Dövlətin quruluş formalar


Federativ dövlət (federasiya)



Yüklə 31,7 Kb.
səhifə3/5
tarix29.11.2023
ölçüsü31,7 Kb.
#170018
1   2   3   4   5
Dövlətin formaları

Federativ dövlət (federasiya). «Federasiya» anlayışı latınca «foedus» sözündən alınmadır. Bu söz ittifaq, birlik mənasını verir. Müasir federativ dövlət ittifaq dövlətidir. Dövlətin ittifaq dövləti olması bütün federasiyaları xarakterizə edən başlıca cəhətdir. V.V.Lazarev və S.V.Lipen göstərilən bu xüsusiyyətə əsasən yazırlar ki, federasiya «tərkib hissələri dövlətçilik əlamətlərinə malik olan mürəkkəb ittifaq dövlətidir».'' Başqa bir tərifdə deyilir ki, federativ dövlət, dövlətçilik əlamətlərinə malik olan bir neçə muxtar (müstəqil) qurumun ittifaq dövlətidir.2 Başqa bir tərifə görə, federativ dövlət dövlətlərdən və ya dövlətçilik əlamətlərinə malik qurumlardan ibarət olan və onların razılığı prinsipinə əsaslanan, həmçinin federasiyanın üstünlüyü şərti ilə dövlət hakimiyyətinin bütövlüyü və bu hakimiyyətin federasiya ilə onun subyektləri arasında şaquli şəkildə bölünməsi prinsipinə söykənən ittifaq dövlətidir.
Federalizm dövlət hakimiyyətinin mərkəzsizləşdirilməsinin bir forması olmaqla federasiya ilə federasiya subyektlərinin hakimiyyət orqanları arasında səlahiyyətlərin, fəaliyyət və idarəetmə predmetinin bölünməsini, yəni polisentrik hakimiyyəti ehtiva edir. Buna hakimiyyətlərin «şaquli istiqamətdə» bölünməsi də deyilir. Belə bir bölgü o zaman real olur ki, federasiya subyektləri demokratik şəraitdə təşkil olunsun və onlara verilən formal-hüquqi səlahiyyətlər faktiki münasibətlərdə də reallaşsın və siyasi-inzibati münasibətlər müstəvisində onun hörmətlə qarşılanan ənənələri formalaşsın. Əks halda, S.Y.Kaşkinin yazdığı kimi, sovet «federasiyası»na bənzər yalançı bir federasiya və insanların həyatına daha ağır təsir edən mərkəzsizləşdirilmiş «bürokratik diktatura» yaranır.
Federasiya subyektləri müstəqil dövlətə aid bir sıra əlamətlərə malikdir. Bir çox halda subyektlərin öz konstitusiyası da olur (yalnız Hindistanda, Nigeriya və bir neçə başqa dövlətdə istisnalar var). Federasiya subyektlərinin konstitusiyası onların özü tərəfindən qəbul edilir. Hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq onların öz hakimiyyət orqanları fəaliyyət göstərir, parlamenti seçilir, icra hakimiyyəti orqanı təşkil olunur. Bəzi dövlətlərdə (məsələn, ABŞ-da, Kanadada) subyektlərin hətta öz məhkəmə sistemi də yaradılmışdır. Bütövlükdə, federasiyanın özündə olduğu kimi, federasiya subyektlərinin hər birinin özünün hakimiyyət orqanları sitstemi mövcuddur və həmin orqanlar öz səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərir. Federasiya subyektlərində hakimiyyət orqanları, əsasən, federativ hakimiyyət orqanlarından asılı olmadan, dövlətin ümumi idarəetmə forması qaydalarına uyğun təşkil olunur. Odur ki, əksər hallarda federasiya subyektlərində idarəetmə forması federasiyada olduğu kimidir. Yalnız bəzi ölkələrdə müəyyən istisnalar var. Məsələn, Kanada və Avstraliyada monarxiya idarəetmə forması mövcud olsa da, onların subyektləri respublika idarəetmə formasına malikdir. Bu ölkələrdə monarx simvolik olaraq dövlət başçısıdır və real olaraq fəaliyyət göstərən ali hakimiyyət orqanları respublika idarəetmə formasına uyğun təşkil olunur. Federasiya subyektlərinin hakimiyyət orqanları subyektlərə verilən səlahiyyətlər çərçivəsində hakimiyyət funksiyalarını həyata keçirməklə federasiyanı belə bir «yükdən» azad edir. Subyekt bir növ dövlət daxilində dövlətdir. Buna görə də, tədqiqatçılar federativ dövlətdə hakimiyyətin həm də «şaquli istiqamətdə» bölünməsindən bəhs edirlər. Dövlət hakimiyyətinin göstərilən tərzdə təşkil olunması federal orqanlarla subyektlərin hakimiyyət orqanları arasında fəaliyyət və idarəetmə predmetinin bölünməsini, ayrılmasını və onların səlahiyyətlərinin dəqiq müəyyənləşməsini tələb edir.
Federasiyanın və onun subyektlərinin fəaliyyət predmeti elə bölünür ki, ümumdövlət əhəmiyyətli, vacib məsələlər üzrə qanunvericilik fəaliyyəti yalnız federasiya tərəfindən həyata keçirilir. İcra hakimiyyətinin həyata keçirilməsi ilə bağlı səlahiyyətlərin bir çoxu isə federasiya subyektlərinin fəaliyyət predmetinə daxil edilir. Federasiya və onun subyektlərinin fəaliyyət və idarəetmə predmetlərinin bölünməsi konstitusiya ilə müəyyənləşir.
Tədqiqatçılar federasiyanın və onun subyektlərinin fəaliyyət və idarəetmə predmetlərinin bölünməsi ilə əlaqədar səlahiyyətlərini dörd növə ayırırlar:
1) federasiyanın müstəsna səlahiyyətləri;
2) federasiya subyektlərinin müstəsna səlahiyyətləri;
3) federasiyanın və subyektlərin birgə səlahiyyətləri və ya rəqabətdə olan səlahiyyətlər;
4) göstərilənlərin heç birinə aid olmayan qalıq səlahiyyətlər.
Federasiyanın müstəsna səlahiyyətləri yalnız federal orqanların hakimiyyət səlahiyyətlərinin olmasını ehtiva edir. Yəni belə səlahiyyətlərə uyğun fəaliyyət ancaq federal orqanlar tərəfindən həyata keçirilir.
Federasiya subyektlərinin müstəsna səlahiyyətləri yalnız subyektlərin hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının müəyyən fəaliyyətlə məşğul olması və müəyyən məsələlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirməsində özünü göstərir. Bu səlahiyyətləri federal hakimiyyət orqanları həyata keçirə bilmir. Elə buna görə də, onlara müstəsna səlahiyyətlər deyilir. Federasiyanın və subyektlərin birgə səlahiyyətlərə malik olması federal orqanlarla subyektərin hakimiyyət orqanları arasında səlahiyyətlərin dəqiq şəkildə bölünməsi deməkdir. Məsələn, federasiya tərəfindən qanun qəbul edilir, subyektlər isə onu həyata keçirməlidirlər.
Belə bir dəqiq bölgü olmadıqda rəqabətdə olan səlahiyyətlər meydana gəlir. Bu, o deməkdir ki, federasiya ilə subyektlərin hakimiyyət orqanları arasında dəqiq şəkildə bölünməyən səlahiyyətlərə aid istənilən məsələyə dair federal orqanlar tərəfindən qərar qəbul olunmayınca subyektlərin hakimiyyət orqanları öz qərarını vermək hüququna malikdir. Federal orqanlar həmin məsələlərə dair qərarlar verdikdə isə, subyektlərin hakimiyyət orqanlarının müstəqilliyi itir. Qalıq səlahiyyətlərə isə konstitusiya vasitəsi ilə müəyyənləşməyən səlahiyyətlər aiddir. Hüquq ədəbiyyatında federativ dövlətdə özünə yer alan qanunvericiliyə aid səlahiyyətlərin də dörd növü fərqləndirilir.''
Həmin bölgüyə görə, müəyyən sahələr və fəaliyyət predmet- ləri üzrə yalnız federal qanunların və onlara əsaslanan digər federal normativ hüquqi aktların qəbul edilməsi federasiyanın müstəsna səlahiyyətini ifadə edir.
Müəyyən məsələlər üzrə federal qanunlar olmadıqda federasiya subyektlərinin öz qanunlarını qəbul edə bilməsi federasiya və onun subyektlərinin rəqabətdə olan səlahiyyətlərini doğurur. Rəqabətdə olan səlahiyyətlər sahəsində federal qanunvericilik üstün mövqeyə malikdir. Belə ki, bu sahədə federal qanunverici demək olar ki, bütün məsələləri tənzimləmək hüququna malikdir. Göstərilən halda federal qanunverici ölkə daxilində vahid iqtisadi və hüquqi məkanın saxlanılması məqsədi ilə və ya hər hansısa məsələnin ayrı-ayrı federasiya subyektlərinin qanunvericiliyi tərəfindən səmərəli şəkildə tənzimlənə bilməyəcəyi qənaətinə gəldikdə özü müvafiq qanunlar qəbul edir. Yəni bu sahədə birincilik və üstünlük federasiyaya məxsusdur.
Müəyyən məsələlər və sahələr üzrə öncə federal qanunlar, daha sonra isə onlara uyğun olaraq federasiya subyektlərinin qanunları qəbul edildiyi halda federasiyanın və federasiya subyektlərinin birgə səlahiyyətləri yaranır. Federasiyanın və subyektlərin birgə səlahiyyətlərinin tələbinə görə, bu sahədə federasiya subyektlərinin federativ qanunlara əsaslanmayan qanunlar qəbul etmək hüququ yoxdur. Yəni birgə səlahiyyətlərə aid qanunlarda tamamlanma, başqa sözlə desək, subyektin qəbul etdiyi qanunun federal qanuna uyğun olması tələbi vacib şərt kimi çıxış edir. Subyektlərin müəyyən məsələlər üzrə qanunvericilik fəaliyyətinə federasiyanın müdaxilə edə bilməməsi federasiya subyektlərinin müstəsna səlahiyyətlərinin olması deməkdir. Tədqiqatçılar hesab edirlər ki, federasiya subyektlərinin müstəsna səlahiyyətləri varsa, onda bu cür federativ dövlətlərdə federal qanunvericiliyin şərtsiz üstünlüyündən danışmaq mümkün deyil. Çünki federasiya subyektlərinin müstəsna səlahiyyətləri həmin üstünlüyü bu və ya digər dərəcədə məhdudlaşdırmış olur.
Federasiya ilə federasiya subyektlərinin hakimiyyət orqanları arasında səlahiyyətlərin, fəaliyyət və idarəetmə predmetlərinin bölünməsi, subyektlərin dövlətçilik əlamətlərinə malik olması məhdud və ya «bölünmüş» suverenlik konsepsiyasının formalaşmasına səbəb olmuşdur. Həmin konsepsiyaya görə, federasiyanın və onun subyektlərinin suverenliyi qarşılıqlı olaraq bir-birini məhdudlaşdırır və onların arasındakı münasibətlər səlahiyyətlərin bölünməsi əsasında qurulur. Beləliklə, federasiya və onun subyektləri öz səlahiyyətləri çərçivəsində suveren təşkiatlar kimi fəaliyyət göstərir. Lakin bu konsepsiya, yəni «bölünmüş» suverenlik konsepsiyası heç də bütün müəlliflər tərəfindən qəbul olunmur və bir çoxları ona tənqidlə yanaşır. Həmin konsepsiyanı tənqid edən alimlər belə fikirdədirlər ki, suverenlik dövlətə aid xüsusi keyfiyyət olmaqla onun bütövlüyünün, dövlət hakimiyyətinin vahidliyinin və aliliyinin göstəricisidir. Odur ki, bu keyfiyyət dövlətlə onun tərkib hissələri arasında bölünə bilməz. Suverenliyin bölünməsi dövlətin vahidliyini, dövlət hakimiyyətinin əliliyini inkar edir. Federativ dövlət öz daxilində muxtar dövlətlərə malik olsa da, vahid ittifaq dövlətidir, o dövlətlər ittifaqı deyil və muxtar dövlətlər onun tərkib hissələridir. Federasiyanın özündən irəli gələn dövlət hakimiyyəti ilə subyektlərin hakimiyyət səlahiyyətləri fərqlidir.
Federasiyada dövlət hakimiyyətinin iyerarxiyası var və yalnız federasiyanın özündə ifadə olunan hakimiyyət suverendir, subyektlərə verilən hakimiyyət isə tabelidir. Əslində, federativ dövlətdə bölünən suverenlik deyil, səlahiyyətlərdir. Səlahiyyətlərin bölünməsinə yol verilsə də, federasiya subyektləri deyil, yalnız federasiyanın özü suverenliyə malikdir. Göstərilən mövqedən çıxış edən italiyalı alim F.Rossollillo bildirir ki, federasiya subyektləri federativ dövlətlərin konstitusiyasında dövlət adlan- dırılsa da, ümumiyyətlə, həmin subyektlərin suverenliyə malik olması fikrindən, ideyasından imtina edilməli, yalnız federasiya suveren hesab edilməlidir.
Dünyada hal-hazırda 20-dən artıq federativ dövlət var. Onların əksəriyyəti kifayət qədər iri dövlətlərdir. Məsələn, ABŞ, Kanada, Rusiya Federasiyası, Meksika, Braziliya, Hindistan, Malayziya, Argentina, AFR və bir sıra digər böyük dövlətlər bu cür dövlət quruluşuna malikdir. Həmin dövlətlərin hər biri federativ dövlət quruluşuna malik olsa da, onlar özünəməxsus cəhətləri ilə bir-birindən xeyli fərqlənir. Hətta bu dövlətlərdə subyektlərin sayı da müxtəlifdir. Məsələn, ABŞ-da 50, Hindistanda 25, AFR-də 16, Kanadada 10 federasiya subyekti mövcuddur. Federasiya subyektləri müxtəlif cür adlandırılır: ştatlar, kantonlar, torpaqlar, respublikalar və s. Federativ dövlətlərin mürəkkəbliyi. onlardan hər birinin unikal cəhətlərə malik olması və digərlərindən fərqlənməsi səbəbindən belə bir sual meydana gəlmişdir: federalizm haqqında ümumiləşdirilmiş şəkildə danışılmalı, yoxsa ayrı-ayrı dövlətlərə-Rusiya Federasiyasına, ABŞ-a, Yuqoslaviyaya və yaxud hansısa başqa bir dövlətə xas olan federalizm- dən bəhs olunmalıdır? Belə bir dolaşıqlığın aradan qaldırılması üçün bütün federasiyalara aid ümumi, əsas əlamətlərin müəyyənləşdirilməsi və təhlil edilməsi vacib hesab olunur. M.N.Marçenko yazır ki, əlamətlərin müəyyənləşdirilməsi və təhlil edilməsi yolu ilə federasiyanın nə olduğunu müəyyənləşdirməyin çatışmayan tərəfləri də var. Onlardan bəziləri həmin yanaşmada subyektivlik ehtimalının çox olması ilə bağlıdır. Bundan əlavə, ayrı-ayrı əlamətlərin müəyyənləşdirilməsi ilə çox məşğul olmaq «empirizm»də boğulub qalmaq təhlükəsini yaradır. Lakin hər bir federasiyaya aid bütün əlamətlərə deyil, yalnız ən ümumi, bütün federasiyalara xas olan vacib əlamətlərə diqqətin yönəldilməsi yolu ilə həmin çatışmamazlığı aradan qaldırmaq olar.'' Federativ dövlətlərin ən ümumi, əsas əlamətlərini nəzərdən keçirək.
Federativ dövlətin ərazisi federasiya subyektlərinin, yəni dövlət daxilində öz müstəqilliyi olan siyasi-inzibati vahidlərin ərazilərinə bölünür. Hər bir federasiya subyektinin ərazisi federativ dövlətin bir hissəsi hesab olunur.
Federasiya subyektləri dövlətçilik əlamətlərinə və müəyyən dərəcədə siyasi müstəqilliyə malikdir və bu cəhətə görə onlar unitar dövlətin ərazi vahidlərindən fərqlənir. Subordinasiya prinsipinin əsas götürülməsi şərti ilə federasiya subyektləri dövlət daxilində dövlət kimi təşkil olunan və fəaliyyət göstərən qurumlardır. Onların öz konstitusiyası, subyektdaxili münasibətlərin idarə olunmasını təmin edən hakimiyyət orqanları: qanunverici, icra və məhkəmə orqanları mövcuddur.
Federasiyada dövlət aparatı iki səviyyədə təşkil olunur. Yuxarı səviyyədə federal mərkəzin aparatı durur. Nisbətən tabeli səviyyədə isə subyektlərin öz dövlət aparatı hakimiyyət funksiyalarını həyata keçirir. Yəni federal səviyyədə fəaliyyət göstərən hakimiyyət orqanlarının bir çoxu subyektlər səviyyəsində də təkrarlanır və beləliklə, iki səviyyədə təşkil olunan aparat səlahiyyətlərin, idarəetmə predmetlərinin bölünməsi əsasında hakimiyyətin həyata keçirilməsini və cəmiyyətin idarə olunmasını təmin edir. Bu, o deməkdir ki, federativ dövlətdə hakimiyyətin iyerarxiyası mövcuddur. Başda duran ali, suveren hakimiyyətdir. İkincisi isə tabelidir, məhduddur. Odur ki, daha əhəmiyyətli, daha vacib səlahiyyətlər məhz federal hakimiyyətə, federal hakimiyyəti həyata keçirən orqanlara məxsusdur.
Adətən, federasiyalarda parlament iki palatadan ibarət olur. Bu palatalardan birində (yuxarı palatada) böyüklüyündən və kiçikliyindən, həmçinin əhalisinin sayından asılı olmayaraq dövlətin bütün regional vahidlərinin, yəni bütün subyektlərin maraqları bərabər təmsil olunur. İkinci palatada (aşağı palata) isə hər bir subyekti təmsil edən deputatların sayı subyektin ərazisində yaşayan seçicilərin sayından asılı olur. Bu ənənənin əsası ABŞ- da qoyulmuşdur. Parlamentin belə bir quruluşa malik olmasının bir səbəbi də həm federal maraqların, həm də federasiya subyektlərinin maraqlarının qanunverici orqanda nəzərə alınması ilə bağlıdır.
Federasiya subyektlərinə qanunvericilik aktları və digər növ normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti verilir. Federativ dövlətdə vahidlik prinsipi əsasında qurulan hüquq sistemi olsa da, federasiya subyektlərinə də öz hüquq sistemini yaratmaq imkan verilir.
Federasiya subyektlərinin öz hüquq sistemini yaratması qanunların subordinasiyası, iyerarxiyası prinsipinə əsaslanır. Fləmin prinsipə görə, subyektlərin konstitusiyası federal konstitusiyaya, qanunları isə federal qanunverici orqanın qəbul etdiyi qanunlara uyğun olmalıdır. Bu, yuxarıda qeyd etdiyimiz vahidlik prinsipinin təmin olunmasına xidmət edir. Federativ dövlətlərdə ikili vergi sistemi mövcuddur. Vergilər federal vergilər və subyektlərin vergiləri şəklində yığılır. Buna baxmayaraq, yığılan vergilər üzərində sərəncam mərkəzdən verilir və onların bir qismi istifadə edilməsi üçün büdcə vasitəsilə subyektlər arasında paylanır. Subyektlərin özlərinin digər gəlirləri çox məhdud olduğundan onlar federal dövlətdən əlavə təminatlar (subsidiyalar, dotasiyalar) alırlar. Odur ki, federal hakimiyyət subyektlər üzərində nəzarəti həyata keçirərkən həm də bu cür maliyyə asılılığından istifadə edir.
Federativ dövlətlərin formal əlamətlərindən biri də federasiyaların bir çoxunda ikili vətəndaşlığın olmasıdır. İkili vətəndaşlıq federasiya ilə bərabər subyektlərin öz vətəndaşlığının olmasını ehtiva edir. Bu halda federasiya subyektlərinin vətəndaşları həm də federasiyanın vətəndaşıdırlar, yəni federal səviyyədə onlar eyni vətəndaşlığa malikdirlər.
Federativ dövlətlərdə beynəlxalq əlaqələr, digər dövlətlərlə münasibətlər yalnız federasiyanın hakimiyyət orqanları vasitəsilə həyata keçirilir. Lakin bəzən, xarici işlər nazirliyinin icazəsi ilə federasiya subyektlərinə digər dövlətlərin ərazisində öz nümayəndəliklərini açmağa icazə verilir. Onlar siyasi deyil, yalnız iqtisadi və mədəni xarakterli vəzifələri yerinə yetirir.
Sadalanan əlamətlərdən görünür ki, federalizmin əsas xüsusiyyəti mərkəzçilikdən imtina edilməsi, federal hakimiyyət və subyektlər səviyyəsində müxtəlif dövlət orqanları arasında hakimiyyət səlahiyyətlərinin dispersiyasının (yayılması, bölünməsi) strukturlaşdırılmış şəkildə təşkili ilə bağlıdır. Tədqiqatçılar hesab edirlər ki, unitarizmlə müqayisədə federalizm daha demokratik dövlət quruluşu formasıdır və məhz buna görə də, federasiyaların əksəriyyətində respublika idarəetmə forması mövcuddur. İ.N.Homerov yazır: «Federativ dövlət quruluşu forması dövlət quruluşunun digər formaları ilə müqayisədə daha demokratikdir, çünki hakimiyyətin yalnız üfüqi deyil, həm də şaquli istiqamətdə bölünməsinə səbəb olur».'' Bu halda vacib olan odur ki, hakimiyyət səlahiyyətlərinin dispersiyası formal-hüquqi təsbit olunma ilə yanaşı, həm də faktiki xarakter daşısın, yəni formal-deklorativ hadisə deyil, real münasibətlərdə konkretləşən bir hadisə olsun, həmçinin insan və vətəndaş hüquq və azadlıqları təmin edilsin. Çünki hakimiyyət səlahiyyətlərinin dispersiyasını təmin edən federaiizm yalnız real münasibətlərdə gerçəkləşməklə diktaturanın qarşısını aia bilər. Tədqiqatçıların fikrincə, federativ dövlət quruluşu formasının daha demokratik oiması həm də əhaiinin bütün səviyyələrdə hakimiyyətin təşkiiində və həyata keçirilməsində iştirakının təmin edilməsi iiə bağlıdır. Bu baxımdan Q.V.Atamançuk yazır ki, federaiizm «xaiq hakimiyyətinin bütün təşkilati strukturlar vasitəsiiə həyata keçirilməsini ehtiva edir».''
Federativ dövlətin yaranmasının bir neçə üsuiu var. Belə ki, federasiyalar ya ümumi maraqlar əsasında müstəqil dövlətlərin birləşməsi nəticəsində, ya da dövlət daxilində ərazi vahidiərinin muxtariyyətinin inkişaf etməsi yoiu iiə yaranır. Sonuncu halda federativ dövlət quruluşu forması hakimiyyətin özü tərəfindən konstitusiya qaydasında müəyyənləşdiriiir. Bəzən də elə olur ki, artıq mövcud oian federativ dövlət kənar bir ərazini dövlətçilik əlamətlərinə malik oian qurum kimi təşkilatlanmaq şərti ilə özünə birləşdirir və bu yoila öz ərazisini genişləndirir. Məsəiən, 13 müstəqii ştatın («ştat» ingiliscə «state» sözündəndir və dövlət deməkdir) arasında bağianan müqavilə nəticəsində yaranmış ABŞ-ın ştatlarının bir qismi bu döviət yarandıqdan xeyli sonra dövlətə birləşdirilən yeni ərazilərin hesabına təşkil olunmuşdur.
Müstəqil dövlətlərin birləşməsi nəticəsində formalaşan federativ dövlətə 1964-cü ildə yaranmış Tanzaniyanı misal göstərə bilərik. Həmin federasiya Tanqanika iiə Zənzibarın biriəşməsi nəticəsində yaranmışdır. Dövlət hakimiyyəti aktları ilə formalaşan federativ dövlətiərə Hindistanı, Pakistanı misal göstərmək olar. Həmin döviətlərin federativ dövlət kimi təşkil olunması dövlət ərazisinin tərkib hissələrinin konstitusiyada federasiya subyektləri kimi təsbit edilməsinə əsaslanır. Yəni bu dövlətlərin federativ dövlət quruluşu formasına malik oiması dövlətin öz ərazisinin tərkib hissələrinə federasiya subyekti statusu verməsinin nəticəsidir. Adətən, hüquq ədəbiyyatında belə federasiyalara konstitusiya federasiyaları deyilir. Ayrı-ayrı dövlətlər arasında müqavilə bağlanması nəticəsində yaranan federasiyalar isə ittifaq federasiyaları və ya müqavilə federasiyaları adlandırılır.
Elə federasiyalar var ki, onların subyektləri kiçikliyindən və ya böyüklüyündən, həmçinin digər amillərdən asılı olmadan sta- tusca bərabərdirlər və eyni səlahiyyətlərə malikdirlər. Hüquq ədəbiyyatında subyektləri statusca bərabər olan federasiyalara simmetrik federasiyalar deyilir. Bu cür federasiyaya müasir Almaniya Federativ Respublikasını, Amerika Birləşmiş Ştatlarını, keçmiş SSRİ-ni misal göstərmək olar. Subyektlər arasında hüquqi status baxımından fərqin olması isə federasiyanın asim- metrik federasiya olmasına dəlalət edir. Məsələn, Rusiya Federasiyası, Hindistan asimmetrik federasiyalardır. Federativ dövlətlərin bəzilərində federasiya subyektləri əhalinin milli (etnik), dini tərkibinin nəzərə alınması yolu ilə təşkil olunur. Federativ dövlətlərin bir qismində isə ərazi prinsipi əsas götürülür. Bəzi federativ dövlətlərdə isə onların hər ikisi tətbiq olunur.
Ölkə daxilində əhalinin milli tərkibinin nəzərə alınması yolu ilə təşkil olunan federasiyalara milli-ərazi prinsipi əsasında formalaşan federasiyalar deyilir. Bu cür federasiyaların sayı azdır. Həbəşistan, 1991-ci ilə kimi mövcud olmuş Yuqoslaviya Federasiyası, SSRİ belə federasiyalara aid edilir. Federativ dövlətlərin əksəriyyətində federasiyanın təşkili ərazi prinsipinə əsaslanır. Həmin federasiyalarda milli əlamət nəzərə alınmır. Almaniya, ABŞ, Meksika, Braziliya, Avstraliya və s. ərazi prinsipi əsasında qurulmuşlar. Ərazi prinsipi əsasında qurulan federasiyalarda siyasi-tarixi, iqtisadi və coğrafi amillər nəzərə alınır.
Hər iki prinsipin nəzərə alınması, yəni həm coğrafi, siyasi-tarixi, iqtisadi amillərin, həm də milli, dini, linqivistik amillərin əsas götürülməsi hüquq ədəbiyyatında kompleks-ərazi yanaşma kimi xarakterizə olunur. Bu yanaşmaya uyğun təşkil olunan federasiyalara Belçikanı, Kanadanı, Hindistanı, Pakistanı və s. misal göstərmək olar. Məsələn, Kanadada subyektlərin 9-u ingilis dillidir və həmin subyektlər ərazi prinsipi əsasında təşkil olunubdur. Bir subyekt (Kvebek) isə fransız dillidir və onun təşkilində milli-ərazi prinsipi əsas götürülmüşdür. Hindistanda isə ştatlar yaradılarkən linqivistik amil xüsusi olaraq nəzərə alınmışdır. Lakin buna baxmayaraq, ştatların əhalisi ayrıca bir dildə danışan qrupdan ibarət deyil. Hindistanda linqivistik amillə bərabər tarixi, iqtisadi, coğrafi və s. amillər də nəzərə alınmışdır. Federativ dövlətlərdə federal dövlət hakimiyyətinin və federal hüququn aliliyi konstitusiya normalarının təmin olunması ilə əlaqədar subyektlər üzərində federal mərkəz tərəfindən nəzarətin həyata keçirilməsini ehtiva edir. Bu cür nəzarətin bir sıra üsulları mövcuddur. Ümumilikdə isə, onlar iki qismə: adi və fövqəladə üsullara bölünür. Adi üsullar federal parlamentin fəaliyyəti nəticəsində, həmçinin bütün federasiya ərazisində fəaliyyət göstərmək səlahiyyətinə malik olan icra və məhkəmə orqanlarının iştirakı ilə subyektlərin fəaliyyətinin müəyyən çərçivəyə salınmasında özünü göstərir. Onların arasında maliyyə nəzarətinin xüsusi yeri var. Belə ki, federasiyalarda subyektlərin əksəriyyətinin maliyyə təminatı federal hakimiyyət tərəfindən verilən dotasiyalar hesabına həyata keçirilir. Belə olan halda həm müəyyən asılılıq, həm də bu sahə ilə əlaqədar nəzarət mexanizmi yaranır. Fövqəladə nəzarət üsullarına federal məcburetmə də deyilir. Fövqəladə nəzarət üsullarına subyektlərin ərazisində fövqəladə vəziyyətin elan edilməsi, federal intervensiya (müdaxilə) institutu, subyektin ərazisində özünüidarəetmənin dayandırılması, prezident idarəçiliyinin tətbiq edilməsi və s. tədbirlər aiddir. Məsələn, Argentinanın, Braziliyanın və s. Latın Amerikası ölkələrinin konstitusiyasına əsasən, kütləvi ixtişaşlar baş verdikdə, subyektin ərazisində konstitusion hakimiyyətin fəaliyyəti mümkün olmadıqda və bir sıra digər fövqəladə hallarda federal mərkəz intervensiya institundan istifadə edə bilər. Bu halda prezident ordudan istifadə etməklə subyektin istənilən orqanının fəaliyyətini dayandırmaq, ona nəzarət etmək, subyektin idarə olunması üçün öz nümayəndəsini təyin etmək hüququna malikdir. Hindistanda isə prezident idarəçiliyinin tətbiq olunmasından tez- tez istifadə edilir. Prezident idarəçiliyi tətbiq edildiyi halda prezidentin aktına əsasən, müvafiq federasiya subyektinin qanunverici orqanı buraxılır və ya onun fəaliyyəti dayandırılır, subyektin bütün nazirləri işdən kənarlaşdırılır və hakimiyyət ya qubernatorun və yaxud prezidentin təyin etdiyi başqa bir şəxsin əlində cəmləşir. Bununla da, həmin subyektin idarə olunması birbaşa prezidentin nəzarətinə keçir.
Tədqiqatçıların xüsusi maraq göstərdikləri məsələlərdən biri də federativ dövlətlərdə subyektlərin sessesiyası (federasiyadan çıxması) problemidir. Federativ dövlət bütöv, suveren dövlət olduğundan federal qanunvericilikdə subyektlər tərəfindən onun suverenliyinin pozulmasına, ərazisinin dəyişdirilməsinə yönələn tədbirlərə xüsusi diqqət verilir. Hal-hazırda mövcud olan federal konstitusiyaların demək olar ki, heç birində subyektlərə sesse- siya, yəni federasiyadan çıxmaq hüququ verilməmşdir. Ümumiyyətlə, sessesiya tələbi dövlət suverenliyinin pozulmasına cəhd kimi qiymətləndirilir və bunun qarşısının alınması məqsədi ilə federativ dövlətlərin bir çoxunun qanunvericiliyində dövlət bütövlüyünün təmin edilməsi tədbirləri nəzərdə tutulur. 1861- 1865-ci illərdə ABŞ-da, XX əsrin 30-cu illərində Meksikada, 70- ci illərdə isə Nigeriyada federasiya tərkibindən çıxmaq cəhdlərinin qarşısı hərbi yolla alınmışdır. 1985 və 1995-ci illərdə isə Kanadada Kvebekin sessesiyasına cəhd edilərək referendum keçirilmiş, lakin hər iki halda da seperatistlər səs çoxluğu qazana bilməmişlər. Tarixdə sessesiya cəhdlərinin uğurla başa çatması halları da olmuşdur. XX əsrin 70-ci illərində silahlı mübarizə nəticəsində Pakistanda sessesiya baş vermişdir. 90-cı illərdə Yuqoslaviyada silahlı qüvvələrdən istifadə olunmaqla həyata keçirilən sessesiya cəhdləri də baş tutmuşdur. Sinqapur dövləti isə dinc yolla baş tutan sessesiya nəticəsində yaranmışdır. Sinqapur 1965-ci ildə heç bir qarşıdurma olmadan Malayziyanın tərkibindən çıxmış və müstəqil dövlət olmuşdur.

Yüklə 31,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin