Şəki-Zaqatala turizm bölgəsinin təbiət abidələri
Eldarova Həcər Elxan qızı
Şəki-Zaqatala zonası Azərbaycanın təbiət abidələri baxımından və oroqrafik cəhətdən rəngarəng zonalarından biri olduğu üçün, təbiət turizminə (xüsusilə ekoturizm) üstünlük verən turist qrupları üçün cəlbedici ərazi hesab olunur. Bu baxımdan bölgənin təbiət abidələrinin tədqiq edilməsi, onların mühafizəsinin təşkili, estetikliyinin qorunub saxlanılması və turizm potensialının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatımızda Şəki-Zaqatala turizm bölgəsinin bioloji (floristik), paleontoloji, geoloji və s. təbiət abidələrinin öyrənilməsi, turist cəlbediciliyi baxımdan xəritələşdirilməsi nəzərdə tutulmuşdur. Tədqiqatımızın ilk ilində Şəki-Zaqatala turizm bölgəsinin bioloji (floristik) təbiət abidələrinin araşdırılmasına üstünlük verilmişdir:
Şəki-Zaqatala turizm bölgəsinin təbii bitki örtüyü;
Şəki-Zaqatala turizm bölgəsinin nadir və nəsli kəsilməkdə olan bitkiləri;
Şəki-Zaqatala turizm bölgəsinin endemik, relikt bitkiləri;
Şəki-Zaqatala turizm bölgəsinin dendroflorası (ağacları);
Şəki-Zaqatala turizm bölgəsinin kol bitkiləri;
Şəki-Zaqatala turizm bölgəsinin müalicəvi və dərman bitkiləri;
Şəki-Zaqatala turizm bölgəsinin landşaft abidələri (milli parkları, qoruqları, yasaqlıqları, meşə landşaftları və s.).
Nəticələrin illustrativ və respublikamızın aparıcı elmi jurnallarında məqalə şəklində çapa verilməsi nəzərdə tutulur.
Turizm biznesi kafedrasının müəllimi: Eldarova Həcər Elxan qızı
Dostları ilə paylaş: |