Kompüter şəbəkələrinin arxitekturası



Yüklə 35,72 Kb.
tarix02.01.2022
ölçüsü35,72 Kb.
#46283
referat 1468 (2)






Kompüter şəbəkələrinin arxitekturası. Lokal şəbəkələr

Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üz qabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefin kompüterinə jurnalın üz qabığını  göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun klublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər. Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər.

Həqiqi şəbəkələrdən çox-çox əvvəl alimlər fərqli iki sistemin məlumatlarının hansı yolla bölüşdürülməsi haqqında müzakirə etməyə başlamışdılar. Yəqin ki siz də ilk kompüter şəbəkəsinin ARPANET olduğunu eşitmisiniz. Amerikanın ARPANET Advanced Research Projects  Agency(ARPA) adlı agentliyi tərəfindən qurulmuşdur. ARPA 1958-ci ildə qurulan və Amerika dövləti üçün yüksək texnologiyalar düzəldən agentlik idi. 1972-ci ildə adı DARPA(Defence Advanced Research Agency) kimi dəyişdirildi, 1993-cü ildə təkrar ARPA, 1996-cı ildə isə təkrar DARPA oldu. DARPA kompüter şəbəkələri ilə bağlı fərqli olan fikirləri bir araya gətirərək ümumi sistem düzəltdi. Bu agentlik vasitəsi ilə kompüter şəbəkə layihələri, internetin təməlini qoymuş TCP/IP və buna bənzər texnologiyalar yaradıldı. Əlbəttə, belə sual yarana bilər ki bəs mainframe-lər hara yox oldular. 80-ci illərdə  İBM(ay bi em) PC(pi si)Personal Computer- fərdi kompüter fikrini irəli sürdü. Bu kompüterlərdə hətta proqramlaşdırma təminatı da olacaqdı (DOS, Windows).

Nəticədə PC və ya mini-computer adlandırılan bu kompüterlərin dünyadakı sayı milyonlara, milyardlara çatdı. Mainframe-lər texnologiyadakı yeniliklərə baxmayaraq ilk yaradıldıqları məqsədə hələ də xidmət edirlər. Müəyyən hədd daxilində hesablamaya ehtiyacı olan firmalar prosessoru IBM As400 olan maşınlardan və buna bənzər mainframe sistemlərindən hələ də istifadə edirlər.

Mainframe almaq imkanı olmayan firmalar üçün mini-computer/PC şəbəkələri sistemi yaradıldı. Onlardan bəziləri Novell-in Netware (Netveyr) sistemi, Microsoft-un NT-si və onların davamı olan Windows 2000, XP, Vista, Windows 7 buna misal çəkilə bilərlər.

2. Kompüter şəbəkələri və onların quraşdırılmasında istifadə olunan texnologiyalar

Bu bölmədə kompüter şəbəkələrinin hansı növlərinin olduğunu və şəbəkə quraşdırmağa qərar verərkən hansı sahə üçün, hansı şəbəkə formasından, dizaynından istifadə edəcəyiniz haqda geniş izah verilir. 



2.1 LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks)

Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki sahəsi və miqyasına görə qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək olar ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:



LAN - Local Area Network (yerli sahə şəbəkəsi)

WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)

WAN - Wide Area Network (geniş sahə şəbəkəsi)

MAN - Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)

SAN - Storage Area Network, System Area Network, Server Area Network və ya bəzən Small Area Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi tanınır)

CAN - Campus Area Network, Controller Area Network bəzən Cluster Area Network bir çox adı var. Əsas Controller Area Network (nəzarət sahə şəbəkəsi) kimi tanınır)

PAN - Personal Area Network (şəxsi sahə şəbəkəsi)

DAN - Desk Area Network (idarəetmə sahə şəbəkəsi)

LAN və WAN əsas orijinal sahə şəbəkəsi kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın inkişafı irəlilədikcə yaradılmışdırlar və yəqinki bundan sonrada yeniləri yaradılıcaqdırlar.



LAN Nədir?

LAN - Local Area Network (Yerli Sahə Şəbəkəsi). Bu forma kiçik ofislərdə, ev daxili və ya kiçik kompüter klublarında istifadə olunur. Bu tip vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə qoşulmuş printerdən yazı çap etmək olar. Şəbəkə tipi nə qədər böyük olursa olsun onun tərkibində LAN(lar) olur. Bütün böyük şəbəkələr kiçik LAN şəbəkələrini birləşdirmək üçün mövcuddurlar və ya o səbəbdən yaranıblar.  

  WLAN Nədir?

WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi). Bu da LAN deməkdir. Həm üstün, həm də mənfi cəhətləri var. Üstün cəhəti evin ya da ofisin içərisində ayağınıza dolaşacaq və ya divarın deşilməsinə səbəb olacaq  kabellərin olmamağıdır. Mənfi cəhəti onun hələ inkişaf etməkdə olmasıdır ki, texnologiya kompüter oyunları və həcmi böyük proqramların tələblərini hələ ki ödəyə bilmir. Amma sənədləri şəbəkə vasitəsi ilə bölüşmək onun üçün problem deyildir. Üstün cəhəti ötürmə radiusu üzrə dairəvi formada bağlantı qura bilir. Kabel kimi tək istiqamətli bağlantıdan asılı olmur.



WAN Nədir?

WAN - Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın maksimum əhatə sahəsi bir binadırsa, WAN üçün bu əhatə sahəsi şəhərin bir neçə rayonu, yer kürəsinin tamamı desək yalan olmaz. Əlbəttə ki, burada istifadə olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə olunur. 




Yüklə 35,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin