Qərbi Kaspi Universiteti



Yüklə 66,49 Kb.
səhifə1/3
tarix14.05.2023
ölçüsü66,49 Kb.
#113599
  1   2   3
sevda


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Qərbi Kaspi Universiteti
Sərbəst iş
Bakı-2023

Fakültə:Siyasi İctimai Elmlər
İxtisas: Beynəlxalq Münasibətlər
Qrup:932BM
Kurs:1
Fənn:Avrasiya inteqrasiyası
Mövzu:Xəzər və Mərkəzi Asiya problemlərinin düyünləri
Tələbə:Sevda İbrahimova
Müəllim:Rail Səfiyev

Giriş
Beynəlxalq iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafını təmin etmək üçün böyük üstünlüklərə malikdir. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir.


Qloballaşma prosesinin gücləndiyi şəraitdə Xəzər və Mərkəzi Asiya regionuna daxil olan ölkələrin xarici iqtisadi inkişaf modelinin konseptual əsaslarının işlənib hazırlanması zamanı hər şeydən əvvəl sözügedən ölkələrin iqtisadi inkişafına təsir edən xarici və daxili amillərin qiymətləndirilməsi lazımdır. Ancaq bu amillərin üzə çıxarılaraq obyektiv şəkildə qiymətləndirilməsindən sonra hansı ölkə üçün hansı xarici iqtisadi inkişaf modelinin daha münasib olduğunu müəyyənləşdirmək mümkündür.
Tədqiqatın əsas məqsədlərindən biri Xəzər və Mərkəzi Asiya ölkələrinin enerji qaynaqlarının bölgə və dünya ölkələri üçün əhəmiyyətini araşdırmaqdan və bu çoxtərəfli prosesin təkmilləşdirilməsi yollarını aşkar etməkdən ibarətdir. Xəzər hövzəsinin zəngin neft və təbii qaz ehtiyatlarına sahib olması qloballaşan və getdikcə enerjiyə tələbatı artan dünyada bu bölgənin iqtisadi və geosiyasi əhəmiyyətini artırmaqdadır İlk olaraq Azərbaycan, öz enerji siyasəti və iqtisadi mənfəətləri istiqamətində, neft və təbii qaz yataqlarının işlənməsi və əldə edilən məhsulların ixracatının reallaşdırılması istiqamətində addımlar atmışdır. Bunun ardından Mərkəzi Asiyanının neft-qaz resursları ilə zəngin ölkələri enerji layihələrində iştirak üçün iqtisadi mənafeləri istiqamətində müəyyən işlər görməyə başlamışlar. Avropa ilə Asiya qitələrinin arasında tranzit rolunda çıxış edən Azərbaycan və Mərkəzi Asiya ölkələri zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı və ixracatçısı kimi yalnız region ölkələrin deyil, həm də bütövlükdə Avropa və Asiyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Xəzər dənizində olan zəngin neft və təbii qaz yataqları Cənubi Qafqazda yerləşən Azərbaycan və Mərkəzi Asiyada yerləşən Qazaxıstan və Türkmənistan üçün böyük önəm daşıyır. Belə ki, bu ölkələr həm iqtisadi gəlir əldə etmək, həm də ölkə əhalisinin benzinə 8 və təbii qaza olan tələbatını ödəmək üçün Xəzərin təbii sərvətlərindən geniş şəkildə istifadə edirlər. Digər tərəfdən isə bölgədə olan Rusiya və İran bu ölkələrə təsir edə bilmək üçün Xəzərdən siyasi bir ünsür kimi istifadə edir. Məqalədə sadalanan Xəzərin sahib olduğu neft ehtiyyatlarının miqdarını, Avropa və Amerika şirkətlərinin bölgəyə marağını, Rusiya və İranın məsələyə yaxınlaşma tərzini nəzərə alsaq Xəzər neftinin Azərbaycan, Qazaxıstan və Türkmənistanın beynəlxalq iqtisadi münasibətlərində ana başlıqlardan biri olduğu görüləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində bu siyasətin davam edəcəyini bir daha təsdiq edərək demişdir: “Növbəti beş il ərzində biz strateji layihələri icra etməliyik. Bu layihələr dünya miqyaslı layihələrdir. Azərbaycan burada aparıcı rol oynayır. Onların arasında TANAP layihəsi və Trans-Adriatik boru kəməri layihəsi xüsusi yer tutur. Bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Eini zamanda, bu layihələrin icrası çox geniş beynəlxalq əməkdaşlıq tələb edir. Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın çox gözəl münasibətləri vardır. Bu iki layihəni biz növbəti beş il ərzində icra etməliyik. Bu, o qədər də asan məsələ deyildir. Ancaq bu günə qədər atılmış addımlar, cəsarətli və düşünülmüş siyasətimiz, əminəm ki, bu layihələrin icrasında da bizə kömək göstərəcəkdir. Bu layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox önəmli beynəlxalq oyunçuya çevirəcəkdir.”
Xəzər dənizi SSRİ-nin dağılmasından sonra Rusiya-İran-Azərbaycan-QazaxıstanTürkmənistan maraqlarının zonasına çevrildi. SSRİ-nin dağılması və Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya kimi yeni müstəqil dövlətlərin yaranması ilə Xəzəryanı dövlətlərin sayı beş olmuşdur. Hal-hazırda bu dövlətlər öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq, Xəzərdən istifadənin özlərinə sərfəli variantlarını irəli sürürlər. Bəzi dövlətlər Xəzərdən sahilyanı dövlətlərin birgə istifadə etməli olduğunu, başqa sözlə desək, onu yalnız sahilyanı dövlətlərə məxsus olan qapalı su hövzəsi hesab edirlər. Digər ölkələr Xəzər dənizinin dünya praktikasına uyğun sektorlara bölgüsünü prinsipini təklif edir. Hazırda Rusiya, Qazaxıstan və Azərbaycan arasında dənizin dibinin milli sektorlara bölgüsü haqqında müqavilə bağlansa da, Xəzərin statusu məsələsi hələ ki, tam həll olunmayıb. İran və Türkmənistan Xəzərin hüquqi statusu məsələsində nümayiş etdirdiyi fərqli (qeyi-konstrukriv) mövqe aradan qalxmamış, bu iki dövlətin dənizin Azərbaycan sektorunda yerləşən bəzi yataqlara olan iddiaları Xəzəryanı dövlətlər arasında münasibətləri bir qədər də gərginləşdirmişdir. Xəzər dənizinin hüquqi statusu məsələsini tədqiq edərkən ilk növbədə nəzərə almaq lazımdır ki, Xəzər dənizi nadir su hövzəsidir və analoqu olmayan karbohidrogen ehtiyatlarına malikdir. Məhz buna görədir ki, son on beş ildən artıq bir müddət ərzində regionda maraqlı olan dünya dövlətlərinin diqqəti Xəzərin problemlərinə yönəlmişdir. Bu problemlər məcmu halında regionda qlobal geosiyasi toqquşmalara səbəb olan mürəkkəb ziddiyəti əks edir. Sovet İttifaqının dağılması və yeni müstəqil dövlətlərin meydana gəlməsi ilə meydana çıxan Xəzər dənizi problemi faktiki olaraq geosiyasi, geoiqtisadi və beynəlxalq-hüquqi məsələlərdən ibarətdir.
Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizi hövzəsində zəngin neft və qaz yataqlarını kəşf etməklə onların çıxarılmasına başladıqdan sonra, və bu yataqlardan 10 neft və qazın çıxarılmasında Qərb şirkətləri ilə müqavilələr imzalamaları Rusiya və İranı narahat etməyə başlamışdır. Rusiya regionda var olan etibarını möhkəmləndirmək və Xəzərin iqtisadi potensiyalından istifadə edə bilmək üçün Xəzərin statusundan da məharətlə istifadə etməyi bacarmışdır.
Lakin hüquqi statusla bağlı məsələ "Əsrin müqaviləsi”nin imzalanmasından dərhal sonra gündəmə gətirilmişdir. Sərhədlərin müəyyən edilməsindən əlavə, Xəzərin "göl'', "su hövzəsi'' və ya "dəniz'' (qapalı/yarımqapalı) adlandırılması da mübahisəli mövzu olmuşdur. BMT-nin Dəniz hüququ üzrə konvensiyasının 122-ci maddəsinə əsasən, Xəzər yarımqapalı dəniz kimi müəyyən edilsə də, Azərbaycan, Qazaxıstan və Türkmənistan həmin konvensiyaya qoşulmadığından, adıçəkilən maddə mübahisəlidir və bütün sahilyanı dövlətlərə mütləq şamil olunmur.
SSRİ-nin süqutundan sonra Xəzər dənizinin hüquqi statusuna yenidən baxılması zərurətə çevrildi. Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı.
Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.
Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan,Rusiya və Qazaxıstan arasında qarşılıqlı iddialar yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr mövcuddur. Tərəflər həmçinin ayırıcı xəttin koordinatının müəyyənləşdirilməsində də həmfikirdirlər. Məsələ yalnız Türkmənistan və İranla razılaşdırılmayıb.Bu səbəbdən indiyənədək Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə çoxillik müzakirələr hələ də nəticəsiz olaraq qalır.
Xəzərin hüquqi statusunun həll olunmaması sahilyanı ölkələri arasında münasibətlərdə tam yaxınlaşmaya imkan verməyən əsas problemlərdəndir. Məsələnin həll 11 olunmamasının nəticəsidir ki, Xəzərin həm enerji, həm də bioloji ehtiyatlarının mənimsənilməsi ilə bağlı anlaşılmazlıqlar davam edir.
Xəzər dənizinin hüquqi status probleminin həllində bir neçə əsas və bir neçə qeyri əsas yanaşma mövcud olmuşdur. Bunlardan ən çox diqqət çəkən dörd yanaşma aşağıdakılardır:

  1. Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafda yerləşən beş ölkənin milli ərazilərini birləşdirən, xarici su hövzələri ilə çay vasitəsilə əlaqəsi olan, unikal bir dənizdir. Müvafiq olaraq BMT-nin “Dəniz hüquqları haqqında” Konvensiyasının bütün tələbləri onun statusunun müəyyən olunmasına və xəzərətrafı ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq edilməlidir. Bu yanaşmaya görə dənizin dibi və səthi orta xətt prinsipi üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir.

  2. II. İkinci yanaşma, Rusiya və İranın irəli sürdüyü yanaşma idi. Bu təklif tərəfdarları Xəzəri “qapalı su hövzəsi” adlandıraraq, “Dəniz hüquqları haqqında” BMT Konvensiyasının tələblərinin ona tətbiq edilməsinin qeyri-mümkünlüyünü iddia edir, hər hansı ölkənin öz iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su hövzəsinin “ümumi istifadəsi tələblərinə” əməl etmələrini tələb edirlər.

  3. III. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir. Bu variant nəinki heç bir yerli və beynəlxalq hüquqa uyğun gəlmirdi, həm də mütəxəssislər tərəfindən “ümumiyyətlə reallaşdırılması coğrafi cəhətdən mümkün olmayan” təklif kimi dəyərləndirilmşdir.

  4. IV. Dördüncü yanaşma, kompromis kimi Rusiyanın və İranın sonradan təklif etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söykənməyən “kompromis variant” adlanırdı. Bu varianta görə Xəzərdə hər bir sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik olur,bundan sonrakı 25 mil ərazi “iqtisadi zona” kimi qəbul edilir, dənizin ortasındakı qalan ərazilərsə 5 sahilyanı ölkənin ümumi istifadəsinə verilirdi.

Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki, Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür, eyni zamanda Azərbaycanın ABŞ və Avropa Birliyinə yaxınlaşmasından narahatlıq keçirir. Azərbaycan Xəzəri bir "göl" olaraq qəbul edir və bu gölün sahil ölkələri arasında “milli sektorlara” uyğun olaraq bölünməsinin tərəfdarıdır. Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi “orta xəttin çəkilməsi” mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Azərbaycan ilə özü arasında orta xəttin çəkilməsi zamanı Abşeron yarımadasının nəzərə alınmamasın lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə “Kəpəz” və “Azəri-çıraq” yataqları mübahisəli hesab olunur. Azərbaycanın nəzarətində bu yataqlar Türkmənistanın iddiaları qəbul olunacağı halda Türkmənistana aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlamış, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında “orta xətt” prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşmışdır. Qazaxıstan bənzər bir razılaşmanı Azərbaycan ilə də əldə edib. Yəni, Xəzərin şimalındakı bölgü istiqamətində bir konsensusun olduğu deyilə bilər. Amma Rusiya enerji şirkəti “Lukoyl”un RusiyaQazaxıstan sərhədini keçdiyi üçün Qazaxıstanın Rusiyaya dəfələrlə nota verdiyini də bilirik.İranın yaxın zamanlarda Xəzərdəki “Sərdar Cəngal” neft yatağından ilkin neft hasilatına başlaya biləcəyinə dair yayılan məlumatlar hələ 2015-ci ilin əvvəlindən müzakirə mövzusu olmuşdur. İran Azərbaycanın bu yatağa aidiyyətini qətiyyətlə inkar edir. Bu da tərəflər arasında növbəti gərginliyə və münaqişəyə gətirib çıxara bilər.
Bu məsələdən ən çox əziyyət çəkən tərəflərdən biri də məhz Azərbaycandır. Bilindiyi kimi, ölkəmizin İran və Türkmənistanla mübahisəli yataqlar probleminin mövcudluğu dənizdə daha böyük enerji hasilatına imkan vermir. Lakin hazırda Türkmənistan dənizin statusunun müəyyən edilməsinə əvvəlki dövrlə müqayisədə maraq göstərməyə başlayıb. Hesab edilir ki, bu ölkənin status məsələsində Azərbaycanla razılıq əldə etməsi "Transxəzər" layihəsinin də reallaşmasına gətirib çıxara bilər. Rusiyanın "Nezavisimaya qəzeta" mətbu orqanı da yazır ki, Azərbaycan və Türkmənistan bu məsələdə razılığa gəlir. Nəşr yazır ki, mövcud vəziyyətdə Xəzərin enerji resurslarının çatdırılmasında, hər şeydən əvvəl, Avropa Birliyi maraqlıdır. Elə bu da "Transxəzər" boru kəmərinin tikintisinə təsir edir.


Yüklə 66,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin