A
ZƏRBAYCAN
V
ƏKİLİ
V nömrə
Residivə görə cəza təyin edilməsi barədə” Vəkillərin İxtisas Komissiyasının üzvü,
hakim İkram Şirinov
Cinayət mühakimə icraatında məhkəmə araşdırmasının hədlərinin aktual
məsələləri” vəkil Əhməd Fərhadov
Hüquq münasibətlərinin əlamətləri” vəkil Azər Nağıyev
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsinin tətbiqi
problemləri: Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimdir?
hüquqşünas Ərşad Hüseynov
Fərdi məlumatların mühafizəsi üzrə nəzarət qurumları: Beynəlxalq təcrübə,
Azərbaycan Respublikası üçün perspektivlər” hüquqşünas Aysel Əsgərova
Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə
bilər?!” ‐ yerli mətbuat səhifələrindən
Azərbaycanda 250‐dən artıq vətəndaşa pulsuz hüquqi yardım göstərilmişdir
‐ yerli mətbuat səhifələrindən
Dünyada 10 ən kriminal rayon” ‐ beynəlxalq mətbuat səhifələrindən
“Sualını vəkil cavablandırsın!” ‐ hüquqi məlumatlandırma rubrikası
“Anton Pavloviç Çexovun “Mərc” hekayəsi” ‐ asudə vaxt silsiləsindən
“Azərbaycan vəkili” jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Mətbu nəşrlərin reyestrində 3708 nömrəsi ilə qeydiyyata alınmışdır.
“Azərbaycan vəkili” jurnalının buraxılmasında məqsəd Azərbaycanda insan
hüquqlarının müdafiəsinə dəstək verilməsi, vəkil peşəsinin hüquqşünaslar arasında
təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud
olan aktual problemlərin tədqiqi ilə Vəkillik hüququ elminin inkişafına töhfə
verilməsindən ibarətdir.
Nəşr “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin təşkilati dəstəyi ilə işıq üzü
görmüş və Vəkillər Kollegiyasının üzvləri, həmçinin digər hüquqşünaslar arasında
pulsuz paylanılmaq üçün nəzərdə tutulmuşdur.
Redaksiya heyəti:
Baş redaktor: Anar Bağırov – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin
sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin
Seçki Komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru
Məsləhətçi: Fariz Məmmədov ‐ Vəkillər Kollegiyasının üzvü, Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri
Buraxılışa məsul şəxs: Fərhad Nəcəfov – “Azərbaycan Hüquq İslahatları
Mərkəzi” İB‐nin sədr müavini, hüquqşünas
Korrektor: İsrafil Əlili – “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB‐nin
ictimaiyyətlə əlaqələr üzrə koordinatoru, hüquqşünas
Redaksiyanın ünvanı:
Bakı şəhəri, Füzuli küçəsi 49,
SKS Plaza, 7‐ci mərtəbə
Tel/Faks: +994 12 492 28 83
email: info@lawreform.az
veb‐səhifə: http://www.lawreform.az/
© “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB, 2014
A
ZƏRBAYCAN
V
ƏKİLİ”
JURNALI
Jurnal pulsuz paylanılır.
Kağız formatı 21x29,7 A4, Tәbaşirli 115 qr/m
2
,
Sifariş № _____, Tiraj: 1000
“TimePrint” mәtbәәsindә ofset üsulu ilә çap olunmuşdur.
Bakı, Ş.Mәmmәdova 208,
Tel: +994 12 563 18 02, 562 96 64
Bakı şəhəri, Füzuli küçəsi 49,
SKS Plaza, 7‐ci mərtəbə
Tel/Faks: +994 12 492 28 83
email: info@lawreform.az
veb‐səhifə: http://www.lawreform.az/
61 Sualını vəkil cavablandırsın!” rubrikası
Asudə vaxt
66
Anton Pavloviç Çexovun “Mərc” hekayəsi.
Müsahibələr və mövqelər
2 “Residivə görə cəza təyin edilməsi barədə”
Vəkillərin İxtisas Komissiyasının üzvü,
hakim İkram Şirinov
10 “Cinayət mühakimə icraatında məhkəmə
araşdırmasının hədlərinin aktual məsələləsi”
vəkil Əhməd Fərhadov
20 “Hüquq münasibətlərinn əlamətləri”
vəkil Azər Nağıyev
24 “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
263‐1‐ci maddəsinin tətbiqi problemləri:
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan
şəxs kimdir?” hüquqşünas Ərşad Hüseynov
30 “Fərdi məlumatların mühafizəsi üzrə nəzarət
qurumları: Beynəxalq təcrübə, Azərbaycan
Respublikası üçün perspektivlər” hüquqşünas
Aysel Əsgərova
Məhkəmə aktları
39 “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanununun 43.4‐43.8 və 48‐ci maddələrinin
şərh edilməsinə dair”
KM‐nin 28/10/2014‐cü il tarixli Qərarı
44 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
Zeynalov Azərbaycana qarşı” 30/05/2013‐cü il
tarixli Qərarı
Yerli mətbuat səhifələrindən
53 Bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə
hansı vəkillikdən söhbət gedə bilər?!
54 Vergi cinayətləri nə zaman, necə və kimlər
tərəfindən törədilir?
56 Mənzili kirayə götürərkən yazılı müqavilə
bağlamaq lazımdırmı?
56 Azərbaycanda 250‐dən artıq vətəndaşa pulsuz
hüquqi yardım göstərilmişdir.
Beynəlxalq mətbuat səhifələrindən
57 Ofşor şirkətlər barədə bilməli olduğumuz 5 fakt.
59 Dünyada 10 ən kriminal rayon.
MÜNDƏRİCAT
2
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Müsahibələr və mövqelər
İkram Şirinov
Vəkillərin İxtisas Komissiyasının üzvü, hakim
CİNAYƏT PROSESSUAL QANUNVERİCİLİYİN
AKTUAL MƏSƏLƏLƏRİ (II YAZI)
RESİDİVƏ GÖRƏ CƏZA TƏYİN
EDİLMƏSİ BARƏDƏ
Bundan əvvəlki yazımızda cinayət mühakimə icraatı zamanı məhkəmə baxışının hədlərini
tənzimləyən AR CPM‐nin 318‐ci maddəsinin praktikada tətbiqi zamanı ortaya çıxan bir sıra aktual
məsələlərə dair şəxsi mülahizələrimizi bildirmişdik.
Hazırkı yazımızda isə cinayət işlərinə baxılması zamanı teztez qarşılaşdığımız və eyni dərəcədə də
aktual olan bir məsələyə ‐ cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi ilə bağlı
məsələlərə münasibət bildirmək istərdik.
Məlum olduğu kimi, əvvəlki qanunvericilikdən fərqli olaraq yeni Cinayət Məcəlləsində cinayətin
residivinə münasibətdə mühüm irəliləyiş edilmiş və ayrıca normada residivin anlayışı verilmiş və
onun növləri müəyyən olunmuşdur. (Azərbaycan Respublikası Cinayət Məcəlləsi. Maddə 18.
Cinayətlərin residivi və onun növləri).
Yeni cinayət qanunu həm də, əvvəlki qanundan fərqli olaraq residivə görə cəza təyin edilməsinin
də xüsusi qadasını müəyyən etmişdir. (Azərbaycan Respublikası Cinayət Məcəlləsi. Maddə 65.
Residivə görə cəzanın təyin edilməsi)
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, eyni hüquq məkanına daxil olan və bizim Cinayət
Məcəlləmizlə demək olar ki, əksərən eyniyyət təşkil edən və 1996‐cı ildə qəbul olunmuş Rusiya
Federasiyasının Cinayət Məcəlləsində də cinayətlərin residivi və residivə görə cəza təyin edilməsi
ilə bağlı oxşar institutlar mövcuddur.
(Óãîëîâíûé Êîäåêñ Ðîññèéñêîé Ôåäåðàöèè. Ñòàòüÿ 18. Ðåöèäèâ ïðåñòóïëåíèé. Ñòàòüÿ 68.
Íàçíà÷åíèå íàêàçàíèÿ ïðè ðåöèäèâå ïðåñòóïëåíèé.)
Elə yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, qeyd olunan cinayət qanunları arasında əksər
məsələlərin tənzimlənməsində mahiyyət və prinsiplər baxımından oxşarlıqların olması ilə yanaşı,
müəyyən fərqli məqamlar da mövcuddur. Məsələn, bizim hazırkı yazımızın mövzusu olan
cinayətlərin residivi və ona görə cəza təyin edilməsi məsələsində qanunvericilik normalarının tam
oxşarlığı zəmnində, bir sıra fərqlər də mövcuddur.
Belə ki, bizim qüvvədə olan cinayət qanunumuzda (AR CM Maddə 18) nəzərdə tutulandan fərqli
olaraq, qonşu ölkənin cinayət qanununda (RF CM Maddə 18) residivin növlərinin müəyyən
edilməsində, habelə cinayətlərin residivi zamanı qəsdən törədilmiş olsa belə, böyük ictimai təhlükə
törətməyən cinayətə görə məhkumluğun nəzərə alınmaması təsbit edilmişdir.
Bundan başqa, residivə görə cəza təyin edilməsi zamanı bizim qanunvericiliyə əsasən (AR CM Maddə
65.) residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə
görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
3
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Lakin RF CM‐nin residivə görə cəza təyin edilməsini tənzimləyən anoloji normasında (RF CM Maddə
68) fərqli qayda, yəni residivin növlərindən – sadə, təhlükəli və ya xüsusi təhlükəli olmasından asılı
olmayaraq cinayət qanununun xüsusi hissəsnin maddəsində nəzərdə tutulmuş daha ciddi cəza
növünün yuxarı həddinin üçdə birindən az olmayan cəzanın təyin edilməsini nəzərdə tutur.
Göründüyü kimi, bizim qanunvericilikdə residivin növlərinin müəyyən olunması, residivin özünün
müəyyən edilməsi zamanı nəzərə alınmamalı hallara münasibətdə, eləcə də residivə görə cəza təyin
edilməsində çox sərt qaydalar müəyyən edilmişdir ki, bu da, fikrimizcə, ən azından təqsirə görə
məsuliyyət (Maddə7.), ədalət prinsipi(Maddə 8.) və humanizim prinsipini (Maddə 9.) müəyyən
edən cinayət qanununun fundamental prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına uyğun
gəlmir və hesab edirik ki, qanunvericilik qaydasında cinayət qanununun istinad olunan (Azərbaycan
Respublikası Cinayət Məcəlləsi. Maddə 18; Məddə 65.) normalarının «yumşaldılma»sına ehtiyac
vardır.
Bununla yanaşı, residivə görə cəza təyin edilməsini tənzimləyən Azərbaycan Respublikasının
Cinayət Məcəlləsin 65‐ci maddəsinin özünün praktiki tətbiqi ilə bağlı da məhkəmə təcrübəsində
fərqli yanaşmalar mövcuddur ki, bizim yazımız da əslində məhz bu məsələyə həsr olunmuşdur.
Birinci yazımızda olduğu kimi, bu yazımızda da, onun daha anlaşılan olması üçün, fikirlərimizi
məhkəmə praktikasından konkret cinayət işinə müraciət etməklə diqqətə çatdırmaq istərdik.
Belə ki, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2010‐cu il tarixli, 1(006)‐360/2010 saylı hökmü
ilə Abdullayev Fərhad Rufik oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132‐ci maddəsi ilə
təqsirli bilinmiş və barəsində cinayətin residivi nəzərə alınmadan Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 65.3‐cü maddəsi tətbiq edilməklə, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir)
il müddətinə islah işləri cəzası təyin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1‐ci
maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2009‐cu il tarixli, 1(006)‐319/2009 saylı
hökmü ilə Abdullayev Fərhad Rafik oğluna təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsi
sonuncu hökm ilə ona təyin olunmuş islah işləri cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq
qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 2 (iki) ay müddətinə islah işləri cəzası təyin
edilmişdir.
Nəsimi Rayon Məhkəməsinin həmin hökümdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti
verilmişdir.
Dövlət ittihamçısı tərəfindən verilmiş həmin protestdən aydın olur ki, ittiham tərəfi həmin hökmlə
təqsirləndirilən şəxs F.Abdullayev tərəfindən törədilmiş əməlin hüquqi tövsifi, həmin cinayət
əməlinin baş verməsi faktını, həmin cinayət əməlinin məhz F.Abduldlayev tərəfindən törədilməsini,
əməlin sübut olunubolunmamasını, həmçinin də hökmlə ona təyin olunmuş cəzanın təqsirləndirilən
şəxsin şəxsiyyətinə və onun islah olunması üçün cəzanın məqsədini təmin edib‐etməməsini və
nəhayət təyin olunmuş cəzanın ədalətliyi məsələsini mübahisələndirməmiş, başqa sözlə, hökmün
bu məziyyətləri ilə tam razılaşmışdır.
Protestdə yalnız F.Abdullayev barasində olan hökmün nəticə hissəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 62‐ci maddəsinə istinad edilməməsinin düzgün olmadığı göstərilmiş və
apelyasiya instansiyası məhkəməsindən «protestin əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə
alınmaqla» hökmün dəyişdirilməsi xahiş olunmuşdur.
Dövlət ittihamsının protestində əks olunmuş hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmənin
hökmü ilə t/ş F.Abdullayevə AR CM‐nin 65.3‐cü maddəsi tətbiq edilməklə cinayətin rensidivi nəzərə
alınmadan cəza təyin edildiyindən, hökmün nəticə hissəsində həm də CM‐nin 62‐ci maddəsinə
istnad edilməli olduğu halda, məhkəmə bu tələbə əməl etməmiş və bununla da qanun pozuntuzuna
yol vermişdir.
Dövlət ittihamçısı protestin əsaslandırıcı hissəsində isə yalnız Azərbaycan Respublikası Ali
Məhkəməsinin 25.06.2003‐cü il tarixli Plenum Qərarına istinad etmiş, başqa hər hansı maddi hüquq
normasına normativ hüquqi akta istinad etməmişdir.
Fikrimizcə, dövlət ittihamçısının həmin hökümdən vermiş olduğu protestində əks olunmuş, eləcə
də məhkəmə praktikasında da teztez rast olunan bu mövqeyi hüquqi baxımdan açıqaşkar
əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual
Məcəlləsində cinayət mühakimə icraatı zamanı tətbiq edilə bilən qanunvericiliyin mənbələri konkret
olaraq müəyyən edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsinin 2.1.1‐2.4‐cü maddələrində
konkret olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual qanunvericiliyinə
Azərbaycan Respublikasının Konstitusiyası, həmin Məcəllə, Azərbaycan Respublikasının digər
qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəxalq müqavilələr daxildir.
Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsinin 10.1‐ci maddəsinə (Maddə10.
Qanunçuluq) əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası
Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl
etməlidirlər.
Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan
və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində
məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə
və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalması, habelə məhkum edilməsinə,
cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi
iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin qərarında verilmiş olsun.
Həmin normada birmənalı şəkildə təsbit edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən
orqanlar üçün tövsiyə xarakteri daşıyır.
Həmin Məcəllənin 10.5‐ci maddəsinin tələbinə görə isə Qanunun bu maddəsində göstərilən
tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi
qüvvəsi yoxdur.
Göründüyü kimi, qüvvədə olan cinayət prosessual qanunvericilik cinayət mühakimə icraatı zamanı
tətbiq edilməsi zəruri olan qanunvericilik aktlarının dairəsini konkret müəyyənləşdirmiş və cinayət
prosesini həyata keçirən orqanlar(şəxslər) üçün qərarlar qəbul edilərkən yalnız cinayət prosessual
qanunvericiliyin həmin Məcəllədə nəzərdə tutulan mənbələrinə istinad edilməsinin imperativ
olduğunu göstərmişdir.
Elə həmin normada Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə
dair məsələlər üzrə izahlarının cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli
olması birbaşa göstərilmişdir.
Qanunun mənasından da görünür ki, məhkəmə təcrübəsinə dair izahlar tövsiyə xarakterli olmaqla,
yalnız qanunvericilikdə birbaşa təsbit olunmayan məsələlər və ya bu və ya digər normanın
məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticəsi kimi qanunauyğun vahid
məhkəmə praktikasının formalaşması ilə bağlıdır.
Yuxarıda da qeyd edildiyi kimi dövlət ittihamçısının protestində məhkəmə tərəfindən F.Abdullayev
barəsində hökm çıxararkən cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş mənbələrindən
hər hansı birinin pozulması və ya düzgün tətbiq edilməməsi deyil, yalnız məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə
təcrübəsinə dair, izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli qərarına
istinad edilmişdir ki, bu da heç bir halda prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə
bilməz.
Bundan başqa, həmin hökmdən protest verən dövlət ittihamçısı nəzərə almamışdır ki, Azərbaycan
Respublikası Cinayət Məcəlləsində residivə görə cəzanın təyin edilməsini tənzimləyən xüsusi norma
mövcuddur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsi.
Maddə 65. Residivə görə cəzanın təyin edilməsi.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
4
5
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
… 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli
residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
Göründüyü kimi, qanunverici residivə görə cəza təyin edilməsini digər, yəni residiv olmayan
cinayətlərdən fərqləndirmiş və Məcəllənin 65.2‐ci maddəsində isə onun ümumi qaydasını müəyyən
etmişdir.
Eyni zamanda, qanunverici residivə görə cəza təyin edilməsinin ümumi qaydaları ilə yanaşı, həm
də (həm də çox haqlı və əsaslı olaraq) ondan istisna da nəzərdə tutan xüsusi norma da müəyyən
etmişdir.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.3‐cü maddəsində nəzərdə tutulmuşdur
ki, cinayət törətmiş şəxsin məhkumluğu həmin Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici
əlamət kimi göstərildikdə, habelə həmin Məcəllənin 62‐ci maddəsində nəzərdə tutulmuş müstəsna
hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, həmin
Məcəllənin 65.2‐ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.
Qanunun birmənalı, həm də açıq‐aşkar olan mənasından da aydın olur ki, cinayətin residivi (residiv,
təhlükəli residiv və ya xüsusi təhlükəli residiv olmasından asılı olmayaraq) zamanı məhkəmə hökm
çıxararkən, əgər Cinayət Məcəlləsinin 62‐ci maddəsində nəzərdə tutulmuş müstəsna halları
müəyyən edərsə, cəzanı residivə görə cəza təyin edilməsini müəyyən edən həmin Məcəllənin 65.2‐ci
maddəsində nəzərdə tutulmuş qaydaları nəzərə almadan təyin etməlidir. (Həm də nəzərdən
qaçırmaq olmaz ki, bu tələb imperativ xarakter daşıyır) Başqa sözlə, Cinayət Məcəlləsinin 65.3‐cü
maddəsi tələb edir ki, qanunda nəzərdə tutulmuş müstəsna hallar olduqda, məhkəmə residivi nəzərə
almadan, yəni ümumi qaydalar üzrə cəza təyin edilməlidir.
Sözsüz ki, bu vaxt söhbət yalnız təqsirləndirilən şəxsin təqsirli bilindiyi sonuncu cinayət əməlinə
görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı istənilən cəzanın və həm də onun
həddində cəzanın təyin olunmasından gedir.
Dövlət ittihamçısının həmin protestində istinad etdiyi AR Cinayət Məcəlləsinin 62‐ci maddəsinə
gəldikdə isə nəzərə almaq lazımdır ki, həmin norma ümumi cəza təyin edilməsindən fərqli olaraq,
Məcəllənin Xüsusi hisəsinin müvafiq maddəsində müəyyən edilmiş həddən də az cəza və ya həmin
maddədə nəzərdə tutulandan – müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin, yaxud
təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsinin mümkünlüyünü nəzərdə tutur və
məhz bu məsələni tənzimləyir.
Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən Cinayət
Məcəlləsinin 62‐ci maddəsinə istinad etməsi üçün mütləq qaydada, həmin normada nəzərdə
tutulduğu kimi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlini nəzərdə tutan Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş:
1) ‐ya aşağı həddən də az cəza təyin etməli,
2) ‐ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin etməli, 3)‐yaxud da təyin
olunması məcburi olan əlavə cəzanı təyin etməməlidir.
Başqa sözlə, məhkəmə yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin konkret maddəsində müəyyən
edilmiş aşağı həddən də daha az cəza təyin etdikdə və ya maddədə müəyyən ediləndən daha yüngül
cəza növü təyin etdikdə və nəhayət təyin olunması məcburi olan əlavə cəzanı təyin etmədikdə
Cinayət Məcəlləsinin 62‐ci maddəsinə istinad edilməlidir.
Nəsimi Rayon Məhkəməsinin F.Abdullayev barəsində olan 24 avqust 2010‐cu il tarixli hökmdən də
görünür ki, Məhkəmə, həmin hökmlə F.Abdullayev Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsi
ilə təqsirli bilmiş, eyni zamanda Nəsimi Rayon Məhkəməsinin 31.07.2009‐cu il tarixli hökmü ilə
Azərbaycan Respublikası CM‐nin 322.1‐ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20
faiz tutulmaqla 1 il müddətinə islah işləri cəzasını çəkib qurtarmadığından və həmin cəzanı çəkdiyi
dövrdə Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsində nəzərdə tutulan cinayət əməlini
törətdiyindən və onun törətdiyi hər iki cinayət qəsdən törədilən cinayətlər kateqoriyasına aid
olduğundan, onun sonuncu cinayətinin cinayətin residivini yaratması məhkəmə tərəfindən müəyyən
olunmuş, bununla yanaşı Məhkəmə F.Abdullayevin barəsində cəzanı yüngülləşdirən halların
məcmusunu müstəsna hal olduğunu müəyyən etmiş və Azərbaycan Respublikası CMnin 65.3cü
maddəsinə əsasən və istinadən, ona residivi nəzərə almadan qazancından 20 faiz dövlət nəfinə
tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzası təyin etmişdir.
Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM‐nin 67.1‐ci maddəsinə əsasən əvvəlki hökmlə
təyin olunmuş islah işləri cəzasının çəkilməmiş hissəsini sonuncu hökmlə təyin edilmiş islah işləri
cəzası ilə qismən birləşdirərək, F.Abdullayevə qəti olaraq qazancından 20 faiz dövlət nəfinə
tutulmaqla 1(bir) il 2(ik) ay müddətinə islah işləri cəzası təyin etmişdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsi.
Maddə 132. Döymə
Bu Məcəllənin 128‐ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair
zorakı hərəkətlərə fiziki ağrı yetirmə ‐
İki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məhkəmənin həmin hökmü ilə F.Abdullayevin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 132‐ci maddəsindən də görünür ki, həmin maddənin sanksiyasından 200 manatadək
cərimə cəzası, 240 saatadək müddətə ictimai işlər cəzası və 6 ayadək müddətə azadlıqdan məhrum
etmə cəzası ilə yanaşı, həm də bir ilədək müddətə islah işləri cəzası da nəzərdə tutulmuşdur.
Belə olan halda aydın olur ki, Nəsimi Rayon Məhkəməsi F.Abdullayev barəsində 24 avqust 2010‐cu
il tarixli hökmü ilə onu Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsi ilə təqsirli bilərək,
Azərbaycan Respublikası CMnin 65.3cü maddəsinə istinad edərək, residivi nəzərə almadan, cəza
təyin etmənin ümumi qaydasına əsasən ona həmin maddədə müəyyən olunmuş cəza növü üzrə və
həm də həmin maddədə müəyyən olunmuş hədd daxilində cəza təyin etmişdir. Başqa sözlə,
Məhkəmə F.Abdullayevə cəza təyin edərkən, ona təqsirli bilindiyi maddədə nəzərdə tutulan cəza
növünü və maddədə müəyyən edilən hədd daxilində cəza təyin etdiyindən, hökümdə həm də
Azərbaycan Respublikası CM‐nin 62‐ci maddəsinə istinad etmək üçün əsaslar olmamışdır, başqa
sözlə, Məhkəmə təqsirləndirilən şəxs F.Abdullayev barəsində Azərbaycan Respublikası CMnin 62ci
maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin etmədiyindən, onun barəsində olan həmin
hökmün nəticə hissəsində, dövlət ittihamçısının protestindəki mövqeyinə görə həm də Azərbaycan
Respublikası CM‐nin 62‐ci maddəsinə istinad edilməsi qətiyyən yolverilməzdir.
Qeyd olunanlardan da aydın olur ki, hökmdən protest verən dövlət ittihamçısının protestdə əksini
tapmış və heç bir maddi hüquq norması və normativ aktla əsaslanmayan mövqeyi, yəni məhkəmənin
F.Abdullayev barəsindəki həmin hökmündə Azərbaycan Respublikası CMnin 65.3cü maddəsi ilə
yanaşı, həm də Azərbaycan Respublikası CM‐nin 62‐ci maddəsinə də istinad etməli olmasının
zəruriliyi ilə bağlı mövqeyi hüquqi baxımdan əsaslı sayıla bilməz.
Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılarkən hakim həmkarlarımın, eləcə də dövlət
ittihamçılarının böyük əksəriyyətinin eyni mövqeydə, yəni cinayətin residivi zamanı CMnin 65.3cü
maddəsi tətbiq edilərkən həm də CM‐nin 62‐ci maddəsinə istinad edilməsinin zəruri olmasını və
bu vaxt onların bəzilərinin əsas kimi mövcud məhkəmə təcrübəsinə, bəzilərinin isə Ali Məhkəmənin
Plenumunun yuxarıda istinad olunan Qərarına istinad etdikləri məlum olmuşdur.
Məlumat üçün bildirmək istəyirdik ki, yuxarıda da qeyd edildiyi kimi, cinayət qanunvericiliyinin bir
çox instutlarının, o cümlədən də residivə görə cəza təyin etmə ilə bağlı məsələlərdə eyniyyət təşkil
edən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin analoji normalarının tətbiqi ilə bağlı həmin
ölkənin cinayət hüququ sahəsində tanınmış mütəxəssislərinin, eləcə də yuxarı məhkəmə
orqanlarının bu məsələ ilə bağlı elmi əsaslandırılmış və praktik baxımdan öz təsdiqini tapan və bizim
hazırki yazıdakı mövqeyimizlə üstüstə düşən oturuşmuş mövqeyi mövcuddur.
Məsələn: Başkırdıstan Respublikası, Ufa şəhəri, Demski rayon məhkəməsi 31 avqust 1998‐ci il tarixli
hökmü ilə Kudakayevi RF CM‐nin 30‐cu maddəsinin 3‐cü hissəsi və 105‐ci maddəsinin 1‐ci hissəsi
(qəsdəq adam öldürməyə cəhd etmə) ilə təqsirli bilərək 7 (yeddi ) il müddətinə azadlıqdan məhrum
etmə cəzasına məhkum etmişdir. Rayon məhkəməsi Kudakayevin 21 avqust 1991‐ci il tarixli hökmə
Dostları ilə paylaş: |