Qafqazda sülh və ƏMƏkdaşLIĞin iNKİŞafinda heydəR ƏLİyevin xiDMƏTLƏRİ Şəlalə Rza qızı Quliyeva



Yüklə 18,49 Kb.
tarix24.09.2023
ölçüsü18,49 Kb.
#147892
Heyder Əliyev Qafqaz siyasəti


QAFQAZDA SÜLH VƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ
Şəlalə Rza qızı Quliyeva
Mingəçevir Dövlət Universiteti
shalala.quliyeva@mdu.edu.az
+994513836660

200 ilə yaxın bir dövr ərzində “şər” imperiyasının əsarətində qalan Cənubi Qafqaz ölkələri XX əsrin sonlarında müstəqilliyə qovuşsalar da, etnik seperatizmdən xilas ola bilmirdilər. Mühüm strateji mövqedə yerləşən Qafqazda sülh və əmin-amanlığın təmin olunması tək region üçün deyil, bütövlükdə dünyada da təhlükəsizlik mühitinin formalaşmasına da təsir göstərir.


1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtmış Heydər Əliyev Qafqazda etnik konfliktlərin, o cümlədən Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibənin, həmçinin gürcü-abxaz, gürcü-osetin, çeçen-rus münaqişələrinin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli təşəbbüslər göstərmişdi. Qafqazda sülhün, əmin-amanlığın və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində SSRİ-nin süqutundan sonra Heydər Əliyev qədər təşəbbüs göstərən ikinci bir lider olmamışdır.
Heydər Əliyevin Qafqazda sülhün bərpa edilməsi istiqamətində gördüyü tədbirlərdən biri 1996-cı il martın 8-10-da Gürcüstan səfəri olmuşdur. Səfər zamanı o zamankı Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə müzakirə olunan ən mühüm məsələlərdən biri Qafqazda sülh problemi olmuşdu. Görüşdə “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” bəyannamə izmalanmışdı [1, 453 s].
Bəyannamədə:

  • Din və etnik mənsubiyyətindən asılı olmayaraq milli azlıqlara hörmət göstərilməsi;

  • Insan hüquq və azadlıqlarına riayət edilməsi;

  • Qafqaz dövlətlərinin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərin hamı tərəfindən tanınması;

  • Xalqların və dövlətlərin iqtisadi-mədəni əlaqələrin formalaşmasına şərait yaradılması və s. kimi bəndlər bölgədə təhlükəsizliyin və sülhün təmin olunması üçün mühüm hüquqi prinsipləri özündə əks etdirir.

Tezliklə region ölkələri dinc Qafqaz uğrunda hərəkata qoşulmağa başladılar. 1996-cı il iyunun 3-də “Qafqaz dördlüyü” adlandırılan Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərinin Kislovidskidə keçirdikləri görüş zamanı qəbul etdikləri “Qafqazda əmin-amanlıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq Bəyannaməsi” Ermənistan-Azərbaycan, gürcü-abxaz, gürcü-osetin, çeçen-rus münaqişələrinin sülh yolu ilə həll edilməsi istiqamətində daxili dialoqun yaranmasına gətirib çıxardı.
Regiona sülh və əmin-amanlığı qorumaq üçün Heydər Əliyev sayəsində Rusiyanın subyektləri hesab olunan Şimali Qafqaz respublikaları ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.
1997-ci ilik okytabrında Heydər Əliyev Çeçenistan Respublikasının vitse prezidenti Vaxu Arslanovla keçirdiyi görüş zamanı Qafqazda təhlükəsizlik məsələsinə böyük diqqət yetirdiyini və çeçen-rus münaqişəsinin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir.
Azərbaycanla Çeçenistan arasında iqtisadi əlaqələrin inkişafındavə rus-çeçen münaqişəsinin sabitləşdirilməsində Çeçenistanın paytaxtı Qroznıdan keçən Bakı-Novorissiysk neft kəməri əhəmiyyətli rol oynamışdır. 1997-ci il yanvarın 30-da “Mond” adlı fransız qəzetində Xəzər neftinin nəqli problemi ilə bağlı dərc edilmiş məqalədə deyilirdi: “çeçen müharibəsinin əsasında duran neft bu gün sülhünün ən vacib amilinə çevrilmişdir” [2, 320 s] .
Qafqaz regionunda inteqrasiya prosesinə böyük əhəmiyyət kəsb edən layihələrdən biri də TRASEKA proqramıdır. Ümumlikdə 35 ölkənin, Cənubi Qafqazın 3 ölkəsinin də iştrak etdiyi proqram Avropa-Qafqaz-Asiya nəqliyyat kommunikasiyasının işə düşməsinə əhəmiyyətli təsir göstərmişdir. TRASEKA layihəsi üzrə ən mühüm tədbir 1998-ci ilin sentyabrında 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştrak etdiyi Bakı konfransıdır. Heydər Əliyevin bu proqram çərçivəsində əsas strateji məqsədi regional iqtisadi əməkdaşlığı inkişaf etdirməklə, Qafqaz ölkələrinin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına nail olmaq və ümumilikdə Qafqaz bölgəsinin dünyanın sabit, təhlükəsiz bölgələrindən birinə çevirmək idi [3, 113 s].
Heydər Əliyev kimi yüksək təfəkkürə, müdrik və zəngin təcrübəyə malik olan siyasi və dövlət xadiminin Qafqazda sülhün, əmin-amanlığının və təhlükəsizliyinin bərpası istiqamətində irəli sürdüyü təşəbbüslər mərhələ-mərhələ reallaşaraq, Qafqaz xalqlarının dostluq şəraitində əməkdaşlığa müvəffəq olması üçün münbit şərait yaratmışdır.
Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi tədbirlər nəticəsində Azərbaycan Respublikası tam siyasi sabitlik şəraitində bütün sahələrdə islahatlar aparılmış, hazırda həmin siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir .


İstifadə edilmiş ədəbiyyat



  1. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. –Bakı: Azərbaycan, -2005. -631 s.

  2. Hüseynova İ. Heydər Əliyev və Qafqazda sülh prosesi. – Bakı: Çaşıoğlu, – 2008. - 672 s.

  3. Mahmudov Y. Azərbaycan: qısa dövlətçilik tarixi. – Bakı: Təhsil, - 2005. –140 s.

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin