Qaz təchizatı haqqında



Yüklə 430,45 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix06.03.2023
ölçüsü430,45 Kb.
#86890
  1   2   3   4   5   6   7   8   9   ...   15
Q-7



Qaz təchizatı haqqında 
Azərbaycan Respublikasının Qanunu 
I f
əsil. Ümumi müddəalar 
Madd
ə 1. Əsas anlayışlar
Bu Qanunda işlədilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 
 
qaz təchizatı sahəsində fəaliyyət — qazın istehsalı, emalı, saxlanması, nəqli, 
paylanması, satılması, mayeləşdirilməsi, istifadəsi, həmçinin qaz qurğularının 
quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, nəzarəti, sınağı və 
sertifikatlaşdırılması;  
 
qaz — təbii qazlar, o cümlədən propan, butan, etilen, propilen, butilen, butadien, 
daş kömür qazı, bioloji kütlə qazı, texnoloji proseslərdə alınan qazlar da daxil 
olmaqla qaz və maye halında olan qaz növləri 
 
qaz nəqli xidmətləri — istehsalçılar, paylayıcılar, istehlakçılar və qaz anbarları 
arasında, həmçinin idxal-ixrac və tranzit məqsədilə qazın boru kəmərləri 
vasitəsilə uzaq məsafələrə ötürülməsi;
 
qazın paylanması — qaz paylayıcısı tərəfindən qazpaylayıcı şəbəkə vasitəsilə 
qazın istehlakçılara paylanması və satılması üzrə fəaliyyət;  
 
birləşdirici məntəqə — nəqliyyatçı və paylayıcı tərəfindən qazın istehlakçıya 
çatdırılma məntəqəsi. Müqavilələrdə anlayış göstərilməmişsə, birləşdirici 
məntəqə müxtəlif fiziki və ya hüquqi şəxslərin ixtiyarında olan iki qaz kəmərinin 
(qaz paylama şəbəkəsində və istehlakçının binası daxilində olan aşağı təzyiqli qaz 
kəmərləri) birləşdiyi məntəqədir. Əgər istehlakçının binası qaz sayğacları və 
xarici boru kəmərlərindən açıcı aparatlarla (açarlarla) təmin edilibsə, birləşdirici 
məntəqə onlardan sonra yerləşir;  
 
qaz eksperti — qaz təchizatı sahəsində sınaq işləri və sertifikatlaşma üzrə xüsusi 
icazə almış fiziki və hüquqi şəxslər 
 

Yüklə 430,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin