Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
RİNZASİP
®
daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara qarağatlı)
RINZASIP
®
Beynəlxalq patentləşdirilməmiş adı: Caffeine + Paracetamol + Phenylephrine + Pheniramine
Tərkibi
Təsiredici maddələr: hər saşenin (5 q) tərkibində 30 mq kofein, 750 mq parasetamol, 10 mq fenilefrin
hidroxlorid, 20 mq feniramin maleat vardır.
Köməkçi maddələr:
portağallı toz: limon turşusu,
natrium saxarin, natrium sitrat, saxaroza, günəş qürubu sarısı rəngləyicisi,
portağal dadvericisi;
limonlu toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, xinolin sarısı rəngləyicisi, limon
dadvericisi;
qara qarağatlı toz: limon turşusu, natrium saxarin, natrium sitrat, saxaroza, azorubin rəngləyicisi, meyvə
dadvericisi (Tutti Frutti), moruq dadvericisi, qara qarağat dadvericisi.
Təsviri
Portağallı toz: açıq-narıncı rəngdən narıncı rəngə kimi ağ və narıncı hissəcikli toz;
Limonlu toz: açıq-sarı rəngdən sarı rəngə kimi ağ və sarı hissəcikli toz;
Qara qarağatlı toz: çəhrayı rəngdən çəhrayı-qırmızı rəngə kimi ağ və qırmızı hissəcikli toz;
Farmakoterapevtik qrupu
KRX və “soyuqdəymə” simptomlarının aradan qaldırılması üçün vasitə (qeyri-narkotik analgetik +
psixostimulyator + alfa-adrenostimulyator + Н
1
-histamin reseptorlarının blokatoru).
ATC kodu: N02BE71
Farmakoloji xüsusiyyətləri
Kombinəolunmuş preparatdır. Kofein mərkəzi sinir sisteminə stimuləedici təsirə malikdir, hansı ki,
yorğunluğun və yuxululuğun azalmasına, əqli və fiziki işgörmə qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır.
Parasetamol qızdırmasalıcı və ağrıkəsici təsir göstərir: soyuqdəymə hallarında müşayiət olunan ağrı
sindromunu azaldır - boğaz ağrısını, baş ağrısını, əzələ və oynaq ağrılarını, yüksək temperaturu aşağı salır.
Fenilefrin damardaraldıcı təsir göstərir – tənəffüs yollarının yuxarı hissələrinin və əlavə ciblərin selikli
qişalarının ödem və hiperemiyasını azaldır. Feniramin allergiya əleyhinə təsir göstərir: gözlərdə, burunda və
boğazda qaşınmanı, burun boşluğunun, burun-udlaq və burunətrafı ciblərin selikli qişasında ödem və
hiperemiyanı aradan qaldırır, ekssudativ təzahürləri azaldır.
İstifadəsinə göstərişlər
Soyuqdəymə xəstəliklərinin, qripin, KRVİ-nin (titrəmə sindromu, ağrı sindromu, rinoreya) simptomatik
müalicəsi.
Əks göstərişlər
Yüksək həssaslıq; eyni zamanda tərkibində preparatın tərkibinə daxil olan maddələr olan digər preparatların
qəbulu; eyni zamanda trisiklik antidepressantların, monoaminoksidazanın inhibitorlarının, beta-
adrenoblokatorların qəbulu; saxaroza/izomaltoza çatışmazlığı, fruktozaya dözümsüzlük, qlükoza-qalaktoza
malabsorbsiyası; hamiləlik, laktasiya dövrü; uşaq yaş dövrü (15 yaşa kimi).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
MAO inhibitorlarının, sedativ preparatların, etanolun effektini gücləndirir.
Antidepressantlar, Parkinson xəstəliyi əleyhinə vasitələr, antipsixotik vasitələr, fenotiazin törəmələri sidik
ləngiməsinin, ağızda quruluğun, qəbizliyin inkişaf riskini yüksəldir.
Qlükokortikosteroidlər qlaukomanın inkişaf riskini artırır.
Parasetamol diuretik preparatların effektivliyini aşağı salır.
Feniramin eyni zamanda MAO inhibitorları, furazolidon ilə hipertonik krizə, qıcıqlanmaya, hiperpireksiyaya
gətirib çıxara bilər.
Tritsiklik antidepressantlar fenilefrinin adrenomimetik təsirini gücləndirir, eyni zamanda halotan ilə təyini
mədəcik aritmiyasının inkişaf riskini yüksəldir.
Preparat quanetidinin hipotenziv təsirini aşağı salır, hansı ki, öz növbəsində fenilefrinin adrenomimetik
aktivliyini gücləndirir.
Barbituratlar, difenin, karbamazepin, rifampisin və qaraciyərin mikrosomal fermentlərinin digər induktorları ilə
preparatın eyni zamanda təyini zamanı parasetamolun hepatotoksik təsirinin inkişaf riski yüksəlir.
Ehtiyat tədbirləri
Ehtiyatla – koronar arteriyaların nəzərə çarpan aterosklerozu, arterial hipertenziya, tireotoksikoz,
feoxromositoma, şəkərli diabet, bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, qlükoza-6-
fosfatdehidrogenazanın çatışmazlığı, qan xəstəlikləri, anadangəlmə hiperbilirubinemiyalar (Jilber, Dubin-
Conson və Rotor sindromları), qaraciyər və/və ya böyrək çatışmazlığı, bağlıbucaqlı qlaukoma, prostat vəzinin
hiperplaziyası.
Terapevtik effekt olmadıqda (3 gündən artıq müddətdə hipertermiya və 5 gündən artıq müddətdə ağrı
sindromu) həkimə müraciət edin.
Preparatın tərkibində şəkər vardır, bunu şəkərli diabet olan xəstələr, həmçinin aşağı kalorili pəhrizdə olan
şəxslər nəzərə almalıdırlar.
Xüsusi göstərişlər
Müalicə zamanı alkoqolun, yuxugətiricilərin və anksiolitik (trankvilizatorlar) dərman vasitələrinin qəbulundan
uzaq olmaq lazımdır. Tərkibində parasetamol olan digər dərman vasitələri ilə birlikdə qəbul etməyin. Diqqətin
konsentrasiyasını, fiziki və psixi reaksiyaların yüksək sürətini tələb edən işlərin icrası zamanı ehtiyatlı olmaq
lazımdır. Əgər xəstəliyin simptomları 3-5 gün müddətində keçməzsə, həkimə müraciət edin.
Əgər dərman vasitəsi yararsız hala düşərsə və ya istifadə müddəti bitərsə, onu çirkab sularına və ya küçəyə
tullamayın! Dərman vasitəsini paketə yerləşdirin və zibil qutusuna atın. Bu tədbirlər ətraf mühiti qorumağa
kömək edəcək!
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın qəbulu zamanı nəqliyyat vasitələrinin idarə edilməsindən və yüksək konsentrasiyalı diqqət və
psixomotor reaksiyaların tezliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan
kənar olmaq lazımdır.
İstifadə qaydası və dozası
Daxilə.
Bir saşenin (paketin) möhtəviyyatını stəkana tökmək, üzərinə isti su əlavə etmək, tam həll olana kimi
qarışdırmaq və içmək (istəyə görə şəkər və ya bal əlavə etmək olar). Preparatı kifayət qədər su ilə qida
qəbulundan 1-2 saat sonra qəbul etmək lazımdır. Böyüklər və 15 yaşdan yuxarı uşaqlar üçün: qəbullar
arasındakı interval 4-6 saat olmaqla bir paketdən gündə 3-4 dəfə qəbul edilməlidir. Maksimal sutkalıq doza -
4 paketdir. Müalicə kursu 5 gündən çox olmamalıdır.
Əlavə təsirləri
Allergik reaksiyalar: dəri səpgisi, qaşınma, övrə, angionevrotik ödem.
Sinir sisteminə: başgicəllənmə, yuxuya getmənin pozulması, yüksəlmiş oyanıqlıq.
Ürək-damar sisteminə: arterial
təzyiqin yüksəlməsi, taxikardiya.
Həzm sisteminə: ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, ağız boşluğunun selikli qişasının quruluğu,
hepatotoksik təsir.
Hissiyyat orqanlarına: midriaz, akkomodasiyanın parezi, gözdaxili təzyiqin yüksəlməsi.
Qanyaranma sisteminə: anemiya, trombositopeniya, aqranulositoz, hemolitik anemiya, aplastik anemiya,
methemoqlobinemiya, pansitopeniya.
Sidik çıxarıcı sistemə: sidiyin ləngiməsi, nefrotoksiklik (papillyar nekroz).
Digər: bronxospazm.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması bir qayda olaraq parasetamolla əlaqədardır, sonuncunun 10-15 q-dan
artıq qəbulundan sonra biruzə verir. Dəri örtüklərinin avazıması, anoreksiya, ürəkbulanma, qusma;
hepatonekroz; “qaraciyər“ transaminazalarının aktivliyinin yüksəlməsi, protrombin müddətinin uzanması
mümkündür. Doza həddinin aşılması meydana çıxan kimi təcili həkimə müraciət etmək lazımdır.
Müalicəsi: mədənin yuyulmasından sonra aktivləşdirilmiş kömürün qəbulu;
simptomatik müalicə, doza
həddinin aşılmasından sonra 8-9 saat müddətində metioninin və 12 saat müddətində N-asetilsisteinin
yeridilməsi.
Buraxılış forması
Daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (portağallı, limonlu, qara qarağatlı).
5 q olmaqla polietilen və poliesterlə laminəolunmuş, alüminium folqadan olan saşedə. 5, 10 və ya 25 saşe
içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
«Yunik Farmasyutikal Laboratoriz»
(«C.B. Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay - 400 030, Hindistan
İstehsal sahəsinin ünvanı
Sahə № 101/2 & 102/1, Daman İndastrial Esteit,
Kadaiya, Daman - 396 210, Hindistan
İddiaları qəbul edən təşkilat
«Conson və Conson» MMC
Rusiya, 121614, Moskva ş., Krılatskaya küç., 17, tikinti 2; tel: (495) 726-55-55
www.rinza.ru