Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5430
1   2   3   4   5   6   7   8   9   10   11

İstinad edilən mənbələr:

1. Azərbaycan Respublikası Konstitusiyası

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐

Prosessual Məcəlləsinin 43.1.1, 314.2‐ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi

ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 15 fevral 2008‐ci il

tarixli Qərarı

3. Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsi

4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət‐

Prosessual Məcəlləsinin 409‐cu maddəsinin şərh edilməsinə dair” 19 iyul 2002‐ci il tarixli Qərarı

5.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun Azərbaycan  Respublikası  Ali

Məhkəməsinin  Hərbi  kollegiyasının  07  iyul  2011‐ci  il  tarixli  qərarının  Azərbaycan  Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012‐ci il tarixli Qərarı

6. Məhkəmələr və hakimlər haqqında  Azərbaycan Respublikasının Qanunu

7. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  18 ­



­  19 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Azər Nağıyev

Vəkillər Kollegiyasının üzvü

HÜQUQ MÜNASİBƏTLƏRİNİN

ƏLAMƏTLƏRİ

Hüquq münasibətləri ictimai münasibətlərin xüsusi növüdür. Bəs hüquq münasibətlərinin xarakterik

əlamətləri  hansılardır?  Hüquq  elmi  və  doktrinası  onların  bir  sıra  xarakterik  əlamətlərini

müəyyənləşdirir.

Birincisi, hüquq münasibətləri həmişə və bütün  hallarda istinasız olaraq, hüquq normaları ilə bağlı

olur. Hüquq  münasibətləri  hüquq  norması  ilə    nəzərdə tutulan  ictimai  münasibətlərdir.  Hüquq

norması  hüquq  münasibətlərinin  yaranması,  dəyişdirilməsi  və  xitamı  şərtlərini  nəzərdə    tutur.

Göstərilən bu şərtlər normanın hipotezasında əksini tapır və onlar hüquqi faktlar adlanır. Elə burada

subyektlərə  aid  tələb  olunan  əlamətlər  nəzərdə  tutulur,  yəni  hüquq  münasibətlərinin  iştirakçısı

olmaq  şərtləri  (hüquq  qabiliyyəti  və  fəaliyyət  qabiliyyəti  şərtləri).  Normanın  dispozisiyasında

müvafiq  hüquq  münasibətlərinin  iştirakçılarının  hüquq  və  vəzifələri,  habelə  qadağa  və

məhdudiyyətlər nəzərdə tutulur. Hüquq normasının sanksiyası qoruyucu hüquq münasibətlərini

modelləşdirir, bu o halda baş verir ki, münasibət iştirakçıları qadağaya əməl etməsin və ya hüquqi

öhdəliyi  yerinə  yetirməmiş  olsun.  Normanın  həm  hipotezası,  həm  də  dispozisiyası  hüquq

münasibətləri ilə tənzimlənən ictimai münasibətləri nəzərdə tutur. Məsələn, oğurluğu qadağan edən

cinayət hüquq normasında hüquq münasibətlərinin obyekti kimi mülkiyyət münasibətləri çıxış edir

(AR CM‐nin 177‐ci maddəsi). Digər misal, ailə hüququnun norması valideynlərin uşağın tərbiyəsi

üzrə  hüquq  və  vəzifələrini  göstərir.  Bu  normanın  obyekti  kimi  valideynlərlə  uşaqlar  arasındakı

faktiki ailə münasibətləri çıxış edir (AR Ailə Məcəlləsinin 49‐cu maddəsi). Hüquq münasibətlərinin

bu obyekti ümumi şəkildə ailə hüququ normasında nəzərdə tutmuşdur.

Əgər  faktiki  ictimai  münasibətlər  (məsələn,  alqı‐satqı,  icra  və  s.  münasibətlər)  hüquq  normaları

əsasında qurularsa, onda bu münasibətlər hüquq münasibətləri forması alır. Bu formanı yalnız o

münasibətlər  alır  ki,  həmin  münasibətlər  hüquq  normaları  ilə  nizama  salınır.  Hüquq  norması

yoxdursa, onda hüquq münasibəti də mövcud deyil. Hüquq münasibəti elə bir formadır ki, burada

mücərrəd  xarakterli  hüquq  forması  konkret  olaraq  ifadə  edilir.  Lakin,  heç  də  bütün  ictimai

münasibətlər hüquq normalarının köməyi ilə tənzimlənir. Bu münasibətlərin müəyyən qrupu əxlaq,

adət və s. normaların vasitəsi ilə nizama salınır. Belə halda, şübhəsiz ki, hüquq münasibətlərindən

danışmaq olmaz. İctimai münasibət ona görə və ya o zaman hüquq münasibəti adlanır ki, o, hüquq

normaları ilə tənzimlənir. “Hüquq münasibətləri ilə hüquq norması arasındakı vacib qarşılıqlı əlaqə

hər bir konkret hüquq münasibətlərinin qanunçuluq tələbi nöqteyi‐nəzərdən vacib tərkib hissəsidir”

(1).

İkincisi, hüquq münasibətləri hüquq normalarını realizə etdiyinə və onların tələbinə uyğun olaraq



meydana gəldiyinə görə, hüquq münasibətləri həmişə iradəvi və şüurlu xarakter daşıyır. Bu onunla

izah  olunur  ki,  hüquq  münasibətləri  ideoloji  münasibətlərin  bir  növüdür. İdeoloji  münasibətlər

həmişə iradəvi xarakter daşıyır. İdeoloji münasibət növü kimi hüquq münasibətləri insanların şüur

və  düşüncələrindən  keçir  və  son  məqamda  başa  düşülmüş,  dərk edilmiş,  beləliklə  də,  iradəvi

münasibət kimi çıxış edir.


­  20 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

Hüquq  münasibətlərinin  iradəvi  xarakter  daşıması  iki  mənada  başa  düşülməlidir:  geniş  və  ya

obyektiv mənada; məhdud və ya subyektiv mənada. Hüquq münasibətlərinin  obyektiv və ya geniş

mənada  iradəvi  xarakterə  malik  olması  onu  ifadə  edir  ki,  bu  münasibətlərdə  dövlət  iradəsi  əks

olunur.  Belə  ki,  dövlət  iradəsi ümümməcburi  davranış  qaydalarında,  yəni  hüquq  normalarında

təzahür  edir.  Bu  normalar  hüquq  münasibəti  iştirakçılarının  hüquq  və  vəzifələrini  tənzimləyir.

Həmin normalar onlar üçün məcburi qüvvəyə malikdir. Bu normalar vasitəsi ilə də dövlət iradəsi

konkret  hüquq  münasibətlərində öz  əksini  tapır. Özü  də  dövlət  iradəsi  hüquq  münasibəti

iştirakçılarının    iradəsindən  asılı  deyil.  Bu  mənadan  və  baxımdan  o,  obyektiv  iradədir. Hüquq

münasibətlərinin məhdud və ya subyektiv mənada iradəvi xarakterə malik olması onu ifadə edir

ki,  bu  münasibətlərdə  tərəflərin  (iştirakçıların)  subyektiv,  fərdi‐şəxsi  və  konkret  iradələri  əks

olunur. Hüquq normasının mövcudluğu hələ öz‐özlüyündə avtomatik olaraq hüquq münasibətinin

meydana  gəlməsinə  və  sonra  isə  fəaliyyət  göstərməsinə  dəlalət  etmir.  Bunun  üçün  vacibdir  ki,

tərəflərdən heç olmasa biri, öz iradəsini ifadə etsin və bildirsin. K.Marksın fikrincə, forması müqavilə

olan hüquq münasibətləri elə iradəvi münasibətlərdir ki, burada iqtisadi münasibətlər ifadə olunur.

O  göstərirdi  ki,  əmtəələrin  mübadiləsi  üzrə  hüquq  münasibətləri iradəvi  akta  əsaslanır.  Bu  cür

münasibətlər  iradəvi  münasibətlərdir  (2).    Hegel  iradəni  hüququn  çıxış  nöqtəsi  adlandırırdı(3).

Engels belə hesab edirdi ki, insanı fəaliyyət göstərməyə vadar edən nə varsa, hamısı mütləq onun

beyninə düşür və iradəsinə təsir edir. O yazırdı ki, cəmiyyət tarixində düşüncəyə və şüura malik

olan, qarşılarına müəyyən məqsəd qoyan, təfərrüatına qədər düşünən və ya ehtirasla hərəkət edən

insanlar fəaliyyət göstərirlər. Burada dərk edilmədən, düşünülmədən və arzu olunmadan məqsədsiz

heç nə edilmir (4).

Yaranmamışdan  əvvəl  hüquq  münasibətləri  əvvəlcə  tərəflərin  şüurundan  və  iradəsindən  keçir.

Sonra tərəflərin iradəvi aktı nəticəsində bu münasibətlərin əmələ gəlməsinin əsası və başlanğıcı

qoyulur. Deməli, hüquq münasibətləri şüurlu‐iradəvi mahiyyətə malik olan hadisədir.

Bir qayda olaraq, tərəflərin iradəsi hüquq münasibətinin yaranması və həyata keçirilməsi prosesinin

bütün mərhələlərində təzahür edir. Məsələn, alqı‐satqı, podrat, daşıma, kirayə, icarə, borc, kredit

və digər müqavilələr əsasında yaranan hüquq münasibətlərində tərəflərin iradəsi prosesin bütün

mərhələlərində  ifadə  olunur.  İctimai  münasibətlərin  hərəkətini  ifadə  edən  bu  cür  hüquq

münasibətləri mübahisəsiz olaraq həmişə iradəvi münasibətlərdir. Burada tərəflərin iradəsi hüquq

münasibətinin  yaranmasından  bu  münasibətin  həyata  keçirilməsi  başa  çatanadək  bütün

mərhələlərdə ifadə olunur.

Amma elə hüquq münasibətləri vardır ki, burada tərəflərin iradəsi prosesin hüquq münasibətinin

yaranması  kimi  mərhələsində  təzahür  etmir.  Bu  cür  münasibətlər  tərəflərin  iradəsindən  asılı

olmadan əmələ gəlir. İradə yalnız hüquq münasibətlərinin həyata keçirilməsi və icra mərhələsində

ifadə olunur. Belə ki, tərəflərin iradələrindən asılı olmadan əmələ gələn qarşılıqlı hüquq və vəzifələr

onların  iradələri  əsasında  həyata  keçirilir,  icra  edilir.  İctimai  münasibətlərin  qorunmasını  və

möhkəmləndirməsini ifadə edən hüquq münasibətləri bu cür münasibətlərə misal ola bilər. Məsələn,

vətəndaş minik avtomobilini sürərkən öz qonşusunun əmlakını zədələyərək, onu yararsız hala salır

və zərər vurur. Bununla delikt öhdəliyi, yəni zərər vurmaq nəticəsində hüquq münasibəti yaranır.

Bu münasibətə görə vətəndaş (zərərvuran) qonşunun (zərərçəkmişin) əmlakına vurduğu zərərin

əvəzini  ödəyir.  Prosesin  bu  mərhələsində,  yəni  zərərin  əvəzini  ödəmək  vəzifəsinin  icrası

mərhələsində artıq iradə ifadə olunur. Belə ki, vətəndaş (zərərvuran) öz vəzifəsini  başa düşərək

icra edir. Baxmayaraq ki, burada  prosesin bütün mərhələlərində tərəflərin iradəsi ifadə olunmur,

bu cür münasibətləri iradəvi münasibətlər hesab etmək olar.

O.S.İoffe göstərir ki, ictimai istehsal münasibətlərinin qorunmasını ifadə edən hüquq münasibətləri

(məsələn, delikt öhdəlikləri və s.) qeyri‐iradəvi münasibətlərdir. Müəllif bunu onunla izah edir ki,

həmin münasibətlər tərəflərin iradəsindən asılı olmadan əmələ gəlir. Bundan əlavə o, göstərir ki,

K.Marks yalnız müqavilə münasibətlərini iradəvi münasibətlər hesab edir. Onun fikrincə, K.Marksın

sözlərindən  belə  nəticə  çıxarmaq  olmaz  ki,  bütün  hüquq  münasibətləri iradəvi  münasibətdir.

Fikrimizcə,  O.S.İoffenin  irəli  sürdüyü  fikir  və  mülahizələr,  inandırıcı  görünmür  və  o,  Marksın


­  21 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

fikrindən  düzgün  nəticə çıxarmamışdır.  Belə  ki,  Marks  heç  bir  vaxt  “yalnız  müqavilə

münasibətlərinin (hüquq münasibətlərinin) iradəvi münasibət olması barədə” fikir söyləmir. Marks,

sadəcə olaraq, həmin münasibətlərin iradəvi olmasını göstərir (5). Üçüncüsü, hüquq münasibətləri

konkret şəxslər arasında mövcud olan ikitərəfli (qarşılıqlı) münasibətlərdir. O, subyektsiz (şəxssiz)

mücərrəd əlaqə  deyildir.  İstənilən  hüquq  münasibəti,  heç  olmazsa,  iki  subyekt  arasında  yaranır.

Həmin münasibətlərdə tərəf rolunda çıxış edən subyektləri həmişə konkret olaraq müəyyən etmək

mümkündür.  Hətta  belə  onları  adbaad  çağırmaq  da  olar.  Məsələn,  alıqı‐satqı  hüquq  münasibəti

alıcı‐satıcı, icarə hüquq münasibəti icarəyə verən – icarəçi, daşıma hüquq münasibəti daşıyıcı –yük

göndərən,  mülkiyyət  hüquq  münasibəti  mülkiyyətçi  ‐ əhatə  dairəsi  bilinməyən    üçüncü  şəxslər

(“hamı  və  hər  kəs”)  və  s.  arasında  əmələ  gəlir.  Özü  də  subyektlərdən  (hüquq  münasibəti

iştirakçılarından) biri ya hüquqlara malik olur, digəri isə vəzifə daşıyır, ya da ki hər iki subyekt eyni

vaxtda və zamanda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar. Məsələn, bank əmanəti

müqaviləsindən  əmələ  gələn  hüquq  münasibətində  bank  yalnız  vəzifə  (əmanəti  əmanətçiyə

qaytarmaq vəzifəsi) daşıyır, əmanətçi isə yalnız hüquqa (əmanətinin faizi ilə verilməsini tələb etmək

hüququna) malikdir. Alqı‐satqı, icarə, podrat, kirayə və s. müqavilələrdən yaranan münasibətlərdə

çıxış edən tərəflər eyni vaxtda həm hüquqlara malik olur, həm də vəzifələr daşıyırlar.

Hüquq və vəzifələr hüquq münasibətlərində iştirak edən subyektləri qarşılıqlı surətdə bir‐biri ilə

bağlayır və əlaqələndirir. Hüquq elmi onları subyektiv hüquq və hüquqi vəzifə adlandırır. Bax, bu

hüquq  və  vəzifələrin  vasitəsi  ilə  hüquq  münasibəti  iştirakçıları  arasında  həmişə  ikitərəfli  əlaqə

yaranır. Bu əlaqənin özü elə hüquq münasibəti deməkdir. Elə bir münasibət ki, bu münasibətdə

iştirak edən tərəflərdən birinin malik olduğu hüquq digər tərəfin daşıdığı vəzifəyə uyğun gəlir və

ya əksinə, əgər tərəflərdən biri hər hansı müəyyən hüquqa malik olarsa, onda hökmən və mütləq

digər tərəfin üzərinə bu hüquqa uyğun gələn vəzifə həvalə edilir və qoyulur. Məsələn, banka əmanətə

pul qoyan vətəndaş (əmanətçi) həmin pulun qaytarılmasını tələb etmək hüququna malikdir. Bankın

üzərinə əmanəti qaytarmaq kimi vəzifə düşür ki, bu vəzifə vətəndaşın malik olduğu hüquqa uyğun

gəlir (AR  MM‐in 944­cü maddəsi).

Hüquq münasibəti həmişə ikitərəfli əlaqə deməkdir. Bu münasibətdə iştirak edən tərəflər bir‐biri

ilə  qarşılıqlı  hüquq  və  vəzifələrlə  bağlıdır.  Onların  hərəkətləri  əlaqələndirilir,  uzlaşdırılır,  idarə

olunur. Göstərdiyimiz cəhət və xüsusiyyətlər digər ictimai münasibətlərdə (məsələn, siyasi, əxlaq,

estetik və s. münasibətlərdə) müşahidə olunmur.

İctimai münasibətlərin digər növlərində olduğu kimi, hüquq münasibətləri də müxtəlif subyektlər

­ dövlət, dövlət və qeyri‐hökumət təşkilatları, vətəndaşlar arasında əlaqələri təşkil edir. Lakin, digər

əlaqələrdən fərqli olaraq bu əlaqə hüquqi xarakter daşıyır, hüquq normalarına əsaslandığına görə

hüquqi  əlaqə  hesab  edilir. Hüquq  ictimai münasibətlərə  təsir  edərək  insanlar arasındakı  faktiki

ictimai  əlaqələrə hüquqi  forma  verir.  Bu  mənada hüquq münasibətləri  real  əlaqələrin hüquqi

ifadəsidir.

Hüquq  münasibətlərinin  tərəfləri  həmişə  subyektiv  hüquqlara  malik  olur  və  hüquqi  öhdəliklər

daşıyır.  Hüquq  münasibətlərinin  məzmunu  onun  iştirakçılarının  idarəsinin  ifadəsi,  hüquq

normasının  fəaliyyəti  və  habelə  hüquqtətbiqedici  orqanların  müvafiq  qərarları  nəticəsində

formalaşır. Onu da qeyd etmək lazımdır ki, hüquq münasibətlərinin meydana gəlməsi və həyata

keçirilməsi  üçün  sadalanan  bütün  əsasların  eyni  zamanda  mövcud  olması  mütləq  deyil.  Adətən

hüquqi  nizamasalma  hüquqtətbiqedicinin  müdaxiləsi  olmadan  baş  verir.  Normativ  hüquqi  əsas

olmadıqda  hüquq  münasibəti  qanunvericilikdəki  boşluqları  formalaşdırır.  Əgər  hüquq

münasibətlərinin  iştirakçıları  arasındakı  münasibət  dispozitiv  normalarla  nizama  salınırsa,

iştirakçılar qarşılıqlı hüquq və vəzifələrin məzmununu özləri müəyyən edə bilərlər.

Tərəflərin dəqiq müəyyən olunması dərəcəsi müxtəlif ola bilər:

1. vəzifə daşıyan tərəfin dəqiq müəyyən edilməsi;

2. yalnız səlahiyyətli tərəfin dəqiq müəyyən edilməsi. Vəzifə daşıyan tərəfin müəyyən edilməməsi;

3. Hər iki tərəfin dəqiq müəyyən edilməsi.

Bilavasitə qanundan irəli  gələn  hüquq  münasibətləri  çox  az  konkretləşdirilir.  Müvafiq hallarda


­  22 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

hüquq  normasının  ünvanlandığı  bütün  şəxslər  hər  hansı şərtlərdən asılı  olmayaraq  ümumi

hüquqlara malik olur və bərabər vəzifələr daşıyır. Buna ən səciyyəvi nümunə konstitusion hüquq

və  azadlıqlardır.  Sonuncu  baxış  nöqteyi‐nəzərindən  biz  ayrı‐ayrı  vətəndaşlara  münasibətdə

normativ göstərişləri hüquq münasibətləri müstəvisinə köçürürük. Hər bir vətəndaş konstitusiyanın

ona verdiyi imkanlardan nə dərəcədə istifadə etməyi özü müəyyən edir.

Konkretləşdirmənin orta dərəcəsində təkcə hüquq münasibətlərinin subyekti deyil, həm də obyekti

də fərdiləşdirilir. Məsələn, mülkiyyət hüquq münasibətlərində mülkiyyətçi və əşya ­ mülkiyyətin

obyekti müəyyən olunur.

Konkretləşdirmənin ən yüksək dərəcəsi o hallarda mövcud olur ki, vəzifə  daşıyan şəxsin  məhz

necə davranmalı olduğu dəqiq məlum olunur. Burada obyekt, hər iki tərəf və onlar arasındakı hüquqi

əlaqənin məzmunu fərdi müəyyən olunur. Belə ki, podrat müqaviləsinə görə bir tərəf (podratçı)

digər  tərəfin  tapşırığını  yerinə  yetirməli,  müəyyən  işi  görməli  və  onun  nəticəsini  sifarişçiyə

çatdırmalıdır,  sifarişçi  isə  işin  nəticəsini  qəbul  etməli  və  razılaşdırılmış  muzdu  ödəməlidir.  (AR

MM‐nin  752–ci  maddəsi).  Digər  misal,  alqı‐satqı  müqaviləsinə  görə  satıcı  əşyanı  alıcının

mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini (qiyməti)

ödəməyi öhdəsinə götürür. (AR MM‐in 567–ci maddəsi).

Dördüncüsü,  hüquq  münasibətləri  həmişə  fərdidir,  belə  ki:  a)  tərəflər  şəxsləndirilmişdir,  başqa

sözlə onlar konkret hüquqi və fiziki şəxslərdir; b) onların şəxsi hüquq və  vəzifələri var; c) hüquq

münasibətlərinin obyekti tərəflərin hüquq və vəzifələrinin yaranma səbəblərinə görə fərdiləşdirilir.

Beşincisi, hüquq münasibətləri mahiyyətcə elə bir ictimai münasibətləridir ki, burada subyektiv

hüquqların  həyata  keçirilməsi  və  hüquqi  öhdəliklərin  icra  edilməsi  dövlət  məcburetməsinin

imkanları ilə təmin edilir və lazım gəldikdə isə qorunur. Əksər hallarda subyektiv hüquqların həyata

keçirilməsi və hüquqi öhdəliklərin icra edilməsi dövlətin məcburiyyət tədbirləri olmadan baş tutur.

Əgər  buna  zərurət  yaranarsa  maraqlı  tərəf  hüquqi  işin  baxılması,  subyektiv  hüquq  və  hüquqi

öhdəliklərin dəqiq müəyyən edildiyi qərarın ‐ hüquq tətbiqedici aktın çıxarılması üçün səlahiyyətli

dövlət orqanına müraciət edə bilər (6).

İctimai münasibətlərin digər növləri, dövlət məcburetmə qüvvəsi ilə təmin edilmə xüsusiyyətindən

məhrumdur. Şübhəsiz ki, dövlət hüquq münasibətlərinin hamısını qorumur və təmin etmir. Məsələn,

hüquq pozuntularından əmələ gələn münasibətləri dövlət mühafizə etməkdə maraqlı deyil.

Beləliklə, göstərilən əlamətlər bizə hüquq münasibətlərini ictimai münasibətin digər növlərindən

ayırmağa və fərqləndirməyə, habelə cəmiyyətin hüquqi sistemindəki rolunu dəqiq müəyyən etməyə

imkan  verir.  Bu  əlamətlər  nəticəsində  müəyyən  olunur  ki,  hüquq  münasibətləri  ictimai

münasibətlərin xüsusi növüdür.



İstifadə olunmuş ədəbiyyatlar:

1. Èâàíîâà Ç.Ä. Çàêîííîñòü – îñíîâà ïðàâîîòíîøåíèé â äåÿòåëüíîñòè ìèëèöèè. Ì.,1987.

2. Ìàðêñ Ê., Ýíãåëüñ Ô. Òîì 23.

3. Ãåãåëü Ã. Ñî÷. Òîì VII.Ì.,1970.

4. Ìàðêñ Ê., Ýíãåëüñ Ô. Òîì 14.

5.  Èîôôå  Î.Ñ.  Ïðàâîîòíîøåíèå  ïî  ñîâåòñêîìó  ãðàæäàíñêîìó  ïðàâó  //  Â  êíèãå:  Èîôôå

Î.Ñ.Ãðàæäàíñêîå ïðàâî. Èçáðàííûå òðóäû. Ì.,2000.

6. Òåîðèÿ ãîñóäàðñòâà è ïðàâà. Ó÷åáíèê/ Ïîä ðåä. ïðîô. Ì. Êîðåëüñêîãî è ïðîô. Â.Ä.Ïåðåâàëîâà.

Ì., 2000.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  V nömrə

­  23 ­



Ərşad Hüseynov

“Digesta” hüquq nəşriyyatının direktoru,

hüquqşünas

AZƏRBAYCAN RESPUBLİKASI CİNAYƏT

MƏCƏLLƏSİNİN 263­1­Cİ MADDƏSİNİN TƏTBİQİ

PROBLEMLƏRİ: NƏQLİYYAT VASİTƏSİNİ İDARƏ

ETMƏK HÜQUQU OLMAYAN ŞƏXS KİMDİR?

Xülasə

Məqalədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsində nəzərdə tutulan cinayətin

xüsusi subyektlərindən birinin ‐ nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin anlayışının

dəqiqləşdirilməsi problemi nəzərdən keçirilir. Mövcud istintaq və məhkəmə təcrübəsində yol‐nəqliyyat

hadisəsinin iştirakçısı olan sürücünün aşağıdakı dörd halda nəqliyyat vasitəsini idarə etmək hüququ

olmayan  şəxs  sayılması  ilə  bağlı  yekdil  mövqe  var:  a)  həmin  şəxs  nəqliyyat vasitəsini  idarə  etmək

hüququnu ümumiyyətlə əldə etməmiş olduqda; b) şəxs bu hüquqdan qanunvericilikdə nəzərdə tutulmuş

qaydada məhrum edilmiş olduqda; c) şəxsin bu hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada

müvəqqəti məhdudlaşdırılmış olduqda; ç) şəxs sürücülük vəsiqəsinin kateqoriyasına uyğun olmayan

nəqliyyat  vasitəsini  idarə  etdikdə   Lakin  şəxsə  verilən  sürücülük  vəsiqəsinin  etibarlılıq  müddətinin

bitmiş  olduğu  halda  onun  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olan  və  ya  olmayan  şəxs  hesab

edilməsi ilə bağlı fikir ayrılığı mövcuddur. Problem ondadır ki, yol hərəkətinə dair qanunvericilik şəxsin

sürücülük  vəsiqəsinin  etibarlılıq  müddətinin  bitmiş  olduğu  halda  onun  nəqliyyat  vasitəsini  idarə

etməsini yolverilməz sayır.  Müəllif hesab edir ki, bu məsələyə sürücülük vəsiqəsinin etibarlılıq müddəti

bitmiş şəxsin sağlamlığının sürücülük üçün yararlı olub‐olmaması nəzərə alınmaqla yanaşılmalıdır,

çünki beynəlxalq və milli qanunvericiliyə əsasən, sürücülük vəsiqəsinin müddətlə verilməsində başlıca

məqsəd  sürücünün  sağlamlıq  vəziyyətini  dövri  olaraq  yoxlamaqdır.  Bu  problemə  tam  aydınlıq

gətirilməsi üçün müəllif təklif edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsinə

“Qeyd”  əlavə  olunmaqla  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxsə  normativ  anlayış

verilməlidir.

Açar sözlər: cinayət xarakterli yol‐nəqliyyat hadisəsi; nəqliyyat vasitəsini idarə etmək hüququ; sürücü

üçün irəli sürülən tələblər; sürücülük vəsiqəsinin etibarlılıq müddəti; nəqliyyat vasitələrinin sürücüləri

üçün tibbi əks‐göstərişlər.

Azərbaycan Respublikasının  5  aprel  2013­cü  il  tarixli,  597­IVQD saylı  Qanunu  ilə  Azərbaycan

Respublikasının Cinayət Məcəlləsinə (bundan sonra CM) əlavə edilmiş 263‐1‐ci maddə nəqliyyat

vasitəsini sərxoş vəziyyətdə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən

törədilmiş  cinayət  xarakterli  yol‐nəqliyyat  hadisələrinə görə  məsuliyyəti  xeyli  dərəcədə

sərtləşdirmişdir.  Qanunvericinin  belə yanaşması  məntiqlidir,  çünki  qeyd  olunan  hallarda şəxs

özünün sürücülüklə bir araya sığmayan vəziyyətdə (sərxoş) olduğunu, yaxud nəqliyyat vasitəsini

idarə  etmək hüququna  malik olmadığını  qabaqcadan  bilir  və  buna  məhəl  qoymadan  nəqliyyat

vasitəsini  idarə  edərək   yol‐nəqliyyat  hadisəsi törədir.  Hər  iki  halda  hadisəni törətmiş şəxsin


­  24 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

qanundakı aşkar qadağanı qəsdən pozmuş olması baş vermiş kriminal nəticəyə görə onun daha sərt

cəzalandırılmasını şərtləndirir.

CM‐in  263‐1‐ci  maddəsi  cinayət  xarakterli  yol‐nəqliyyat  hadisəsinin xüsusi  subyekt  tərəfindən

törədilməsini nəzərdə tutur. Məlumdur ki, xüsusi subyekt tərəfindən törədilən cinayətlərdə şəxs

həm  cinayətin  «müəllifidir»,  həm  də  əməlin  ictimai təhlükəliliyini müəyyən  edən sistemaltı

elementlərdən biridir (3, 86). Xüsusi subyekt cinayətin subyekti üçün ümumi əlamətlərlə yanaşı,

konkret normanın dispozisiyasında təsbit edilən xüsusi əlamətlərə də malik olmalıdır. CM­in 263­1­ci

maddəsinin dispozisiyasında  iki  belə xüsusi  əlamət göstərilir:  1)  nəqliyyat  vasitəsini  idarə  edən

şəxsin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir

edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olması; 2)  nəqliyyat vasitəsini idarə

edən şəxsin  nəqliyyat  vasitəsini  idarə  etmək hüququna  malik olmaması.  Məlumdur  ki,  cinayətin

xüsusi subyektini xarakterizə edən əlavə əlamət müəyyən hallarda bəzi cinayət tərkiblərinin tövsif

əlaməti kimi çıxış edir (4, 297). Deməli, yuxarıda göstərilən əlamətlərdən hər hansı birinin olmaması

yol‐nəqliyyat hadisəsinin CM‐in 263‐1‐ci maddəsi üzrə tövsifini istisna edir.

Cinayət qanununun Xüsusi hissəsinin normalarının tətbiqində, ictimai təhlükəli əməlin tövsifində

ən mühüm  vəzifə  bu  əməlin  əlamətlərinin  konkret  cinayət  tərkibinin  əlamətlərinə  dəqiq

uyğunluğunun müəyyən edilməsidir. Bu işin uğurlu və birmənalı olmasının vacib şərtlərindən biri

isə Xüsusi hissənin normasının dispozisiyasında göstərilən tərkib əlamətlərinin hüquqi müəyyənlik

xüsusiyyətinə  malik olmasıdır.  Hər  bir  qanunun  və  ya  onun  hər hansı  bir müddəasının hüquqi

müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları

birmənalı və aydın olmalıdır (1, 256).

Qeyd  olunanlar  CM‐in  263‐1‐ci  maddəsi üzrə  məsuliyyət  məsələsinin  də  həllində  keçərlidir. Baş

vermiş yol‐nəqliyyat hadisəsini bu maddə üzrə tövsif etmək üçün nəqliyyat vasitəsini idarə edən

şəxsin sərxoş olması və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs olması cinayət‐

prosessual qanunvericilikdə müəyyən olunan qaydada mötəbər sübutlarla təsdiq edilməlidir.

Tədqiqat mövzusuna uyğun  olaraq  həmin  əlamətlərdən  birini  ‐  nəqliyyat  vasitəsini  idarə  etmək

hüququnun  olmamasını  nəzərdən  keçirək.  Zahirən  hər şey  kifayət  qədər  sadədir.  «Yol  hərəkəti

haqqında»  Azərbaycan Respublikası  Qanununun  33­cü  maddəsinin  I  hissəsinə  əsasən,  həmin

maddənin II hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı,

yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan

Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmə hüququna malikdir. Göründüyü kimi,

istinad  olunan  norma  nəqliyyat  vasitəsini  idarə  etmək hüququnun olması  üçün şəxsin  digər

əlamətlərlə (qanunda nəzərdə tutulan yaş həddinə çatmaq; sağlamlıq cəhətdən sürücülüyə yararlı

olmaq; yol hərəkəti qaydalarını bilmək; sürmə vərdişinə malik olmaq) yanaşı, müvafiq rəsmi sənədə

– sürücülük  vəsiqəsinə  malik olmasını  da  təsbit  edir. Sürücülük  vəsiqəsi  mexaniki  nəqliyyat

vasitələrini və tramvayı idarə etmək hüququnun mövcudluğunu təsdiq edən rəsmi sənəddir. Yalnız

bu hüquqi formallığı  rəhbər  tutaraq  demək  olar  ki, sürücülük  vəsiqəsi  olmayan şəxs  nəqliyyat

vasitəsini  idarə  etmək hüququ  olmayan şəxsdir.  Amma  məsələ  bu  dərəcədə  sadə  deyildir,  çünki

nəqliyyat  vasitələrinin növünə  və təyinatına görə sürücülük  vəsiqələrinin  kateqoriyaları

fərqləndirilir.  Bundan başqa, sürücülük  vəsiqələrinin etibarlılıq müddəti  məhduddur,  habelə

müəyyən hüquq pozuntularına görə  nəqliyyat  vasitəsini  idarə  etmək hüququnun müvəqqəti

məhdudlaşdırılması və bu hüquqdan müəyyən müddətə məhrum etmə də var. Bunları nəzərə alan

Azərbaycan Respublikası  Ali  Məhkəməsinin  Plenumu özünün  15  noyabr  2013­cü  il  tarixli,  «Yol

hərəkəti  və  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarının  pozulmasına  dair  cinayət  işləri  üzrə

məhkəmə təcrübəsi haqqında» Qərarının 4­cü bəndində qeyd edir ki, nəqliyyat vasitəsini idarə etmək

hüququ  olmayan  şəxs  dedikdə,  həmin  hüququ  ümumiyyətlə  əldə  etməmiş və  ya  ondan

qanunvericilikdə  nəzərdə  tutulmuş qaydada  məhrum  olunmuş, habelə  bu  hüququ  müvəqqəti

məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə

etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn,  yalnız  «B»  kateqoriyasına



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin