Texniki manometrlərin təhlükəsiz istifadə qaydaları TƏLİMATI
|
|
“Azəriqaz” İB
|
“TƏSDİQ EDİRƏM”
“Azəriqaz” İB-nin Baş direktorun
satış və istismar üzrə müavini
_______________ R.Əliyev
“____” __________ 2016-cı il
MƏQSƏD
“Azəriqaz” İstehsalat Birliyinin aidiyyəti struktur bölmələrində manometrlərin quraşdırılması və istifadəsi barədə ümumi qaydaların tətbiq olunmasıdır.
TERMİNLƏR VƏ İXTİSARLAR
Digər termin və ixtisarlarla əlaqədar mətndə məlumat verilmişdir.
ƏLAQƏDAR SƏNƏDLƏR
Ölçmələrin vəhdətinin təmin eilməsi haqqında Azərbaycan Respublikasının qanunu (13 iyun 2000-ci il N-893 İQ).
QOST 8.586.1 2005 (ISO 5167-2003).
ГОСТ 5542-87 Газы горючие природные для промышленного и коммунально-бытового назначения.
CAVABDEHLİK
Bu təlimatın tətbiqinə Birliyin tabeli təşkilatlarının rəhbərləri və aidiyyəti işçiləri cavabdehdirlər.
Bu təlimatın tətbiqinə nəzarət edilməsinə Birliyin Metrologiya və standartlaşdırma şöbəsi cavabdehdir.
Bu təlimatda İS-nin sənədlərin idarə olunması tələblərinə uyğun dəyişikliklərin edilməsinə (təzələnməsinə) Rəhbərliyin nümayəndəsi cavabdehdir.
TƏLİMAT
Texniki manometrlərin təhlükəsiz istifadə qaydaları
T ə l i m a t
I. Giriş
Təlimat manometrlə işləyən bütün işçilər üçün nəzərdə tutulmuşdur.
Təlimatda manometrlərin quraşdırılması və istifadəsi barədə ümumi qaydalar müəyyənləşdirilmişdir.
Bu qaydalara işçilər tərəfindən davamlı olaraq riayət olunmalıdır.
II. Ümumi tələblər
Təlimat bünün növ texniki, yaylı-vakkumlu, mono-vakummetrə və
elektrik kontaktlı manometrlərə tətbiq olunur;
Manometrlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təyin edilmiş müddətdə, 12 ayda bir dəfədən az olmayaraq Dövlət yoxlamasından keçirilməlidirlər. Hər bir manometrin üzərində yoxlamadan keçməsini təsdiq edən xüsusi möhür, kleymo və ya müvafiq sənəd olmalıdır.
Manometrlərin sayı, quraşdırıldığı yer, zavod nömrəsi, ölçü diapazonu, dəqiqlik sinfi, son Dövlət yoxlamasından keçirilmə tarixi və dövriyyəsi barədə məlumatlar müəssisə rəhbəri tərəfindən möhürlənmiş xüsusi jurnal və ya cədvəllərdə qeyd olunmalıdır.
İstismar olunan manometrlər müəssisə tərəfindən nümunəvi-nəzarət manometrləri vasitəsilə 6 ayda bir dəfə yerində yoxlmadan keçirilməli və xüsusi jurnallarda qeydiyyat aparılmalıdır. Nümunəvi-nəzarət manometri olmadıqda, dəqiqlik sinfi eyni olan, eyni diapazonlu və yoxlamadan keçmiş digər bir manometrlə müqayisə aparıla bilər.
Manometrlərin üzərilərində korroziya izləri, çirklənmə, korpusun şüşəsində çat, yivli birləşmə hissəsində və bölgü lövhəsində qüsur olmamalıdır.
Manometr quraşdırılan zaman yalnız xüsusi açarlardan istifadə olunmalıdır. Əl ilə korpusdan tutularaq açılması və ya bərkidilməsi qadağandır.
Manometr işçi təzyiqi, bölgüsünün 3/1 - 3/2 hissəsinə uyğun seçilməsi məqsədə uyğundur.
Manometrlərin bölgü hissəsində işçi təzyiqi göstərən qırmızı xətt çəkilməli və yaxud korpusa qırmızı rəngli metal plastin yapışdırılmalıdır.
Manometr xidmət göstərən işçilər tərəfindən rahat görünən vəziyyətdə quraşdırılmalıdır.
Manometr işçi heyətin baxış sahəsində 2m-ə qədər hündür məsafədə quraşdırıldıqda korpusun diametri 100mm, 2m-dən 3m-dək hündürlükdə isə 160mm-dən kiçik olmamalıdır. 3m-dən hündür məsafədə quraşdırılması qadağandır.
Manometri boru ilə birləşdirən impuls xətlərini soyuq havalarda donmadan qorumaq üçün izolyasiya olunmalıdır.
Göstərilən hallarda manometrdən istifadəsi qəti qadağandır;
üzərində Dövlət yoxlamasından keçməsi barədə möhür, kleymo və ya müvafiq sənədi olmadıqda;
dövrü Dövlət yoxlama müddəti keçdikdə;
təzyiq altında olmadıqda əqrəbin sıfır nöqtəsindən kənarlaşması zamanı;
korpusun şüşəsi sındıq və yaxud göstəriciyə təsir edə bilən digər qüsurlar olduqda.
Nasazlıq aşkar olunduqda manometr təmirə göndərilməli və yaxud
müvafiq qaydada aktlaşdırılaraq yenisi ilə əvəzlənməlidir. Təmirə
əhvildən əvvəl çirkdən və korroziya qalıqlarından təmizlənməlidirlər.
Manometrlərin təmiri və rənglənməsi xüsusi icazəsi olan müəssisələr
tərəfindən həyata keçirilməlidir.
Hazırladı:
Metrologiya və standartlaşdırma şöbəsi
AİB-08-TL-002.Nəşr № 02.Tarix:11.01.2016.Dəyişiklik № 00.Tarix:GG.AA.İİİİ.
Dostları ilə paylaş: |