Madd ə 15. Qaz təchizatı ilə əlaqədar torpaqda və ictimai istifadədə olan yerl ərdə işlərin aparılması 1. Podratçılara torpağın və ictimai istifadədə olan yerlərin qazılması, örtüklərinin
götürülməsi, kommunikasiyaların (novçaların, kanalizasiya qapaqlarının və tunellərinin)
açılması, mövcud və gələcək qaz kəmərlərinin, qaz qurğularının marşrutları hüdudlarında
müqavilə fəaliyyətində lazım sayılan xəndəklərin örtülməsi şərtilə qazılması hüququ
verilir.
2. Yeni qaz kəmərləri və digər qaz qurğuları müvafiq olaraq yerin altında və üstündə,
müvafiq tikilinin və ya metal qutunun içərisində yerləşdirilməlidir. Bu, həmçinin mövcud
qurğuların təzələnməsinə və yerlərinin dəyişdirilməsinə aiddir.
Müvafiq icra hakimiyyəti
orqanı
yuxarıda qeyd edilən hallarda, xüsusən uzaq məsafələrə və yüksək təzyiqli qaz
nəqli xidmətlərində istisnalara yol verə bilər.
3. Podratçının vəzifələri aşağıdakılardır:
torpaqda və ictimai istifadədə olan yerlərdə aparılan qaz fəaliyyəti işlərinin
ictimai infrastrukturun digər sahələrinə cavabdeh olan podratçı və
müvafiq icra
hakimiyyəti orqanları
ilə planlaşdırılması və uzlaşdırılması, təmir və qəza işləri
zamanı ictimai infrastrukturun ayrı-ayrı sahələrində maneələr olduqda,
əvvəlcədən həmin sahələrin mülkiyyətçisindən yazılı razılığın alınması;
işlərin başlanmasına azı 3 ay qalmış həmin işlərin proqram və planlarını
müvafiq
icra hakimiyyəti orqanına
təqdim etmək, iş əsnasında qarşıya çıxan suallara cavab
vermək və işlərin təşkili və icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının
sərəncamlarına uyğun hərəkət etmək;
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi müddət ərzində bütün işləri
başa çatdırmaq və sahənin istifadəsilə əlaqədar onu tələb olunan vəziyyətdə bərpa
etmək;
təhlükəsizliyi və imkan daxilində ictimai hərəkəti təmin etmək üçün bütün lazımi
tədbirləri görmək;
işləri minimal ziyanla həyata keçirmək, yer səthini, küçələrin və torpağın
altındakı boşluqları normal vəziyyətə salmaq, vurulmuş ziyanı işin gedişi zamanı
və ya dərhal iş qurtaran kimi aradan qaldırmaq;
üçüncü tərəfə vurulan ziyanı mövcud qanunvericiliyə müvafiq olaraq ödəmək.