malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı
ödəməlidir.
2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə
podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən
həmin
mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda,
qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir.
Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin
xüsusi mülkiyyətçiyə məxsus
torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi
fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi
vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu
Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət
sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən
təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir.
3. Qəza halları
istisna olmaqla, torpağın və ya binanın sahibi tərəfindən onun
mülkiyyətində olan sahəyə müdaxiləyə və qaz fəaliyyəti göstərməyə icazə verilməyə
bilər. Bu, qaz fəaliyyəti göstərmək istəyən şəxsin iş vaxtından
kənar müdaxilə etmək
istədiyi və ya podratçının və ya
müvafiq icra hakimiyyəti orqanının
ona mülkiyyətində
olan sahəyə müdaxilə etmək icazəsi haqqında yazılı sənədin əslini təqdim etmədiyi və ya
müdaxilə etmək istəyən şəxs öz şəxsiyyətini təsdiqləyə bilmədiyi hallarda baş verə bilər.
Dostları ilə paylaş: