Mövzu: Cizgilərin çəkilməsinə hazırlıq tədbirləri və künc ştampının tərtibi. Mövzunun aktuallığı



Yüklə 1,5 Mb.
səhifə6/9
tarix19.11.2022
ölçüsü1,5 Mb.
#69847
növüYazı
1   2   3   4   5   6   7   8   9
Laboratoriya işləri

Laboratoriya işinin tapşırığı

Koordinatları ilə verilmiş A nöqtəsinin komyüterdə hər üç proyeksiyasının təsvirini qurun.





Variantlar

XA

YA

ZA

Variantlar

XA

YA

ZA

1

30

25

40

16

20

30

25

2

25

20

35

17

26

32

38

3

35

15

25

18

25

26

23

4

20

25

30

19

35

20

30

5

17

30

24

20

25

33

24

6

35

0

30

21

25

35

15

7

32

32

0

22

30

20

20

8

25

0

34

23

25

28

30

9

25

20

30

24

20

25

35

10

25

28

15

25

25

31

25

11

36

25

13

26

36

0

15

12

40

35

0

27

35

0

25

13

38

0

25

28

36

25

0

14

31

40

20

29

27

24

0

15

26

24

28

30

28

20

35

ƏDƏBİYYAT

1. İmanov Ə.S., Quliyev N.A., Məmmədov N.M., Zeynalova N.S. Tərsimi həndəsə və mühəndis qrafikası-1. Bakı 2016, 120 s.


2. Mustafayev M.R., İmanov Ə.S., Mirzəyev S.H., Bağırov A.M. «Tərsimi həndəsə və mühəndis qrafikasi» fənnindən fərdi işlərin yerinə-yetirilməsi (metodik vəsait). Bakı. 2011.
3. Mustafayev M.R., İmanov Ə.S., Eyyubov R.H. Kompüter qrafikası. AutoCAD 2013. Bakı 2013, 350 səh.
4. Qələndərov Z.S., İmanov Ə.S., Nadirov U.M. Mühəndis və maşın qrafikası. Bakı - 2007, 400s.
5. Фролов С.Ф. Начертательная геометрия: - М.: Изд-во: Машиностроение, 1978. - 217 с.


LABORATORİYA İŞİ 2


Mövzu. Həndəsi qurmalardan istifadə etməklə konturlarin çəkilməsi.

Mövzunun aktuallığı. Texnikada əksər detallarda həndəsi qurmaların elementləri vardır. Bunlar qovuşmalar, çevrənin bərabər sayda hissələrə bölünməsi, perpendikulyarların və toxunan­ların çəkilməsi və s. Ənənəvi üsulla yəni mühəndis qrafikası üsulları ilə bunların AutoCAD-da çəkilməsi çox vaxt aparır və proqramın tətbiqinin səmərəlliyini azaldır. AutoCAD-ın imkanlarından istifadə edib yeni kompüter texnologiyalarını tətbiq etməklə hən­dəsi qurmalar çəkilməsini mənim­səmək məqsə­dəuyğundur.



Həndəsi qurmalar yüksək dəqiqlik, məhsuldarlıq, surət, çevirmə və çoxaltma və s. kimi əməliyyatlar tətbiq olunmaqla cizgilərin tərtibi məqsədəuyğundur.
İşin yerinə yetirilməsində məqsəd. Tələbələrə mürəkkəb həndəsi qurmaların asan yolunu öyrətməkdir. Həndəsi qurmaların kompüter texnologiyaları ilə tanış etməkdir.
İşin məzmunu. Yeni faylın açılması və yadda saxlanması. Həndəsi qurmalardan istifadə etməklə yastı konturun çəkilməsi və ölçülərinin qoyulması. Cizginin çapı.
İşin kompüterdə yerinə yetirilmiş nümunəsi (son nəticə).




İşin yerinə yetiirilməsi üçün tələblər (əvvəlki dərslərin nəticəsi kimi) aşağıdakıları bilməlidirlər:

  • Yeni faylın açılması və yadda saxlanması;

  • Polyline, Circle komandası və onların altkomandaları;

  • Qovuşmalar və digər həndəsi qurmalar haqqında məlumat;

  • Redaktəetmə əməliyyatları obyektlərin seçilməsi və redaktəetmə komandalar (Fillet, Offset, Erase, Trim, Breack, Breack at Point komandaları);

  • Ölçülərin qoyulması.



İşin yerinə yetirilməsi ardıcıllığı

(işin yerinə yetirilmə ardıcıllığı bir nümunə üçün əvvəldən axıra qədər aralıq təsvirlər göstərilməklə verilir).
Model sahəsində cizgiyi çəkməyə baş­lamaz­dan əvvəl yeni fayl açmaq məsləhətdir. Bunun üçün File>New (bu cür yazılış komandalar menyusun­dan istifadə üçün nəzərdə tutulur) və ya CTRL+N ko­mandası işə salınır və açılmış Select template pən­cə­rəsindəki siyahıdan A4 (bu format 1-ci labo­ra­toriya işindən yaradılmışdır) seçilib Open düyməsi basılır. Bu zaman format A4 və ölçü vahidi mm təyin edilir. Bununla A4 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə « yazıb Enter düyməsi basılır və sonra « yazılıb Enter basılır.




Əgər əvvəlcədən A4 şablonu yaradılmayıbsa onda aşağıdaki hazırlıq əməliyyatları yerinə yetirilir.
CTRL+N komandası işə salınır və açılmış Select template pəncərəsindəki siyahıdan acadiso seçilib Open düyməsi basılır. Bu zaman format A3 və ölçü vahidi mm təyin edilir.
Digər formata keçmək üçün komandalar sətrinə (Command:) Limits komandası yığılır. Məsələn, A4 formatı.
Command: '_limits
Reset Model space limits:
Spesify lower left corner or [ON/OFF] <0.0000,0.0000> :
Spesify upper right corner <420.0000,297.0000> : 210,297
Bununla A4 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə « yazıb Enter düyməsi basılır və sonra « yazılıb Enter basılır.
Hal sətirindəki (ekranda sonuncu sətir) Grid (əgər grid sözlə işıqlanmırsa onda qəfəs şəkilli piktoqrammadan istifadəetmək olar, yəni onun üzərində siçanın sağ düyməsini vurmaq olar) üzərində kursoru saxlayıb siçanın sağ düyməsi basılır, açılmış siyahıdan Settings... seçilir. Görünən Drafting settigs pəncərəsindən Grid behavior sahəsindəki bütün aktiv açarlar ləğv edilir (Məsələn, Adaptive grid açarı).
Əğər hal sətrindəki komandalar qrafiki işarələrlə verilibsə onları sözlərlə əvəz etmək olar. Bunun üçün hal sətrindəki komandalardan (məsələn, Grid) birinin üzərində dayanıb sağ düymə vurulur və açılmış kontekst menyudan Use İcons açarı ləğv edilir.
Son sətirdə (hal sətrində) yerləşən dişli çarx işarəsindən 2d Drafting & Annotation seçməklə ekran 2d cizgilərin çəkilməsində istifadə edilən komandalara sazlanır.
Hal sətrindən Polar qoşulur və üzərində sağ düymə açılan siyahıdan 150 seçilir.

Hal sətrindən Osnap qoşulur, üzərində sağ düymə açılan siyahıdan Settings seçilir və açılan lövhədən yalnız Endpoint, Intersection açarları qoşulur.


Hal sətrindən Otrack qoşulur.
Hal sətrində yerləşən diğər komandalar söndürülür (SNAP, ORTHO, DYN, DUCS, LWT və s). Bununla da cizgilərin çəkilməsinə hazırlıq tədbirləri sona çatdırılır.
Autocad proqramında həndəsi qurmalar texnologiyası ənənəvi üsulla çəkmədən fərqlənsə də yerinə yetirilmə ardı­cıllığı eynidir. Verilmiş cizgini çəkmək üçün əvvəlcə çevrələrin mərkəzləri tapılmalıdır. Bunun üçün düz xətlər və çevrənin kəsişmə nöqtələrindən istifadə ediləcək. Növbəti mərhələdə mərkəzləri və radiusları məlum olan çevrələr çəkilib həndəsi qurmalar tətbiq edilib tam fiqur alınacaq.

1. Draw lövhəsindən komandası işə salınır və ekranda ixtiyari yerdə bir nöqtə vurulub siçan sağa yönəldilib klaviaturadan «85» (mərkəzlərdən keçən çevrənin radius ölçüsü) yazılıb Enter düyməsi basılır və ESC basılıb komandadan çıxılır.





2. Draw lövhəsindən Circle əmri işə salınır, ekran­dakı düz xəttin sol nöqtəsi mərkəz seçilib, klaviaturadan «12» daxil edilib Enter basılır.





3. Draw lövhəsindən Circle əmri işə salınır, ekran­dakı düz xəttin sağ nöqtəsi mərkəz seçilib, klaviatu­radan «16» daxil edilib Enter basılır.







4. Draw lövhəsindən Circle əmri işə salınır, ekran­dakı düz xəttin sağ nöqtəsi mərkəz seçilib, klavia­tura­dan «85» daxil edilib Enter basılır.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin