Ргг тя’йини, тяркиб щиссяляри вя тяснифаты



Yüklə 1,19 Mb.
səhifə1/5
tarix23.05.2023
ölçüsü1,19 Mb.
#120510
  1   2   3   4   5
2.3.radioq-buledici qurgularin giris dovr-l-ri (1)


FƏSİL 2. GİRİŞ DÖVRƏLƏRİ


2.1. Giriş dövrələrinin təyini və təsnifatı
Antena ilə birinci pillənin girişi arasında qoşulmuş elektrik qurğusunu giriş dövrəsi adlandırmaq qəbul olunmuşdur. Giriş dövrəsi həm antenanı radioqəbuledicinin gücləndi­rici pillələri ilə əlaqələndirir, həm də faydalı siqnalın müxtəlif maneələrdən ilkin süzgəc­lən­məsini təmin edir.
Adətən giriş dövrəsi qəbul edilən siqnalın tezliyinə köklənmiş rəqs konturundan və ya süzgəc kimi birləşdirilmiş bir neçə konturdan ibarət olur.
Məlumdur ki, giriş dövrəsinin seçiciliyinin pis olması çarpaz modulyasiya, intermodulyasiya və s. kimi qeyri-xətti effektlərin yaranmasına səbəb ola bilər.
Bundan əlavə giriş dövrəsi radiotezlikli gücləndirici ilə birlikdə yan kanalların zəif­ləməsini təmin edir və ona görə də onun tərkibində, yan kanalların maneələrinin zəiflə­dilməsinə hesablanmış, əlavə süzgəclərdə ola bilər.
Lakin giriş dövrəsi layihələndirilərkən nəzərə almaq lazımdır ki, istənilən selektiv dövrənin mürəkkəbləşməsi onun ötürmə əmsalının azalmasına səbəb olur. Bu da öz növbəsində metrlik və daha qısa dalğa qəbuledicilərinin həssaslığının kəskin azalmasına səbəb ola bilər.
Giriş dövrələri aşağıdakı əlamətlərinə nəzərən siniflərə bölünürlər.
Qurulma üsuluna nəzərən - selektiv və aperiodik giriş dövrələrini fərqləndirirlər. Aperiodik giriş dövrələri seçicilik xassələrindən məhrum olduqları üçün radiomaneələrin təsiri şəraitində tətbiq oluna bilməz;
Siqnal tezliyinə köklənmiş rezonans konturların sayına nəzərən - bir konturlu, iki konturlu və çox konturlu;
Köklənmə üsuluna nəzərən - diskret, pilləvarı və səlis köklənməli giriş dövrələri;
Antena ilə rabitə üsuluna nəzərən - sadə və mürəkkəb. Sadə giriş dövrələrində ante­na­nın və gücləndirici elementin parametrləri bir başa seçici dövrənin tərkibinə girirlər (şək.2.1).

Mürəkkəb giriş dövrələrində antena və gücləndirici elementlə rabitə zəif­lədilir. Antena və gücləndirici element ilə rabitənin növünə nəzərən transformator, avtotransformator, tutum, kom­binə və.s. rabitəli giriş dövrələrini fərqlən­dirirlər (şək. 2.2).
Seçici dövrələrin konstruktiv hazırlanması üsuluna nəzərən - toplu və paylanmış parametrli giriş dövrələrini fərqlən­dirirlər.
Daxili ferrit antenalı (FA) giriş dövrəsinin (GD) sxemi şək. 2.3- də təsvir olunub.
Ferrit antenanın induktivliyi nisbətən dəyişməz qalır ki, bu da onu giriş rəqs konturunun induktivliyi kimi istifadə etməyə imkan verir. Ferrit antenanın əsas mənfi cəhəti onun təsiredici hündürlüyünün az olmasıdır (adətən mm).

Giriş dövrələrinin əsas keyfiyyət göstəriciləri aşağıdakılardır:


1. Gərginliyi ötürmə əmsalı, birinci pillənin girişindəki siqnal gərginliyinin antena­nın e.h.q. -nə nisbəti kimi təyin olunur
.
Köklənməsi dəyişməyən giriş dövrəsinin gərginliyi ötürmə əmsalının modulu gələn siqnalların tezliyindən asılı olaraq dəyişərək rezonans tezliyində maksimuma çatır. asılılığı amplitud-tezlik (rezonans) xarakteristikası, - faza-tezlik xarakteristikası adlanır.
2. Buraxma zolağı , elə tezlik zolağıdır ki, onun daxilində qəbul edilən siqnalın spektrinin təşkiledicilərinin ötürülməsinin qeyri-bərabərliyi 3dB -dən çox olmur.
3. Seçicilik əmsalı, birinci pillənin girişindəki siqnal gərginliyinin rezonans halındakı qiymətinin müəyyən kökdən düşmələrindəki qiymətinə nisbəti kimi təyin olunur (antenanın e.h.q. -nin dəyişməz qaldığı qəbul edilir):
.
Seçicilik əmsalının modulu kimi təyin oluna bilər.
4. Giriş dövrəsinin küy əmsalı, antenanın və giriş dövrəsinin küylərinin ümumi gücü­nün antena küyünün gücünün qəbuledicinin birinci pilləsinin girişinə hesablan­mış qiy­mətinə nisbəti kimi hesablanır:
,
burada - giriş dövrəsinin xüsusi küylərinin gücünün qəbuledicinin birinci pillə­sinin girişinə hesablanmış qiymətidir.

  1. İşçi tezlik diapazonu, qəbuledici qurğunun istənilən tezliyinə köklənməsi lazım gələn tezlik diapazonudur. Maksimal köklənmə tezliyinin onun minimal qiymətinə nisbətinə diapazonu örtmə əmsalı deyilir:

.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin