Mövzu: Cizgilərin çəkilməsinə hazırlıq tədbirləri və künc ştampının tərtibi. Mövzunun aktuallığı


İşin yerinə yetirilməsi ardıcıllığı



Yüklə 1,5 Mb.
səhifə9/9
tarix19.11.2022
ölçüsü1,5 Mb.
#69847
növüYazı
1   2   3   4   5   6   7   8   9
Laboratoriya işləri

İşin yerinə yetirilməsi ardıcıllığı
(işin yerinə yetirilmə ardıcıllığı bir nümunə üçün əvvəldən axıra qədər aralıq təsvirlər göstərilməklə verilir).
Model sahəsində cizgiyi çəkməyə başlamazdan əvvəl mövcud delalın faylını açmaq məsləhətdir. Bunun üçün File>Open (bu cür yazılış komandalar menyusundan istifadə üçün nəzərdə tutulur) və ya CTRL+O komandası işə salınır və açılmış qovluqdan 3D modelin faylı seçilib Open düyməsi basılır (və ya 3D model yenidən çəkilir).
Detalı ekranda tam görmək üçün komandalar sətirinə « yazıb Enter düyməsi basılır və sonra « yazılıb Enter basılır.
Autocad-ın bu imkanından istifadə etmək üçün ekranda çəkilmiş 3D model seçilir və 3D modleling işçi sahəsindəki zolağın Layout menyusunda avtomatik olaraq Edit in Fusion (tökmə detalın redaktəsi) lövhəsi əlavə edilir.

Şəkildə verilmiş 3D modelin cizgininin alınması ardıcıllığına baxaq:



1. Layout lövhəsindəki new siyahısındakı New layout işə salınır və Enter vurulur (və ya klaviaturadan yeni ad yazılır). Bununla da Layout3 adında yeni qat yaradılır.


2. Layout3 aktivləşdirilir (üzərində vurulur) və Page Setup (vərəqin təyini) komandası işə salınır. Açılmış Page Setup Mananger pəncərəsindən Layout3 seçilib Modify düyməsi




basılır. Açılmış Page Setup pəncərəsindən Printer/Plotter sahəsindəki Name siyahısından kompyüterə qoşulmuş çap qurğularından birinin adı seçilir. Paper size sahəsindən format təyin edilir (məsələn, A3). Həmin pəncərədən OK və sonra Close vurulur.


3. Açılmış Layout3 -ki görünüş pəncərəsi seçilib pozulur.


4. Zolağın Home menyusundakı komandalardan istifadə edərək sağ aşağı küncdə künc ştampı (əsas yazılar) çəkilir və əsas yazılar yerinə yetirilir (1№ laboratoriya işi).
5 . Layout menyusundakı Layout Viewports lövhəsindəki Polygonal komandası ilə vərəqdə çərçivə çəkilir və qapadılır (Close altkomandası). Avtomatik model ekranda yenidən görünür. Buna vərəq sahəsindən modelin görünüşü deyilir. Bu cür pəncərələr Autocad-a bir-birini bağlayan pəncərələr adlanır.

6. Create view lövhəsindəki Base siyahısından From Mo­del Space komandası işə salınır. Şəkildəki ki­mi baş kursor hərəkət etdirilir və baş görünüş üçün yer seçilib sol düymə vurulur və Enter.


7. Kursoru aşağı hərəkət etdirib üstən görünüş alıb sol düymə vurulur.


8. Bu dəfə baş görünüşdən sağ tərəfə keçilib soldan görünüş üçün yer seçib sol düymə vurulur və Enter. Nəticədə şəkildə göründüyü kimi cizgi alınır.










9 . komandası işə salınır və üstən görünüş seçilir. Sonra isə sağ tərəfin ortası və mərkəz seçilir (hal sətrindən Polar-150, Osnap - end­ point, midpoint, inter­section açarı qoşulur, Otrack aktiv olur). Kursor aşağı çəkilir və sol düymə vurulur.




10. komandası vurulub baş görünüş seçilir və kənarda bir nöqtə göstərilir. Həmin nöqtədən detalın akso­na­met­riyası qurulur. Aksonometriya üzərində iki dəfə sol düyməni tez və cəld vurduqda açılmış Apperance lövhəsindən Hidden line (görünməyən xətt) seçməklə qırıq-qırıq xətlər yığışdırılır. Bu üsulla digər görünüşlərdən də qırıq-qırıq xətləri yığışdırmaq olar.



11. Hal sətrindən Grid-i bağlayıb çərçivənin içərisində iki dəfə siçanın sol düyməsini vurmaqla (tez və cəld) model sahəsini aktivləşdirib 3D modeli görünüşdən kənarlaşdırsaq (Move koman­dası ilə yerini dəyişməklə) yenidən vərəq sahəsinə qayıdıb (çərçivədən kənarda iki dəfə siçanın sol düyməsini vurmaqla) cizginin çəkilməsini tamam­la­maq olar.



Laboratoriya işi №4 üçün tapşırıqlar 3№-li laboratoriya işin nəticəsindən ibarətdir.


ƏDƏBİYYAT

1. İmanov Ə.S., Quliyev N.A., Məmmədov N.M., Zeynalova N.S. Tərsimi həndəsə və mühəndis qrafikası-1. Bakı 2016, 120 s.


2. Mustafayev M.R., İmanov Ə.S., Mirzəyev S.H., Bağırov A.M. «Tərsimi həndəsə və mühəndis qrafikasi» fənnindən fərdi işlərin yerinə-yetirilməsi (metodik vəsait). Bakı. 2011.
3. Mustafayev M.R., İmanov Ə.S., Eyyubov R.H. Kompüter qrafikası. AutoCAD 2013. Bakı 2013,
Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin