Mövzu: Cizgilərin çəkilməsinə hazırlıq tədbirləri və künc ştampının tərtibi. Mövzunun aktuallığı



Yüklə 1,5 Mb.
səhifə1/9
tarix19.11.2022
ölçüsü1,5 Mb.
#69847
növüYazı
  1   2   3   4   5   6   7   8   9
Laboratoriya işləri


Mövzu: Cizgilərin çəkilməsinə hazırlıq tədbirləri və künc ştampının tərtibi.
Mövzunun aktuallığı. Cizgilərin çəkilməsində elə əməliyyatlar vardır ki, onlar hər dəfə təkrarlanır. Oxşar təyinatlı cizgilərin çəkilməsində təkrar əməliyyatların yerinə yetirilməsinin qarşısını almaq üçün şablon fayıllar yaratmaq məqsədəuyğun olur. Şablon fayıllarda ölçü vahidi, format, xətlərin tipləri, künc ştampları və əsas yazılar və s. yaradılıb yadda saxlanır.
Model sahəsinin istənilən yerində çəkilmiş cizgini asanlıqla layout sahəsində yerinə yetirilmiş format və künc ştampına uyğun miqyaslayıb kompanovka etmək olur. Cizgiləri layout sahəsindən çapa verməklə çapın məhsuldarlığı artırılmış olur.
İşin yerinə yetirilməsində məqsəd. Tələbələr hər yeni fayl açdıqda müəyyən vaxt və zəhmət tələb edən təkrar işlərin qarşısını almaq və cizgilərin çap qurğusuna çıxarılması vərdişlərini öyrətməkdir.
İşin məzmunu. Yeni faylın açılması və yadda saxlanması. Standart künc ştampının və əsas yazıların yerinə yetirilməsi. Cizginin çapa hazırlanması.
İşin kompüterdə yerinə yeti LABORATORİYA İŞİ 1
rilmiş nümunəsi (son nəticə).

İşin yerinə yetirilməsi üçün tələblər (əvvəlki dərslərin nəticəsi kimi) aşağıdakıları bilməlidirlər:

  • yeni faylın açılması və yadda saxlanması;

  • formatın dəyişdirilməsi;

  • AutoCAD proqramının interfeysi və «siçanla» tanışlıq;

  • hal sərtinin komandaları ilə tanış olmalı;

  • Line Mtext komandalarını mənimsəməli;

  • ikiölçülü koordinat sistemlərindən istifadəni mənimsəmək;

  • cizgilərin çapı ilə tanış olmalı.



İşin yerinə - yetirilməsi ardıcıllığı.

(işin yerinə yetirilmə ardıcıllığı bir nümunə üçün əvvəldən axıra qədər aralıq təsvirlər göstəril­məklə verilir).
AutoCAD-ın işə salınması
Windows əməliyyat sisteminin son variantları altında işləyən AutoCAD 2013-ü işə salmaq üçün, işçi stolda əgər AutoCAD 2013-nün nişanı varsa, onun üzərində daya­nıb siçanın sol düyməsini iki dəfə tıqqıldat­maq lazımdır.
Paketi kompyüterə yükləmək üçün aşağıdakı kimi də hərəkət edilir:
ekrandan «ПУСК» («Start»)  PROQRAM  AutoDESK  AutoCAD-2013  AutoCAD-2013 seçməklə AutoCAD kompyüterə yüklənir.




QEYD: Ingilis sözlərindən sonra verilmiş mötərizədəki tərcümə bəzən onların əsl mənası deyil, yalnız onların vəzifəsini qeyd edir.
AutoCad paketində çertyoj birin birə çəkildiyindən model sahəsində formatın təyini əksər hallarda aktual olmur. Format əsasən çertyoj çapa hazırlanan vaxtı yəni Layout sahəsində nəzərdə tutulur. Lakin buna baxmayaraq bəzi çertyojlar üçün də model sahəsində format təyin etmək olar.
Model sahəsində çertyoju çəkməyə başlamazdan əvvəl yeni fayl açmaq məsləhətdir. Bunun üçün File>new (bu cür yazılış komandalar menyusundan istifadə üçün nəzərdə tutulur) və ya CTRL+N komandası işə salınır və açılmış Select template pəncərəsindəki siyahıdan acadiso seçilib Open düyməsi basılır. Bu zaman format A3 və ölçü vahidi mm təyin edilir.
Digər formata keçmək üçün komandalar sətrinə (Command:) Limits komandası yığılır. Məsələn, A4 formatı.
Command: '_limits
Reset Model space limits:
Specify lower left corner or [ON/OFF] <0.0000,0.0000>:
Specify upper right corner <420.0000,297.0000>: 210,297
Bununla A4 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə « yazıb ENTER düyməsi basılır və sonra «А» yazılıb ENTER basılır.
Hal sətirindəki (ekranda sonuncu sətir) GRİD (əgər GRID sözlə işıqlanmırsa onda qəfəs şəkilli piktoqrammadan istifadə etmək olar, yəni onun üzərində siçanın sağ düyməsini vurmaq olar) üzərində kursoru saxlayıb siçanın sağ düyməsi basılır, açılmış siyahıdan Settings... seçilir. Görünən Drafting settigs pəncərəsindən Grid behavior sahəsindəki bütün aktiv açarlar ləğv edilir (Məsələn, Adaptive grid açarı).
Əğər hal sətrindəki komandalar qrafiki işarələrlə verilibsə onları sözlərlə əvəz etmək olar. Bunun üçün hal sətrindəki komandalardan (məsələn, Grid) birinin üzərində dayanıb sağ düymə vurulur və açılmış kontekst menyudan Use İcons açarı ləğv edilir.

Son sətirdə (hal sətrində) yerlə­şən dişli çarx işarəsindən 2d Drafting & Anno­ta­tion seçməklə ekran 2d cizgilərin çə­kil­məsində istifadə edilən komandalara sazlanır.
Hal sətrindən Polar qoşu­lur və üzərində sağ düymə açılan siyahıdan 150 seçilir.
Hal sətrindən Osnap qo­şu­lur, üzərində sağ düymə açılan siyahıdan Settings seçilir və açılan lövhədən yalnız endpoint, inter­section açarları qoşulur.
Hal sətrindən Otrack qo­şulur.
Hal sətrində yerləşən diğər komandalar söndürülür (Snap, Ortho, Dyn, Ducs, LwtQp).
Layout1 sahəsinə keçirilir (Layout1 üzərində sol düymə bir dəfə vurulur).





Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin