AZƏRBAYCAN RESPUPLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
KAFEDRA:Materiallar texnologiyası
FƏNNİN ADI:Tökmə istehsalatının texnologiyası
LABORATORİYA İŞİ №2
Qəlib qumunun dənə tərkibi və markasının təyini
MÜƏLLİM: Musurzayeva Bəturə
FAKÜLTƏ: Metallurgiya və materialşünaslıq
QRUP: 458a1
KURS: III
TƏLƏBƏ: Rüstəmov Emil
BAKI-2021.
Laboratoriya işi №2
Qəlib qumunun dənə tərkibi və markasının təyini
İşin məqsədi. Qəlib qumunun dənə tərkibini və markasını təyin edilməsi. 029 modelli qurğunun quruluşunun öyrənilməsi.
Ümumi məlumatlar. Qəlib qumlarının dənə tərkibindən qarışıqların qazkeçiriciliyi və möhkəmliyi, bitişdiricinin sərfi və tökmələrin səthinin keyfiyyəti asılıdır. Qəlib qumlarının dənələrinin ölçüsünü ələk analizi ilə, yəni 50 q quru qumu standart ələklər dəstindən keçirməklə təyin edirlər (cədvəl 1).
Cədvəl 1
Ələklər dəstinin nömrələri və ölçüləri
Ələklərin nömrələri
|
2,5
|
1,6
|
1
|
063
|
04
|
0315
|
02
|
016
|
01
|
0063
|
005
|
Gözlüklərin tərəfinin ölçüsü, mm
|
2,50
|
1,60
|
1,00
|
0,63
|
0,40
|
0,315
|
0,20
|
0,16
|
0,10
|
0,063
|
0,05
|
DÜİST 23409.24-78 görə qumların dənə tərkibinin təyini metodu qum hissəciklərinin ölçülərinə görə hansı ələkdə daha çox qalmasına əsaslanır. Ələk analizinin nəticəsinə görə qurulan diaqramda ələyin nömrəsi ilə onun ələkdəki miqdarı (%-lə) arasındakı asılılıq müəyyən edilir. Bu diaqrama görə sınaq edilən qumun əsas fraksiyası, onun qrupu və kateqoriyası təyin edilir. Əsas fraksiya – üç yaxın ələkdə qalan qum dənələrinin %-lə ən böyük miqdarına deyilir. Qumun qrupu isə əsas fraksiyadakı orta ələyin nömrəsi ilə müəyyən edilir. Müxtəlif qrup qumların adları cədvəl 2-də verilir. Qumların kateqoriyalarını əsas fraksiyanın kənar ələklərində qalan qumun miqdarını müqayisə etməklə təyin edirlər. Əgər yuxarı ələkdə daha çox qum qalmışsa qum A kateqoriyasına aid edilir. Qumun markası DUİST 2138-84-ə görə əsas fraksiyanın orta ələyinin nömrəsi ilə işarələnir. Bundan əvvəl isə qumun indeksi (kvars, cılız və s.) yazılır. Orta ələyin nömrəsindən sonra A və ya B hərfi yazılır (bu, qumun kateqoriyasıdır). Məsələn, 1K02A, 2K01B. Bu qayda ilə cılız qumlar da markalanır. P, C, OC sinifli (yarımyağlı, yağlı, çoxyağlı qumların indeksi) qumların markasında ancaq orta ələyin nömrəsi yazılır. Məsələn, P02, C016, OC01.
Cədvəl 2
Qumların adları və qrupları
Qumların adı
|
Qrupları
|
Əsas fraksiyada ələklərin
nömrələri
|
Kobud
|
063
|
1-063-04
|
Çox iri
|
04
|
063-04-031B
|
İri
|
0315
|
04-0315-02
|
Orta
|
02
|
0315-02-016
|
Narın
|
016
|
02-016-01
|
Çox narın
|
0063
|
01-0063-005
|
Tozvarı
|
005
|
0063-005-ləyən
|
DÜİST 2138-84 qəlib qumlarını dənələrinin formasına görə də təsnif edir: dairəvi, yarımdairəvi, itikünclü qumlar. DÜİST 23409.23-78-ə görə dənələrin forması gözlə baxmaqla, mikroskop və ya binokulyar lupa ilə (6-30 dəfə böyütməklə) təyin edilə bilər. Bunun üçün qurudulmuş, gil təşkiledicisi təmizlənmiş qum nümunəsindən sınaq üçün 15 dənəcik ayırırlar. Həmin dənələri mikroskopun əşya stolunda tədqiq edir, hansı formaya malik olduğu təyin edilir.
Dostları ilə paylaş: |