Tələbə:Xatirə Baxışlı Fakultə: Siğorta işi Qrup: 1411 Müəllimə : Nigar Səfərova Mövzu: II Vətən Müharibəsi
Plan : 1.Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı 2.Müharibəyə zəmin 3.Döyüşlərin gedişi 4.Müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı 5.Azərbaycanın hərbi üstünlüyü 6.İkinci Qarabağ müharibəsində itkilər 7.Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının müharibədə iştirakı 8.İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda daxili vəziyyət, xalq-hakimiyyət birliyi 9.İnformasiya müharibəsi, kiber hücumlar 10.Azərbaycan siyasi rəhbərliyinin güclü iradəsi 11.Ermənistanın rəhbərliyinin çarəsizliyi 12.İkinci Qarabağ müharibəsi və beynəlxalq reaksiyalar 13.Beynəlxalq təşkilatların münasibəti 14.İdman sahəsində alınan qərarlar 15.Erməni faşizminin məğlubiyyəti və bölgədə yeni reallıqla
II Vətən Müharibəsi
II Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.