Səhralaşmanın fəsadları



Yüklə 1,17 Mb.
səhifə1/6
tarix15.01.2022
ölçüsü1,17 Mb.
#51283
  1   2   3   4   5   6
sehralashma


Səhralaşma planetimizin milyonlarla insanı üçün faciəli hadisə hesab edilir. Belə ki, səhralaşma torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru "hərəkətə" gəlir, bunun nəticəsində yoxsulluq, aclıq və xəstəliklər baş verir. Səhralaşma dedikdə, yerin bioloji potensialının azalması və ya məhv edilməsi, antropogen fəaliyyət və iqlim dəyişməsi nəticəsində yer üstü ekosistemlərin tükənməsi nəzərdə tutulur. BMT-nin 12 sentyabr 1994-cü il tarixli «Səhralaşmaya qarşı mübarizə» Konvensiyasında səhralaşmaya belə anlayış verilmişdir: «Səhralaşma torpağın quraq, yarıquraq, az

Səhralaşma problemi

rütubətli sahələrdə iqlim dəyişmələri və antropogen fəaliyyətlər də daxil olmaqla müxtəlif faktorlardan qaynaqlanan deqradasiyasıdır». BMT ekspertləri səhralaşma proseslərini və onun yayılmasının ekoloji situasiyalarının pisləşməsi kimi qiymətləndirir, qeyd edirlər ki, bu proses nəticəsində quraq, yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bu proses əsasən tədriclə gedir. Beləliklə, səhralaşma təbii və antopogen proses olub, quraq ərazilərdə aridləşmə istiqamətində torpaq və bitki örtüyündə dönməyən dəyişikliklər yaradır.

Son 40-45 ildə, xüsusilə də 1980-2010-cu illərdə planetimizin bir sıra semi arid vilayətlərində aridləşmə prosesinin xeyli güclənməsi nəticəsində səhra və yarımsəhraların sahəsinin genişlənməsi müşahidə edilir ki, bu da həmin ərazilərin bioloji məhsuldarlığının azalmasına və ya tamamilə məhv olmasına səbəb olur. İlk dəfə səhralaşma problemi dünya ictimaiyyətini 1968-1973-cü illərdə Böyük səhrada baş verən faciəli hadisələrdən sonra cəlb etməyə başlamışdır.



Səhralaşmanın fəsadları
  • XXI əsrin başlanğıcından dünyada bir gün ərzində səhralaşma və şorlaşma nəticəsində 10 minlərlə hektar torpaq sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min hektar, son məlumatlara görə isə 50 min hektar (yeni salınan meşə sahələrindən 10 dəfə çox) dünyanın ən qiymətli təbii sistemlərindən biri sayılan və planetimizin «ağ ciyəri» adlandırılan tropik meşə sahəsi məhv olur, 40 mindən artıq uşaq ölür. Təkcə bizim respublikamızda rəsmi məlumatlara əsasən 40,8% torpaq külək və su eroziyasına məruz qalıb və kənd təsərrüfatı üçün yararsız hala düşüb.
  • Səhralaşma eyni zamanda sosial-iqtisadi və təbii proses olmaqla təqribən 3,6 mlrd. hektar torpaq sahəsini təhlükə altında saxlamaqla, 700 mln.-dan çox insanın yaşadığı əraziləri əhatə edir. Bu Avropanın ərazisindən üç dəfə çoxdur və ya Yer kürəsinin torpaq sahəsinin dörddə biri qədərdir. Daha təhlükəli vəziyyət Afrikanın Sahel zonasında (Seneqal, Nigeriya, Burkino Foso, Mali və b.) keçici bioiqlim zonasında (400 km-ə qədər enində), şimalda Saxara və cənubda Savannalar arasında yaranmışdır. Səhralaşma prosesi dünyanın 1 mlrd.-dan çox əhalisi olan 110 ölkəsini əhatə etmişdir. Səhralaşma Afrikada xüsusilə böyük ərazilər tutur. Məs. Böyük Səhranın ərazisi hal-hazırda cənuba doğru ildə 1 km sürətlə artır. Dünyada səhraların ümumi artımı ildə 50 min km2 təşkil edir. Məs. 1968-1973-cü illərdə baş vermiş quraqlıq Böyük Səhra ilə Seneqal və Yuxarı Nigerin çay hövzələrini əhatə etmiş, 250 min nəfərdən çox insan və ey heyvanlarının 70%-i suyun çatışmazlığı nəticəsində məhv olmuşdur.

Səhralaşmanın fəsadları
  • Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması torpağın üst qatının intensiv sovrulmasına (defliyasiya) şərait yaradır. BMT-nin məlumatlarına görə, hər il dünya meşələrinin 25 milyon hektar sahəsi qırılıb məhv edilir. Meşələrin qırılması biosferin davamlılığının və atmosferdə oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının, defliyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaşmanın sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırğalara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəskin dəyişilməsinə və s. səbəb olur.
  • Müasir xəritə materiallarına əsasən mütləq səhralar qurunun 8-10%-ni təşkil edirlər. Bu və ya digər dərəcədə səhralaşmaya məruz qalmış ümumi ərazi isə (mütləq səhralarla birlikdə) materiklərin 36-40%-ni təşkil edir. 70-75 ölkədə quraqlaşma hadisələrinə rast gəlinir. Səhra və səhra çöl ərazilərin 50%-ni hərəkət edən dyun və barxanlardan ibarət qumlu səhralıq təşkil edir.
  • Planetin kontinentlərində səhra və səhralaşan ərazilər qeyri-bərabər paylanmışlar. Avstraliyada yer səthinin ≈ 80%-i; Afrikada yer səthinin ≈ 50%-i; Asiyada yer səthinin ≈ 45%-i; Cənubi və Şimali Amerika və Avropada ≈ 20-30%-i.
  • Yer kürəsində iqlimdən asılı olan səhralar 30% ərazi tuturlar. YUNEP təşkilatının məlumatlarına əsasən səhralaşmaya məruz qalmış ərazilərin ümumi həcmi 40%-ə yaxındır.
  • Səhralaşmanın nəticələri ekoloji və iqtisadi cəhətdən çox təsirlidir və demək olar ki, həmişə mənfi xarakter daşıyır. O, inkişafa böyük maneədir və buna görə də 1995-ci ildə BMT 17 iyunu “Səhralaşma və quraqlıqla əlaqədar” Ümumdünya Günü elan etmişdir və sonradan 2006-cı ili “Beynəlxalq Səhra və Səhralaşma” ili elan etmişdir. 1990-cı ildən səhranın öldürücü nəfəsi 6 mln. hektara yaxın məhsuldar qatı dağıtmışdır. Səhralaşma ilə əlaqədar maddi ziyan hər il 42 mlrd. dollar təşkil edir.
  • Quraqlığın nəticəsində dünyanın taxıl ehtiyatları 160 milyon tondan 9 milyon tona qədər azalıb.
  • Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilinməyən (əksik) ümumi məhsulun illik məbləği 16 mlrd. dollara yaxın təşkil edir.

Səhralaşmanın səbəbləri Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaşma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcə olmasını ayırd etmək çətindir. Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərdə suyun dövriyyəsinin 70-75%-ni təmin edir. Təbii meşələrdə günəş radiasiyasının 90%-i yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda günəş radiasiyasının yalnız 40%-i transpirasiyaya sərf olunur.

Səhralaşma prosesində hədsiz mal-qara otarılması da mühüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyü davamlı olmayan belə sahələrdə mal-qaranın həddindən artıq toplanması nəticəsində əvvəlcə tədricən otlağın vəziyyəti pisləşir və məhsuldarlığı aşağı dü-şür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatının ödəmədikdə bitki örtüyü pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır. Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Bəzi alimlər göstərirlər ki, səhralaşmanın əsas yaradıcısı insandır. Onun fəaliyyəti ilə torpaqlar pisləşir, ondan düzgün istifadə olunmaması və həddən artıq istismarı nəticəsində insan üçün əlverişli ekosistemlərin sahəsi azalır, çox quru iqlim şəraitinin təsiri altında yeni və çox müxtəlif sosial-iqtisadi problemlər meydana çıxır. Səhralaşma proseslərinin qüvvələnməsi və səhraların sərhədinin genişlənməsi 2 əsas amilə bağlıdır. Tədqiqatçıların bir qismi səhralaşma proseslərinin baş vermə səbəblərini vaxtaşırı müşahidə olunan və təkrarlanan quraqlıqda, yeni iqlim şəraitində görürlər. Həmin alimlərin fikrincə, səhra ekoloji nöqteyi-nəzərdən qüvvədən düşmüş ekosistem olub, o günəş şüalarını udmur (əks etdirir), havanın konveksiya intensivliyini zəiflədir və nəticədə yağıntıların miqdarını azaldır. Digər tədqiqatçıların fikrincə, səhralaşmanın qlobal miqyasda inkişafı iqlimlə əlaqədar olsa da, bu barədə hələlik əsaslı sübutlar yoxdur. Onların fikrincə səhralaşma prosesinin sürətlə yayılmasının əsas səbəbi insanların təsərrüfat fəaliyyətidir.

Səhralaşmanın səbəbləri Müəyyən edilmişdir ki, səhralaşmanı yaradan 45 amildən 87%-si insanların su, torpaq, bitki, faydalı qazıntılardan dü-şünülməmiş istifadəsi ilə, 13% isə təbii proseslərlə bağlıdır. Səhralaşma prosesinin səbəbləri aşağıdakılardır: 1. Sənaye fəaliyyətinin, kommunal və irriqasiya işlərinin yerinə yetirilməsinin nəticəsi kimi bitki örtüyünün məhv edilməsi və torpaq təbəqəsinin pozulması;

2. Ağac-kol bitkilərinin odun kimi istifadə edilməsi ilə əlaqədar torpaq-bitki örtüyünün deqradasiyası;

3. Ağac-kol bitkilərinin odun kimi istifadə edilməsi ilə əlaqədar bitki örtüyünün məhv edilməsi;

4. Dəmyə təsərrüfatçılığın nəticəsi kimi torpağın məhsuldarlığının azalması;

5. Müxtəlif dənizlərin sahilində (onların səviyyəsinin qalxması ilə əlaqədar) və süni əkin sahələrində qrunt sularının səviyyəsinin qalxması nəticəsində torpağın təkrar duzlaşması və təbii duzlaqların iriləşməsi. Ümumiyyətlə, səhralaşma prosesinə vilayətlərin təbii ehtiyatlarından kənd təsərrüfatında və sənayedə geniş istifadə etməyin nəticəsi kimi baxmaq lazımdır. Otlaqlardan uzun müddət plansız istifadə olunması, kollektor-drenaj sistemi olmadan, sahələrin suvarılması, növbəti əkin sisteminin tətbiq edilməməsi, müasir yerqazan və nəqliyyat maşınlarının plansız işlədilməsi və s. ekoloji sistemlərdə müvazinəti tez-tez pozur, təbii landşafta antopogen təzyiq, təbii komplekslərin dözümlülüyü həddini aşır və istifadə olan torpaqlar yararsız hala düşür (torpaqlar şoranlaşır, bataqlaşır, qumlar çılpaqlaşır və hərəkətə gəlir, eroziya və deflyasiya prosesi qüvvətlənir).

Əlbəttə, məhsul verməyən geniş qumlu, daşlı, gilli və şoran səhralar təbii amillərin təsiri ilə əmələ gəlmişdir. Səhraların sərhədinin genişlənməsi isə əsasən insanların təsirinin fəal olduğu, səhralarla təmas edən rayonlar üçün xarakterikdir. M.İ.Budiko, Çerni, Pali və b. tədqiqatçıların fikrincə səhralaşmaya əsas səbəb rütubətli illəri əhatə edən dövrlərdə ot yeyən heyvanların sayının artırılması, əkin sahələrinin xeyli genişləndirilməsi və başqa ərazilərdən gələn quru küləkdir. B.Q.Razanova görə səhralaşma torpağın və bitkilərin deqredasiyası və onların bioloji məhsuldarlığının azalması prosesidir. Səhralaşma ekstremal hallarda biosferin potensialının tam məhv olmasına və ərazinin səhraya çevrilməsinə səbəb olur.

Quraqlıq Quraqlıq – səhralaşma prosesində daha mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Saheldə 20 il sürən quraqlıq nəticəsində tarlaların və otlaqların məhsuldarlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axınları azalmış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın ilk dalğası zamanı (1968-1973-cü illər) 250 mindən artıq yerli əhali acından ölmüş, malqaranın 40%-i məhv olmuşdur. Malidə və Mavritaniyada mal-qaranın 90%-i qırılmışdır. 1980-ci ilin ortalarında Saxaradan cənubda quraqlıq nəticəsində 3 mln-a yaxın adam ölmüşdür. Quraqlıq – yağıntıların çatışmaması ilə yüksək buxarlanmanın elə birləşməsidir ki, aqrotexnikanın lazımi səviyyəsinin olmaması halında bitkilərin rütubətə tələbatı və onun torpaqdan alınması arasında uyğunsuzluq yaradır ki, bunun danəticəsində kənd təsərrüfatı və otlaq bitkilərinin məhsuldarlığı aşağı düşür. Quraqlıq – yazda və yayda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövrdür. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur.

Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəiyşməsi, torpağın eroziyası və şoranlaşması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır:


  • Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı düşməsi ilə ifadə olunur.
  • Orta dərəcə səhralaşma – mal-qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.
  • Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olunur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.
  • Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün deyil.

Səhralaşmanın tipləri və səhralaşma indikatorları FAO (1982) təşkilatı yer kürəsində 8 tip səhralaşmanı fərqləndirir: 1) Bitki örtüyünün deqradasiyası; 2) Külək eroziyası; 3) Su eroziyası; 4) Torpaq strukturasının pozulması; 5) Torpaqda humusun miqdarının azalması; 6) Şoranlaşma, şorakətli və şorakət torpaqlar; 7) Torpağın bataqlaşması; 8) Torpaqda toksiki maddələrin çoxalması.

Əsas təbiət hadisələri arasında quraqlıq və külək eroziyası xüsusi yer tutur. Yer kürəsi əhalisinin təxminən 750 mln. nəfəri (12,5%) arid ərazilərdə, 90 mln-u isə güclü səhralaşmaya məruz qalan ərazilərdə yaşayırlar. Azərbaycanda əhalinin 60%-i Kür-Araz çökəkliyində yaşayır ki, bu ərazi də əsasən arid və yarımarid qrupa aid edilir.

Üç səhralaşma indikatoru bir-birindən fərqləndirilir. Bunlara fiziki, biolojisosioloji indikatorlar daxildir.

Fiziki indikatorlar – torpaq, geokimyəvi və hidrolitik indikatorlar:

  • Toz və qum tufanlarının miqdarı və digər əlverişli olmayan iqlim prosesləri;
  • Qrunt sularının miqdarı, səviyyəsi və keyfiyyəti;
  • Eroziya və defilyasiya proseslərinin inkişafı və formaları;
  • Köklər yerləşən torpaq qatının qüvənliyini və onda olan humusun miqdarı;
  • Torpağın şoranlığı və şorakətliyi;
  • Müxtəlif qaysaqların əmələ gəlməsi;
  • Yeraltı sular.

  • Bioloji indikatorlar. Bitki örtüyü: 1) Yayılan bitki növlərinin nisbəti; 2) Bitki örtüyündə olan kserofil və mozofil növlər; 3) Torpağın üst hissəsinin bitkilər tərəfindən örtülməsi; 4) Bioloji məhsuldarlıq və yem bitkilərinin məhsul-arlığı. Heyvanlar aləmi: 1) Əsas növlər; 2) Ev heyvanlarının sayı, cinsi; 3) Heyvanların çoxalması; 4) İkinci məhsul.


    Yüklə 1,17 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin