Layout 1-in üzərində siçanın sağ düyməsi basılır və açılmış siyahıdan From Template... seçilir. Açılmış Select Template From File pəncərəsindən lazımı künc ştampının şablonu seçilir (əgər şablona ehtiyac yoxdursa bu bənd yerinə yetirilmir).
Layout 1 üzərində siçanın sağ düyməsi basılır və Page Setup Manager... seçilir və eyniadlı dialoq pəncərəsi açılır.
Page Setup Manager pəncərəsindəki Page setups sahəsindəki siyahıdan Layout 1seçilir və Modify düyməsi basılır.
Page Setup-Layout 1 dialoq pəncərəsindəki printer/plotter sahəsindəki siyahıdan kompyüterə qoşulmuş printer (və ya plotter) seçilir. Paper size sahəsindəki siyahıdan A4 formatı təyin edilir. Drawing orientation (çertyojun istiqaməti) sahəsindən Portrait (portret) açarı qoşulur və OK düyməsi basılır.
AutoCAD yenidən Page Setup Manager pəncərəsinə qayıdır və buradan Close düyməsi basılır. Qırıq-qırıq xətlə çəkilmiş düzbucaqlı çap qurğusunun sərhədləridir. Bu düzbucaqlının ölçüləri çap qurğusunun növündən aslı olaraq müxtəlif olub əsasən formatdan kiçik olur. Yalnız plotterlərdə bu ölçülər formata uyğun olur.
Seçilmiş düzbucaqlı Layout-dan Model sahəsinə baxmaq üçün pəncərədir.
Zolağın Home menyusundakı Draw lövhəsindəki
Line komandası işə salınır. Aşağıdakı koordinatlar yığılır və hər koordinat daxil edildikdən sonra ENTER düyməsi basılır.
Command: _Line Specify first point: 5,5
Specify next point or [Undo]: @0,250
Specify next point or [Undo]: @185,0
Specify next point or [Close/Undo]: @0,-250
Specify next point or [Close/Undo]: C
Yuxardakı əməliyyatlarla çərçivə çəkilir.
Line komandası yenidən işə salınır.
Command: _Line Specify first point: 5,60
Specify next point or [Undo]: @185,0
Specify next point or [Undo]: Enter düyməsi basılır.