müqavilə və ya energetika müqaviləsi — podratçıya qaz nəqli sistemlərini,
paylayıcı şəbəkələri, yeraltı qaz anbarlarını quraşdırmaq və onlardan istifadə
etmək və yaxud başqa hallarda dövlət tərəfindən yerinə yetiriləcəyi nəzərdə
tutulan digər fəaliyyət növlərini həyata keçirmək şərtlərini müəyyən edən və
podratçıya hüquq verən, müvafiq icra hakimiyyəti orqanı ilə podratçı arasında
bağlanan və nəzarət orqanı ilə razılaşdırılmış yazılı saziş;
nəzarət orqanı — qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən
və qanunvericiliklə müvəkkil edilmiş
müvafiq icra hakimiyyəti orqanı
;
qaz paylayıcısı — alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs;
qazpaylayıcı şəbəkə — qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi;
qaz qurğusu — istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları);
məişət qaz qurğusu — ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
sənaye qaz qurğusu — ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları);
istehlakçı — alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs;
texniki şərtlər — tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
tikinti obyektləri — tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular;
qoşulma nöqtəsi — tikinti obyektinin qaz xəttinin qaz paylayıcı şəbəkəyə fiziki qoşulma yeri;
qoşulma xidmətinə görə ödəniş haqqı — istehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğ;
balans mənsubiyyəti sərhədi — qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qaz paylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi;