Residivə görə cəza təyin edilməsi barədə Vəkillərin İxtisas Komissiyasının üzvü



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.01.2017
ölçüsü1,13 Mb.
#5430
1   2   3   4   5   6   7   8   9   10   11

Cavab. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra – MPM) tələbinə

görə, xüsusi icraat qaydasında məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan

istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır

(307.2.6‐cı maddə). MPM‐in 306, 307.2.6, 308 və 310‐cu maddələrinin analizi belə bir nəticəyə

gəlməyə  əsas  verir  ki,  məhkəmə  tərəfindən  bu  cür faktın  müəyyən  edilməsi  üçün  aşağıdakı

şərtlərin  məcmu  halda  mövcudluğu  tələb  edilir:  1)  Əmlak  daşınmaz  əmlak  kateqoriyasına  aid

olmalıdır; 2) Ərizəçidə əmlaka dair hüququnun olmasını təsdiq edən sənəd olmuşdur, lakin həmin

sənəd  itirilmişdir;  3)  Daşınmaz əmlaka  dair  hüquq  barəsində  mübahisə  yoxdur;  4)  müvafiq

səlahiyyətli dövlət orqanları hüquq müəyyən edici sənədin təkrarən verilməsindən imtina etmişlər

və ya həmin sənədin bərpası mümkün deyildir. Yalnız bu 4 şərtin eyni vaxtda mövcudluğu halında

işə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Əgər ərizəçinin daşınmaz əmlaka dair hüquq

müəyyən  edici  sənədi  ümumiyyətlə  olmamışdırsa  və  ya  onların  bərpası,  dublikatının  alınması

mümkündürsə, onda ərizə MPM‐in 306.4‐cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Başqa

sözlə,  xüsusi  icraat  qaydasında  müəyyənləşdirilən  fakt  əmlakın  mülkiyyət  hüququ  ilə  şəxsin

məxsusluğunu ilkin müəyyənləşdirən, hüquq yaradıcı fakt kimi çıxış edə bilməz. Təsadüfi deyildir

ki,  qüvvədə  olan  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi məhkəmə  mülkiyyət  hüququ  üzrə

daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək  faktının

müəyyən  edilməsini  əvvəllər  mülkiyyətçi  olmayan



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  62 ­

şəxsin əmlaka mülkiyyət hüququnu əldə etməsi əsası kimi nəzərdə tutmur. Bu mənada, mülkiyyət

hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək

faktının  müəyyən  edilməsi  ərizəçinin  qanunla  qorunan  marağının  başqa  yolla  müdafiəsinin

mümkün olmadığı hallarda ərizəçinin əvvəllər mövcud olmuş hüququn müəyyənləşdirilməsi, bu

hüququn təsdiqi üsulu kimi çıxır edir.

Beləliklə, yuxarıda göstərilənlərə əsasən və xüsusi icraat işləri subyektiv hüququn deyil, “qanunla

qorunan  marağın”  müdafiəsi  ilə  xarakterizə  olunduğundan  xüsusi  icraat  qaydasında  göstərilən

tələblə çıxış etməyiniz əsaslı hesab oluna bilməz.



Sual 5. Turizm firmalarından biri ilə müqavilə bağlayaraq ailə üzvlərimlə birlikdə Türkiyə

Respublikasına səyahət etmiş, lakin oteldəki şərait müqavilə şərtlərinə uyğun olmadığından

istirahət  edə  bilməyərək  geri  qayıtmışıq.  Firma ödədiyim  pulu  geri  qaytarmışdır.  Lakin

firmanın təqsirindən mənə və ailə üzvlərimə həm də mənəvi ziyan vurulduğunu düşünürəm.

Mənəvi ziyanın ödənilməsini tələb edə bilərəm?

Cavab.  “Turizm  haqqında”  qanunun  6‐cı  maddəsinin 1.4‐cü  hissəsinə  görə,  turist  ...  mənəvi

zərərlərin  əvəzinin  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada

ödənilməsini tələb etmək hüququna malikdir.

“İstehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında”  qanunun    5‐ci  maddəsinin  I  hissəsinə  görə,

istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin)

keyfiyyətinin  normativ  sənədlərə,  müqavilə  şərtlərinə  uyğunluğu  barədə  və  həmçinin  mal  (iş,

xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb

etmək hüququna malikdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 12‐ci maddəsinə görə, istehlakçıların

bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa istehlakçıya

dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa

hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.

Beləliklə, Sizin və ailə üzvlərinizin mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnuz

vardır. Turizm firmasının müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində istehlakçı

kimi hüquqlarınızın pozulma faktının müəyyənləşdirilməsi iddianızın təmin olunması üçün yetərli

olacaqdır. Zərərin məbləğinin müəyyənləşdirilməsi səlahiyyəti isə məhkəməyə məxsusdur.



Sual  6. Anam  atama  qarşı  məhkəmədə  boşanma  barədə  iddia  qaldırmışdı.  Rayon

məhkəməsinin  qətnaməsi  ilə  tərəflər  arasındakı  nikahın  pozulması  qət  edilmişdi.  Lakin

qətnamənin qəbulundan bir neçə gün sonra atam vəfat etmişdir. Eşitdiyimə görə boşanmış

şəxslər bir‐birindən sonra vərəsə ola bilməzlər. Bilmək istərdim, anam mərhum atamın qanun

üzrə vərəsəsi hesab olunurmu?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1‐ci maddəsinə görə qanun üzrə

vərəsəlik zamanı birinci növbədə ‐ ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq,

arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  23.1‐ci  maddəsinə  görə  nikah  ...  məhkəmə

qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən

nikaha xitam verilmiş sayılır.

Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinin  233.1‐ci  maddəsinə  görə  məhkəmə

qətnaməsindən  şikayət  verilməmişdirsə,  qəbul  edildiyi  gündən  1  ay  keçdikdən  sonra  qanuni

qüvvəyə minir.

Göründüyü kimi,  atanız   nikaha  xitam  verilməsi  barədə  məhkəmə  qətnaməsi  qanuni  qüvvəyə



­  63 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

minməmişdən əvvəl vəfat etmişdir. Bu halda, atanız vəfat edərkən ananızla onun arasındakı nikaha

xitam  verilməmişdi.  Çünki  nikaha  xitam  verilməsi  barədə  birinci  instansiya  məhkəməsinin

qətnaməsi hələ qanuni qüvvəyə minməmişdi. Bu baxımdan, ananızın mərhum ərinin, yəni atanızın

qanun üzrə birinci növbədə vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır.

Sual 7. Mağazadan oğlumun dərslərində istifadəsi məqsədilə noutbuk almışdım. Satıcı mala

1 illik zəmanət (12.07.2013‐12.07.2014‐ci il) vermişdi. Zəmanət müddəti ərzində malda qüsur

ortaya çıxdı və mənim müraciətimdən sonra satıcı zəmanətin şərtlərinə uyğun olaraq malı

təmir edib mənə qaytardı. Bütün bu prosedur, yəni malın məndən alınıb təmir edilərək geri

qaytarılması 25 gün davam etdi. Lakin bu ilin iyul ayının 28‐də noutbukda yenidən qüsur

ortaya çıxdı. Bununla bağlı mən dərhal əvvəlki kimi satıcıya müraciət etsəm də, o, zəmanət

müddətinin  bitməsini  əsas  gətirərək  noutbuku  təmir  etməkdən  imtina  etdi.  Satıcının  bu

imtinası əsaslıdır?

Cavab. “İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” qanunun 6‐cı maddəsinin 1‐ci hissəsinə

görə  İstehsalçı  (icraçı)  malın  (işin,  xidmətin),  həmçinin  komplektləşdirici  məmulatların

qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə

müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.

Həmin maddənin 4‐cü hissəsinə görə zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət

müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları

aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır.

Göründüyü kimi, satıcının zəmanətli təmirdən imtinası əsaslı deyil. Çünki malda ilk dəfə aşkara

çıxmış qüsurun aradan qaldırılmasına 25 gün sərf edildiyindən malın zəmanət müddəti də 25 gün

artırılmalıdır. Buna görə malda ikinci qüsur aşkar edilərkən sözügedən qanunun 6‐cı maddəsinin

4‐cü hissəsinin tələbi baxımından zəmanət müddəti hələ bitməmişdi.

Sual 8. Qızım ailə qurmuş və bir övladı vardır. Lakin sonradan boşanmışdır. Nəvəm mənimlə

qalır  və  bütün  qayğını  mən  çəkirəm.  Ona  görə  də,  nəvəmi  övladlığa  götürmək  istəyirəm.

Bununla  bağlı  2  sualım  var.  1)  Valideynlərinin  razılığı  olmadan  nəvəmi  övladlığa  götürə

bilərəm? 2) Övladlığa götürməyə imkan verməyən xəstəliklər dedikdə, hansı xəstəliklər başa

düşülür?

Cavab. Ümumi qayda ondan ibarətdir ki, valideynləri olan uşaq yalnız valideynlərinin razılığı ilə

övladlığa  götürülə  bilər  (Ailə  Məcəlləsi,  m.  122.1).  Ailə  Məcəlləsinin  123‐cü  maddəsi  ümumi

qaydadadan istisnanı, yəni valideynlərin razılığı olmadan övladlığa götürməni nizama salır. Ailə

Məcəlləsinin 123.1‐ci maddəsinə görə valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə

və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti

olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı

tələb olunmur.

Həmin Məcəllənin 123.2‐ci maddəsinə görə valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə

yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində

və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı

göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

İkinci  suala  gəldikdə,  onu  qeyd  edək  ki,  övladlığa  götürməyə,  qəyyumluğa  və  himayəyə  qəbul

etməyə  imkan  verməyən  xəstəliklərin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı (Azərbaycan

Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən olunur (Ailə Məcəlləsi, m. 120.2). Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2000‐ci il 15 avqust tarixli, 141 nömrəli Qərarı ilə “Övladlığa

götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı” təsdiq edilmişdir.

Həmin   Siyahıda    göstərilən   xəstəliklər   aşağıdakılardır: 1.    Vərəm  (aktiv   və   xroniki) —


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  64 ­

lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr; 2. Daxili

orqanların, sinir sisteminin, dayaq‐hərəkət aparatının xəstəlikləri—dekompensasiya mərhələsində

olan xəstələr; 3. Bədxassəli onkoloji xəstəliklər—lokalizasiyadan asılı olmayaraq; 4. Narkomanlıq,

toksikomanlıq, xroniki alkoqolizm; 5. İnfeksion xəstəliklər—dispanser qeydiyyatından çıxarılana

qədər olan xəstələr; 6. Ruhi xəstəliklər—müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan

və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr; 7. Əmək qabiliyyətini itirməklə I və II

qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər.

Sual 9. Ailəmlə birlikdə uzun müddət özəlləşdirilməmiş mənzildə order əsasında yaşamışıq.

Mənzilin  özəlləşdirilməsi  zamanı  mən  və  oğlum ərizə  yazaraq  mənzilin  ərimin  adına

sənədləşdirilməsinə  etiraz  etmədiyimizi  bildirdik.  Ailədə  ərimlə  olan  münasibətlərimiz

pisləşmişdir.  Ərim  deyir  ki,  mənim  həmin  mənzillə  bağlı  heç  bir  hüququm  yoxdur;  çünki

özəlləşdirmə  zamanı  öz  hüquqlarımdan  onun  xeyrinə  imtina  etmişəm.  Bu,  nə  dərəcədə

düzgündür?

Cavab. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1‐ci

maddəsi  özəlləşdirmənin  əvəzsiz  olaraq  həyata  keçirildiyini  təsbit  etmişdir.  Nəzərə  alsaq  ki,

Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  32‐ci  maddəsi  əmlakın ər‐arvadın  ümumi  gəlirləri

hesabına əldə olunmasını onun (yəni əmlakın) ər‐arvadın birgə mülkiyyəti sayılması üçün zəruri

iki şərtdən biri kimi qəbul edir, onda mənzil üzərində mülkiyyət hüququnuzun olmamasını demək

olar.  Lakin  mənzilin  ərinizin  adına  özəlləşdirilməsi  Sizin  və  oğlunuzun  həmin  mənzil  üzərində

yaranmış istifadə hüququnuzu aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan

Respublikası Qanununun 1‐ci, 5‐ci və 12‐ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012‐ci

il tarixli Qərarında göstərmişdir ki, “özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin

mənzilin  onlardan  birinin  mülkiyyətinə  verilməsi  haqqında  razılığının  olması,  onların  həmin

mənzildə  yaşamaq  hüququndan  imtinası  kimi  qiymətləndirilə  bilməz”.  Beləliklə,  Sizin

özəlləşdirilmiş mənzildən istifadə hüququnuz vardır və özəlləşdirmə zamanı verdiyiniz yazılı razılıq

bu hüququnuzdan imtina etdiyiniz mənasına gəlmir.



Sual 10. Rayonumuzun kənd sakini “Hil” Bələdiyyəsindən 2005‐ci ildə 2 hektar kənd təsərrüfatı

təyinatlı torpaq sahəsini uzun müddətli – 99 illik icarəyə götürmüşdür. Həmin torpaq sahəsini

hansı qaydada alqı‐satqı edə və ya icarəyə götürə bilərəm?

Cavab. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 86‐cı maddəsinin 2‐ci hissəsinə görə bu

Məcəllədə  nəzərdə  tutulmuş  dövlət  torpaqları,  ümumi  istifadədə  olan,  habelə  hüquqi  və  fiziki

şəxslərin istifadəsində  və  icarəsində  olan  bələdiyyələrin  kənd  təsərrüfatına  yararlı  torpaqları

alqı‐satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2‐ci

maddəsinə  görə hüquqi  və  fiziki  şəxslərin  istifadəsində  və  icarəsində  olan  bələdiyyələrin  kənd

təsərrüfatı  təyinatlı,  eləcə  də  meşə  və  su  fondu  torpaqları  xüsusi  mülkiyyətə  verilə  bilməz.

Göründüyü kimi, icarədə olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları xüsusi mülkiyyətə

verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 51‐ci maddəsinin 5‐ci

hissəsinə görə mülkiyyətçi olan icarəyəverənin razılığı ilə, icarəçi icarəyə götürdüyü torpaq sahəsini

başqasına  subicarəyə  (ikinci  əldən  icarəyə)  verə  bilər.  “Bələdiyyə  torpaqlarının  idarə  edilməsi

haqqında” qanunun 11.11‐ci maddəsinə görə icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə

yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 53‐cü

maddəsinin  1‐ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə

və icarəyə verilərkən (satılarkən), onun icarəyə (və ya subicarəyə) verilməsi qadağan edilə bilər.

Göründüyü  kimi, icarə  müqaviləsində  həmin  torpaq  sahəsinin  subicarəyə  verilməsi  qadağan

edilməmişdirsə, Siz həmin torpaq sahəsini bələdiyyənin razılığı ilə subicarəyə götürə bilərsiniz.



*  Rubrikada  təqdim  olunan  sualların  cavabları  Vəkillər  Kollegiyasının üzvü  Dünyamin

Novruzov tərəfindən tərtibolunmuşdur.

Asudə

Anton Pavloviç Çexov

“Mərc” hekayəsi

Qaranlıq payız gecəsi idi. Qoca bank sahibi öz iş otağında o

başa‐bu  başa  addımlayıb  on  beş  il  öncə  bir  payız  günü

qonaqlıq verdiyini yada salırdı. Bu məclisə çox ağıllı insanlar,

alimlər,  müxbirlər  toplaşıb  maraqlı  söhbət  edirdilər.  Söz

ölüm  cəzasının  üstünə  gəlib  çıxdı.  Qonaqların  əksəriyyəti

ölüm  cəzasına  mənfi  yanaşırdılar.  Onlar  bu  cəza  üsulunu

köhnəlmiş, 

xristian 

ölkələrinə 

yaraşmayan 

mənəviyyatsızlıq adlandırırdılar. Bəzi məclis iştirakçılarının



fikrinə  görə,  ölüm  hökmü  hər  yerdə  ömürlük  azadlıqdan

məhrum etmə cəzasıyla əvəz edilməli idi.

— Sizinlə razılaşmıram, — deyərək ev sahibi dilləndi. — Nə

ölüm cəzasını, nə də ömürlük həbsin dadını bilmirəm, lakin



a  priori  söyləmək  mümkünsə,  onda,  məncə,  ölüm  cəzası

həbsdən daha əxlaqlı və humanistdir. Qətl tez öldürür, ömürlük həbs isə yavaş‐yavaş. Bu halda

hansı  cəllad  daha  insaflıdır?  Sizi  bir  neçə  dəqiqədə  öldürən,  yoxsa  canınızı  uzun  illər  ərzində

tədricən alan?

Qonaqlardan biri dedi :

— Hər ikisi eyni dərəcədə mənəviyyatsızlıqdır, çünki hər ikisi də eyni məqsəd daşıyır, həyatdan

məhrum etmə. Dövlət allah deyil, istəyəndə qaytara bilməyəcəyi bir şeyi onun almağa haqqı yoxdur.

Qonaqların arasında iyirmi beş yaşlı cavan bir hüquqşünas oturmuşdu. Onun fikrini soruşanda, o

dedi:

—  Ölüm  cəzası  da,  ömürlük  həbs  də  eyni  dərəcədə  mənəviyyatsızlıqdır,  lakin  bunların  birini



seçməyi  təklif  etsəydilər,  mən,  əlbəttə  ki,  ikincini  tərcih  edərdim.  Bir  təhər  yaşamaq  heç

yaşamamaqdan yaxşıdır.

Canlı mübahisə başladı. O zaman daha cavan və əsəbi olan bank sahibi birdən özündən çıxaraq,

yumruğunu masaya çırpıb gənc hüquqşünasa üz tutaraq qışqırdı:

—Yalandır! İki milyona mərc gəlirəm ki, qazamatda heç beş il də otura bilməzsiniz.

— Bu ciddi təklifdirsə, onda mərc gəlirəm ki, beş yox, on beş il oturaram, — deyərək hüquqşünas

cavab verdi.

Bankir çığırdı:

— On beş? Oldu! Cənablar, iki milyon qoyuram!

Hüquqşünas:

— Razıyam! Siz milyonlarınızı, mən isə öz azadlığımı qoyuram!

Bu vəhşi, mənasız mərc də beləcə baş tutdu! O zaman milyonlarının sayını bilməyən, ərköyün və

yelbeyin  bankir  mərcdən  heyrətə  gəlmişdi.  O,  şam  yeməyi  zamanı  hüquqşünasla  zarafat  edib

deyirdi:


— Cavan oğlan, hələ ki gec deyil, ağlınızı başınıza yığın. Mənim üçün iki milyon heç nədir, amma

siz ömrünüzün üç‐dörd ən gözəl illərini itirməyə risk edirsiniz. Üç‐dörd deyirəm, çünki bundan

artıq otura bilməyəcəksiniz. Bir də ki, ay bədbəxt, unutmayın ki, könüllü həbs məcburi həbsdən

daha  ağırdır.  Hər  an  azadlığa  çıxa  bilmə  imkanınızın  olması  bütün  mövcudluğunuzu

zəhərləyəcəkdir. Sizə yazığım gəlir!

İndi də bank sahibi o başa‐bu başa addımlayaraq, bütün bunları xatırlayıb özünə sual verirdi:

­  65 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə


— Nəyə lazım idi bu mərc? Hüquqşünas həyatının on beş ilini itirməyində, mənim isə iki milyonumu

çölə atmağımda nə fayda? Ölüm cəzasının ömürlük həbsdən daha pis və ya daha yaxşı olmasını

insanlara bu mərc sübut edə bilərmi heç? Yox, bir daha da yox. Bu, cəfəng və mənasızdır. Mənim

tərəfimdən bu addım tox adamın şıltaqlığı idi, hüquqşünasın tərəfindən isə — pula olan adi hərislik...

Sonra o, həmin gecədən sonra baş verənləri yada salır. Qərara alınır ki, hüquqşünas öz həbsini

ciddi nəzarət altında bankirin bağında tikilmiş kiçik evlərin birində keçirəcək. Şərtləşmişdilər ki,

oğlan on beş il ərzində otağın kandarından ayağını qoymaq, insan üzü, insan səsi eşitmək, məktub

və  qəzet  almaq  ixtiyarından  məhrum  olunur.  Musiqi  alətində  çalmaq,  kitab  oxumaq,  məktub

yazmaq, şərab içmək və tütün çəkmək ona qadağan deyildir. Ətraf aləmlə oğlanın ünsiyyəti, şərtə

görə, danışmayaraq, yalnız kiçik pəncərədən mümkün idi. Lazım olan kitabı, musiqi notlarını, şərab

və sair əşyaları ürəyi istədiyi qədər məktubla sifariş edə, amma yalnız pəncərədən ala bilərdi.

Həbsi çox ciddi şəkildə tək‐tənha keçirmək üçün müqavilə bütün ayrıntıları nəzərə alırdı. Bu sənədə

görə, hüquqşünas düz on beş il, 1870‐ci il 14 noyabr saat 12‐dən 1885‐ci il 14 noyabr saat 12‐dək

otaqda qalmalı idi. Hüquqşünas tərəfindən ən cüzi şəkildə şərtləri pozmaq cəhdi, danışılan vaxtın

bitməsinə iki dəqiqə qalmış hətta, iki milyonu ona vermək vəzifəsindən bank sahibini azad edəcəkdir.

Qısa məktublarından belə anlamaq olurdu ki, həbsin ilk ilində hüquqşünas təklik və darıxmaqdan

çox  əziyyət  çəkirdi.  Onun  otağından  gecə‐gündüz  royal  səsləri  eşidilirdi!  O,  şərab  və  tütündən

imtina edir. O yazır ki, şərab istəkləri coşdurur, istəklər isə məhbusun ilk düşmənləridir; bundan

əlavə,  yaxşı  şərab  içərkən  heç  kimi  görməməkdən  darıxdırıcı  bir  şey  yoxdur.  Tütün  isə  otaqda

havanı korlayır. Birinci il hüquqşünasa əsasən yüngül məzmunlu kitablar göndərilirdi: mürəkkəb

sevgi intriqalarıyla dolu romanlar, cinayət haqda və fantastik hekayələr, komediyalar və s.

İkinci il otaqda musiqi sədaları kəsilir və hüquqşünas məktublarında təkcə klassikləri tələb edir.

Beşinci il musiqi təzədən eşidilir və məhbus şərab istəyir. Pəncərədən ona nəzarət edən qulluqçular

söyləyirdilər ki, bütün bu il o, ancaq yeyir, içir və çarpayıda uzanır, tez‐tez əsnəyir, özü‐özüylə

hirsli‐hirsli danışır. Kitab oxumur. Hərdən gecələr yazmağa başlayır, çox yazır, səhərə yaxın da

bütün yazdıqlarını cırır. Bir neçə dəfə onun ağladığını eşidirlər.

Altıncı ilin ikinci yarısı məhbus cidd‐cəhdlə xarici dillər, fəlsəfə və tarix öyrənməklə məşğul olmağa

başlayır. O, bu elmlərə elə şövqlə baş vurur ki, bankir onun üçün yeni kitabları sifariş etməyi ancaq

çatdırırdı. Dörd il ərzində dustağın tələbi ilə təxminən altı yüz cild kitab sifariş olunur. Bu həvəs

dövrünün  arasında  bank  sahibi  məhbusdan  belə  bir  yazı  alır:  “Əziz  dustaqxana  gözətçim!  Bu

sətirləri sizə altı dildə yazıram. Onları başı çıxan adamlara göstərin, qoy oxusunlar. Bircə dənə də

səhv tapmasalar, yalvarıram sizə, onda əmr edin ki, bağda tüfəngdən göyə atəş açsınlar. Bu atəş,

səylərimin  hədərə  getməməsi  xəbərini  verər  mənə.  Bütün  əsrlər  və  ölkələrin  dahiləri  müxtəlif

dillərdə danışırlar, amma hamısında eyni alov yanmaqdadır. Aah, onları anladığıma görə nə qədər

xoşbəxt olduğumu bilsəydiniz kaş!” Məhbusun arzusu yerinə yetirilir. Bankir, bağda iki dəfə atəş

açmağa əmr verir.

10 ildən sonra hüquqşünas masa arxasında tərpənmədən oturub yalnız İncili oxuyur. Dörd ildə

altı yüz mürəkkəb kitabların öhdəsindən gələn adamın bircə dənə rahat, qalın olmayan bu kitabın

oxunmasına bir ilə yaxın sərf etməsi bankirə qəribə gəlirdi. İncilin ardınca sıra gəlir dinlərin tarixi

ilə ilahiyyata.

Həbsin son 2 ilində məhbus həddindən artıq çox, nə olsa oxuyur. O, gah təbii elmlərlə məşğul olur,

gah da Bayron və ya Şekspiri tələb edirdi. Hərdən dustaq eyni zamanda öz məktublarında kimya,

tibb dərsliyi, roman, hansısa fəlsəfi və ya ilahiyyat əsərini göndərməyi xahiş edirdi. Onun mütaliəsi,

gəmi qırıntıları arasında dənizdə üzən və həyatını xilas etmək üçün gah o gah da bu qırıntıdan

tutmağa çalışan adamın hərəkətlərinə bənzəyirdi!

II

Bank sahibi bunları yada salıb düşünürdü: “Sabah saat 12‐də o, azadlığa çıxacaq. Şərtə görə, ona

iki milyon ödəməliyəm. Ödəsəm — hər şey məhv olacaq: olan‐qalan pulumu da itirəcəyəm...”

­  66 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  67 ­

On  beş  il  öncə  o,  milyonlarının  sayını  bilmirdi,  indi  isə  pulunun,  yoxsa  borclarının  daha  çox

olduğunu özündən soruşmağa qorxurdu.

Ehtiraslı birja oyunu, təhlükəli alver və qocalıqda da imtina edə bilmədiyi ehtirası tədricən işlərini

tənəzzülə  gətirib  çıxarmışdı.  Qorxmaz,  özünə  güvənən,  təkəbbürlü  zəngin  bu  kişi,  hər  kağız

bahalaşması və ucuzlaşmasında canına əsməcə düşən orta səviyyəli bankirə çevrilmişdi.

Ümidsizlik içində qalmış qoca, başını əlləriylə tutub öz‐özünə danışır:

—  Lənətə  gəlmiş  mərc!  Bu  adam  niyə  ölmədi?  Onun  hələ  qırx  yaşı  var.  Son  pullarımı  məndən

alacaq, evlənəcək, həyatdan ləzzət alacaq, birjada oynayacaq, mən isə dilənçi kimi paxıllıqla ona

baxıb ondan hər gün eyni sözləri eşidəcəyəm: “Həyatımın xoşbəxtliyinə görə sizə borcluyam, izin

verin sizə kömək edim!” Yox, bu lap ağ olar! İflas və rüsvayçılıqdan yeganə çıxış yolu varsa, o da

— bu adamın ölümüdür!

Saat üç oldu. Bankir diqqətlə qulaq asır: evdə hamı yatmış, pəncərədən üşümüş ağacların xışıltısı

gəlir ancaq. O, səssiz olmağa çalışaraq seyfindən on beş ildə açılmayan qapının açarını çıxarır,

paltosunu geyinib evdən çıxır.

Bağ, qaranlıq və soyuq idi. Kəskin nəm külək uğultuyla bağı bürüyüb ağacların rahatlığını pozurdu.

Bankir  gözlərini  nə  qədər  zilləsə  də,  nə  yeri,  nə  ağ  heykəlləri,  nə  bağdakı  tikilini,  nə  ağacları

görmürdü. O, tikili otaq yerləşən yerə yaxınlaşıb iki dəfə gözətçini səslədi. Cavab gəlmir. Yəqin,

gözətçi pis havadan gizlənib, ya mətbəxdə, ya da oranjereyada yatmışdı.

Qoca  düşünür:  “Niyyətimi  həyata  keçirməyə  gücüm  çatsa,  şübhə  ən  əvvəl  gözətçinin  üstünə

düşəcək.”

Qaranlıqda pilləkən və qapını tapıb tikilinin ön hissəsinə keçir, sonra çətinliklə kiçik dəhlizə keçib

kibrit  yandırır.  Burada  heç  kim  yoxdur.  Döşəksiz,  yorğansız  bir  çarpayı,  küncdə  də  çuğun  peç

qaraltısı görünürdü. Məhbusun otağına aparan qapının möhürləri yerində idi.

Kibrit sönəndən sonra həyəcandan titrəyən qoca, kiçik pəncərədən boylanır.

Məhbusun otağında zəif bir şam yanır. Oğlan masa arxasında oturmuş, yalnız kürəyi, başı və əlləri

görünür. Masanın da, yanındakı iki kürsü və xalça üstündə də açıq kitablar var.

Beş dəqiqə keçir, məhbus isə bir dəfə də olsun tərpənmir. On beş illik dustaqlıq, ona hərəkətsiz

oturmağı öyrətmişdi. Bank sahibi barmağı ilə pəncərəni döyür, dustaq isə bu səsə cavab olaraq

heç tərpənmir. Belə halda bankir ehtiyatla qapıdan möhürləri qoparıb açarı qıfıla salır. Paslanmış

qıfıldan xırıltı çıxır, qapı cırıldayır. Bu məqamda qoca, təəccüb və addım səslərini gözləyir, amma

üç dəqiqə keçir, qapının arxasında isə yenə də sakitlik duyulur. O, otağa keçməyə ürək edir.

Masa  arxasında  adi  adamlara  bənzəməyən  tərpənmədən  bir  insan  oturmuşdu.  Bu,  dəri  ilə

örtülmüş, uzun cod qıvrım saçları və pırtlaşıq saqqalı olan skelet idi. Sifətinin rəngi sarı, torpaq

rənginə bənzəyir, yanaqları batıq, kürəyi uzun və ensiz, saçlı başını tutan əli isə çox nazik və arıq

olduğundan,  ona  baxmaq  qorxunc  idi.  Saçlarına  artıq  dən  düşmüşdü,  qocalmış  üzgün  sifətə

baxanlardan heç kim inanmazdı da ki, bunun cəmi qırx yaşı var. O, yatmışdı… Masanın üstünə

əyilmiş başının önündə çox kiçik xətlə yazılmış bir kağız var idi.

Bankir düşünür: “Yazıq! Yatıb, yuxuda da, ola bilsin, milyonlarımı görür! Amma bu yarım‐meyiti

çarpayıya  atıb  balıncla  yüngülcə  ağzını  tutmağım  bəsdir  ki,  ən  vicdanlı  tibbi  yoxlama  da  zor

nəticəsində ölüm nişanələrini tapa bilməsin. Lakin əvvəl oxuyaq görək o, burada nə yazıb...”

Bank sahibi masanın üstündən kağızı götürüb aşağıdakıları oxuyur:

“Sabah saat 12‐də azad olub insanlarla ünsiyyətdə olma haqqımı əldə edirəm. Amma bu otağı tərk

edib günəşi görmədən öncə sizə bir neçə söz deməyi gərək bilirəm. Təmiz vicdanla və məni görən

tanrı  qarşısında  sizə  ərz  edirəm  ki,  azadlığa  da,  həyata  da,  sağlamlığa  da,  sizin  kitablarınızda

dünyanın nemətləri adlandırılan hər şeyə də nifrət edirəm.

On  beş  il  diqqətlə  yer  həyatını  öyrənmişəm.  Düzdür,  yeri  və  insanları  görmürdüm,  amma

kitablarınızda  ətirli  şərab  içirdim,  şərqilər  oxuyurdum,  meşələrdə  maral  və  vəhşi  qabanlar

ovlayırdım, qadınlar sevirdim… Dahi şairlərinizin sehri ilə yaradılan bulud kimi gözəllər yanıma

gəlib  mənə  kefləndirici  gözəl  nağıllar  pıçıldayırdılar.  Sizin  kitablarınızda  Elbrus  və  Monblanın

zirvələrinə dırmaşıb oradan səhər çağları günəşin doğmasını, axşamlar  da səmanın,  okeanın  və



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ V nömrə

­  68 ­

dağların başının qızılı rənglərə bürüməsini görürdüm. Oradan başımın üstündən qara buludları

yarıb şaxan ildırımları görürdüm.

Yaşıl meşələri, tarlaları, çayları, gölləri, şəhərləri görürdüm. Dəniz pərilərinin nəğmələrini və çoban

tütəyinin  havasını  duyurdum,  tanrı  haqda  mənimlə  söhbətləşməyə  uçub  gələn  gözəl  iblislərin

qanadlarını  oxşayırdım…  Sizin  kitablarda  dibsiz  dərələrə  atılırdım,  möcüzələr  yaradırdım,

öldürürdüm, şəhərləri atəşə verirdim, yeni dinlər təbliğ edirdim, bütöv dövlətləri fəth edirdim…

Kitablarınız  mənə  müdriklik  verdi.  Əsrlər  boyu  yorulmaz  insan  zəkasının  yaratdıqları,  başımda

kiçik topa kimi sıx yığışıbdır. Bilirəm ki, hamınızdan ağıllıyam.

Sizin  kitablarınıza  da,  dünyanın  bütün  nemətlərinə  və  müdrikliyə  də  nifrət  edirəm.  Hər  şey

əhəmiyyətsiz,  fani,  xəyali  və  aldadıcıdır.  Qürurlu,  müdrik  və  gözəl  olsanız  da,  ölüm,  zirzəmi

siçanlarıyla bərabər sizi də yer üzündən siləcəkdir. Nəslinizin, tarixinizin, dahiliklərinizin ölməzliyi

isə yer kürəsi ilə birlikdə donacaq ya da yanıb kül olacaqdır.

Siz dəli olmusunuz və yanlış yolla gedirsiniz. Yalanı — həqiqət, eybəcərliyi isə gözəllik hesab edirsiniz.

Birdən hansısa şərait üzündən alma və portağal ağaclarında meyvə yerinə qurbağa və kərtənkələlər

bitsəydi və ya qızılgüldən tərli at iyi gəlsəydi, təəccüblənərdiniz. Beləcə mən də göyü yerə dəyişən

sizlərə təəccüb edirəm. Sizi anlamaq istəmirəm.

Sizin yaşadıqlarınıza nifrətimi gerçəkdən göstərmək üçün bir zaman cənnət kimi arzuladığım, indi

də  nifrət  bəslədiyim  o  iki  milyondan  imtina  edirəm.  Onlara  yiyələnmək  hüququmdan  özümü

məhrum  etmək  üçün  buradan  şərtləşdirilmiş  vaxtdan  beş  saat  qabaq  çıxıb  bununla  müqaviləni

pozacağam… ”

Bunu oxuyan bankir kağızı masanın üstünə qoyur, qəribə adamı başından öpür, ağlayıb otaqdan

çıxır. Hələ heç zaman, hətta birjada güclü uduzmalardan sonra da o, özünə qarşı indiki kimi nifrət

hiss etməmişdi.

Qoca, evə gəldikdə çarpayıya uzanır, amma həyəcanla göz yaşları xeyli vaxt onu yuxuya getməyə

qoymur...

Sabahısı səhər çağı bənizi qaçmış gözətçilər qaçıb gəlib xəbər verirlər ki, otaqda yaşayan adamın

pəncərədən bağa düşdüyünü, darvazaya tərəf getdiyini, sonra da gözdən itdiyini görüblər.

Bank sahibi qulluqçularıyla birlikdə dərhal bağdakı otağa gedib məhbusun gerçəkdən də qaçdığının

şahidi olur. Artıq söz‐söhbətlər yaratmamaq üçün o, imtina kağızını masanın üstündən götürür,

evinə qayıdan kimi də onu seyfində gizlədir.



1888­ci il.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin