AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ
Sərbəst iş
Fakültə: Humanitar Fənnlər
İxtisas: Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Fənn: Azərbaycan ədəbiyyatı tarixi-6
Kurs: 3
Qrup: 192201
Mövzu: “Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı”
Müəllim: Fərhad Mədətov
Tələbə: Aytən Məmmədzadə
Bakı-2022
Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı son dövrlərdə qələmə alınmış ən sanballı əsərlərdəndir. Əsəri oxuyarkən belə bir fikir yaranır ki, nəyisə bilməyən insan bunu necə unuda bilər? Əsəri oxuduqca görünür ki, burda sirli çiçəkli yazıdan danışılır. Bu yazıda qordi düyünü kimi açılmaz deyil, deşifrə olunur. Müəllif sirli çiçəkli yazı ilə bizim ölkəmizin ictimai-siyasi məsələlərini, təkmilləşmə prosesini, ölkəmizin üstünə doğan sülhsevər insanların etdiklərini, müasir dünyamızda gedən ictimai-siyasi prosesləri əks etdirməyə çalışıb. Burda ruhlu mağaradan və ruhlu mağarada yerləşən sirli çiçəkli yazıdan danışılır. Kamal Abdullanın bu romanında Vəng adlı mağara olur və bu mağara ruhlu mağara idi. Burda da sirli çiçəkli yazı yetişirdi. Bu yazı adından da göründüyü kimi sirli idi. Ölkənin taleyini əsk etdirən hər şeyi daş xəritələr özündə birləşdirirdi, ehtiva edirdi. Bu çiçəkli yazının kodunu üzə çıxaranda, ona pis rəftar edəndə ruh tərəfindən tutulurdu, yəni ölümə məhkum olurdu. Günlərin bir günü Cəfər müəllim gəlir və sehrli çiçəkli yazıya biganə yanaşır. Ona pis rəftar edir. Cəfər müəllimi ruh tutur və onu maşın vurur. Cəfər müəlli ölür. Daha sonra Bəhram kişi bu yazıyla maraqlanmağa başlayır. Birinci Gülsümə deyir ki, sənin xəbərin var bu mağaradan səs gəlir. Deyilənə görə burda bir div varmış. Bu səs həmin divin səsidir. Əsərdə qəhrəmanlardan birinin də adı FQ-dır. Müəllif bunu yazanda birinci FQ-nın adını qoymayıb ki, sonra dolduraram bu boşluğu. Amma sonra adını elə FQ qoyur. Bəhram kişi Gülsümə deyir ki, div yuxuya gedib və hərdən yuxuda öz-özünə danışıb səs çıxarır.Dağdakı mağaranın içində nəhəng işıq saçan daş mərmər vardı. Bu daş mərmər də çiçəkli yazıyla vəhdət təşkil edirdi. Müəllif bunları eyniləşdirirdi. Bəhram kişi çiçəkli yazı haqqında gedib F.Q-la da danışır. F.Q da çiçəkli yazıya o qədər bağlı idi ki, bütün həyatını ona bağlamışdı. Fikirləşirdi ki,mən elmimi də, həyatımı da ondan alıram, o olmasa yaşaya bilmərəm. Bəhram F.Q-a deyir ki, xəbərin varmı burdan səs gəlir. Uzun müddət araşdırırb axırda deşifrə edir. Məlum olur ki, kod Qarağaçdır. Bəhram bunu F.Q-ya deyir. Həqiqətən də bu çiçəkli yazının kodu Qarağac imiş. Bunu deyən kimi bütün sirlər açılmağa başlayır. Vəng mağarası da ruhlu olduğuna görə ruh Bəhram kişini tutur. Bəhram onda başa düşür ki, bunun sirrini açan ölürmüş. Bəhram dayana bilmir, ürəyi partlayır ölür. Bundan sonra əsərdə yağış yağır. Yağış qəribə şəkildə yağır. Gah aşağıdan yuxarı, gah da başqa şəkildə yağır. Müəllif əsərdə Günəş vaxtı deyəndə qərb təqvimini yada salır. Ay vaxtı deyəndə türk dünyasını yada salır. Müəllif bu zamanı bir neçə hissələrə bölmüşdü. Çiçəkli yazı hissəsindən sonra burada başqa hissələrdə var. Məsələn “Molla Güləlinin yuxusu”. Demək müəllif burada yuxudan böyük sənətkarlıqla istifadə edib. Demək bu hissədə Molla yatdığı yerdə birdən iki mələk onun qollarına girib göyə uçurdurlar. Ona deyirlər ki, canında, qanında, beynində nə varsa hamısını içindən at bir kənara. Müəllif bunu deyəndə əslində manqurtlaşmanı nəzərdə tuturdu. Azərbaycan xalqının istismarçıların təsiri, tərbiyəsi altından çıxmağı nəzərdə tuturdu. Əsərin digər hissəsində isə baş mələyin ana dilimizdən danışmasından da söhbət gedir. Baş mələyin ana dilimizdə danışması da xalqımızın birliyi demək idi. Həm də türk xalqları aradında uğur və nüfuz qazanması demək idi.
Müəllif əsərin digər hissəsində Şekspiri də yada salır. Şekspir “Hamlet”i yazanda Danimarka əfsanəsi necə olubsa elə də yazmışdı əsərində. Yazıçı əsərdə Allahlardan danışsa da, tarixiliyə, müasirliyə də önəm verirdi. “Unutmağa kimsə yox” romanında müəllif Troya əsatirlər silsiləsindən də danışır. Troya əsatirlər silsiləsinin “Unutmağa kimsə yox” romanının fərqi belə idi ki, Troya əsatirlər silsiləsində Paris qızıl almanı gözəllik ilahəsi Yelenanı vəd edən Afroditaya verir. Bu romanda isə Asiya hökmranlığını vəd edən Henaya verir. Henaya verdikdən sonra da Paris arzusuna çatır. Sonra Prometeyin zəncirlədiyi Qaf dağına qaçır, özünü ölümdən xilas edir. Ümumən isə,bu əsərdə ölkəmizin keçirdiyi ictimai-siyasi məsələlər əks olunub. Bu məsələlər də çiçəkli yazının üstündə cəmləşdirilib.
Nəhayət "Unutmağa kimsə yox..." romanında göstərilir ki, Çiçəkli yazı deşifrə olunur. Lakin Bəhram kişi açar sözü səhv verdiyindən o, başqa cür oxunur, hətta onu məhəbbət məktubu hesab edirlər. Bəhram kişi bu yazıların kodunu verənin ölməsini dəqiq bildiyi halda, özünü bu addımı atmaqdan saxlaya bilmir və bunun məntiqi nəticəsi kimi dünyasını dəyişir. Əgar kod səhv verilibsə, Bəhram kişi niyə ölür? Çiçəkli yazı dərin fəlsəfi qatlara malik olan sənət incisidir. Belə güman etmək olar ki, səhv kod yazıların zahiri mənasına aiddir. Bahram kişinin ölməsi isə bizə bunu deməyə haqq qazandırır ki, onun verdiyi açar söz Çiçəkli yazının daxilində gizlənmiş gerçəkliklərlə bağlıdır. Oxunmuş mətnin fəlsəfi qatlarını diqqatlə araşdırdıqda deyilənlər tosdiq olunur. Əsər, demək olar ki, başdan-başa Çiçəkli yazının mahiyyətini açmağa köklənmişdir:
Dostları ilə paylaş: |