Sinifdənkənar və məktəbdənkənar işlər



Yüklə 41,22 Kb.
tarix25.04.2023
ölçüsü41,22 Kb.
#102552
növüMühazirə
Sinifdənkənar və məktəbdənkənar işlər


Sinifdənkənar və məktəbdənkənar işlər


Müəllimlər üçün bəzən sinifdənkənar və məktəbdənkənar məşğələlər keçmək də lazım gəlir. Sinifdənxaric və məktəbdənkənar işlər müəyyən söhbətləri, mühazirələri, çıxışları, diafılmlərin və diapozitivlərin nümayişini, müəyyən ekskıırsiyaları, dərnəkləri, sərgiləri, plenerləri, bayram münasibəti ilə tərtibatları, gecələr təşkil etməyi, takültətiv dərsləri və s. əhatə edir.
Sinifdənkənar və məktəbdənkənər işlər tədris planını daha geniş və hərtəfərli öyrənməyə imkan yaradır, şagirdlərin fəallığını daha da artırır.
Sinifdənkənar işlərdə də müəllimin rəhbərliyi gözlənilir və müəllim şagirdlərin işləri üzərində nəzarət edərək onlara istiqamət verir. Sinif dərslərində olduğu kimi, sinifdənkənar nıəsğələlərdə də müəllim təsviri incəsənət vasitəsilə şagirdlərin estetik tərbiyəsini inkişaf etdirir.
Sinifdənkənar işləri elə təşkil etmək lazımdır ki, ıışaqlar öz ustahqlarını inkişaf etdirsinlər, çəkdikləri rəsmlər savadlı olsun. Rəsmlərın savadlı olması üçün isə perspektiva qanunlarını bilmək, işıq-kölgə qanunlarını gözləmək, rəngləmə qanunlarına riayət etmək lazımdır.
Sinifdənkənar işlərin yaxşı keçməsi üçün əvvəlcədən bütün keçiriləcək tədbirlərin planı tutulmalı və mövzular qeyd olunmalıdır. Sinifdənkənar işləri təşkil etmək üçün rəsm müəllimi sinif rəhbəri və sagirdlərlə əvvəlcədən məsləhətləşməli və razılaşmalıdır. Sinifdənkənar işlər və tədbirlər də uşaqların bacarıqlarına uyğun olmalıdır. Sinifdənkənar və məktəbdənkənar işlərin aşağıdakı formaları vardır.

  1. Dərnəklər

  2. Ekskursıyalar

  1. Söhbətlər

  1. Mühazirələr

  2. Çıxışlar

6. Kinofilmlər

  1. Şagirdlərin ev rəsmləri

  2. Gecələr və konsertlər

Dərnəklər - sinifdənkənar işlərin daha geniş bir formasıdır. Təsviri incəsənət üzrə dərnəklər sinif dərslərinin davamı adlanır. Lakin, dərnəklərin həm də öz xüsusiyyətləri vardır. Birinci xüsusiyyət ondan ibarətdir ki, bu dərnəklər əsasən təsviri incəsənətlə daha çox maraqlananlar üçün təşkil olunur. İkincisi ondan ibarətdir ki, dərnəklərin yaradıcılıq quruluşu sinifdəki dərslərdən fərqlənir. Dərslərdə müəllim məktəb proqramının materiallarını tədris etməyə borcludur. Dərnəklərdə isə uşaqların maraqları da nəzərə alınmır. Əlbəttə, bu o demək deyil ki, müəllim uşaqlar əlavə nə tələb etsə verməlidir. Burada da uşaqların və dərnəklərin imkanları nəzərə alınmalıdır. Dərnəklər, rəsmi, rəngkarlığı, yapmanı dekorativ-tətbiqi incəsənəti, tərtibat işlərini, mozaikanı və s. əhatə edə bilər.
Uşaqların yaş xüsusiyyətlərini, bacarıq səviyyələrini nəzərə alaraq dərnəklərdə hər qrupda 10-15 nəfərdən artıq olmamaq məsləhət görülür.
Ekskursiyalar, təlim-tərbiyəvi işlərin maraqlı bir növüdür. Ekskursiyalar şagirdlərin müstəqilliyini artırır, dərslərdə aldıqları bilikləri daha da genişləndirir, şagirdlərə rəssamların yaradıcılığı və əsərləri haqqında daha geniş məlumat verməyə imkan yaradır.
İbtidai siniflərdə ekskursiyanı təşkil edərkən rəsm müəllimi sərginin açılması məqsədini izah edir, şagirdlərə hiss etməni öyrədir, təbiətin gözəlliyini başa düşməyi və duymağı öyrədir. Müəllimin qarşısında duran əsas vəzifə, uşaqlara təbiətdəki rənglərin ahəngdarlığmı görməyi və hiss etməyi öyrətmək: formaları aydınlaşdırmaqdır. Yuxarı siniflərdə müəllim ekskursiyanı muzeylərə, sərgilərə, rəssamların və heykəltəraşların emalatxanalarına, zavod və fabriklərə və s. təşkil edir. Məsələn, müəllim dekorativ rəsm dərsində uşaqları dekorativ - tətbiqi incəsənətin müxtəiif növləri ilə tanış etməyi və əşyaların hazırlanma xüsusiyyətlərini onlara göstərməyi qərara alırsa, bunu ekskursiya vasitəsilə daha geniş və əyani həyata keçirə bilər.
Sinifdənkənar söhbətlər o vaxt aparılır ki, müəyyən çətin mövzuları dərs saatında izah edib çatdırmaq olmur, şagirdlər mövzu haqqında daha geniş məlumat alınağa çalışırlar. Söhbət elə aparılmalıdır ki, bütün uşaqiar fəal iştirak etsinlər.
Rəssamın həyatından elə faktları, elə səhnələri seçmək lazımdır ki, uşaqlar maraqla qulaq assınlar.
Söhbət elə təşkil olunmalıdır ki, dərsin axırınaqədər şagirdlərin diqqəti zəifləməsin. Bu ən çox dərsin əvvəündə müəllimin uşaqları maraqlandıra bilməsindən asılıdır.
Ümumtəhsil məktəblərində ınühazirələr yuxarı siniflərdə aparılır. Mühazirəni müəllimin özündən əlavə dəvət olunmuş sənətşünas, rəssam, memar və s. apara bilər. IV-VI siniflərdə də diafılmlərin və diapozitivlərin nümayişi zamanı mühazirələr aparıla bilər.
Əgər müəllim təcrübəli ixtisasçını dəvət etmək imkanına malikdirsə, o əvvəlcədən qarşıda duran mühazirə haqqında şagirdlərə məlumat verməli, elanlar guşəsində elan asmalıdır.
Çıxışları uşaqların özləri etmələri daha düzgündür. Çıxış üçün müəllim daha bacarıqlı uşaq seçməlidir. Çıxışın mövzusu proqram materialından götürülür. Çıxışın mövzusu şagirdə iki həftə əvvəl verilir. Birinci həftə o plan hazırlayır, verilmiş suallara aid ədəbiyyatla tanış olur, lazım olan illüstrasiyalar seçir. Şagirdə çıxışı necə hazırlamağı, mövzunu necə geniş əhatə etməyi öyrətmək lazımdır. İkinci həftə isə çıxışı yazmaq üçiin ayrılır.
Son illər məktəblərdə kmofilmlər daha geniş tətbiq olunur. Kinofılmlər həmçinin kino-teatrlarda da təşkil oluna bilər. Təsviri incəsənətə aid kinofılmlərin mövzuları tədris proqramına uyğun olmalıdır. Kinofılmlər məşhur rəssamlara aid ola bilər. Belə filmlər rəsmin, rəngkarlığın, heykəltəraşlığın və qrafikanın texnikasını əyani şəkildə açıb göstərir.
Uşaqların ev işlərinin müşahidəsi sinifdənkənar işlərin daha miirəkkəb formasıdır. Miiəllim müntəzəm olaraq uşaqların ev tapşırıqlarından əlavə, onların şəxsi təfəkkürləri əsasında çəkdikləri rəsmləri də nəzərdən keçirməlidir. Bu, uşaqların işə yaradıcılıqla yanaşmasına kömək edir. Dekorativ- tətbiqi incəsənətə daha ciddi fikir vermək lazımdır.






Yüklə 41,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin