Qanun nə deyir? Bunu hamı bilməlidir! “Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub Bakı, Azərbaycan Respublikası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix18.04.2017
ölçüsü0,55 Mb.
#14367
  1   2   3   4   5   6   7

Qanun nə deyir?

Bunu hamı bilməlidir!

“Şəffaflıq Azərbaycan”İB tərəfindən nəşr olunub

Bakı, Azərbaycan Respublikası

Mart 2013

2


Mündəricat

Ön söz

3

1.

Məhkəməyə müraciət qaydaları



4

2.

Məhkəmə qərarlarını icrası



5

3. 


Şəxsiyyət vəsiqəsinin alınması 

5

4.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı 



7

5.  


Notariat xidmətləri

9

6.

Nigahın pozulması qaydaları 



12

7. 


Əmək hüququ

15

8.

Əmək pensiyası 



16

9.

Sosial müavinatlar



18

10. 


Ünvanlı sosial yardım 

20

11. 


Elektrik enerji  təhçizatı sahəsində yaranan suallar

21

12.


Qaz   təhçizatı sahəsində yaranan suallar

22

13. 


Su təhçizatı sahəsində yaranan suallar

23

14.


Bələdiyyələr  və onların vəzifələri

23

15. 


Hərbi xidmətə çağırış

26

16. 


Miqrasiya hidməti

27

17. 


Avtomobilin alınması və  texniki baxışdan keçirilməsi

31

18.


Dövlət qulluğuna qəbul 

32

19.


Vərəsəlik hüququnun ümumi müddəaləri

34

20.


    Hüquqi yardimla bağli uğurlu işlər və maraqli prosesslər

35

3


ÖN SÖZ

Bu   kitabın   məqsədi   vətəndaşları   ən   çox   müraciət   edilən   məsələlərlə   bağlı   məlumatlarla 

təmin   etməkdir,   burada   ən   çox   soruşulan   suallara   cavab   vermək   cəhdi   göstərilib.   Bu   kitabda 

məhkəməyə  müraciət  qaydaları izah edilib, boşanma,  vərəsəlik, məhkəmə  qərarlarının  icrası ilə 

bağlı əsas məqamlar, pensiya və sosial müavinatlar, su və elektrik təchizatına aid suallar və bir sıra 

digər məsələlər əhatə olunub.

Ümid   edirik   ki,   verilən   məlumatlar   hər   bir   vətəndaş   üçün   faydalı   olacaq.   Şübhəsiz 

ki,insanların öz hüquq və vəzifələrini bilməsi korrupsiya ilə mübarizədə xeyli əhəmiyyət kəsb edir 

və bizim də məqsədimiz əhalinin hüquqi savadını artırmaqdır.

Bütün   materialları   həmçinin   “Şəffaflıq   Azərbaycan”   təşkilatının   saytında 

(www.transparency.az) tanış ola bilərsiniz. 

Bu kitabşanın tərtibində və məlumatın yığılmasında iştirak edən şəxslərin hər bir üzvünə 

xüsusi təşəkkürümüzü bildirmək istərdik:

Sevinc Sersan

Babək Həmidov

Kənan Həsənov

Ehtiram Fəttayev

Könül Rəcəbova

Eldar Kərimov

Kamalə Məmmədova 

Nisə Hacıyeva

Şəhla Hümbətova

Zöhrəb Hüseynov

Tərtib etdi:

Ceyhun Atayev və Aysel Hüseynova 

Hüqüqi Məsləhətçi: Azər Talıbov

Redaktor:

Kanan Qasımov

Nəşr   olunmuş   bu  kitab  Amerika   Birləşmiş   Ştatları   Beynəlxalq   İnkişaf   Agentliyinin   (USAID) 

maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən 

icra   edilmiş  “İctimai   Maraqların   Müdafiəsi   və   Hüquqi   Məsləhət   Mərkəzləri”   (ALAC)   layihəsi 

çərçivəsində  və     hal   hazırda   icra   edilən  “Azərbaycan   Şəffaflıq   Tərəfdaşlığı“  (APT)   layihəsi 

çərçivəsində   hazırlanıb.   Burada   səsləndirilən   fikirlər   USAID   və   ya   Amerika   Birləşmiş   Ştatları 

hökumətinin mövqeyini əks etdirməyə bilər. 

4


1. Məhkəməyə müraciət qaydaları

1.Azərbaycan Respublikasının Məhkəmə sistemi hansı Məhkəmələrdən ibarətdir?

Azərbaycan   Respublikasının   məhkəmə   sistemi   Azərbaycan   Respublikası   ALİ   məhkəməsində, 

Apellyasiya   məhkəmələrindən,   ümumi   məhkəmələrdən   və   digər   ixtisaslaşmış   məhkəmələrdən 

ibarətdir.   AR-da   Ədalət   mühakiməsini   AR-ın   Məhkəmələri   Qanunun   Aliliyi   prinsipinə   uyğun 

həyata keçirir. Azərbaycanda üçpilləli Məhkəmə sistemi fəaliyyət göstərir:

1) Birinci İnstansiya Məhkəmələri (rayon-şəhər məhkəmələri, İxtisaslaşmış məhkəmələr- inzibati-

iqtisadi məhkəmələr, hərbi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə məhkəmə)

2) Apellyasiya İnstansiyası Məhkəmələri

3) Kassasiya İnstansiyası Məhkəməsi.

2. Birinci İnstansiya Məhkəmələri hansılardır?

Birinci   İnstansiya   məhkəmələri   İlkin   məhkəmə   orqanlarıdır.   Birinci   İnstansiya   məhkəmələrinə 

Rayon ( Şəhər) məhkəmələri, hərbi məhkəmələr, yerli iqtisad məhkəmələri və ağır cinayətlərə dair 

işlər üzrə məhkəmələr daxildirlər.



3. Rayon (Şəhər) məhkəmələrinin fəaliyyətləri nədən ibarətdir?

Rayon   (şəhər)   məhkəmələri   Azərbaycan   Respublikası   qanunvericiliyi   ilə   onlara   həvalə   edilmiş 

Mülki və cinayət işlərinə, o cümlədən inzibati xətarala dair işlərə baxır.

Mülki   məhkəmə   icraatı   qaydasında   mülki,   ailə,   əmək,   mənzil,     torpaq   münasibətləri,   təbii 

ehtiyatlardan   istifadə   olunması   və   ya   ətraf   mühitin   qorunması,   vergi,   inzibati   və   digər 

mübahislərdən irəli gələn işlərə baxırlar. 

Belə ki, ilkin olaraq yuxarıda göstərilən sahələrə aid hüquqlarının pozulması onların müdafiəsi və 

bərpası üçün şəxs,  Rayon (Şəhər) Məhkəmələrinə müraciət etməlidir.  



4. Məhkəməyə müraciət qaydası necədir, İddia Ərizəsində nələr göstərilməlidir?

Məhkəməyə müraciət etmək istəyən şəxs “İddia Ərizəsi” yazmalı və İşin hallarını əsaslandırdığı 

sübutları (sənədləri) həmin İddia Ərizəsinə əlavə etməli. Qeyd etmək istərdim ki, Məhkəməyə ya 

sənədlərin əsli, ya  da Notariat qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. İddia Ərizəsi 

formaca Təsviri, Əsaslandırıcı və Nəticə ( Xahiş) hissəsindən ibarət olmalıdır. Təsviri hissədə şəxs 

yaranmış   hüquqi   mübahisə   barədə   qısa,   aydın   formada   yazılmış   məlumatlar   göstərilməlidir. 

Əsasladırıcı hissədə Şəxs özünün əsas olaraq istinad etdiyi hüquqi normativ aktları, şəxsin əlində 

olan digər sübutları göstərməyi tövsiyyə olunur. Nəticə və ya Xahiş hissəsində isə Şəxsin Məhkəmə 

tərəfindən   hansı   hüququnun   müdafiəsi,   bərpası   və   ya   tanınması   ilə   bağlı   olan   Xahiş 

yerləşdirilməlidir. 



Qeyd: İddia Ərzisində aşağıdakı məlumatlar mütləq yerləşdirilməlidir:

1) Ərizənin verildiyi Məhkəmənin adı

           2) İşdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları

           3) İddiaçının və ya ərizəçinin tələbi, tələbin əsaslandığı hallar

           4) Ərizəyə əlavə edilən sənədlərin siyahısı

5.Məhkəməyə müraciət etmək üçün nə qədər dövlət rüsumu ödənilməlidir?

Qeyd   edim   ki,   Azərbaycan   Respublikası   Qanunvericiliyinə   əsasən   Məhkəməyə   müraciət   etmək 

üçün ödənilməli olan Dövlət rüsumları İddia Predmetinin dəyərindən asılı olaraq dəyişir. Belə ki, 

İddia Predmetinin dəyəri 110 manatdan artıq olduqda müvafiq məhkəmənin hesabına 20 manat 

məbləğində, İddia predmetinin dəyəri 110 manatdan aşağı olduqda və digər bütün hallarda isə 3 

manat   məbləğindədir.   Xüsusilə   qeyd   etmək   istərdim   ki,   Alimentin   tutulmasına   (   artırılmasına), 

əmək   fəaliyyəti   ilə   bağlı   məsələlərə,   müəlliflik   mübahisələri   üzrə   olan   məsələlərdə,   istehlakçı 

hüquqlarının   pozulması   ilə   bağlı   olan   məsələlərə   və   digər   məsələlər   dair   olan   məhkəmə 

mübahisələri üçün dövlət rüsumu ödənilmir. 

5


6. Məhkəmədə işə baxılma müddətləri, şikayət müddətləri nə qədərdir?

İddia   ərizisi,   məhkəmə   onun   daxil   olmasında   2   həftə   ərzində   qaytarmayıbsa   və   ya   onu   qəbul 

etməkdən imtina etməyibsə qəbul edilmiş sayılır. Ümumi İddia icraatında məhkəməyə Ərizə təqdim 

edildikdən   sonra   3   ay   müddətində   həmin   işə   məhkəmə   tərəfindən   baxılmalı,   aiddiyyatı   üzrə 

Qətnamə   və   ya   Qərardad   çıxarılmalıdır.   Qətnamə   açıq   məhkəmə   iclasında   tərəflərə   oxunur   və 

Qətnamədən   Çıxarış   təqdim   olunur.   3   gün   ərzində   isə   Qətnamə   tam   formada   tərəflərə   verilir. 

Qətnaməni   almış   tərəflər   aldığı   gündən   sonrakı   1   ay   müddətində   Apellyasiya   Məhkəməsinə 

müraciət etmək hüquqları vardır. Əgər tərəflərdən heç biri 1 ay müddətində Apelyyasiya Şikayəti 

verməmişlərsə onda Qətnamə Qanunu Qüvvəyə minir və İcraata yönəlir.

7. Apellyasiya məhkəməsinin fəaliyyəti nədən ibarətdir, hansı müddətdə işə baxılır və necə 

müraciət edilir?

Birinci İnstansiya məhkəməsinin  Qətnaməsini tərəf rəsmi şəkildə aldıqdan sonra 1 ay müddətində, 

Qərardandan   isə   10   gün   müddətində   Apellyasiya   Şikayəti   yazmaqla   Apellyasiya   məhkəməsinə 

müraciət etməlidir. Apellyasiya məhkəməsinin daxil olmuş Şikayət əsasında Məhkəmə işinə baxma 

müddəti 3 aydır. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Qətnaməsini Ləğv edə, 

Qismən Ləğv edə və ya Qüvvədə saxlaya bilər.  Apellyasiya Qətnaməsi qəbul olunduqdan sonra, 

tərəflər  Apellyasiya  Qətnaməsini  aldıqdan  sonra 2 ay müddətində  Kassasiya  Şikayəti  verməklə 

Azərbaycan   Respublikası   Ali   Məhkəməsinə   müraciət   etmək   hüquqları   vardır.   Əgər   bu   müddət 

ərzində Kassasiya Şikayəti verilməmişdirsə, o zaman Apellyasiya məhkəməsini çıxardığı Qətnamə 

Qanunu Qüvvəyə minir və İcraya yönəldilir. 



8. Kassasiya İnstansiyasına necə müraciət edilir, hansı müddətdə işə baxılır?

Apellyasiya Məhkəməsinin Qətnaməsindən qanunla göstərilmiş müddət ərzində ( 2 ay )  Kassasiya 

şikayəti verildikdə Ali Məhkəmə işə 2 ay ərzində baxır və Yekun Qərar çıxarılır və bu qərar qəbul 

edildiyi gündən 1 ay müddətinə məktub vasitəsilə tərəflərə göndərilir. Ali Məhkəmə Apellyasiya 

məhkəməsinin   qətnaməsini   Ləğv   edə,   Qismən   Ləğv   edə   və   ya   Qüvvədə   saxlaya   bilər.   Əgər 

Apellyasiya məhkəməsinin Qətnaməsi Ali Məhkəmə tərəfindən Ləğv edilərsə o zaman işə yenidən 

baxılması   üçün   Apellyasiya   məhkəməsinə   göndərilir.   Ali   Məhkəmənin   Yekun   Qərarından   Ali 

Məhkəmənin Plenumuna Şikayət, təqdimat və protest 2 ay müddətində verilə bilər. 



Qeyd:  əgər şəxs ölkə daxili məhkəmələrdə işinə düzgün, ədalətli və Qanunun Aliliyi prinsipinə 

uyğun   baxılmadığını,   o   cümlədən   əgər   şəxsin   İnsan   Hüquqları   Konvensiyasında   göstərilmiş 

hüquqlarından   birinin   pozulduğunu   hesab   edərsə,     o   zaman   Azərbaycan   Respublikası   Ali 

Məhkəməsinin   Yekun   Qərarını   Rəsmi   şəkildə   əldə   etdikdən   6   ay   müddətində   Avropa   İnsan 

Hüquqları Məhkəməsinə Müraciət edə bilər.

2. Məhkəmə Qərarlarını icrası.

1. Məhkəmə Qərarları Nə vaxt İcraya yönləndirilir?

Azərbaycan   Respublikası   qanunları   ilə   müəyyən   edilmiş   qaydada   və   müəyyən   edilmiş   müddət 

ərzində Məhkəmə prosesi yekunlaşdıqdan, yəni Məhkəmə baxdığı işlə bağlı Qərar qəbul etdikdən 

sonra həmin qərardan yuxarı Məhkəmə orqanına qanunvericliklə müəyyən  edilmiş  vaxt ərzində 

şikayət  edilmədiyi  təqdirdə Qərar Qüvvəyə  minmiş  hesab edilir və İcraya  yönəldilir. Məhkəmə 

qərarlarının İcrası fəaliyyəti bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar 

Baş   idarəsinə   həvalə   olunur.   Belə   ki,   Qətnamə   hüquqi   hərəkətin   baş   verməli   yer   üzrə   icra 

olunmalıdır. 



2. İcra Hansı Qaydada Həyata keçirilir?

Ədliyyə   Nazirliyi   İcra   baş   idarəsinin   hər   bir   Rayon(şəhər)   üzrə   İcra   şöbələri   fəaliyyət 

göstərməkdədirlər.   Məhkəmə   Qərarlarının   icrası   həmin   şöbələrin   əməkdaşlarından   birinə,   daha 

doğrusu İcra Məmuruna həvalə edilir. Azərbaycan Respublikası adından çıxan Qərarların icrası 

öhdələyini İcra Məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən Məhkəmənin Qərarı ilə 

6


Qərarın İcrası Qərarda adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırıla bilər. Yəni 

Məhkəmə işinin mahiyyətindən asılı olaraq Qərar ilə edilməli olan hərəkət həmin funksiyanı yerinə 

yetirən orqana və ya təşkilata tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran 

hakim İcra sənədi hazırlayıb aidiyyatı üzrə İcra məmuruna və ya icranı həyata keçirən digər orqana, 

təşkilata göndərməlidir. 

3.Məhkəmə Qərarı hansı müddətə həll olunmalıdır?

İcra   sənədi   almış   İcra   məmuru   və   ya   Orqan   təşkilatlar   2   ay   ərzində   Qərarı   icra   etməlidirlər. 

Müstəsna hallarda İcra sənədində göstərilən halların icra olunması üçün icra qurumun rəhbərinin 

təqdimatı əsasında icra xidmətinin rəhbəri ( Baş İcra məmuru ) tərəfindən 1 ay müdətinədək uzadıla 

bilər.

4. Məhkəmə Qərarlarının icrası qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilməsə 

hansı orqana müraciət etmək olar?

Məhkəmə   qərarlarının   icrası   zamanı   yaranan   problemlərlə   bağlı   tərəf   Azərbaycan   Respublikası 

Ədliyyə  Nazirliyi  İcra baş idarəsinə, habelə İcranı həyata keçirməli olan orqan və ya  təşkilatın 

Yuxarı   qurumuna   Qətnamənin   İcrasının   həyata   keçirilməsi   Tələbi   ilə   bağlı   Şikayət   Ərizəsi   ilə 

müraciət edə bilər. Azərbaycan Respublikasının adından çıxan Qərarların icrası Məcburidir və bu 

yalnız Yuxarı Məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. Xüsusilə qeyd etmək 

istəyirəm ki, Məhkəmə Qərarlarını icra etməməyə və Məhməkə Qərarlarının icrasına mane olmağa 

görə   Azərbaycan   Respublikası   Cinayət   Məcəlləsinin   müvafiq   Maddələrinə   əsasən   Məsuliyyət 

nəzərdə tutulmuşdur.

Qeyd:  Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar 

edilərsə o zaman həmin maddi ziyan vurulmuş tərəf Məhkəmədə İcranı həyata keçirən orqana qarşı 

Maddi tələblə bağlı İddia qaldırmaq hüququna malikdir.

3. Şəxsiyyət vəsiqəsinin alınması 

1 .   Şəxsiyyət vəsiqəsinin hansı növləri var?

16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;



16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.



2. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün hansı sənədlər tələb olunur?

Şəxsiyyət vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun 

qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın 2 ədəd 3X4 

ölçüdə   fotoşəkli,   dövlət   rüsumunun   ödənilməsi   barədə   qəbz   və   zəruri   hallarda   Azərbaycan 

Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər tələb olunur.

 4. Şəxsiyyət vəsiqəsi hansı müddətə verilir?

  Şəxsiyyət   vəsiqəsi   Azərbaycan   Respublikasının   vətəndaşının   müraciətindən     ən   geci  10   gün 

keçənədək verilir. 

5. Hansı hallarda şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir? 

Azərbaycan Respublikası vətəndaşı 25, 35, 50 yaşına çatdıqda, 



Azərbaycan Respublikası vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə 

vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə,

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət  vəsiqəsində olan yazılar təhrif 



edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə,

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi  itdikdə,  



Şəxsiyyət   vəsiqəsi   bu   hallardan  biri   baş   verdikdən   sonra  bir  ay   ərzində 

dəyişdirməlidir.

7


6. Şəxsiyyət vəsiqəsi verilərkən qanunla hansı məbləğdə  dövlət rüsumu ödənilməsi nəzərdə 

tutulmuşdur?

16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi 



üçün

  -üç iş günü müddətində verildikdə 5 manat, 

    -üç   iş   günündən   sonrakı   müddətdə   verildikdə   1   manat   məbləğdə   dövlət   rüsumu   ödənilməsi 

qanunla müəyyən edilmişdr.

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 



          

  8. Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların 



soyadı,   adı,   atasının   adı,   yaşayış   yeri,   ailə   vəziyyəti   və   hərbi   vəzifəsi   dəyişdikdə   şəxsiyyət 

vəsiqəsinin   dəyişdirilməsinə   görə   qanunla   hansı   məbləğdə   dövlət   rüsumu   müəyyən 

edilmişdir?

Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, 

atasının   adı,   yaşayış   yeri,   ailə   vəziyyəti   və   hərbi   vəzifəsi   dəyişdikdə   şəxsiyyət   vəsiqəsinin 

dəyişdirilməsinə görə 2 manat dövlət rüsumu müəyyən edilmişdir. 



9. Şəxsiyyət vəsiqəsi vətəndaşdan  hansı hallarda müvəqqəti alınır?

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vətəndaşdan aşağıdakı hallarda müvəqqəti 

olaraq alınır: 

Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi komissarlığı, 



hərbi   tədris   müəssisəsinə   daxil   olduqda   isə   həmin   müəssisənin   müdiriyyəti   çağırışçının 

(kursantın) şəxsiyyət  vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət  başa çatanadək saxlamaq  və 

sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq dövlət orqanına göndərir.

Barəsində   həbsəalma   qəti-imkan   tədbiri   seçilmiş,  azadlığın   məhdudlaşdırılması,   müəyyən 



müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya 

məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və 

cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və 

ya şəxsi işə əlavə edilir.

Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır. 



10. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına 

görə qanunla hansı inzibati məsuliyyət müəyyən olunmuşdur? 

Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət 

ərzində yaşayış  yeri  üzrə qeydiyyatdan  keçmədən  yaşamasına görə  xəbərdarlıq edilir və ya üç 

manatdan beş manatadək miqdarda cərimə edilir.

11.Hansı hallarda Şəxsiyyət vəsiqəsi təhvil verilir?

Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını 



aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət 

vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir.

Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.



12. Hansı hallarda Şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir? 

 Dəyişdirilməsi nəzərdə tutulmuş hallarda  1 ay ərzində dəyişdirilməzsə şəxsiyyət vəsiqəsi qüvvədən 

düşmüş hesab olunur.

 13. Şəxsiyyət vəsiqəsinin  itirilməsi və ya qəsdən korlanmasına görə hansı məbləğdə cərimə 



edilir?

Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya qəsdən korlanmasına görə təqsirli şəxslər  on beş manatdan 



iyirmi beş manatadək miqdarda cərimə edilir.

8


14.     Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə 

onun dəyişdirilməsinə görə qanunla  hansı məbləğdə dövlət rüsumu müəyyən edilmişdir? 

Şəxsiyyət   vəsiqəsi   vətəndaşın   öz   təqsiri   üzündən   itdikdə   və   ya   yararsız   hala   düşdükdə   onun 

dəyişdirilməsinə görə 3 manat dövlət rüsumu müəyyən edilmişdir. 

15. Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan 

nəzərdə   tutulmayan   sənədlər   tələb   edilməsində   və   ya   şəxsiyyət   vəsiqəsinin   verilməsində 

(dəyişdirilməsində) süründürməçiliyə yol verilməsində təqsirli şəxslər hansı  qaydada inzibati 

məsuliyyət daşıyırlar? 

Vətəndaşlara   onların   şəxsiyyət   vəsiqələrinin   və   ya   pasportlarının   verilməsindən   əsassız   imtina 

edilməsinə,   verilməsi   üçün   qanunla   nəzərdə   tutulmayan   əlavə   sənədlər   tələb   edilməsinə   və   ya 

onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və 

ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

                                           

                                           4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Doğumun dövlət qeydiyatına alınması

1. Doğumun dövlət qeydiyatına alınması qaydası nədir?

Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin 

yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən 

aparılır. 

Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə 

ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. 



2. Doğumun qeydə alınması üçün hansı sənədlər təqdim edilməlidir?

Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 

valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;



valideynlərin nikah haqqında şəhadətnaməsi;

doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;



uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra 

valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;

uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;



uşaq,   ana   tibb   müəssisəsindən   çıxmamışdan   əvvəl   ölübsə,   doğum   və   ölüm   barədə   həkimin 

verdiyi sənəd; 

3. Valideynlər öldükdə doğumun qeydiyyatını necə həyata keçirilir?

Valideynlərin   müəyyən   səbəblərə   görə   (xəstələndikdə,   uzunmüddətli   ezamiyyətə   getdikdə,   ölkə 

hüdudlarından   kənarda   olduqda,   öldükdə   və   sair)   müraciət   etməsi   mümkün   olmadıqda   isə 

qohumlar,   qonşular,   uşağın   doğulduğu   tibb   müəssisəsinin   müdiriyyəti   və   yaxud   başqa   şəxslər 

qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin