Soyad: Həsənov Fakültə: Texnoloji maşın və avadanlıqlar



Yüklə 81,08 Kb.
tarix02.01.2022
ölçüsü81,08 Kb.
#35152
Azərbaycan Texniki Universiteti


Azərbaycan Texniki Universiteti

SƏRBƏST İŞ №

Ad: Əvəz

Soyad: Həsənov

Fakültə: Texnoloji maşın və avadanlıqlar

İxtisas: Metalkəsən dəzgahlar və alətlər

Qrup: M510a4

Fənn: Metalkəsən alətlərin möhkəmliyi və yeyilməsi

PLAN:



  1. Çuğun emalında bərk xəlitə kəskilərinin yeyilməsi



  2. Kəsici alətlərin yeyilmə növləri



  3. Kəsmə qüvvələrinin alətin yeyilməsində rolu



  4. Alətin üzlərində gedən sürtünmələr



  5. Metalkəsmədə istiliyin mənbələri



  6. Kəsici alətin işlək üzlərində istiliyin paylanması



  7. Kəsmədə alətin yeyilməsinin və ayrılan istiliyin emal keyfiyyətinə təsiri



  8. Müxtəlif emal yaranan temperatur üsullarında 2,3



  9. İstiliyin ölçmə üsullarının araşdırılması



  10. Karbonlu poladların torna emalında alətin yeyilməsi

Çuğun emalında bərk xəlitə kəskilərinin yeyilməsi

Bərk xəlitə - tərkibində volfram, titan, tantal [[karbid]ləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın.

Bərk xəlitədən hazırlanmış alətlər 800÷900°C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar. Bərk xəlitənin tezkəsən alət poladına nisbətən yüksək sürətlərdə (2÷10 dəfə çox) tətbiq olunmasına qarşı, onun malik olduğu aşağı kövrəkliyi, zərbələrə az davamlı olması durur. Bu çatışmayan cəhətlər xəlitənin hazırlama texnologiyası ilə bağlı olub, bir başa onun daxili strukturundan asılıdır. Bərk xəlitənin strukturunu müəyyən edən dənəciklərin ölçüsü onun xassələrinə güclü təsir edir. Böyük dənəcik yüksək möhkəmlik, aşağı yeyilməyə davamlılıq yaradır. On görə də, tətbiq sahəsindən asılı olaraq iki qrup bərk xəlitə hazırlanır. Dənəciyin ölçüsü 3÷10 mm-3 olanlar B ilə, və ölçüsü 0,5÷1,5 mm-3 olanlar isə M ilə işarə olunurlar. İri və orta dənəcikli xəlitələr lövhə şəklində hazırlanaraq tətbiq olunurlar. Xırda dənəcikli xəlitələrdən isə bütöv alətlər hazırlanır. BK qrupuna aid olan bərk xəlitələr kövrək materialların emalında (çuqun, tunc, polad, plastik, şüşə, sümük, çini və s.), TK qrupuna aid olanlar isə onstruksiya poladlarının emalında tətbiq tapırlar.



Bərk xəlitələr sinterləmə yolu ilə hazırlanırlar. Proses zamanı 1600÷1900 K temperaturda karbidləri əhatə edərək, onların arasına tor əmələ gətirən Co-W-C legirindən ibarət maye məhlul alınır. Bu zaman bərk xəlitə öz son möhkəmliyini və sıxlığını alır.
Yüklə 81,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə