2. Qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi
olan şəxslərin
təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə vəzifələri
aşağıdakılardır:
müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən
görüləcək müvafiq tədbirlərdən ibarət təhlükəsizliyi və ətraf mühitin qorunmasını
təmin edən planı
müvafiq icra hakimiyyəti orqanına
təqdim etmək;
insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara,
bitkilərə, binalara
və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq;
təsdiq edilmiş metodlara müvafiq olaraq qazın və onun tullantılarının
təhlükəsiz
və səmərəli yerləşdirilməsini təmin etmək;
işləri başa çatdırdıqda ərazini təmizləmək və onu ətraf mühitin qorunması üçün
məqbul səviyyədə bərpa etmək.
Dostları ilə paylaş: