Tiflopsixologiyanın pedaqoji elmlər sırasında yeri Tiflopsixologiyanın predmeti, vəzifə prinsip və tədqiqat metodlar


Kor uşaqların nitq inkişafında relyefli-nöqtəli əlifbanın rolu



Yüklə 138,05 Kb.
səhifə17/22
tarix08.11.2022
ölçüsü138,05 Kb.
#68057
1   ...   14   15   16   17   18   19   20   21   22
görme imtahan cavabları (1)-1

46. Kor uşaqların nitq inkişafında relyefli-nöqtəli əlifbanın rolu
İki yaşında kor uşaqda təsviri nitq formalaşmağa başlayır, böyüklərin suallarına təsviredici cümlələrlə cavab verir. Lüğət ehtiyatı getdikcə zənginləşir və nitq ətrafdakilarla ünsiyyət vasitəsinə çevrilir. Məktəbəqədər yaşlı dövrdə kor uşaq şifahi nitqdən uğurla istifadə etməyi bacarır, kifayət qədər zəngin lüğətə sahib olur, öz cümlələrini qrammatik cəhətdən düzgün qura bilirlər. Lakin görmənin pozulması nitqin spesifik inkişafına təsir göstərir. Məktəbəqədər yaşlı kor uşaqlarda rabitəli nitqin tədqiqatçısı S.A.Pokutnev qeyd edir ki, kor uşaqlarda rabitəli nitqin inkişafı ailədə nitq mühitinin və nitq hazırlığının vəziyyətindən, çox asılıdır. Kor uşaq nitqinin loqopedik araşdırmaları göstərir ki, nitqin inkişafında özünəməxsus cəhətlərin olması görmə qüsuru ilə bağlıdır. Tədqiqatçıya görə bu özünəməxsusluq nitqin sistemli inkişafsızlığı, onun quruluşunun müxtəlifliyi ilə özünü göstərir. Buna əşyanın hissi obrazları ilə əlaqələnməyən, yalnız təmiz verbal əsasda mənimsənilən sözlərin məna tərəfinin başa düşülməməsi, exolaliya, görmə təəssüratlarının yoxluğu səbəbindən sadə geniş cümlələrdən istifadə olunmaması və s. aiddir. Kor uşaqların şifahi nitqinin araşdırılması zamanı inlarda əsasən tələffüz nöqsanlarının olması aşkarlanır. Bu qüsurlar çox zaman fonematik qavramanın yəni eşitmə ilə fonemləri fərqləndirmək bacarığının bir qədər inkişafsızlığı və artikul-yasiya aparatında bəzi üzvü qüsurları, oun sümük və əzələ quruluşundakı çatışmazlıqların olması ilə şərtlənmiş olur. Kor uşaqlarda bəzi samitlərin (fitli, fışıltılı və sonor samitlərin) tələffüz pozulmalarının başlıca səbəblərindən biri kimi dilaltı pərdənin qısa və yoğun olmasını göstərmək olar. Bu zaman dil altı pərdənin qısa və yoğun olması nəticəsində dilin hərəkətləri (yuxarı, irəli, geri və s.) məhdudlaşır və səslərin tələffüzündə pozulmalar müşahidə olunur. Bundan əlavə çənə quruluşundakı (proqnatiya, progeneya, dişləm çatışmazlıqları: açıq, yan dişləm), dişlərin quruluşundakı qüsurlar kor uşaqlarda düzgün səs tələffüzünün yaranmasına maniə törədir. Kor uşaqlarda daha çox özünü göstərən nitq qüsurlarından biri yazılı nitq çatışmazlıqlarıdır. Yazılı nitq qüsurlarının yaranma səbəbi kimi artikulyasiya aparatının pereferik şöbəsinin üzvlərinin quruluş çatışmazlıqlarını, eşitmə fəaliyyətinin normal olmaması, fonematik təhlil və tərkib bacarığının inkişasf etməməsini, fonematik qavrama, görmə fəaliyyətinin səviyyəsini və s. göstərmək olar. Brayl əlifbası — 1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba. Brayl şrifti görmə qabiliyyəti zəif olan insanlar, o cümlədən kor, kar və ya görmə qabiliyyəti zəif olan insanlar tərəfindən istifadə edilən toxunma yazı sistemidir. Onu ya naxışlı kağızda və ya kompüterlərə və smartfon cihazlarına qoşulan təzələnən brayl displeylərindən istifadə etməklə oxumaq olar. “Braille”nin gözdən əlillər üçün şriftlərin ixtira etməsinə səbəb müharibə olubmuş. Napoleonun sifarişi ilə Charles Barbier relyefli şrift tərtib edir, ondan ötəri ki, gecə vaxtı əsgərlər pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilsinlər. Lakin bunun praktik cəhətdən öyrənilməsində əngəllər olur. Braille şriftlərlə tanış olduqdan sonra, əsas çatışmamazlığı tapır, “Barbier”in şrifti 12 nöqtə ilə kodlaşdırıldığından hansı simvolun olduğunu müəyyən etməkdə çətinlik yaranır. Beləliklə, sayı 12-dən 6-ya endirilir. Bununla da həmin şriflər dünyanın hər yerində bu günəcən istifadə edirlər.



Yüklə 138,05 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin