İşin yerinə yetrilməsində məqsəd. Tələbələrin koordinatlarla verilmiş nöqtəni AutoCAD proqramının köməyilə kompüterdə çəkməni öyrənməsidir. Digər tərəfdən istifadəçilərin AutoCAD proqramında dekart (düzbucaqlı) və polyar koordinatlardan istifadə qaydaldrını mənimsəməkdir.
İşin məzmunu. Yeni faylın açılması və yadda saxlanması. Koordinatları ilə verilmiş nıqtənin yerinə yetirilməsi.
İşin kompüterdə yerinə yetirilmiş nümunəsi (son nəticə).
A(40,30,35)
NÖQTƏNİN PROEKSİYALARININ ÇƏKİLMƏSİ A(40,30,35)
Model sahəsində çertyoju çəkməyə başlamazdan əvvəl yeni fayl açmaq məsləhətdir. Bunun üçün File>new (bu cür yazılış komandalar menyusundan istifadə üçün nəzərdə tutulur) və ya CTRL+N komandası işə salınır və açılmış Select template pəncərəsindəki siyahıdan A4 və ya acadiso seçilib Open düyməsi basılır.
Bununla A4 və ya A3 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə «Z» yazıb ENTER düyməsi basılır və sonra «А» yazılıb ENTER basılır. Əgər əvvəlcədən A4 şablonu yaradılmayıbsa onda aşağıdaki hazırlıq əməliyyatları yerinə yetirilir.
CTRL+N komandası işə salınır və açılmış Select template pəncərəsindəki siyahıdan acadiso seçilib Open düyməsi basılır. Bu zaman format A3 və ölçü vahidi mm təyin edilir.
Digər formata keçmək üçün komandalar sətrinə (Command:) Limits komandası yığılır. Məsələn, A4 formatı.
Command: '_limits
Reset Model space limits:
Specify lower left corner or [ON/OFF] <0.0000,0.0000>:
Specify upper right corner <420.0000,297.0000>: 210,297
Beləliklə A4 formatı təyin edilir. Formatı ekranda görmək üçün komandalar sətirinə «Z» yazıb ENTER düyməsi basılır və sonra «А» yazılıb ENTER basılır.
Hal sətirindəki (ekranda sonuncu sətir) GRİD (əgər grid sözlə işıqlanmırsa onda qəfəs şəkilli piktoqrammadan istifadə etmək olar, yəni onun üzərində siçanın sağ düyməsini vurmaq olar) üzərində kursoru saxlayıb siçanın sağ düyməsi basılır, açılmış siyahıdan Settings... seçilir. Görünən Drafting settigs pəncərəsindən Grid behavior sahəsindəki bütün aktiv açarlar ləğv edilir (Məsələn, Adaptive grid açarı).
Son sətirdə (hal sətrində) yerləşən dişli çarx işarəsindən 2d Drafting & Annotation seçməklə ekran 2d cizgilərin çəkilməsində istifadə edilən komandalara sazlanır.
Hal sətrindən Polar qoşulur və üzərində sağ düymə açılan siyahıdan 150 seçilir.
Hal sətrindən Osnap qoşulur, üzərində sağ düymə açılan siyahıdan settings seçilir və açılan lövhədən yalnız endpoint, intersection açarları qoşulur.
Hal sətrindən Otrack qoşulur.
Hal sətrində yerləşən diğər komandalar söndürülür (SNAP,ORTHO,DYN,DUCS, LWT və s).
Bununla da cizgilərin çəkilməsinə hazırlıq tədbirləri sona çatdırılır.
1. Line komandası işə salınır və ekranda ixtiyari yerdə bir nöqtə vurulub siçan sağa yönəldilib klaviaturadan «100» yazılıb Enter düyməsi basılır və ESC basılıb komandadan çıxılır.
|
|
2. Osnap üzərində sağ düymə sixilib açılan siyahıdan midpoint aktivləşdirilir. Line komandası işə salınır və ekrandakı düz xəttin orta nöqtəsi vurulur. Elastik xətt yuxarı yönəldilib «40» daxil edilib (elastik xətt şaquli vəziyyətdə olmalıdır) Enter basılır. ESC basılıb komandadan çıxılır.
|
|
3. Line komandası işə salınır və ekrandakı düz xəttin orta nöqtəsi vurulur. Elastik xətt aşağı yönəldilib «40» daxil edilib (elastik xətt şaquli vəziyyətdə olmalıdır) Enter basılır. ESC basılıb komandadan çıxılır.
|
|
4 . Mtext komandası işə salınır (Annotation lövhəsi). Xətlərin kəsişdiyi nöqtənin sağ yuxarı hissəsində düzbucaqlı açılır. Style lövhəsindən şriftin hündürlüyü «5» daxil edilib düzbucaqlının daxilində «О» yazılır. Kənarda ekranda boş bir yerdə vurmaqla komandadan çıxılır. Eyni əməliyyat təkrarlanıb epüranın proyeksiya oxları şəkildəki kimi adlandırılır.
|
|
5. Line komandası işə salınır və koordinat başlanğıcı vurulur. Elastik xətt sağ aşağıya tərəf yönəldilib ekranda «315°» işıqlandıqda klaviaturadan «50» yazıb Enter basılır. ESC basılıb komandadan çıxılır.
|
|
6. Osnap üzərində sağ düymə sixilib açılan siyahıdan midpoint ləğv edilir. Line komandası işə salınır və ekranda koordinat başlanğıcında bir anlığa dayanıb (vurulmur) elastik xətt sola yönəldilir və «40» (x-koordinat) daxil edilib Enter basılır. Elastik xətt yuxarı yönəldilib «30» (z-koordinat) daxil edilib (elastik xətt şaquli vəziyyətdə olmalıdır) Enter basılır. ESC basılıb komandadan çıxılır.
|
|
7. Line komandası işə salınır və sonuncu çəkilmiş şaquli xəttin aşağı nöqtəsi vurulur. Elastik xətt aşağı yönəldilir «35» (y-koordinat) daxil edilib Enter basılır. Elastik xətt sağa yönəldilib 45°-lik (elastik xətt üfiqi vəziyyətdə olmalıdır) xətti kəsdikdə vurulur. Elastik xətt yuxarı yönəldilib «65» (y+z) daxil edilib Enter basılır və elastik xətti sola yönəldib şaquli xəttin yuxarı nöqtəsini kursor tutduqda sol düymə (siçanın) sıxılır. ESC basılıb komandadan çıxılır.
|
|
8. Circle komabdası işə salınıb şəkildəki nöqtələrdən biri seçilir və klaviaturadan «1» (radius) yazılıb Enter basılır. Əməliyyat bütün nöqtələr üçün təkrarlanır.
|
|
9 . Mtext komandası ilə, şəkildə olduğu kimi, epürada nöqtənin adı və koordinatları adlandırılır.
10. Ctrl+S düymələri birlikdə sıxılıb açılmış Save drawing as pəncərəsindən disk, qovluq seçilib fayla ad verilib yadda saxlanılır. AutoCAD proqramı bağlanır.
|
|
Dostları ilə paylaş: |