Toksikologiyanın inkişaf tarixi?



Yüklə 53,95 Kb.
səhifə1/24
tarix11.11.2022
ölçüsü53,95 Kb.
#68548
  1   2   3   4   5   6   7   8   9   ...   24
Toksikologiyanın Əsasları- QISA VARİANT


Toksikologiyanın əsasları fənindən sual və cavablar.


  1. Toksikologiyanın inkişaf tarixi?

Toksikologiya sahəsinə dair biliklərin yaranması tarixi haqqında dəqiq fikir söyləmək çətindir.Bu barədə yalnız onu demək olr ki, zəhər və zəhərlənmələrin tarixi bəşəriyyətin özünün tarixi qədər qədimdir.Toksikologiyanın yaranma qaynaqlarını dərmanşünaslığın tarixində axtarmaq daha düzgün olardı.Çünki ən qədim dövrlərdən başlayaraq toksikologiya tibbin tərkib hissələrindən biri olmuşdur. Toksikologiya ilə bağlı aparılan araşdırmalardan aydın olur ki, dərmanşünaslığın ən qədim tarixi abidələrindən sayılan “Ebers Papirusunda “(eramızdan əvvəl XV əsrdə yazılmışdır.)artıq bir neçə müalicə vasitələrinin adları ilə yanaşı bəzi zəhərli birləşmələr haqqında məlumatlarada rast gəlmək mümkündür. Təbiiidir ki, o dövrlərin dərmanşünaslığının toksikologiya ilə sıx qarşılıqlı əlaqəsi müvcud olmuşdur.Araşdırmalardan məlum olur ki, neçə-neçə minilliklər ərzində insanlar zəhərlərdən kimi isə zəhərlənmək məqsədilə geniş istifadə etmişlər .Tarixi məlumatlarda bildirilir ki, Hannibal, Demosfen Sokrat və bir çox digər görkəmli tarixi şəxsiyyətləri məhz zəhərləmək yolu ilə öldürmüşlər. İnsanlar ilk zəhərlənmə hadisələri ilə rastlaşdıqca , təbiidir ki, onlara qarşı zəhər əleyhinə vaitələr əldə etməyə çalışmışlar. İki min ilə yaxın dövr ərzində insanlr empirik yolla müxtəlif mənşəli zəhərlərə qarşı müəyyən vaitələr axtarıb tapmağa səy göstərmişlər.Bu məqsədlə müxtəlif vasitə və üsullardan istifadə edərlərmiş ( dualar, tilsimlər,gözmuncuğu, xüsusi daşlar, bəzi əşyalar vəs.) Toksikologiyanın yaranama tarixi və inkişafı ilə bağlı araşdırmalardan belə aydın olur ki, zəhərlərin və zəhər əleyhinə vasitələrin öyrənilməsi sahəsində ərəb tədqiqatçı- həkimlərin böyük xidmətləri olmuşdur.Br çox tədqiqatçıların fikrincə zəhərlər və zəhər və zəhər əleyhinə vaitələr haqqında elmin əsasını məhz ərərblər qoymuşlar.Zəhər və zəhər əleyhinə vasitələrlə baölı ərəb həkimləri Əli Əbu İbn Sina (Avisenna 980- 1037) və “Zəhərlər haqqında “ kitabın müəllifi İbn vaşiyanın əsərlərində də maraqlı məlumatlar verilmişdir.Toksikologiya ilə bağlı elmi araşdırmalardan məlum olur ki, qədim Hind (“ Ayur –Veda “), qədim Çin (“ Ben-Tsyao“), qədim Tibet (“ İud-Şi“)təbabətlərində zəhərlər və zəhər əleyhinə vaitələr haqqında müəyyən məlumatlara rast gəlmək mümkündür.Qədim dövrlərdə yaşayıb inasnların sağlamlığı keşiyində duran məhşur həkimlər ( Hippokrat, Kolumella ,Qalen, İbn-Sina , Prarsels , Li-Ş-Çjen və digərləri) deməək olar ki , toksikologiyaya böyük maraq göstərmişdir.Toksikologiya ilə bağlı ilk yazılı məlumatlara Pediniy Dioskoridin ( 1852- ci il b.e.ə.) əsərlərində rast gəlmək olar Dioskoridin “De materia medica “ (“Dərman vasitələri haqqında“ ) və “Aleksifarma(Alexipharmaca“) əsərlərində həmin dövr üçün məlum olan dərman vasitələrinin və zəhərli maddələrin təsviri verilmişdir. Dioskoridin müasiri olmuş məhşur Roma alimi Böyük Piliniy 37 cilddən ibarət “ Təbiətun tarixi “ əsərinin 12 cildini tibbə, baytarlığa, eləcə də müəyyən qədər toksikologiyaya həsr etmişdir ki burada da bir çox zəhərli bitkilərin və onlarla zəhərlənmələrin müalicə üsulları təsvir olunmuşdur. Toksikologiyaya maraq orta əsrlərdə o qədər böyük olmuşdur ki, hətta zəhərli birləşmələrin təsirini ölümə məhkum edilmiş cinayətkarlar üzərində öyrənməyə çalışmışlar.Nə qədər qəribə görünsə də , bu hadisələri eksperimental toksikologiyanın yaranmasının başlanöıcı kimi hesab etmək olar. Sonralar bu məsələlər heyvanlar üzərində öyrənilməklə eksperimental toksikologiyanın əsası qoyulmuşdur. Araşdırmalardan məlum olur ki , Qərbi Avropada eksperimental toksikologiyanın banisi M.Orfila ( M.Orfila ,1787-1853)olmuşdur.

Yüklə 53,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin