QƏRBİ KASPİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Tələbənin adı: Bəxtiyar Xankişiyev
Fakültə: Siyasi və ictimai elmlər
Kafedra: Pedaqogika, psixologiya və hüquq
İxtisas: Politologiya
Tədris ili: 3
Fənn: Hüquq və siyasət
Mövzu: Demokratiya siyasi – hüquqi hadisə kimi
Müəllimin adı: Doc. Mirələm Ağa
BAKI-2021
Mündəricat
Demokratiya – insan şəxsiyyətinə hörmətdir.
Demokratiya nəzəriyyəsi.
Sosial – demokratiya.
İnsan hüquq və azadlıqlarının müdafiəsində demokratiyanın rolu.
Ədəbiyyat siyahısı.
Demokratiya - insan şəxsiyyətinə hörmətdir
Demokratiya, Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. (E.M.Nəsibov, “Dövlət və siyasət fəlsəfəsi”, Bakı – 2015. (səh. 52))
Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: «... bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir».
Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir.
Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq.
Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik. Bir tərəfdən bu inam insanın azad olması fikrinə əsaslanır, digər tərəfdən isə, yaddan çıxarmaq olmaz ki, bir nəfərin azadlığı başqalarının da azad olmasına mane olmamalıdır. Bu fikri sübut etmək üçün Karl Popper belə bir misal gətirir Məhkəmədə qonşusunu döymüş bir xuliqanın işinə baxılır. Xuliqan deyir: «Mən azad vətəndaşam və öz yumruğumu istənilən istiqamətdə hərəkət etdirə bilərəm».
Hakim bu sözlərə müdrik bir cavab verir: «Sizin yumruğunuzun sərbəst hərəkəti qonşunuzun burnunun vəziyyəti ilə məhdudlaşır.» Başqa sözlə desək, siz öz hərəkətlərinizdə yalnız o dərəcədə azadsınız ki, bu hərəkətlər başqasına mane olmur. Axı onun da sizin kimi hüquqları var.
Özünə rəhbər seçməkdə bərabər iştirak da elə bununla izah edilir. Demokratiyada hər kəs bir səsə malikdir, və bu səs hamıda bərabərdir. Əlbəttə, həyatda bu bərabərlik idealının öz çatışmazlıqları var. Ciddi tədqiqatlar aparmağa ehtiyac yoxdur. Elə onsuz da məlumdur ki, çox yüksək inkişaf etmiş demokratiyaya malik dövlətlərdə belə heç də bütün vətəndaşların öz azadlıqlarından istifadə etmək hüquqları bərabər deyil. Məsələn, ABŞ-ın indiki prezidenti Bill Klinton çalışır ki, mövcud qaydaları dəyişsin. Onun fikrinə görə seçkilərdə iştirak edən hər bir vətəndaşın savadlılığı müəyyən testlər vasitəsilə yoxlanılmalıdır. (E.M.Nəsibov, “Dövlət və siyasət fəlsəfəsi”, Bakı – 2015. (səh. 53))
Dostları ilə paylaş: |