itib-batırdım.
Saraya getdiyim vaxtlarda, ən parlaq və qorxuducu təfərrüatların eynən yaddaşımızın inadla
unutmaq istədiyi yuxunu, insanın xatırlamaq istədiyi kimi Sultana təkrarən deməyə çalışır,
Xocanın mənə Allah bilir neçənci dəfə danışdığı o təkərlərdən, çarxlardan, qübbəllərdən, barıt və
linqlərdən danışardım. Sözlər mənim sözlərim deyildi, danışdıqlarımda Xocanın atəşli sözlərinin
həniri belə yox idi, amma yenə də gördüm ki, Padşah təsirlənir. Normal insan saydığım bu
adamın bu baş-ayaq söz yığnağından, mənim də ancaq loru dildə fikrimi ifadə edə bildiyim
Xocanın o çoşqulu zəfər və qurtuluşla bağlı şeirindən ümidlənməsi məni də təsirləndirdi. Padşah
evdə olan Xocanın, eynən mən olduğumu deyərdi. Fikrimi əməlli-başlı qarışdıran zəka
oyunlarına artıq vərdiş eləmişdim. Düşünürdüm ki, mənim Xoca olduğumu deyəndə, heç bir şey
başa düşməməyim daha yaxşı idi, çünki bir qədər sonra iddia elədi ki, bütün bunları Xocaya mən
öyrədirəm. İndiki kimi utancaq deyilmiş, amma bunları edən mən əvvəlcədən Xocanı 55
dəyişdirmişəmmiş! Düşünürdüm ki, o günki əyləncələrdən, heyvanlardan, şənliklərdən, ya da
planlı şəkildə edilən tacir ələsalmalarından danışaq. Sonra, Padşah dedi ki, hamı bilir ki, bu silah
planlarının araxasında sən dayanırsan.
Məni ən çox qorxudan da elə bu idi. Xoca, illərdir ortalıqda görünmürdü, onu demək olardı
ki, unutmuşdular, iqamətgahlarda, saraylarda, şəhərin içində, Padşahın yanında ancaq-tez-tez
məni görürdülər, artıq məni qısqanırdılar! Ancaq haqqında söz-söhbət günbəgün artan bu
naməlum silah planına əvvəlcə kəndin, zeytunluğun, xanın gəliri bağlandı deyə, Sultana bu qədər
yaxın olduğuma görə deyil, bu silahla başqalarının işinə burnumuzu soxuruq deyə, məni
kafirlərin əlaltısı sayırdılar. Etirafların qulaq asanda narahatlıqlarımı Xocaya da, Sultana da
açardım.
Amma tam mənada oralı ola bilməzdilər. Xoca planlarına qərq olmuşdu! Gəncin arzusuna
həvəslənən qocalar kimi, mən də onun qəzəbinə həvəslənirdim. Kağızların üstündəki o naməlum
və qara ləkəni dəqiqliyi ilə öyrənib təkmilləşdirərkən, məni qorxudan, bir ucu mənim köhnə
planlarıına çevrildiyi planlara da çoxlu pul tökərək, heç bir güllənin batmayacağı qədər poladlar
tökdürdüyü axır aylarda, ona danışdığım pis dedi-qodulara qulaq da asmazdı, ancaq bu
söhbətlə\rin danışıldığı səfir qonaqlarıyla maraqlanardı: bu səfirlər necə insanlardır, başları necə
işləyir, bu silah üçün nəsə düşünürdülərmi və.s Və ən vacibi: Sultan nəyə görə dövləti o
ölkələrdə davamiyyətli təmsil edən səfirlər yollamağı düşünmür? Özünün bu vəzifəyə
yiyələnmək istədiyini, onların içində yaşamaq və bu axmaqlardan xilas olmaq istədiyini
sezirdim, amma planını reallaşdırmaqda çətinlik çəkdiyi, tökdürdüyü poladların çatladığı, ya da
pulun çatışmadığı ümidsiz günlərdə belə bu istəyindən açıq-aşkar danışmırdı. Ancaq bir-iki dəfə
“onların” yetişdirdiyi elm adamları ilə əlaqə yaratmaq istədiyini ağzından qaçırtdı, ağlımıza
uyğun zənn etdiyi həqiqətləri, bəlkə, onlar başa düşərdilər, venesiyalı, florensiyalı yaxud da
növbəti hansı ölkə ağlına gəlsə, bax o uzaq ölkələrin elm adamları ilə məktublaşmaq istəyirdi.
Görəsən onların ən yaxşıları hansılardı, harada yaşayırlar, onlarla necə yazışmaq olar, bunları
elçilərdən öyrənə bilərəmmi? Başlı-başına buraxdığım və reallaşmaqda olan silahla çox da
marqlanmadığım o ərəfələrdə, düşmənlərimzə ləzzət verəcək bir bədbinliyin izlərini daşıyan bir
istəyi unutdum.
Düşmənlərimizin dedi-qodularına Padşah da qulaq asırdı. Xocanın silahı sınaqdan keçirmək
üçün o dəhşətli polad yığnağının içinə girib, boğaz yandıran pas və dəmir qoxusunun içində
çarxları çevirə bilən cəsur adamlar axrardığı günlərdə, mən dediklərindən gileylənəndə, Sultan
mənə qulaq asmadı. Həmişə etdiyi kimi, mənə Xocanın danışdıqlarını təkrarlatdı. Ona inanırdı,
hər şeydən razı idi, ona bel bağladladığına görə heç də peşman deyildi. Bütün bunlara görə mənə
təşəkkür edirdi. Təbbi ki, yenə eyni səsbəbdən, Xocaya hər şeyi mən öyrətdiyimə görə bu
beləydi. O da Xoca kimi başlarının içindən danışırdı, bu marağına təsdiq kimi sonra digər
problemi xatırlayırdı, eynən Xocanın məndən bir vaxtlar soruşduğu kimi, Sultan da soruşurdu ki,
orada, o ölkədə necə yaşayırlar.
Ona bir yığın xəyallarımı danışırdım. Təkrarlaya-təkrarlaya bu gün çoxuna inandığım bu
xəyalların cavankən, həqiqətən, başma gəldiyini, ya da reallığa əsaslanmayaraq, kitabıma
yazmaq üçün hər stula oturanda qələmimin ucuna gələn xəyali əhvalatlar olduğunu indi dəqiq
bilmirdim: Bəzən o vaxt ağlıma gələn bir-iki əyləncəli yalanı ortalığa atırdım, uydura-uydura
bəzi nağıllar da yaradırdım, Padşah bu vəziyyəti öyrənmək istədiyi üçün, hamısının paltarlarında
çoxlu sayda düymə olduğunu təkrarlayırdım, detallarının xatirələrimdən, yuxularımdanmı
qaynaqlandığını bilə-bilmədiyim əhvalatlar danışırdım, amma iyirmi beş il ərzində hələ də
unutmadığım bir-iki həqiqət vardı: O həqiqətlər anam, atam və qardaşlarımla birgə cökə
ağaclarının altında səhər yeməyi yeyərkən süfrə arxasında danışdıqlarımız idi. Padşah ən az
bunlarla maraqlanırdı. Bir dəfə mənə, əslində bütün talehlərin bir-birinə oxşadığını demişdi.
Nəyə görəsə bu sözdən qorxmuşdum, onda Sultanın üzündə daha əvvəllər heç vaxt görmədiyim
şeytani bir ifadə vardı, istədim ki, ondan bu sözün hansı mənanı ifadə etdiyini soruşum. Sonra
üzünə qorxuyla baxarkən, ürəyimdən “mən, mənəm” demək keçdi. Sanki bu mənasız sözü
deməyə cəsarətim çatsaydı, məni başqa bir adam etmək üçün həlləm-qəlləm işlər görən bütün o
ağzıgöyçəklərin, Xocanın və Padşahın oyunlarını boşa çıxaracaq və öz varlığımın içində 56
rahatlıqla yaşamağa davam eləyəcəkdim. Əslindəsə, rahatlığımı təhlükə qarşısında qoya biləcək
hər cür naməlumluğun sözündən belə ürkənlərsayaq qorxaraq susdum.
Xocanın silahı hazırladığını, amma işə salmaq üçün adamları toplaya bilmədiyinə görə
istifadə edə bilmədiyi bu günlərdə artıq bahar gəlmişdi. Bir müddət sonra Padşah ordu ilə
birlikdə Ləhistana (Polşanın əvvəlki adı Ləhistan olub.F.H) səfərə gedəndə təəccübləndik.
Düşmənlərimizi qabağına qatıb qovalamaq iqtidarına malik silahı və məni niyə özüylə birgə
aparmamışdı, yoxsa bizə güvənmirdimi? İstanbulda qalanlar kimi, biz də inanırdıq ki, Sultan,
əslində, müharibə üçün yox, ov üçün səfərə gedib. Xoca bir il əlavə olaraq qazandığı üçün
məmnun idi, mənim başqa görüləsi işim və əyləncəm yox idi, ikimiz birlikdə silah üçün çalışdıq.
Vasitəçilər vasitəsi ilə adamlar tapmaq üçn çox əlləşdik. Qorxunc görünüşlü, nə olduğu
məlum olmayan alətin içinə heç kəs girmək istəmirdi. Xoca deyirdi ki, çoxlu pul verəcəm, şəhərə
dəllalar göndərtdik, limana, topxanaya adamlar göndərdik, işsizlər toplaşan çayxanlarda avaralar,
hoqqabazlıq edənlərin içində adam axtardıq. Tapa bildiyimiz adamlarin çoxu qorxusuna qalib
gəlib, dəmir yığınının içinə girsələr də, o dəmir böcəyin içinə tam sıxılıb istidə bişə-bişə çarx
fırlatmağa dözə bilməyib qaçırdılar. Yayın axırında, vasitəçilərə iş tapşırdığımız vaxt, illərdir bu
iş üçün yığılan pulların hamısı qurtarmışdı. Maraqlananların təəccüblü və qorxulu baxışları və
zəfər qışqırıqları arasında silah yavaş-yavaş tərpəndi, xəyali bir qalaya hücum edib sarsıla-sarsıla
topları ilə atəş açdı və dayandı. Kəndlərdən, zeytunluqlardan pul, gəlir gəlməkdə davam eləyirdi,
amma Xoca çox pul tutduğunu iddia edərək çətinliklə tapıb yıdığımız qrupu da dağıtdı.
Qışı gözləməklə keçirdik. Padşah səfərdən qayıdandan sonra çox xoşladığı Ədirnədə
qalmışdı, bizi itirib-axtaran yox idi, tək-tənha qalmışdıq. Səhərlər sarayına gedib hekayəmizlə
əyləndirəcəyimiz və gecələri imarətlərində əylənəcəyimiz kimsə oladığı üçün işsiz-gücsüz idik.
Mən Venesiyadan gələn bir rəssama portretimi çəkdirərək, ud dərsləri alaraq günlərimi
keçirməyə çalışırdım. Xoca da tez-tez Qala yaxınlığında yanında bir əsgər qoyduğu silahını
görmək üçün gedirdi. Demək olmaz ki, vasitəçi orasına-burasına nəsə əlavə edib
təkmilləşdirməyə çalışmadı, amma bu işdən tez bezdi. Birgə keçirdiyimiz axırıncı qışın
gecələrində mənə silahdan və onunla edəcəyi işlərdən də danışdı. Onu bir süstlük bürümüşdü,
amma bu arzusunda olduğu üçün yox, mən onda həyəcan oyandıra bilmədiyimə görə beləydi.
Gecələr vaxtımızın çoxunu gözləməklə keçirirdik, küləyin və qarımn azalmasını gözləyirdik,
səhərə yaxın küləyin ləngiməyini, sobaya odun atmaq üçün közün küllənməsini gözləyirdik,
Xaliçin üzbəüz sahilində son titrək çırağın sönməyini və gəlməyən yuxumuzun gəlməyini və
səhər azanını gözləyirdik. Az danışaraq tez-tez xəyallara daldığımız o qış gecələrinin birində,
Xoca mənə dedi ki, çox dəyişmisən, tamam başqa bir adama olmusan. Mədəm göynədi, kürəyim
tərlədi, istədim ki, cavabını verim, haqsız olduğunu, əvvəlki kimi olduğumu, bənzədiyimizi,
mənimlə əvvllər maraqlandığı kimi yenə də mənə diqqət ayırmalı olduğunu, danışmalı hələ çox
söz-söhbətimizin olduğunu demək istədim, amma haqlıydı, gözüm həmin səhər rəssamdan alıb
gətirdiyim portretimdə ilişib qalmışdı, dəyişmişdim: Ziyafətlərdə tıxışdırmaqdan kökəlmiş,
buxağım sallanmış, ətim yayılmış, hərəkətlərim ağırlaşmışdı, ən pisi isə üzüm də tamam
dəyişmişdi, o məkanlarda içib öpüşməkdən dodaqlarım arsızlaşmış, yerli-yersiz yuxusuz
qalmaqdan, içib yatmaqdan gözlərimin altı tuluqlamış, həyatlarından, dünyadan və özlərindən
razı olan o axmaqlar kimi, baxışıma bayağı bir rahatlıq çökmüşdü, amma bilirdim, bu hallımdan
razı idim:Susdum.
Sonralar Padşahın bizi silahlarla birgə Ədirnəyə səfərə çağırtdırdığını öyrənəndə, tez-tez
eyni yuxunu görürdüm Qarışıqlığı, İstanbuldakı əyləncələri xatırladan bir əyləncədə, Venesiyada
maskalı bir baldayıq, Üzlərindəki bayağı qadın maskalarını üzlərindən çəkəndə insanların
arasında gördüyüm anamla nişanlımı tanıyaraq ümidlənir, mən də, artıq məni tanısınlar deyə, öz
maskamı çıxarırdım, amma onlar heç cür məni tanımırdılar, bilmirdilər ki, bu adam mənəm,
sapından tutduqları maskalarla, arxamdakı hansısa adamı əlləriylə göstərirdilər, çevrilib baxanda
görürdüm ki, mənim əsl mən olduğumu başa düşəcək bu adam Xocadır. Məni tanısın deyə, bu
dəfə də ona ümidlə yaxınlaşanda, Xoca olan adam, mənə heç bir söz deməyərək maskasını
çıxardır və maskanın altından məni günahkarlıq duyğusu ilə qorxudaraq məni yuxudan oyadan
gəncliyim çıxırdı.57
10
Yayın əvvəlində, Padşahın bizi və silahı Ədirnədə gözlədiyini öyrənənə qədər Xoca işə
başladı. Hər şeyi hazırladığını, silah payladığı qrupla əlaqəsini qışboyu davam elətdirdiyini onda
başa düşdüm. Üç gün sonra səfərə hazırlaşdıq. Xoca axırıncı günün axşamını sanki təzə evə
köçürükmüş kimi cildləri cırıq köhnə kitabları, yarımçıq qalmış risalələri, saralmış qaralamaları,
əşyalarını, xırda-xuruş şeylərini eşələyərək keçirdi. Paslanmış namaz saatının zəngini düzəltdi,
astronomik cihazların tozunu aldı. İyirmi beş ildir yazdığımız kitabların, hazırladığımız alətlərin
eskizləri, qaralamaları arasında səhərə qədər eşələndi. Gün doğanda, fişənglərlə həyata
keçirdəcəyimiz atəşfəşanlıq üçün etdiyimiz sınaqların müşahidələri ilə doldurduğum kiçik
dəftərin cırılmış və saralmış səhiflərini səhifələyəndə onu gördüm, çəkinə-çəkinə soruşdu:
Bunları da özümüzlə aparmalıyıq, görəsən, işimizə yarayar? Görəndə ki, boş-boş baxıram,
əsəbiləşib əlindəkiləri bir küncə tulladı.
Amma yenə də on gün davam edən bu Ədirnə səyahətində ötən illərdəki qədər olmasa da,
bir-birimizin işinə kömək etdik. Hər şeydən əvvəl, Xoca ümidliydi, qorxunc xışıltılar, qəribə
guppultular, yavaş-yavaş gedən və az təsadüf olunan böcək, şeytan, oxlu tısbağa, hasar, qara
dəmir, toraman (Türkiyədə kişi adıdır və güclü, qüvvətli mənalarını ifadə edir), təkərli qazan,
div, təpəgöz, canavar, donuz xislətli qaraoğlan, göy gözlü qarabəd deyə adlandırılan silahımız,
Xocanın istədiyi kimi, görənləri dəhşətə salaraq, düşündüyümüzdən də sürətlə irəliləyirdi. Yol
boyu ətrafdakı kəndlərdən gələn maraqlananların yaxınlıqdakı təpələrə toplaşıb qorxudan
yaxınlaşmadıqları silaha həyəcanla baxdıqlarını görəndə Xoca ləzzət aldı. Gecələr, gün ərzində
qan-tər içində qalan adamlarımız çadırlarında dərin yuxuya gedəndə oxuyan böcəklərimizin
böldüyü səssizilikdə Xoca mənə toramanın düşmənlərimizə neyləyəcəyi barədə danışırdı.
Baxmayaraq ki, əvvəlki həyəcan qalmamışdı, Padşahın ətrafındakı adamların və ordunun silaha
necə reaksiya verəcəklərini, ordu hücum edəndə bu silaha necə bir yer veriləcəyini, o da mənim
kimi narahatlıqla gözləyirdi, amma hələ “son şansımızdan” işin axarını istədiyimiz istiqamətə
çevrilə biləcəyindən və ən vacibi, həyəcanımızı azalmağa qoymayan “onlaradan və bizlərdən”
ürək rahatlığı ilə və inanaraq danışa bilirdik.
Ədirnədə Padşahdan və ətrafındakı bir necə işbilməyən yaltaqlardan başqa heç kəsin
xoşhalla qarşılamadığı silahın sınaq nümayişinə başladılar. Padşah, Xocanı köhnə bir dostunu
qarşılayansayaq qarşılamışdı, danışılırdı ki, müharibə ola bilər, amma çox da hazırlıq və təlaş
gözə dəymirdi, günlərini bir yerdə keçirməyə başladılar. Onlara mən də qoşulurdum, atlarına
minib ətrafdakı qaranlıq meşələrə quş cikkiltisinə qulaq asmağa, Tuncada və Meriçdə qayıqla
gəzintiyə çıxaraq qurbağalara baxmağa, qartallarla savaşarkən yaralanıb Səlimiyyə həyətinə
düşən leyləklərə baxıb zövq almağa və bacarıqlarını bir də görmək üçün onlar silaha baxmağa
gedəndə mən həmişə yanlarında olurdum. Amma ağrıyla hiss edirdim ki, danışdıqları mövzulara
qoşulmaq, maraqla mənə qulaq assınlar deyə və onlara ürəklə deyə bilməcəyim heç bir sözüm
yoxdu. Bəlkə də, bir-birlərinə belə yaxın olduqlarına görə qısqanırdım. Amma artıq bilirdim ki,
bezmişəm: Xoca hələ də həmin şeiri oxuyurdu. Zəfərdən, digərlərinin üstünlüyündən xəbərdardı,
döyüşə başlamalıyıq, gələcək və beynimizin içi haqqında olan eyni uydurulmuş hekayəyə hələ də
Padşahın aldanmağına təəccüblənirdim.
Müharibə başlayacaq deyə danışılan söz-söhbətlər yayın ortasında artırdı, Xoca bir gün
güclü-qüvvətli bir adama ehtiyacı olduğunu deyərək məni öz yayına götürdü. Ədirnənin içində
tez-tez yeridik, qaraçı və yəhudi məhəllələrindən, daha əvvələr də darıxa-darıxa gəzdiyimiz bəzi
boz küçələrdən, çoxu da bir-birinə oxşayan kasıb müsəlman evlərinin arasından keçdik. Solumda
olan sarmaşıqlı evlərin sağ tərəfimə keçdiyini biləndə başa düşdüm ki, eyni küçələrdə gəzişirik,
ondan soruşdum, dedi ki, Fildamı məhəlləsindəyik, Xoca birdən-birə bir evin qapısını döydü.
Yaşıl gözlü, təxminən səkkiz yaşı olan bir uşaq qapını açdı. Xoca ona dedi: “Aslanlar! Padşahın
sarayından aslanlar qaçıb onları axtarırıq”. Uşağı itələyərək evin içinə girəndə mən də arxasınca
getdim. İçəridən toz, taxta və sabun iyi gəlirdi, qatı qaranlıqda cırıldayan pilləkənlərdən tələmtələsik yuxarıya, zala çıxdıq, Xoca qarşısına çıxan qapıları açdı. Birinci otaqda ahıl bir qoca 58
dişsiz, ağzıaçıq halda yatırdı, ondan nəsə soruşmaq üçün saqqalına əl uzadan iki şən uşaq
görəndə ki, qapı açıldı, o dəqiqə qorxdular. Xoca bu qapını örtdü, bir başqasını açdı, içəridə bir
yığın yorğan və yorğanlıq parça vardı, üçüncü otağın qapısına küçə qapısını açan uşaq Xocadan
əvvəl yapışıb dedi:”Burda aslan yoxdu, anamla gəlinimiz var”, Xoca buna baxmayaraq, qapını
açdı, arxası bizə tərəf olan iki qadın solğun işığın altında namaz qılırdılar. Dördüncü otaqda
yorğan tikən bir adam vardı, saqqalsız olduğu üçün mənə çox oxşayırdı, Xocanı görən kimi
ayağa qalxdı. Dilləndi: “Niyə gəldin, səfeh?”. Xoca cavab verdi: “Bizdən nə istəyirsən? Səmra
hardadı?”. Həmin adam dedi: “On il əvvəl İstanbula gedib. Vəbadan ölüb. Bəs sən niyə
gəbərməmisən?”. Xoca heç bir söz deməyərək pilləkənlərdən düşüb evdən çıxdı. Arxasınca
gedərkən, arxadan uşağın qışqırdığını və bir qadının ona cavab verdiyini eşitdim: “Ana, aslanlar
gəlib”. “Xeyr, əmilərin gəlib”.
Bəlkə, baş verənləri hec cür yoza bilmədiyimə görə, bəlkə, yeni həyatıma və hələ səbirlə
oxuduğumuz bu kitaba hazırlıq olsun deyə iki həftə sonra, səhər tezdəndən yenə həminki yerə
getdim. İşıq məni aldatdığı üçün əvvəlcə küçəni və evi tapmaqda çətinlik çəkdim, tapanda da
əvvəlcədən istiqamətini müəyyənləşdirdiyim Bəyazid məscidinin həkimxanasına gedən ən kəsə
yolu dəqiqləşdirməyə çalışdım. Bəlkə də, ən kəsə yolu secəcəklərinə görə körpüyə çatan və
qovaq ağaclarının kölgəsi düşən qısa yolu heç cür tapa bilmədim, tapdığım qovaq ağacları olan
yolun kənarında isə elə bir yer yox idi ki, insan oturub çaya baxa-baxa halva yesin.
Xəstəxanadasa xəyalımızda canlandırdıqlarımızın heç biri yox idi, palçıqlı deyildi, bəlkə də,
təmiz idi, amma nə su səsi gəlirdi, nə də rəngli şüşələr vardı. Aşiq olmuş, dəliyə çevrilmiş,
əksəriyyəti dəlilər kimi özünü başqa bir adam hesab edirmiş, yenə də ora haqqında danışacaqdı,
amma qulaq asmayaraq qayıtdım.
Elə bilirdim ki, səfərə çıxmayacağıq, amma həmin səfərə çıxmaq qərarı yayın axırında, heç
gözləmədiyimiz bir gündə alındı: Keçən ilki məğlubiyyətə və ondan çox vergiyə dözə bilməyən
lehlilər, “vergini gəlin qılıncınızla alın” deyə xəbər yollayıblar. Ondan sonrakı günlərdə Xoca az
qalırdı hirsindən partlasın: ordu sırayla yeriş qaydasına hazırlaşarkən heç kəs silah haqqında
düşünmürdü, heç kəs döyüşərkən bu qara dəmir yığınını yanında görmək istəmirdi, heç kəs bu
yekə qazandan bir kəramət gözləmirdi, ən vacibi də onu uğursuz bir şey kimi qəbul edirdilər.
Artıq Xoca səfərdən bir gün əvvəl müharibənin gələcəyi üçün ehkam qurarkən, düşmənlərimiz
sözlərini bir yerə qoyub, silahın uğurla bərabər uğursuzluq-lənət də gətirəbiləcəyini deyiblər. Bu
lənətin arxasında Xocadan çox, mənim olduğumu düşüdüklərini Xoca mənə danışanda qorxdum,
Padşah bildirib ki, Xocaya və silaha güvənir, mübahisə olmasın deyə, silahın döyüş vaxtı birbaşa
özünə və öz qüvvələrinə mənsub olacağını deyib. Sentyabrın əvvəlində, isti bir gündə Ədirnədən
getdik.
Hamı düşünürdü ki, səfərə çıxmaq üçün bu mövsüm çox gecdi, amma bu mövzuda çox da
danışmırdılar. Səfər ərəfəsində əsgərlərin düşmən qədər, bəzən düşməndən də çox uğusuzluqdan
qorxduğunu, məğlubiyyət qorxusu ilə döyüşdüklərini təzə-təzə öyrənirdim. Baxımlı, varlı
kəndlərdən, silahımızın yerini inildətdiyi körpülərdən keçərək quzeyə getdiyimiz birinci günün
axşamı, Xoca, Sultanın çadırından çağırılanda təccübləndik. Əsgərləri kimi, Padşah da
uşaqlaşmışdı, onda təzə bir oyuna başlayan uşağın marağı və həyəcanı vardı, eynən əsgərləri
kimi, Xocadan gün ərzində baş verənləri necə qiymətləndirdiyini soruşdu: batan günəşin
qarşısındakı qızılı bulud, alçaqdan uçan şahinlər, bir kənd evinin qırıq bacası, güney tərəfə qonan
leyləklər- bütün bunlar hansı mənanı ifadə edirdi? Təbii ki, bunların hamısını Xoca yaxşı izah
etdi.
Amma işimiz bitməmişdi, Padşahın səfər gecələrində qorxulu, maraqlı hekayələrə qulaq
asmağa meyilli olduğunu ikimiz də yenicə öyrənirdik. Xoca bir neçə il əvvəl Sultana verdiyimiz
o ən xoşladığım kitablarımızdakı coşğun şeirdən təsirlənərək bir şəkil çəkdi, bu şəkil ölülər, qanlı
məğlubiyyətlər, uğursuzluqlar, xəyanətlər və səfalətlə qaynaşan çirkin bir şəkil idi, amma
qalibiyyətin alovu Padşahın qorxulu baxışlarının görə biləcəyi bir tərəfdə parıldayırdı: onu
körükləmək üçün ağlımızı işlətməliydik, “onların və bizlərin”, sonra beynimizin içinin, Xocanın
illərdir mənə danışdığı və artıq unutmaq istədiyim bütün digər şeylərin, tez bir zamanda fərqinə
varmalı, ayılmalıydıq! Bəlkə də, artıq Padşahın da bezdiyini düşündüyünə görə, mənə də 59
bezdirici gələn bu cansıxıcı hekayənin qaranlığını, çirkinliyini, dəhşətini Xoca hər gecə bir az
daha artırırdı. Yenə də beyninmizin içindəkilərdən danışarkən Padşahın ləzzətlə ürpəndiyini hiss
edirdim.
Ov səfərləri yürüşümüzlə eyni həftədə başladı. Sırf bu iş üçün orduya gələn dəstə irəlidə
gedir, ərazidə kəşfiyyat aparandan, əlverişli ərazi seçəndən, kəndlilər hərəkətə keçəndən sonra
Padşah, biz və ovçuları, yüyürüş olan tərəfdən çəkərək ceyranları ilə məşhur bir qoruğa, vəhşi
donuzların qaçışdığı dağın yamaclarına, ya da tülkülərlə dovşanların qaynaşdığı bir meşəyə
gedirdik. Saatlarla davam edən, bu kiçik və əyləncəli ov səfərlərimizdən sonra hücum qoluna,
zəfərlə qurtardığımız döyüşdən qayıdan kimi qayıdar, ordu Padşahı salamlayarkən bizlər də onun
arxasınca gələrdik. Xocanın qəzəb və nifrətlə qarşıladığı bu mərasimləri xoşlayırdım, axşam
yürüşdə olanda, ordunun keçdiyi kəndlərin və qəsəbələrin halından, ya da düşmənlərimizdən
gələn son xəbərlərdən çox, Padşahla birgə ov haqqında danışmaqdan xoşum gəlirdi. Sonra
Xocanın axmaqca sərsəmliklə əlaqələndirdiyi bu cəfəng söhbətlərin qəzəbiylə şiddətini hər gecə
bir az da artıran hekayələrdən və qənaətlərdən danışmağa başlayardı. Padşahın, qorxuducu
hekayələrə, beynimizin içiylə əlaqəli bu nağıllara inanmağı ətrafındakılar kimi, məni də
kədərləndirirdi.
Amma ən pis hadisələrə, bundan sonra şahid olacaqdım! Yenə də məğlubiyyətə doğru
irəliləyirdik, ona yaxın kənd boşaldılmışdı, əhalisini də əllərindəki tənəkəylə vura-vura
çıxardıqları çığırtıyla əsəbiləşərək və maralları bizim atlarımız və silahlarımız olan yerə
qısnasınlar deyə, ormana səpələnmişdilər, amma günortaya qədər heç bir heyvana rast gəlmədik.
Bir az da günortanın istisinin təsiri ilə, bədənimizə yayılan sıxıntını azaltmaq üçün Padşah,
Xocadan xahiş etmişdi ki, gecələr onu ürpəndirən həmin əhvalatları danışsın. Çox uzaqlardan
gələn, az-çox eşidilən tənəkə uğultusuna qulaq asaraq yavaş-yavaş irəliləyirdik ki, xrtistian
kəndlərindən birinə çatıb dayandıq. Onda gördüm ki, Xoca, Paşaya boş kəndin evlərindən birini
göstərir, qapının arasından başını uzadan cılız bir qoca qoltuq ağacı ilə onalara yaxınlaşır. Bir
qədər əvvəl yenə də onlardan, onların beyinlərinin içindən danışmışdılar, üzlərindəki maraq
hissini və Xocanın qocadan tərcüməçi vasitəsiylə nəsə soruşduğunu görəndə, ağlıma gələn
şeydən qorxaraq onlara yaxınlaşdım.
Xoca fikirləşməmiş, tez cavab verməsini tələb edərək soruşurdu: Həyatındakı ən böyük
günah, etdiyi ən böyük pislik nəydi? Kəndli, tərcüməçinin bizə yavaş-yavaş tərcümə etdiyi
qatma-qarışıq slavyan diliylə mızıldanırdı, günahsız, şərsiz yazıq bir qocaymış, amma Xoca
qəribə bir hiddətlə onu üstələyir, istəyirdi ki, qoca özü haqda danışsın. Qoca ancaq Sultanın da
Xoca qədər maraqlandığını görəndən sonra günahını boynuna aldı: Bəli, günahkar idi, o da bütün
kənd əhliylə birgə evindən çıxmalı, o da heyvanları qovalayan yerliləriylə birgə ova getməliydi,
amma xəstəydi, problemi vardı, onda bütün günü ormanda o tərəf, bu tərəfə qaçmaq üçün lazım
olan sağlamlıq yox idi, əliylə ürəyini göstərib üzr istəyirdi ki, Xoca bu an qəzəbləndi, qışqırdı.
Onu yox, əsl günahlarını soruşurdu ondan, amma kəndlinin tərcüməçimizin təkrarladığı
sualı başa düşməyə halı yox idi, əlini ürəyinin üstünə ağrıyla basıb, ürəyini tutub durmuşdu.
Qocanı apardılar. Gətirdikləri başqa bir adam da həmin şeyləri deyəndə Xoca qıpqırmızı qızardı.
İkinci adama asan olsun deyə və günah örnəklərimi xatırlantsın deyə mənim uşaqlığımın
günahlarını, özümü qardaşlarımdan daha çox istətdirmək üçün dediyim yalanları, universitetdə
oxuyarkən etdiyim cinsi günahları Xoca, kəndliyə naməlum bir günahkarın pisliklərini danışdığı
kimi danışanda mən bu kitabı yazarkən həsrətlə xatırladığım vəbalı günlərimizi diksintiylə və
utancla xatırlayırdım. Ən axırda gətirilən topal kəndli, dərədə yuyunan qadınlara gizlicə
baxdığını Xocaya pıçıltıyla etiraf eləyəndə Xoca bir qədər sakitləşdi. Bəli, bax, “onlar”
pisliklərin qarşısında belə olurdular, onu ört-basdır edə bilirdilər, amma beyinlərində nə baş
verdiyini artıq bilməli olan bizlər və sair və başqaları vardı. İnanmaq istəyirdim ki, Padşah çox
da təsirlənməyib.
Amma onu maraq bürümüşdü, iki gün sonra, maralların ardınca qaçdığımız başqa bir ov
vaxtı, bəlkə, Xocanın israrına dözə bilmədiyi üçün, bəlkə də, zənnimcə, sorğu-sual edilməkdən
xoşlandığı üçün göz yumdu ki, hekayəni təkrarən danışsın. Bu dəfə Tunanı keçmişdik, yenə də
xristian kəndlərinin birindəydik, amma latın mənşəli bir dillə danışırdılar. Xocanın soruşduğu 60
suallarda isə çox da dəyişiklik yox idi. Vəbalı gecələrin, ona pisliklərini yazdırmağı bacardığım o
məcburiyyəti mənə xatırladan bu suallardan və sualları soruşan, kimliyi naməlum olan hakimlə,
onu sakitcə dəstəkləyən Sultandan qorxan kəndlilərin cavablarına əvvəlcə qulaq asmaq
istəmədim. Qəribə bir xofa düşmüşdüm; Xocadan çox, ona aldanan, ya da bu çirkin oyunun
cazibədarlığına qarşı müqavimət göstərməyən Padşahın halına yanırdım. Amma bu murdar
marağa mənim də aludə olmağım çox davam eləmədi, düşündüm ki, insan nəyəsə qulaq
asmaqdan heç nə itirməz, onlara yaxınlaşdım. Qulağıma daha zərif və xəfif gələn bir dillə
danışılan günahların və pisliklərin çoxu bir-birinə oxşayırdı: Bəsit yalanlar, kiçik aldatmalar, biriki əclaflıq. Bir-iki vəfasızlıq, nəhayət, bir neçə kiçik oğurluq.
Axşam Xoca dedi ki, kəndlilər hər şeyi danışmırlar həqiqəti gizlədirlər, o vaxt mən özümü
çox açmışdım. Onları bizlərdən ayıran çox dərin, bizdən daha həqiqi günahları olmalıydı.
Padşahı aldadacaq bu həqiqətləri əldə etmək, “onların”, sonra da “bizlərin” necə bir insan
olduğunu görə bilmək üçün lazım olarsa, güc də tətbiq edəcəkmiş.
Ondan sonrakı günlər, getdikcə daha da artan, getdikcə daha da mənasızlaşan bu şiddətlə
keçdi. Əvvəllər hər şey daha asan idi, o günlərdə, oyunun ortasında səmimiyyətlə bir-iki qaba
zarafat edən uşaqlar kimiydik, sual-cavab edəndə, uzun və əyləncəli ov səfərlərimiz olan vaxt hər
biri həyata keçirilən kiçik həcmli oyun kimiydilər, amma sonralar bütün işlərimizi,
dözümlülüyümüzü, əsbilərimizi tükəndirən və hansı səbəbdənsə əl çəkə bilmədiyimiz
mərasimlərə çevrildilər. Xocanın sullarının və səbəbi sirr qalan əsəbinin dəhşəti ilə təəccüblənən
kəndliləri görürdüm, kəndlilərdən istənilən şeyin nə olduğunu tam bilsələr, bəlkə də, başa
düşəcəkdilər, kənd xatirələrini bir yerə cəmləmiş dişsiz və yorğun qocaları görürdüm, əsl yaxud
saxta günahlarını danışmamışdan əvvəl ümidsiz gözləriylə ətrafdakı adamalardan, bizlərdən
ümid dilənirdilər, etirafları və pislikləri əsassız sayılaraq döyülən, yıxılan gəncləri görürdüm.
Masada yazdıqlarımı oxuyandan sonra, ”ay səni” deyərək kürəyimə bir yumruq vurduğunu, nəyə
görə belə bir adam olduğumu başa düşə bilmədiyinə görə əsəblə deyinə-deyinə özü-özünü
məğlub elədiyini xatırladım. Amma çox qəti olmasa da, artıq nəyi axtardığını, hansı nəticəyə
çatmaq istədiyini daha yaxşı bilirdi. Başqa üsullara da əl atdı. Tez-tez etiraf edənin etirafını,
sözünü kəsib yalan dediyini iddia edirdi, onda adamlarımız günahkarı əziişdiridilər. Bəzən də
etiraf edənin sözünü başqa bir dostunun onun əməllərini gördüyünü deyərək kəsərdi. Bir ara
onları iki-iki hüzuruna çağırırdı. Onda həqiqətlərin çox da dərində qalmadığını, adamlarımın
qətiyyətlə həyata keçirdikləri şiddətə baxmayaraq, kəndlilərin bir-birindən utandıqlarını görəndə
əsəbiləşirdi.
Heç cür dayanmaq bilməyən yağışlar başlayanda baş verənlərə sanki mən də inanmışdım.
Xatırlayıram: palçıqlı bir kənd ərazisində, çox söz deyə bilməyən, çox söz deməyə də niyyəti
olmayan kəndlilər saatlarla boş yerə döyülərək suyun içində gözləyirdilər. Ov səfərləri də
getdikcə sönükləşərək azalırdı. Arada bir Padşahı hüznləndirən, gözəl gözlü ceyranı, ya da iri bir
vəhşi donuzu baxmayaraq ki, vururduq, amma hamımızın fikrində ov ab-havası deyil, eynən ov
kimi, hazırlıqlarına lap əvvəllər başlanılan istintaqlar vardı. Gecələr və gün ərzində etdiklərindən
peşman olmuş kimi, Xoca ürək sirrini mənə açırdı. Olub keçəndən, əzab verməyindən özü də
narahat idi, amma bir məlumatı da təsdiqləmək istəyirdi. Kəndlilər, görəsən, həqiqəti niyə
gizlədirdilər ki? Sonra dedi ki, gərək müsəlman kəndlərinin birində eyni təcrübəni keçirməliyik,
amma bu işdə uğur qazana bilmədi. Çox da sıxışdırmayaraq soruşsa da, onlara xristian qonşuları
kimi üç aşağı, beş yuxarı eyni etirafları edib, eyni əhvalatları danışmışdılar. Yağışın heç cür
kəsmək bilmədiyi o pis günlərdən biriydi, Xoca mızıldadı ki, onlar həqiqi müsəlman deyillər,
amma görürdüm, axşam baş verənləri müzakirə edərkən bu həqiqətin Sultanın da gözündən
yayınmadığını bilirdi.
Bu da qəzəbini daha da artırmaqdan, artıq Sultanın belə şahidi olmaqdan çox da xoşhal
olmadığı, amma, bəlkə də, mənim kimi, sırf maraqla arxasınca getdiyi şiddəti sonuncu ümidlə
daha da reallaşdırmağından özgə heç bir işə yaramadı. Quzeyə tərəf irəliləyə-irəliləyə, təkrarən
kəndlilərindən biri Slavyan dilində danışan meşəlik olan əraziyə gəlmişdik, balaca və
canayatımlı bir kənd idi, gördük ki, o, bir uşaqlıq yalanından başqa, heç bir şey xatırlamayan
yaraşıqlı cavan oğlanı döyür. Dedi ki, bir də belə şey etməyəcək, axşam həddindən artıq qəribə 61
bir günahkarlıq hissinə qapıldı. Bir dəfə isə, sanki sarımtıl bir yağışın altında kəndli qadınların,
kişilərin başına gələnlərə uzaqdan baxıb ağladığını görmüşdüm. İşlərində ustalaşan adamlarımız
da baş verən hadisələrdən bezmişdilər, bəzən bizdən əvvəl gözlərini zillədikləri etiraf edən adamı
onlar seçib gətirirdilər, hiddətindən yorğun görünən Xocadan əvvəl sorğu-suala tutulan
tərcüməçimizin özü olurdu. Bu göstərdiyi şiddət haqqındakı əhvalatının kəndən-kəndə
əfsanələşərək gəzdiyini, ya da sirrini çözə bilmədikləri ilahi bir ədalətin qorxusu və təəccübü ilə
illərdir bu sorğu-sualı ürəklə gözləyirləmiş kimi, “bu etiraflarını uzun-uzadı nəql edən qəribə
qurbanlarla qarşılaşa bilmədiyimizə görə belə deyildi, sadəcə bir-birini aldadan, ər-arvadın, varlı
qonşusunu qısqanan kasıb kəndlilərin əhvalatları artıq Xocanı maraqlandırmırdı. Xoca tez-tez
təkrarlayırdı ki, daha dərin bir həqiqət var, amma, zənnimcə, özü də bizim kimi, bu həqiqəti
biləcəyinə bəzən şübhə eləyirdi. Ən azından, bizim narahatlığımızı hiss edərək əsəbiləşirdi,
amma əl çəkməyəcəkdi. Biz də Padşaha göz qoyurduq. Bəlkə də, buna görə, imkanları tamamilə
öz əlinə almağına qarşı heç bir şey edə bilmədik. Bir dəfə də, anasıyla pis davranan ögey
atasından və ögey qardaş-bacılarından zəhləsi gedən cavan bir oğlanı, çatının altına çəkilərək
qorunduğumuz sazanaq altında, tamamilə islanaraq saatlarla sorğu-suala çəkdiyini görəndə
ümidləndik, amma sonra onun da unudulmalı adi bir cavan olduğunu deyərək bu mövzunu
bağladı.
Quzeyə, quzeyin lap ucqarlarına getmişdik, hücum qolu hündür dağların arasında fırlanaraq
dərin və qaranlıq meşələrin içindəki palçıqlı yollarda yavaş-yavaş irəliləyirdi. Şam və qayın
ağaclarıyla dolu olan meşələrdən gələn o sərin və qaranlıq havanı, şübhə oyandıran dumanlı
sakitliyi, naməlumluğu xoşlayırdım. Kimsə bu adı çəkmirdi, amma, zənnimcə, uşaq vaxtı atamın
əlində gördüyüm bacarıqsız bir rəssamın çəkdiyi Avropa xəritəsində, marallar və qotik qala
şəkilləriylə bəzədilmiş Karpatın ətəyindəydik. Yağışdan soyuqlayan Xoca xəstəydi, amma yenə
də sanki hədəfinə daha gec çatmaq üçün burulan yoldan, hər səhər ayrılıb, meşələrin içinə tərəf
girirdik. Ov səfərləri sanki unudulmuşdu, suyun qırağında, bir uçurumun kənarında maral
vurmaq üçün deyil, sanki bizə görə hazırlaşan kəndliləri gözlətmək üçün başımızı qatırdıq! Sonra
fikirləşdik ki, artıq vaxt çatıb, kəndlərdən birinə girib, lazım olan işləri görəndən sonra, hər dəfə,
axtardığı ləl-cəvahiri tapa bilməyən, amma vuruşub döyüldüklərini və ümidsizliyini unutmaq
üçün, tez başqa bir kəndə qaçmağımızı istəyən Xocanın ardınca gedərdik. Bir dəfə sınaq
keçirmək üçün səbri və maraq hissi məni təəccübləndirən Padşah, onun üçün iyirmi yeniçər
gətizdirdi, eyni sualları bir dəfə onlardan, bir də evlərinin qarşısında gözləyən sarışın kəndlidən
soruşdu. Bir dəfə də kəndliləri hücum dəstəsi üçün apardı, onlarla palçıqlı yollarda Sultanın
əsgərlərinə çatmaq üçün qəribə cırıltıyla gücə düşən miniyimizi göstərdi, soruşdu ki, nə
fikirləşirlər, cavablarını katiblərə yazdırtdı, amma, bəlkə də, dediyi kimi, biz, həqiqətən də, başa
düşmədiyimizə görə, bəlkə də, boş yerə göstərdiyi şiddətdən özü də bezdiyi üçün, bəlkə, çəkdiyi
vicdan əzabından, bəlkə də, ordunun və paşaların silah və meşədə baş verənlər haqqındakı sözsöhbətlərindən usandığı üçün, bəlkə də, təkcə xəsləlikdən –bilmirəm – artıq gücü tükənmişdi:
öskürəndə artıq səsi əvvəlki kimi gur çıxmırdı, cavablarını əzbərlədiyi sualları indi əvvəlki kimi
həyəcanla soruşmurdu, gecələr zəfərdən, gələcəkdən diksinib ayılmalıyıq deyə tapşıranda sanki
getdikcə səsinin qısıldığına inanırdı. Ən axırıncı dəfə onu, təkrarən başlayan, solğun bir kükürd
dumanının içində, təəccüblü bir neçə slavyan kəndlilərini inamsızca sorğu-sual edərkən
gördüyümü xatırlayıram, biz artıq qulaq asmaq istəmədiyimizə görə uzaqdaydıq, onlar yağışın
titrətdiyi xəyali bir işığın altında. Xoca əllərdə gəzən ulduz çərçivəli yekə bir aynanın islaq olan
tərəfinə boş-boş baxırdı.
Bir də ova getmədik, çayı keçib Ləh (polyak) torpaqlarına girmişdik. Getdikcə artan murdar
yağışın lehmələşdiyi yollarda irəliləyə bilməyən silahımız sürətlə irəliləməli olan hücum
dəstəmizin sürətini azaldırdı. Paşaların onsuz da xoşlamadığı silahımızın uğursuzluğu, lənət
gətirəcəyi haqdakı deyilənlər bu ərəfədə daha da artdı. Xocanın keçirdiyi sınaqlara qatılan
yeniçərlərin dedi-qoduları da məni yandırıb yaxırdı. Həmişəki kimi Xocanı yox, mən kafiri
günahlandırırdı. Xoca artıq Padşahı belə bezdirən o poetik boşboğazlığına başlayıb, silahın
orjinallığından, düşmənin gücündən, silkinib hərəkətə keçməli olmağımızdan danışanda
Padşahın çadırında ona qulaq asan paşalar bizim saxtakarlığımıza və silahın uğursuzluğuna daha 62
çox inanırdılar. Xocaya yolunu azmış, amma tamamilə ümidi qırılmamış xəstə gözüylə
baxırdılar, əsl təhlükəli olan, əsl günahkar, Xocayla Padşahı aldadaraq uğursuzluqluqları
planlaşdıran mən idim. Gecələr çadırımıza çəkiləndə Xoca xəstə səsiylə onlardan, əvvəlki
illlərdə axmaqlarından danışdığı kimi, bezərək və əsəblə danışardı, amma o illərdə azalmayan
sevinc və umidimiz artıq, demək olar ki, qalmamışdı.
Yenə də görürdüm, işdən, sən deyən də, asanca əl çəkənə oxşamırdı. İki gün sonra,
silahımız yağışdan qatılşamış palçığa batıb, hücum dəstəsinin arasında batanda mən artıq
ümidimi üzdüm, Xoca xəstə halıyla vuruşurdu. Heç kəs bizə adam vermirdi, hətta at da
vermirdilər, Sultana deyib qırxa yaxın at tapdı, topların zəncirlərini açdırdı, adam yığdı, bütün
gün əlləşəndən sonra axşama yaxın, palçığa batıb qalması üçün dua edənlərin baxışları altında,
atları qəzəblə qırmanclayaraq böyük silahımızı tərpətdi. Axşam da, silahımız ancaq uğursuzluq
gətirmədiyini, həm də əsgərlər ürək-dirək verdiyini deyərək, bizlərdən qurtulmaq istəyən
paşalarla savaşdı, amma artıq hiss edirdim ki, zəfər qazanacağımıza inanmır.
Gecə çadırımızdaydıq, əlimdə səfərə çıxanda özümlə götürdüyüm ud vardı, çalışırdım ki
nəsə ifa edim, əlimdən alıb bir qırağa tulladı. Dedi ki, mənim ağlım lazımdı onlara və soruşdu:
bunu özün bilirsən? Bilirdim. Mənim əvəzimə onun kəlləsini istəsəydilər daha xoşbəxt
olacaqmış. Bunu da hiss edirdim, amma heç nə demədim. Udumu yenə də götürəcəkdim ki, məni
saxladı, istədi ki, ölkəm haqqında danışım. Padşaha danışdığım kimi, bir neçə kiçik və
uydurulmuş əhvalat danışanda hirsləndi. Həqiqəti istəyirmiş, əsl təfərrüatları: anamı, nişanlımı,
və bacı-qardaşlarımı soruşdu. Mən də həqiqi təfərrüatları danışarkən sözümü kəsdi, məndən
öyrəndiyi italyan diliylə mənasını çox da başa düşmədiyim mənasız kəlmələr, qısa və yarımçıq
cümlələr mızıldandı.
Növbəti günlərdə, əvvəlcə qüvvələrin ələ keçirdiyi yandırılımış düşmən palankalarını
(palanka kiçik qala, hasar- F.H) görəndə sonuncu ümidlə bəzi qəribə və çirkin düşüncələrə
qapıldığını hiss elədim. Səhəri gün yandırılmış bir kəndin içindən yavaş-yavaş keçirdik, divarın
dibində can verən yaralıları görən kimi atından düşüb onların yanına qaçdı. Əvvəlcə elə bildim
ki, onlara kömək etmək istəyir, yanında tərcüməçi olsaydı, sanki onlardan dərd-sərlərini
soruşacaqdı, uzaqdan ona baxırdım, sonra daha da aqresivləşdiyini anladım, bu aqressivliyin
səbəbini sanki bilirdim, onlardan başqa şeylər də soruşacaqdı. Səhəri gün Padşahla birgə yolun
sağında, solunda təmizlənmiş palankaları, kiçik hasarları görməyə gedəndə də eynən əvvəlki
kimi həyəcanlıydı. Yerlə bir edilmiş tikililərin, top atəşləri ilə deşik-deşik edilmiş taxta
divarlarının arasında, başı hələ də qopardılmamış yaralını görən kimi yanına qaçırdı.
Baxmayaraq ki, çoxları düşünəcək ki, onu mən aldatmışam, bunu bilə-bilə, pis bir iş görməsin
deyə, bəlkə də, sadəcə bayağı bir maraqla arxasınca gedirdim. Bədənləri mərmilərlə, güllə
deşikləriylə parçalanmış yaralılar, ölüm maskasını üzlərinə keçirməmişdən əvvəl sanki ona nəsə
deyəcəkdilər: Xoca həmin sözü desinlər deyə hazırlaşırdı ki, onları sorğu-sual etsin, hər şeyi bir
anda dəyişdirəcək o dərin həqiqəti onlardan öyrənəcəkdi, amma gördüm ki, ölümlə qol-boyun
olmuş o üzlərdəki ümidsizliyi həmin an öz ümidsizliyi ilə müqayisə etdi, onlara yaxınlaşdıqca
heyrətdən yerindəcə donurdu.
O gün axşamüstü heç cür alına bilməyən Doppio qalasının Padşahı əsəbiləşdirdiyini biləndə
yenə də əvvəlki kimi coşquyla Sultanın yanına getdi. Qayıdanda narahat idi, amma sanki nədən
şübhələndiyini bilmirdi. Sultan silahı döyüşdə istifadə etmək istədiyini, illərdir bu silahı bu gün
üçün hazırladığını deyib. Mənim zənnimin əksinə olub hər şey, Paşadan da silahın istifadə
olunma vaxtının gəldiyini, amma birinci həmin işi tapşırdığı Sarı Hüseyn Paşanı gözləməli
olduğunu buyurub. Bunu niyə deyib? İllərdir məndən, yoxsa özündən soruşduğunu başa düşə
bilmədiyim suallaradan biriydi: hansı səbəbdənsə ona artıq yaxınlıq hiss etmədiyimi,
narahatlıqdan usandığımı düşünürdüm: özü cavab verdi. Çünki uğurlardan ona da pay
düşməsindən qorxurlarmış.
Bu cavabı, Sarı Hüseyn Paşanın qalanı ala bilmədiyini öyrəndiyimiz növbəti gün günortaya
qədər özünü inandırmaq üçün bütün gücünü sərf etdi. Uğursuz və casus olduğum haqdakı dediqodular çox yayıldığı üçün, artıq Padşahın çadırına getmirdim. Gecə gündəlik hadisələri şərh
etməyə gedəndə, Xoca, Padşaha – göründüynə görə padşah ona inanırmış- zəfər və xoşbəxtlik 63
hekayələri danışmağı bacarıb. Çadırımıza qayıdanda, ən axırda şeytanın ayağını qıracağına
inanan birinin təvazökarlığını misal çəkmişdi. Təvazokarlığı yox, onu saxlamaq üçün sərf etdiyi
zəhmətə diqqətlə yanaşaraq ona qulaq asdım.
Yenə o əvvəlki hekayədən, bizlərdən, onlardan, gələcəkdəki zəfərdən danışdı, amma səsində
bu hekayələrə uyğun olduğunu heç vaxt müşahidə etmədiyim bir hüzn vardı, birgə yaşadığımıza
görə sanki ikimizə də çox yaxşı məlum olan uşaqlıq xatirəmizdən danışırdı. Udumu əlinə
götürəndə də səsini çıxarmadı, onu naşı kimi dınqıldadanda da. Gələcəkdə planlarımızın
istiqamətini istədiyimiz yönə çevirəndə yaşayacağımız gözəl günlərdən danışdı, amma ikimiz də
keçmişdən danışdığını bilirdik. Gözümüzün qarşısında sanki hansısa həyətin arxasındakı
bağçanın hüzrlu ağacları, işıl-işıl işıqlandırılmış isti otaqlar, qohum-əqrəbə çoxluğuyla seçilən
yemək masası vardı. İllərdir, bura birinci dəfə mənə rahatlıq verirdi, burdakıları çox istədiyini,
ayrılığın ona çətin olacağını deyəndə onun sözünə haqq qazandırdım. Bu insanlar haqqında bir
qədər düşünəndən sonra, öz axmaqlarını xatırlayaraq hirslənəndə də ona haqq qazandırdım.
Sanki təvazökarlığı diqqətəlayiq bir şey deyildi, bəlkə də, lap yaxın vaxtlarda yeni həyatımızın
olacağını ikimiz də hiss elədiyimiz üçün, bəlkə də, onun yerində olsam eyni şeyləri edəcəyimi
düşündüyüm üçün bu beləydi, bilmirəm.
Səhəri gün silahımızı sınamaq üçün yolumuzun yaxınlığındakı kiçik düşmən plankalarının
birinə sarı gedəndə, ikimiz də silahın çox böyük iş görə bilməyəcəyini qəribə bir instinktlə
bilirdik. Padşah bizi dəstəkləsinlər deyə verdiyi yüzə yaxın əsgər, silahın birinci atışında məhv
oldular. Bəzilərini silah özü əzərək parçaladı, bəziləri də bir neçə qeyri-dəqiq atışdan sonra
palçığa batan silahın qoruyucusundan kənarda qalan kimi vuruldular. Uğursuzluq qorxusuyla
çəkilən adamları isə toplayıb yeni bir hücuma hazırlamalıydıq. Yəqin ki, ikimiz də eyni şeyi
düşünürükmüş.
Sonra Gombul Həsən Paşanın adamları, palankanı çox da itki vermədən, bir saat ərzində
alanda Xoca o dərin bilgini, yenidən bu dəfə, zənnimcə, mənim də çox yaxşı başa düşəcəyimi
ümidlə təsdiq etmək istədi, amma palankanı bütün adamları qılıncdan keçirilmişdi, yandırılan
divarların arasında can verən bircə adam da yox idi. Padşaha göndərilməli olan kənara yığılmış
başları görəndə, nə düşündüyünü o an anladım, bundan başqa onun bu işə maraqlı olmasına da
haqq qazandırırdım, amma artıq bu vəziyyətə çatmış hadisələrin şahidi olmaq istəmirdim. Ona
arxamı çevirdim. Bir qədər sonra, marağıma məğlub olaraq yenə də baxanda, başların yanından
uzaqlaşırdı, amma nə qədər irəli getdiyini öyrənə bilmədim.
Günorta vaxtı biz hücum dəstəsinə qayıdanda, Doppionun hələ də alınmadığını dedilər.
Sultan əsəbiləşibmişdi, danışırmış ki, Sarı Hüseyn Paşanı cəzalandıracaqmış: bütün orduyla
birgə ora gedirdik! Padşah Xocaya deyib ki, axşama qədər qala alınmazsa, silahımız sabahkı
hücumda istifadə ediləcək. Onda balaca bir palankanı bütün gün ərzində ala bilməyən bacarıqsız
bir komandirin boynunu vurdurub. Hücum dəstəsinə çatan silahımızın palanka qarşısındakı
bacarıqsızlığı, ya da uğursuzluq haqdakı söz-söhbətləri ilə maraqlanmayıb da. Xoca ancaq
zəfərdən ona düşəcək paydan danışırdı, demirdi, amma nə düşündüyünü bilirdim: bundan
əvvəlki baş münəccimlərin axırını, ya da uşaqlığımı və bağ evimizin həyətindəki heyvanları
xəyalımda canlandıranda onun da fikrndən eyni şeylərin keçdiyini bilirdim, onun da qalandan
gələcək zəfər xəbərinin son taleyimiz olacağını düşündüyünü, amma əslində bu taleyə
inanmadığını, onu istəmədiyini, heç cür ələ keçirilə bilməyən qalanın qəzəbiylə yandırılan bir
kəndin alovlar içindəki kiçik bir kilsənin və yanan zınqırov qülləsinin, sonra cəsur keşişin
mızıldandığı duanın yeni bir həyata çağırış olduğunu, quzeyə gedərkən solumuzdakı meşəliklər
olan təpələrin arxasında batan günəşin mənim qədər onda da sakitcə və diqqətlə tamamlanmaqda
olan hansısa hissdə qüsursuzluq duyğusu oyandırdığını bilirdim.
Günəş batandan və təkcə Sarı Hüseyn Paşanın bacarıqsızlığına görə yox, Doppio qalasına
polyaklardan başqa, avstriyların, macar və kazakların da köməyə gəlməyini öyrənəndən sonra
qalanı gördük. Yüksək bir təpənin üstündəydi, bayraqlı qüllələrinə batan günəşin az-maz qızıllığı
düşümüşdü, amma bəyaz idi, bəmbəyaz və gözəl. Hansı səbəbdənsə düşündüm ki, insan belə
gözəl və əlçatmaz bir şeyi ancaq yuxusunda görə bilər. O yuxuda, qaranlıq bir meşənin içində
burulan bir yolda, təpədəki aydınlıqda, bəyaz tikiliyə çatmaq üçün təlaşla qaçarsınız, sanki orda 64
sizində iştirak etmək istədiyiniz əyləncə, fövtə vermək istəmədiyiniz xoşbəxtlik var, amma hər
an qurtaracağını zənn etdiyiniz yol qurtarmır ki, qurtarmır. Qaranlıq meşəylə, yamacın ətəkləri
arasındakı düzənlikdə, tez-tez daşan çayın yaratdığı çirkli bataqlıq olduğunu, onu aşa bilən
piyadalara, top atəşinin dəstək verməsinə baxmayaraq, yamacı heç cür keçə bilmədiklərini mən
öyrənəndə, bizi bura gətirib çıxaran yolu düşünürdüm. Sanki hər şey, üstündə quşların uçuşduğu
bəyaz qalanın, getdikcə qaranlıqlaşan yamacın, sakit və qaranlıq meşənin görünüşü kimi
qüsursuzdur: illərdir ki, təsadüf bilib yaşadığım çox şeyin, indi zərurət olduğunu, əsgərlərimizin
qalanın bəyaz qüllələrini heç vaxt ala bilməyəcəklərini, Xocanın da mənim kimi düşündüyünü
bilirdim. Səhər hücüma keçəndə, silahımızın, içindəki və yanındakı adamları ölümün qucağına
ataraq, bataqlığa batacağını, sonra uğursuzluq haqqındakı söz-söhbəti, qorxunu və əsgərləri
sakitləşdirmək üçün onların qabağına mənim kəlləmin atılmasını istəyəcəklərini də, Xocanın da
mənim qədər proqnozlaşdırdığını bilirdim. İllər əvvəl, bir dəfə onu özü haqqında danışdırmaqdan
ötrü küyləyərək, eyni anda eyni şeyləri düşünmək vərdişinə yiyələndiyim bir uşaqlıq dostum
haqqında danışdığımı xatırladım. Onun da həmin şeyləri düşündüyünə heç də şübhə eləmirdim.
Gecə gec getdiyi Sultanın çadırından qayıtmadı. Çadırdakı paşalara, bu günümüzü və
gələcəyi şərh etməsini istəyən Padşaha nə deyəcəyini çox yaxşı ehtimal etdiyimə görə, qəfil elə
ordaca öldürüldüyünü və cəlladların bir az sonra mənə xəbər gətirəcəklərini fikrimdən keçirdim.
Sonra çadırdan çıxıb, mənə xəbər verməmiş, birbaşa bəyaz divarları parıldayan qalaya getdiyini,
növbətçilərin gözündən yayınaraq, bataqlığı və meşəni keçərək çoxdan çatdığını xəyalımda
canlandırdım. Çox da həyəcanlanmayaraq, yeni həyatımı düşünərək səhəri gözləyirdim ki, gəldi.
Çadırdakılara ehtimal elədiyim şeyləri dediyini, çox sonra, illər sonra, onlarla diqqətlə və uzunuzadı danışandan sonra öyrənə bildim. Mənə heç nə danışmadı, yola çıxmamışdan əvvəl
təlaşlanan adam kimi tələsirdi. Dedi ki, çöldə qatı bir duman var, başa düşdüm.
Gün çıxana qədər ona ölkəmdə qoyub gəldiklərimi, evimi necə tapa biləcəyimi, Empolidə,
Florensiyada necə tanındığımızı, anamı, atamı, qardaşlarımı, onların xarakterləri haqqında
danışdım. İnsanları bir-birindən fərqləndirən bəzi kiçik detallardan danışdım. Bütün bunları – ta
kiçik qardaşımın kürəyindəki iri xala qədər – ona əvvəl də danışdığımı, ona bunları nəql etdikcə
xatırlayırdım. Amma Padşaha danışarkən, ya da indi bu kitabı yazarkən, bəzən, zənnimcə,
həqiqəti yox, ancaq xəyallarımı ifadə etdiyim bu əhvalatlara, danışa-danışa özüm də inanırdım:
Bacımın dilində az-maz pəltəklik olduğu da doğruydu, paltarlaımızda çoxlu düymələrin olmağı
da, yaxud da evimizin arxa bağçasına baxan pəncərədən gördüklərim də. Səhərə yaxın bu
əhvalatlara, bəlkə də, qaldıqları yerdən, gec də olsa, davam edəcəyinə inandığıma görə
aldandığımı zənn elədim. Xocanın da eyni şeyləri fikirləşdiyini, öz əhvalatına sevinclə inandığını
bilirdim.
Paltarlarımızı, təlaşa qapılmadan sakitcə dəyişdirdik. Ona üzüyümü və illərdir ondan gizləyə
bildiyim medalyonumu verdim. İçində nənəmin anasının şəkli və nişanlımın öz-özünə ağaran
saçı vardı, zənnimcə, onu xoşladı, boynuna taxdı. Sonra çadırdan çıxıb getdi. Sakit dumanın
içində yavaş-yavaş gözdən itməyinə baxdım. Hava işıqlanırdı, yuxum tökülürdü, onun yatağına
uzanıb rahatlıqla yatdım.65
11
Artıq kitabımın axrına çatmışam. Bəlkə də, ağıllı oxucularım, əslində, əsərimin çoxdan
qurtardığına qərar verərək onu artıq əllərindən tullayıblar da. Bir vaxtlar mən də eyni cür
düşünürdüm, illər əvvəl yazdığım bu səhifələri bir də təkrar oxumamağa qərarlı olaraq bir küncə
tullamışdım. O vaxtlar ağlıma, Padşah üçün yox, özüm üçün ləzzətlə uydurduğum digər əsərlərə,
aludə olub onların arasına qarışan bir tacirlə, heç görmədiyim ölkələrin kimsəsiz çöllərində və
buzlu meşələrində baş verən eşq əhvalatlarına aludə etmək fikrinə düşmüşdüm, bu kitabı, bu
əhvalatı unutmaq istəyirdim. Eşitdiyim o qədər söz söhbətdən, yaşadığı o qədər şeylərdən sonra,
çox da asan olmayacağını bildiyim bu işi, bəlkə də, bacaracaqdım, amma iki həftə əvvəl məni
görməyə gələn bir qonağımın sözlərinə aldanaraq kitabı yenidən ortaya çıxartdı. Bu gün ən
sevdiyim kitabımın bu kitab olduğuna artıq inanıram, onu lazım olan tərzdə, istədiyim kimi,
arzusunda olduğum kimi bitirəcəyəm.
Kitabımı yazıb qurtarmaq üçün arxasına keçdiyim köhnə masamızdan, Cənnəthisardan
durub İstanbula gedən kiçik bir yelkənli gəmini, uzaqdakı zeytunluqların içindəki
dəyirmanlardan birini, bağçanın aşağı hissəsindəki, əncir ağaclarının arasında itələşərək oynayan
uşaqları, İstanbuldan Gəbzə ərazisinə daxil olan tozlu yolu görürdüm.Yoldan qarda-qışda çox da
keçən olmur, baharda və yayda, Şərqə, Anadoluya, Bağdada, şama gedən karvanları görürəm, ən
çox ağır-ağır irəliləyən o sınıq-salxaq kağnılar (öküz arabası –F.H) keçir, bəzən də uzaqdan
palatarını dəqiq seçə bilmədiyim bir atlını görərək həyəcanlanıram, amma yaxınlaşdıqca
yolçunun mənim yanıma gəlmədiyini baş düşürəm. Son vaxtlar heç kəs gəlmir, artıq bilirəm ki,
heç gəlməyəcəklər də.
Amma şikayətçi deyiləm, tənhalıq adlı bir dərdim yoxdu. Baş münəccim olduğum illərdə
çox pul topladım, evləndim, dörd uşağım var, bəlkə də sənətimin mənə qazandırdığı
uzaqgörənliklə fəlakətləri əvvəlcədən görərək vaxtında işimdən uzaqlaşdım: Sultanın ordusu
Viyanaya getməmiş, məğlubiyyətlərin qəzəbiylə ətrafındakı təlxəklərin, məndən sonrakı baş
münəccimin boynu vurulmamış, heyvanlara həvəskar olan Padşahımız taxtdan salınmamışdan
çox əvvəl, bura–Gəbzəyə qaçdım, bu evi tikdirib, xoşladığım kitablarım, uşaqlarım və bir-iki
adamımla bura köçdüm. Baş münəccim olanda evləndiyim həyat yoldaşım məndən çox balacadı,
ev işlərindən çox yaxşı başı çıxır, bütün evi, başqa xırda-para işlərimi o idarə edir, yetmiş yaşına
nərdivan söykəyən məni də kitablarımı yazım və xəyala dalım deyə bütün günü bu otaqda tək
qoyur. Beləliklə, əsərimə və həyatıma uyğun bir sonluq tapmaq üçün onu doyunca düşünürəm.
Halbuki, əvvəlki illərdə çalışırdım ki, bunu heç etməyim. Bir-iki dəfə Padşah ondan
danışmaq istəyəndə, mənim bu mövzunu heç xoşlamayacağımı görmüşdü. Zənnimcə, o da bu
vəziyyətdən razı idi, sadəcə maraqlanırdı, amma bilmədim ki, nəyin onu nə qədər
maraqlandırdığını heç vaxt dəqiq bilmədim. Əvvəllər mənə demişdi ki, ondan təsirləndiyim və
ondan öyrəndiyim üçün gərək onu heç vaxt unutmayım. O vaxtlar ona təqdim elədiyim bütün o
kitabları, təqvimləri, qənaətləri onun yazdığını lap əvvəlcədən bilirmiş, bunu evdə bataqlığa
bataraq qalan silahımızın planları ilə əlləşəndə də ona bu sözləri deyib, onun da mənə, eynən
mənim ona hər şeyi danışdığım kimi, bunları danışdığını da bilirmiş. Bəlkə də, o vaxtlar, ikimiz
də kələfin ucunu tam itirməmişdik, amma Sultanın işini daha etibarlı tutduğunu bilirdim.
Padşahın məndən daha intellektual olduğunu, bilinməli olan hər şeyi bildiyini, məni ələ almaq
üçün oyun oynadığını o vaxt düşünürdüm. Bəlkə də, bataqlıqda rastlaşdığımız təxribatdan və
uğursuzluq haqqında deyilənlərdən qəzəblənən əskərlərin hirsindən məni xilas elədiyi üçün ona
olan minnət borcumun da buna təsiri vardı. Çünki kafirin qaçdığını öyrənəndə əsgərlərin bəziləri
mənim başımı istəmişdilər. Əvvəlki illərdə açıq şəkildə soruşsaydı, zənnimcə, Sultana hər şeyi
danışacaqdım. O vaxtlar artıq mənim mən olmadığım haqqında gəzən söz-söhbətlər də
çıxmamışdı, baş verənləri kiminləsə danışmaq istəyirdim və ondan ötrü darıxırdım.
Uzun illər birgə yaşadığımız evdə tək qalmaq əsəblərimi daha da pozdu. Ciblərim pulla
doluydu, əsir bazarına ayağım o ərəfədə öyrəşmişdi, axtardığımı tapana qədər aylarla ora gedibgəldim. Nəhayət, mənə də, ona da oxşamayan bir məzlumu pulla alıb evə gətirdim. Gecə ona,66
mənə hər şeyi öyrətməyini, ölkəsi və keçmişi haqda danışmasını, ən vacibi pis əməllərini açıbağartmasını deyəndə, onu aynanın qabağına çəkəndə məndən qorxdu. Çox pis gecəydi, məzluma
yazığım gəldi, səhəri gün azad edəcəkdim, beynimin qurdu tərpəndi, aparıb qul bazarında
qaytardım. Sonra evlənməyə qərar verərək məhəlləyə xəbər yaydım. Ən axırda məni də özlərinə
oxşadacaqlarını, küçəyə rahatlıq gələcəyini düşündükləri üçün sevinclə gəldilər. Mən də onlara
oxşamaqdan məmnun idim, nikbin idim, söz-söhbətin qurtardığını, illərdir Padşahıma əhvalatlar
uydurub rahatlıqla yaşayacağımı düşünürdüm. Həyat yoldaşımı diqqətlə seçdim, O, gecələri
mənimçün ud çalardı.
Söz-söhbətlər təzədən başlayanda, əvvəlcə zənn elədim ki, bu Padşahın oyunudur,
düşünürdüm ki, narahatlığıma göz qoymağı, məni təəccübləndirən suallar verməyi çox xoşlayır.
İlk baxışda, mənə qəfildən -“özümüzü tanıyırıqmı, insan gərək kim olduğunu yaxşı bilə” – bu
kimi sözlər deyəndə çox da narahat olmamışdım, bu əsəbləri pozan sualları, ətrafına təzədən
toplamağa başladığı o təlxəklər arasındakı yunan fəlsəfəsinə marağı olan çoxbilmişdən öyrənib
inandığını düşünürdüm. Bu haqda nəsə yazmağımı istəyəndə, ona, özləri üstündə çox da
dayanmadıqları və kim olduqlarını heç bilmədikləri üçün xoşbəxt şən ceyranlar və sərçələr
haqqında olan sonuncu kitabımı təqdim elədim. Kitabı diqqətlə yanaşaraq, ləzzətlə oxuduğunu
öyrənəndə bir qədər rahatlaşdım, amma söz-söhbətlər mənim də qulağıma gəlib çatırdı. Guya
Sultanı axmaq hesab eləyirəmmiş, çünki yerinə keçdiyim heç bir adama oxşamırmış, o daha zəif
və incəymiş, mənsə gombulammış: Onun bildiyi hər şeyi mən heç vaxt bilməyəcəyimi deyəndə
yalan dediyimi başa düşüblər, nə vaxsa müharibə vaxtı mən də uğursuzluğa onları mübtəla
edəndən sonra qaçacaq, onun elədiyi kimi döyüş sirrini düşmənə verərək məğlubiyyəti
asanlaşdıracaqdım və sair və ilaxır. Zənnimcə, Sultanın yaydığı bu söz-söhbətlərdən qorunmaq
üçün əlimi-ayağımı əyləncədən çəkdim, ortalıqda çox da görünmədim, arıqladım və o son gecə
Padşahın çadırında danışılanları diqqətlə araşdıraraq öyrəndim. Arvadım dalbadal uşaqlar
doğurdu, gəlirim də yaxşıydı, söz-söhbətləri, onu, keçmişi unudub hüzrla işimə davam eləmək
istəyirdim.
Yeddi ilə yaxın dözdüm, əsəblərim daha sağlam olsaydı və ən vacibi, Sultanın ətrafındakı
adamların bəzilərinin uzaqlaşdırılacağını sezməsəydim, bəlkə, axıra qədər də gedərdim, çünki
onu unudaraq Padşahın mənə açdığı qapılardan keçə-keçə unutmaq istədiyim o əvvəlki mənimə
bürünmüşdüm. Artıq əvvəllər məni narahat eləyən şəxsiyyət problemlərinə də daha bişmiş
cavablar verirdim. Deyirdim ki, “İnsanın kim olduğunun nə önəmi var, vacib olan etdiklərimiz
və edəcəklərimizdi”. Padşah, zənnimcə, ürəyimə bu üsulla yol tapdı! Məndən onun qaçdığı ölkə,
İtaliya haqqında danışmağımı istəyəndə, çox da məlumatımın olmadığnı deyəndə əsəbiləşdi: O
mənə hər şeyi danışmağını Sultana da deyib, həm də deyirdi ki, niyə qorxursan, onun
danışdıqlarını xatırlamağım bunun üçün kifayətdir.
Beləliklə, onun uşaqlığını və bir qismini bu kitabımda yazdığım gözəl xatirələrini, Sultana
bir-bir təzədən danışdım. Lap əvvəllər əsəblərim çox da pozulmamışdı, Sultan mənə lazım olan
şəkildə, başqasından eşitdiyi hadisəni danışan bir adama qulaq asan kimi qulaq asırdı, amma
sonrakı illərdə daha diqqətcil oldu, danışdıqlarıma artıq ona qulaq asan kimi qulaq asırdı, amma
onun bilə-biləcəyi təfərrüatları soruşandan sonra məndən xahiş elədi ki, qorxmayım ağlıma gələn
cavabı verim: Bacımın kəkələməyi hansı hadisədən sonra başlamışdı, Padua Universitetinə niyə
qəbul olunmamışdım, Venesiyada seyr elədiyi atəşfəşanlıqda böyük qardaşı hansı rəngdə paltar
geyinmişdi? Bu detalları, öz başıma gəlmiş kimi Padşaha danışarkən, ya da bir qayıq
gəzintisində, ya da qurbağalarla dolu olan su zanbaqları olan hovuzun yanında, ya da ədəbsiz
meymunların gümüş qəfəslərinin qabağında, ya da bir vaxtlar birlikdə gəzdikləri üçün ortaq
xatirələri ilə zəngin olan o bağçaların birində olurduq. O vaxt hekayələrdən və yaddaşımızın
bağçasında açan çiçəklərin oyunundan xoşu gələn Padşah, mənə lap yaxınlaşır, bizə xəyanət
edən köhnə bir dostu axtarırmış kimi ondan danışardı: O vaxtlar onun qaçmağının yaxşı bir hal
olduğunu, yoxsa onu o qədər əyləndirməsinə baxmayaraq, həyəsızlığına dözə bilməyib onu
öldürməyi çox düşündüyünü dedi. Sonra hansımız haqqında danışdığını tam müəyyənləşdirə
bilmədiyim üçün, məni qorxudan bəzi şeyləri izah elədi, amma hiddətlə yox, xoş-xoş danışırdı.
Bəzi vaxtlar özünü bilməməzliyə vurmağına dözə bilməyib onu öldürəcəyimdən qorxduğu 67
günlər olub, axırıncı gecə də az qala cəlladları çağırtdırırmış! Sonra mənə dedi: sən həyəsız
deyilsən, amma özümü dünyanın ən ağıllı, ən bacarıqlı insanı zənn edirsən, vəbanın dəhşətini öz
xeyrin üçün istifadə eləməzsən, kağıza yazılan uşaq kralların əhvalatları ilə gecələr heç kəsin
yuxusunu qaçırtmazsan: Sultanın yuxularına qulaq asandan sonra evə qaçıb onu ələ salarkən
düşünürdüm ki, onları danışmağa heç kəsin yoxdur, onu aldatmaq üçün birlikdə axmaq və
əyləncəli bir əhvalat yazmağa da heç kəsin yoxdur! Bu sözlərə qulaq asarkən, zənn edirəm ki,
yuxudakı kimi özümü və ikimizi kənardan görürəm, kələfin ucunu itirdiyimizi qorxuyla hiss
edirdim, amma axır aylarda Sultan sanki məni dəli eləmək üçün daha da danışırdı: Sən mənim
kimi deyiləsən. Mənim kimi ağlını da, onlarla-axmaqlarla bizi ayıran boş sözlərə vermisən”, ta
illər əvvəl, birgə həyata keçirdiyimiz və Padşahın səkkiz yaşında, bizləri tanımamışdan əvvəl,
qarşıdakı sahildən seyr elədiyi atəşfəşanlıqda, ona qaranlıq göldəki şeytanı zəfərə çatdıran
mənim şeytanım, indi onunla birlikdəymiş və onunla birgə rahatlıq tapacağını zənn elədiyi
ölkəyə gedib! Sonra bir-birininə oxşayan o bağça gəzintilərimizin şirin yerində Sultan diqqətlə
soruşardı: İnsanlar, dörd bir tərəfdə, həmişə bir-birlərinə oxşadığını başa düşmək üçün, görəsən,
mütləq Padşahmı olmalısan? Qorxaraq susardım: Sanki son dözümümü də qırmaq üçün bir də
soruşardı: insanların hər yerdə bir-birinin bənzəri olduğunun ən yaxşı sübutu onların birbirlərinin yerinə keçməsi deyildimi? Artıq işin zibili çıxmışdı.
Nə vaxtsa Sultanın mənimlə birlikdə onu da unutmağı bacaracağını umduğum, daha çox
pul toplamağı düşündüyüm üçün, bəlkə də, bu olanlara daha səbirlə dözəcəkdim, çünki
naməlumluğun qorxusuna öyrəşmişdim, amma Sultan sanki bir dovşanın ardınca at sürərkən
yolumuzu itirdiyimiz meşədə, rahatlıqla gəzinirdi, fikrimin qapılarını açıb bağlayırdı, üstəlik,
bunu artıq hamının yanında edirdi, yan-yörəsini yenə o təlxəklərlə doldurmuşdu, yenə də onların
vəzifədən uzaqlaşdırılacağını, hamımızın malını-mülkünü müsadirə ediləcəyini düşündüyüm bir
vaxtda, yaxınlaşan bəlaları hiss elədiyim üçün qorxdum. Mənə Venesiyadan körpüləri, uşaq
vaxtı səhər yeməyi yediyi masanın örtüyündəki bəzəkli naxışları, müsəlman olsun deyə, az qala
boynunun vurulacağı bir vaxtda xatırlatdığı üçün, evin həyətinə baxan pəncərədən gördüklərini
danışdığı gün, bütün bunları, sanki öz başıma gəlmiş hadisə kimi, bir kitabda yazmağı
buyuranda, qərar verdim ki, tez bir zamanda İstanbuldan qaçım.
Onu unutmaq üçün Gəbzədə başqa bir evə köçdük. Əvvəllər saraydan adamların gəlib
məni aparacaqlarından qorxardım, amma arayıb-axtaran olmadı, gəlirimə də ilişmədilər, məni ya
unutmuşdular, ya da Padşahın gizli nəzarəti altındaydım. Vecimə də almadım, işlərimi qaydaya
saldım, bu evi tikdirdim, arxa həyəti ürəyimdən keçən impusllara inanaraq istədiyim kimi
düzəltdim, vaxtımı kitabları oxumaqla, öz kefim üçün əyləncəli hekayələr yazmaq və uzun illərin
baş münəccim olduğumu öyrənib fikir öyrənməyə gələn qonaqlarımı, daha çox pullarına görə
yox, əylənmək üçün dinləyərək keçirirdim. Uşaqlığımdan bu günə qədər üstündə yaşadığım
ölkəmi, bəlkə də, ən çox bu ərəfələrdə tanıdım. Şikəstlərə, oğlunu qardaş-bacısını itirmiş çaş-
başlara, xəstələrə, evdə qalmış qızların atalarına, boyu heç cür uzanmayanlara, qısqanc ərlərə,
korlara, gəmiçilərə, ağlı başından çıxmış eşqə düşənlərə gələcəklərini deməmişdən əvvəl, uzunuzadı öz həyatları haqqında danışdırır, gecələri, eynən bu kitabda etdiyim kimi, sonralar
əsərlərimdə istifadə etmək üçün qulaq asdıqlarımı dəftərlərə yazardım.
Otağıma özüylə birgə dərin kədər gətirən o qocanı da həmin illərdə tanıdım. Yəqin ki,
məndən on, on beş yaş böyük idi. Adı Övlya imiş, üzündəki kədəri görən kimi dərdinin tənhalıq
olduğunu yəqinləşdirdim, amma elə demədi: bütün ömrünü gəzintilərə və bitirmək üzrə olduğu
on cildlik səyahətnaməyə sərf edib, ölməmişdən əvvəl Allaha ən yaxın olan yerə Məkkəyə və
Mədinəyə gedəcək, oralar haqqında da yazacaqmış, amma kitabında onu narahat edən bir
əskiklik varmış, çeşmələrini və körpülərinin gözəlliyini hiss elədiyi İtaliyanı da oxucularına nəql
etmək istəyirmiş, fikirləşib ki, görəsən, İstanbulda ad-sanını eşitdiyi adam, yəni mən ona bunları
danışa bilərdimmi? Deyəndə ki, İtaliyanı görməmişəm, bildirdi ki, bunu hamı kimi o da bilir,
amma bir vaxtlar ordan gəlmiş bir köləm varmış, o mənə hər şeyi danışıb: Mən də ona
danışsam, Övliya da əvəzində mənə əyləncəli şeylər danışacaqmış. Onun fikrincə, həyatın ən
gözəl hissəsi xoş əhvalatlar uydurub, xoş əhvalatlara qulaq asmaq deyildimi? Çantasından 68
çəkinə-çəkinə bir xəritə çıxarmışdı, bugünədək gördüyüm ən bərbad İtaliya xəritəsiydi, qərara
gəldim ki, bildiklərimi danışım.
Uşaq əllərini xatırladan toppuş əliylə xəritəsindəki bir şəhəri göstərir, adını höcələyərək
oxuyandan sonra, danışdığım arzularımı diqqətlə kağıza köçürürdü. Hər şəhər üçün, bir də qəribə
bir əhvalat istəyirdi. Beləliklə, quzeydən güneyə on üç gecədə, on üç şəhərdə həyatımda ilk dəfə
gördüyüm bütün bu ölkələri keçdik. Səhərimizin hamısını sərf etdiyimiz bu işdən sonra,
Siciliyadan gəmiylə İstanbula qayıtdı. Danıdıqlarımdan çox razı olduğuna görə o da məni
sevindirməyə qərar verərək Akka (Akka-İsrailin şəhərlərindən biridir. F.H) göylərində itən
kəndirbazlardan, Konyadakı fil doğan qadınla oğlundan, Nil sahilindəki mavi qanadlı
buğalardan, çəhrayı pişiklərdən, Vyanadakı saat qülləsindən, orda düzəltdirdiyi və mənə
gülümsəyərək göstərdiyi qabaq dişlərindən, Azak sahilindəki danışan mağaradan, Amerikadakı
qırmızı qarışqalardan danışdı. Hansı səbəbdənsə, məndə qəribə bir hüzn yaradırdı bu əhvalatlar,
istəyirdim ki, ağlayım: Günəşin bütün qızıllığı otağımada əks olunurdu, Övliya sən də belə
təəccübləndirci hekayələr bilirsənmi deyə soruşanda, onu, həqiqətən, təccübləndirmək istəyərək,
dedim ki, adamlarıyla birgə gecə burda qalsınlar. Bir-birinin yerinə keçən iki insan haqqında
xoşlayacağı bir əhvalatım vardı.
Gecə hamı otağına çəkiləndən, evə ikimizin də gözlədiyi o sakitlik çökəndən sonra,
təzədən otağa qayıtdıq. Bitirmək üzrə olduğumuz əhvalatı birinci dəfə onda düşündüm!
Danışdığım sanki uydurulmuş yox, yaşanmış bir əhvalat imiş kimi, sanki bütün bu sözləri mənə
başqa bir adam sakit-sakit pıçıldayırammış kimi, cümlələr bir-birinin ardınca yavaş-yavaş
düzülürdü: “ Venesiyadan Neapola gedirdik, türk gəmiləri yolumuzu kəsdi...”
Gecə yarısından çox sonra əhvalatım bitəndə, uzun müddət davam edən bir sakitlik çökdü.
Bilirdim, qonağım da, mən də onu düşünürdük, amma onun fikrində mənimkindən tamam başqa
bircə o var idi. Öz həyatını düşünürdü, bundan heç şübhəm yoxdu! Mən də öz həyatımı, onu,
əhvalatımı xoşladığımı düşünürdüm, yaşadığım və arzusunda olduğum hər şeylə qürur
duyurdum: İçində oturduğumuz otaq, ikimizin də bir vaxtlar olmaq istədiyimiz və olduğumuz
varlıqların hüzünlü xatirələri ilə doluydu, onu heç vaxt unutmayacağımı, bu halın da məni
həyatımın axırına qədər bədbəxt edəcəyini də, o vaxt açıq-aşkar başa düşdüm, artıq bilirdim ki,
heç vaxt təkcə yaşaya bilməyəcəyəm. Əsərimlə birlikdə, sanki gecənin yarısı otağın içinə,
ikimizi də maraqlandıran, diqqətçəkən bir xəyalatın kölgəsi düşmüşdü. Səhərə yaxın, qonağım
əhvalatımı çox xoşladığını deyərək məni sevindirəndən sonra, əlavə elədi ki, bəzi şeylərə də
qarşı çıxacaq. Bəlkə də, ikimizi də əsəbiləşdirici xatirəsindən xilas olaq, tez bir zamanda yeni
həyatımıza qayıdaq deyə onu maraqla dinlədim.
Əsərimdəki kimi qəribə və təəccüblü olanı axtarmalıyıqmış, bəli, dünyanın bu bezdirici
darıxdırıcılığına qarşı edə biləcəyimiz yeganə şey, bəlkə də, bu imiş, bunu həmişə eyni şeylərin
təkrarlandığı o uşaqlıq və məktəb illərindən bəri bildiyi üçün, həyatı dörd divar arasında ağlına
belə gətirməmişdi, buna görə də bütün ömrünü gəzintilərdə və sonu olmayan süjetlər axtarmaqla
keçirmişdi. Amma qəribə və təəccüblü olan şeyi dünyada axtarmalıyıqmış, öz içimizdə yox! Öz
içimizdəkini axtarmaq, öz üstümüzdə də o qədər uzun-uzadı düşünmək bizləri kədərləndirərdi.
Mənim əsərimdə insanların başına gələn də elə bu imiş: buna görə də qəhrəmanlar özləri
olduqlarına heç cür inanmır, buna görə də həmişə başqa biri olmaq istəyirlərmiş. Sonra məndən
soruşdu: “bu əsərdə olanların həqiqət olduğunu düşünəkmi, bir-birinin yerinə keçən o insanların
yeni həyatlarında xoşbəxt ola biləcəklərinə, sən inanırsanmı? Susdum. Hansı səbəbdənsə mənə
əsərimdəki bir detalı xatırlatdı: Qolu qopmuş bir ispaniyalı kölənin ümidlərinə özümüzü aludə
etməməliyikmiş! Onda, o cür əsərləri yaza-yaza, qəribəliyi öz içimizdə axtara-axtara, bizlər də
başqa biri oluruq, Allah qorusun, oxucularımız da. Onun qənəti beləydi: insanların həmişə
özlərindən, öz qəribəliklərindən danışılan, kitabların və əsərlərin də həmişə bu şeylərdən bəhs
edən o qorxunc dünyanı düşünmək belə istəmir.
Mən istəyirdim! Buna görə, bir gündə xətrini istədiyim bu qoca, Məkkəyə getmək üçün
gün doğarkən adamlarını yığıb, birgə yola düşəndə, tezcə oturub kitabımı yazdım. Bəlkə də,
gələcəyin o qorxunc dünyasının insanlarını daha yaxşı xəyalımda canlandırmaq üçün kitabıma
özümdən və özümdən ayıra bilmədiyim Ondan əlimdən gələn qədər çox bəhs etdim. Amma 69
əlimdən çox da gəlmədiyini, on altı il əvvəl bir kənara atdığım bu kitabı, bu günlərdə təzədən
oxuyarkən düşündüm. Bunun üçün insanın özündən – duyğuların aşıb-daşmasına aludə olaraq –
danışmasından xoşhal olmayan oxucularımdan üzr istəyərək bu səhifəni kitabıma əlavə edirəm:
Onu çox istəyirdim, onu yuxumda gördüyüm öz çarəsiz, əsl simamı xoşladığım kimi, bu
görünüşün utancı, hikkəsi, günahı və hüznüylə sanki boğulan tək, kədərlə ölən vəhşi bir heyvan
qarşısında utanca qapılırıq kimi, öz oğlumun arsızlığına əsəbiləşirəmmiş kimi, özümü
axmaqcasına bir diksintiylə, cəfəng bir sevinclə tanıyrımmış kimi xoşlayırdım. Bəlkə də, ən çox
belə: əlimin-qolumun böcək kimi elə-belə tərpənişinə aludə olduğum, ağlımın sərhədlərində hər
gün əks-səda verərək, sonra səngiyən düşüncələrimi bildiyimi, iri bədənimdən çıxan nəmin
bənzərsiz qoxusunu, qalın saçlarımı, çirkin ağzımı, qələmimi tutan çəhrayi əlimi tanıdığım kimi:
Bunun üçün məni aldatmadılar. Kitabımı yazıb onu unutmaq üçün bir kənara atndan sonra,
yayılan bütün o söz-söhbətlərə ad-sanımızı eşidib, bundan istifadə etmək istəyənlərin oyununa
aldanmadım! Qahirədə paşaların birinin qoruyucu qanadları altında yeni bir silahın planlarını
hazırlayırmış! Vyananın pis günlərində şəhərin içindəymiş, tez bir zamanda məğlub olmağımız
üçün düşmənə bilmədiklərini başa salırmış! Ədirnədə dilənçi cildində görüblər onu, özü
fitvaladığı tacirin dava-dalaşının birində yorğançını bıçaqlayaraq qaçıb, yox olub! Uzaq bir
Anadolu qəsəbəsinin məhəllə məscidində axundluq edirmiş, bir muvaqqitxana yaradıb, bu
sözləri təsdiq edən andlar içirdi, bir də saat qülləsi üçün pul yığmağa başlayıb! Vəba xəstəliyinə
görə getdiyi İspaniyada kitablar yazaraq varlanıb! Yazıq Padşahımızı taxtdan salan siyasi
oyunları da onun qurduğunu deyirdilər! Slavyan kəndlərində, ən axırda çata bildiyi həqiqi
etiraflara qulaq asa-asa, əfsanəvi bir keşiş kimi əl üstündə saxlana-saxlana insanı daxili böhrana
salan kitablar yazırmış! Anadoluda gəzirmiş, axmaq şahları hakimiyyətdən salacağını deyərək,
qənaətləri və şeirləri ilə təsir altına saldığı qaragüruh əhlini öz arxasınca aparır, yanına məni də
çağırırmış! Onu unutmaq gələcəkdəki o qorxunc insanların, o qorxunc dünyaları ilə baş qata
bilmək üçün, xəyallarımın dadını qaçırtmaq üçün hekayələr yazdığı on altı ildə bu sözsöhbətlərdən başqa söz-söhbət də eşitdim, amma heç birinə inanmadım. Bilmirəm, bu hal
başqalarında da olurmu? Bəzən, Xaliçin uzaq ərazilərində o dörd divarı bir-birimizə zindan
eləyərək, bəzən bir imarətdən, ya da saraydan heç cür gəlməyən çağırışı gözləyərkən, bəzən birbirimizə ləzzətlə nifrət edərkən, bəzən də qarşılıqlı şəkildə gülüşərək Padşahımız üçün risalə
yazarkən, gündəlik həyatın içində, qəfil ikimiz də, adi bir situasiyaya da diqqət edirdik: Səhər
ikimizin də gördüyü islaq bir it, iki ağac arasında asılmış paltarların düzülüşündəki rəng və
ölçülərindəki gizli geometrikliyi, həyatın simmetriyasını aşkarlayan adi şeylərdi. İndi ən çox
bunlardan darıxıram! Ölümündən illər, bəlkə də, yüz illər sonra bu işlə maraqlananların biri
bizdən çox, öz həyatını xəyalında canlandıraraq oxuyacağını zənn etdiyim, əslində, onsuz heç
kəs oxumasa da, çox da vecimə almayacağam və bunun üçün də onun adını çox da dərin olmasa
da, gizləyərək basdırdığım oxşarımın kitabına buna görə: vəbalı gecələri, Ədirnədə keçən
uşaqlığımı, Padşahın bağçalarında keçirdiyim gözəl saatları, onu o saqqalsız vəziyyətdə Paşanın
qapısında birinci dəfə görəndə ağırlığını kürəyimdə zənn elədiyim o ürpərtini bir də xəyalımda
canlandırmaq üçün qayıtdım. İtirdiyimiz illəri və xəyalları təkrar ələ keçirmək üçün, onları
yenidən xəyalımda canlandırmağın lazımlılığını hamı bilir: Mən əhvalatıma inandım!
Kitabımı onu qurtarmağa qərar verdiyim günü danışaraq bitirəcəyəm: İki həftə əvvəl, yenə
masamızda oturub başqa bir əsər haqda fikirləşməyə çalışarkən İstanbul tərəfdən gələn bir atlı
gördüm. Son vaxtlar ondan xəbər gətirmək üçün mənim yanıma heç kəs gəlmirdi, bəlkə də,
onlarla pis davrandığım üçün, bundan sonra zənn eləmirəm ki, mənim yanıma gələlər, amma o
qəribə jileti olan, əlində çətir olan yolçunu görən kimi başa düşdüm ki, mənim yanıma gəlir.
Otağıma girməmişdən əvvəl hiss eləmişdim. Onun qədər olmasa da, onun kimi səhv edə-edə
türkcə danışırdı, amma otağa girən kimi italyanca danışdı Üzümü turşutduğumu və cavab
vermədiyimi görəndə, zəif bildiyi türkcəsiylə, mənim az da olsa italyancanı bildiyimi dedi. Sonra
danışdı: Adımı, kim olduğumu ondan öyrənib. Ölkəsinə qayıdandan sonra o, türklərlə başına
gələn dəhşətli sərgüzəştləri haqqında, türklərin heyvanları xoşlayan axırıncı Padşahı və yuxuları
haqqında, türklər və vəba haqqında, saray və müharibə qaydalarımız haqqında kitab yazıb.
Aristokratlar və xüsusən də kübar xanımlar arasında yayılan o tilsimli Şərq marağına görə 70
yazdıqları maraqla qarşılanıb, kitabları çox oxunub, akademiyalar da dərs deyib, varlanıb. Hələ
bundan başqa, yazdıqlarının romantikasına aludə olan əvvəlki nişanlısı, yaşına məhəl
qoymayaraq ərindən ayrılıb, evləniblər, uçulub-dağılan və satılan ailəsinin əvvəlki evini alıb ora
köçüblər, evi, bağçanı, əvvəlki vəziyyətinə qaytarıblar. Qonağım bütün bunları bilirmiş, çünki
kitablarına heyran olduğuna görə onu evində ziyarət eləyib. O, çox kübar imiş, o, qonağıma
bütün gününü sərf edərək, suallarını cavablandırıb, kitablarda yazdığı sərgüzəştləri bir də
danışıb. Məndən də uzun-uzadı elə onda danışıb: “Yaxından tanıdığım bir türkdü” başlığıyla
mənim haqqımda bir kitab yazırmış: Ədirnədəki uşaqlığımdan, ta ordan ayrıldığım günə qədər,
mənim bütün həyatım, onun türklərin xüsusiyyətləri haqqında intellektuallıqla yazdığı subyektiv
fikirləriylə dəstəklənərək maraqlanan italyan oxucusuna təqdim edilmək üzrəymiş. “Özümüz
haqqında ona necə də çox danışmışıq”,- dedi qonağım. Sonra məni təəccübləndirmək üçün bəzi
səhifələrini oxuduğu kitabdan detalları xatırlatdı: Uşaq olanda, məhəllədəki dostlarımdan birini
döyəndən sonra, etdiyim hərəkətdən utanaraq kədərlənərək ağlamışdım, ağıllıyammış, onun
mənə öyrətdiyi bütün astronomik bilikləri altı aya qavramışdım, bacımı çox istəyirəmmiş, dinimə
vurğunammış, həmişə namaz qılırammış, gilas cemini çox xoşlayırammış, ögey atamın peşəsi
olan yorğançılığa xüsusi marağım varmış, bütün türklər kimi, insanları çox istəyirəmmiş və sair
və ilaxır. Mənə göstərdiyi bu qədər diqqətdən sonra, bu səfehə soyuq davranmayacağımı və
belələrinin maraqlandığını bildiyim üçün ona otaq-otaq evimizi göstərdim. Sonra bağçada
dostlarıyla oynayan balaca oğullarımın oyunları ilə maraqlandı, ancaq polad çomağın yox, onları
danışdırdığı üçün korebe (oyun növüdür, adətən, 10-12 yaşlı uşaqlar oynayır-F.H), ənzəli və çox
da xoşlamadığı eşşəyin qaydalarını bir dəftərə yazdı. Elə onda dedi ki, bir türk dostu var. Ediləsi
başqa bir şey olmadığına görə, günortadan sonra ona bağçamızı, sonra Gəbzəni və onunla illər
əvvəl qaldığımız evi göstərəndə də eyni sözləri dedi. Çox maraqlandığı anbarımızda cem və
turşu qabları, zeytun yağı və sirkə güyümləri arasında diqqətlə yeriyərkən, venesiyalı bir rəssama
yağlı boya ilə çəkdirdiyim portretimi görəndə, bir az həddini aşaraq, əslində, onun türk dostu
olmadığını, türklər üçün pis sözlər yazdığını sirr verirmiş kimi sakitcə dedi: Bizim artıq mənəvən
geriləməyimizdən yazırmış, beynimizin içinin əski-üskü ilə dolu səliqəsiz bir şkafdan danışırmış
kimi danışırmış, islah olmayacaqmış, deyirmiş ki, xilas olmağım üçün tez bir zamanda onlara
boyun əyməkdən başqa, bundan sonra yüz illərlə boyun əydiklərimizi yamsılamaqdan başqa
çarəmiz yoxdu. Daha da uzatmasın deyə dedim: Amma o bizi xilas etmək istəyirdi”, - tez fikrini
bildirdi. Bəli, buna görə bir də silah hazırlayıb, amma biz onu başa düşməmişik, silah dumanlı
bir səhər, eynən fırtınada batan nəhəng quldur gəmisinin leşi kimi, batdığı iyrənc bir bataqlıqda
ilişib qalıb. Sonra əlavə elədi: Bəli, bizləri xilas eləməyi çox, lap çox istəyib. Bu o demək deyildi
ki, onda şeytani bir pislik yoxdu. Onsuz da bütün dahilər beləymiş! Portretimi əlinə alıb
yaxından diqqətlə baxır, bir yandan da dahilik haqqında nəsə mızıldanırdı: O, bizlərə əsir
düşməyib ömrünü ölkəsində keçirsəymiş, on yeddinci əsrin Leanordosu belə ola bilərmiş. Sonra
yenə də çox xoşladığı pislik mövzusuna qayıtdı. Onun haqqında deyilən, amma yaddaşımda
qalmayan bir-iki pulla bağlı dedi-qodu danışdı. Sonra dedi: Qəribə olan sizin ondan heç
təsirlənməməyinizdir!” Məni tanıyıb və çox istəyib, heyranlığını gizlətmədi: Neçə illər birlikdə
yaşayan iki adam necə olur ki, bir-birinə bu qədər oxşayarmış, mən başa düşə bilmirəmmiş.
Qorxurdum ki, şəklimi istəyər, amma istəmədi, götürdüyü yerə qoyandan sonra məndən soruşdu:
Yorğanları görə bilərəm? Mənasızcasına dedim: “Hansı yorğanları?” Təəccüblə soruşdu: Boş
vaxtlarını yorğan tikərək keçirmirsən? O vaxt qərar verdim ki, on altı ildir əlimə götürmədiyim
kitabı ona göstərim.
Çox həyəcanlandı, Türkcə oxuya bildiyimi, onunla bağlı bir kitabı, təbii ki, çox görmək
istədiyini bildirdi. Yuxarı, həyətin arxa tərəfinə baxan iş otağıma çıxdıq. Masamıza oturdu, on
altı il sonra, kitabımı ona dünən vermişəmiş kimi soxuşdurduğum yerdə tapdım, açıb qarşısına
qoydum, türkcəni yava-yavaş da olsa oxuya bilirdi. Bütün səyyahlarda gördüyüm və məni
əsəbiləşdirən, öz sağlam və etibarlı dünyasından ayrılmadan təəccüblənmək istəyi ilə kitabıma
aludə oldu. Onu tək qoyub bağçaya çıxdım, acıq pəncərədən onu görə biləcəyim bir yerdə,
divanda oturdum. Əvvəlcə şən idi, pəncərədən məni çağırdı: “İtaliyaya ayağınızın dəyməməyi
necə də aydın bilinir!” Amma sonra məni unutdu, arada bir gözucu onu süzərək, orada üç saat 71
bağçanın içində oturub, kitabı oxuyub qurtarmasını gözlədim. Oxuyub qurtaranda da başa
düşmüşdü, rəngi avazımışdı, bir-iki dəfə silahımızı özünə çəkən bataqlığın arxasındakı Bəyaz
Qalanın adını qışqıraraq dedi, mənimlə boş-boşuna italyanca danışmaq belə istədi. Sonra
oxuduqlarını, təəccübünü həzm etmək, dinləmək üçün pəncərədən çölə fikirli-fikirli baxdı.
Ləzzətlə baxırdım, əvvələr belə vəziyyətlərdə insanların həmişə etdikləri kimi, boşluqda sonsuz
bir nöqtəyə, olmayan bir mərkəzə baxırdı, amma lap sonralar, gözlədiyim kimi, gördü də: bu
səfər pəncərədən gördüklərinə baxırdı. Xeyr, ağıllı oxucularım başa düşüblər, zənn elədiyim
qədər axmaq deyilmi? Gözlədiyim kimi oldu, hirslə kitabın səhifələrini çevirməyə başladı,
axtarırdı, mən də ləzzətlə tapmasını gözləyirdim, nəhayət, axtardığını tapıb oxudu. Sonra
yenidən, evimin arxa həyətinə baxan o pəncərədən görə biləcəyi şeylərə baxdı. Nə gördüyünü,
təbii ki, yaxşı bilirdim:
Masanın üstündəki sədəf naxışlı sininin içində şaftalılar və albalılar vardı, masanın
arxasında həsirdən hörülmüş divan vardı, üstündə pəncərənin yaşıl rəngiylə eyni rəngdə olan quş
tükündən hazırlanmış yastıqlar qoyulmuşdu, yetmiş yaşına nərdivan söykəyən mən orda
oturmuşdum, daha arxada kənarına sərçə qonan quyuyla zeytun və albalı ağaclarını görürdü.
Onların arxasındakı qoz ağacının hündür bir budağına uzun iplərlə bağlanmış bir yelləncək, zəif
hiss olunan küləkdə yavaş-yavaş tərpənirdi.
1984-85
Son72
Orxan Pamuk
“Bəyaz Qala” haqqında
Bu deyəcəyim fikirlərimi, kitablarını, onları sevib əzizləyərək yazan ağıllı yazarlar bilir:
bəzi romanlar var ki, müəlliflərini xeyli xoşbəxt edərək, yerli-yerində bir sonluqla bitsələr də,
qəhrəmanları çap olunan kitabdan kənarda – müəllifin xəyallarında sərgüzəştlərini davam
eləyərlər. XIX əsrin yazıçılarından bəziləri bu xəyalları iki və ya üç cilddə nəql etməyi sınaqdan
keçiriblər. Qurulmuş bir dünyanı təzədən qurmağın tələlərinə düşmək istəməyən başqalarısa,
sanki kitabın davam etməsi mümkün olan yaşamına son qoymaq üçün, romanlarının axırında
qəhrəmanının gələcəyini tələm-tələsik tükəndirən bir bölüm əlavə edirlər, oxuyuruq: “illər sonra
Doresi iki qızıyla Alkinstondakı bağ evinə geri qayıtdı”, “Razarovun işləri nəhayət düzəldi, artıq
yaxşı gəlir əldə edir” və s. Bir də başqa cür kitablar var, bunlar müəlliflərini xəyalındakı yeni
həyat tərzinin qəhrəmanlarının sərgüzəştlərini vasitəçiliklə yox, birbaşa kitabla öz əhvalatlarına
görə davam etdirirlər. Kitab müəllifinin beyninə dolan yeni düşüncələr, obrazlar, əldən verilən
bəzi fürsətlər, oxucuların yaxın dostlarının təzyiqləri, xatirələr və bəzi başqa planlara görə
müəllifin beynində dayanmadan dəyişər. Ən axırda, müəllifin beynində kitab obrazı, kitab
dükanlarında satılan və müəllifin niyyətində olduğu kitabdan tamam başqa bir şey alınanda,
müəllif əlindən çıxmaq üzrə olan bu təzə və hələm-hələm ələ düşməyən nəsnəni adam arasına
necə çıxartdığını xatırlamaq istəyər.
“Bəyaz Qala”nı yazmaq, zənnimcə, “Cövdət bəy və oğulları” qurtaranda artıq fikrimdə
vardı: Gecə-yarsı, mavi küçələrdən çağırıldığı saraya gedən bir kahin. Kitabın adı onda beləydi.
Xoşniyyətli, “elmlə işə başlayan kahinim, çox da həyəcanla qarşılanmayan bu savadını, saray
əhlinə qəbul etdirmək üçün heç də xoşlamadığı, amma astronomiyaya olan marağına görə asanca
öyrəndiyi münəccimlik sənətini əvvəlcə istəməyərək icra edir, sonra da uzaqgörənliyinin ona
verdiyi güc və iqtidarla ağlı başından çıxanda həlləm-qəlləm işlər görməyə başlayır. Ardını
bilmirəm. O ərəfədə, ağlıma gələn bu “tarixi” mövzulardan çəkindiyimə, özümün də başqalarının
da tez-tez soruşduğu bu sualdan narahat olduğuma görə, bu fikirlə onu reallaşdıracaq qədər
maraqlanmadım: “Niyə tarixi romanlar yazırsan?”.
Lap əvvəl, iyirmi üç yaşında olanda, üç tarixi hekayə yazmışdım, deyirdilər ki, Cövdət bəy
əsərində də “tarixi”dir, bu sualın cavabı mənim ədəbi zövqümlə yox, ruhi meyillərimlə əlaqədar
olmalıydı: balaca olanda, səkkiz yaşında- izah etməyə ehtiyac var- hər şeyin bir-birini
təkrarladığı və radionun həmişə eyni şeyləri zırıldadığı mərtəbəmizdə işığın düşməyinə mane
olan mebellərin qaranlıqlaşdırdığı, nənəm yaşayan mərtəbəyə çıxdığım gün, əlimə Amerikadan
heç vaxt qayıtmayan əmimin tibblə bağlı tozlu kitabları və saralmış qəzetlərinin içində Rəşad
Əkrəm Qoçun hazırladığı böyük və şəkilli bir kitab keçdi. Beləliklə, hər gün saatlarla tozu alınan
qaranlıq evimizin mərtəbəsində tozlar kölgələr kimi yenə də toplanarkən, mən fahişəliyə aludə
olduqlarına görə, Əzabqapıdakı meymun satılan dükanlardan alınaraq ağaclara asılan biçarə
meymunların əhvalatını oxuyardım. Qəzəbli paltaryuyan maşınla birgə hamının qaynar su və
paltaryuyan sabun davasına qoşulduğu paltar günlərində gizlənir, vəbaya yoluxaraq cəzalanan
“Mələk Girməz Küçəsi”nin fahişələrinin qara qələmlə çəkilən şəkillərinə baxardım. Dəhlizdəki
sarğaclı saatlar təzə bir saat başlığını səbirlə gözləyərkən, mən səbirsizliklə və qorxuyla qolları,
ayaqları qırılaraq topun ağzına yerləşdirilib güllə kimi göyə atılaraq edam olunan günahkarların
əhvalatına heyranlıqla baş qoşardım. Yazdığım ilk tarixi hekayələrdən birin oxuyan tənqidçi
deyib ki, mən günün vacib problemlərindən yayınmaq üçün tarixə sığınıram.
Əslində bu fikir “Səssiz ev” qurtarandan sonra, yenə gözümün qabağında tarixi hadisələr
qaynaşmağa başlayanda mənə daha doğru göründü. Deyirdim ki, uzun romanların arasında qısa
bir şey yazım, süjetin ön planda olduğu, yazarkən məni dincəldəcək, əyləndirəcək bir novella
olmalıydı. Beləliklə, kahinimə görə, elm və asrtonomiaya kitablarını ləzzətlə oxumağa başladım.
Adnan Adıvarın o əyləncəli və əvəzsiz “Osmanlı türklərinin elmi” əsəri mənə axtardığım abhavanı verə bildi. (Övliya Çələbinin də xoşu gələn heyvanlar haqqında yazılan “ƏcaibülMəxluqat” kimi kitablar, başqa kitablardan dəyişdirilərək uyğunlaşdırılmış coğrafiya kitabları
olmayan ölkələr və b), Artur Kostlerin “Yuxudagəzən” dəki Keplerin izahı (Niyə mən mənəm?), 73
Leonardo da Vinçinin sadəlöhlüyü və silah hazırlamaq arzusu (digərlərinə çatmaq və onların
dərsini vermək üçün əldən-ayaqdan gedənlərin prinsipial arzusu), katib Çələbinin çarəsiz kitab
qurdluğu (ətrafında dərdlərini və nazını bölüşməyə heç kəs olmayan vaxtlarda daha da hüznlü bir
gözəlliyə bürünən bu xəstələri sevgiylə salamlayıram), qəhrəmanlarıma istər-istəməz sirayət etdi.
Məşhur Osmanlı astronomu Takiyüddünü mənə tanıdan professor Süheyl Ünverin “İstanbul
Rəsədxanası” adlı kitabından varlığını öyrəndiyim Takiyüddün quyruqlu ulduz haqqında
Padşaha təqdim elədiyi, bu gün itib-batan elmlərin şahını qəhrəmanıma tapdırıb izah etməyi
planlaşdırarkən astronomiya ilə astrologiyanın arasındakı sərhəddin naməlumluğundan da
xəbərdar idim. “Bir başqa kitabda isə astrologiya haqqında belə yazırdı: Bir sivilizasiyanın
dağılacağı haqqında proqnoz vermək, “o sivilizasiyanı dağıtmaq üçün çox da sərfəsiz yol
sayılmamalıdır”. Bütün siyasətçilər kimi, baş münəccim Hüseyn Əfəndinin də bu öncəgörüm
qanununu canı hovlu reallaşdırdmağa çalışdığını, daha sonraları Naimanın (Naima böyük
tarixçilərindəndir və Osmanlı tarixini yazmış ilk türk tarixçi sayılır. F.H) yazdığı tarixi
məlumatlardan oxudum.
Əsərimin təfərrüatlarını bir yandan toplamaqla yanaşı, çox da dəqiq bir məqsədi olmayan
bu mütaliədən yorulanda əlimdə, dünya ədəbiyyatından, xüsusilə bizim ədəbiyyat və
həyatımızda rast gəlinən bir mövzu vardı: Yaxşılıq etmək, başqalarına yararlı olmaq üçün ürəyi
gedən bir qəhrəman! Oxucuların qəhrəmanların yarısına diş qıcayaraq, yarısına da heyranlıqla
gözyaşı tökərək oxuduqları romanlarda xeyli xeyirxahlıq edən bu yaxşı qəhrəmanı pis adamlar
xaincəsinə əngəlləyərlər. Daha yaxşı romanlarda isə yaxşıların yavaş-yavaş əngəlləmək
istədikləri pisliklərə məğlub olduqlarını, dəyişdirildiyini oxuyuruq. Bəlkə də, mən də buna
oxşayan nəsə yazacaqdım, amma “yaxşılığın”, qəhrəmanı aktivləşdirən bütün o bilgini və
tapmaq həyəcanının qaynağını hec cür tapa bilmirdim. Bəlkə də, insanların özləri, oxuduqları
kitablarla deyil, eşitdikləri sözlər və başqalarına duyduqları heyranlıq hissi ilə dəyişdirdikləri
ölkədə yaşadığımız üçün, kahinimin öz elmini Qərbdən gələn bir adamdan öyrənməsinə qərar
verdim. O uzaq ölkələrdən gəmilərlə gətirilən çoxlu kölələr bu iş üçün biçilmiş parçaydı. Hegeli
xatırladan o alicənab kölə əlaqəsi də beləcə ortaya çıxdı. Xocamla, köləsinin bir-birinə hər şeyi
danışacaqlarını, bir-birlərini təkmilləşdirəcəklərini düşünürdüm, gərək uzun-uzadı danışaydılar,
onları qaranlıq şəhərin içində, bir otaqda baş-başa yaradırdım. Bu cütlük arasında ruhi cəhətdən
əlaqə və münasibət bir anda hekayəmin əsas qayəsinə çevrildi. Topladığım dəqiq məlumatlar
seçib-seçələdiyim bu xəyal və hekayə süjetlərinin qəhrəmanlarına, kitabımdakı dünyanın
səhifələri arasında onları gəzdirmək üçün böyük bir mərkəz də tapmağı müəyyənləşdirdiyim vaxt
Xoca ilə italyan kölənin görünüşünü bir-birindən fərqləndirməməyə qərar verdim. Bəlkə də,
xəyal gücümün bir anlıq tutqunluğundan, beləcə, bir eyniyyət fikri yarandı. Bu fikirdən sonra
ədəbiyyat tarixi adlanan xəzinənin o məşhur ekizlər, oxşarlar, bir-birinin yerinə keçən cütlüklərin
münasibətlərini başa düşmək üçün mənim çox da xəyal qurmağa ehtiyacım olmadığını,
ədəbiyyatı sevərək tanıyan oxucularım o dəqiqə yəqinləşdirəcəklər.
Beləliklə, əsərim, öz daxili məntiqinin məcburiyyətinin, ya da mənim xəyal gücümün
tənbəlliyi ucbatından məni də həyəcanlandıran tamam başqa bir biçimdə yarandı. Özündən razı
olmadığı, musiqiçi olmaq istədiyinə görə təqlid elədiyi Mortsartın adını öz adına əlavə edən
E.T.A.Hoffmanın ikili münasibəti haqqındakı kitabların, Edqar Allan Ponun əsəbləri oynadan
hekayələrinin, slavyan kəndlərindəki köhnə keşiş əfsanələri ilə salamladığım Dostoyevskinin
“Oxşarlar” adıyla tərcümə edilən, insanı üsyana səsləyən əsərdən də xəbərim vardı. “Bəyaz
Qala” çap olunandan sonra bu siyahını hələ nə qədər uzada bilərəm deyə eşələndiyim. “Amerika
Universitetinin Kitabxanası”nın birində, ədəbiyyatda, bu ekiz oxşarların təmasıyla kimlərin hansı
işlərlə məşğul olduğunu bir az oxuyandan sonra sanki boğuldum. Belə vəziyyətdə rahatlaşmaq
üçün başqalarının insanı özündən çıxartmasını xatırlamaq, bəlkə də, ən yaxşı haldır. Orta
məktəbdə oxuyanda biologiya müəllimi sinfimizin çirkin ekizlərini bir-birindən fərqləndirməklə
öyünürdü, amma şifahi imtahanlarda onların biri digərinin yerinə keçərdi. Əvvəlcə Şarlonun
“Böyük diktator” filminin təqlidlərini görüb xoşladım, sonrasa əsl mətləbləri görərək zəhləm
getdi. Uşaq olanda şəkilli bir romanın həmişə əyin-başını, ənlik-kirşanını dəyişən Minsifət adlı
qəhrəmanına heyran olmuşdum: Görəsən, mənim yerimə keçsə, neyləyərdim? Həvəskar bir 74
psixoloqun yerinə keçərək, bəlkə də, deyərdi: əslində bütün yazıçılar başqa biri olmaq istəyirlər,
Dr. Jekyll və Mister Hyde də Hoffmanndan daha çox Robet Luis Stivensonda öz ruhi
vəziyyətinin ifaədəsi vardır. Gündüz vətəndaş, gecə yazıçı! Bəlkə də, yerimə keçən oxşarım
oxucularıma mənim ekizlər bürcündən olduğumu demək istəyib, amma mən onu belə şeylərə
inanmadığımı hardasa oxuduğumu deyərək susdurdum. Bu qarışıqlığın kitabımı tapıb ona ön söz
yazan Farukdan sonra, kitabın axırında, bir də mənim danışmaq istəməyimi bəzi oxucularlım
haqlı olaraq qarışıqlıq yaratdığını deyəcəklər. Məqsədimiz aşkarlıq olduğuna görə, gərək tam
izah edim.
“Bəyaz Qala”nın əlyazmasını italyan kölənin, yoxsa Osmanlı Xocanın yazdığını bilmirəm.
Qərara aldım ki, “Səssiz ev”in qəhrəmanlarından tarixçi Faruka duyduğum yaxınlığı, “Bəyaz
Qala”nı yazarkən qarşılaşdığım bəzi texniki problemlərdən (oxucu üçün izahlar, mütləq
yazılmalı olan, tarixi məlumatları çatdırmaq və s) yayınmaq üçün istifadə edim. Onun vasitəsi ilə
həll etdiyim bu üslub və texniki problemləri: Qəhrəmanlardan birinin öyüdünə məhəl qoymayıb
kitabı axıra qədər oxumayan bəzi oxucular, (yazardan çox, qəhrəmanına inanmaq bizim roman
ənənəmizin vacib şərtlərindəndir) bir türkün bir italyan azğınından kitab yazmağının təhlükəli
olduğunu dedilər. Kitabımın ilk və son hissəsində salamladığım Servantes də öz vaxtında, yəqin,
narahat olub ki, ərəb tarixçisi Seyyid Həmid İbn Əngəlinin (Cide Hamete Benengeli)
əlyazmasından yararlanaraq yazdığı “Don Kixot”un özünə aid olduğunu göstərmək üçün boş
yerə söz oyunlarından istifadə edib. “Səssiz evi” oxuyanların xatırlayacağı Gəbzə arxivində
tapdığı əlyazmasını Faruk da eynən Servantes kimi, öz millətinin dilinə tərcümə edərkən yəqin
ki, başqa kitablardan da nələrisə əlavə edib. Deməli, eynən Faruk kimi mənim də arxivlərdə
işlədiyimi, kitabxanaların tozlu rəflərində əlyazmaları arasında eşələndiymi düşünən
oxucularıma, Farukun gördüyü işləri öz öhdəmə götürmək istəmədiyimi də bildirmək istəyirəm.
Mənim gördüyüm iş, ancaq Farukun tapdığı bəzi detallardan istifadə etmək oldu. Onları ilk tarixi
əsərlərimi yazarkən sevərək oxuduğum Stendalın İtaliya əhvalatlarından öyrəndiyim o qədim,
tapılmış əlyazma üsuluyla Faruka yazdırdığım giriş bölümünə əlavə etdim. Beləliklə, bəlkə də,
başqa vaxt yazacağım digər tarixi əsərlərim üçün Faruku – eynən dədəsi Səlahəddin bəyə
etdirdiyim kimi – əlimin altında işlətməyə vərdiş elətdirirdim, həm də oxucunu qəfil xəbərsiz-
ətərsiz kostyumlu bala aparmağın – tarixi romanın ən çətin yeri – təhlükələrindən xilas oldum.
Əsərimi ancaq tarixiliyə uyğun olduğuna, ya da parlaq və qarışıq bir dövr olduğuna görə
yox, eyni zamanda qəhrəmanları Naima, Övliya Çələbi və Katib Çələbinin yazdıqlarından
yararlana bilsinlər deyə, XVII əsirin ortalarına təsadüf etməsinə qərar verdim, amma daha
əvvəlki və sonrakı yüzilliklərdə yaşanmış bir çox kiçik həyat hadisələri də, səyahətnamələr
vasitəsi ilə kitabımda əks olundu. Xoşniyyətli, təvazökar italyanımı Xocanın köləsi etmək üçün
(gəmiylə əsir düşmək və saxta həkimlik günləri) bir əsr əvvəl eynən Servantes kimi türklərə əsir
düşən adı məlum olmayan ispaniyalının II Filippə təqdim elədiyi bir kitabdan da istifadə etdim.
Servanteslə həmin vaxtda Osmanlı gəmilərində kürək çəkərək köləlik edən baron V.Vratislavın
zindandakı günləri köləmin həyatına nümünəydi. İstanbula onlardan qırx il əvvəl gələn fransızın,
Busbekin məktublarından vəba xəstəliyi olan vaxtları (adicə bir çiban da insanları vəba kimi
qorxudurdu!) və İstanbul adalarına sığınan xristianları yazarkən yararlandım. Atəşfəşanlığa,
İstanbul mənzərələrini və gecə əyləncələrini (Antonio Qallant, Ledi Maotaqe, Baron de Tott),
Padşahın əziz aslanlarını və aslanxanalarını (Əhməd Rəfiq), ordunun Ləhistan səfərini, (Əhməd
Ağanının Viyananı mühasirəyə alması ilə bağlı gündəliyi, uşaq Padşahın bəzi yuxularına, ata
nənəmin evindəki kitabxanada oxuduğum Rəşad Əkrəm Qoçun eyni üsulla yazdığı başqa bir
kitabdı: (Tariximizdə qəribə hadisələr İstanbulun yiyəsiz itlərini, vəbaya qarşı görüləcək
tədbirlərə Helmutvon Moltkenin Türkiyə məktubları), kitaba adını verən Bəyaz Qalayla (Tadeutz
Trevaninanın “Transilvanyada Səyahət” adlı qravürlü kitabında qalanın tarixçəsindən başqa
kitabxanasındakı, bir barbarla fransız romançısının yerlərini dəyişməsi ilə əlaqədar bir roman
haqqında danışılır) kitabçün bəzi əlaqəli detalları da əsərimin baş verdiyi dövrün yox, bəzi başqa
dövrlərin şahidlərindən topladım.
Üstünə ölü torpağı səpilmiş xeyli yuxulu ölkələri yaşanılası vəziyyətə gətirən kitab
qurdlarının da kəşf edə bilməyəcəyi və kitabı ikimizin yaza biləcəyi bir kitab zənn edilməsini 75
şübhə altına salan bu əsas məqamlardan bir-ikisi: Ədirnədəki Bəyazid məscidinin tikinti
kompleksində dəlixananın və xəstələr üçün çalınan sehrli musiqinin şahidi olan, təbii ki, Övliya
Çələbidir, amma bu gözəl tikilini basan palçığı, buludlu və kimsəsiz bir bahar səhəri arvadımla
mən üşənərək və hüznlə gördük. Padşahı həyəcanlandıran leyləyi də gördük. Ovçu Məhmədin
gördüyü və qəhrəmanlarımın şərh etdiyi yuxulardan bəzilərini əslində xəyalımda canlandırdım
(əlində çuval olan quldurlar idi). Eynən italyan köləmə uşaq vaxtı edildiyi kimi, mənim də təzə
paltarımı, üstünü-başını cırdığı üçün böyük qardaşıma geyindirdilər, amma kitabdakı kimi
qırmızı yox, acıq-maviydi. Soyuq qış səhərlərində mənimlə qardaşımı apardığı bir gəzintidə
anam bizə yeməli nəsə alırsa (halva yox, acı badam peçenyesi), Xocanın anası kimi deyərdi:
“heç kəs görməmiş bunları yeyin). Kitabdakı qırmızı saçlı cücənin, uşaqlığımızın klassiki
Qırmızı Saçlı Uşaqla, ya da yazdığım və yazacağım kitabların da cücələri ilə əlaqəsi yoxdu:
1972-ci ildə Beşiktaş bazarında gördüm onu. Xocanın planlaşdırdığı uzun müddət qurulmasa da,
namaz saatını göstərən bir saat düzəltmək fikrinin mənim yeniyetməlik xəyallarımdan biri
olduğunu zənn edirdim, yanılmışam. Hələ də reallaşa bilmədiyinə görə təəccübləndiyim bu
planla çox maraqlanan tapıldı, biri də dedi ki, yaponlar belə bir saat hazırlayıblar, amma görə
bilmədim.
Bəlkə də, vaxtı çatmışdı: İnsanları, mədəniyyətləri bir-birindən ayırmaq üçün edilən və
gələcəkdə də edilməsi mükün olan təsnifatlardan biri də Şərq-Qərb fərqliliyinin həqiqətə nə
qədər uyğun olduğu, təbii ki, “Bəyaz Qala”nın mövzusu –problemi deyildir. Pis üslub, adi
müşahidə və həyəcanlarla qələmə aldığı o giriş yazısıyla Farukun heç bir oxucunu aldada
bilməməyi haqda düşünüəndə, ancaq kitab qəhrəmanlarının yox, kitab oxucularının da ŞərqQərb ayrı-seçkiliyi ilə maraqlanmaqları da təəccüblüdür. Təbii ki, bunu da əlavə etməliyəm ki,
bu ayrı-seçkiliyin həyəcanıyla yüz illərdir edilmiş o qədər müşahidə, yazılmış o qədər səhifə və
inanılmış o qədər hadisə olmasaydı bu əsər də özünü doğruldacaq bir neçə məqamı özündə
cəmləşdirə bilməzdi. Vəbanın Şərq-Qərb ayrı-seçkiliyi üçün turnusol kağızı kimi istifadə
edilməsi də köhnə fikirdir. Baron De.Tott xatirlərinin birində belə yazır: “Vəba türkü öldürər,
amma firəngə iztirab çəkdirər”. Belə bir müşahidə mənim üçün cəfəngiyyat, ya da müdriklik
qırıntısı kimi yox, ancaq və ancaq sirlərinin bir hissəsini faş etməyə çalışdığım planlı sərgüzəşt
zamanı istifadə edilə biləcək bir rəngdir. Bəlkə, müəllifinə əziz olan keçmişini və kitabı
xatırlatmaq üçün lazım ola bilər, amma bu işlər rənglərin necə tapıldığı və bir yerə yığıldığını
nəql etməklə qurtarmaz.
İyul 1986
Dostları ilə paylaş: |