Meşə haqqında ümumi anlayış



Yüklə 25 Kb.
tarix02.01.2022
ölçüsü25 Kb.
#42722
aaaaa


Meşə haqqında ümumi anlayış.

Azərbaycan meşələri - Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.

Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.

Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.

Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsi ilə həyata keçirir.

Meşə formasiyalarının paylanması

Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyici, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir. Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir. Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay məcralarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli Proqramlar hazırlayıb aidiyyəti üzrə təqdim etsin.

Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair" hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir. Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003-2008-ci illərdə) 69700 ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şosse və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).

Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000-2001-ci ildə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6-1,9 dəfə çoxdur. Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.

Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000-2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2-5 dəfə çox olmuşdur.

Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9000 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.

2005-ci ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500 hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstəricilər 2000-2001-ji ilin göstəricilərindən meşəbərpa tədbirləri üzrə 2-2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6-10 dəfə çoxdur.

"Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram"ın tələblərinə uyğun olaraq 2006-cı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Göstərilənlərlə yanaşı meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi(-) təsirini göstərir.

MEŞƏ YANĞINLARI VƏ ONUNLA MÜBARİZƏ



Yanğın hər vaxt törədiyi yerdə bəlalar gətirir. İlk yanğınlar hələ 400 mln il əvvəl daşkömür qalıqlarında qeydə alınıb. Üçüncü dövrdə də qonur kömür qalıqlarında yanğının izləri tapılmışdır (Q. Spurr, V. Barnes, 1984). İnsanın təsərrüfat fəaliyyətindən əvvəl yanğınların baş verməsinin əsas səbələrindən biri ildırım çaxması olmuşdur. Müasir dövrdə də ildırım çaxmasından hər il dünyada 50 000 meşə yanğını baş verir. Dünyada baş verən yanğınların törənməsində insan amili də xüsusi yer tutur. ABŞ Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatına əsasən 1987-ci ildə yanğınlar nəticəsində Brazilyada 20 mln, 1990-cı ildə isə 12 mln hektar meşə sahələri məhv olmuşdur. Süni peyk vasitəsilə hər gün Yer kürəsində 8,5 min məntəqədə yanğın mənbəyi qeydə alınır (L.İ. Tsvetkova, M.İ. Alekseyev və b. 2001-ci il). İnkişaf etmiş ölkələrdə hər il 1 2 mln. hektar meşə tüstüyə çevrilir. Son 50 ildə Hindistanda meşələrin ərazisi 12% azalmışdır. ABŞ-da, Qərbi Avropada, Avstraliyada, Rusiyada meşələrin məhvi hər gün müşahidə edilir. Sibir meşələri sürətlə azalır, burada hər il 500 min hektar meşə kəsilir. A.S. Stepanovskiyə (2001) görə, 1991-ci ildə Rusiyada 595,4 min hektar meşə məhv edilmişdir ki, bunun da 243,8 min hektarı və ya 41% yanğınların payına düşür. Yanğınlar canlı meşə örtüyünü tam və ya qismən məhv edir. Eləcə də yanğın zamanı meşənin oduncaq, təbii bərpa, 384 ot örtüyü, meşə döşənəyi və s. mənbələri məhv edilir. Meşənin su qoruyucu, torpaq mühafızəedici və sanitargigiyenik əhəmiyyəti kəskin azalır. Yanğınlar meşədə məskunlaşmış quşların və heyvanların sığınacaq yerlərini məhv etməklə canlı aləmi sükuta qərq edir, düşdüyü ərazini xarabalığa çevirir. V.Q. Nesterov (1954) meşə yanğınlarının baş verməsinin bir sıra səbəblərini göstərir: 1. Meşədə ocaq qalayarkən odla ehtiyatsız davranmaq, söndürülməyən siqaret kötüyünün atılması, qırıntı qalıqlarının yandırılması, müxtəlif məqsədlərlə yandırılan ocaqların söndürülməməsi, sahənin kənd təsərrüfatı bitkiləri əkinləri aparmaq hesabına yandırılması, ovçu silahından düşən od və s. 2. Müxtəlif məqsədlər üçün yandırma. 3. Meşədə işləyən maşın və mexanizmlərdən çıxan qığılcım. 4. İldırım çaxması, torpaq örtüyündə qızışma və yanma, dağdan diyirlənən daşların toqquşması nəticəsində alınan qığılcım, meşədə atılmış şüşə qırıntılarından keçən günəş şüası və s. Odla ehtiyatsızlıq ümumi meşə yanğınlarının 60-80%-ni təşkil edir. Əhali və meşə tədarükçüləri arasında yanğın əleyhinə izahat işləri aparmaqla meşə yanğınlarının minimuma endirilməsi mümkündür. Meşə yanğınları əsas üç tipdə olur: aşağıdan, yuxarıdan və torpaqdan yeraltı yanğınlar. 13.1. Aşağıdan yerüstü yanma Geniş yayılmış yanğın tipidir. Bu tip yanğınlarda torpağın ot örtüyü, meşə döşənəyi, torpağın humus qatı, kollar, yeniyetmələr məhv olur, ağac kökləri ütülür. Torpağın üst qatında istilik çoxaldıqca kollar və ağaclar daha çox məhv olur. Aşağıdan baş verən yanğında ağacların məhvi yanğının 385 intensivliyindən, ağac növlərindən, ağacların yaşından və kök sistemindən asılıdır. Cavan şam ağacları aşağıdan yanmaya dözmür və məhv olur. Yaşlı şam ağaclarının qabığı qalın olduğundan bu tip yanğına daha dözümlü olur. Belə ki, qalın qabıq kambiya qatını istinin təsirindən qoruyur və meşə çətrini alov çatmayan hissədə mühafizə edir. Bitmə şəraitindən asılı olaraq aşağıdan yanmada ağacların kök sistemləri də ziyan çəkir. Daşlı yamaclarda, torpaq qalı yuxa olan şəraitdə ağac və kolların kökləri də yanır. Qalın torpaqlarda isə bitkilərin köklərinə yanğın az təsir edir və ya heç təsir (palıd və fıstıqda olduğu kimi) edə bilmir. Aşağıdan yanma küləyin sürətindən asılı olaraq zəif və sürətli olur. Yanğının sürəti hava şəraitindən və ekoloji mühitdən də asılıdır. İl uzun müddət quraq keçdikdə yanğın təhlükəsi artır və yanğın baş verdikdə isə sürətlə yayılaraq geniş əraziləri tutur. Rütubətli mühitdə isə yanğın təhlükəsi azalır və sürəti zəifləyir. Sürətli yanmada ağaclar az zədələnir, ot örtüyü və meşə döşənəyi qismən yanır. Sürəti zəif olan yanğında, əksinə, ot örtüyü və meşə döşənəyi tam yanır və ağaclara' daha çox ziyan dəyir. Aşağıdan yanmada əsas mamır, şibyə, ot örtüyü, sürünən kollar, mərcangilə, qaragilə, böyürtkən, meşə döşənəyi və digər tör-töküntülər yanır, alovun hündürlüyü 0,5-1 m və çox olur. Ot örtüyü uca boylu və sıx olarsa, alovun hündürlüyü də artır. Ot örtüyü yanarkən istilik 400°, tör-töküntülər yandıqda isə hərarət 900°-yə çatır. Sürətli yanğın - qaçan yanğın, asta hərəkət edən yanğın və dayanıqlı (sərbəst, davamlı) yanğınlar adlandırılır. Aşağıdan yanğının ətrafa yayılma sürəti az olur və küləyin əksi istiqamətində onun hərəkəti zəyifləyir.

Yuxarıdan (çətirdən) yanma



Bu yanğında ot örtüyü ilə yanaşı ağac çətri, yarpağı, iynəsi və budaqları da yanır. Aşağıdan yanmaya nisbətən yuxarıdan yanmada alov daha tez hərəkət edir və yayılır. Yanğının sürəti küləyin sürətindən asılı olaraq dəyişir və bəzən 5-25 km/saal olur. Yuxarıdan yanmada od parçaları və qığılcım havada uçur, bu tip yanğın səsli-küylü olur. Yuxarıdan yanmada yanğın dalğası, aşağıdan yanan yanğın sərhəddindən həmişə qabaqda olur. Alovun temperaturu 900 C-yə çatır. Yüksək sürətlə yayılan (8-25 km/saat) yanğın qaçan və ya tufan adlanır. Sürəti 5-8 km/saat olan yanğın isə dayanıqlı, davamlı yanğın adlanır və meşə çətrini tamam məhv edir.

Yeraltı və ya torpaq yanması Bu yanğında torf qatı və ya torpaqdakı çürüntülər yanır. Odur ki, belə yanğınlara torf və ya çürüntü yanğını da deyilir. Torf yanmasında yanğın üzə çıxmır, torf və çürüntü qatı tədricən yanır, mineral hissə və su ilə rastlaşana kimi davam edir. Bəzən torpaq yanmasında ara-sıra yerlərdə alov və tüstü görünür. Bu tip yanğın asta hərəkət edir və sürəti sutkada 1 km-dən artıq olmur. Yanğın vaxtı torf və torpaqla birlikdə ağacların kökü yanır və ağaclar yıxılmağa başlayır. Təbiətdə birmənalı yanğın yoxdur və yanğınlar tez-tez bir tipdən başqa tipə keçir, yaxud yanğın kombinasiya olmuş şəkildə davam edir. Bu, çox təhlükəli və fəlakət törədən yanğın hesab olunur. Meşə yanğınlarının qarşısı vaxtında alınmazsa tarlaya, çölə və əksinə çöldən meşəyə keçir, yaşayış məntəqələrini təhlükə qarşısında qoyur. Meşələrdə aşağıdan baş verən yanğınlara daha tez-tez təsadüf edilir. Meşə yanğınlarının baş verməsinə və onun inkişafına təbii şərait bilavasitə təsir göstərir. Yanğının başvermə 387 şəraitini öyrənməklə onun qarşısının alınması və yanğın mənbəyinin aşkar edilməsi işi asanlaşır. Meşə yanğınlarının baş verməsi ehtimalı meşənin sıxlığından, tərkibindən, yaşından, meşə tipindən, meteoroloji şəraitdən və s. asılı olaraq dəyişir. İynəyarpaqlı (şam, küknar, qaraşam, ağşam) meşələr enliyarpaqlı meşələrə (palıd, fıstıq, qovaq, qızılağac, tozağacı, vələs və s) nisbətən yanğına qarşı daha həssasdır. Şam meşələrinə nisbətən küknar meşələrində aşağıdan yanma daha az baş verir. Lakin küknar meşələrində aşağıdan budaqlardan təmizlənmə zəif getdiyindən və şibyələrin budaqlardan asılı halda sallanması aşağıdan başlanan yanğının asanlıqla yuxarı (çətir) yanğına keçməsinə səbəb olur. Ağşam meşələrində yanğınların daha tez yayılmasına səbəb tərkibində efir yağının olmasıdır. Meşələrdə yanğınların tez yayılmasına ağacların forması da təsir edir. Belə ki, çoxmərtəbəli meşələrdə aşağıdan başlayan yanğın asanlıqla yuxarı yanğına keçir və meşələrə daha çox ziyan vurur. Meşələrin sıxlığı da yanğınların inkişafına təsir edir. Seyrək meşədə ot örtüyü güclü inkişaf edir, daha quru olur və aşağı yanğın daha tez yayılır. Sıx meşələrdə isə yuxarı yanğınlar daha tez yayılır. Torpağın, meşə döşənəyinin və havanın rütübətli olması meşə yanğınlarının qarşısını alır. Cavan meşələrdə aşağı və yuxarı yanğınlar yaşlı meşələrə nisbətən daha intensiv gedir. Yaşlı ağaclar aşağı budaqlardan təmizləndiyinə görə çətir yanğınlarına az məruz qalır. Müxtəlif yaşlı meşələrdə aşağıdan (yerüstü) yanğınlar yuxarı yanğınlara daha tez keçir. Meşə yanğınlarının törəməsinə və yayılmasına meşədəki müxtəlif tör-töküntülərin çoxluğu, koğuş və qurumuş ağacların olması və s. təsir edir. 388 Qurumuş və koğuş ağaclar uzunmüddətli yanır və yanğının söndürülməsini çətinləşdirir. Meşə töküntüləri - qırıntı qalıqları, qar sındıran budaqlar və s. təzə olduqda yanma ehtimalı azalır, əksinə, töküntülərin köhnəliyi, quru olması yanğını sürətləndirir. Yanğının sürəti relyef şəraitindən də asılıdır. Dağ yamacında yanğın (aşağıdan yanma) yamac boyu yuxarıya doğru daha sürətlə inkişaf edir. Düzən sahədə isə yanğının sürəti zəif olur. Qarışıq meşələrdə enliyarpaqlı cinslər yanğının inkişafını zəiflədir və ona mane olur, meşə yanğınlarının qarşısının alınmasında yollar, açıqlıqlar, şumlanmış zolaqlar müsbət rol oynayır. Canlı ot örtüyünün tərkibi də yanğınların inkişafına təsir edir. Ot örtüyü taxıl fasiləsinə mənsub otlarla zəngin olduqda yanğın təhlükəsi artır, tərkibində alaq otları üstünlük təşkil etdikdə isə yanğın təhlükəsi azalır. Yanğınların baş verməsi üç dövrə bölünür: yaz, yay və payız ayları yanğın mövsümü adlanır. Yaz aylarında keçən ildən qalmış və qurumuş otlar, müxtəlif töküntülər yanğının törənməsinə şərait yaradır. Yay ayları quraq keçən illərdə meşə döşənəyinin, ot örtüyünün və tör-töküntülərin şiddətli quruması yanğın təhlükəsini artırır. Payız aylarında isə havaların quraq keçməsi və veg< tasiyanın sona çatması ilə ot örtüyünün və meşə xəzəlinin quruması yanğın üçün əlverişli şərait yaradır. Meşə yanğınlarının qarşısının alınmasında meteoroloji amillər mühüm rol oynayır. Yanğın təhlükəsi artan mövsümlərdə əraziyə düşən yağmurların ardıcıllığı və intensivliyi yanğınların azalmasına şərait yaradır. Yağmurların tez-tez düşməsi xəzəli, meşə döşənəyini, ot örtüyünü isladır və yanğın təhlükəsini azaldır. Deməli, yanğınların baş verməsində iqlimin və meteoroloji şəraitin də rolu danılmazdır.

Meşə yanğınlarına qarşı mübarizə tədbirləri

Yanğınların baş verməsinin qarşısını almaq, törənmiş

yanğınları söndürməkdən daha asan və sərfəlidir.

Yanğınlara qarşı mübarizə tədbirlərini üç qrupa bölmək

olar:


1. Xəbərdarlıq tədbirlərinin görülməsi;

2. Gözətçi-nəzarət xidmətinin yaradılması;

3. Yanğınla bilavastə mübarizə tədbirləri.

Yanğınlara qarşı əvvəlcədən xəbərdarlıq böyük əhəmiyyətə malikdir. Yanğına qarşı vaxtında və səmərəli görülmüş

kompleks tədbirlər əvəzolunmaz effekt verir.

Meşə yanğınlarına qarşı xəbərdarlıq tədbirləri meşəçilik

tədbirlərinin tərkib hissəsi kimi daim keyfiyyətli aparılmalıdır. Meşə sahəsində görüləcək hər bir işdə, maşın-mexanizm

üçün qarajlar, yaşayış evləri, meşə anbarları tikilərkən,

kömür yandırılarkən, qatran çəkilərkən, eləcə də dəmir yolu,

şosse yolları, rabitə xətlərinin, su, qaz, neft kəmərlərinin çəkilməsi və s. işlər aparılarkən yanğın əlehinə tədbirlərin görülməsi (şumlanmış torpaq zolağının çəkilməsi, xəbərdarlıq

lövhələrinin vurulması və s.) nəzərə alınmalıdır.

Xəbərdarlıq məqsədilə qoruyucu zolağın çəkilməsi, əhali

arasında genişmiqyaslı təbliğat işlərinin aparılması, yanğının

törədə biləcəyi fəsadlar barədə məlumat verilməsi, inzibati

tədbirlərin görülməsi, meşələrin qırıntı qalıqlarından, digər

tör-töküntülərdən vaxtında və diqqətlə təmizlənməsi, yanğın

əleyhinə xırda kanallar çəkilməsi, şumlanmış zolaqlar salınması və s. kimi tədbirlərin görülməsi olduqca vacibdir.

Meşə yanğınlarına qarşı geniş təbliğat işləri ilk növbədə çobanlar, meşədə işləyən digər fəhlələr, ovçular, meşədə istirahət edənlər, turistlər, dəmir yolu gözətçiləri, əsgərlər və məktəblilər arasında aparılmalıdır.

Yanğına qarşı təbliğat forması aşağıdakılardır.

1. Məruzə, mühazirə, söhbətlər və s;

2. Televiziya və radio verilişləri;

3. Dövri mətbuatda məqalələr dərc etmək;

4. Vərəqələr, kitabçalar paylamaq, plakatlar, şüarlar,

hazırlamaq;

5. Yerli əhali arasında könüllü yanğınsöndürən dəstələr

təşkil etmək, onları təlimatlandırmaq;

6 . Tədris-təlimat işlərinin təşkili, yanğın əleyhinə texnika ilə tanışlıq, onlardan istifadə qaydalarının öyrənilməsi,

vaxtaşırı təlim «həyəcan siqnalı»nın təşkili və əhalinin sayıqlığının yoxlanılması;

7. Könüllü yanğınsöndürən dəstələrə ayrı-ayrı meşə

sahələrinin təhkim edilməsi;

8 . Yanğına qarşı kinofilmlərin vaxtaşırı nümayişi;

9. Təbliğat və təşviqat məqsədilə meşələrə ekskursiyaların təşkili;

10. Təlim-məşq məqsədilə süni yanğınlar törədilməsi və

onun söndürülməsinin təşkili.

Yanğın təhlükəsizliyinə qarşı xüsusi təlimatların hazırlanması, meşədə odla ehtiyatlı olmaq və s. tədbirlər görmək, əhali arasında müvafiq təlimatların yayılması və öyrədilməsi meşə yanğınlarının əhəmiyyətli dərəcədə azalmasına şərait

yaradır. Yanğın təhlükəsi artan dövrdə meşə sahəsinə gəliş gediş, gəzinti, meşədə ocaq qalamaq kimi halların sayını azaltmaq və bu sahəyə nəzarəti gücləndirmək lazımdır.

Yanğına qarşı kəşfiyyatçı-gözətçi xidməti daim meşəyə nəzarət edir və baş verən yanğının yerini, yanğının tipini yanma intensivliyini, onunla mübarizə üsullarını müəyyən edir və dərhal meşə və digər əlaqədar təşkilatlara xəbər verir.

Kəşfiyyatçı-gözətçi xidməti aşağıdakı formada təşkil edilir.

1. Yanğına qarşı meteoroloji xidmət.

2. Yanğın qüllələrinin (vışkalarının) təşkili.

3. Yerüstü yanğın patrul (səyyar gözətçi) xidməti.

4. Aviapatrul xidməti.

Yanğına qarşı meteoroloji xidmət. Meşə yanğınları ilə mübarizəni düzgün qiymətləndirmək üçün hazırda və gələ391çəkdə baş verəcək yanğının dərəcəsini bilmək lazımdır. Qeyd edildiyi kimi, yanğınların baş verməsi hava şəraitindən çox

asılıdır. Hava şəraiti quraq keçdikdə, yağıntının tezliklə düşməsinə ümid az olduqda meşələrdə yanğın təhlükəsi artır. Dəqiq meteoroloji məlumat aldıqdan sonra meşə yanğınına qarşı təsirli tədbirlər görülür, yəni vaxtında sahələrə gözətçilər təyin olunur, onların sayı artırılır, meşə təsərrüfatı işçilərinə ciddi xəbərdarlıq edilir və onlardan ayıq-sayıq olmaları tələb edilir.

Müvafiq təyyarə-patrul xidmətinə xəbərdarlıq edilir və onun tərkibi daha da gücləndirilir.Yanğın təhlükəsinin artdığını müəyyən etmək üçün ilk növbədə yağan sonuncu yağışın miqdarı, onun intensivliyi, havanın gündəlik hərarəti (temperaturu saat 1300-da), nisbi rütubətlik faizi öyrənilir və yanğın təhlükəsinin yaxınlaşdığı

vaxt təxmini müəyyən olunur. Yanğın təhlükəsi yaxınlaşdıqca ona qarşı tədbirlər də gücləndirilir. Yanğın xidməti qüllələri. Yanğın qüllələri ərazinin daha yüksək yerində qoyulur. Yanğın baş verdiyi vaxtı xəbər vermək bu güllələrdəki növbətçilərin xidməti vəzifəsidir. Dağlıq ərazilərdə qüllələri yüksək dağ zirvələri əvəz edir.Yanğın qüllələri düzən şəraitdə bir-birindən 5-8 km aralı qoyulur. Beləliklə, hər bir yanğın qülləsilə 5-15 min hektar meşə sahəsinə nəzarət olunur. Lakin yanğın qüllələri və gözətçilər ərazidə nə qədər çox olsa, yanğınların aşkar olunması

ehtimalı bir o qədər artır, onun forması, baş vermə vaxtı və dəqiq yeri müəyyən edilir.Yanğın qüllələri ağacdan (sadə, üç və dörd künc), dəmirdən və daşdan düzəldilir. Pavilyon tipli yanğın qüllələri üksək dağ yerlərində düzəldilir və ucuz başa gəlir.

Ağacdan düzəldilən sadə qüllələri qollu-budaqlı ağacların lazım olmayan budaqlarını kəsməklə yuxarı hissədə gözətçi meydançası düzəltməklə təşkil edilir. Bu növ qüllələr ucuz başa gəlsə də təhlükəlidir.

Yanğın qüllələri pramida (ehram) şəklində ağacdan, metaldan düzəldilir, daşdan və kərpicdən hörülür.Qüllələrin hündürlüyü 25-35 m olur. Konstruksiyasından

asılı olaraq onlardan istifadə müddəti müxtəlifdir. Dəmirdən düzəldilən qüllələrin istifadəsi 25 il, ağacdan düzəldilmiş qüllələrdən isə istifadə müddəti 10 il götürülür. Yanğın gözətçisi üçün digər konstruksiyalı qüllələrdən də istifadə edilir.

Yerüstü patrul (səyyar keşikçi) xidməti - Başqa forma xidmətlərlə yanaşı yanğına qarşı yerüstü patrul xidməti də

tətbiq olunur. Burada təyin olunmuş yanğın gözətçiləri piyada, atlı, velosipedlə, motosikletlə, avtomaşınla hərəkət edir və nəzarəti gücləndirir. Hər meşəbəyliyində yanğın gözətçilərinin marşrutları və növbətçi vaxt qrafiki dəqiq təyin edilməlidir.

Yanğın təhlükəsindən asılı olaraq növbətçilərin vaxtı, sayı və marşrutları dəyişə bilər. Marşrutlar hər şeydən əvvəl adamların gəzinti yerlərində, biçənək sahələrində, meşə anbarlarında, istehsal bazalarında, odun tədarükü aparılan

yerlərdə, tör-töküntü çox olan sahələrdə, yollar kənarında və digər yanğın təhlükəsi çox olan sahələrdə təşkil olunmalıdır. Meşə təsərrüfatı müəssisələri patrul xidmətinə daima nəzarət etməlidir. Növbədə olan hər patrul bel (lapatka),

balta, telefon və s. vacib əşyalarla təchiz edilməlidir. Növbətçi sahələrə çıxmaları (saatları) adamların meşəyə gəlmə vaxtı və qatarların hərəkət qrafiki ilə uyğunlaşdırılmalıdır.

Təyyarə patrul xidməti - Bu xidmət növündə təyyarə və vertolyotlardan istifadə olunur. Bu xidmət meşə təsərrüfatında son zamanlar tətbiq edilir və daha yeni xidmət növüdür. Bu xidmət növünün geniş tətbiq olunmasının 70-80 illik

tarixi vardır.

Yaşayış məntəqələrindən uzaq və kifayət qədər yanğın qüllələri şəbəkəsinin olmadığı yerlərdə təyyarə patrul xidməti daha effektlidir.

Təyyarə və vertolyot ilə rabitə əlaqəsi yaratmaq, nəqliyyat vasitəsi kimi yanğın komandasının paraşütlü-yanğın

393dəstəsinin yerlərə çatdırılması yanğına qarşı kimyəvi mərmilərin atılması və s. xidmətlər göstərmək təyyarə və vertolyot komandanlığına tapşırılır.

Meşə sahəsi çox olan ölkələrdə yanğına qarşı mübarizə edəcək təyyarə dəstələri fəaliyyət göstərir və bu dəstələr meşə yanğınlarının söndürülməsində xüsusi təcrübəyə malikdirlər. Belə dəstələr ilk dəfə Rusiyada yaradılıb və yaxşı da nəticə verir.

Təyyarə xidməti işə başlamazdan əvvəl vacib olan sənədlər (xəritələr) və avadanlıqlarla, meteoroloji məlumatlarla, cihazlarla, telefon və radio ilə, paraşütlərlə, kimyəvi qumbara və çiləyici preparatlarla və s. təmin olunur.

Təyyarələrin patrul xidməti hər təyyarəyə 1,0-1,5 mln hektar meşə sahəsi, patrul marşrutu isə 300 km müəyyən edilir. Uçuş vaxtı yanğın mənbəyi aşkar edildikdə onun yeri müəyyən edilir və dərhal patrul xidmətinin mərkəzinə, meşə

təsərrüfatına xəbər verilir.



Son illərdə süni peyklər vasitəsi ilə də yanğın mənbələri aşkar olunaraq qeydə alınır. Süni peyklər vasitəsilə irəlidə qeyd etdiyimiz kimi hər gün 8,5 min yanğın hadisəsinin mənbəyi qeydə alınır. Bunun çoxu meşə yanğınlarından ibarətdir
Yüklə 25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin