Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar



Yüklə 138,05 Kb.
səhifə9/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
görme imtahan cavabları (1)-1

Göz qapaqlarının quruluşu. Üst və alt göz qapaqları göz almasını xarici mühitin təsirlərindən,buynuz qişa və konyunktivanı qurumaqdan qoruyur. Göz qapaqlarının sərbəst kənarı gicgah tərəf-də iti bucaq altında birləşib çöl bucağı və ya çöl bitişməsini,burun tərəfdə isə bir-birinə 1-2 mm paralel gedib küt bucaq altında birləşib,daxili bucağı və ya daxili bitişməni təşkil edir.İç bucaqda paralel gedən hissələr arasındakı çuxurcuq gözyaşı gölü ,onun dibində olan ətcik gözyaşı ətciyi adlanır.Onun önündə isə aypara şəkilli büküş yerləşmişdir,bu da üçüncü göz qapağı hesab olunur.Göz yarığı badam şək-lində olub,böyüklərdə uzunluğu 30 mm,hündürlüyü 10-14 mm –dir. Göz yarığının açıq vəziyyətində buynuz qişa tamamilə,onun yan tərəflərində isə skleranın hissəsi üçbucaq şəklində görünür. Göz qapağı dəri-əzələ və qığırdaq-selikli qişa layların-dan təşkil olunmuşdur.Dəri qatı çox zərif olub,incə tüklərə,tər və piy vəzilərinə malikdir.Dərialtı piy toxuması,demək olar ki,yoxdur. Başqa qatlarla çox boş bitiş-mişdir. Əzələ qatı 2 əzələdən təşkil olunub: göz qapaqlarının dairəvi əzələsi və üst göz qapağını qaldıran əzələ. Dairəvi əzələ iki hissədən ibarətdir: göz yuvası və qapaq. Göz yuvası hissəsinin lifləri iç bucaq nahiyəsində üst çənənin alın çıxıntısından başlayıb göz yuvasının kənarını halqa kimi əhatə edir, başlandığı yerdə də qurtarır. Qapaq hissəsi isə iç bucaq bağından başlayıb hər qapaqda yarımdairə şəklində yer-ləşir və çöl bucaq bağında qurtarır. Dairəvi əzələ üz siniri ilə innervasiya olunur,əsas funksiyası göz qapaqlarının yum-durulmasıdır. Üst göz qapağının qaldırılasına xidmət edən əzələ gözyuvasının zirvəsindən ,digər göz alması əzələ ilə birlikdə ,fibrioz halqadan başlayıb,gözyuvasının üst divarı ilə önə doğru gəlir və göz yuvası nın üst kənarından bir qədər arxada enli vətərə çevrilir.Vətərin bir hissəsi göz qapağının dairəvi əzələsinə ,digər hissəsi isə göz qapağı qığırdağına,üçüncü hissəsi üst tağ konyuktivasına bağlanır.Əzələnin belə bağlanma sı göz qapağının hər tərəfdən bərabər vəziyyətdə qalxmasını təmin edir. Üst göz qapağını qaldıran əzələ- gözün hərəki siniri ilə innervasiya olunur.

Yüklə 138,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin