Dövlətin quruluş formalar



Yüklə 31,7 Kb.
səhifə1/5
tarix29.11.2023
ölçüsü31,7 Kb.
#170018
  1   2   3   4   5
Dövlətin formaları


Dövlətin quruluş formalar

Nəzəriyyəçilər dövlət və hüquq hadisələrinin dərindən və hərtərəfli tədqiq edilməsi üçün, ümumilikdə, dövlət və hüququn nə olduğunu müəyyənləşdirməklə yanaşı cəmiyyətin müxtəlif inkişaf pillələrində dövlət və hüququn, həmçinin onlar arasındakı əlaqələrin, dövlətin və hüquq sistemlərinin bir vəziyyətdən başqasına keçmə qanunauyğunluqlarının öyrənilməsi, həmin hadisələrin oxşar və fərqli cəhətlərə görə təsnifləşdirilməsi məsələlərinə də xüsusi diqqət verirlər. Bu problemin həll edilməsi üçün dövlət və hüquq nəzəriyyəsində «dövlətin və hüququn tipi» anlayışından istifadə olunur. Bu anlayışın dövlət və hüquq nəzəriyyəsində müstəqil yeri var. O, nəzəriyyənin mühüm kateqoriyalarından biri kimi çıxış edir. Eyni zamanda, həmin anlayışın özündən iki müstəqil anlayış; «dövlətin tipi», «hüququn tipi» anlayışları ayrılır. Təbii ki, onlar qırılmaz şəkildə bir-birinə bağlıdırlar. Onlar bir-birinə münasibətdə həm də nisbi-müstəqil hadisə olduqlarından bu cür nəzəri ayrılma dövlətin və hüququn ayrılıqda tarixi inkişafı prosesinin və bu prosesdə onların ayrı-ayrı tiplərinin yaranması və birinin digəri ilə əvəz olunması məntiqinin, o cümlədən, hər birinin inkişafı prosesində təzahür olunan özünəməxsus cəhətlərin tədqiq edilməsinə və müəyyənləşdirilməsinə xidmət edir.


Məlumdur ki, ayrıca bir sosial institut kimi çıxış edən dövlət, onu bütün digər sosial institutlardan fərqləndirən spesifik əlamətlərə malikdir. Həmin əlamətlərin müəyyənləşdirilməsi üçün dövlətin anlayışı və mahiyyəti probleminə müraciət olunur. Lakin yuxarıda qeyd olunduğu kimi, dövləti bəşəriyyətin, dövlətçiliyin inkişafının müxtəlif dövrləri üzrə öyrənməklə onu daha konkret şəkildə və tarixi reallığa yaxın bir müstəvidə tədqiq etmək, ayrı- ayrı dövrlərə və mədəniyyətlərə, cəmiyyətlərə görə fərqlənən cəhətlərini üzə çıxarmaq dövlətin ümumi əlamətlərinin müəyyən- ləşdirilməsindən heç də az əhəmiyyət kəsb etmir. Nəzəriyyəçilər belə hesab edirlər ki, dövlətlərin tipologiyasının elmi-nəzəri əhəmiyyəti ondadır ki, dövlətin tipləri haqqında irəli sürülən ideyalar tarixi inkişaf prosesində dövlətin keyfiyyətcə inkişafın bir mərhələsindən başqasına keçməsinin düzgün dərk edilməsinə yeni imkanlar yaradır. Dövlətin tarixi tiplərinin dəyişməsi dövlətçiliyin inkişafının ən mühüm tarixi məqamlarından olduğundan bu prosesi nəzərə almadan, nə onun sosial-siyasi məzmunu və təyinatını, nə də formalarında, funksiyalarında, cəmiyyətin siyasi sistemindəki yeri və rolunda baş verən dəyişiklikləri dolğun şəkildə öyrənmək mümkün deyil. Bundan əlavə, belə bir tipologiya dövlətin inkişafındakı daxili məntiqi görə bilməyə, dövlətin yaranması və inkişafı prosesinin bütün tərəfləri ilə bağlı faktiki və elmi materialların geniş şəkildə ümumlləşdirilməsinə, sistemləşdirilməsinə və onların əsasında təhlillərin aparılmasına, həmçinin dövlətin inkişafı prosesinin dərin qatlarına nüfuz etmənin obyektiv əsasının yaradılmasına yol açırJ
Nəzəriyyəçilər dövləti və hüququ müxtəlif tiplərə bölərkən, dövlətin və hüququn tipi anlayışının özünün düzgün izah edilməsi problemi ilə qarşılaşırlar. Bu anlayış, elmi ədəbiyyatda, dərsliklərdə və dərs vəsaitlərində birmənalı şəkildə şərh edilmir. Müəlliflərin bir çoxu belə hesab edir ki, dövlətin (və hüququn) tipi ayrıca mövcud konkret bir dövlətin (və hüququn) yox, müəyyən tarixi dövr ərzində real olaraq mövcud olmuş dövlətlərin (və hüquqi sistemlərin) topariayıcı obrazı, daha doğrusu, bu obraza uyğun yaradılan elmi kateqoriyadır. Və bu kateqoriya, müəyyən dövrlərdə mövcud olmuş bütün dövlətlərə (hüquqi sistemlərə) xas ən vacib və ən ümumi əlamətlərin və cəhətlərin məcmusunu nəzərə almaqla yaradılır. Dövlətin (və hüququn) tipi müəyyənləşdirilərkən dövlətlərin (hüquqi sistemlərin) formal-hüquqi əlamətləri deyil, ilk növbədə, dövlət və hüquq hadisələrinin mahiyyəti və məzmunu ilə bağlı əlamətlər əsas götürülür.
Dövlətin özü inkişaf etdiyindən, dəyişikliklərə məruz qaldığından dövlətlərin (və hüquqi sistemlərin) tipologiyası prosesi də inkişafdadır. Bu cür dəyişiklikləri istisna etməyən bir tərifə görə, dövlətin və hüququn tarixi tipi «müəyyən ictimai-iqtisadi formasiyada olan dövlətlərin və hüquqi sistemlərin sosial-sinfi mahiyyətini, məzmununu və sosial-sinfi təyinatlarını ifadə edən əsas və vacib əlamətlərinin məcmusu hesab olunur».2 Buna bənzər, lakin daha yığcam bir tərif də A.F.Çerdantsev tərəfindən verilmişdir. O yazır: «Dövlətin tarixi tipi ümumi bir ictimai-iqtisadi formasiyada olan dövlətlərə xas ən vacib əlamətlərin məcmusudur»."' V.İ.Vlasov isə dövlətin tipini başqa cür izah edir. Onun fikrincə, dövlətin tipi deyərkən, cəmiyyətin inkişafının bu və ya digər dövründə bütün dövlətlər üçün mülkiyyətin müvafiq tipi ilə müəyyən olunan vahid mahiyyət və təşkilatlanmanın, o cümlədən, fəaliyyətin ümumi əlamətlərinin məcmusu başa düşülür.
Dövlətlərin hansı kriteriyalar əsasında müxtəlif tiplərə bölünməsi məsələsi dövlət və hüquq nəzəriyyəsində hələ də özünün tam həllini tapmamışdır. Müəlliflərin bir çoxu belə hesab edir ki, bu məsələnin həll edilməsi üçün dövlətlərin tipologiyasının krite- riyaları obyektiv xarakterə malik olmalı, tədqiq olunan dövlət materiyasını hərtərəfli və adekvat şəkildə əks etdirməli, dövlətin müəyyən inkişaf mərhələsində özünə yer almış ən ümumi və vacib əlamətləri, xüsusiyyətləri özündə cəmləşdirməli, həmçinin iqtisadi, siyasi, sosial və digər amilləri nəzərə ala bilməlidir. Ancaq «obyektivlik» anlayışının özü və onun başa düşülmə tərzi də birmənalı olmadığından, yenə də, nələrin obyektivliyə aid edilməsi məsələsində problem yaranır. Elmi materiallardan görünür ki, dövlətlər müxtəlif tiplər üzrə təsnifləşdirilərkən obyektiv və vacib kriteriyalar kimi fərqli-fərqli faktorlardan, amillərdən istifadə oiunur. M.N.Marçenkonun yazdığı kimi, bu kriteriyalara coğrafi və klimatik faktorlar, dövlətlərin və hüquq sistemlərinin mürəkkəblik səviyyəsi, bu hadisələrin dinlə əlaqəsinin xarakteri, dövlətdaxili təşkilatlanmanın üsulları, cəmiyyətdə insanların ümumi dünyagörüşünün və mədəniyyətin inkişaf səviyyəsi, maddi və ruhi-mənəvi sərvətlərin, nemətlərin istehsal üsulları və onların bölüşdürülməsinin xarakteri və s. aid edilir.
Misal üçün, fransız filosofu Jan Boden (1530-1596) coğrafi amili əsas kriteriya kimi götürərək dünyadakı bütün dövlətləri üç kateqoriyaya-cənub, şimal və orta qurşaq dövlətlərinə bölmüşdür. Onun fikrincə, müvafiq coğrafi və klimatik amillər hər bir dövlətin əhalisinə təsir edir. Bu da, öz növbəsində əhalidə müvafiq fiziki və intellektual keyfiyyətləri formalaşdıran mühüm amilkimi çıxış edir. Jan Boden orta qurşaqda yaranan döviətiəri dünyanın ən güciü döviətiəri hesab edirdi. Onun fikrincə, bu qurşaqda yaşayan xalqiarın döviət qurmaq və dövləti idarə etmək bacarığı və qabiliyyəti daha yüksəkdir.
Dövlətlərin və xalqların fərqləndirilməsində coğrafi amili əsas amil hesab edən mütəfəkkirlərdən biri də Ş.L.Monteskyedir. Coğrafi faktorun əsas kriteriya kimi götürülməsinə elmi ədəbiyyatda coğrafi determinizm deyilir.
Əhalinin sayını və dövlət ərazisinin ölçüsünü vacib faktor kimi qəbul edənlər də var. Məsələn, Lyudviq Qumploviç ona müasir olan dövlətlərdən əhalisinin sayı 50 milyon nəfərdən, ərazisi isə 1 milyon kv. kilometrdən çox olanları dünya dövlətlərinə, əhalisi 30 milyon nəfərdən 50 milyon nəfərədək, ərazisi isə 200 min kv. kilometrdən 1 milyon kv. kilometrədək olanları böyük dövlətlərə, əhalisinin sayı 30 milyon nəfərdən aşağı, ərazisinin ölçüsü isə 200 min kv. kilometrdən az olanları kiçik dövlətlərə aid etməklə bütün dövlətləri üç qrupa bölmüşdür.
Dövlət quruluşu forması dedikdə, dövət hakimiyyətinin milli-ərazi və inzibati-ərazi vahidləri üzrə təşkili, dövlət ərazisinin bu və ya digər əsaslara görə tərkib hissələrə bölünməsi və onların siyasi-hüquqi vəziyyəti, dövlət hakimiyyəti ilə dövlətin həmin tərkib hissələri arasında, həmçinin mərkəzi orqanlarla yerli orqanlar arasındakı qarşılıqlı əlaqələri başa düşülür.
Nəzəriyyəçilərin ümumi fikri belədir ki, dövlət quruluşu bütövlükdə dövlətlə onun ərazi baxımından tərkib hissələri olan ərazi vahidləri arasındakı qarşılıqlı əlaqələrin sistemini və dövlət hakimiyyətinin mərkəzləşdirilmə səviyyəsini əks etdirir. Dövlət və hüquq nəzəriyyəsinə aid ədəbiyyatda verilən açıqlamalara görə, dövlət quruluşu forması dövlət strukturunun hansı tərkib hissələrdən ibarət olduğunu, həmin hissələrin hüquqi vəziyyətini və onlara aid orqanlar arasında qarşılıqlı əlaqələrin hansı qaydada və xarakterdə qurulduğunu, mərkəzi və yerli hakimiyyət orqanları arasında əlaqələrin necə təşkil edildiyini, dövlətin ərazisi daxilində yaşayan etnik birliklərin, milli azlıqların maraqlarının hansı dövlət forması ilə ifadə olunduğunu göstərir.
Dövlət quruluşunun hansı formalardan ibarət olması ilə əlaqədar hüquq ədəbiyyatında əsas iki yanaşma mövcuddur.
Birinci yanaşmaya görə, dövlət quruluşu forması iki növə: unitar və federativ dövlətlərə bölünür, ikinci yanaşmadan çıxış edən müəlliflər isə konfederasiyanı da dövlət qurulşu formasına aid edir və dövlət quruluşunun əsas üç formadan ibarət olduğunu göstərirlər. Birinci yanaşmadan çıxış edən müəlliflər konfederasiya dövlət deyil, dövlətlər ittifaqı olduğundan onun dövlət quruluşu formasından biri kimi qəbul edilməsi ilə razılaşmırlar. Həmin müəlliflər konfederasiyanı dövlətlərdən təşkil olunan beynəlxalq hüquqi birliyin bir növü kimi qəbul edir və bu birliyin beynəlxalq hüquq tərəfindən öyrənilməsini daha düzgün hesab edirlər.
Biz də hesab edirik ki, unitar dövlət və federativ dövlət, dövlət quruluşunun əsas formalarıdır. Konfederasiya isə dövlət deyil, dövlətlər ittifaqıdır və buna görə də, dövlət quruluşu forması kimi təsnif edilməməlidir. Ancaq dövlət və hüquq nəzəriyyəsinə aid dərsliklərin və dərs vəsaitlərinin bir çoxunda konfederasiyalardan da danışıldığından və dövlətlər ittifaqı olan konfederasiyanın dövlət və hüquq nəzəriyyəsi tərəfindən də öyrənilməsini vacib bildiyimizə görə, mübahisəyə səbəb olmuş həmin təsisat burada da diqqətdən kənarda qalmayacaqdır.
Bəzi müəlliflər unitar və federativ dövlətləri dövlət quruluşunun əsas formaları kimi təsnif etməklə yanaşı imperiyanı da onun bir forması hesab edirlər. Məsələn, V.İ.Vlasov yazır ki, unitar və federativ dövlət quruluşu formaları dövlət quruluşu formasının əsas növləridir. Bununla bərabər, o, imperiyanı da dövlət quruluşu formasının tarixi keçmişdə qalmış bir növü kimi təsnif edir.'' Biz də hesab edirik ki, dövlət ərazisinin təşkil olunması qaydaları və mərkəzi hakimiyyətlə dövlət ərazisinin tərkib hissələri (metropoliya ilə müstəmləkələr) arasında əlaqələrin qurulması baxımından imperiyanın özünəməxsus cəhətləri olmuşdur. Bu cəhətlər nəzərə alınmalı və imperiyanın dövlət quruluşunun bir forması kimi qəbul edilməsi elmi baxımdan əsaslı hesab olunmalıdır. Beləliklə, biz də belə hesab edirik ki, dövlət quruluşunun əsas formaları unitar dövlət quruluşu forması və federativ dövlət quruluşu formasından ibarətdir. Bununla bərabər, əsas olmasa da, imperiya da dövlət quruluşunun tarixi bir formasıdır.

Yüklə 31,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin