Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına Tarix İnstitutu
QASIM HACIYEV
BƏRDƏ ŞƏHƏRİ
COĞRAFİ, SİYASİ VƏ MƏDƏNİ TARİXİ
Bakı – 2008
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov
adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur
Elmi redaktor: AMEA-nın müxbir üzvü,
t.e.d., professor Y.M.Mahmudov
Rəyçilər: AMEA-nın müxbir üzvü, t.e.d.,
professor İ.A.Babayev
t.e.d. T.M.Məmmədov
t.e.d., professor V.Z.Piriyev
t.e.d., professor T.T.Mustafazadə
filol.e.d. S.Ş.Nuriyev
Hacıyev Q.Ə.
Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. – Bakı, Un-
iPrint, 2008. – 250 s.
Əsər Azərbaycanın qədim şəhərlərindən biri, ölkənin beş əsrə
qədər paytaxtı olmuş, 2500 ildən artıq yaşı olan Bərdənin tari-
xinə həsr edilmişdir. Kitabın I cildində Bərdənin qədim dövrdən
XIX əsrədək tarixi öz əksini tapmışdır. Əsərdə eyni zamanda
Bərdənin yerləşdiyi tarixi ərazinin təbii-coğrafi xüsusiyyətləri,
şəhərin tarixi yeri, təşəkkül dövrü, quruluşu, adının
etimologiyası, ictimai-inzibati şəraiti, əhalisinin etnik tərkibi
işıqlandırılmışdır.
Əsərdən Azərbaycan tarixinin tədrisində ali və orta ixtisas
məktəblərinin müəllim və tələbələri, elmi işçilər və şəhər tarixi
məsələləri ilə məşğul olan tədqiqatçılar, ümumiyyətlə,
tariximizlə maraqlananlar yararlana bilərlər.
Kitabın işıq üzü görməsində xüsusi roluna görə vətənpərvər
ziyalı, polis polkovniki Əbülfət Hacıyevə minnətdarlıq edirik.
İSBN 978-9952-440-33-1
© Q.Hacıyev, 2008
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN UNUDULMAZ
XATİRƏSİNƏ İTHAF EDİRƏM!
Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə ma-
likdir.
Düzü, mən qədim Bərdəni çox sevir və bərdəlilərə böyük
hörmət bəsləyirəm.
Heydər Əliyev
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
5
MÜƏLLİFDƏN
2000-ci ildə Azərbaycan MEA A.A.Bakıxanov adına Ta-
rix İnstitutunun Elmi Şurasının qərarı ilə «Bərdə şəhərinin tarixi
(e.ə. III əsr – b.e. XVIII əsri)» adlı monoqrafiya çap etdirdik və
2006-cı ildə Azərbaycan MEA Tarix İnstitutunun Birləşdirilmiş
Müdafiə Şurasında həmin mövzuda doktorluq dissertasiyası
müdafiə etdik.
Ulu Öndər Heydər Əliyevin «Düzü, mən qədim Bərdəni
çox sevir və bərdəlilərə böyük hörmət bəsləyirəm» sözləri hər
bir bərdəli kimi bizi də ruhlandırdı və bu mövzuya yenidən
qayıtmağa sövq etdi.
Onu da qeyd edək ki, Azərbaycanın qədim şəhərlərindən
biri olan Bərdənin tarixinin yazılması, eləcə də qədim və zəngin
tarixə malik Qarabağ bölgəmizin tarixini hərtərəfli və dərindən
tədqiq etmək üçün “Qarabağ tarixi” şöbəsinin yaradılması da
Ulu Öndərin tövsiyəsinin nəticəsidir.
Heydər Əliyev həm tarixi yaradan və bu mənada tariximizi
tarixlərə yazan dahi şəxsiyyət, həm də tarixi yazanlara arxa du-
ran rəhbərdi.
Məlumdur ki, Bərdə şəhərinin adı yazılı mənbələrdə
Albaniyanın paytaxtı kimi çəkilir. Bu məlumatdan başqa yazılı
mənbə əldə edilmədiyindən və arxeoloji tədqiqatların
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
6
aparılmaması səbəbindən Bərdə bir qayda olaraq tarixi
ədəbiyyatda orta əsr şəhəri kimi təqdim olunmuşdur. Lakin
erkən orta əsrlərdə (V əsr) ölkənin paytaxtına çevrilmiş, iqtisadi
və strateji cəhətdən əlverişli olan bu şəhərin bünövrəsinin elə
həmin vaxtda qoyulması versiyası tarixşünaslıqda haqlı olaraq
birmənalı qəbul edilməmişdir.
Əsrlər boyu qaranlıq qalmış tarixi sirləri açan, hətta
mövcudluğunu itirmiş neçə-neçə qədim şəhərin tarixini mey-
dana çıxaran arxeologiyanın möcüzəvi imkanlarından lazımınca
bəhrələnmədən, elə həmin mənada, Bərdədə aparılmış arxeoloji
qazıntı nəticələrini nəzərə almadan, yəqin ki, biz də şəhərin min
beş yüz il tarixə malik orta əsr şəhəri olması fikrilə razılaşmaq
məcburiyyətində qalardıq. Başqa sözlə, Bərdədə aparılan arxeo-
loji qazıntılar nəticəsində yerin dərin qatlarında arxeoloji qayda-
qanunlarla izlənən mədəni təbəqələrin açılması, külli miqdarda
qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi, şəhərin
tarixinin yazılı mənbələr və arxeoloji tədqiqatlar əsasında
hərtərəfli və kompleks tədqiqini mümkün etdi və Bərdənin daha
qədim dövrdə yaranması barədə yeni söz deməyə, onun
inkişafını, günümüzədək intensiv yaşayış məskəni olaraq
qalmasını, şəhərin siyasi, iqtisadi, ictimai, mədəni tarixini
öyrənməyə imkan yaratdı.
«Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə
malikdir» deyən Ulu Öndər Heydər Əliyevin qədim şəhərin
keçmiş şöhrətinin özünə qaytarılmasına dair tövsiyələrini biz
Bərdədə onun öz dilindən dəfələrlə eşitmişdik. Heç də təsadüfi
deyil ki, Ulu Öndərin tövsiyələri zaman-zaman öz bəhrəsini
vermiş və verməkdədir. Bərdə şəhərində Ulu Öndərin göstəriş
və tələbi ilə inşa edilmiş nəhəng tikililər – mədəniyyət sarayı,
vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə
kompleksi, poçt-rabitə, mehmanxana binaları, zavod və
fabriklər,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
7
ticarət mərkəzi, bazar kompleksi, məktəb binaları, xəstəxana və
poliklinikalar, çoxmərtəbəli ictimai və məişət xidməti binaları,
körpülər və s. vaxtilə şəhərin həyatını dövrün inkişaf
səviyyəsinə uyğun yeniləşdirmişdisə, bu böyük işləri layiqincə
davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin
şəxsi təşəbbüsü və göstərişi ilə son dövrlərdə burada tikilmiş
olimpiya idman kompleksi, Heydər Əliyev muzeyi, akademik
Zərifə Əliyeva adına orta məktəb, ictimai binalar, istehsal
müəssisələri, salınmış parklar və görülmüş çoxsaylı abadlıq
işləri və s. Bərdə üçün daha geniş inkişaf perspektivləri
açmışdır. Bütün bunlar Bərdənin müasir quruculuq tarixidir və
gələcək xüsusi tədqiqatların mövzusudur.
Bunlarla yanaşı, aşağıdakıları da qeyd etməyi özümüzə
borc bilirik:
Bərdənin qədim tarixini və zəngin ənənələrini yaşadan
əhalinin gözündə doğma şəhərin inkişaf edib çiçəklənməsində
əvəzsiz tarixi rolu olan Ulu Öndər Heydər Əliyev və cənab
İlham Əliyev misilsiz insanlardır. “Qarabağın bütün guşələri, o
cümlədən Bərdə mənim üçün daha doğma, daha əzizdir” deyən
Ulu Öndərin Bərdəyə məhəbbəti ilə Bərdəni Azərbaycanın
dilbər guşəsi adlandıran, onun Azərbaycanda xüsusi yeri
olduğunu, həmçinin hər bir azərbaycanlı üçün doğma yer,
doğma məkan olduğunu vurğulayan cənab İlham Əliyevin
Bərdənin çox inkişaf edib gözəlləşməsindən, abadlaşmasından
keçirdiyi xüsusi fərəh arasında birbaşa bağlılıq var. Sürətlə
inkişaf edən Bərdədə böyük işlər görülməsinə şad olduğunu
dəfələrlə bildirən cənab İlham Əliyev xalqımızın ümummilli li-
deri Heydər Əliyevin Bərdəyə göstərdiyi qayğı və xüsusi
münasibətə dərin hörmətlə yanaşdığını və buna sadiq olduğunu
dönə-dönə nümayiş etdirir.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
8
Bərdəlilər xalqımızın Ulu Öndəri Heydər Əliyevin yolunu
saxlayanları, Heydər Əliyev kursuna sadiq və etibarlı insanları
da ağırlayır, yüksək qiymətləndirirlər. Bu cür ali keyfiyyətlərə
malik insanlar hörmətli cənab Prezident İlham Əliyevin
komandasında yetərincədir. Bu komandada Heydər Əliyev
kursuna sadiqliyi ilə seçilən və Qarabağ camaatının, eləcə də
bərdəlilərin xüsusi rəğbət bəslədiyi Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanı, Daxili İşlər Naziri cənab Ramil
Usubovu qeyd etməmək, düşünürük ki, ilk növbədə elimizin
istəyinə qarşı ədalətsizlik olar – el gözü tərəzidir.
2006-cı ilin ortalarında Bərdə İH başçısının AMEA-nın
prezidenti akademik M.K.Kərimova Bərdə şəhərinin salınma
tarixi barədə məlumat almaq üçün müraciəti ilə əlaqədar olaraq
AMEA Tarix İnstitutunun direktoru AMEA-nın müxbir üzvü,
professor Y.M.Mahmudovun, Arxeologiya və Etnoqrafiya
İnstitutunun direktoru tarix elmləri doktoru M.A.Rəhimovanın
razılığı ilə tarixçi və arxeoloqlardan (AMEA-nın müxbir üzvü,
t.e.d., professor İ.A.Babayev, t.e.d.Q.Ə.Hacıyev, t.e.d. A.M.
Məmmədov) ibarət elmi-tədqiqat qrupu yaradıldı və Bərdə
şəhərinin əsasının qoyulduğu tarixi dəqiqləşdirmək məqsədilə
şəhərin qədim yerində arxeoloji qazıntı işləri aparıldı.
Bərdə şəhərinin 2500 il tarixə malik olması sübuta yetiril-
di.
Təqdim olunan bu əsər «Bərdə şəhərinin tarixi (e.ə. III
əsr–b.e. XVIII əsri)» monoqrafiyasından fərqli olaraq
Azərbaycanın əzəli-əbədi torpağı olan Qarabağ bölgəsinin
qədim şəhəri Bərdənin yaranması və inkişafına dair yeni
materialların da daxil edildiyi antik, orta əsrlər və yeni dövr (e.ə.
IV əsr – b.e. XIX əsri) tarixini əks etdirən ikicildliyin I cildidir.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
9
Üzərində iş gedən II cild də yaxın zamanlarda işıq üzü
görəcəkdir.
Məqsədimiz doğma vətənimizin, qədim və zən-gin tarixə
malik şəhərimizin tarixini obyektiv yazıb oxuculara təqdim
etməkdir. Buna nə dərəcədə nail olduğumuzu isə hörmətli
həmkarlardan və oxuculardan eşitmək ümidindəyik.
Yeri gəlmişkən, vaxtında araşdırılmaması səbəbindən
erməni ideyapərdazları pərxaşlıq yazılarında Bərdəni də uydur-
ma «Şərqi Ermənistan», «əzəli erməni torpaqları» daxilinə
«qatmışlar» və bu saxtakarlıqları genişləndirməkdə davam
edirlər. Söz yox ki, erməni təbliğatçılarının yazdıqları o qədər
cəfəngdır ki, tarixdən az-çox xəbərdar olan hər kəs həmin
yazıları oxusa, onların uydurma olduğunu anlamaqda çətinlik
çəkməz.
Biz təmkin və dözüm nümayiş etdirərək ermənilərin
yazdıqları cəfəngiyatlara detallarına qədər cavab vermək
fikrindən yan keçirik. Onlara ən tutarlı cavab Azərbaycanın
Qarabağ bölgəsinin qədim şəhərlərindən biri olan Bərdənin ob-
yektiv, elmi mənbələrə əsaslanaraq yazlmış bu tarixidir. Güman
edirik ki, onlar da bu əsəri oxuyub uydurduqları yalanlardan
usanarlar – beş min illik dövlətçilik tarixi olan türk
torpaqlarında özlərinə qədim məskən axtarmazlar.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
10
GİRİŞ
Azərbaycan dünyanın
ən qədim yaşayış
məskənlərindəndir. Azərbaycan həm də ulu tarixə malik şəhərlər
diyarıdır. Həmin şəhərlərdən biri də vaxtilə ölkənin siyasi, iqti-
sadi və mədəni mərkəzi – paytaxtı olmuş Bərdədir. Bərdə orta
əsrlərdə Yaxın və Orta Şərqin nəhəng şəhərlərindən olmuşdur.
Azərbaycanda qədim və orta əsr şəhərlərinin yaranması və
əsas inkişaf xüsusiyyətləri, şəhərin quruluşu, ictimai həyatı,
hərbi-strateji mövqeyi, inzibati-idarə üsulu, sənətkarlıq və
ticarəti, mədəniyyəti, xarici əlaqələri və şəhər həyatı ilə bağlı
digər məsələlər tarix elmimiz üçün vacib, habelə mühüm elmi
axtarışlar tələb edən məsələlərdir.
Mənbələr, arxeoloji materiallar və etnoqrafik müşahidələr
əsasında aparılmış tədqiqat Bərdənin çoxəsrlik və zəngin tarixə
malik olması qənaətinə gəlməyə imkan verir. Cənubi Qafqazda,
qədim və beynəlxalq ticarət yollarının kəsişdiyi yerdə yaranaraq
inkişaf etmiş Bərdə şəhəri Azərbaycan xalqının iqtisadi, siyasi
və mədəni həyatında mühüm rol oynamışdır. Bərdə orta
əsrlərdə, mənbələrin dili ilə desək, «Arranın anası»
olmuşdur.Yeri gəlmişkən, ərəb mənbələrində indiki Cənubi
Azərbaycan “Azərbaycan”, Albaniya isə “Arran”
adlandırılmışdır.
Əsər Bərdə şəhərinin eramızdan əvvəl I minilliyin sonun-
dan bizim eranın XIX əsrinədək tarixini əks etdirir. Bu
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
11
dövr Bərdə şəhərinin yaranma, formalaşma, inkişaf
mərhələlərini əhatə edir. Şəhərin yarandığı və fəaliyyət
göstərdiyi antik və orta əsrlər dövrü tarixinin tədqiqinə
qanunauyğun bir maraq oyanır. Bu baxımdan qeyd olunan xro-
noloci çərçivə daxilində Bərdənin ümumi tarixini elmi əsasda
tədqiq etmək mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda şəhər tarixinin tədqiqinə son dövrlərdə
başlanılmışdır. Bu, hər şeydən əvvəl ümummilli liderimiz
Heydər Əliyevin vaxtilə verdi-yi göstəriş və qərarları ilə
bağlıdır. Ulu Öndərin imperativ şəkildə dediyi «Azərbaycanın
qədim şəhərlərinin tarixi öyrənilməlidir» fikri tarixçiləri
ruhlandırdı, onların qarşısında böyük məsuliyyət qoydu, bu
səpkidə mövzuların tədqiqinə diqqəti artırdı. Bu baxımdan Ulu
Öndər Heydər Əliyevin «Tariximizin hər səhifəsi bizim üçün
əzizdir», «Xalq gərək daim öz kökünü xatırlasın» aforizmlərinin
də böyük təsiri oldu.
Azərbaycanın qədim və orta əsr şəhərlərinin müxtəlif
aspektdə öyrənilməsi şəhər tarixşünaslığımızın bir çox
problemlərinin üzərinə işıq salmışdır. Azərbaycan tarixçiləri
arasında şəhər tarixi problemi ilə məşğul olan böyük bir alimlər
ordusu formalaşmışdır (S.B.Aşurbəyli, M.X.Heydərov,
H.Ə.Ciddi, Q.M.Əhmədov, S.M.Onullahi, İ.A.Babayev,
N.M.Vəlixanlı, V.H.Əliyev, T.M.Məmmədov, A.B. Nuriyev,
Ş.F.Fərzəlibəyli, R.İ.Məmmədov, İ.M.Cəfərzadə, İ.N.Əliyev,
F.V.Qədirov, R.M.Vahidov, E.Q.Mirzəyeva və b.). Onların
əsərləri, arxeoloji qazıntılar, yazılı mənbələr əsasında apardıqları
elmi tədqiqatları həm bütövlükdə tarixşünaslıq, həm də
Azərbaycan şəhərlərinin öyrənilməsi baxımından böyük
əhəmiyyətə malikdir. Həmin əsərlər sırasına daxil olan
İ.M.Cəfərzadənin «Köhnə Gəncənin tarixi-arxeoloji oçerki»,
İ.H.Əliyev və F.V.Qədirovun «Qəbələ», H.Ə.Ciddinin «Orta əsr
Şamaxı şəhəri IX-XVII əsrlərdə», R.M.Vahidovun «Mingəçevir
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
12
III-VIII əsrlərdə», M.X.Heydərovun «Şəhərlər və şəhər
sənətkarlığı», «XIII-XVII əsrlərdə Azərbaycan şəhərlərində so-
sial-iqtisadi münasibət və sənətkarlıq təşkilatları», S.B.Aşur-
bəylinin «Bakı şəhərinin tarixi», Q.M.Əhmədovun «Orta əsr
Beyləqan şəhəri», «Qədim Beyləqan», S.M.Onullahinin «XIII-
XVII əsrlərdə Təbriz şəhərinin tarixi», İ.B.Babayevin «Qafqaz
Albaniyasının antik şəhərləri», V.H.Əliyevin «Qədim
Naxçıvan», R.İ.Məmmədovun «Naxçıvan şəhərnin tarixi oçer-
ki», F.Ə.Əliyevin «XVIII əsrin ikinci yarısında Azərbaycan
şəhərləri» və Ş.F.Fərzəlibəylinin «Quba tarixi» Azərbaycan
tarixşünaslığında mühüm yer tutur (adı çəkilən əsərlərə dair
mənbə və ədəbiyyat göstəricisində kifayət qədər məlumat
verilmişdir).
Bərdə şəhərinin tarixinin problem olaraq tarixşünaslığını
araşdırmağa başlamamışdan öncə əvvəldə qeyd etdiyimiz bir
məsələni təkrarən diqqət mərkəzinə çəkmək istərdik. Bu da on-
dan ibarətdir ki, son vaxtlara qədər yazılı mənbələrin azlığı və
arxeoloji tədqiqatların kifayət qədər aparılmaması səbəbindən
Bərdə şəhərinin tarixi dərindən öyrənilməmiş, elə bu səbəbdən
də Bərdə elmi ədəbiyyatda orta əsr şəhəri kimi təqdim
edilmişdir. Odur ki, biz problemin öyrənilmə dərəcəsini təhlil
edərkən tarixşünaslığın araşdırılmasında təkcə yazılı mənbələrlə
kifayətlənməmiş, təhlili ilk dəfə olaraq yazılı mənbələrdə əldə
edilən məlumatlardan, Bərdə
şəhərinin arxeoloji
materiallarından və qlobal şəhər probleminin öyrənilməsi
təcrübəsindən istifadə etməklə aparmışıq. Bu baxımdan mono-
qrafiyada təkcə Azərbaycanın deyil, keçmiş SSRİ məkanına
daxil olan şəhərlərin, eləcə də Asiya və Avropanın bir çox
şəhərlərinin tarixinə dair əsərlərə, o cümlədən Yaxın və Orta
Şərq ölkələrinin şəhər problemlərinə dair elmi ədəbiyyata geniş
nəzər yetirilmişdir.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
13
Bərdənin tarixinin öyrənilməsinə son dövrlərdə
təşəbbüslər göstərilsə də hərtərəfli tədqiqatlar aparılmamış,
yalnız müxtəlif səpkidə kiçik həcmli bir sıra əsərlər çap
edilmişdir. Həmin əsərlər şəhərin arxeoloji tədqiqinə həsr
edilmiş kitab (322), tarixi-arxeoloji oçerk (154) və orta əsrlər
dövrünə aid dərs vəsaitindən (90) ibarətdir. Bərdə şəhərinin ta-
rixi probleminə bir namizədlik dissertasiyası həsr edilmişdir ki,
burada da əsasən şəhərin gil qab məmulatı öyrənilmişdir (9).
A.B.Nuriyevin «Orta əsr Bərdə şəhəri» kitabı Bərdə şəhərində
1984-1985-ci illərdə arxeoloqun özünün rəhbərlik etdiyi arxeo-
loji ekspedisiyanın aşkarladığı materiallar əsasında yazılmışdır
(322). Həmin kitabda Bərdənin orta əsrlər tarixinə qısa şəkildə
toxunulmuş, əsasən qazıntı zamanı müxtəlif mədəni təbəqədən
aşkar edilmiş arxeoloji məmulatların təsnifatı verilmişdir.
Bərdənin sonuncu arxeoloji tədqiqatlarına həsr edilmiş əsər A.B.
Nuriyev və Ə.H.Babayevin birgə yazdıqları «Bərdə şəhərinin
tarixi-arxeoloji oçerki»dir (2001-ci il). Əsər Bərdənin arxeoloji
tədqiqini əks etdirmək baxımından əhəmiyyətlidir (136).
Son dövrlərdə özlərinə vətən tarixi yaratmaq istəyən
erməni «tarixçiləri» Bərdəni də uydurma «böyük Ermənistan»a,
«Şərqi Ermənistan»a daxil etmiş, guya onlara məxsus qədim
yaşayış məskəni olması barədə iddialar irəli sürmüşlər.
2006-cı ilin iyun ayında yaradılmış ekspedisya (bax:
səh.8-9) Bərdə şəhərinin qədim yeri hesab edilən «Şortəpə»
abidəsində arxeoloji tədqiqat işləri apardı. 100 kv.m sahədə
aparılan qazıntı 5 metr dərinliyə qədər davam etdirilərək mədəni
təbəqənin stratiqrafiyasını müəyyənləşdirdi. Arxeoloji tədqiqat
işləri zamanı Bərdə şəhərinin antik dövr tarixini öyrənmək
baxımından maraqlı maddi mədəniyyət materialları aşkar edildi.
Belə ki, qədim dövrə aid təbəqədə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
14
çay daşı və çiy kərpiclə tikilmiş divar qalıqları açıldı. Həmçinin
müxtəlif təyinatlı və rəngarəng saxsı məmulatı, o cümlədən küp,
kuzə tipli qab, bardaq, kasa, döyrə, boşqab tipli təsərrüfat,
məişət və süfrə qabları, həmçinin kiçik həcmli metal əşya və
şüşə qırıqları, eləcə də kirəmit, dən daşları, metal ərintisi, ocaq
yerləri, habelə təsərrüfat məhsullarının (arpa, buğda, darı)
çürüntüləri və s. aşkar edildi (15). Bərdə şəhərinin qədim tarix-
inin öyrənilməsində xüsusi əhəmiyyətə malik olan bu maddi ma-
teriallar, qeyd etdiyimiz kimi, şəhərin tarixinin 2500 il oldu-
ğunu sübutlarla təsdiqlədi.
Beləliklə, təqdim olunan bu əsər eyni zamanda
Azərbaycanın bir çox şəhərləri, o cümlədən Bərdə haqqında
əsassız iddialara, yəni Bərdə şəhərinin guya nə vaxtsa
ermənilərə məxsus olmasına dair saxta tədqiqatlara cavabdır.
Azərbaycan tarixinin şəhər tarixi ilə bağlı problemlərinin
həllinin xüsusi əhəmiyyəti məsələsinə qayıdaraq bir daha qeyd
edirik: Respublikamız yenidən müstəqilliyini əldə etdi. Tarixi
təhriflərin, çatışmazlıqların aradan qaldırılması üçün əlverişli
şəraitin yarandığı bir dövr başlandı. Belə bir şəraitdə xalqımızın
formalaşmasında, onun ictimai-iqtisadi, siyasi və mənəvi
varlığının möhkəmləndirilməsi və inkişaf etdirilməsində mühüm
rol oynamış qədim şəhərlərin tarixinin öyrənilməsi, o cümlədən
Azərbaycan torpaqlarının tarixi taleyinin böyük bir dövrünü
özündə qoruyub saxlamış Bərdə şəhərinin tarixinin elmi
əsaslarla, hərtərəfli, kompleks öyrənilməsi, fikrimizcə, bir çox
mürəkkəb və az tədqiq olunmuş problemlərin, Azərbaycanda
yaranmış ictimai quruluşların, dövlətçilik formalarının müfəssəl
və dərindən öyrənilməsini, diyarın daxili bazar münasibətlərinin
formalaşması prosesini, azərbaycanlıların digər xalqların
nümayəndələri ilə qonşuluq, iqtisadi
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
15
və mədəni əlaqələrinin mənbəyini və s. aydınlaşdırmağa zəmin
yaradır.
Eyni zamanda doğma diyarın təbiəti, tarixi abidələri,
xalqın iqtisadiyyat və mədəniyyətdə nailiyyətləri ilə tanışlıq in-
sanlarda Vətənə məhəbbəti, xalqımızın mübariz ənənələrinə
sədaqəti şərtləndirir. Tədqiqat əsasında elmi dövriyyəyə daxil
edilmiş materiallar, milli özünüdərkin, milli iqtisadi, sosial və
siyasi təfəkkürün formalaşmasında faydalı ola bilər.
Bunlarla yanaşı, daha bir qeyd: müəllif Bərdə şəhərinin ta-
rixinin təqdim edilən əsərdə birdəfəlik və tam şəkildə
öyrənildiyini iddia etmir. Bərdə şəhəri geniş miqyaslı arxeoloji
tədqiqini hələ gözləyir.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
16
I FƏSİL
BƏRDƏ ŞƏHƏRİNİN TARİXİ ƏRAZİSİ,
TƏŞƏKKÜLÜ VƏ ADININ ETİMOLOGİYASI
1.1. Bərdənin yerləşdiyi tarixi ərazi və onun təbii-
coğrafi xüsusiyyətləri.
Bərdə şəhəri dünyanın ən qədim insan məskənlərindən
olan Azıx yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər
çayları arasında salınmşdır.
Bərdə ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata
yunan və latın mənbələrində – Strabonun coğrafi təsvirində
(354), Ptolemeyin «Coğrafiya dərsliyi»ndə (286), Böyük Pli-
niyin «Təbiət tarixi»ndə (342) rast gəlinir. Albaniyaya aid həmin
təbii-coğrafi təsvirlər, şərhlər qədim Bərdə ərazisinin təbii-
coğrafi şəraiti və eyni zamanda təbiətinin özünəməxsus
xüsusiyyətləri haqqında ümumi nəticə çıxarmağa imkan verir.
Bu baxımdan Strabonun (e.ə. 64/63 – b.e. 23/24) «Coğrafiya»
əsərindəki Albaniya ərazisinin etnonim, toponim, oronim və
hidronimlərinə aid məlumatlar böyük maraq doğurur (354,
k.11).
I əsrdə yaşamış yunan alimi Strabon Kür çayı haqqında
danışarkən qeyd edir: «Çay suları daşarkən sahilləri daşlarla
doldururdu» (354, k.11. b.4). Çox güman ki, həmin
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
17
fikir Kür çayının yuxarı axını boyuna aiddir. Arxeoloci
qazıntılar zamanı məlum olur ki, Bərdəyə yaxın ərazidə su seli-
nin yuduğu yerlərdə yarğanlar əmələ gəlmiş və çay qumu
təbəqələri əraziyə yayılmışdır (149).
Kür çayı sahilinin yaşayış üçün təbii cəhətdən tarixən daha
əlverişli olduğu məlumdur. O da məlumdur ki, Kür çayı
daşarkən sahillərinin subasması bir neçə kilometrə qədər çatırdı.
Bəlkə də buna görə Bərdə şəhəri Kür çayının lap sahilində deyil,
bir qədər aralıda salınmışdır. Bu barədə müəyyən mülahizələr
söyləmək mümkündür. Ərazinin hidronomiyası və digər təbii
xüsusiyyətləri göstərir ki, Kür tarixən bol sulu, coşqun axan çay
olmuşdur. Mənbəyini uzaqlardan götürən, sürətlə axan bu çay
düzən ərazilərdə məcrasından çıxaraq sahillərindəki meşəlik və
kolluqları yuyub aparır, yerində göllər və təbii kübrələnmiş tor-
paqlar qalırdı. Bu da əkinçilik – taxılçılıq və bostançılıq üçün
əlverişli idi. Kürün sularından təbii və süni suvarma
sistemlərində istifadə etməklə təsərrüfat yaradılması əlverişli
olsa da çayın düzənlik hissəsində, onun lap kənarında şəhər
bünövrəsi qoymaq əlverişli deyildi.
Tərtər çayı isə mənbəyini Bərdədən çox da uzaqda ol-
mayan Qafqaz dağlarından götürərək iti və güclü axını ilə
daşları yuyub gətirən coşqun dağ çayı olmuşdur. O, daşıb
sahillərini basır, bəzən məcrasını da xeyli məsafədə birdəfəlik
dəyişirdi. Çayın yatağı ətrafında həmin izlər indi də
qalmaqdadır. Hətta çayın yatağının və onun üzərindəki
körpünün yerləşməsindən ilk baxışda çayın vaxtilə hansı
istiqamətdə axdığını müəyyənləşdirmək mümkün olmur. Tərtər
çayının yaz fəslində gur sulu olduğunu və sürətlə axdığnı
görənlər, onun həmin vaxt daşarsa, hər hansı bir yeri – şəhər və
ya kəndi bir anda yuyub apara biləcəyini təsdiq edə bilərlər. An-
caq bütün bunlarla yanaşı, hər iki çayın resurslarından geniş
istifadə edildiyi güman olunur.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
18
Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79)
Albaniyanın bir çox hidronimlərindən, o cümlədən Kür çayı və
onun qollarından bəhs edir (342, k. 4). Yeni eranın II əsrində
yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29
şəhərin və 5 çayın adını çəkir (286, k. 5).
Bu məlumatlar Bərdənin yerləşdiyi təbii-coğrafi ərazi
haqqında tarixi mənbədə verilən ilkin və qiymətli məlumatlardır.
Bərdə şəhəri yaxınlığında yerləşən Kalankat kəndindən olan VII
əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlı Bərdə ərazisi
haqqında daha geniş, tarixi əhəmiyyətli və maraqlı məlumatlar
verir. Əsərinin əvvəlində Albaniyanın coğrafi yeri və təbiətindən
bəhs edən M.Kalankatlı göstərir ki, bu ölkənin paytaxtı Bərdə
şəhəridir (136, k.1, f.4). M.Kalankatlı əsərinin sonrakı
bölmələrində də bəzi hadisələri şərh edərkən Bərdə ərazisinin
təbiəti haqqında geniş təsəvvür yaradır. Məsələn, o, III Vaçaqan
dövründə Kürsahili qalın meşələr, şəhərətrafı bağlar, istirahət və
ov yerləri haqqında, həmçinin Kür çayının təbii xüsusiyyətləri,
onun sahillərinin vətəgələr üçün yararlılığı barədə, bölgənin təbii
şəraiti, sərvətləri və təsərrüfatı haqqında məlumatlar verir (136,
k.1). M.Kalankatlı yazır: «Dağlararası düzləri keçib (Viro və
digərləri nəzərdə tutulur – Q.H.) Uti vilayətinin gözəl, hamar və
bərəkətli düzənliklərinə enəndə,...» (136, k.2, f.14). Burada
verilən təbii-coğrafi ərazi təsviri Bərdə ərazisinin təsviridir.
Bərdənin təbii şəraiti haqqında buna bənzər məlumatlara əsərin
başqa yerlərində də rast gəlinir.
Bərdə ərazisinin təbii xüsusiyyətləri haqqında yunan, latın
və alban mənbələrində olduğu kimi, ərəb, fars və türk dilində
olan mənbələrdə də dəyərli məlumatlar vardır. Həmin mənbələr
əsasən coğrafiyaşünasların və səyyahların əsərləri olduğundan,
onlardan da Bərdənin təbii-coğrafi xüsusiyyətlərinə dair
məlumat almaq mümkündür. Fars
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
19
dilində yazılmış «Hüdud-əl-aləm»də bildirilir ki, «...Bərdə
böyük və zəngin şəhərdir. O, Arranın paytaxtı və bu əyalətin
şahının daimi iqamətgahıdır. Orada, onun ətrafında meyvə və
taxılla zəngin olan geniş, çiçəklənən əkinlər var. Orada tut
ağacları çoxdur» (97, s. 36).
Ərəb müəllifləri də Bərdənin təbii-coğrafi ərazisi və s.
barədə maraqlı məlumatlar verirlər. Məsudi bildirir ki, «Kür çayı
Tiflis ölkəsindən və Curzan torpaqlarından, Suqdəbil
şəhərindən, sonra isə Bərdə vilayətindən axır» (302, s.33). O,
daha sonra qeyd edir ki, «Kür öz yolunu Bərdənin üç
milliyindən (1 coğrafi mil 7640 m.-ə, 1 mil 2-3 km-ə bərabərdir
– Q.H.) davam etdirir və onun əyalətlərindən biri olan
Beyləqanın yanından keçir» (302, s.58). Əbu-Duləf Bərdədə
müalicə əhəmiyyətli isti su bulaqlarından danışır (173, s.75-85).
Əl-Fəqih Bərdənin təbii sərvətlərindən bəhs edərək yazır: «Ar-
randa civə, mis kuprosu, mis və gümüş-qurğuşun yatağı vardır.
Ora yerli fıstıq, şabalıd və çox gözəl şeylər düzəldilən tozağacı
ağacları ilə zəngindir; həmin tozağacı ağacları Bərdə ölkəsindəki
ağac və kollarla zəngin olan qalın meşələrdədir. Ər-Rəhman ad-
lanan bu meşə Xəzərə qədər uzanır və Xavarəzm ölkəsinə daxil
olur» (267, s.39). İbn Rusta isə qısaca olaraq qeyd edir ki, «Kür
çayı Alanlar ölkəsindən axır, Tiflis və Bərdənin yanından keçir,
Təbəristan dənizinə tökülür» (266, s.35). İstəxri Bərdənin təbii
xüsusiyətlərinə görə digər şəhərlərdən fərqləndiyini qeyd edərək
yazır ki, «Arranda Bərdə, Bab əl-Əbvab və Tiflisdən böyük
şəhər yoxdur (173, s.89). Beyləqan, Varsan, Bərdinc, Bərzənc,
Şamaxı, Şirvan, Abxaz, Şabran, Qəbələ, Şəkki, Cənzə, Şəmkir,
Xunan böyüklüyünə, çiçəklənməsinə və məhsullarına görə çox
da diqqəti cəlb edən şəhərlər deyil. Kür çayının suyu şirin,
sağlam və yüngüldür» (8, s.110-117; 173, s.85-102; 270, s.21).
İstəxri xüsusi olaraq bildirir ki, Bərdə «sağlam iqlimli,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
20
münbit, çoxlu əkin sahəsi və bol meyvəsi olan yerdir. İraqla Xo-
rasan arasında Rey və İsfahandan sonra Bərdədən daha münbit
(torpaqlı), əlverişli mövqe tutan bir şəhər yoxdur. Buradan
(Bərdədən – Q.H.) bir fərsəxdən də az məsafədə, onunla yaxşı
münasibətdə olan əl-Əndərab adlanan yer vardır. Bura Kərnə,
Ləsub və Yəqtan arasındadır və sahəsi bir günlük yol ərazisini
tutur. Bura hər cür meyvəli bostan və bağlarla doludur» (173,
s.88; 147, s.151; 270, s.9). İbn Hövqəl Bərdənin təbii şəraiti və
ərazisinin təbii xüsusiyyətləri haqqında belə məlu-mat verir:
«Bərdə şəhərinə gəldikdə, bura Ümmu-l Randır (Arranın anası)
(paytaxtı) və bu yerlərin ən yaxşısıdır... Bura parlaq vəziyyətdə
və çox yaxşı haldadır. Bu isə onun saf havasından,
məhsuldarlığından, əkinlərin, meyvə ağaclarının və çayların
çoxluğundan irəli gəlir. Rey və İsfahandan sonra İraqla
Təbəristan arasında Bərdətək böyük və məhsuldar, tutduğu
mövqe və xəzinəyə verdiyi gəlirə görə yaxşı yer yoxdur» (173,
s.108; 181, s.86). Müqəddəsinin məlumatı: «O ki qaldı Arrana,
o, vilayətin üç hissəsini, Arras çayı ilə dəniz arasındakı
yarımadanı tutur, Məlik (Kür) çayı vilayəti ortadan bölür. Onun
paytaxtı Bərdə şəhəridir. Bərdə baş şəhərdir... Bərdədə şəhəri
kəsib keçən çay var, Kür çayı isə şəhərdən iki fərsənglikdədir.
Bərdə gözəl şəhərdir» (173, s.125-140; 302, s.7). İstəxri və İbn-
Xordadbeh Arran və Kürlə bərabər Kərnə (Gərnə) sözlərini
işlədir ki, bu da Bərdənin toponimlərinə aid məlumatı
zənginləşdirir (173, s.88; 269, s.11).
Bərdənin coğrafi yeri haqqında İbn Rusta bildirir ki,
«Adərbaycan: … Bərdaa, Nəşəva, Sisacan, Arzan, Xilat beşinci
iqlimdədir» (266, s.43).
Yaqut əl-Həməvinin yazdığına görə, «Kitab əl məlhəmə»
əsərinin müəllifi danışıb ki, Bərdə şəhəri yetmiş doqquz dərəcə
otuz dəqiqə uzunluq, qırx beş dərəcə en
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
21
dairəsində, altıncı iqlimdə yerləşir. Əbu Avn isə öz astronomik
cədvəlində Bərdəni beşinci iqlimin yetmiş dərəcə uzunluq və
qırx üç dərəcə endə göstərir (40, s.150-154; 382, s.134). Əl-
Biruni (X-XI əsrlər) «Məsud cədvəli»ndə Bərdəni beşinci
iqlimdə göstərir və qeyd edir ki, Bərdə Kür çayı yaxınlığındadır
(8, s.146).
Əl-İdrisi coğrafi ərazilər haqqında danışarkən qeyd edir ki,
«Beşinci iqlimin altıncı hissəsinin əhatə etdiyi yerlərə...
Azərbaycanın bəzi şəhərləri və bütün Arran daxildir. Biz buna
Bərdə şəhərinin təsviri ilə başlayırıq. Çünki bura Arran ölkəsinin
paytaxtıdır. Bu şəhər çox böyükdür, onun uzunluğu 3 milə
qədərdir, eni də bundan az deyildir» (173, s.150).
Həmdullah Qəzvini də Bərdəni beşinci iqlimə aid edir və
göstərir ki, Bərdənin «yerləşdiyi coğrafi yer uzunluğu 80, eni 40
dərəcə 20 dəqiqədədir...» Sonra müəllif yazır: «Suyu kiçik çay-
dan götürürlər ki, o da Tərtər (adı ilə) tanınır» (370, s.22).
Həmdullah Qəzvini Bərdə şəhərinə məxsus olan yay
iqamətgahından da bəhs edir: «Hərik – Bərdəyə yaylaq (yay
iqamətgahı) kimi qulluq edir və o çox cazibədar və gözəl yerdir,
bulaq suları, zəngin yaşıllıq və ov üçün yerlərlə zəngindir. Bərdə
əhalisi yayda oraya gedir, qışda isə şəhərə qayıdır» (370, s.22).
Məcdəddin əl-Hüseyni (Məcidi) də (XVI əsr) Bərdənin
beşinci iqlimə aid olduğunu qeyd edir (399, s.104).
Bərdənin koordinatları Nəsirəddin Tusinin və Uluqbəyin
astronomik bölgülərə aid cədvəlində də verilmişdir (8, s.20).
Bərdə şəhərinin gözəlliyinin təsvirinə Nizami Gəncəvinin
«İskəndərnamə» poemasında da rast gəlirik:
«Bərdə nə gözəldir, necə qəşəngdir,
Yazı da, qışı da güldür, çiçəkdir.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
22
İyulda dağları lalələr səpər,
Qışını baharın nəsimi öpər.
O yaşıl meşəsi cənnətə bənzər,
Şən ətəklərinə bağlamış kövsər.
Söyüdlük çöllərə vermişdir zinət,
Ağ bağı elə bil həqiqi cənnət.
Qırqovul yuvası hər sərv ağacı,
Oxuyur kəkliyi, ötür turacı.
Səssizlik içində dincəlir gülşən,
Torpağı silinmiş qayğı, kədərdən.
Reyhanı yaşıldır illər uzunu,
Hər çeşid naz-nemət bürümüş onu.
Yem üçün quş gələr bu gözəl yurda,
İstəsən «quş südü» taparsan burda.
Torpağı yoğrulmuş qızıl suyundan,
Elə bil hər yanda bitmiş zəfəran.
O yaşıl yerləri dolaşıb gəzsən,
Şənlikdən başqa bir xəyal görməzsən»
(147, s.372).
Bərdəni tərənnüm edən ulu şair bu zəngin şəhərin
yerləşdiyi məkanın bənzətmə və poetik ümumiləşdirmələrlə
mənzərəsini yaratmışdır.
Nisbətən son dövrün mənbələrində də Bərdə haqqında
məlumatlar verilmişdir. Məsələn, Abbasqulu ağa Bakıxanov
Bərdənin öz dövründəki görkəmi və vəziyyəti haqqında qısa
məlumat vermışdır (208, s.49).
Yusif Vəzir Çəmənzəminli qeyd etmişdir ki, «min sənə
əvvəl Bərdə bağlı-bağçalı, gözəl bir şəhər idi. Çoxlu hamamlar,
karvansaralar, bazarlar şəhəri zinətləndirirdi...» (20, s.27).
Qədim tarixi mənbələrin və tədqiqat əsərlərinin
araşdırılması nəticəsində belə bir qənaətə gəlmək olur ki, Bərdə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
23
Qafqaz Albaniyasının geniş düzənlik əraziyə, əkinə yararlı tor-
paqlara, təbii və süni su hövzələrinə, malik olan Uti nahiyəsində,
Kür çayı ilə Tərtər çayının arasında yerləşmişdir. İki tərəfdən
çaylar, digər tərəflərdən böyük göl və ucsuz-bucaqsız meşələr,
otlaqlar, əkinlər və bağlarla əhatə olunan Bərdə Uti nahiyəsinin,
eyni zamanda Albaniyanın mərkəzində yerləşmiş, ətrafda olan
həm düzənlik, həm də dağlıq hissələrin təbii sərvətləri ilə
əhatədə olmuş, əhali qeyd edilən təbii şərait və sərvətlərdən
bəhrələnmişdir. Ərazicə beşinci iqlimdə yerləşən, təbii-coğrafi
cəhətdən özünəməxsus müsbət xüsusiyyətlərə malik olan
Bərdədə müxtəlif təsərrüfat növləri inkişaf etmiş, burada
sənətkarlığın meydana çıxmasına zəmin yaranmış və bütün bun-
lar şəhərin əmələ gəlməsi və inkişafında mühüm rol oynamışdır.
Beləliklə, əlverişli təbii şəraitə və strateji mövqeyə malik
olan Bərdə ərazisində təsərrüfatın, sənətin yüksək inkişafı
zəminində şəhər əmələ gəlmişdir (31, s.25; 44, s.149; 51, s.45;
96; 112, s.15; 206, s.18; 241, s.12; 279, s.14; 294, s.15; 342).
İindiki Bərdə şəhərinin şimal-qərbində yerləşən «Şortəpə» e.ə.
III minillikdə yaşayış məskəni, e.ə. IV əsrdən etibarən şəhər
olmuşdur.
Dostları ilə paylaş: |