Qrup: 2131a3 Fənn: Elektrik maşınları və aparatları



Yüklə 284,51 Kb.
tarix26.04.2023
ölçüsü284,51 Kb.
#103126
EMA 6


Azərbaycan Hava Yolları QSC
Milli Aviasiya Akademiyası

Sərbəst İş N6

Qrup: 2131a3
Fənn: Elektrik maşınları və aparatları
Mövzu: Ölçü transformatorları, onların xüsusiyyətləri və tətbiq sahələri
Müəllim: Vüqar Hüseynov
Tələbə: Şamil Haşımzadə

Bakı 2023


Elektrik-ölçü cihazlarını və mühafizə relelərini yüksək gərginlikli dəyişən cərəyan şəbəkəsinə qoşmaq üçün ölçü transformatorlarından istifadə edirlər. Bununla cihazlar yüksək gərginlikli dövrədən təcrid edilməklə onlarda xidmət təhlükəsizliyi təmin edilir və eyni zamanda cihazların cərəyan daşıyan hissələrinin izolyasiyası yüngülləşdirilmiş olur. Bundan başqa ölçü transformatorları cihazların ölçmə hədlərini genişləndirməy imkan verir, belə ki, kiçik cərəyan və gərginlikləri ölçməyə hesablanmış nisbətən sadə cihazlar vasitəsilə böyük cərəyan vəgərginlikləri ölçmək olur.
Ölçü transformatorları cərəyan və gərginlik transformatorların ayrılır. Standart cihazlarla ölçü aparmaq üçün birinci tərəf kəmiyyətinin qiymətindən asılı olmayaraq cərəyan transformatorunun ikinci tərəf cərəyanı 1-5A-ə qədər, gərginlik transforrmatorun ikinci gərginliyi isə 100V-a qədər azaldılır. Cərəyan transformatorları 5-100VA, gərginlik transformatorları isə 25-1000VA nominal gücə hazırlanır.
Cərəyan transformatoru. Əsasən ikidolaqlı yüksəldici transformator kimi həzırlanır (şəkil 2.62, a). Birinci tərəf dolağı cərəyanı ölçüləcək dövrəyə ardıcıl qoşulur, ikinci tərəf dolağına isə daxili müqavimət çox kiçik olan ölçü cihazları (ampermetr, vatmetrin cərəyan dolağı və s.) birləşdirilir. Buna görə də cərəyan transformatoru praktiki olaraq qısa qapanma rejiminə yaxın rejimdə işləyir. Bu halda İ0 çox kiçik olduğu üçün nəzərdən atılsa, yəni İ1 = -İ2 qəbul edilsə transformatorun cərəyana və bucaq fərqinəgörə xətaları sıfır olar. Məhz buna görə çalışmaq lazımdır ki, Z2+ Zj Zm olsun.


Qeyd etmək lazımdır ki, maqnitləndirici cərəyan İ0 =İ-yə görə baxdığımız transformatorda İ1İ2 və onların vektorları arasında 1800 -dən fərqlənən müəyyən bucaq alınır ki, bu da nisbi cərəyan xətasının və 1 ilə ölçülən bucaq xətasının yaranmasına səbəb olur. Nisbi cərəyan xətası

i% = %

Xətaların qiymətindən asılı olaraq cərəyan transformatorları beş dəqiqəlik sinfinə ayrılır, belə ki, stasionar cərəyan transformatorları, 0,2 ; 0,5 və 10, laboratoriya transformatorları isə 0,01; 0,02; 0,05; 0,1 və 0,2 dəqiqlik siniflərinə malikdir. Bu rəqəmlər nominal cərəyana görə buraxıla bilən xətanın faizlə qiymətini göstərir.


Normal iş rejimində cərəyan transformatorunun maqnit seli çox kiçik olduğundan onun maqnit dövrəsi doymamış olur. Buna görə də cərəyan transformatorunun ikinci dövrəsinin qırıldmasına və bu dövrənin açıq qalmasına yol verilmir. Çünki bu halda ikinci tərəf cərəyanının maqnitsizləşdirici təsir yox olur və transformatorun maqnit seli on və hətta yüz dəfələrlə artır. İkinci tərəfdə həyat üçün təhlükəli dərəcədə yüksək gərginlik yaranır. İzolyasiyanın dəyişməsi və eləcə də maqnit itkilərinin artması ilə maqnit dövrəsinin həddən artıq qızması nəticəsində transformatorun özü sıradan çıxa bilər.
Birinci tərəfin gərginliyi və cərəyanın qiymətindən və iş yerindən asılı olaraq cərəyan transformatorları olduqca müxtəlif quruluşlarda hazırlanır.
Gərginlik transformatoru. İkidolaqlı alçaldıcı transformator kimi hazırlanır. Ölçü və mühafizə cihazları transformatorun ikinci tərəf dolağına paralel qoşulur. Cihazların dolaqlarının müqavimətləri çox böyük olduğundan gərginlik transformatoru praktiki olaraq yüksüz işləmə rejimində işləyir. Bu rejimdə transformatorun dolaqlarında gərginlik düşgüləri nisbətən kiçik olduğundan onun xətaları da az olur. Əslində isə yüksüz işləmə cərəyanı İ0 transformatorda gərginlik düşgüsü yaradır. Odur ki, vektor diaqramından (şəkil 2.63,b) göründüyü kimi, U2U və bu gərginliklərin vektorları arasında müəyyən faz fərqi alınır. Nəticədə, ölçü zamanı aşağıdakı xətalar yaranır:



  1. nisbi gərginlik xətası

u% = %



b) bucaq xətası i gərginlik vektorları U1 və U2 arasındakı bucaqla ölçülür. Bucaq xətası vattmetrlərin, sayğacların, fazometrlərin ölçü nəticələrinə böyük təsir göstərir.
Xətaları azaltmaq məqsədilə gərginlik transformatorlarında dolaqların müqavimətlərini mümkün qədər kiçik edib, maqnit dövrəsini yüksək keyfiyyətli poladdan böyük enkəsikli hazırlayırlar, belə ki, yük rejimində maqnit dövrəsi doymamış olsun (B=0,6-0,8 Tl). Onda yüksüz işləmə cərəyanı İ0- çox kiçik olur.
Xətaların buraxıla bilən qiymətindən asılı olaraq stasionar transformatorları 0,5; 1 və 3, laboratoriya gərginlik transformatorları isə 0,05; 0,1; 0,2 və 0,5 dəqiqlik siniflərinə ayrılır.
Yüklə 284,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin