A ZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ Kafedra “Mexatronika və maşın dizaynı” fənnindən
LABORATORİYA İŞİ № 1
Fakultə: EA Qrup: 271a3 Müəllim: Həmidova R.Ə Tələbə: Məlikov Ayxan
BAKI - 2022 L ABORATORİYA İŞİ № 1
Mövzu: Cizgilərin çəkilməsinə hazırlıq tədbirləri və künc ştampının tərtibi.
Mövzunun aktuallığı. Cizgilərin çəkilməsində elə əməliyyatlar vardır ki, onlar hər dəfə təkrarlanır. Oxşar təyinatlı cizgilərin çəkilməsində təkrar əməliyyatların yerinə yetirilməsinin qarşısını almaq üçün şablon fayıllar yaratmaq məqsədəuyğun olur. Şablon fayıllarda ölçü vahidi, format, xətlərin tipləri, künc ştampları və əsas yazılar və s. yaradılıb yadda saxlanır.
Modelsahəsinin istənilən yerində çəkilmiş cizgini asanlıqla layout sahəsində yerinə yetirilmiş format və künc ştampına uyğun miqyaslayıb kompanovka etmək olur. Cizgiləri layout sahəsindən çapa verməklə çapın məhsuldarlığı artırılmış olur.
İşin yerinə yetirilməsində məqsəd. Tələbələr hər yeni fayl açdıqda müəyyən vaxt və zəhmət tələb edən təkrar işlərin qarşısını almaq və cizgilərin çap qurğusuna çıxarılması vərdişlərini öyrətməkdir.
İşin məzmunu. Yeni faylın açılması və yadda saxlanması. Standart künc ştampının və əsas yazıların yerinə yetirilməsi. Cizginin çapa hazırlanması.
İşin kompüterdə yerinə yetirilmiş nümunəsi (son nəticə).
Məlikov Ayxan.
Həmidova Rəna
EA 271a3
LABORATORİYA İŞİ
İ şin yerinə yetirilməsi üçün tələblər (əvvəlki dərslərin nəticəsi kimi) aşağıdakıları bilməlidirlər:
yeni faylın açılması və yadda saxlanması;
formatın dəyişdirilməsi;
AutoCAD proqramının interfeysi və «siçanla» tanışlıq;