ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar
№ 20-IQ, 07 fevral 1996-cı il tarixli «Müəlliflik hüququnun və əlaqəli hüquqların
müdafiəsi sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının
qanunu; 1.2 № 115-IQ, Bakı şəhəri, 5 iyun 1996-cı il tarixli Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında
Azərbaycan Respublikasının Qanunu;
Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat
halları ilə mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 464№-li
2016-cı il 05 iyul tarixli əmri ilə tənzimlənir.
1.2. Bu Qaydalar Antiplagiat Normativ Aktları Universitetdə və ya onun bölmələrində (fakültələr,
kafedralar, və s.) Antiplagiat Qaydalarının təmin olunmasını müəyyən edir.
1.3. Bu Qaydalar bakalavr, magistr, doktorluq və digər elmi işlərin (tədris metodiki vəsaitlər)
yoxlanılmasını nəzərdə tutur.
1.4. Rektor tərəfindən təyin edilmiş “Antiplagiat Komissiya”nın müsbət rəyi bakalavr, magistr,
doktorantların imtahana (diplom müdafiəsinə) buraxılması üçün əsasdır.