Saatlı və
Sabirabad
sakinləri pulsuz müayinə
olundu
3
ATU rəhbərliyi imtahanlara nəzarət
edəcək heyət üzvləri ilə görüşüb
Akademik Zərifə
xanım Əliyevanın
anadan olmasının
92-ci ildönümü
tamam oldu
Qəzet 1933 -cü ildən çıxır. № 08 (1605) 30 aprel 2015 - ci il Qiyməti 40 qəpik
FAKÜLTƏ TƏLƏBƏ ELMİ CƏMİYYƏTLƏRİNİN
KONFRANSLARINDA
6
BU SAYIMIZDA
Rektor yay
imtahan
sessiyasına
hazırlığın
vəziyyətilə
maraqlanıb
3
5
2
İmmundefisitli xəstələrin
araşdırılmasına başlanılıb
4
Üçüncü Qlobal Bakı Forumunun rəsmi açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib
Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı
Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış
mərasimində iştirak edib.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədri İsmail SERAGELDIN Forumu açaraq dedi:
- Zati-aliləri.
Xanımlar və cənablar sabahınız xeyir olsun.
Mən böyük şərəf hissi ilə Prezident İlham Əliyevin dəvətini qəbul edib
buraya gəlmişəm.
Bugünkü görüşümüzün məqsədi yeni formalaşan dünya durumunda
etimadın qurulmasına aiddir. Təbii ki, İkinci Dünya müharibəsindən sonra
yaranmış vəziyyət və həmin vəziyyətdən sonrakı durum necə olmalıdır?
Bizim qarşımızda problemlər var, çağırışlar mövcuddur, dövlətlər, xalqlar
arasında etimad məsələləri gündəliyimizdə vacib yer tutur. Buna görə də, biz
bu gün gündəlikdə duran həmin məsələləri fəal müzakirə etməliyik. Biz indi
özümüz üçün müzakirələr aparmalıyıq ki, hansı yeni durum olmalıdır? Henri
Kissincer əslində bu sahədə görüləcək tədbirlərin çərçivəsinin hüdudsuz
olduğunu qeyd etmişdir. Biz müəyyənləşdirməliyik ki, bir siyasi sistemin digər siyasi sistemə mənfi təsirinin qarşısının alınması hansı tədbirlərə əsaslanmalıdır?
Bu məsələ bu gün bizi narahat edir. Buna görə də aydınlaşdırmalıyıq ki, bu gün dünya durumunda məhz hansı yeni sərhədlər, üfüqlər açılır.
Bu gün Bakıya yüksək səviyyəli nümayəndələr, təmsilçilər təşrif gətiriblər. Bu, bizim üçün böyük şərəfdir. Biz Bakı Forumumuzu artıq illik əsaslarla keçiririk. Mən
indi böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə söz vermək istəyirəm.
Dövlətimizin başçısı Forumun rəsmi açılışında nitq söylədi.