Proqram təminatı(Software) Sistem proqramlar, tətbiqi proqramlar, əməliyyat sistemləri, ortuk proqramları, arxiv proqramlar, antiviruslar, drayverlər, utilitlər
Dünyada mövcud olan proqramlar 3 sinfə bölünür:
Sistem proqramları
Tətbiqi proqramlar
İnstrumental proqramlar (Alqoritmik dillər).
Sistem proqramları kompüteri idarə etmək üçündür. Sistem proqramlarına daxildir:
Əməliyyatlar sistemləri
Örtük proqramları
Arxiv proqramları
Antivirus proqramları
Drayverlər(xarici qurğuları birləşdirən)
Utilitalar və s.
1. Sistem proqramları(sistem proqram təminatı).Bu proqramlar kompüterin işini idarə edən, onun ayrı –ayrı qurğuları arasında əlaqə yaradan, qurğuları tənzimləyən, kompüterləri qoruyan, diaqnostikanı aparan proqramlardan ibarətdir.
Bu proqramlara aşağıdakılar aiddir.
1) Əməliyyat sistemləri
Əməliyyat sistemləri kompüterin idarə olunması, işlənməsi üçün zəruri olan sistem proqramlarının kompleksindən və onlara inteqrasiya olunmuş tətbiqi proqramlar paketindən ibarətdir.
Birməsələli və çoxməsələli, biristifadəçili və çox istifadəçili, şəbəkə əməliyyat sistemləri mövcuddur.
2)Xidməti (servis) proqramları aşağıdakı 6 hissədən ibarətdir.
a) örtük proqramları
Örtük proqramları əməliyyat sistemində işi sadələşdirən proqramlardır. Məs : MSDOS əməliyyat sistemi üçün Norton Commander (NC) adlı örtük proqramlar var.
b) utilitlər
Utilitlər kompüterin qurğularının imkanlarını artıran köməkçi zəruri proqramlardır.
c) arxivləşdirmə proqramları
Arxivləşdirmə proqramları informasiyanı sıxaraq yaddaşa qənaət etməyə imkan verir.
Arj, Zip, Rar arxivləşdirici proqramlar var. Arxivasiya proqramları arxivator adlanır.
d) formatlaşdırma proqramları
Formatlaşdırma proqramları kompüterin yaddaşındakı disklərdə informasiyanı optimal yerləşdirməyə imkan verir
e) antivirus proqramları
Antivirus proqramları kompüteri ziyanverici viruslardan qorumağa imkan verir.
Kasperski, Nod32, Norton, Avira, Avast, Doctor Web və s antivirus proqramları var.
f) diaqnostika (test) proqramları
Diaqnostika proqramları kompüterin ayrı-ayrı qurğularının sazlığını yoxlayır və nasazlıq görəndə xəbərdar edir.
3)Proqramlaşdırma dilinin transliyatorları : bu dillərdə yazılmış proqramların kompüterdə realizə olunmağını təmin edir.
2 cür olur.
1. interpritator –proqramları hissə-hissə realizə edir
2. kompilyator –tam realizə edir
4)Texniki xidmət proqramları : kompüterin qurğularına qulluq üçün nəzərdə tutulur. Yəni kompüterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək.
5)Drayverlər : kompüterə qoşulan qurğuların kompüter tərəfindən tanınmasını təmin edir.
6)Utilitlər: utilitlər latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilitlər aşağıdakı qruplara bölünür:
Kontrol, test və diaqnostika proqramları.
Drayver proqramları
Arxivator proqramları
Antivirus proqramları
CD və ya DVD yazıcı proqramları
2. Tətbiqi proqramlar. Tətbiqi proqram təminatı.
İstifadəçinin konkret məsələsinin həlli üçün nəzərdə tutulan proqramlara tətbiqi proqramlar deyilir. Bu proqramlar sistem proqramlarına nəzərən daha çox istifadə olunur. Onlardan ən çox istifadə edilənləri qeyd edək.
Mətn redaktorları –bu proqramlar müxtəlif mətn və sənədlərin hazırlanması üçün nəzərdə tutulur. Məs: Ms Word
Cədvəl prosessorları(elektron cədvəllər) Bu proqramlar cədvəl şəklində verilmiş informasiyanın emalı üçün nəzərdə tutulub. Məs:Excell
Qrafik redaktorlar. Bu proqramlar müxtəlif təsvirlərin, şəkillərin hazırlanması və emalı üçün nəzərdə tutulub. Məs : Ms Paint, Adobe PhotoShop, Corol Draw, AutoCAD
Təqdimetmə proqramları. Bu proqramlar müxtəlif təqdimatların, reklamların yaradılması üçün nəzərdə tutulub. Məs : Ms Power Point
Verilənlər bazasının idarəetmə sistemləri. Bu proqramlar verilənlər bazasının yaradılması, idarə olunması, emalı üçün nəzərdə tutulub. Məs : MS Access
Tədris proqramları Kompüter şəbəkələrində iş proqramları : Məs İnternet Explorer, Mozilla, Opera, Chorome, Outlook Express(ms office paketində yerləşir)
Oyun proqramları Tərcüməçi proqramlar Məs Promt, Dilmanc.
Lüğət proqramlar Məs Lingvo, Polyglot