Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar



Yüklə 138,05 Kb.
səhifə1/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
  1   2   3   4   5   6   7   8   9   ...   22
görme imtahan cavabları (1)-1



  1. Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri

  2. Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar

  3. Tiflopsixologiyanın bağlı olduğu elm sahələri

“Görmə pozğunluqları və onun psixokorreksiyası” fənninin tədrisi kor, zəif görən və sonradan korlaşan uşaqların psixi inkişaf xüsusiyyətlərinin, intellektual potensialının üzə cıxarılmasını, şəxsiyyət kimi formalaşdırılmasını, cəmiyyətə inteqrasiyasını və digər məsələləri əhatə edir. “Görmə pozğunluqları və onun psixokorreksiyası” fənninin məzmununu kor, zəif görən və sonradan korlaşmış uşaqların psixi inkişafda təzahür edən pozulmalar, onları yaradan səbəblər, görmə pozulmalarının psixodiaqnostikası, onların psixo-korreksiyasının metod və vasitələri təşkil edir. Görmə qusurlu uşaqların psixoloji xususiyyətlərinin cox illik araşdırmaları gostərir ki, eşitmə qusurlu uşaqlar yuksək əqli inkişaf bacarığına malikdirlər. Dunya tiflopedaqogikası elmi şəkildə görmənin itirilməsi uşaqları ətraf aləmi qavramaqdan, şəxsiyyət kimi hərtərəfli inkişaf etmək imkanından məhrum etmir, düzgün təlim-tərbiyə, korreksiya nəticəsində onlar əqli və fiziki bacarıqlarını inkişaf etdirmək imkanlarına, biliklərə yiyələnə bilirlər. Görmə qüsurlu uşaqların psixi inkişaf xüsusiyyətlərini tiflopsixologiya öyrənir. Tiflopsixologiya xüsusi psixologiyanın müstəqil bir sahəsi olub, görməsi tam və ya qismən itirilmiş fərdin psixi inkişafının mahiyyəti və qanunauyğunluqlarını, psixi inkişafdakı çatışmazlıqların təlim, tərbiyə və sosiallaşma prosesində korreksiya və qarşısının alınması məsələlərini öyrənir. Tiflopsixilogiya termini yunanca kor mənasını verən “tiphlos”- sözündən götürülmüş və əvvəllər yalnız kor insanların psixologiyasını öyrənməkləklə məşğul olmuşdur. Tiflopsixologiyanın predmeti kor və zəif görənlərin psixi inkişaf prosesidir. Tiflopsixologiyanın tədqiqat obyekti görmə qüsurlu insandır. Tiflopsixologiya kor və zəif görən insanların psixi inkişafını, təlim-tərbiyə prosesində görmə qüsurlarının korreksiya vasitə və yollarını, görmə qavraması pozulmalarının digər analizatorlar (eşitmə,qoxubilmə, taktil və s.) vasitəsi ilə kompensasiya imkanlarını, eləcə də görmənin itirilməsi və ya zəifləməsi ilə bağlı informasiya çatışmazlığı şəraitində qavrayış, hafizə, diqqət, təfəkkür və təxəyyülün psixi xüsusiyyətlərini öyrənir. Tiflopsixologiyanın əsas məqsədi kor və zəif görən insanlarda görmənin itirilməsi ilə bağlı yaranan ikincili inkişaf qüsurlarının öyrənilməsi və onların psixo-korreksiyasıdır. Hal-hazırda tiflopsixologiyanın tədqiqat obyekti təkcə kor insanlar deyil, həm də görməsini qismən itirmiş və zəif görən uşaqlardır. Tiflopsixilogiyanın xüsusi psixologiyanın tərkibindən ayrılması, onun müstəqil bir elm kimi inkişafı korların xüsusi məktəblər də təlim alması ilə bağlıdır. Kor və zəif görənlərin psixologiyası ümumi psixologiya kimi bir sıra sosial və təbiət elmləri, ilk öncə fəlsəfə və sosialogia ilə sıx bağlıdır. Bununla yanaşı tiflopsixologiya üçün tibb elmlərinin bir çox sahələri ilə birinci növbədə anatomiya və fiziologiya ilə əlaqəsi böyük əhəmiyyət daşıyır. Tiflopsixologiyanın qarşısında duran əsas vəzifə normal eşidən uşaqlarla müqayisədə görmə qüsurlu uşağın psixi inkişafını müəyyənləşdirən ümumi və spesifik xüsusiyyətlərini öyrənməkdir. Müasir tiflopsixologiyanın qarşısında qeyd edilən əsas vəzifə ilə yanaşı digər vəzifələri də vardır. Bu vəzifələr aşağıdakılardan ibarətdir:
1. Psixi inkişafın xüsusiyyətlərini görmə pozulmasınin yaranma zamanı, dərəcəsi və xarakterindən asılı olaraq öyrənmək;
2. Psixi proses və şəxsiyyət çatışmazlıqlarının aradan qaldırılması üsul və yollarını aşkarlamaq;
3. Kor və zəif görən uşağın idrak fəaliyyətinin ayrı – ayrı formalarının inkişaf xüsusiyyətlərini – duyğu, qavrayış, hafizə, təfəkkür, nitq, eləcə də onun şəxsiyyət kimi formalaşma qanunuyğunluqlarını araşdırmaq və tədqiq etmək;
4. Atipik uşaq şəxsiyyətinin inkişafını sürətləndirən effektiv pedaqoji təsir metod və üsullarının psixoloji əsaslarını araşdırmaq;
5. Görmə qüsurlu uşaqların cəmiyyətə effektiv inteqrasiyasının xüsusi sosial -psixoloji əsasını işləyib hazırlama.
Tiflopsixologiya kor və zəif görən uşaqların psixi inkişafını öyrənmək üçün həm ümumi, həm də xüsisi tədqiqat metodlarından geniş istifadə edir. Bu metodlara aşağıdakılar aiddir: Müşahidə, labarator və təbii eksperement, söhbət, uşaq fəaliyyəti nəticələrinin tədqiqi. Elmi ədəbiyyatlarda və praktikada görmə qüsurlu uşaqlar əsasən iki kateqoriyada: kordoğulmuşlar və korlaşmışlar kimi fərqləndirilirlər. Görmənin erkən və ya bətndaxili pozulmaları idrak fəaliyyəti inkişafının çatışmazlığını yaradaraq ümimi inkişaf ləngliyinə gətirib çıxarır. Hərəkətin məhdudluğu və bələdləşmə fəaliyyətinin zəifliyi kor uşağın emosional-iradi sahəsinə də böyük təsir göstərərək, məkanda hərəkət qorxusu yaradır ki, bu da öz növbəsində hərəkət və bələdləşmənin inkişafını ləngidir. Bir qayda olaraq, anadangəlmə total kor doğulmuş və 3 yaşına qədər kor olmuşlar erkən mərhələdə görməni itirdikləri üçün onlarda görmə təsəvvürləri olmur. Görmə qüsurunun erkən təzahürü uşaq psixikasının formalaşmasına böyük təsir göstərir. Görmənin bir qədər gec pozulmaları korlaşmış insana görmə əsasında idrak fəaliyyəti zamanı əvvəldən formalaşmış psixi əlaqələrdən istifadə etməyə və qüsurun kompensasiyası zamanı yeni əlaqələr sistemi yaratmağa imkan verir. Ağır görmə qüsurlu uşağın psixi inkişafındakı ciddi və dərin ləngimələr, onlarda ətraf aləm haqqında təsəvvür və biliklərin çox kiçik həcmdə olması, sözlərin məhdud başa düşülməsi, sözləri müşaiyət edən konkret anlayışların yoxluğu, hərəkətlərin az inkişafı, məkanda zəif bələdləşmə ilə xarakterizə olunur.


  1. Yüklə 138,05 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin