Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5430
  1   2   3   4   5   6   7   8   9   10   11

A

ZƏRBAYCAN

V

ƏKİLİ


V nömrə

“Residivə görə cəza təyin edilməsi barədə” Vəkillərin İxtisas Komissiyasının üzvü,

hakim İkram Şirinov

“Cinayət mühakimə icraatında məhkəmə araşdırmasının hədlərinin aktual



məsələləri” vəkil Əhməd Fərhadov

“Hüquq münasibətlərinin əlamətləri” vəkil Azər Nağıyev

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsinin tətbiqi

problemləri: Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimdir?”

hüquqşünas Ərşad Hüseynov

“Fərdi məlumatların mühafizəsi üzrə nəzarət qurumları: Beynəlxalq təcrübə,

Azərbaycan Respublikası üçün perspektivlər” hüquqşünas Aysel Əsgərova

“Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə



bilər?!” ‐ yerli mətbuat səhifələrindən

“Azərbaycanda 250‐dən artıq vətəndaşa pulsuz hüquqi yardım göstərilmişdir”

‐ yerli mətbuat səhifələrindən

“Dünyada 10 ən kriminal rayon” ‐ beynəlxalq mətbuat səhifələrindən



“Sualını vəkil cavablandırsın!” ‐ hüquqi məlumatlandırma rubrikası

“Anton Pavloviç Çexovun “Mərc” hekayəsi” ‐ asudə vaxt silsiləsindən

“Azərbaycan vəkili” jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

Mətbu nəşrlərin reyestrində 3708 nömrəsi ilə qeydiyyata alınmışdır.

“Azərbaycan  vəkili”  jurnalının  buraxılmasında  məqsəd  Azərbaycanda  insan

hüquqlarının müdafiəsinə dəstək verilməsi, vəkil peşəsinin hüquqşünaslar arasında

təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud

olan  aktual  problemlərin  tədqiqi  ilə  Vəkillik  hüququ  elminin  inkişafına  töhfə

verilməsindən ibarətdir.

Nəşr  “Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi”  İB‐nin  təşkilati  dəstəyi  ilə  işıq  üzü

görmüş və Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında

pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur.

Redaksiya heyəti:

Baş redaktor:  Anar Bağırov – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin

sədri,  Vəkillər  Kollegiyasının  Rəyasət  Heyətinin  və  Hakimlərin

Seçki Komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru

Məsləhətçi:  Fariz  Məmmədov  ‐ Vəkillər  Kollegiyasının  üzvü,  Vəkillər

Kollegiyasının Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri



Buraxılışa  məsul  şəxs:  Fərhad  Nəcəfov –  “Azərbaycan  Hüquq  İslahatları

Mərkəzi” İB‐nin sədr müavini, hüquqşünas



Korrektor: İsrafil Əlili – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin

                      ictimaiyyətlə əlaqələr üzrə koordinatoru, hüquqşünas



Redaksiyanın ünvanı:

Bakı şəhəri, Füzuli küçəsi 49,

SKS Plaza, 7‐ci mərtəbə

Tel/Faks: +994 12 492 28 83

e­mail: info@lawreform.az

veb‐səhifə: http://www.lawreform.az/

© “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB, 2014


“

A

ZƏRBAYCAN



V

ƏKİLİ”


JURNALI

Jurnal pulsuz paylanılır.

Kağız formatı 21x29,7 A4, Tәbaşirli 115 qr/m

2

,



Sifariş № _____, Tiraj: 1000

“TimePrint” mәtbәәsindә ofset üsulu ilә çap olunmuşdur.

Bakı, Ş.Mәmmәdova 208,

Tel: +994 12 563 18 02, 562 96 64



Bakı şəhəri, Füzuli küçəsi 49,

SKS Plaza, 7‐ci mərtəbə

Tel/Faks: +994 12 492 28 83

e­mail: info@lawreform.az

veb‐səhifə: http://www.lawreform.az/


61   “Sualını vəkil cavablandırsın!” rubrikası

Asudə vaxt

66

Anton Pavloviç Çexovun “Mərc” hekayəsi.



Müsahibələr və mövqelər

“Residivə görə cəza təyin edilməsi barədə”

       Vəkillərin İxtisas Komissiyasının üzvü,

       hakim İkram Şirinov

10 “Cinayət mühakimə icraatında məhkəmə

        araşdırmasının hədlərinin aktual məsələləsi”

vəkil Əhməd Fərhadov

20 “Hüquq münasibətlərinn əlamətləri”

         vəkil Azər Nağıyev

24 “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin

           263‐1‐ci maddəsinin tətbiqi problemləri:

          Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan

          şəxs kimdir?” hüquqşünas Ərşad Hüseynov

30 “Fərdi məlumatların mühafizəsi üzrə nəzarət

          qurumları: Beynəxalq təcrübə, Azərbaycan

         Respublikası üçün perspektivlər” hüquqşünas

         Aysel Əsgərova

Məhkəmə aktları

39 “ “İpoteka haqqında” Azərbaycan Respublikası

          Qanununun 43.4‐43.8 və 48‐ci maddələrinin

          şərh edilməsinə dair”

          KM‐nin 28/10/2014‐cü il tarixli Qərarı



44 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin

         “Zeynalov Azərbaycana qarşı” 30/05/2013‐cü il

         tarixli Qərarı

Yerli mətbuat səhifələrindən

53 Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə

        hansı vəkillikdən söhbət gedə bilər?!



54 Vergi cinayətləri nə zaman, necə və kimlər

        tərəfindən törədilir?



56 Mənzili kirayə götürərkən yazılı müqavilə

        bağlamaq lazımdırmı?



56 Azərbaycanda 250‐dən artıq vətəndaşa pulsuz

       hüquqi yardım göstərilmişdir.



Beynəlxalq mətbuat səhifələrindən

57 Ofşor şirkətlər barədə bilməli olduğumuz 5 fakt.

59 Dünyada 10 ən kriminal rayon.

MÜNDƏRİCAT

­  2 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

Müsahibələr və mövqelər

İkram Şirinov

Vəkillərin İxtisas Komissiyasının üzvü, hakim

CİNAYƏT  PROSESSUAL QANUNVERİCİLİYİN

AKTUAL MƏSƏLƏLƏRİ (II YAZI)

RESİDİVƏ GÖRƏ  CƏZA TƏYİN

EDİLMƏSİ  BARƏDƏ

Bundan  əvvəlki yazımızda    cinayət mühakimə icraatı zamanı  məhkəmə baxışının  hədlərini

tənzimləyən  AR CPM‐nin 318‐ci maddəsinin praktikada tətbiqi zamanı ortaya çıxan bir sıra aktual

məsələlərə dair şəxsi mülahizələrimizi bildirmişdik.

Hazırkı yazımızda isə cinayət işlərinə baxılması zamanı tez­tez qarşılaşdığımız və eyni dərəcədə də

aktual  olan  bir  məsələyə  ‐  cinayətlərin  residivi  və  residivə görə  cəza  təyin  edilməsi  ilə bağlı

məsələlərə münasibət bildirmək istərdik.

Məlum olduğu  kimi,  əvvəlki  qanunvericilikdən  fərqli  olaraq  yeni  Cinayət  Məcəlləsində  cinayətin

residivinə münasibətdə mühüm irəliləyiş edilmiş və ayrıca normada residivin anlayışı verilmiş və

onun növləri müəyyən olunmuşdur.  (Azərbaycan Respublikası  Cinayət  Məcəlləsi.  Maddə  18.

Cinayətlərin residivi və onun növləri).

Yeni cinayət qanunu həm də, əvvəlki qanundan fərqli olaraq residivə görə cəza təyin edilməsinin

də xüsusi qadasını müəyyən etmişdir.  (Azərbaycan Respublikası  Cinayət  Məcəlləsi.  Maddə  65.

Residivə görə cəzanın təyin edilməsi)

Yeri gəlmişkən  qeyd  etmək lazımdır  ki,  eyni hüquq məkanına  daxil  olan  və  bizim  Cinayət

Məcəlləmizlə demək olar ki, əksərən eyniyyət təşkil edən və 1996‐cı ildə qəbul olunmuş Rusiya

Federasiyasının Cinayət Məcəlləsində də cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi

ilə bağlı oxşar institutlar mövcuddur.

(Óãîëîâíûé  Êîäåêñ  Ðîññèéñêîé  Ôåäåðàöèè.  Ñòàòüÿ  18.  Ðåöèäèâ  ïðåñòóïëåíèé.  Ñòàòüÿ  68.

Íàçíà÷åíèå íàêàçàíèÿ ïðè ðåöèäèâå ïðåñòóïëåíèé.)

Elə yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, qeyd olunan cinayət qanunları arasında əksər

məsələlərin tənzimlənməsində mahiyyət və prinsiplər baxımından oxşarlıqların olması ilə yanaşı,

müəyyən  fərqli  məqamlar  da mövcuddur.  Məsələn,  bizim hazırkı yazımızın mövzusu  olan

cinayətlərin residivi və ona görə cəza təyin edilməsi məsələsində qanunvericilik normalarının tam

oxşarlığı zəmnində, bir sıra fərqlər də mövcuddur.

Belə ki, bizim qüvvədə olan cinayət qanunumuzda (AR CM Maddə 18) nəzərdə tutulandan fərqli

olaraq, qonşu ölkənin  cinayət  qanununda  (RF  CM  Maddə  18)  residivin növlərinin müəyyən

edilməsində, habelə cinayətlərin residivi zamanı qəsdən törədilmiş olsa belə, böyük ictimai təhlükə

törətməyən cinayətə görə məhkumluğun nəzərə alınmaması təsbit edilmişdir.

Bundan başqa, residivə görə cəza təyin edilməsi zamanı bizim qanunvericiliyə əsasən (AR CM Maddə

65.) residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq

maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə

görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.


­  3 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Lakin RF CM‐nin residivə görə cəza təyin edilməsini tənzimləyən anoloji normasında  (RF CM Maddə

68) fərqli qayda, yəni residivin növlərindən – sadə, təhlükəli və ya xüsusi təhlükəli olmasından asılı

olmayaraq  cinayət  qanununun xüsusi  hissəsnin  maddəsində  nəzərdə tutulmuş  daha  ciddi  cəza

növünün yuxarı həddinin üçdə birindən az olmayan cəzanın təyin edilməsini nəzərdə tutur.

Göründüyü kimi, bizim qanunvericilikdə residivin növlərinin müəyyən olunması, residivin özünün

müəyyən edilməsi zamanı nəzərə alınmamalı hallara münasibətdə, eləcə də residivə görə cəza təyin

edilməsində çox sərt qaydalar müəyyən edilmişdir ki, bu da, fikrimizcə, ən azından təqsirə görə

məsuliyyət  (Maddə7.),  ədalət  prinsipi(Maddə  8.)  və  humanizim  prinsipini  (Maddə  9.) müəyyən

edən cinayət qanununun fundamental prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına uyğun

gəlmir və hesab edirik ki, qanunvericilik qaydasında cinayət qanununun istinad olunan (Azərbaycan

Respublikası Cinayət Məcəlləsi. Maddə 18; Məddə 65.) normalarının «yumşaldılma»sına ehtiyac

vardır.

Bununla yanaşı,  residivə görə  cəza  təyin  edilməsini  tənzimləyən  Azərbaycan Respublikasının



Cinayət Məcəlləsin 65‐ci maddəsinin özünün praktiki tətbiqi ilə bağlı da  məhkəmə təcrübəsində

fərqli yanaşmalar mövcuddur ki, bizim yazımız da əslində məhz bu məsələyə həsr olunmuşdur.

Birinci yazımızda olduğu  kimi,  bu yazımızda  da,  onun  daha anlaşılan olması üçün,  fikirlərimizi

məhkəmə praktikasından konkret cinayət işinə müraciət etməklə diqqətə çatdırmaq istərdik.

Belə ki, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2010‐cu il tarixli, 1(006)‐360/2010 saylı hökmü

ilə Abdullayev Fərhad Rufik oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132‐ci maddəsi ilə

təqsirli bilinmiş və barəsində cinayətin residivi nəzərə alınmadan Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin 65.3‐cü maddəsi tətbiq edilməklə, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir)

il müddətinə islah işləri cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1‐ci

maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2009‐cu il tarixli, 1(006)‐319/2009 saylı

hökmü ilə Abdullayev Fərhad Rafik oğluna təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsi

sonuncu hökm ilə ona təyin olunmuş islah işləri cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq

qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 2 (iki) ay müddətinə islah işləri cəzası təyin

edilmişdir.

Nəsimi Rayon Məhkəməsinin həmin hökümdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti

verilmişdir.

Dövlət ittihamçısı tərəfindən verilmiş həmin protestdən aydın olur ki, ittiham tərəfi həmin hökmlə

təqsirləndirilən şəxs  F.Abdullayev  tərəfindən törədilmiş  əməlin hüquqi tövsifi,  həmin  cinayət

əməlinin baş verməsi faktını, həmin cinayət əməlinin məhz F.Abduldlayev tərəfindən törədilməsini,

əməlin sübut olunub­olunmamasını, həmçinin də hökmlə ona təyin olunmuş cəzanın təqsirləndirilən

şəxsin şəxsiyyətinə  və  onun  islah olunması üçün cəzanın  məqsədini  təmin  edib‐etməməsini  və

nəhayət təyin olunmuş cəzanın ədalətliyi məsələsini mübahisələndirməmiş, başqa sözlə, hökmün

bu məziyyətləri ilə tam razılaşmışdır.

Protestdə yalnız F.Abdullayev barasində olan hökmün nəticə hissəsində Azərbaycan Respublikası

Cinayət  Məcəlləsinin  62‐ci  maddəsinə  istinad  edilməməsinin düzgün olmadığı göstərilmiş  və

apelyasiya instansiyası məhkəməsindən «protestin əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə

alınmaqla» hökmün dəyişdirilməsi xahiş olunmuşdur.

Dövlət ittihamsının  protestində əks olunmuş hüquqi mövqeyi  ondan ibarətdir ki, məhkəmənin

hökmü ilə t/ş F.Abdullayevə AR CM‐nin 65.3‐cü maddəsi tətbiq edilməklə cinayətin rensidivi nəzərə

alınmadan  cəza  təyin  edildiyindən, hökmün  nəticə  hissəsində  həm  də  CM‐nin  62‐ci  maddəsinə

istnad edilməli olduğu halda, məhkəmə bu tələbə  əməl etməmiş və bununla da  qanun pozuntuzuna

yol vermişdir.

Dövlət ittihamçısı  protestin əsaslandırıcı  hissəsində  isə yalnız  Azərbaycan Respublikası  Ali

Məhkəməsinin 25.06.2003‐cü il tarixli Plenum Qərarına istinad etmiş, başqa hər hansı maddi hüquq

normasına – normativ hüquqi akta istinad etməmişdir.

Fikrimizcə, dövlət ittihamçısının həmin hökümdən vermiş olduğu protestində əks olunmuş, eləcə

də   məhkəmə praktikasında  da  tez­tez  rast  olunan  bu mövqeyi hüquqi baxımdan açıq­aşkar


əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual

Məcəlləsində cinayət mühakimə icraatı zamanı tətbiq edilə bilən qanunvericiliyin mənbələri konkret

olaraq müəyyən edilmişdir.

Belə  ki,  Azərbaycan Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinin  2.1.1‐2.4‐cü  maddələrində

konkret  olaraq göstərilmişdir  ki,  Azərbaycan  Respublikası  Cinayət‐Prosessual  qanunvericiliyinə

Azərbaycan Respublikasının Konstitusiyası,  həmin  Məcəllə,  Azərbaycan Respublikasının  digər

qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəxalq müqavilələr daxildir.

Azərbaycan Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinin  10.1‐ci  maddəsinə  (Maddə10.

Qanunçuluq)  əsasən  məhkəmələr  və  cinayət  prosesinin iştirakçıları  Azərbaycan Respublikası

Konstitusiyasının,  bu  Məcəllənin,  Azərbaycan Respublikasının  digər qanunlarının,  habelə

Azərbaycan Respublikasının  tərəfdar çıxdığı  beynəlxalq müqavilələrin müddəalarına  ciddi  əməl

etməlidirlər.

Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan

və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində

məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə

və  digər  prosessual  məcburiyyət  tədbirlərinə  məruz qalması,  habelə  məhkum  edilməsinə,

cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

Azərbaycan Respublikası Konstitusiyasının  və  digər qanunlarının  təfsiri  cinayət  prosesi

iştirakçılarına  o  halda  məcburidir  ki,  bu  təfsir  Azərbaycan Respublikasının  Konstitusiya

Məhkəməsinin qərarında verilmiş olsun.

Həmin  normada birmənalı şəkildə  təsbit edilmişdir  ki,  Azərbaycan Respublikası  Ali  Məhkəməsi

Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən

orqanlar üçün tövsiyə xarakteri daşıyır.

Həmin  Məcəllənin  10.5‐ci  maddəsinin  tələbinə görə  isə  Qanunun  bu  maddəsində göstərilən

tələblərin pozulması  ilə aparılan  prosessual  hərəkətlərin  və  qəbul olunmuş qərarların hüquqi

qüvvəsi yoxdur.

Göründüyü kimi, qüvvədə olan cinayət prosessual qanunvericilik cinayət mühakimə icraatı zamanı

tətbiq edilməsi zəruri olan qanunvericilik aktlarının dairəsini konkret müəyyənləşdirmiş və cinayət

prosesini həyata keçirən orqanlar(şəxslər) üçün qərarlar qəbul edilərkən yalnız cinayət prosessual

qanunvericiliyin  həmin  Məcəllədə  nəzərdə  tutulan  mənbələrinə  istinad  edilməsinin  imperativ

olduğunu göstərmişdir.

Elə həmin normada Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə

dair məsələlər üzrə izahlarının  cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli

olması birbaşa göstərilmişdir.

Qanunun mənasından da görünür ki, məhkəmə təcrübəsinə dair izahlar tövsiyə xarakterli olmaqla,

yalnız  qanunvericilikdə birbaşa  təsbit  olunmayan  məsələlər  və  ya  bu  və  ya  digər normanın

məhkəmələr tərəfindən  tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticəsi kimi qanunauyğun vahid

məhkəmə praktikasının formalaşması  ilə bağlıdır.

Yuxarıda da qeyd edildiyi kimi dövlət ittihamçısının protestində məhkəmə tərəfindən F.Abdullayev

barəsində hökm çıxararkən cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş  mənbələrindən

hər hansı birinin pozulması və ya düzgün tətbiq edilməməsi deyil, yalnız məhkəmə təcrübəsinin

ümumiləşdirilməsi  ilə bağlı  Azərbaycan Respublikası  Ali  Məhkəməsi  Plenumunun  məhkəmə

təcrübəsinə dair, izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli qərarına

istinad edilmişdir ki, bu da heç bir halda prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə

bilməz.

Bundan başqa, həmin hökmdən protest verən dövlət ittihamçısı nəzərə almamışdır ki, Azərbaycan



Respublikası Cinayət Məcəlləsində residivə görə cəzanın təyin edilməsini tənzimləyən xüsusi norma

mövcuddur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi.

Maddə 65. Residivə görə cəzanın təyin edilməsi.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  4 ­



­  5 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

… 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin

müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli

residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

Göründüyü  kimi,  qanunverici  residivə  görə  cəza  təyin  edilməsini  digər,  yəni  residiv  olmayan

cinayətlərdən fərqləndirmiş və Məcəllənin 65.2‐ci maddəsində isə onun ümumi qaydasını müəyyən

etmişdir.

Eyni zamanda, qanunverici  residivə görə cəza təyin edilməsinin ümumi qaydaları ilə yanaşı, həm

də  (həm də çox haqlı və əsaslı olaraq) ondan istisna da nəzərdə tutan xüsusi norma da  müəyyən

etmişdir.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.3‐cü maddəsində nəzərdə tutulmuşdur

ki, cinayət törətmiş şəxsin məhkumluğu həmin Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici

əlamət kimi göstərildikdə, habelə həmin Məcəllənin 62‐ci maddəsində nəzərdə tutulmuş müstəsna

hallar  olduqda,  residivə,  təhlükəli  residivə  və  ya  xüsusi  təhlükəli  residivə  görə  cəza,  həmin

Məcəllənin 65.2‐ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.

Qanunun birmənalı, həm də açıq‐aşkar olan mənasından da aydın olur ki, cinayətin residivi (residiv,

təhlükəli residiv və ya xüsusi təhlükəli residiv olmasından asılı olmayaraq) zamanı məhkəmə hökm

çıxararkən,  əgər  Cinayət  Məcəlləsinin  62‐ci  maddəsində  nəzərdə  tutulmuş  müstəsna  halları

müəyyən edərsə, cəzanı residivə görə cəza təyin edilməsini müəyyən edən həmin Məcəllənin 65.2‐ci

maddəsində  nəzərdə  tutulmuş  qaydaları  nəzərə  almadan  təyin  etməlidir.  (Həm  də  nəzərdən

qaçırmaq olmaz ki, bu tələb imperativ xarakter daşıyır) Başqa sözlə, Cinayət Məcəlləsinin 65.3‐cü

maddəsi tələb edir ki, qanunda nəzərdə tutulmuş müstəsna hallar olduqda, məhkəmə residivi nəzərə

almadan, yəni ümumi qaydalar üzrə cəza təyin edilməlidir.

Sözsüz ki, bu vaxt söhbət yalnız təqsirləndirilən şəxsin təqsirli bilindiyi sonuncu cinayət əməlinə

görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı istənilən cəzanın və həm də  onun

həddində cəzanın təyin olunmasından gedir.

 Dövlət ittihamçısının həmin protestində istinad etdiyi AR Cinayət Məcəlləsinin 62‐ci maddəsinə

gəldikdə isə nəzərə almaq lazımdır ki, həmin norma ümumi cəza təyin edilməsindən fərqli olaraq,

Məcəllənin Xüsusi hisəsinin  müvafiq maddəsində müəyyən edilmiş həddən də az cəza və ya həmin

maddədə nəzərdə tutulandan – müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin, yaxud

təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsinin mümkünlüyünü nəzərdə tutur və

məhz bu məsələni tənzimləyir.

Göründüyü  kimi,  məhkəmə  təqsirləndirilən  şəxs  barəsində  ittiham  hökmü  çıxararkən  Cinayət

Məcəlləsinin  62‐ci  maddəsinə  istinad  etməsi  üçün  mütləq  qaydada,  həmin  normada  nəzərdə

tutulduğu kimi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlini nəzərdə tutan Məcəllənin

Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş:

1) ‐ya aşağı həddən də az cəza təyin etməli,

2) ‐ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin etməli, 3)‐yaxud da təyin

olunması məcburi olan əlavə cəzanı təyin etməməlidir.

 Başqa sözlə, məhkəmə yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin konkret maddəsində müəyyən

edilmiş aşağı həddən də daha az cəza təyin etdikdə və ya maddədə müəyyən ediləndən daha yüngül

cəza  növü  təyin  etdikdə  və  nəhayət  təyin  olunması  məcburi  olan  əlavə  cəzanı  təyin  etmədikdə

Cinayət Məcəlləsinin 62‐ci maddəsinə istinad edilməlidir.

Nəsimi Rayon Məhkəməsinin F.Abdullayev barəsində olan 24 avqust 2010‐cu il tarixli hökmdən də

görünür ki, Məhkəmə, həmin hökmlə F.Abdullayev Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsi

ilə təqsirli bilmiş, eyni zamanda Nəsimi Rayon Məhkəməsinin 31.07.2009‐cu il tarixli hökmü ilə

Azərbaycan Respublikası CM‐nin 322.1‐ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20

faiz tutulmaqla 1 il müddətinə islah işləri cəzasını çəkib qurtarmadığından və həmin cəzanı çəkdiyi

dövrdə  Azərbaycan  Respublikası  CM‐nin  132‐ci  maddəsində  nəzərdə  tutulan  cinayət  əməlini

törətdiyindən  və  onun  törətdiyi  hər  iki  cinayət  qəsdən  törədilən  cinayətlər  kateqoriyasına  aid

olduğundan, onun sonuncu cinayətinin cinayətin residivini yaratması məhkəmə tərəfindən müəyyən


olunmuş,  bununla yanaşı  Məhkəmə  F.Abdullayevin  barəsində cəzanı yüngülləşdirən halların

məcmusunu müstəsna hal olduğunu müəyyən etmiş və  Azərbaycan Respublikası CM­nin 65.3­cü

maddəsinə  əsasən  və  istinadən,  ona  residivi  nəzərə  almadan qazancından  20  faiz dövlət  nəfinə

tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzası təyin etmişdir.

Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM‐nin 67.1‐ci maddəsinə əsasən əvvəlki hökmlə

təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsini sonuncu hökmlə təyin edilmiş islah işləri

cəzası  ilə  qismən birləşdirərək,  F.Abdullayevə  qəti  olaraq qazancından  20  faiz dövlət  nəfinə

tutulmaqla 1(bir) il 2(ik) ay müddətinə islah işləri cəzası təyin etmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsi.

 Maddə 132. Döymə

Bu Məcəllənin 128‐ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair

zorakı hərəkətlərə fiziki ağrı yetirmə ‐

İki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək

müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmənin həmin hökmü ilə F.Abdullayevin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin 132‐ci maddəsindən də görünür ki, həmin maddənin sanksiyasından 200 manatadək

cərimə cəzası, 240 saatadək müddətə ictimai işlər cəzası və  6 ayadək müddətə azadlıqdan məhrum

etmə cəzası ilə yanaşı, həm də bir ilədək müddətə islah işləri cəzası da nəzərdə tutulmuşdur.

Belə olan halda aydın olur ki, Nəsimi Rayon Məhkəməsi F.Abdullayev barəsində 24 avqust 2010‐cu

il  tarixli hökmü  ilə  onu  Azərbaycan Respublikası  CM‐nin  132‐ci  maddəsi  ilə  təqsirli  bilərək,

Azərbaycan Respublikası CM­nin 65.3­cü maddəsinə istinad edərək, residivi nəzərə almadan, cəza

təyin etmənin ümumi qaydasına əsasən ona həmin maddədə müəyyən olunmuş cəza növü üzrə və

həm  də  həmin  maddədə müəyyən olunmuş  hədd  daxilində  cəza  təyin etmişdir. Başqa sözlə,

Məhkəmə F.Abdullayevə cəza təyin edərkən, ona təqsirli bilindiyi maddədə nəzərdə tutulan cəza

növünü  və  maddədə müəyyən  edilən  hədd  daxilində  cəza  təyin  etdiyindən, hökümdə  həm  də

Azərbaycan Respublikası CM‐nin 62‐ci maddəsinə istinad etmək üçün əsaslar olmamışdır, başqa

sözlə, Məhkəmə təqsirləndirilən şəxs F.Abdullayev barəsində Azərbaycan Respublikası CM­nin 62­ci

maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin etmədiyindən, onun barəsində olan həmin

hökmün nəticə hissəsində, dövlət ittihamçısının protestindəki mövqeyinə görə həm də Azərbaycan

Respublikası CM‐nin 62‐ci maddəsinə istinad edilməsi qətiyyən yolverilməzdir.

Qeyd olunanlardan da aydın olur ki, hökmdən protest verən dövlət ittihamçısının protestdə əksini

tapmış və heç bir maddi hüquq norması və normativ aktla əsaslanmayan mövqeyi, yəni məhkəmənin

F.Abdullayev barəsindəki həmin hökmündə Azərbaycan Respublikası CM­nin 65.3­cü maddəsi ilə

yanaşı,  həm  də  Azərbaycan Respublikası  CM‐nin  62‐ci  maddəsinə  də  istinad  etməli olmasının

zəruriliyi ilə bağlı mövqeyi hüquqi baxımdan əsaslı sayıla bilməz.

Bu  məsələ  ilə bağlı  fikir mübadiləsi aparılarkən  hakim həmkarlarımın,  eləcə  də dövlət

ittihamçılarının böyük əksəriyyətinin eyni mövqeydə,  yəni cinayətin residivi zamanı CM­nin 65.3­cü

maddəsi tətbiq edilərkən həm də CM‐nin 62‐ci maddəsinə istinad edilməsinin zəruri olmasını  və

bu vaxt onların bəzilərinin əsas kimi mövcud məhkəmə təcrübəsinə, bəzilərinin  isə Ali Məhkəmənin

Plenumunun yuxarıda istinad olunan Qərarına istinad etdikləri məlum olmuşdur.

Məlumat üçün bildirmək istəyirdik ki, yuxarıda da qeyd edildiyi kimi, cinayət qanunvericiliyinin bir

çox instutlarının, o cümlədən də residivə görə cəza təyin etmə ilə bağlı məsələlərdə eyniyyət təşkil

edən  Rusiya Federasiyasının  Cinayət  Məcəlləsinin  analoji normalarının  tətbiqi  ilə bağlı  həmin

ölkənin  cinayət hüququ  sahəsində tanınmış mütəxəssislərinin,  eləcə  də yuxarı  məhkəmə

orqanlarının bu məsələ ilə bağlı elmi əsaslandırılmış və praktik baxımdan öz təsdiqini tapan və bizim

hazırki yazıdakı mövqeyimizlə üst­üstə düşən oturuşmuş mövqeyi mövcuddur.

Məsələn: Başkırdıstan Respublikası, Ufa şəhəri, Demski rayon məhkəməsi 31 avqust 1998‐ci il tarixli

hökmü ilə Kudakayevi RF CM‐nin 30‐cu maddəsinin 3‐cü hissəsi və 105‐ci maddəsinin 1‐ci hissəsi

(qəsdəq adam öldürməyə cəhd etmə) ilə təqsirli bilərək 7 (yeddi ) il müddətinə azadlıqdan məhrum

etmə cəzasına məhkum etmişdir. Rayon məhkəməsi Kudakayevin 21 avqust  1991‐ci il tarixli hökmə



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin