Qoşakənd kənd tam orta məktəbinin c o ğ r a f i y a müəllimi
Habil Abbasovun 05 fevral 2015-ci il tarixdə VIII-sinifdə keçirdiyi
açıq dərsin i c m a l ı
Keçmiş dərsin mövzusu: Respublikamızın bitki örtüyü,düzənliklərin və dağlıq ərazilərin yarımsəhra, boz-qır bitkiləri. Meşələr.Çəmən və çəmən-çöl bitkiləri.
Yeni dərsin mövzusu: Azərbaycan Respublikasının heyvanlar aləmi.
Dərsin gedişi: Heyvanların müxtəlifliyi, yayılma arealı və növ zənginliyi haqqında şagirdlərdə yeni bilik aşılamaq.
Dərsin gedişi:
1.Sinifin təşkili
2.Keçmiş dərsə aid frontal sorğu.
-
Bitkilərin müxtəlifliyinə səbəb olan amillər hansılardır?
-
Endemik bitki dedikdə nə başa düşülür?
-
Dəmir ağacı harada yayılmışdır?
-
Meşələrimizin neçə faizini iynəyarpaqlı ağaclar təşkil edir?
-
Alp çəmənlikləri harada yayılmışdır?
3.Keçmiş dərsin şagirdlərdən soruşulması və onların qiymətləndirilməsi.
4.Keçmiş dərs ilə yeni dərs arasında əlaqə qurmaq.
5.Yeni dərsin izahı:
Respublikamızın təbi şəraitinin müxtəlifliyi, heyvanlar aləminin də müxtəlifliyinə
səbəb olmuşdur. Bura qonşu ərazilərdən- İrandan, Mərkəzi Asiyadan, Aralıq
dənizi sahillərindən bir çox heyvan növləri gəlmişdir ki, buda faunamızın növ
tərkibinin zənginləşməsinə səbəb olmuşdur. Hətta Binəqədi ətrafında qır göldən,
həmdə Mingəçevir su anbarı ətrafında tapılmış heyvan qalıqları sübut edir ki,
Respublikamızın ərazisində qədim heyvanlarla yanaşı, zürafə, bəbir, pələng,
kərkədan və.s kimi heyvanlar yayılmışdır. Respublikamızın ərazisində onurğalı
heyvanların 600-dən çox növü yayılmışdır ki, buda dünyada olan onurğalı
heyvan növlərinin 5,6%-ni təşkil edir. Həşəratların isə 12 mindən çox növü
yayılmışdır. Respublika ərazisində yayılmış bütün heyvanların 97 növünü məmə-
lilər təşkil edir. Əksər heyvanların nəsli kəsilmiş, bəziləri tükənmək üzrədir.
Respublikamızın “Qırmızı kitabına” 108 növ heyvan adı daxil edilmişdir.Ondan
14 növü məməlilərə, 13 növü sürünən və suda – quruda yaşayanlara, 36 növü
quşlara, 5 növü balıqlara, 40 növü isə həşəratlardan ibarətdir.
Respublika ərazisində sürünənlərin 58 növü yayılmışdır ki, bunlardan 5 növü
zəhərli ilandır.
Azərbaycanda quşların isə 360 növü yayılmışdır. Onlar Xəzər sahilində, Dəvəçi
Limanında, Kür qırağı göllərdə, Şah dilində qışlayır və çoxalırlar.
Bir çox quşlar Azərbaycan ərazisindən kənara getmirlər. Onlar müxtəlif
landşafta uyğunlaşaraq yaşayırlar. Yarımsəhra iqliminə uyğunlaşmış heyvanlar,
Xəzər sahilindən başlayaraq alçaqdağlıq əraziliərə qədər yayılmışdır.
Çay və göllərdə çəki balığı, çapaq balığı, və Xəzər külməsi yayılmışdır. Xəzərdə
yaşayan suitləri də Azərbaycan heyvanlarına aiddir.
Ölkə daxilində bir neçə qoruq və yasaqlıqlar yaradılmışdır ki, buda heyvanların
qorunması və çoxalmasında mühüm əhəmiyyət kəsb əhəmiyyət kəsb edir.
6.Yeni dərsi möhkəmləndirmək məqsədi ilə sorğu aparmaq.
-
Respublikamızda heyvanların yayılması hansı qanunauyğunluqlara tabedir?
-
Nəsli kəsilməkdə olan heyvanlara aid olanlar hansılardır?
-
Heyvanlar aləminin Respublika ərazisində kasıblaşmasının səbəbi nədir?
-
Quşlar hansı ərazilərdə qışlayır?
7.Ev tapşırığı: Mövzunun öyrənilməsi və kontur xəritədə heyvanların yayılma
arealının qeyd olunması.
Dostları ilə paylaş: |