Madd ə 19. Mühafizə zonası və tədbirləri 1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq,
habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən
qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə
müvafiq icra
hakimiyyəti orqanı
mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına
icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna
xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq
sahibinin hesabına oradan kənar edilməlidir.
3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı
qüvvədə olan norma və qaydalar tətbiq edilir.
VI f əsil. Yoxlama, ödəmə və cərimələr, bu Qanunun pozulmasına görə məsuliyyət Madd ə 20. Yoxlama Müvafiq icra hakimiyyəti orqanı
və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr
qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
Madd ə 21. Ödəmə və cərimələr 1.
Müvafiq icra hakimiyyəti orqanı
qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin
tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini
müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Bu
qərar istənilən şəxs tərəfindən yerinə yetirilmədikdə müvafiq icra hakimiyyəti orqanı
onun vəsaiti hesabına qərarın və ya müvafiq tədbirlərin həyata keçirilməsini təmin
etməlidir.
2.
Müvafiq icra hakimiyyəti orqanı
qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr
tətbiq edə bilər.