Regional anesteziya məlumatlandirilmiş XƏSTƏ raziliq formasi



Yüklə 51,4 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü51,4 Kb.
#1115
növüQaydalar
  1   2   3   4   5   6   7   8


REGİONAL ANESTEZİYA MƏLUMATLANDIRILMIŞ XƏSTƏ RAZILIQ FORMASI


Hörmətli Xəstəmiz;

Tətbiq olunacaq olan cərrahi əməliyyat zamanı edilənləri və ağrını hissetməməyiniz məqsədiylə sizə regional anesteziya tətbiq edəcəyik. Bu proqramlar elmi və etik olaraq bütün dünyada qəbul edilmiş qaydalardır. Ayrıca bu formanı imzalamaqla siz bütün məsuliyyəti üzərinəzə götürmürsünüz və anestezioloqun məsuliyyəti da ortadan qalxmış deyildir. Bu forma sizi məlumatlandırmaq məqsədiylə hazırlanmışdır.

REGİONAL ANESTEZİYA TƏTBIQLƏRİ

EPİDURAL ANESTEZİYA, SPİNAL ANESTEZİYA və PLEKSUS BLOKADASI:

Sizə tətbiq olunacaq cərrahi əməliyyat, tam olaraq bədəniniz keyidilmədən yalnız bir hissəsi uyuşturularaq edilə bilenlərdəndir. Bu üsullardan biri seçilərsə əməliyyatın ediləcəyi yerə görə: belinizdən, qoltuqaltınızdan, boynunuzdan və ya qasığınızdan bir iynə ilə dərman yeridilərək bədəninizin o hissəsi keyidiləcəkdir. Bu proqramlar elmi olaraq bütün dünyada qəbul edilmiş qaydalardır. Ümumi anesteziya tətbiqlərində alınan bütün tədbirlər regional anesteziya tətbiqlərində da alınaraq əməliyyat həyata keçirilir. Aşağıda izah olunan tətbiq üsulu ilə əlaqədar aydın olmayanları zəhmət olmasa anestezioloqunuzdan soruşun. Əməliyyatxanaya götürüldüyünüz zaman;



  • Ürəyinizin vəziyyətini qiymətləndirmək üçün bədəninizə EKQ elektrodlar yapışdırılacaq,

  • Fizoloji məhlul taxılması üçün damarınıza xüsusi bir iynə ilə giriləcək,

  • Barmağınıza qanın oksigenlə təchizini göstərən bir cihaz taxılacaq,

  • Qolunuza tanometr bağlanacaqdır.



Yüklə 51,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə