A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
bağlı məsləhətlər verir, vətəndaşların şikayətlərini araşdırır, fərdi məlumatların işlənməsinin
qanuniliyini yoxlayır, ictimaiyyəti fərdi məlumatların mühafizəsi ilə bağlı ölkədəki vəziyyət və digər
məsələlərlə bağlı məlumatlandırır.
Müfəttiş ölkədə fərdi məlumatların mühafizəsi vəziyyəti, qanun pozuntuları, təkmilləşdirilmə üzrə
tövsiyyələri özündə əks etdirən illik ictimai hesabatla çıxış edir. O, həmçinin ölkə Parlamenti və
hökumətə fərdi məlumatların mühafizəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər
vermək hüququna malikdir. O, üç il müddətinə təyin edilir və Baş Nazir tərəfindən təsis edilən,
hökumət, parlament, ədliyyə sistemi, ombudsman ofisi və vətəndaş cəmiyyəti nümayəndələrindən
ibarət komissiya tərəfindən seçilir. Müfəttiş elmi, pedoqoji və incəsənət fəaliyyəti istisna olmaqla,
digər ödənişli fəaliyyətlə məşğul ola, digər dövlət orqanında işləyə, hər hansı siyasi partiyanın üzvü
ola və ya siyasi fəaliyyətlə məşğul ola bilməz.
Rusiya: Rusiyanın Aİ‐nın Direktivi və AŞ Konvensiyası əsasında formalaşdırdığı qanunvericiliyi
fərdin razılığı olmadan müvafiq qanunvericiliyə malik olmayan ölkələrə məlumat ötürülməsini
ümumilikdə qadağan edir. Lakin ölkədə tənzimləyici qurumun təsis edilməsi, bu sahədə standart və
prosedurların müəyyənləşdirilməsi ləngiyir. Hazırda Rabitə, İnformasiya Texnologiyaları və KİV‐ə
nəzarət üzrə Federal Xidmət məlumatların işlənməsi, təftişi, tənzimləmələr və qaydaların nəşri və
məlumatları işləyənlər barədə bildirişlərin qəbul edilməsi üzrə məsul orqandır.
Nəticə
İctimaiyyət qarşısında fərdi məlumatların mühafizəçisi kimi əhəmiyyətli funksiya həyata keçirəcək
nəzarət qurumu yaradılarkən onun müstəqilliyi, effektivliyi, resursları və səlahiyyətləri məsələlərinə
xüsusi diqqət verilməlidir. Bütünlükdə fərdi məlumatların mühafizəsi sistemi bu quruma ictimaiyyət
tərəfindən etimad göstərilməsindən asılıdır. Öz funksiyalarını tamamilə müstəqil şəkildə həyata
keçirməyən nəzarət qurumları fərdi hüquq və azadlıqları effektiv şəkildə müdafiə edə bilməz.
Nəzarət qurumlarının müstəqilliyinə dair şübhələr mövcud olması və ya bu qurumların öz
səlahiyyətlərini effektiv şəkildə həyata keçirmək üçün kifayət qədər resursa malik olmaması barədə
vətəndaşlarda təəssurat yaranması onların fərdi məlumat və şəxsi həyat toxunulmazlığı
problemlərinin ciddi qəbul olunmasına inadırmaqda çətinliyin yaranmasına səbəb ola bilər.
Beləliklə, Azərbaycanda fərdi məlumatların mühafizəsi üzrə nəzarət qurumu yaradılarkən nəzərə
alınmalı olan əsas amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
‐ Nəzarət qurumlarının sayı. Əlavə Protokol Tərəflərə bir və ya daha çox nəzarət qurumu yaratmağa
imkan verir. Beləliklə, ölkədə vahid nəzarət qurumu və ya ümumi səlahiyyətlərə malik nəzarət
qurumu ilə yanaşı sektorlar (səhiyyə, poçt, telekommunikasiya və s.) üzrə nəzarət qurumlarının
yaradılması mümkündür;
‐ Nəzarət qurumunun müstəqilliyi. Qurumun təyin edilmə proseduru, səlahiyyət müddəti və maliyyə
asılılığının olmaması məsələləri onun müstəqilliyini şərtləndirən əsas amillər kimi nəzərə
alınmalıdır.
‐ Nəzarət qurumuna verilən səlahiyyətlərin həcmi. Təhqiqat, müdaxilə, hüquqi rəylər verilməsi,
prosessual fəaliyyətə cəlb edilə bilmək, fərdi məlumatların qeyri‐qanuni işlənməsini həyata keçirən
mülkiyyətçi və ya operatorun fəaliyyətinə qadağa qoyulması səlahiyyətləri nəzarət qurumuna fərdi
məlumatların effektiv mühafizəsini keçirməyə kömək edən səlahiyyətlərdir.
‐ Nəzarət qurumunun malik olduğu resurslar. Qurum fərdin xeyrinə təxirəsalınmaz və effektiv
tədbirlər həyata keçirə bilmək üçün zəruri texniki və insan resurslarına (hüquqşunaslar, kompüter
ekspertləri və s.) malik olmalıdır.
Əlavə Protokola əsasən, hər bir fərd öz şəxsi məlumatının işlənməsi hüquq və azadlıqları barədə
nəzarət qurumuna iddia vermək hüququna malik olmalıdır. Ölkəmizdə nəzarət qurumu yaradılarkən
daxili qanunvericilik bu cür hüququn şərti kimi iddianın nəzarət qurumuna verilməsini nəzərdə tuta
bilər. Bu isə Azərbaycanda məhkəmələrin iş yükünün yüngülləşməsinə və fərdi məlumatlarla daha
effektiv mühafizəsinə gətirib çıxara bilər.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
37
İnsanlar bu gün həmişəkindən daha çox bir dövlətlə məhdudlaşmayan və bir neçə ölkənin
yurisdiksiyasını əhatə edən məlumatların işlənməsi əməliyyatlarının birbaşa təsirinə məruz qalırlar.
Əlavə Protokolun tələblərindən biri kimi Azərbaycanda yaradılacaq nəzarət qurumunun digər
ölkələrin nəzarət qurumları ilə əməkdaşlığının formalaşdırılması isə ölkədə fərdi məlumatların
mühafizə səviyyəsinin daha da inkişafına və trans‐sərhəd məlumat axınının tənzimlənməsinin
asanlaşdırılmasına xidmət edəcəkdir. Belə ki, nəzarət qurumları arasında beynəlxalq əməkdaşlıq
insanların həm beynəlxalq, həm də milli səviyyədə öz hüquqlarını həyata keçirmək iqtidarında
olmalarına zəmanət verir.
Avropaya inteqrasiya, insan hüquqları və əsas azadlıqlarının təmin edilməsi, hüquqi dövlət
quruculuğunu inkişaf yolu seçmiş Azərbaycanın Əlavə Protokola qoşularaq ölkədə fərdi
məlumatların mühafizəsi üzrə nəzarət qurumunu təsis etməsi, bununla da vətəndaşların ən mühüm
konstitusion hüquqlarından birinin həyata keçirilməsinə şərait yaratması yaxın gələcəkdə reallaşa
bilər. Nəzarət qurumu formalaşdırılarkən mövcud qabaqcıl təcrübənin nəzərə alınması bu işin daha
effektiv həyata keçirilməsinə kömək edəcəkdir.
İstifadə olunmuş ədəbiyyatlar:
1. “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması
haqqında” konvensiyanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
2. “2009‐cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş“AzərbaycanRespublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum
Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan Respublikasinin Qanunu;
3. Explanatory report to Additional Protocol to the Convention for the Protection of Individuals with
regard to Automatic Processing of Personal Data regarding supervisory authorities and transborder
data flows;
4. Convention for the protection of individuals with regard to automatic processing of personal data,
Strasbourg, 28.I.1981;
5. Additional Protocol to the Convention for the Protection of Individuals with regard to Automatic
Processing of Personal Data regarding supervisory authorities and transborder data flows;
6. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu,
7.
http://conventions.coe.int/Treaty/Commun/ChercheSig.asp?NT=181&CM=8&DF=&CL=ENG
8. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2010‐cu il tarixli № 361 Fərmanı;
9. “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları”, Azərbaycan
Respublikası Prezidentinin 4 oktyabr 2010‐cu il tarixli Fərmanı ilə təsdiq edilmişdir;
10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasinin 20 iyun 2014‐cü il tarixli № 995‐IVQD Qanunu;
11. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2014‐cü il 20 iyun tarixli 995‐IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikasi Prezidentinin 8 iyul 2014‐cü il tarixli № 221 Fərmanı;
12. Directive 95/46/EC on the protection of individuals with regard to the processing of personal data
and on the free movement of such data;
13. Data Protection in the European Union: the role of National Data Protection Authorities. European
Union Agency for Fundamental Rights, 2010;
14. David H. Flaherty Protecting Privacy in Surveillance Societies: Federal Republic of Germany,
Sweden, France, Canada and the United States, 1989 the University of North Carolina Press;
15.
http://www.bfdi.bund.de/DE/Oeffentlichkeitsarbeit/Taetigkeitsberichte/TB_node.htl
16.
https://www.ldi.nrw.de/mainmenu_Ueberuns/submenu_UnsereAufgaben/index.php
17. http://ico.org.uk/about_us/our_organisation/management_board
18.
http://www.cnil.fr/linstitution/quisommesnous/
19.
http://zpd.gov.ua/dszpd/uk/index
20. http://personaldata.ge/en/legislation/nationallegislation
38
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Məhkəmə aktları
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4‐43.8 və 48‐ci
maddələrinin şərh edilməsinə dair
28 oktyabr 2014‐cü il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi‐
hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektin nümayəndəsi Şirvan Apellyasiya Məhkəməsinin hakimi Vüsal Cəbrayılovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı
Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin, Azərbaycan Respublikasının Mərkəzi Bankı
nəzdində Azərbaycan İpoteka Fondunun Hüquq şöbəsinin böyük məsləhətçisi Fərid
Hacıəbdülhəlimzadənin, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin Bank
nəzarətinin hüquqi təminat şöbəsinin aparıcı hüquq məsləhətçisi Fərid Bayramovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 43.4‐43.8 və 48‐ci maddələrinin şərh edilməsinə
dair müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin nümayəndəsinin və mütəxəssislərin
çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.4‐43.8 və 48‐ci maddələrinin hərracın
təkrar keçirilməsi barədə müddəalarının, tələbkarın ipoteka predmetini əldə etməməsi əsası və
ona xitam verilməsi proseduru baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdən göründüyü kimi, Z.Səmədov fərdi yaşayış evinin yüklü edilməsi ilə bağlı ipotekaya
xitam verilməsinə dair iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət etmişdir.
İddia onunla əsaslandırılmışdır ki, Masallı rayon Məhkəməsinin 13 may 2010‐cu il tarixli
qətnaməsi ilə N.Hüseynovun 33.320 ABŞ dolları 32 sent məbləğində kredit borcunun ipoteka
predmeti olan ona məxsus fərdi yaşayış evinə yönəldilərək evin hərrac yolu ilə satılması qət
edilmişdir.
“Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Külək” MMC) tərəfindən birinci hərrac
28 fevral 2011‐ci il, təkrar hərrac 15 mart 2011‐ci il tarixlərində keçirilmişdir. Bundan sonra 5
aprel 2011‐ci il tarixində isə daha bir hərrac keçirilmiş və 12 aprel 2011‐ci il tarixində tələbkara
ipoteka predmetini 30 təqvim günü ərzində ilkin hərrac qiymətindən 25 faiz aşağı qiymətə almaq
39
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
təklif edilmiş, əks halda ipotekaya xitam veriləcəyi bildirilmişdir. Tələbkar 20 aprel 2011‐ci il
tarixli məktubla hərracın təşkilatçısına müraciət edərək hərracın müvəqqəti dayandırılmasını, 1
sentyabr 2011‐ci il tarixli məktubla isə təklif üzrə hərəkətlərin bərpasını xahiş etmişdir. Bundan
sonra 8 sentyabr 2011‐ci il tarixində “Külək” MMC tərəfindən hərrac keçirilmiş və hərracın qalibi
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı (bundan sonra – “KredAqro” BOKT) olmuşdur. Həmin
tarixdə də sifarişçi Masallı rayon İcra Bölməsi ilə hərracın qalibi arasında hərracın yekunları üzrə
əmlakın alqı‐satqısı barədə müqavilə imzalanmışdır.
Masallı rayon Məhkəməsinin 15 yanvar 2013‐cü il tarixli qətnaməsi ilə Z.Səmədovun iddiası təmin
edilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin 16 aprel 2013‐cü il tarixli qətnaməsi ilə cavabdeh “KredAqro”
BOKTnin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Masallı rayon Məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2013‐cü il tarixli
qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün
həmin məhkəməyə göndərilmişdir.
Müraciətdə qeyd olunur ki, hərrac təşkilatçısı tərəfindən üç dəfə hərrac keçirilmişdir.
Qanunvericilikdə təkrar hərracın keçirilməsi nəzərdə tutulsa da, onun ikinci hərracla
yekunlaşması, yaxud bundan sonra da hərrac keçirilməsinin mümkünlüyü müəyyən edilməmişdir.
Bu isə məhkəmə təcrübəsində qeyri‐müəyyənliyə səbəb olduğundan, həmin məsələni tənzimləyən
“İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsinin şərh edilməsinə zərurət vardır.
Müraciətdə həmçinin göstərilir ki, “İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsinə əsasən ipoteka
saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka
predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddədən göründüyü kimi, ipoteka
saxlayanın hərəkətsizliyi ipotekaya xitam verilməsinin əsas şərti kimi göstərilmişdir. Lakin ipoteka
saxlayanın müəyyən olunan müddətdən sonra ipoteka predmetini əldə etmək istəyi olduğu halda,
ipotekaya xitam verilməsinə səbəb olub‐olmaması həmin Qanunda tənzimlənməmişdir.
Bundan başqa, “İpoteka haqqında” Qanunun 48‐ci maddəsində ipotekaya xitam verilməsinin
halları göstərilmişdir. Lakin həmin maddədə “təkrar hərrac baş tutmamış elan edildikdən sonra
ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə” müddəası ipotekaya
xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır.
Beləliklə, müraciətedənin fikrincə, “İpoteka haqqında” Qanunun 43.4‐43.8 və 48‐ci maddələrinin
tətbiqi məhkəmə təcrübəsində müəyyən çətinliklərə səbəb olduğundan onların şərh edilməsi
zərurəti yaranmışdır.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, ipotekanın yaranması
əsaslarını, tərəflərin hüquq və vəzifələrini, borcun və digər mülki hüquqi öhdəliklərin ipoteka
hesabına ödənilməsi qaydalarının qanunvericilik baxımından açıqlanmasını vacib hesab edir.
Mülkiyyət hüquq münasibətlərilə yanaşı, öhdəlik hüquq münasibətləri də əmlak hüquq
münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst
yerdəyişməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM)
385.1‐ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə
müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər
göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin
icrasını tələb etmək hüququ vardır.
Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 30 dekabr
2008ci il tarixli Qərarında göstərildiyi kimi, öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq,
onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə MM‐də kreditorla müqayisədə
borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən
öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM‐in 460‐cı maddəsinə
əsasən girov (ipoteka) belə üsullardan biridir.
MM‐in 269.1‐ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov
40
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa
öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
Bu baxımdan, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə
yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma
təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir.
Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın
yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin
ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla
tənzimlənir.
Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə
və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
(MM‐in 317.1‐ci maddəsi).
“İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən
33‐cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,
ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları,
hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri
“İpoteka haqqında” Qanunun 42 və 43‐cü maddələri ilə tənzimlənir.
Həmin Qanunun 43.1‐ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı
olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina
etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə
ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın
təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi
informasiya vasitəsində məlumat dərc etdirir.
“İpoteka haqqında” Qanunun 43.3‐43.5‐ci maddələrinə əsasən hərracın baş tutmaması barədə
elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla
müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka
saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3‐cü maddəsində nəzərdə tutulmuş müqavilə
baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar
hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42‐ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2‐ci maddəsində
nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.
“İpoteka haqqında” Qanunun 43.7 və 43.8‐ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1‐ci
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan
edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz
az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra
30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Qanunun yuxarıda göstərilən normaları
baxımından hərracın təkrar keçirilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
“İpoteka haqqında” Qanunun 43‐cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu
Qanunun 42‐ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə
tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2‐ci maddəsində nəzərdə tutulmuş
səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar
keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15
faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1,
43.1.3 və 43.1.4‐cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki
nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol
imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə
alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti
dəyişməmiş saxlanılır.
41
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1‐ci
maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş
tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6‐cı maddəsinə əsasən təkrar
hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın
qalibi olur.
“İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4‐cü maddələrində nəzərdə tutulmuş hallara
görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka
predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı
verilir. (“İpoteka haqqında” Qanunun 43.7 və 43.8‐ci maddələri).
Müraciətdən və Konstitusiya Məhkəməsi Plenumunun iclasındakı çıxışlardan göründüyü kimi,
bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək
üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və
ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təkrar hərrac adı ilə üç və daha
çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın
hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün
ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsində nəzərdə
tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.
Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsində nəzərdə tutulmuşdur ki,
təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan
tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43‐cü
maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni
hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
“İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin
keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub‐
olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu
qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan
edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az
olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.
“İpoteka haqqında” Qanunun 43.8‐ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini
yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün
intizamlandırmaq məqsədini daşıyır.
İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi,
ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu
yaradır.
“İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın
qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla
qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar.
Müraciətdə həmçinin göstərilir ki, “İpoteka haqqında” Qanunun 48‐ci maddəsində ipotekaya xitam
verilməsinin əsasları sırasında Qanunun 43.8‐ci maddəsinin “ipoteka saxlayan təkrar hərrac baş
tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə”
müddəası ipotekaya xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır.
Bundan başqa, “İpoteka haqqında” Qanunda ipotekaya xitam verilməsi göstərilsə də, xitam
verilmənin prosessual qaydası, yəni ipotekaya hansı orqan (məhkəmə və ya digər orqan)
tərəfindən hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında)
xitam verilməli olması qeyd olunmamışdır.
Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ipotekaya xitam verilməsi
halları “İpoteka haqqında” Qanunun 48‐ci maddəsində göstərilmişdir.
Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas
42
Dostları ilə paylaş: |