Səhiyyə Siyasəti və Planlaşdırması Sektoru



Yüklə 9,36 Kb.
tarix22.04.2017
ölçüsü9,36 Kb.
#15396
Səhiyyə Siyasəti və Planlaşdırması Sektoru
Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində səhiyyə siyasətinin hazırlanması, monitorinq, qiymətləndirmə, və fəaliyyətin təhlili işinin aparılmasına dəstək məqsədilə Səhiyyə Nazirliyi nəzdində Səhiyyə Siyasəti və Planlaşdırması Sektorun yaradılması nəzərdə tutulur.
Səhiyyə Siyasəti və Planlaşdırması Sektoru aşağıdakı funksiyaları daşıyacaq:


  • səhiyyənin əsas istiqamət, prioritetlərinin, proqram, strategiyalarının, və səhiyyə sektorunda AR Hökumətinin proqram sənədlərinin işlənib hazırlanmasında iştirak etmək;

  • səhiyyə sistemi fəaliyyətinin monitorinqi, təhlili və qiymətləndirilməsi, həmçinin prioritet istiqamətlərin icra planının tərtib olunması;

  • SN-in idarəçilik qərarlarının işləmə mexanizm və alətlərinin effektivliyinin qiymətləndirilməsi;

  • analitik material və hesabatların hazırlanması

Nəzərdə tutulur ki, bu sektor üçün əməkdaşlar müsabiqə əsasında seçildikdən sonra xüsusi hazırlıq keçəcəklər.


Sektora 5 nəfər işçi tələb olunur (2 səhiyyə təşkilatçıları, 1 əczaçı, 1 hüquqşünas və 1 iqtisadçı).
Şektor əməkdaşları aşağıdakı ixtisas göstəricilərinə malik olmalıdır:

  • Ali təhsil (səhiyyə, iqtisadiyyat, hüquq sahəsində)

  • Səhiyyə siyasəti, həmçinin sübutlara əsaslanan qərarların qəbul edilməsində dərin biliklər və praktiki anlayış;

  • Təşkilatçılıq /kordinasiya /idarə etmə təcrübəsi;

  • Tədqiqat təcrübəsi;

  • Azərbaycan və İngilis dillərini səlis bilmək.

Aşağıdakı keyfiyyətlər vacibdir:



  • Yaradıcılıq qabiliyyəti

  • Ünsiyyət, analitik, təşkilatı və yazmaq qabiliyyəti

  • Məlumatların toplanması, təhlili, təqdimatı və planlaşdırılması, həmçinin hesabat və tövsiyə yazmaq təcrübəsi;

Aşağıdakı keyfiyyətlər arzu olunandır:



  • Xarici qeyri-hökumət və beynəlxalq təşkilatlarla səhiyyə sahəsində iş təcrübəsi;

  • Tədqiqat qrupların təşkil olunması təcrübəsi;

  • Statistika sahəsində biliklər və statistik proqramlar, məlumat bazaları ilə işləmək bacarığı.

Maraqlı olan şəxslər tələb olunan bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı (CV) 2008-ci ilin 11 dekabr tarixinə (saat 17:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.


Səhiyyə Nazirliyi nəzdində Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, AZ1122, AZƏRBAYCAN

Tel: +994-12-431-1968



Faks: +994-12-431-1937

Elektron ünvan: z.mustafayeva@hsrp.az
Yüklə 9,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin