Dövlətin quruluş formalar



Yüklə 31,7 Kb.
səhifə4/5
tarix29.11.2023
ölçüsü31,7 Kb.
#170018
1   2   3   4   5
Dövlətin formaları

İmperiya. İmperiya bəşər tarixində uzun müddət ən geniş yayılmış dövlət quruluşu forması olmuşdur. Ayrı-ayrı sivilizasiyaların, mədəniyyətlərin, etnosların, tarixi dövrlərin və cəmiyyətlərin inkişaf səviyyəsinin özünəməxsus cəhətlərindən asılı olaraq imperiyanın müxtəlif variantları yaranmışdır, imperiyanın müxtəlif tarixi variantlarından danışarkən. Qədim iran dövlətini. Qədim Roma dövlətini, Bizansı, Abbasilər, Əməvilər dövrünün ərəb xilafətini. Çar Rusiyasını, Qsmanlı dövlətini. Böyük Britaniyanı və s. misal göstərə bilərik. İmperiyalar bir etnosun qurduğu dövlətin digər etnosların, dövlətlərin ərazisini işğal etməsi nəticəsində yaranmışdır. Odur ki, imperiyalar özü ilə bir çox etnosları və mədəniyyətləri əhatə etmiş, lakin dövlət kimi əksər hallarda bir etnosun siyasi təşkilatı olmuşdur. İmperiya tərkibində olan xalqlar arasındakı münasibətlər də bərabər səviyyəli münasibətlər olmamış, dövlət idarəçiliyi hakim xalqın digərlərini istismar etməsi qaydasında həyata keçirilmişdir. Odur ki, imperiyalarda daim dövlət hakimiyyəti tam şəkildə mərkəzləşdirilmiş, hərbi güc mərkəzi hakimiyyətin əlində cəmləşmişdir. Mərkəzi hakimiyyətin zəifləməsi dərhal yerlərdə hakimiyyətə qarşı baş qaldırmalarla, ayrı-ayrı xalqların imperiyadan ayrılmağa cəhd göstərməsi ilə müşayiət olunmuşdur. İmperiyaların qurulmasında ekumenik xarakterli ideologiyaların, siyasi, dini görüşlərin rolu az olmamışdır. Məsələn, Osmanlı imperiyasının yaranması və inkişafında islam dininin yayılması və qorunması ideyası güclü rol oynamışdır. Böyük Britaniya imperiyasında isə imperialist siyasətin əsaslandırılması üçün anqlo-saksların, ümumiyyətlə avropalıların mədəni üstünlüyü ideyasından geniş şəkildə istifadə olunurdu.
İmperiyalarda regionlar, yəni periferiya hesab olunan ərazilər (müstəmləkələr, əyalətlər) mərkəzdən asılı vəziyyətdə olmuş və bu baxımdan, idarəetmə sistemi piramidal şəkildə qurulmuşdur. Mərkəzə (metropoliyaya) tabe olan xalqların dövlətin idarəetmə sisteminə obyekt qismində daxil olması ümumi bir qayda idi. İdarəetmənin bu cür təşkil olunması hakimiyyətin mərkəzdə cəmləşməsindən irəli gəlirdi. İ.N.Homerov imperiya dövlət quruuşu formasının özünəməxsusluğunu xarakterizə edərkən yazır ki, imperiyalar elə dövlətlərdir ki, onlarda etnik tərkib və mədəni mənsubiyyət baxımından əhalinin tərkibi qarışıq və rəngarəng, ərazi isə geniş olur. Bütün imperiyanın ərazisi ilə müqayisədə kiçik bir əraziyə malik olan metropoliya digər regionlar və müstəmləkələr hesabına öz resurslarını artırmaq siyasətini həyata keçirir, hakimiyyət metropoliyada cəmləşir, digər regionların, müstəmləkələrin hüquqları həddindən artıq məhdudlaşdırılmış olur.'' İmperiyalara xas olan ümumi cəhətlər aşağıdakılardır: - dövlət ərazisinin böyüklüyü; - güclü mərkəzləşdirilmiş hakimiyyət;
- yeni ərazilərin işğal edilməsinə, ekspansiyalara can atan elitaların olması;
- mərkəzlə periferiya arasında asimmetrik xarakterli hakimiyyət-tabeçilik münasibətləri;
- etnik və mədəni mənsubiyyət baxımından mürəkkəb tərkibli əhali, yəni mədəniyyətlərin və etnosların qarışıqlığı; - müxtəlif sosial qruplara aid maraqların fövqündə duran ümumi siyasi layihənin olması

Yüklə 31,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin